Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-160/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Sığorta müqaviləsi və sığorta ödənişi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlundan və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul və sığorta ödənişi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-743/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları
1. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı MMC-yə 2023-cü il 7 mart tarixli **********2 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi verilmiş, sığorta təminatı 2009-cu il 30 yanvar tarixində Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta” Qaydaları əsasında həyata keçirilmiş, iddiaçıya məxsus “Toyota Rav 4” hibrid markalı, 2021-ci il buraxılışlı 99PE070 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən avtonəqliyyat vasitələrinə dəyən zərərin sığortası qaydasında 49.000 manat sığorta məbləği həddində 1.411,20 manat sığorta haqqı müqabilində 2023-cü il 8 mart tarixindən 2024-cü il 7 mart tarixin ədək sığortalanmışdır. İş üzrə avtonəqliyyat vasitəsi Bakı dairəvi yolunda hərəkətdə olarkən qarşıda gedən avtomobilin arxa təkərindən çıxan daşın ön şüşəyə dəyməsi nəticəsində zədələnmiş, dəymiş zərər müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və 1.318,93 manat müəyyən edilmişdir. Cavabdeh Sığorta Şirkəti ASC 2009-cu il 30 yanvar tarixində Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta qaydaları”nın 6.1.2-ci bəndinə istinad etməklə 450 manat məbləğində sığorta ödənişinin edilməsi üçün 2023-cü il 24 iyul tarixli 0-AP-2023-0837 nömrəli məktubla İddiaçı MMC-dən bank hesabı məlumatlarının təqdim edilməsini xahiş etmiş, İddiaçı MMC tərəfindən həmin məlumatlar təqdim edilməmişdir. 2. 2023-cü il 7 mart tarixli **********2 nömrəl i avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinə görə, sığorta təminatının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsi ilə 2009-ci il 30 yanvar tarixində razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydaları əsasında verildiyi və sığortalı (İddiaçı MMC) QR kod vasitəsilə yerləşdirilən sığorta qaydaları ilə tanış olduğunu və onlarla razı olduğunu təsdiq etmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh Sığorta Şirkəti ASC-yə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2023-cü il 7 mart tarixli **********2 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin ( bundan sonra – “sığorta şəhadətnaməsi”) tərkib hissəsi olan 2009-cu il 30 yanvar tarixli Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış cavabdehin “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının (bundan sonra – “sığorta qaydaları”) 6.1.2-ci maddəsinin etibarsız hesab edilməsi, cavabdehdən 1.318,93 manat sığorta ödənişinin və onun gecikdirilməsinə görə 868,93 manat 2023-cü il 1 may tarixindən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faizlə hesablanmaqla dəbbə pulunun və ödənilmiş 100 manat dövlət rüsumunun, 200 manat isə hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin hallarında göstərilənlər (bax §1-2) ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir k i, sığorta qaydalarının 6.1.2-ci maddəsinə görə, hər bir sığorta olunmuş avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir...’’. Sığorta şəhadətnaməsində sığorta məbləği 49.000 manat müəyyən edilmişdir. Sığorta qaydalarının 4-cü maddəsinə görə, avtonəqliyyat vasitəsinin zədələndiyi halda sığorta ödənişi avtonəqliyyat vasitəsinə vurulmuş zərərin aradan qaldırılaraq onun əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təmir xərcində və zədələnmiş hissələrin eyni hissələrlə əvəz edilməsi ilə bağlı xərclərdə ifadə olunmuşdur. Sığorta qaydalarının 6.1.1-ci maddəsinə görə, ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış avtonəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cı zılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq. Halbuki sözügedən maddələrə zidd olaraq sığorta qaydalarının 6.1.2-ci maddəsində sığortaçı tərəfindən zərərin əvəzinin ödənilməsində 500 manat hədd müəyyənləşdirilmişdir. Etimad və vicdanlılıq prinsiplərinə zidd olmaqla iddiaçı üçün zərərli olan həmin maddə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 420.2-ci maddəsinə əsasən etibarsızdır. Həmçinin sığorta ödənişinin gecikdirilən hissəsinə görə (1.318,93 manat – 450 manat = 868,93 manat) 2023-cü il 1 may tarixindən başlayaraq hər gecikdirilmiş gün üçün 0,1 faiz dəbbə pulu hesablanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
5. Cavabdeh iddia tələbinə qarşı etirazını işin halla rında göstərilənlər (bax §1-2) ilə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Sığorta müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdeh tərəfindən avtomobilin şüşəsinə dəyən zərər üzrə sığorta ödənişi 450 manat müəyyən olunmuşdur. Sığorta ödənişinin həyata keçirilməsi üçün iddiaçıdan bank hesabının təqdim edilməsi xahiş olunsa da, iddiaçı bank rekvizitlərini təqdim etməmiş və sığorta ödənişi ilə razılaşmamışdır. İddia ərizəsində qeyd edilən məsələ ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edilmiş, lakin Mərkəzi Bank bu halda cavabdehin hərəkətlərində qanunvericiliyin və müqavilə şərtlərinin pozulması faktı müəyyən etməmişdir. Həmçinin qanunvericiliyə əsasən, sığorta ödənişi zərər məbləği razılaşdırıldıqdan sonra verilir. İddiaçı müqavilə şərtlərinə əs asən ona ödənilməli olan məbləğ ilə razılaşmadığı üçün sığorta ödənişinin verilməsi mümkün olmamışdır. Sığorta ödənişinin gecikdirildiyi hər gün üçün 0,1% dəbbə pulunun tələb edilməsi də əsassızdır.
6. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 may tarixli e-2-2(113)-1293/2024 nömrəli qərardadı ilə 868,93 manat sığorta ödənişinin gecikdirilməsinə görə 2023-cü il 1 may tarixindən başlayaraq həmin pulun ödəniləcəyi günədək hər gecikdirilmiş gün üçün 0,1 faizlə hesablanmaqla dəbbə pulunun tutulması hissəsində iddia tələbinin baxılmamış saxlanılması qərara alınmışdır (N.Əhmədova).
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 may tarixli e-2-2(113)-1293/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 450 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hak im N.Əhmədova).
8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasındakı mübahisə 868,93 manat məbləğində sığorta ödənişi ilə bağlıdır. İddiaçı da sığortası qaydalarının 6.1.2-ci bəndinin etibarsızlığını məhz həmin bəndin sığorta müqaviləsinin standart şərti olduğunu göstərərək irəli sürmüş, başqa sözlə müqavilə şərtinin etibarsız hesab edilməsini tələb etmiş və bu mənada həmin tələbə məhkəmə qaydasında baxılması mümkündür. Mübahisəli məsələ isə (cavabdeh tərəfindən etiraz edilən) biri digəri ilə səbəb-nəticə əlaqəsində olan iki hissədən ibarətdir: 1) müqavilə şərtinin etibarsızlığı; 2) 863,93 manat sığorta ödənişinin tutulması.
9. Məhkəmə istinad etdiyi qanunvericiliyə əsaslanaraq və işin hallarını müəyyən edərək sığorta qaydalarının müqavilənin standart şərti kimi tərəflər arasında bağlanmış sığ orta müqavilənin tərkib hissəsinə çevrildiyini hesab etmiş və həmin şərtin tərəflər arasında bağlanmış müqavilənin standart şərti olduğunu müəyyən edən məhkəmə adıçəkilən şərtlərin etibarsızlığı üçün əsasların olub-olmamasının müəyyənləşdirilməsini zəruri hesab etmişdir. İddiaçı MM-in 420-ci maddəsinə istinad edərək və sığorta qaydalarının 2009-cu il tarixdə qəbul edildiyini, həmin dövr üçün ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan üçün sığorta ödənişinin maksimal həddinin 500 manat müəyyənləşdirilməsinin ağlabatan olduğunu, hazırda isə uzun müddət keçdiyini, bu səbəbdən də həmin müddəanın düzgün olmadığını, sığortalının hüquqlarını əsassız məhdudlaşdırdığını göstərmişdir.
10. Mülki qanunvericilikdə sığorta ödənişinin hər hansı aşağı həddi təsbit edilməmiş, könüllü sığortada sığor ta ödənişinin miqdarı sığorta müqaviləsindən asılı edilmişdir. Bu mənada sığorta qaydalarının 6.1.2-ci bəndi hüquq qaydasından hər hansı kənara çıxmanı ehtiva etmir. Digər tərəfdən, həmin şərtin vicdanlılıq və etimad prinsiplərinə zidd olmasını təsdiq edən hər hansı dəlil də məhkəməyə təqdim edilməmişdir. Əksinə, həmin şərt sadə formada ifadə edilmiş, internet resurslarında dərc edilmiş, iddiaçı real vaxt rejimində həmin şərtlə tanış olmaq imkanına malik olmuşdur. Başqa sözlə, iddiaçının güvənmiş olduğu, bilsə idi, müqaviləni bağlamaqdan imtina edəcəyi, lakin bilməsinin mümkün olmadığı şərt kimi sığorta qaydalarının 6.1.2-ci bəndi nəzərdən keçirilə bilməz. Belə olan halda, məhkəmə sığorta müqaviləsinin tərkib hissəsi kimi sığorta qaydalarının 6.1.2-ci bəndinin etibarsız hesab edilməsi tə ləbini əsassız olduğundan rədd etmişdir.
11. İddia tələbinin 863,93 manat sığorta ödənişinin tutulması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı həmin tələbi sığorta qaydalarının 6.1.2-ci maddəsinin etibarsızlığına əsaslanmaqla irəli sürmüşdür. Həmin qaydaların etibarsızlığı üçün əsas müəyyən edilmədiyindən sığorta ödənişinin dəymiş zərər həddində ödənilməsi üçün hər hansı hüquq əsas da yoxdur. Belə olan halda, sığorta qaydalarının 6.1.2-ci bəndinə uyğun olaraq ödənilməli sığorta ödənişi 450 manat təşkil etmiş və zərərin digər hissəsinin cavabdehdən tutulması tələbi təmin edilə bilməz.
12. Məhkəmə gəldiyi nəticəni nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 339-342, 344, 390, 417, 420.1, 420.2, 420.3, 819, 915, 916 və 926-cı maddələrinə; Azərba ycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsi ilə 2009-ci il 30 yanvar tarixində razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 4 və 6-cı maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 107, 115.0, 119.1 və 119.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun iddia tələbinin rədd edilmiş hissəsində ləğv, iddia tələbinin isə təmin edilməsini; apellyasiya instansiyası məhkəməsində hüquqi yardımın göstərilməsinə görə iddiaçı tərəfin dən vəkilə ödənilmiş 300 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 50 manat olmaqla, cəmi 350 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-743/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – Z.Şirinov və R.Qurbanov).
15. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı halda qanunda göstərilən əsaslar olmadığından müqavilənin mübahi sələndirilən standart şərtlərinin etibarsız hesab edilməsi ilə və rədd bağlı tələb təmin edilə bilməz.
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 390, 420.2, 420.3420.3.9 və 915-ci maddələrinə; Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsi ilə 2009-ci il 30 yanvar tarixində razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası Qaydaları”nın 6-cı maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına istinad ilə əsaslandırmışdır.
17. İddiaçı MMC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnaməsi ləğv və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
18. Azərbaycan Respublikası MM-in 337.1, 390, 904.1, 904.2, 926.1 və 926.2-ci maddələri üzrə - mübahisələndirilən müqavilə şərtindəki məbləğin sığorta ödənişi yoxsa sığorta məbləği olması və həmin bəndin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması barədə iddiaçı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu məbləğ sığorta ödənişidir (bax §8-11). Apellyasiya instansiya məhkəməsi isə bu məsələyə münasibət bildirməmişdir. Sığorta qaydalarının 6.1.1-ci maddəsinə əsasən sığorta məbləği ifadəsindən deyil, sığorta ödənişi ifadəsindən istifadə edilmişdir. Elə sadəcə bu halın mövcudluğu həmin məbləğin sığorta ödənişi kimi müəyyən edilməsi qənaətinə gəlmək üçün yetərlidir. Bu bəndə əsasən avto nəqliyyat vasitəsinin ön, arxa şüşələrinə və yan pəncərələrinə zərər dəydikdə həmin zərərin həcmindən asılı olmayaraq hər bir halda sığortalıya 500 manat məbləğində sığorta ödənişi ediləcək. Sözügedən maddəyə (6.1.1) konkret sığorta hadisəsinə görə konkret sığorta ödənişi miqdarımüəyyən edilmişdir. Əgər bu məbləğ həqiqətən də sığorta ödənişidirsə, bu zaman yoxlanılmalı olan digər məsələ sığorta ödənişinin konkret miqdarının sığorta müqaviləsində göstərilməsinin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasıdır ki, məhkəmələr bunu müəyyən etməmişdir.
19. MM-in 420.3, 420.3.1, 420.3.2, 420.3.3-cü maddələri üzrə - apellyasiya məhkəməsinin qətnaməsindəki mövqeyi bu qənaəti yaratmışdır ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılmamış, məhkəmə mübahisəyə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmiş və beləliklə də qanunsuz qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
21. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
22. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş fakt iki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
417. Müqavilənin standart şərtləri anlayışı 417.1.Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qayd alar onların vasitəsilə müəyyənləşdirilir. 417.2.Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3.Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. “Maddə
420. Müqavilənin standart şərtlərinin etibarsızlığı... 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. 420.3. Təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərtlərində aşağıdakılar da etibarsız sayılır: 42 0.3.1. qiymətlərin əsassız qısa müddətdə yüksəldilməsini (qiymətlərin qısamüddətli yüksəldilməsi) nəzərdə tutan müddəalar; 420.3.2. müqavilə tərəfinin ona bu Məcəllə ilə verilmiş öhdəliklərin icrasından imtina etmək hüququnu və ya müqavilənin digər tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər müqavilənin icrasından imtina etmək hüququnu (icradan imtina hüququ) məhdudlaşdıran və ya istisna edən müddəalar; 420.3.3. müqavilənin tərəfini şübhəsiz və ya məhkəmə qərarı ilə müəyyənləşdirilmiş tələblərin əvəzləşdirilməsi hüququndan məhrum edən müddəalar (qarşılıqlı tələblərin əvəzləşdirilməsinin qadağan edilməsi); 420.3.4. təklif etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyinetmə) qanu nla nəzərdə tutulan vəzifədən azad edən müddəalar; 420.3.5. zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb); 420.3.6. təklif etmiş tərəfin və ya onun təmsilçisinin kobud ehtiyatsızlığı üzündən tələbin pozulması nəticəsində vurulan zərər üçün məsuliyyəti (ehtiyatsızlıq üçün məsuliyyəti) istisna edən və ya məhdudlaşdıran müddəalar; 420.3.7. təklif etmiş tərəfin əsas öhdəliyi pozduğu halda müqavilənin digər tərəfinin müqavilədən imtina etmək hüququnu məhdudlaşdıran və ya onu bu hüquqdan məhrum edən və ya müqavilənin digər tərəfini icra etməmə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan məhrum edən və ya 420.3.6-cı maddəyə zidd olaraq onun bu hüququnu məhdudlaşdıran (əsas öhdəliyinin icr ası tələbinin pozulması) müddəalar; 420.3.8. təklif etmiş tərəfin öhdəliyi hissə-hissə icra etdiyi halda müqavilənin digər tərəfini bütövlükdə müqavilənin icra edilməməsi üçün zərərin əvəzinin ödənilməsini tələb etmək və ya əgər o, hissə-hissə icrada daha maraqlı deyildirsə (öhdəlik hissəhissə icra edildikdə marağın itməsi), müqavilədən imtina etmək hüququndan məhrum edən müddəalar; 420.3.9. təklif etmiş tərəfin yeni mallar göndərilərkən və işlər görülərkən əşyanın qüsurları üçün məsuliyyətini nəzərdə tutan qaydalardan fərqli olaraq məhdudlaşdıran müddəalar.” “Maddə
915. Sığorta qaydaları Sığortaçının təklif etdiyi könüllü sığorta növünün aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları bu Məcəllənin və “Sığorta fəaliyyəti haqqında” Azərb aycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.5-ci və 16.6-cı maddələrində nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.”
24. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət sığorta nəzarəti şöbəsi ilə 2009-ci il 30 yanvar tarixində razılaşdırılmış “Avtonəqliyyat vasitələrinin könüllü sığortası qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
6. Ön, arxa şüşələrə və yan pəncərələrə dəymiş ziyan 6.1. Sığortaçı sığortalanmış avtonəqliyyat vasitəsinin ön, arxa şüşələrə və yan pəncərələrinə vurulmuş ziyanin əvəzini sığortalıya aşağıda göstərilən qaydada ödəyir: 6.1.1. Ön, arxa şüşələrin və (və ya) yan pəncərələrin sınması və sığortalanmış avtonəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında sığorta ödənişi ön, arxa şüşələrin və (və ya) yan pəncərənin dəyişdirilməsi və ya belə ziyanın təmiri qiyməti olacaq. 6.1.2. Bu maddə əsasında hər bir sığorta olunmuş avtonəqliyyat vasitəsi üzrə zərərin əvəzinin ödənilməsi 500 manat həddində olacaqdır; bu məbləğə 50 manat məbləğində ayrıca azadolma məbləği tətbiq edilir. 6.2. Bu maddə yalnız eyni hadisənin nəticəsində avtonəqliyyat vasitəsinə hər hansı başqa ziyan dəymədikdə və ya o zədələnmədikdə tətbiq edilə bilər. Əks halda ziyanın ödənilməsi 4-cü maddədə müəyyən edilmiş ziyanın ödənilməsinin ümumi qaydası əsasında həyata keçirilməlidir.”
25. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hü quq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun, qanuni və əsaslı olmuşdur.
27. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış sığorta müqaviləsi əsasında “Toyota Rav 4” markalı nəqliyyat vasitəsi könüllü sığorta qaydalarına uyğun olaraq sığortalanmış və hadisə baş verdikdən sonra 1.318,93 manat zərərin dəyməsi müəyyən edilmişdir. Cavabdeh bu zərər üzrə 450 manat sığorta ödənişi təklif etmiş, lakin iddiaçı bu məbləği qəbul etməmiş və sığorta qaydalarının 6.1.2-ci bəndinin etibarsız olduğunu əsas götürərək, zərərin ta m həcmdə ödənilməsini tələb etmişdir.
28. İddiaçının kassasiya şikayətində iddia etdiyi kimi, sığorta qaydalarının 6.1.2-ci bəndində nəzərdə tutulmuş 500 manat məhdudiyyətinin etibarsız hesab edilməsi üçün tələb olunan hüquqi əsaslar mövcud deyil. Belə ki, MM-in 420.1 və 420.2-ci maddələrinə uyğun olaraq müqavilənin etibarsızlığı yalnız bu barədə bilavasitə normativ əsaslar olduqda və ya şərt tərəfin iradəsinə ciddi zidd olduqda mümkündür. İddiaçı tərəfindən bu bəndin onun razılığı olmadan müqaviləyə daxil edildiyinə, onun maraqlarını birtərəfli şəkildə pozduğuna və ya vicdanlılıq və etimad prinsiplərini pozduğuna dair əsaslandırılmış sübut təqdim edilməmişdir. Əksinə, sığorta qaydaları iddiaçının real vaxtda tanış olmaq imkanı olan açıq qaydalar kimi sığorta şəhadətnaməsinin ayrılmaz tə rkib hissəsi olaraq təqdim edilmiş və qəbul olunmuşdur.
29. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, sığorta qaydalarının 6.1.2-ci bəndi könüllü sığorta çərçivəsində tətbiq edilir və həmin bəndin qanunvericiliyə zidd olduğu sübuta yetirilməmişdir. Məhkəmə həmçinin göstərmişdir ki, bu bənd MM-in 339-342-ci və 819-cu maddələrinin tələbləri ilə uzlaşır və müqavilə azadlığı prinsipinə zidd deyil.
30. Eyni zamanda, cavabdehin sığorta ödənişini yalnız bank hesabı təqdim olunduqdan sonra həyata keçirə biləcəyi barədə mövqeyi də hüquqi baxımdan əsaslı hesab olunmuşdur. Bu baxımdan iddiaçının bank hesabı məlumatlarını təqdim etməməsi, sığorta ödənişinin faktiki icrasına maneə törətmiş və gecikməyə səbəb olmuşdur. Belə olan halda, iddiaçının dəbbə pulu tələbi əsassız hesab edilmişdir. Mülki Məcəllənin 449-cu maddəsinə və Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, dəbbə pulu yalnız kreditorun zərərə məruz qalması və borclunun gecikməyə görə məsuliyyət daşıdığı hallarda tətbiq oluna bilər. Hazırkı işdə bu şərtlər mövcud olmadığından həmin tələb də rədd edilməli olmuşdur.
31. Həmçinin qeyd edilməlidir ki, iddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin faktları düzgün qiymətləndirmədiyi barədə dəlilləri, təqdim olunan sübutlar və tətbiq edilmiş hüquqi norma baxımından əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində istinad edilən hüquqi əsaslar – o cümlədən MM-in 420.3, 926 və digər müvafiq maddələri, həmçinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış sığorta qaydalarının 4 və 6-cı bəndlər i – düzgün tətbiq edilmiş və nəticə etibarı ilə qətnamə hüquqi baxımdan əsaslandırılmış hesab edilməlidir.
32. Yuxarıda göstərilənlər nəzərə alınmaqla, kassasiya şikayətində irəli sürülən dəlillər əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ya dəyişdirilməsini hüquqi baxımdan zəruri edən hallar mövcud deyildir.
33. Nəticə olaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun qəbul olunmuş, iş üzrə təqdim edilmiş sübutlar tam və obyektiv qiymətləndirilmiş, cavabdehin şikayətində göstərilən dəlillər isə məhkəmə aktının ləğvi üçün əsas təşkil etmir.
34. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-743/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.