Məhkəmə qərarları › İş №2-2(102)-161/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-161/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-161/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası QƏRARDAD İddiaçı MMC cavabdeh “X1” MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin icraata qəbulundan imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən-məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 noyabr tarixli, 2-2(107)-104/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin cavabdeh “X1” MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq “11.03.2020-ci il tarixli ADO-019 /20 saylı alqı-satqı müqaviləsinə və ona əlavə edilən qiymət razılaşdırma protokollarına əsasən 36895,70 manat əsas borc və 1789,46 manat dəbbə pulunun cavabdehdən tutulması” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 11.08.2021-ci il tarixli, e-2-2(117)-470/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X1” MMC-dən 36895,70 manat əsas borc və 178,9 manat dəbbə pulu borcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 28,75 manat məbləğində hissəsinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 1,25 manat hissəsiнин İddiaçı MMC-yə aid edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir Həmin qətnamədən cavabdeh “X1” MMC tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2021 -ci il 10 noyabr tarixli, 2-2(107)-104/2021 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi tərəfindən qətnamə 2021-ci il 12 noyabr tarixində tərəflərə göndərilmiş, 2022-ci il 1 yanvar tarixində cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayətdə ümumi ifadlərlə maddi və prosessual hüquq normasınımn pozulduğu və düzgün tətbiq edilmədiyi göstərilsə də, hər hansı maddi hüquq normasına istinad olunmamış, müvafiq norma ilə bağlı pozuntu göstərilməmişdir. Şikayətverən prosessual normaları sadalamaqla kifayətlənmiş, pzuntunun nədən ibraət olduğu göstərilməmişdir. Bundan əlavə, şikayət Mülki Prosesual Məcəllə (2021-ci il 1 oktyabr tarixindən qüvvəyə minmiş redaksi yası) müəyyən edilmiş formada (3 saylı Əlavə) tərtib edilməmişdir. Belə ki, həmin forma onu nəzərdə tutur ki, kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş redaksiyası) 407.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllə ilə müəyyən edilmiş formada verilməsi nəzərdə tutulmuş, həmin forma Məcəlləyə 3 saylı Əlavədə göstərilmişdir. Həmin Məcəllənin 408.1, 408.1.1 və 408.1.5-ci maddələrinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən cavabde h tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 noyabr tarixli, 2-2(107)-104/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar