Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-162/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “xxxx” MMC-nin Cavabdehqarşı iş üzrə QƏRAR (Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), X2, X1 ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsindən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-2(103)-773/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “xxxx” MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında xx xxx 2010-cu il tarixdə DLM025 saylı X4 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəsində göstərilən əmlakı mülkiyyət hüququ ilə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə əldə ediləcək lizinq obyektinin qiyməti 100.000 manat təşkil edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 2. xx xxx 2010-cu il tarixli, DLM025 saylı X4 müqaviləsinə 1 nömrəli Əlavənin 1-ci bəndinə görə, həmin müqaviləyə əsasən, lizinqə verilmiş əmlak MAN TGF 10400 markalı şassi üzərində Cifa (İtaliya) şirkətinin istehsalı olan (oxun uzunluğu 41 m) betonvurandır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 3. xx xxx 2010-cu il tarixli, DLM025 saylı X4 müqaviləsinə 2 nömrəli Əlavəyə əsasən, lizinq ödənişlərini ümumi məbləği 126.329,34 manat, əsas məbləğ 100.000 manat, mükafat 25.129,34 manat, birdəfəlik mükafat 1.000 manat, bank xərcləri 200 manat, lizinq müddəti 36 ay, illik faiz dərəcəsi 24 % təşkil edir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 4. “xxxx” MMC (lizinq verən) ilə Cavabdeh (lizinq alan) arasında ikinci, x xxxx 2011-ci il tarixdə DLM110 saylı X4 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəsində göstərilən əmlakı mülkiyyət hüququ ilə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi üzrə əldə ediləcək lizinq obyektinin qiyməti 66.000 manat təşkil edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 5. x xxxx 2011-ci il tarixli, DLM110 saylı X4 müqaviləsinə 1 nömrəli Əlavənin 1-ci bəndinə görə, həmin müqaviləyə əsasən, lizinqə verilmiş əmlak HOWO ZZ5257CJBN3841W markalı, 2010-cu ildə istehsal olunan avtobetonqarışdırandır. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 6. x xxxx 2011-ci il tarixli, DLM110 saylı X4 müqaviləsinə 2 nömrəli əlavəyə əsasən lizinq ödənişlərini ümumi məbləği 92.854,08 manat, əsas məbləğ 66.000 manat, mükafat 21.327,88 manat, birdəfəlik mükafat 706.20 manat, bank xidmət haqqı 20 0 manat, sığorta haqqı 4.620 manat, lizinq müddəti 36 ay, illik faiz dərəcəsi 21 % təşkil edir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Əlavə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. 7. xx xxxxxxx 2015-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə təsdiq edilmişdir ki, Cavabdeh xx xxx 2010-cu il tarixli, DLM025 saylı lizinqi müqaviləsi üzrə “xxxx” MMC-yə xx xxxxxxx 2015-ci il tarixinə olan borcu 2.700 manat təşkil edir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 8. xx xxxxxxx 2015-ci il tarixli qarşılıqlı üzləşmə aktı ilə təsdiq edilmişdir ki, Cavabdeh x xxxx 2011-ci il tarixli, DLM110 saylı lizinqi müqaviləsi üzrə “xxxx” MMC-yə xx xxxxxxx 2015-ci il tarixinə olan borcu 20.500 manat təşkil edir. Üzləşmə aktı hər iki tərəfin imzası və möhü rü ilə təsdiq edilmişdir.
9. İddiaçı “xxxx” MMC tərəfindən elektron işə yüklənilmiş xx.xx.2017 və xx.xx.2018-ci il tarixli pretenziya məktublarının surətlərindən görünür ki, həmin məktublarla Cavabdeh 23.200 manat məbləğində borcun ödənilməsi tələb edilmiş və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23.200 manat borcun, Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış 8.014 manat faizin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə sahibkarlıq fəaliyyəti ilə m əşğul olan cavabdeh arasında xx xxx 2010-cu il tarixli, DLM025 saylı və x xxxx 2011 -ci il tarixli, DLM110 saylı X4 müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən, İddiaçı MMC 1 ədəd MAN TGF 41-400 markalı X9nu və 1 ədəd HOWO ZZ5257CJBN3841W markalı avtobetonqarışdıranı (lizinq obyekti) cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə vermişdir. Bunun müqabilində, cavabdeh həmin lizinq obyektindən istifadə etdiyinə gorə xx xxx 2010-cu il tarixli, DLM025 saylı müqavilə üzrə - 85.129,34 manat, o cümlədən 60.000 manat əsas məbləğ və 25.129,34 manat faiz məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 24% olmaqla; x xxxx 2011 -ci il tarixli, DLM110 saylı müqavilə üzrə - 78.747,88 manat,o cümlədən 57.420 manat əsas məbləğ və 21.327,88 manat faiz məbləğini 36 ay lizinq müddətinə, 1 illik faiz dərəcəsi 21% olmaqla; ümumilikdə 163.877,22 manat, o cümlədən 117.420 manat əsas məbləğ və 46.457,22 manat faiz məbləğini İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin ödənişlər gecikmələrlə aparılmış və nəticədə İddiaçı MMC ilə cavabdeh arasında xx xxxxxxx 2015-ci il tarixinə qarşılıqlı təsdiq olunmuş üzləşmə aktına əsasən iki müqavilə üzrə ümumilikdə borc 23.200 manat olmuşdur. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə dəfələrlə (xx xxxxxx 2017-ci il və xx xxxxxx 2019-cu il tarixlərində) pretenziya məktubu göndərilmişdir. Lakin yenə də cavabdeh götürdüyü öhdəlikləri icra etməkdən yayınmışdır. Bundan əlavə hesab edirlər ki, cavabdeh iddiaçıya borcu vaxtında ödəmədiyi üçün Mərkəzi Bankın uçot dərəcəsi ilə hesablanmış faiz ödəməlidir. 12. 2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin e-2-2(82)-482/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 23200 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir. 13. 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh X4 müqavilələrinə əsasən lizinq ödənişlərin bir hissəsini - 23.200 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etməmiş, belə olan halda isə iddiaçı göstərilənöhdəliyin icrasını tələb etmək hüququna malik olmuş, ona görə də cavabdehdən 23.200 manat məbləğində borc tutu laraq iddiaçıya ödənilməlidir.
14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işi araşdıraraq, Dövlət X8 sorğu yönəldilərək, iş üzrə mühasibatlıq ekspertizasını təyin edib və nəticə əsasında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-773/19 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmuş – 2.700 manat borcun Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi hissəsində ləğv edilməsi; həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin rədd edilmə si; qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, 1-ci instansiya məhkəməsinin nəticəsi işin faktiki hallarına uyğun olmaqla, qətnamənin ləğvinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmşdir.
17. Həmçinin İş materiallarında olan hər iki tərəfin imzaladığı və möhürlə təsdiq etdiyi xx.xx.2015-ci il tarixli qarşlılqlı üzləşmə aktı x xxxx 2011-ci il tarixli, DLM110 saylı X4 müqaviləsi üzrə cavabdehin iddiaçıya xx xxxxxxx 2015-ci il tarixinə 20.500 manat borcunun olduğunu sübut edir. Bu əsasdan kollegiya həmin hissədə iddianın təmin olunması nəticəsinə gəlir.
18. Cavabdeh apelyasiya şikayətində x xxxx 2011-ci il tarixli, DLM110 saylı X4 müqaviləsi üzrə borcunun az olduğunu bildirsə də bununla bağlı hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etmədiyindən, eləcə də iş materiallarına əsasən mövcud borcun məbləği ilə bağlı hər hansı mübahisəli məqam müəyyən etmədiyindən ekspertiza təyin edilməsinə zərurət görməmişdir. 19. xx xxx 2010-cu il tarixli, DLM025 saylı lizinq müqaviləsi üzrə tələb edilən 2.700 manat borca münasibətdə isə cavabdeh borcun olmadığını, ödənişləri tam şəkildə icra etdiyini iddia etmişdir.
20. Bununla əlaqədar iş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2013-cü il tarixli əmrində göstərilmişdir ki, Cavabdeh ilə bağlanmış xx xxx 2010-cu il tarixli DLM025 saylı X4 müqaviləsinə əsasən lizinqə verilmiş MAN TGF 41-400 markalı X9, şassi nömrəsi WMANW3ZZ98P003277, mühərrik nömrəsi **********1868, istehsal ili 2008-ci il olan lizinq obye kti maliyyə öhədliklərinin tam yerinə yetirildiyinə görə balansdan çıxarılmışdır. “xxxx” MMC-nin balansından çıxarılması Maliyyə və Marketinq Şöbəsinə tapşırılmışdır. 21. “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Dövlət Yol Polisinə ünvanlanmış məktubdan görünür ki,“xxxx” MMC xx xxx 2010-cu il tarixli DLM025 saylı X4 müqaviləsinə əsasən icarəyə verilmiş MAN TGF 41400 markalı X9, şassi nömrəsi WMANW3ZZ98P003277, mühərrik nömrəsi **********1868, istehsal ili 2008-ci il, AB4444795 nömrəli texniki pasportlu, **-JX-*** dövlət qeydiyyat nömrəli əmlak maliyyə öhdəliklərinin tam yerinə yetirildiyinə görə əmlakın Cavabdeh mülkiyyətinə keçməsinə “xxxx” MMC etiraz etmir.
22. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx xxx 2010cu il tarixli, DLM025 saylı lizinq müqaviləsi üzrə cavabdeh öhdəyini yerinə yetirmiş, hər hansı borcu qalmadığından lizinq obyekti lizinqdən çıxarılmışdır.
23. Belə olan halda hazırki iş üzrə cavabdehdən həmin müqavilə üzrə 2.700 manat borcun tələb edilməsi əsassız olmaqla təmin edilməməlidir.
24. Məhkəmənin qətnaməsi iddiaçıya xx.xx.2020-ci il tarixdə və cavabdehə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir.
25. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yenidən apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
26. Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə materialları tam araşdırmamışdır. Məhkəmə iclasında cavabdeh xahiş etmişdir ki, Dövlə t X8 sorğu göndərsinlər. Bununla belə MAN TGF 41-400 markalı **-VN-*** qeydiyyat nişanlı X9 üzrə ödənişlər tam şəkildə olunmuşdur. Buna dair sübut Dövlət X6 MAN TGF 41-400 markalı **-VN-*** qeydiyyat nişanlı X7 lizinqdən çıxan Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnməsidir. Bu sorğu məhkəmə tərəfindən Dövlət X8 göndərildiyi tədgirdə və sorğu cavabının nəticəsində sübuta yetiriləcəkdir ki, MAN TGF 41-400 markalı **-VN-*** qeydiyyat nişanlı X9 lizingdən azad olunmuşdur. Hər hansı bir əşya lizingdən yalnız ödəniş tam olunduğu və lizing bağlandığı tədgirdə olunur. Məhkəmə iclaslarında cavabdeh izah etmişdir ki, kredit üzrə kifayət qədər ödəniş tapşırıqları yerinə yetirilib. Lakin məhkəmə heç bir araşdırma aparmamış qərar qəbul etmişdir. Hal-bu ki, ədalətli qərarın çı xarılması üçün, məhkəmə tərəfindən MPM-nin 97.1-ci maddəsinə əsasən mühasibatlıq ekspertizası keçirilməli idi. MPM-nin 386, 418.1, 418.2-ci maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 27.Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir.
31. Həmin Məcəl lənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
34. Həmin Məcəllənin 747.1-ci maddə sinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
35. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafıq olaraq lizinq verənin lizinq verəndən (müvafıq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafıq olaraq lizinq alan) tərəfındən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.
36. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
37. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləğı lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfındən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
38. Həmin Məcəllənin 748-10.2-ci madd əsinə əsasən, lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
39. Həmin Məcəllənin 748-13.4-cü maddəsinə əsasən, lizinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə lizinq verənin bu Məcəllə və lizinq müqaviləsi ilə nəzərdə tutulmuş və öhdəliklərin təmin edilməsinə yönəldilmiş hərəkətləri həyata keçirmək hüququ vardır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq о sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbl ərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
42. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün he sab edilmişdir.
45. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Belə ki, işin materiallarında olan xx.xx.2015-ci il tarixli qarşlılqlı üzləşmə aktı ilə təsdiq olunur ki, x xxxx 2011-ci il tarixli, DLM110 saylı X4 müqaviləsi üzrə cavabdehin iddiaçıya xx xxxxxxx 2015-ci il tarixinə 20.500 manat borcu qalmışdır. Cavabdeh kassasiya şikayətində x xxxx 2011-ci il tarixli, DLM110 saylı X4 müqaviləsi üzrə borcunun tam olaraq ödənilməsini göstərsə də, bununla bağlı hər hansı sənəd-sübutu məhkəməyə təqdim edə bilməmişdir.
48. Eyni zamanda cavabdeh məhkəmədən xahiş edir ki, borc qalığının aid olduğu lizinq əmlakı olan MAN TGF 41-400 markalı X7 ona məxsus olmasını təsdiq edən “Nəqliyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” Dövlət Yol Polisindən tələb edilsin ki, həmin sənədlə bu maşının lizinqdən azad olunduğu sübut olunacaqdır, belə ki, belə sənəd yalnız lizinq ödənişinin tam olaraq icra olunduğu zamanı verilə bilər.
49. Bu dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd etməlidir ki, cavabdehin istinad etdiyi “Nəqliyat vasitəsinin qeydiyyat şəhadətnam əsi” həmin nəqliyyat vasitəsinin mülkiyyətçisində olur, və əgər cavabdeh MAN TGF 41-400 markalı X9 üzrə bütün lizinq ödənişləri etmiş və bu əmlak üzrə lizinq bağlanmışsa, onda qeyd edilən sənəd mülkiyyətçisi kimi, cavabdehdə olmaladır, lakin cavabdeh bu sənədi məhkəməyə təqdim edə bilmir.
50. Ona görə də, cavabdehin kassasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.
51. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-773/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.