Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-162/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “X1 Zirai Makinalar ve Seracılık Sanayi Ticaret Anonim” şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR İş № 2-2(102)-162/2021 Bakı şəhəri 2021-ci il 14 aprel Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həbibova Könül Əbülfəz qızının katibliyi, iddiaçı “X1 Zirai Makinalar ve Seracılık Sanayi Ticaret Anonim” Şirkətinin vəkili Vəkil1 və Cavabdeh MMC-nin vəkili Vəkil2 iştirakları ilə, iddiaçı “X1 Zirai makinalar ve Seracılık Sanayi Ticaret Anonim” şirkətinin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 sentyabr tarixli 22(103)-440/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ: 1. 2016-cı il 25 iyul tarixli, ASQ/AS/001/16 saylı müqavilənin surətindən görünür ki, “X1 Zirai Makinalar ve Seracılık Sanayi Ticaret Anonim” şirkəti istixana üçün material və avadanlıqları satmağı, Cavabdeh MMC isə malları qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 7.200.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. 2. 2016-cı il 25 iyul tarixli, ASQ/AS/001/16 nömrəli müqaviləyə 2016-cı il 29 sentyabr tarixli, 1 №-li əlavənin surətindən görünür ki, müqavilənin ümumi dəyəri 3.391.170,32 manat müəyyən olunmuş və Cavabdeh MMC 10 bank günü ərzində 900.000 ABŞ dolları məbləğində avans ödənilməsini öhdəsinə götürmüşdür. 3. 2016-cı il 25 iyul tarixli, 001 №-li qəbzin surətindən görünür ki, 200.000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən avans olaraq İsmail Çağlayana ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 4. 2019-cu il 27 noyabr tarixdə iddiaçı “X1 Zirai makinalar ve Seracılık Sanayi Ticaret Anonim” şirkəti (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə daha sonra isə iddia tələbinin azaldılmasın a dair ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 274.217 ABŞ dolları əsas borcun, 41.132 ABŞ dolları faiz borcu və əsas borcun tutulmasına dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış istixana üçün metal konstruksiyaların və digər mal-materialların alqı-satqısı haqqında 2016-cı il 25 iyul tarixli müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehin ünvanına 2016-2017-ci illər ərzində hissə-hissə olmaqla ümumilikdə 3.124.147,09 ABŞ dolları məbləğində malmaterial göndərilmişdir. Lakin cavabdeh göndərilən malların dəyərini lazımınca ödəməmiş, onun 274.217,09 ABŞ doll arı məbləğində borcu yaranmışdır. Cavabdehin satın aldığı mallara görə ən son ödəniş tarixi 2017-ci il 29 iyul tarixdə həyata keçirilmişdir. Yaranmış borcla bağlı cavabdeh tərəf 2017-ci ilin sonlarına qədər qalıq borcun tam şəkildə ödənilməsinə söz versə də, sonuncu üzərinə düşən öhdəliklərini bu günədək yerinə yetirməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə həm yazılı, həm də şifahi müraciətlər edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcun ödənilməsindən yayınmışlar.
6. Borc məbləği iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən vəkil sorğusuna verilən 2020-ci il 10 yanvar tarixli 1000170/170-24/000418 nömrəli məktub və digər sənədlərlə öz təsdiqini tapır. Tərəflər arasında bağlanmış müqavilə əsasında i ddiaçı tərəfindən cavabdehin ünvanına göndərilən malın dəyəri ümumilikdə 3.124.147,09 ABŞ dolları, həmin malların müqabilində isə cavabdeh tərəfindən edilən ödənişin məbləği cəmi 2.849.930 ABŞ dolları təşkil edir.
7. Cavabdehin iddiaçıya olan külli miqdarda borcu vaxtında qaytarmaması iddiaçının maliyyə vəziyyətinin pisləşməsinə səbəb olmaqla sonuncuya ciddi zərər dəymişdir. Buna görə də cavabdehdən əsas borcdan əlavə həm illik 5 %, həm də qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcu da hesablanaraq tutulmalıdır. Müəyyən edilən borc məbləğinə uyğun olaraq, 274.217,09 ABŞ dolları borcun gecikdirildiyi 2017-2018-2019-cu illər üzrə illik 5 faiz olmaqla (274.217,09 x 5% (2017-2019 illər üzrə) 41.132,5 ABŞ dolları məbləğində faiz borcu hesablanmalı, o cümlədən, bor cun tutulmasına dair qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcu tutulmalıdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 439.3, 442, 443.1, 443.2, 445.1, 445.7, 448.1, 449.1-ci maddələrinə, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 24.1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsini 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli qərarına istinad etmişdir.
9. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 2 mart tarixli e-2-2(113)-508/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 74.217 ABŞ dolları məbləğində əsas borc, 11.133 ABŞ dolları məbl əğində faiz borcu olmaqla ümumilikdə 85.350 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan təmin edilməməsi qət edilmişdir (hakim F.Qasımov).
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçı tərəfindən göndərilən malların dəyəri 3.124.147,09 ABŞ dolları təşkil etmiş, cavabdeh tərəfindən 2.849.930 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş və 274.217 ABŞ dolları məbləğində borc yaranmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2020-ci il 10 yanvar tarixli məktubu və həmin məktuba əlavə olunmuş tərəflər arasında aparılan ixrac və idxal əməliyyatları barədə, həmçinin əməliyyatlar zamanı idxal edilmiş malların invo ys dəyəri haqqında məlumatda göstərilən dəyərdə malların göndərilməsi öz təsdiqini tapır. Bundan başqa, cavabdeh tərəfindən malların az göndərilməsi ilə bağlı hər hansı bir pretenziyanın irəli sürülməsi barədə sübut təqdim olunmamışdır.
12. İstər müqavilə, istərsə də həmin müqaviləyə əlavə iddiaçı şirkətinin rəhbəri İsmail Çağlayan tərəfindən imzalanmışdır. Müqavilənin 3.3.1-ci bəndində 10 bank günü ərzində 1.500.000 ABŞ dolları məbləğində avans məbləğinin ödənilməsi nəzərdə tutulmuş və müqavilənin bağlandığı gün də 200.000 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı şirkətin rəhbəri tərəfindən qəbul olunmuşdur. İddiaçının nümayəndəsi 200.000 ABŞ dollarının ödənilməsi barədə 2016-cı il 25 iyul tarixli qəbzin məhz mübahisə predmeti olan müqavilə üzrə ödənişin aparılmasını təsdiq edən sənəd o lmadığını, tərəflər arasında başqa öhdəliklərin icrası üçün, ola bilsin ki, İsmail Çağlayana şəxsən verilməli olan pul vəsaiti kimi verildiyini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Həmin qəbzdə 200.000 ABŞ dollarının avans olaraq ödənilməsi qeyd olunmuşdur.
13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 8 sentyabr tarixli 2-2(103)-440/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 2 mart tarixli e-2-2(113)-508/2020 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrl ik edən hakim Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova).
15. Yoxlanılan hissə ilə bağlı məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə əşyaların dəyərinin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuşdur. Həmin müqavilədə malların təhvili və qəbul edilməsinin xüsusi qaydası, yəni təhvil-təslim aktı və ya digər sənədin tərtib edilməsi ilə bağlı şərt nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş Dövlət Gömrük Komitəsinin 2020-ci il 10 yanvar tarixli məktubu və həmin məktuba əlavə olunmuş tərəflər arasında aparılan ixrac və idxal əməliyyatları barədə, həmçinin əməliyyatlar zamanı idxal edilmiş malların invoys dəyəri haqqında məlumatda iddiaçının göstərdiyi dəyərdə malların göndərilməsi öz təsdiqini tapır. Cavabdehin nümayəndəsi də həmin sənədlərdə göstərilən malların göndərildiyini və qəbul edildiyini təsdiq edir. Cavabdeh iddiaçıya malların tam olaraq təhvil verilmədiyi ilə bağlı pretenziya məktubunun göndərdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.
16. Ümumi dəyəri 3.124.147,09 ABŞ dolları təşkil edən mallar cavabdehə tam olaraq təhvil verilmiş, cavabdeh isə həmin malların dəyərini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ödənilməyən məbləğ 74.217 ABŞ dolları təşkil edir. Belə ki, iddiaçı 2.849.930 ABŞ dollarının ödənilməsini etiraf edir, 200.000 ABŞ dollarının ödənilməsi isə 2016-cı il 25 iyul tarixli 001 №-li qəbzlə təsdiq olunur (birinci instansiya məhkəməsində iddiaçı həmin qəbzi mübahisələndirsə də, qətnamədən apellyasiya şikayəti vermədiyinə görə qəbul olu nur ki, hazırda həmin qəbzi mübahisələndirmir). Bu baxımdan iddiaçı 74.217 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
17. Cavabdeh iddiaçıdan aldığı malların dəyərini 3 il ərzində ödəmədiyi üçün, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələb qismən əsaslı hesab olunaraq, cavabdehdən gecikdirilmiş 3 il vaxt üçün illik 5% hesablanmış 11.133 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlı hesab edilmişdir (1 il üçün – 74.217 x 5% = 3.711 ABŞ dolları; 3 il üçün – 74.217 x 5% = 11.133 ABŞ dolları).
18. İddiaçının təhvil verdiyi mallarda qüsurların aşkar olunması ilə bağlı cavabdehin nümayəndəsinin dəlilləri birinci instansiya məhkəməsində cavabdeh tərəfindən həmin hala istinad olunmadığından və apellyasiya icraatında buna istinad olunması isə MPM-in 372.2-ci maddəsinə zidd olduğundan əsassız hesab olunmuşdur. Habelə, müqavilənin “Malların qəbulu, Pretenziyalar” adlı 4-cü bəndindən müəyyən olunur ki, mallardakı qüsurlarla bağlı pretenziya verilməlidir. Lakin cavabdeh tərəfindən belə pretenziya verilməmişdir.
19. Məhkəmənin qətnaməsi cavabdehə 2020-ci il 16 oktyabr tarixdə təqdim edilmişdir. 20. 2020-ci il 11 dekabr tarixdə cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri:
21. İddiaçı ilə bağlanılmış müqaviləyə əsasən, onu n tərəfindən 2016-2017-ci illər ərzində hissə-hissə ümumiliklə 3.015.000 ABŞ dolları məbləğində mal-material göndərilmiş, həmin malların müqabilində 2019-cu il 25 iyul tarixdən bu günə kimi 200.000 ABŞ dolları nağd (kassadan cavabdehin direktoru tərəfindən alınmışdır) və köçürmə yolu ilə 2.850.000 ABŞ dolları, cəmi 3.050.000 ABŞ dolları dolları ödəniş olunmuşdur. İddiaçının cavabdehə olan borc məbləği 35.000 ABŞ dolları təşkil edir. 2016-ci il 25 iyul tarixli məxaric xəzinə orderindən görünür ki, iddiaçı şirkətin direktoru İsmayıl Çağlıyana 200.000 ABŞ dolları məbləğində avans ödəniş olunmuşdur. Bank köçürmələri barədə sənədlərdən isə görünür ki, 2.850.000 ABŞ dolları məbləğində ödənişlər həyata keçirilmişdir. İddiaçı tərəfindən müqavilənin şərtləri pozularaq mallar təhvil verilmədiyindən və göndərilmiş mallar qüsurlu olduğundan (iddiaçıya bu barədə dəfələrlə yazılı şəkildə bildirilmişdir), cavabdeh tərəfindən 74.217 ABŞ dolları ödənilməmişdir.
22. İddiaçı kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 439.3, 442, 443.1, 443.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən müqavilənin şərtləri pozularaq mallar təhvil verilmədiyindən və göndərilmiş mallar isə qüsurlu olduğundan tələb edilən məbləğ ödənilməmişdir.
25. İddiaçının vəkili kassasiya şikayətində göstərilən dəlillərin formal məzmunlu olub işin yubadılması məqsədi daşıdığını əsas gətirərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində verilmiş, şikayətin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi hüquqi məsələlərə baxmaqla, apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (416-cı maddə). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (418.3-cü maddə)
28. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın qismən təmin edilmiş hissəsində yoxlanılır (MPM-in 403 və 416-cı maddələri). İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikası Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxt ında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin i cra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsa slardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin....” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətində n ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, h ərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” 31. “AR Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin AR mülki prosessual qanunvericiliyi baxım ından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı: “... hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar o nu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
32. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin yoxlanılan hissəsinə münasibətdə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə ümumi dəyəri 3.124.147,09 ABŞ dollları (bax 11,16-cı bəndlər) təşkil edən mallar tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq cavabdehə təhvil ve rilmiş, malların dəyərindən ödənilməyən məbləğ 74.217 ABŞ dolları təşkil edir.
34. Cavabdeh kassasiya şikayətində iddiaçıya 74.217 ABŞ dolları məbləğində borcu olduğunu göstərir. Lakin həmin məbləğin iddiaçıya ödənilməməsini aşağıdakı iki hal ilə əlaqələndirir: 1) iddiaçı tərəfindən 2016-2017-ci illər ərzində hissə-hissə ümumiliklə 3.015.000 ABŞ dolları məbləğində mal-material göndərilsə də, 35.000 ABŞ dolları məbləğində mal göndərilməmişdir; 2) göndərilmiş mallar qüsurlu olmuşdur.
35. Qeyd edilməlidir ki, cavabdeh işin məhkəmələr tərəfindən müəyyən edilən, ümumi dəyəri 3.124.147,09 ABŞ dollları təşkil edən malların ona təhvil verilməsini təkzib edən mötəbər sübutları məhkəmə araşdırmasına təqdim etməmişdir.
36. Ona görə də, məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən 2016-2017-ci il lər ərzində hissə-hissə ümumiliklə 3.015.000 ABŞ dolları məbləğində mal-materialın göndərilməsi, 35.000 ABŞ dolları məbləğində malın isə göndərilməməsinə dair dəlillərini əsassız hesab edir.
37. Cavabdehin digər-tələb olunan borcun malların qüsurlu olması səbəbindən ödənilməməsi barədə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin “Malların qəbulu, pretenziyalar” adlı 4-cü bəndinə görə mallarda qüsurlar yarandıqda, satıcı həmin qüsurları, pretenziya aldığı tarixdən 30 (otuz) təqvim günü müddətində, FCA İstanbul, Türkiyə (İncoterms 2010) şərti ilə, malların və ya onların hissəsinin əvəz edilməklə, aradan qaldırılacaqdır.
38. Göründüyü kimi tərəflərin razılaşmasına görə təhvil alınmış mallarda qüsur aşkar edildikdə, alıcının satıcıya göndər diyi pretenziya əsasında müəyyən edilmiş müddət ərzində qüsurlu mallar yenisi ilə əvəz ediləcək.
39. Lakin işin materiallarından müqavilə üzrə alınmış malların qüsurlu olması ilə bağlı cavabdeh tərəfindən iddiaçıya pretenziya göndərilməsi, bu barədə sonuncuya qarşı tələb irəli sürməsi müəyyən edilmir.
40. Digər tərəfdən, mülki qanunvericiliyin analogiya üzrə müddəaları mülki hüquq münasibətlərinin mahiyyətinə zidd olmadığı hallarda, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının tətbiq edilməsinin mümkünlüyünü müəyyən edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, pretenziya ilə əlaqəsi baxımından Mülki Məcəllənin 773-cü maddəsi sözügedən hala tətbiq oluna bilər. Qeyd olunan normanın tələbinə görə, məmulatın qüsurlu olması barədə bilə-bilə pretenziya irəli sürülmə dən qəbul edilərsə, qüsur barədə tələb hüququ əmələ gəlmir. 41.Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə istinad olunan maddi hüquq normaları düzgün tətbiq edilmiş (bax 28-ci bənd), maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2020-ci il 8 sentyabr tarixli 2-2(103)-440/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov A.S.Hüseynov