Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-16/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi, elektron qaimə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarixli, 2-2(103)-573/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 2022-ci il 11 yanvar tarixli *** saylı alqı-satqı müqaviləsinə əsasən satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir.
2. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mal və qiymətlər malın qəbul məntəqəsi ünvanları qeyd olunmaqla müqaviləyə aid olan əlavələrdə göstərilir; 3.1.2-ci bəndinə əsasən ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini 30 gün ərzində satıcının bank hesabına (X4 ƏDV depozit hesabına) ödəmə yolu ilə həyata keçirilir; 4.4-cü bəndinə əsasən alıcı sifariş etdiyi malı iş saatları daxilində hər bir zaman qəbul edir, Yük Nəqliyyat qaiməsinə standart pöhür vurur və imzası ilə təsdiq edir. X2 satıcının tərəzilərinin göstəricil əri əsas göstəricilər olaraq götürülür; 4.7-ci bəndinə əsasən alınan mal satıcının zavodunun ərazisində təhvil verilirsə alıcı yük nəqliyyat qaimələrinin sürücü və ya alıcının müəyyən etmiş digər şəxs tərəfindən alıcının adından imzalanmasına (hüquqi şəxs olduğu təqdirdə imzalanmasına və möhürlənməsinə) razılıq verir. 3. 2022-ci il 11 yanvar tarixli *** saylı müqaviləyə eyni tarixli “Qiymət əlavəsi”ndən görünür ki, tərəflər “X5-42.5 Ekspert” məhsulunun 1 tonunun qiymətini ƏDV xaric 133 manata, ƏDV daxil 156,94 manata razılaşmışlar.
4. İddiaçı MMC tərəfindən 2022-ci il 13 oktyabr tarixində Cavabdehnə pretenziya göndərilərək 67.466,83 manat pulun Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsinin zəruri olduğu bildirilmiş, qeyd olunan təklifə 3 gün müddətində münasibət bildirilməsi xahiş o lunmuş, əks təqdirdə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək cavabdehdən 64.766 manat məbləğində əsas borc və ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, *** saylı 2022-ci il 11 yanvar tarixli sement məhsullarının alqı-satqı müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı sement məhsullarını razılaşdırılmış vaxtda cavabdehə satmağı öhdəsinə g ötürmüşdür. Cavabdeh isə aldığı məhsulun dəyərini iddiaçıya vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh aldığı məhsulun dəyərini ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərildikdən sonra cavabdeh borcundan 2.700 manat ödəniş etmiş, lakin iddiaçıya ödənilməmiş 64.766 manat məbləğində borcu qalmışdır
7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 386.1, 389.1, 439.3, 442, 443.1, 449.1, 449.2 və 465.1-ci maddələrinə istinad olunmuşdur.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz göndərilməmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 mart tarixli e-2-2(113)-889/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 64.766 manat məbləğində əsas borc və ödənilmiş 420 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim “Z.Pirverdiyev”).
10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında *** saylı 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı sement məhsulunu cavabdehə satmağı, cavabdeh isə malı almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ümumilikdə 96.633,34 manat dəyərində mal cavabdehə satılmış, cavabdeh isə malın dəyərindən 31.866,51 manat ödəniş etmiş, qalan 64766,83 manat borcu ödəməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi iki tərəfin-alıcının və satıcının birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir, tərəf lərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
12. Göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.
13. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında *** saylı 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və qeyd olunan müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 31866,51 manat məbləğində ödəniş edilmişdir. İddiaçı cavabdehə 64.766 manat məbləğində satılmış malların dəyərinin ödənilmədiyini iddia edir.
14. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, malların cavabdehə verildiyi sübut qismində təqdim edilmiş elektron və nəqliyyat qaimələri ilə təsdiq edilir. Elektron qaiməfakturalar faktiki olaraq 2021-ci ilin mart ayından 2022-ci ilin avqust ayınadək cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, işin materiallarında olan müqavilə, elektron qaiməfakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 31.866,51 manat məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavil ədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
16. Elektron qaimə-fakturalar faktiki olaraq 2021-ci ilin mart ayından 2022-ci ilin avqust ayınadək cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na (bundan sonra – “Qaydalar”) uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.
17. Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı malların kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tə rəfindən işin hallarından asılı olaraq malların təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər.
18. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işə əlavə olunmuş 22 ədəd nəqliyyat qaiməsinə əsasən yük göndərən kimix ASC tərəfindən müştəri kimi iddiaçının adından yükü təhvil alan kimi cavabdehə sement məhsullarının daşındığı məlum olmuşdur.
19. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış *** saylı 2022-ci il 11 yanvar tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 64.766 manat borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Məhkəmə gəldiyi nəticəni məhkəmə MM-in 386.1, 442 və 567-ci maddələrinə, Qaydaların 1.5, 3.6, 3.7, 3.7.3 və 3.9-cu bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“M PM”) 14.2, 80, 217.3 və 217.4-cü məddərinə istinad etməklə əsaslandırmışdır.
21. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarixli, 2-2(103)-573/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim A.Hüseyn, hakimlər M.Tağızadə və E.Kazımov).
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında iki alqı-satqı müqaviləsi olmuşdur. Birinci müqavilə 11 mart 2021-ci il tarixli, ikinci müqavilə isə hazırda mübahisə predmeti olan 11 yanvar 2022-ci il tarixli *** saylı alqı-satqı müqaviləsi.
24. İddiaçı tərəflər arasında imzalanmış 11 yanvar 2022-ci il tarixli *** saylı müqavilə üzrə cavabdehdən 64766 manat pulun tutulmasını xahiş edir və tələbini belə əsaslandırır ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, nəqliyyat qaimələrinə əsasən mallar cavabdehə təhvil verilmiş və elektron qaimə-fakturalar göndərilmiş, cavabdeh tərəfindən həmin qaimə-fakturalar heç bir etiraz edilmədən qəbul edilmiş, ödənişlərin bir qismi həyata keçirilmişdir. Həmçinin cavabdeh iddiaçıya ünvanladığı 17 oktyabr 2022-ci il tarixli məktubda 67.466 manat borcunun olduğunu etiraf etmişdir.
25. Cavabdehin mövqeyi isə ondan ibarətdir ki, tərəflər arasında həqiqə tən 11 mart 2021-ci il tarixli və 11 yanvar 2022-ci il tarixli *** saylı alqı-satqı müqavilələri imzalanmış, lakin cavabdehə yalnız 2021-ci il tarixli müqavilə üzrə mal təhvil verilmiş, 2022-ci il tarixli, yəni hazırkı mübahisə predmeti olan alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən onlara hər hansı mal təhvil verilməmişdir. Etirazını belə əsaslandırır ki, heç bir nəqliyyat qaiməsində onlar tərəfdən imza və möhür yoxdur, nəqliyyat qaimələrinin bir hissəsinin tərtib edilmə tarixi 2023-cü il olsa da, yüklərin çatdırılması tarixi 2021-ci il qeyd olunmuşdur. 2022-ci ilə aid olan nəqliyyat qaimələri isə borcun olmasını təsdiq etmir. Ödənişlər 2021-ci il tarixli müqavilə üzrə həyata keçirilmişdir. Borcun etiraf olunması barədə məktub isə texniki səhvdir.
26. Hazırda müqbahisənin predmetini 11 yanvar 2022-ci il tarixli *** saylı alqı-satqı müqaviləsi təşkil etdiyindən, məhkəmə həmin müqavilənin şərtlərinə nəzər yetirilməsini zəruri hesab edir.
27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş 22 ədəd elektron qaimə fakturaya əsasən ümumi məbləğ ƏDV daxil 96636,34 manat təşkil edir. Məhkəmə də məhz həmin məbləğdən cavabdeh tərəfindən ümumi ödənilmiş məbləğ olan 31866,51 manatı çıxmaqla yerdə qalan məbləğin cavabdeh tərəfindən iddiaçıya ödənilməli olması qənaətinə gəlmişdir.
28. Həmin ödəniş sənədinə nəzər yetirdikdə müəyyən edilir ki, əsas məbləğ olaraq iki dəfə, xx.xx.2021-ci il tarixdə 7685 manat, xx.xx.2021-ci il tarixdə isə 17032,39 manat, ümumilikdə 24717,39 manat ödəniş həyata keçirilmişdir. Həmin sənədin ödənişin təyinatı qrafasında ödənişlərin xx.xx.202 1-ci il tarixli müqaviləyə əsasən sement alınması üçün həyata keçirildiyi qeyd edilir.
56. Digər ödənilmiş məbləğlər isə ƏDV məbləğləridir. Belə ki, 2021-ci ildə xx.xx.2021-ci il tarixdə 1383,3 manat, xx.xx.2021-ci il tarixdə 1565,82 manat, xx.xx.2021- ci il tarixdə isə 1500 manat, ümumilikdə 4499,13 manat ƏDV məbləği ödənilmişdir ki, həmin ƏDV məbləği yuxarıda qeyd etdiyimiz 24717,39 manat ödənişin ƏDV məbləğidir (24717,39 x 18% / 100 = 4449,13).
29. Həmin ödəniş sənədindən görünür ki, 2022-ci ildə cavabdeh tərəfindən yalnız bir dəfə, xx.xx.2022-ci il tarixdə 2.700 manat ƏDV məbləği ödənilmişdir ki, cavabdeh həmin ödənişin tərəflər arasında bağlanmış 2021-ci il tarixli müqavilə üzrə qalıq borc olan 15000 manatın X4 olduğunu bildirmişdir (15000x18%/100=2700).
30. Təqdim edilmiş elektron qa imə-fakturala nəzər yetirdikdə isə müəyyən edilir ki, həmin qaimələrin səkkizi 2022-ci ilə aiddir və həmin qaimələr üzrə ümumi məbləğ 38581,99 manat təşkil edir. Qalan 14 elektron qaimə-fakturalar 2021-ci ilə aiddir və ümumi ödənilməli məbləğ 58054,35 manat təşkil edir.
31. İddiaçının əsas sübutlarından olan nəqliyyat qaimələrinə nəzər yetirdikdə isə müəyyən olunur ki, həmin qaimələrin on dördündə məhsulun çatdırılma tarixi 2021-ci il, səkkizində isə 2022-ci il qeyd edilmişdir. Bundan başqa nəqliyyat qaimələrinin 13-də tərtib olunma tarixi 2023-cü il olsa da məhsulun çatdırılma tarixi kimi 2021-ci il qeyd edilmiş, həmin qaimələrdə müqavilənin 4.7-ci bəndinə uyğun olaraq cavabdehin imza və möhürü mövcud deyil.
32. Birinci instansiya məhkəməsi hazırkı mübahisənin predmetini təşkil edən müq avilənin imzalandığı ildən əvvəlki ilə aid olan elektron qaimə-fakturalarla müəyyən edilən məbləğdən, yenə 2021-ci ilə aid olan ödənişləri çıxmaqla, cavabdeh tərəfindən imzalanmamış və möhür vurulmamış nəqliyyat qaimələrinə istinad etməklə iddia tələbinin təmin edilməsi barədə yanlış nəticəyə gəlmişdir.
33. Elektron qaimə-fakturaların malların təhvil verilməsini təsdiq edən sübut qismində istifadə edilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyindən də göründüyü kimi elektron qaimə-fakturalar digər sübutlarla birlikdə qiymətləndirildiyi təqdirdə malların verilməsini, işlərin görülməsini təsdiq edə bi lər.
35. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubla 67466,83 manat borcun olması barədə etirafına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsaslı olması digər sübutlarla öz təsdini tapmadığından, həmin məktub özlüyündə iddia tələbinin təmin edilməsi üçün yetərli deyil. Hazıkı iş üzrə apellyasiya icraatı zamanı təqdim olunmuş sənədlər mülki prosesual qanunvericiliyin 372.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinə təqdim edilmədiyindən məhkəmə tərəfindən sübut qismində qəbul edilməmişdir.
36. Belə ki, iddiaçı tərəfindən apellyasiya baxışı zamanı alıcı qrafasında imza olan yük nəqliyyat qaimələri təqdim edilmişdir. Həmin sənədlərə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarıda da göstərildiyi kimi həmin sənədlər apellyasiya baxışında veridiyi üçün sübut qis minə qəbul edilə bilməz. Sübut qismində qəbul edilsə belə yuxarıda 59-cu bənddə qeyd edilən qüsurlar yol nəqliyyat qaimələrində də mövcuddur. Həmçinin müştəri qrafasındakı imzaların qarşısında ad soyad qeyd edilməyib. Habelə həmin yük nəqliyyat qaimələrinə cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq möhür vurulmamışdır.
37. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
38. Məhkəmə gəldiyi nəticəni apellyasiya məhkəməsi MM-in 385.1, 386.1, 390.1 442, 567 və 598.1-ci maddələrinə, Qaydaların 3.3, 3.4, 3.9-cu bəndlərinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci, MPM-in 14.2, 76.1, 77.1, 78.1, 80, 88, 107, 119.1, 372.2-ci maddələrinə ist inad etməklə əsaslandırmışdır.
39. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. MM-in 385.1, 386.1, 390.1, 442, 528, 566, 567, 598-ci maddələri və Qaydaların 3.3, 3.4-cü bəndləri pozulmuşdur-apellyasiya instansiyası məhkəməsi cavabdehin 2022-ci il 17 oktyabr tarixli məktubla 67.466,83 manat borcun olması barədə etirafına dair sübuta yalnış hüquqi qiymət verməklə və MM-in 566-cı maddəsinin normalarını nəzərə almamaqla işin halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə yalnış hüquqi nəticəyə gəlmişdir. Belə ki,x ASC ilə iddiaçı arasında sement satışı ilə bağlı rə smi distributor müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı sement məhsullarınıx ASC-dən alıb cavabdehlə bağlanmış müqavilə əsasında ona satmışdır. Cavabdeh isə sement məhsullarını iddiaçıya sifariş vermiş və bunun əsasında sonuncu həmin sifarişix ASC-yə vermişdir. İddiaçının verdiyi sifariş əsasındax ASC öz anbarından sement məhsullarını cavabdehə yük nəqliyyat qaimələrinə əsasən təhvil vermişdir.x ASC-nin iddiaçıya vergi karguzarlığı qaydasında verdiyi elektron qaimələr əsasında iddiaçı eyni qaydada cavabdehə elektron qaimələr göndərmişdir. Həmin qaimələr iddiaçının rəsmi müraciəti əsasında 2023-cü ildəx ASC-dən alındığından qaimələrdəki tarix 2023-cü il kimi göstərilmişdir. Lakin məhkəmə əsas sübut növünü yalnış mövqedə qeyd etməklə düzgün olmayan nəticəyə gəlmişdir.x ASC-n in cavabdehə 2022-ci il üçün təhvil verdiyi sement məhsullarına dair iddiaçıya 10 ədəd elektron qaimə göndərmiş və həmin qaimələrdə malların cavabdehə təhvil verilməsinə dair yük nəqliyyat qaimələrinin nömrələri də qeyd edilmişdir. Lakin,x ASC-nin cavabdehə təhvil verdiyi sement məhsullarına dair 10 ədəd yük nəqliyyat qaimələrindən 7 ədədi iddiaçı tərəfindən məhkəməyə təqdim edilsə də, digər 3 ədədini 2022-ci il 30 aprel tarixli 501289 nömrəli, 2022-ci il 17 iyun tarixli 436826 nömrəli və 2022-ci il 25 iyul tarixli 619470 nömrəli yük nəqliyyat qaimələri təqdim edilməmişdir. 3 ədəd yük nəqliyyat qaimələrinin təqdim edilməməsinə baxmayaraq yük cavabdehə təhvil verilmişdir.x ASC-nin iddiaçıya vergi kargüzarlığı qaydasında göndərdiyi elektron qaimələr əsasında sonuncu da eyni qaydada cavabdehə elektron qaimələr göndərmişdir.
41. Göründüyü kimix ASC-nin iddiaçıya göndərdiyi elektron qaimələrin 4 ədədində olan tarix fərqi həmin qaimələrin iddiaçı tərəfindən cavabdehə bir neçə gün sonra göndərməsi ilə bağlıdır. Belə ki, 2022-ci il 13 yanvar tarixli 578073 nömrəli qaimə - 2022-ci il 14 yanvar tarixdə 583625 nömrəsi ilə, 2022-ci il 8 may tarixli 907828 nömrəli qaimə - 2022-ci il 16 may tarixdə 908979 nömrəsi ilə, 2022-ci il 13 avqust tarixli 863579 nömrəli qaimə - 2022-ci il 15 avqust tarixdə 864417 nömrəsi ilə, 2022-ci il 13 avqust tarixli 866145 nömrəli qaimə 2022-ci il 15 avqust tarixdə 866334 nömrəsi ilə göndərilmişdir. Qaimələrin ardıcıllığına fikir verdikdə görünür ki,x ASC tərəfindən iddiaçıya göndərilmiş qaimələrdə olan yüklərin çəkiləri ilə iddiaçının cavabdehə göndərdiyi q aimələrdə olan yüklərin çəkiləri eynidir. Lakinx ASC-nin iddiaçıya verdiyi elektron qaimələrdəki sement məhsullarının qiymətləri ilə iddiaçının cavabdehə satdığı qiymətlər fərqlidir. Bu fərq rəsmi distributor müqaviləsi ilə bağlıdır. Yəni, iddiaçı sement məhsullarını alıb əlavə fərqlə cavabdehə satmışdır
42. Tərəflər bağlanmış *** saylı 2022-ci il 11 yanvar tarixli alqı-satqı müqaviləsinə əsasən 10 ədəd qaimə üzrə mal satılmasına baxmayaraq cavabdehə vergi karguzarlığı qaydasında 8 ədəd elektron qaimə göndərilmişdir. Cavabdeh iddiaçıya olan borcundan 2700 manatını 2022-ci il 16 noyabr tarixdə ödəmiş, onun 2022-ci il 11 yanvar tarixli müqavilə üzrə iddiaçıya ödənilməmiş 35.878,99 manat borcu qalmışdır.
43. İddiaçının tələb etdiyi 64.766,83 manat borcun 28.887,84 manat hissəsi cavabdehlə əvv əl bağlanmış 27A saylı 2021-ci il 11 mart tarixli müqaviləyə əsasən 14 ədəd elektron və yük nəqliyyat qaimələrinə görə olmuşdur. Tərəflər həmin borcun ödənilməsi barədə razılığa gəlmişlər. Cavabdeh 67.466,83 manat borcunun olması barədə vergi kargüzarlığı qaydasında 2022-ci il 17 oktyabr tarixdə iddiaçıya göndərdiyi məktubunda həmin borcu etiraf etmiş, təxminən bir ay sonra isə 2022-ci il 16 noyabr tarixdə 2700 manat ödəniş etmişdir.
44. Cavabdehin *** saylı 2022-ci il 11 yanvar tarixli alqı-satqı müqaviləsinə əsasən borcunun olmaması barədə nəticə əsassız olmuşdur. Belə ki, cavabdeh 2022-ci il 17 oktyabr tarixli məktubla iddiaçıya 67.466,83 manat borcunun olmasını etriraf etmişdir. MMin 566.1-ci maddəsinə əsasən öhdəliyin icrasının gedişi barədə kreditorun borcludan məlumat almaq hüququ v ardır. Həmin maddənin 4-cü bəndinə əsasən verilmiş məlumatın lazımi vicdanlılıqla tərtib olunmadığını ehtimal etməyə əsas olduqda, kreditorun tələbi ilə borclu və ya vəkil edilmiş şəxs məlumatın vicdanla tərtib olunduğuna yazılı surətdə inandırmalıdır. Məhkəmə mübahisəsi əmələ gəldikdə, bu cür yazılı inandırmanın sübutetmə qüvvəsi vardır. Hazırkı halda da iddiaçının müraciətinə cavab olaraq cavabdeh 2022-ci il 17 oktyabr tarixli məktubla iddiaçıya 67.466,83 manat borcunun olması barədə yazılı məlumat vermişdir ki, istinad edilən maddənin tələbləri baxımından həmin məlumat sübutetmə qüvvəsinə malikdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi əsassız olaraq həmin məktubun digər sübutlarla öz təsdiqini tapmadığını qeyd etməklə tərəflərin qarşılıqlı münasibətlərindən düzgün nəticə yə gəlməmişdir.
45. MPM-in 78, 89-cu maddələri pozulmuşdur-cavabdeh iş birinci instansiya məhkəməsinin icraatında olarkən öz etirazını yük nəqliyyat qaimələrinin olmaması üzərində qurmuşdur. İddiaçı tərəfindən nəqliyyat qaimələri rəsmi olaraq təqdim olunduqdan sonra cavabdeh borcunu ödəməmək üçün ümumiyyətlə mal almadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutları araşdırarkən mülki prosessual baxımdan sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, iddianın hüquqi əsası kimi istinad olunan 2022-ci il 11 yanvar tarixli 81 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən cavabehə mal təqdim olunmadığını qeyd etmişdir. Cavabdeh iddiaçıya müraciət ünvanlamaqla həmin müqavilə əsasında malı şirkətə nə vaxt, harada, hansı hüquqverici sənəd əsasında təqdim etməsinə dair sənədləri təqdim etməsini xahiş etmiş, lakin iddiaçı onun rəsmi müraciətlərini cavablandırmamış, sənədlərin təqdim olunmasından imtina etmiş, buna əsas kimi cavabdeh müəssisənin əməkdaşının pretenziya məktubuna dair cavaba istinad olunmuşdur. Cavabdeh kassasiya şikayətində qeyd olunanların 2022-ci il 11 yanvar tarixli *** nömrəli müqavilənin şərtlərinə zidd olması göstərilmişdir. Kassaiya baxışının hədləri
47. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
48. Haz ırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən yoxlanılacaqdır.
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
50. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərl ər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
567. Alqı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....”
51. Azərbayc an Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “1. Ümumi müddəalar... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.... 1.5. Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir....” “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktur a istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-sı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir... 3.6. Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təq dim edilir:... 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində;... 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır....” 52. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 202 2-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların tə qdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Mə hkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 55. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab o lunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
56. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə tərəflər arasında 20121-ci il 11 mart və 2022-ci il 11 yanvar tarixli alqı-satqı müqavilələri bağlanmışdır. İddiaçı 2022-ci il 11 yanvar tarixli müqaviləyə əsasən 64.766 manat məbləğində borcunun tutulması üçün hazırki iddianı qaldırmışdır.
57. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ümu mi məbləği ƏDV daxil 96.636,34 manat məbləğində mala görə 22 ədəd elektron qaimə faktura tərtib edilmiş, onlardan 8 (səkkizi) 2022-ci ilə aid olmaqla 38.581,99 manat, 14-ü isə 2021-ci ilə aid olmaqla 58.054,35 manat təşkil etmişdir.
58. Həmin məhkəmə malların təhvil verilməsi ilə bağlı qaimələrin tərəflər arasında bağlanmış 4.7-ci bəndi ilə müəyyən edilmiş qaydada təsdiq edilməməsini, cavabdehin 2022-ci il 17 oktyabr tarixli məktubla 67.466,83 manat borcunun olmasına dair etirafın özlüyündə iddianın təmini üçün yetərli olmamasını və malların təqdim edilməsinə dair elektron qaimə fakturaların isə digər sübutlarla birgə qiymətləndirildiyi təqdirdə malların verilməsini, işlərin görülməsini təsdiq etməsini əsas götürərək, iddianın əsassız olması qənaətinə gəlmişdir.
59. Məhkəmə kollegiyası ape llyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
60. Baxılan işin materiallarından göründüyü kimi, cavabdeh iddiaçıya 2022-ci il 17 oktyabr tarixli məktub ünvanlayaraq 67.466,83 manat məbləğində borcunun ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir (i.v. 17). Sonradan cavabdeh mövqeyini dəyişdirərək göstərmişdir ki, müəssisənin rəhbəri tərəfindən yazılmış məktubda qeyd edilənlər texniki səhvin nəticəsidir, iddiaçıya göstərilən məbləğdə borc yoxdur.
61. Apellyasiya instansiyası məhkəməsi cavabdeh müəssisənin rəhbəri tərəfindən imzalanmış məktubla borcun etirafı olduğu halda, sonradan müvafiq əsaslandırma aparılmadan yalnız texniki səhvə istinad edilməklə təkzib ed ilməsini nəzərə almamış, borcun etirafı haqqında məktubu prosessual qanunvericiliyin tələblərinə əsasən işdəki digər sübutlarla birlikdə qiymətləndirməmiş, nəticədə işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur.
62. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin tələbləri baxımından mülki hüquq subyekti olan fiziki şəxslərlə müqayisədə hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına malikdirlər. Bu baxımdan cavabdeh hüquqi şəxs tərəfindən 2022-ci il 17 oktyabr tarixli məktubla borcun etirafından sonra, bu halın təkzib olunması ağlabatan izahı verilməli və bu hal mötəbər sübutlarla təsdiq olunmalı dır.
63. «Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar» (Avropa Məhkəməsinin X3rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları).
64. İşin materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış həm mübahisəli, həm də mübahisələndirilməyən dövr üzrə (mübahisələndirilməyən 2021-ci il və mübahisəli 2022-ci il üzrə) malların təqdim edilməsinə dair elektron qaimə faktura tərtib edilmişdir.
65. İlkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumu nun 2022-ci il 20 aprel tarixli «HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında göstərilmişdir ki, «... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tər əfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir».
66. Apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqelərə istinad etsə də, həmin elektron qaimə fakturaların işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməsinin nəticələrinin nədən ibarət olmasını qətnaməsində göstərməmiş, habelə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlərin mövcud olub-olmamasına hüquqi qiymət verməmişdir.
67. İşin müəyyən edilmiş hallarına əsasən 2022-ci il 14 yanvar tarixindən başlayaraq sonuncusu 2022-ci ilin 15 avqust tarixində olmaqla dövri olaraq iddiaçı tərəfindən təqdim edilmiş 8 ədəd qaimə fakturaya cavabdeh tərəfindən hər hansı etiraz edilməmiş və ya düzəliş edilməsi ilə bağlı müraciət olmamışdır. 6
8. Bundan əlavə məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən, iddiaçı tərəfindən verilmiş ərizədə iddia olunan borcun məbləği dəqiqləşdirilərək, 2022-ci il 11 yanvar tarixli müqavilə üzrə cavabdehin 38.578,99 manat borcunun yarandığı, həmin borcdan 2.700 manatın 2022-ci il 16 noyabr tarixində cavabdeh tərəfindən ödənildiyi, və 35.878,99 manat borcun qaldığı göstərilmişdir.
69. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı iddiaçının mübahisələndirdiyi borcun 64.766 manat deyil, 35.878,99 manat təşkil etdiyi nəzərə alınmalı, həmin iddia predmeti çərçivəsində 1. cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış borcun etirafı haqqında məktub işdəki digər sübutlarla birlikdə qiymətləndirilməli; 2. müqavi lə şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika və işgüzar adətlər, cavabdeh tərəfindən təsdiq edildiyi mübahisələndirilməyən elektron qaimə fakturalar üzrə malların təhvil verilməsinin həyata keçirilmə qaydası birgə qiymətləndirilməklə, 2022-ci il 11 yanvar tarixli müqavilə üzrə malların təqdim edilməsinə dair elektron qaimə fakturaların sübuti əhəmiyyətinə qiymət verilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması təmin edilməli, araşdırılan sübutlara MPM-in 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir 70. “….məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respubl ikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).
71. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.
72. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya M əhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 iyul tarixli 22(103)-573/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən K.N.Abiyeva Hakimlər İ.A.Dadaşov V.M.Məmmədov