Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-162/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması, lizinq obyekti olan avtomobilin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı MMC-nin həmin iddia tələbi üzrə cavabdeh X1-ə qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması, lizinq obyekti olan avtomobilin geri qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı X1-in həmin iddia tələbi üzrə cavabdeh MMC-yə qarşı “X2 etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)-1066/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. I. İŞİN HALLARİ 1. 2021-ci il 17 mart tarixli 170321-4 saylı X1 görünür ki, lizinq verən lizinq obyektini (2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobil) satıcıdan əldə etməyi və müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektin i qəbul edib müqavilə üzrə müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini lizinq alana ödəməyi öhdələrinə götürmüşdür. 2. 2021-ci il 17 mart tarixli Ödəniş cədvəlindən görünür ki, əsas məbləğ 11.160 manat, faiz məbləği 4.590 manat olmaqla ümumilikdə 15.750 manat məbləğində pul vəsaitinin Əliyev Sadiq İsa oğlu tərəfindən 2024-cü il 17 sentyabr tarixinədək ödənilməsi nəzərdə tutulmuşdur. 3. 2021-ci il 17 mart tarixli Qəbul aktından görünür ki, Qanuni nümayəndə MMC tərəfindən 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobil Əliyev Sadiq İsa oğluna təhvil verilmiş və sonuncu tərəfindən təhvil alınmışdır.
4. MMC tərəfindən Əliyev Sadiq İsa oğluna ünvanlanmış 2022-ci il 21 fevral tarixli xxxx/2022 saylı pretenziya məktubundan görünür ki, tərəflər arasında 2021-ci il 17 mart tarixində bağlanmış X3 əsasən yaranmış 1.500 manat gecikdirilmiş borcun, 278.10 manat məbləğində faiz borcunun ödənilməsi, qanunsuz istismarda olan avtomobilin təhvil verilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
5. X1 tərəfindən MMC-yə ünvanlanmış 2022-ci il 22 iyun tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında 2021-ci il 17 mart tarixdə bağlanmış X4 etibarsız olduğundan tərəflərin əvvəlki vəziyyətinə qaytarılması, Əliyev Sadiq İsa oğlu tərəfindən ödənilmiş 6.700 manat məbləğində vəsaitin qaytarıldığı təqdirdə 2020-ci il buraxılışlı olan, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobilin qaytarılmasını, 10 gün müddətində cavab verilmədiyi təqdir də müqavilənin etibarsız hesab olunması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 6. 2022-ci il 23 iyun tarixli 252 saylı Maliyyə arayışından görünür ki, 2021-ci il 17 mart tarixli müqaviləyə əsasən, 2021-ci il 17 oktyabr tarixinə qədər Əliyev Sadiq İsa oğlu tərəfindən cəmi 2.625 manat ödənilmiş, 2021-ci il 29 aprel tarixinə qədər 2.250 manat aylıq, 419.72 manat gündəlik gecikmə cəriməsi ödənilməmiş borcu qalmışdır. 7. "xxxx" MMC-nin 2022-ci il 12 avqust tarixli ME00161/22 saylı ekspert rəyindən görünür ki, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobilin mühərrikində bir ədəd bolt və bolt yivi mövcud deyil və maşın fabrikdən tam saz vəziyyətdə istismara verilərkən də həmin bolt və bolt yivi olmamışdır. Mühərrik fabrik qüsurlu olmuşdur. 2020-ci buraxılış ili olan həmin avtomobilin mühərrikində dəyişilməsinə hazırkı vəziyyətdə ümumi qiymət təxminən 2.750 manat müəyyən olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
8. MMC (bundan sonra – “iddiaçı”) X1 (bundan sonra – “cavabdeh”) qarşı 2022-ci il 28 iyun tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında 2021-ci il 17 mart tarixdə bağlanılmış 170321-4 saylı X4 üzrə 2022-ci il 29 aprel tarixinədək yaranmış 2.250 manat əsas borc, 419,72 manat lizinq mükafatının (faiz), iddia ərizəsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun, ümumilikdə 2.729,72 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il bu raxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən tam işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci il 17 mart tarixində 42 aylıq müddətə bağlanılmış 170321-4 saylı X4 üzrə öhdəliklər iddiaçı tərəfindən tam şəkildə icra olunsa də, cavabdeh öz öhdəliklərini tam icra etməyərək müqavilə üzrə ödənilməsi nəzərdə tutulan lizinq haqqı borcunu uzun zaman geçikdirməklə ödəməkdən qərəzli olaraq boyun qaçırmış, cavabdehin sonuncu ödənişi 2021-ci il 19 oktyabr tarixində olmuş, cavabdehin qərəzli hərəkətlərinin nəticəsi olaraq iddiaçıya 2022-ci il 29 aprel tarixinədək 2.250 manat əsas ödəniş borcu, 419,72 manat lizin q mükafatı (faiz) borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıqlar olunmasına və yazılı bildiriş-pretenziya göndərilməsinə baxmayaraq, borc ödəniməmiş, iddiaçının xüsusi mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobil iddiaçıya qaytarılmamışdır. Bu səbəbdən müqaviləyə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmiş, bu barədə cavabdehə bildiriş təqdim edilmişdir. İlkin mediasiya sessiyasına dəvət əsasında cavabdeh iştirak etməmiş, avtomobilin qaytarılması və yaranmış lizinq borcunun ödənilməsi istiqamətində addım atmamışdır.
10. İlkinçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26.1, 60cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 425, 747.1, 748-1.12, 748-2, 748-10.4, 750-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad etmişdir.
11. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 2021-ci il 17 mart tarixli 170321-4 saylı X2 etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, X2 11.3-cü maddəsinə əsasən lizinq alan bu müqavilə ilə müəyyən edilən vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu müqavilə üzrə lizinq ödənişləri tam icra edildikdə belə lizinq verən lizinq obyekti olan avtomobili lizinq alanın mülkiyyətinə verməkdən imtina edə bilər. Qeyd olunan şərtlə r yalnız lizinq verənin iradəsindən asılıdır. Həmin müqavilə faktiki olaraq fiziki şəxs iddiaçı ilə bağlansa da, cavabdeh tərəfindən müqaviləyə VÖENİ olan sahibkarla bağlanılmış kimi qeyd olunmuşdur. Belə ki, iddiaçıdan VÖEN tələb edilmiş, sonuncu isə məcburiyyət qarşısında qalaraq müqavilə bağlanan tarixə qüvvədə olmayan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) təqdim etmişdir.
13. Qarşılıqlı iddia ərizəsinə əlavə olunan vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubda qeyd olunmuşdur ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi bildirmişdir ki, 2019cu il 11 oktyabr tarixli ərizəyə əsasən fəaliyyəti 2019-cu il 11 oktyabr tarixindən 2024-cü il 11 oktyabr tarixinədək vergi orqanı tərəfindən fəaliyyətinin dayandırılması təmin edilmişdir. Müqavilə bağlan an zaman aldanaraq cavabdehə fabrik qüsuru olan nəqliyyat avtomobili verilmiş və nəqliyyat avtomobilinin motorunda problem olduğu üçün 20.000 km yol getdikdən sonra tamamilə sıradan çıxmışdır. 2021-ci ilin oktyabr ayından nəqliyyat avtomobili qarajda saxlanılmış və istismara tam yararsız vəziyyətdə olmuşdur. Bir çox nəqliyyat avtomobili ustasına göstərdikdə sonuncular iddiaçıya bildirmişlər ki, nəqliyyat avtomobilinin mühərrikində fabrik qüsuru olduğu üçün nəqliyyat vasitəsinin təmiri və bərpası qeyri-mümkündür. İddiaçı iddia ərizəsində və pretenziya məktublarında qeyd etmişdir ki, guya avtomobil tam saz (işlək) vəziyyətdə olmuş, lakin bu məlumat doğru olmamışdır.
14. İddiaçı cavabdehi aldadaraq gəlir əldə etmiş, üstəlik nəqliyyat vasitəsi işlək vəziyyətdə olmadığı və fabrik qüsuru olduğu halda həm nəqliyyat vasitəsini, həm də aylıq ödənişləri əsassız olaraq tələb etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərdən görünür ki, maşının kilometrajı 24.377 rəqəmini göstərmişdir. Bu da nəqliyyat vasitəsinin cəmi ortalama 45 ay istifadə olunduğunu göstərmişdir. Yəni nəqliyyat vasitəsi 4-5 ay istifadə olunduqdan sonra cavabdehin səhvi ucbatından yox, fabrik qüsuruna görə sıradan çıxmışdır. Lizinq predmetinin qarajdakı toz basmış şəkilləri də onun istifadə edilmədiyinin sübutu olmuşdur. Nəqliyyat vasitəsinin fabrik qüsurunun olması cavabdehə 2021-ci ilin oktyabr ayında məlum olmuşdur və həmin andan etibarən haqlı olaraq lizinq ödənişlərini dayandırmışdır.
15. Cavabdeh tələbinin hüquqi əsası kimi MM-in 328.2, 328.3, 329.1, 337.1, 337.5, 339.2, 339.3, 354.2, 420.1, 420.1.3, 420.1.4, 420.1.5, 420.2, 420.3, 560.2-ci, MPM-in 35.3, 155.1, 155.2, 155.3, 156.1-ci maddələrinə istinad etmişdir.
16. İddiaçı qarşılıqlı iddia tələbinə dair etiraz təqdim edərək, ilkin iddia tələbinin təmin edilməsi, əsassız verilmiş qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi prosessual hüquq normasının müvafiq müddəalarının tələblərinə zidd olmaqla verilmiş, məhz bu səbəbdən də baxılmamış saxlanılmalıdır. Həmçinin mübahisə predimeti olan Lizinq Müqaviləsi üzrə cavabdeh şəxsi imzası ilə Akt əsasında qəbul edilən və heç bir nasazlığı, narahatlığı olmadığı aşkar bəyan edilən lizinq avadanlığının istifadə edilərək 7 ay ardıcıl haqqı ödənilməklə istismar edilməsi və 7 aydan son ra nasazlıq iddiası ilə xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılmasına cəhd edilməsi həqiqətən də absurd olmuşdur.
17. Qarşılıqlı iddia tələbinə dair iddiaçının etirazına cavabdeh tərəfindən etiraz təqdim edilərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi xahiş ounmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən lizinq predmeti istifadə olunan zaman itirilməmiş, korlanmamış, talanmamış, vaxtından əvvəl sıradan çıxmasına şərait yaradılmamış, quraşdırılması və ya istifadəsi zamanı səhv yol verilməmişdir. Avtomobil cavabdehə verilən zaman fabrik qüsurlu olmuş və bu barədə qarşı tərəfin məlumatı olduğundan, tərəflər arasında yazışmalarda nəqliyyat vasitəsinin tam saz vəziyyətdə verilməsini xüsusilə vurğulamışdır. Belə ki, nəqliyyat avtomobili 24.337 km məsafə qə t etdikdən sonra nəqliyyat vasitəsinin yararsız vəziyyətə düşməsi absurd olmuşdur.
18. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 8 sentyabr tarixli e-2-2(113)-3728/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd olunmuşdur (hakim – Z.Pirverdiyev).
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı cavabdehə lizinq obyektini verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan X5 müqaviləsinə istinad etmişdir. İş materiallarında olan sənədlərlə cavabdehin 2021-ci il 17 mart tarixli 170321-4 saylı X3 əsasən yaranmış 2.250 manat əsas borc və 419,72 manat lizinq mükafatı (faiz) olmaqla 2.669,72 manat icra edilməmiş öhdəliyi müəyyən olunmuşdur. İlkin iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
20. Mə hkəmə ilkin iddia tələbinin lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə hesab etmişdir ki, lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobili tam işlək vəziyyətdə cavabdehə geri qaytarılmalıdır.
21. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Hazırda mübahisələndirilən müqavilə 2021-ci il 17 mart tarixində bağlanmış, lakin həmin tarixdən 1 ildən artıq müddət keçdikdən sonra 2022-ci il 30 iyun tarixində qarşılıqlı iddia üzrə iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı avtomobilin fabrik qüsuru olmasını bildirsə də, bu barədə qarşılıqlı iddia üzrə cavabdehə hər hansı irad bildirməmiş və bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
22. Mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, qanunda həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən olunmuşdur. Əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir.
23. Qeyd olunanlara əsasən, qarşılıqlı iddia üzrə iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən qarşılıqlı iddia, müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir.
24. Qarşılıqlı iddia tələbinin tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması hissəsinə münasibətdə məhkəmə vurğulamışdır ki, qarşılıqlı iddia tələbinin göstərilən hissəsi müqavilənin etibarsızlığına əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən, qarşılıqlı iddia tələbi göstərilə n hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz.
25. Birinci instansiya məhkəməsi öz mövqeyini MM-in 324.1, 324.4, 324.5, 354.2, 377.1, 385.1, 386.1, 389.1, 442, 448.1, 465.2, 747.1, 748-10.1-ci maddələrinə, Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” 2000-ci il 25 yanvar tarixli, “Stanyo Belçikaya qarşı” 2009-cu il 7 iyul tarixli qərarlarına, MPM-in 14.2, 80, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir.
26. Cavabdeh 2022-ci il 27 sentyabr tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Bakı Apellyasiya Məhkəməsinin Kommer siya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)-1066/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Baxışova, hakimlər – R.Qurbanov və V.Məmmədov).
28. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə məhkəmə tərəfindən tutulmuş borc məbləğini, müqavilə üzrə həyata keçirilmiş ödənişin məhkəmə tərəfindən müəyyən edilmiş məbləğini mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi hal müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın məhkəmə tərəfindən təmin edilməməsidir.
29. Tərələr arasında lizinq müqaviləsinin etibarsız müqavilə olduğu qarşılıqlı iddia ərizəsində belə əsasl andırılır ki, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil lizinqə verilərkən həmin avtomobildə bir ədəd bolt və bolt yivi olmamış, avtomobildə istehsal qüsuru olmuş və lizinqverən bu halı bildiyi halda lizinqalana bu barədə məlumat verməmişdir.
30. Qarşılıqlı iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi üçün sadalananlar sübut edilməli idi: lizinq predmeti olan avtomobildə həqiqətən lizinq predmeti lizinq alana təhvil verilənə qədər qüsur mövcud olduğu və lizinq verənin müqavilə bağlananadək bu barədə məlumatlı olduğu.
31. Qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş özəl şirkət olan "xxxx" MMC-nin 2022-ci il 12 avqust tarixli ME00161/22 saylı mütəxəssis rəyində qeyd edilmilşdir ki, “SAİPA SAİNA EX” Minik markalı, ** PV * ** dövlət nömrə nişanlı avtomobilin motorunda bir ədəd bolt və bolt yivi mövcud deyil və maşın fabrikdən tam saz vəziyyətdə istismara verilərkən də həmin bolt və bolt yivi olmamışdır. Motor fabrik qüsurludur.
32. Qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, avtomobil 20.000 km getdikdən sonra motorunda 2021-ci ilin oktyabr ayında problem yaranmışdır. Həmin tarixədək lizinq alanın avtomobildə qüsur olması barədə məlumatı olmamışdır. Belə olan halda müəyyən olunur ki, əgər avtomobilin daxilində, yəni motorunda lizinq alanın iddia etdiyi kimi, fabrik qüsuru olmuşsa belə, həmin qüsuru avtomobil müəyyən müddət idarə etmədən aşkar etmək mümkün olmadığı üçün lizinqverənin bu barədə lizinq müqaviləsi bağlalanadək məlumatı ola bilməzdi.
33. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunanlar barədə məhkəmə yə sübut təqdim etmədiyindən MM-in 359.2-ci maddəsinə əsasən etibarsız hesab edilməsi üçün aldadılma faktının baş verdiyi təsdiq olunmur.
34. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin etibarsız hesab edilməsi üçün maddi hüquq normasında nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilmədiyindən apellyasiya instansiya məhkəməsi əqdin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddətin ötürülüb-ötürülməməsinə hüquqi qiymət verilməsini zəruri hesab etməmiş və belə nəticəyə gəlinmişdir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsaslı olmamışdır.
35. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün MM-in 337.1, 337.2, 339.2, 339.3, 354.2, 359.2, 385.1, 386.1, 389.1, 442, 448.1, 465.2, 747.1, 748- 10.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına istinad etmişdir.
36. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 20 dekabr tarixdə iş üzrə tərəflərə göndərilmiş və ilkin iddia üzrə cavabdehin vəkilinə məxsus şəxsi elektron kabinetində yerləşdirilmişdir.
37. Cavabdeh həmin qətnamədən 2023-cü il 13 fevral tarixdə kassasiya şikayəti verməklə, qətnamənin tamamilə ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
38. MM-in 748-6 və 748-7-ci ma ddələri üzrə - Əşya lizinq alana verilənə qədər itirilmə, çatışmazlıq və zədə riskləri olmamalıdır. Təqdim olunmuş sübutlardan da görünür ki, avtomobil ilkin iddia üzrə cavabdehə verilənə kimi qüsurlu olmuş, itirilmə, çatışmazlıq və zədə risklərindən sığortalanmamışdır. Əmlakın zərərin bütün növlərindən qorunması ilə bağlı məsuliyyəti lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Bildiririk ki, cavabdeh lizinq obyektini itirməmiş, korlamamış, talamamış, vaxtından əvvəl sıradan çıxmasına şərait yaratmamış, quraşdırılması və ya istifadəsi zamanı səhv buraxmamışdır. Fabrik qüsurlarını müəyyən etmək və avtomobili tam saz vəziyyətdə lizinqə vermək iddiaçının vəzifəsi olmuşdur. Lizinq alan maşının motorunda qüsur olduğunu görə bilməzdi. Onu saz vəziyyətdə lizinq alana vermək lizi nq verənin vəzifəsi idi. Lizinq verən maşını satıcıdan alarkən onu texniki baxışdan keçirməli və zərərin bütün növlərindən qorunması ilə bağlı tədbirlər görməli idi. Bu hal ilə bağlı müstəqil ekspert rəyi təqdim olunsa da, məhkəmələr tərəfindən bu rəyə qiymət verilməmişdir.
39. MM-in 328-ci maddəsi üzrə - Müqavilənin 11.3-cü maddəsinə əsasən, lizinq alan bu müqavilə ilə müəyyən edilən vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə, bu müqavilə üzrə lizinq ödənişləri tam icra edildikdə belə lizinq verən lizinq obyekti olan avtomobili lizinq alanın mülkiyyətinə verməkdən imtina edə bilər. Bu şərt 328.2-cimaddənin tələblərinə tamamilə ziddir. MM-in 328.3-cümaddəsinə əsasən, tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzus undan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır. Lizinq müqaviləsinin 11.3-cü maddəsindən görünür ki, qeyd olunan şərtlər yalnız lizinq verənin iradəsindən asılıdır. Göründüyü kimi, işə baxan məhkəmələr bu hala da hüquqi qiymət verməmişlər.
40. MM-in 329.1-ci maddəsi üzrə - Həmçinin müqavilə bağlanılan zaman cavabdeh fiziki şəxs qismində olsa da, qarşı tərəf cavabdehi VÖEN-i olan sahibkar kimi qeyd etmişdir. Belə ki, müqavilə bağlanıla zaman cavabdehdən VÖEN tələb edilmiş, sonuncu isə məcburiyyət qarşısında qalaraq müqavilə bağlanan tarixə qüvvədə olmayan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə (VÖEN **********) təqdim etmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə olunan vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə məktubda qeyd olunmuşdur ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi bildirir ki, 2019-cu il 11 oktyabr tarixli ərizənizə əsasən fəaliyyətinizin 2019-cu il 11 oktyabr tarixindən 2024-cü il 11 oktyabr tarixinədək vergi orqanı tərəfindən fəaliyyətinizin dayandırılması təmin edilmişdir. Apellyasiya instansiya məhkəməsi işin halları və tətbiq etməli olduğu maddi hüquq normaları ilə bağlı səhv nəticəyə gəlmişdir.
41. MM-in 337 və 339-cu maddələri üzrə - İddiaçı tərəfindən müqavilə bağlanan zaman cavabdeh aldadılaraq fabrik qüsuru olan maşın verilmiş və 2020-ci il buraxılış ili olan maşının motorunda problem olduğu üçün 24.377 km yol getdikdən sonra tamamilə sıradan çıxmışdır. Hesab edirik ki, bu, nəinki qanunazidddir, həm də vicdansızlıqdır. 2021-ci ilin oktyabr ayından maşın qarajdadır və istismara tam yararsız vəziyyətdədi r. Bu hal cavabdehə 2021-ci ilin oktyabr ayından məlum olmuş və həmin anda etibarən haqlı olaraq lizinq ödənişləri dayandırılmışdır. Belə ki, nəqliyyat vasitəsi üzrə mütəxəssis baxış keçirdikdən sonra məlum olmuşdur ki, nəqliyyat vasitəsinin mühərrikində bir bolt olmadığı üçün sonuncunun mühərriki sıradan çıxmış və həmin nəqliyyat vasitəsinin fabrik qüsuru sübut olunmuşdur. Bundan başqa, təqdim olunmuş fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsi cavabdeh tərəfindən az müddətdə, yəni 4-5 ay müddətə istifadəsində olmuş və qeyd olunan qüsurun yaranması cavabdehin öhdəliyində deyil, iddiaçının öhdəliyi olmuşdur. Belə ki, qısa müddətdə yəni 4-5 ay müddət ərzində istifadə olunan nəqliyyat vasitəsinin tez sıradan çıxması özündə reallığı əks etdirməmiş, buna sübut olaraq bir neçə mütəxəssislər tərəfindən qeyd olunmuşdur ki nəqliyyat vasitəsi fabrik qüsurlu olmuşdur.
42. MM-in 407.2-ci maddəsi üzrə - 2021-ci il 17 mart tarixli müqavilənin 13.2-ci maddəsində qeyd olunmuşdur ki, müqavilə tərəflərin imzaları ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. Müqavilədən isə görünür ki, iddiaçının direktoru Sangini Mehrdadın imzası müqavilədə öz əksini tapmamış və belə olduğu halda həmin müqavilə hüquqi qüvvəyə minməmişdir. Qeyd olunan hal apellyasiya instansiyası məhkəməsinin nəzərindən yayınmış, tətbiq edilməli müddəalar tətbiq edilməmiş, nəticə etibarı ilə məhkəmə yanlış nəticə qəbul etmişdir.
43. MM-in 347.1, 377.1, 354.2 və 375.2-ci maddələri üzrə (iddia müddəti ilə bağlı) – Bakı Kommersiya Məhkəməsi “kəsici” müddət qaydasını tətbiq etməklə kobud səhvə yol vermiş, apellyasiya ins tansiya məhkəməsi də həmin səhvi təkrar etmişdir. Avtomobilin fabrik qüsurlu olması cavabdehə 2021-ci ilin oktyabr ayında məlum olmuşdur. Müqavilənin etibarsızlığı üçün tələbin 1 il ərzində irəli sürülməsi mümkün olduğu üçün cavabdehin qarşılıqlı iddiası məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir.
44. MPM-in 76, 77 və 88-ci maddələri üzrə - Cavabdeh tərəfindən çoxsaylı mötəbər dəlillər təqdim olunsa da, birinci instansiya məhkəməsi əsassız olaraq tələbi rədd etmişdir. 2022-ci il 12 avqust tarixdə keçirilmiş ekspertiza rəyindən görünür ki, 2020-ci buraxılış ili olan “SAİPA SAİNA EX” minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobilin mühərrikində bir ədəd bolt və bolt yivi mövcud olmamış və nəqliyyat vasitəsi fabrikdən tam saz vəziyyətdə verilərkən də qeyd olunan nasazlıqlar olmuşdur. Həmin avtomobilin motorunda dəyişilməsinə hazırkı vəziyyətdə ümumi qiymət təxminən 2.750 manat müəyyən olunmuşdur. Həmçinin həmin rəydən görünür ki, nəqliyyat vasitəsi cavabdehə verilən zaman belə artıq qüsur vəziyyətdə olmuşdur. Bolt və bolt yuvasının mövcud olmaması saz vəziyyətdə olan avtomobilin tez sıradan çıxması və istismara yararsız olması üçün əsaslı səbəbdir. Həmin avtomobildən istifadə qaydaları pozulmasa belə, boltun və bolt yivinin olmamasına görə motor sıradan çıxacaqdı. İşə baxan məhkəmələr tərəfindən qeyd olunan sübutlara qərəzsiz, hərtərəfli və tam şəkildə baxılmamış, sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir.
45. MPM-in 9.3, 217, 418.1, 418.2-ci maddələri üzrə - Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş materiallar ına uyğun olaraq əsaslandırılmamış, maddi və prosessual hüquq normalarına uyğun qəbul olunmamışdır. Apellyasiya instansiya məhkəməsi hüququn tətbiqində səhv buraxmış, tətbiq edilməli qanunu tətbiq etməmiş, habelə qanunu səhv təfsir etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. İddiaçi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, şikayət əsassızdır. Cavabdehin imzası ilə akt əsasında qəbul edilmiş və heç bir nasazlığı, narahatlığı olmadığı aşkar bəyan olunmuş lizinq avadanlığının istifadə olunaraq 7 ay ardıcıl haqqı ödənilməklə istismar edilməsi, 7 aydan sonra nasazlıq iddiası ilə xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılmasına cəhd edən addımlar atması təsdiqini tapmışdır. Həmçinin cavabdehin etirafedici ərizəsindən görünür ki, iddiaçının iddia tələbi q anunla qorunan hüquqlarının müdafiəsi məqsədi daşımışdır. b) Kassasiya şikayətinə qarşı etiraza etirazın dəlilləri
47. Cavabdeh kassasiya şikayətinə qarşı iddiaçının etirazına etiraz təqdim edərək bildirmişdir ki, məhkəmələr olduqca səthi araşdırma aparmış, işin reallıqlarını araşdırmamış, faktiki hallara qiymət verməmiş, ekspert rəyini görməzdən gəlmişdir. Apellyasiya instansiya məhkəməsi şikayət edilən vəziyyətin reallıqlarını araşdırmayaraq ədalətsiz qətnamə qəbul etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
48. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ.TƏTBİQ EDİLƏN HÜQUQ
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı... 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərə r vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin....” “Maddə
351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti... 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir....” “Maddə
676. Kirayəyə verənin məsuliyyəti 676.0. Bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 676.0.3. üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir;...” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....” “Maddə
749. Lizinq verənin məsuliyyəti 749.1. Kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlakı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır....” “Maddə
751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.” bu Məcəllənin 747-750-ci
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2020-ci il 1 dekabr tarixli Qərarında müəyyən edilmişdir ki: “Mülki Məcəllənin 339.2-ci maddə sinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əq din etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: • Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; • Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; • Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).”
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiy a instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
54. Hazırkı iş üzrə ilkin iddia tələbləri X4 üzrə 2.729,72 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətindəki lizinq obyekti olan avtomobilin cavabdehdən tam işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılmasından, qarşılıqlı iddia tələbləri is ə həmin müqavilənin etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılmasından ibarətdir.
55. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.
56. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
57. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsi ilə apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bununla da ilkin iddianın əsaslı, qarşılıqlı iddianın əsassız olması barədə aşağı məhkəmənin mövqeyini düzgün hesab etmişdir.
58. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası apellyasiya insta nsiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı səbəblərdən qanuni və əsaslı hesab edir.
59. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan müqavilə imzalanarkən cavabdehin lizinqinə fabrik qüsuru olan avtomobil verilmiş, beləliklə iddiaçı onu aldatmışdır, ona görə də həmin müqavilə etibarsız hesab edilməlidir.
60. Apellyasiya instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəyə görə, qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, avtomobil 20.000 km getdikdən sonra motorunda 2021-ci ilin oktyabr ayında problem yaranmışdır. Həmin tarixədək lizinq alanın avtomobildə qüsur olması barədə məlumatı olmamışdır. Belə olan halda müəyyən olunur ki, əgər avtomobilin daxilində, yəni motorunda lizinq alanın iddia etdiyi kimi, fabrik qüsuru olmuşsa belə, həmin qüsuru avtomobil müəyy ən müddət idarə etmədən aşkar etmək mümkün olmadığı üçün lizinqverənin bu barədə lizinq müqaviləsi bağlalanadək məlumatı ola bilməzdi. Cavabdeh lizinq predmeti olan avtomobildə iddia edilən qüsur barədə lizinqverənin əvvəlcədən məlumatı olması barədə məhkəməyə sübut təqdim etmədiyindən lizinq müqaviləsinin MM-in 339.2-ci maddəsinə (qətnamədə həmin maddənin nömrəsi texniki səhvə yol verilərək “359.2” göstərilmişdir) əsasən etibarsız hesab edilməsi üçün aldadılma faktının baş verdiyi təsdiq olunmur.
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin həmin nəticəsi qanunun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqelərinə uyğundur.
62. Belə ki, aldadılma ilə bağlanılmış əqdilərin etibarsızlığını müəyyən edən MM-in 339.2-ci maddəsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunun “T.Qasımovanın şikayəti üzrə” 2020-ci il 1 dekabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə (bax yuxarıda § 52) görə, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
63. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2) A ldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3) Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı.
64. Hazırkı iş üzrə kassator isə apellyasiya instansiya məhkəməsinin qətnaməsini həmin hissədə tutarlı dəlillərlə təkzib edə bilməmiş, yəni mübahisə predmeti olan müqavilə imzalanarkən lizinqve rənin (iddiaçının) lizinqalanı (cavabdehi) aldatması, o cümlədən sonuncuya yalan, saxta məlumatlar verməsi və ya əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susması barədə məhkəmənin qanunsuz və əsassız nəticəyə gəldiyini əsaslandıra bilməmişdir.
65. Yuxarıda qeyd olunanlara və MM-in 339.1, 339.2-ci maddələrinə (bax yuxarıda § 51) istinadən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində (həmin dəlillər apellyasiya icraatında da bildirlmişdir) istinad olunan hallar apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia hissəsində ləğv edilməsi üçün əsas ola bilməz.
66. Kassatorun mövqeyinə görə, birinci instansiya məhkəməsi kəsici müddət tətbiq etməklə iddianı təmin etməməklə kobud səhvə yol vermiş, apellyasiya instansiya məhkəməs i də həmin səhvi təkrar etmiş, müqavilənin etibarsızlığı üçün tələbin irəli sürülməsi üçün bir illik müddət cavabdeh tərəfindən ötürülməmişdir.
67. Halbuki tərəflər arasında bağlanmış lizinq müqaviləsinin etibarsız hesab edilməsi üçün MM-də nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilmədiyindən apellyasiya instansiya məhkəməsi öz qətnaməsində əqdin mübahisələndirilməsi üçün bir illik kəsici müddətin ötürülüb-ötürülməməsinə hüquqi qiymət verilməsini ümumiyyətlə zəruri hesab etməmiş və məhkəmə kollegiyasının da qənaətinə görə, bununla əlaqədar hər hansı hüquq pozuntusuna yol verməmişdir.
68. Kassatorun mübahisə predmeti olan müqavilənin 11.3-cü bəndinin MM-in 328-ci maddəsinə zidd olması, iddiaçının direktorunun imzasının müqavilədə əks olunmaması, eləcə də müqavilə bağlanan anda cavab dehin vergi ödəyicisi kimi fəaliyyətini rəsmi qaydada dayandırmış olması səbəblərindən həmin müqavilənin etibarsız olmasına dair dəlillərini də məhkəmə kollegiyası əsassız hesab edir.
69. Belə ki, elə qarşılıqlı iddia ərizəsinin özündən məlum olur ki, lizinqə verilən avtomobil cavabdeh tərəfindən, ən azından, 4-5 ay istifadə olunmuşdur.
70. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisə predmeti olan müqaviləni imzaladıqdan, lizinq predemtini təhvil alaraq 4-5 ay faktiki istifadə etdikdən sonra həmin müqavilənin qanuna zidd olması, iddiaçının direktorunun imzasının müqavilədə əks olunmaması, eləcə də müqavilə bağlanan anda cavabdehin vergi ödəyicisi kimi fəaliyyətini rəsmi qaydada dayandırmış olması səbəblərindən hazırda bu müqavilənin etibarsızlığını mübahisələndirməsi MM-in 351.2 və 352.3-ci maddələrinin (bax yuxarıda § 51) tələbləri baxımdan əsaslı hesab edilə bilməz. Belə ki, müqavilə bağlanarkən, habelə lizinq predmeti faktiki istifadə olunarkən istər həmin müqavilənin şərtləri, istərsə də kassasiya şikayətində istinad edilən digər hallar cavabdehə məlum idi və ya məlum olmalı idi. Odur ki, apellyasiya instansiya məhkəməsi bununla bağlı da hər hansı hüquq pozuntusuna yol verməmişdir.
71. Bununla belə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ilkin iddia üzrə gəldiyi nəticə ilə aşağıdakı səbəblərdən razılaşmır.
72. MM-in 748-10.1-ci maddəsinə (bax yuxarıda § 51) uyğun olaraq, lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinqalana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinqverənin xeyrinə həyata keçirilən ödənişlərdir.
73. Məhkəmə kollegiyası həmin normaya istinadən hesab edir ki, lizinq alan ondan asılı olmayan səbəblərə görə lizinq obyektindən istifadə edə bilməmişdirsə, istifadənin mümkün olmadığı bütün dövr üçün lizinqalandan lizinq ödənişlərinin tələb olunması ədalətli və qanuni hesab edilə bilməz.
74. Bundan başqa, ümumi qaydaya görə, lizinq predmetinin qüsurlarına görə lizinq verən lizinq alan qarşısında məsuliyyət daşıyır. Bu prezumpsiya bilavasitə qanunun özündən irəli gəlməkdədir.
75. Belə ki, MM-in 749.1-ci maddəsinin (bax yuxarıda § 51) tələbi ondan ibarətdir ki, kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır.
76. O da qeyd olunmalıdır ki, MM-in 751-ci maddəsi (bax yuxarıda § 51) müvafiq hallarda lizinq münasibətl ərinə əmlak kirayəsi müqaviləsinin qaydalarının tətbiqinə yol verir.
77. Bu baxımdan, MM-in 676.0, 676.0.1 və 676.0.2-ci maddələrinin (bax yuxarıda § 51) tələblərinə görə, bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmasına, eləcə də əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması üçün məsuliyyət daşıyır.
78. Göründüyü kimi, qanun lizinq predmetinin keyfiyyətli, istifadə üçün yaralı vəziyyətdə olmasını tələb edir və bu tələblərə əməl edilməsinə görə məsuliyyəti lizinq verənin üzərinə qoyur. Əgər lizinq alan lizinq predmetinin keyfiyyətsiz, istifadə üçün yararsız olması səbəblərindən həmin əmlakdan yararlana (istifadə edə) bilməmişdirsə, yararsızlığın davam etdiyi bütün dövr ərzində lizinq aland an lizinq ödənişləri tələb edilə bilməz.
79. İşə baxan məhkəmələrin özlərinin də istinad etdikləri cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il 12 avqust tarixli ME00161/22 saylı mütəxəssis rəyindən görünür ki, 2020-ci buraxılış ili olan, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin motorunda bir ədəd bolt və bolt yivi mövcud deyil və maşın fabrikdən tam saz vəziyyətdə istismara verilərkən də həmin bolt və bolt yivi olmamışdır. Motor fabrik qüsurludur. Həmin avtomobilin motorunda dəyişilməsinə hazırki vəziyyətdə ümumi qiymət təxminən 2.750 manat müəyyən olunmuşdur.
80. İş materiallarında olan həmin rəyin “Tədqiqat prosesinin təsviri” hissəsindən aydın olur ki, bolt və bolt yuvasının mövcud olmaması saz vəziyyətdə olan a vtomobilin tez sıradan çıxması və istismara yararsız olması üçün əsaslı səbəbdir... həmin avtomobildən istifadə qaydaları pozulmasa belə, boltun və bolt yivinin olmamasına görə motor sıradan çıxacaqdı (i/v 76).
81. Qeyd etmək lazımdır ki, həmin mütəxəssis rəyində göstərilənləri təkzib edən hallar işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.
82. Buna baxmayaraq birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, cavabdeh avtomobilin fabrik qüsuru olmasını bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
83. Apellyasiya instansiyası məhkəməsi isə öz qətnaməsində birinci instansiya məhkəməsinin həmin mövqeyinə heç bir reaksiya verməmiş, MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 52) tələblərini pozaraq, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sözüg edən rəyə birbaşa hüquqi qiymət verməsə də, lizinq predmetində ciddi nöqsanların mövcudluğunu birmənalı şəkildə istisna da etməmiş, nəticədə maddi hüququn tətbiqində səhvə yol verərək MM-in yuxarıda istinad olunan normalarının ilkin iddia üzrə yaranmış mübahisənin həllinə tətbiqi imkanlarını ümumiyyətlə dəyərləndirməmişdir.
84. Halbuki ilkin iddianın əsaslı olub-olmamasına düzgün hüquqi qiymət verilməsi məhz həmin məsələnin aydınlaşdırılmasından bilavasitə asılıdır.
85. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, lizinq predmeti olan avtomobilin fabrik qüsuru həqiqətən də mövcuddursa və məhz həmin qüsur avtomobilin yarasız vəziyyətə düşməsinə səbəb olmuşdursa, yuxarıda qeyd olunduğu kimi, cavabdeh həmin qüsura görə məsuliyyət daşımamalı, bu səbəbdən də avtomobilin tam işlək vəziyyətdə qa ytarılmasının cavabdehdən tələb olunması ədalətsiz və əsassız hesab edilməlidir.
86. Eyni zamanda, məhkəmə kollegiyası gələcəkdə lizinq predmeti olan fabrik qüsurlu avtomobili lizinq verənə satmış sahibkarlıq subyektinə qarşı reqress iddiaların mümkün olduğunu nəzərə alaraq hesab edir ki, prosessual qanunun tələblərinə uyğun olaraq həmin subyektin prosesə üçüncü şəxs kimi cəlb edilməsi məsələsinə də baxılmalıdır.
87. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddianın təmin edilməsi hissəsində MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 52) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
88. Odur ki, kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 2-2(103)-1066/2022 saylı qətnaməsi qismən - ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.
89. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
90. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İlkin iddia tələbi üzrə cavabdeh və qarşılıqlı iddia tələbi üzrə iddiaçı X1-in kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 14 dekabr tarixli 22(103)-1066/2022 saylı qətnaməsi qismən - ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Ape llyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.