Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-163/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar x1nin Cavabdeh qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü, dövlət rüsumu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı x1nin Cavabdeh qarşı “müqavilə üzrə borc” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 2-2(103)-291/2023 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə q əbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı x1 (bundan sonra-iddiaçı) Cavabdeh qarşı (bundan sonra-cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015-ci il 25 may tarixli, 05-LA/10 nömrəli müqavilə üzrə 2021-ci il 2 sentyabr tarixə 360.590 manat gecikdirilmiş borcun və hesablanmış 480.713,67 manat cərimə borcunun və hüquqi yardımla bağlı 350 manat, cəmi 841.653,67 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 18 noyabr tarixli, e-2-2(113)-455/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir (hakim Ü.Həsənova).
3. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunduğu hissəd ə ləğv olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 2-2(103)-291/2023 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).
5. Apellyasiya instansiyası məhkəməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.4, 8.6-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 112.1.1, 363.1.2, 366.2-ci maddələrinə istinad edərək, gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi məbləğ 841.303,67 manat olduğundan apellyasiya şikayəti verilərkən iddia ərizəsi verilən zaman ödənilməli olan 1.131,3 manat dövlət rüsumunun 50 faizi, yəni 565 manat 65 qəpik məbləğində dövlət rüsumu ödənilməli idi. Lakin cavabdeh apellyasiya şikayəti verərkən cəmi 333 manat məbləğində dövlət rüsumu ödəmişdir.
6. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qərardadın ləğv olunması və apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
7. MPM-in 1.3, 9, 263.6, 366.4-cü maddələrinin tələbləri pozulmuşdur-“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumu 390 manat + 100.0 00 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faiz məbləğində müəyyən edilir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilir. MPM-in 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi məbləğ 841.303,67 manat olduğundan apellyasiya şikayəti verilərkən iddia ərizəsi verilən zaman ödənilməli olan 1.131,3 manat dövlət rüsumunu n 50 faizi, yəni 565,65 manat məbləğində dövlət rüsumu ödənilməli idi. İşdən görünür ki, cavabdeh apellyasiya şikayəti verərkən cəmi 333 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin məhkəmə formal tələblərə əsaslanmışdır. Belə ki, texniki yanlışlıqla dövlət rüsumu az hesab edilsə də, dövlət rüsumunun tam qaydada ödənməsindən imtina edilməmişdir və məhkəmə tərəfindən cavabdehə bu barədə öncədən məlumat verildiyi halda təbii ki, dövlət rüsumu tam ödəniləcəkdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya şikayətinin mümkünlüyü və kassasiya baxışının hədləri
9. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci madd əsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
10. MPM-in 403 və 416-cı maddələrinin tələblərinə əsasən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq 11. “Dövlət rüsumu haqqında” müddəalarında nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Qanunun müvafiq “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri... 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda dövlət rüsumu 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faiz məbləğində müəyyən edilir.... 8.6. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində müəyyən edilir....”
12. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;...” “Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olun mamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;...” “Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması... 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
14. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozulmasına dair dəlilləri apellyasiya instansiyası məhəməsinin iş üzrə qərardadının ləğv edilməsi üçün əsas deyildir.
15. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, şikayət verilərkən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir (bax yuxarıda § 5).
16. Cavabdeh kassasiya şikayətində də dövlət rüsumunun qanunun nəzərdə tutduğu məbləğdən az ödənildiyini qəbul etmiş və məhkəmə tərəfindən öncədən məlumat verildiyi halda dövlət rüsumunun tam ödəniləcəyi göstərmişdir. Bu isə apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına dair cavabdehin dəlillərinin formal olduğunu göstərir.
17. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği ilə bağlı qənaəti MPM-nin 112.1-ci maddəsinin, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.4, 8.6-ci maddələrinin tələblərinə uyğun olmuşdur.
18. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edildiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edlməməlidir.
19. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 fevral tarixli, 22(103)-291/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov Z.Ə.Əliyev