Məhkəmə qərarları › İş №2-2(102)-164/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-164/2020

20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-164/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh “X17” QSC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsindən irəli gələn borc tələbi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh “X17” QSC-nin vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin (bundan sonra iddiaçı) cavabdeh “X17” QSC-yə(bundan sonra cavabdeh) qarşı“borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-570/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixliqətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı ilə cavabdeh arasında xx xxxxxxx 2014-ci il tarixli, 70 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə polietilen satmağı, cavabdeh isə malı təhvil aldıqdan sonra 10 bank günü ərzində nağd və ya köçürmə yolu ilə aldığı malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə hesablaşmaların qarşılıqlı üzləşdirilməsi aparılmış və həmin üzləşmə aktına əsasən cavabdehin x xxxx 2016-cı il tarixə iddiaçıya 170.667,15 manat borcu vardır. Həmin borcun 90.667,15 manatı xx xxx 2017-ci il tarixdə ödənilmişdir. İş materialları nda olan iddiaçının nizamnaməsinə əsasən, Şahid iddiaçı müəssisənin təsisçilərindən biridir. İş materiallarında isə 144.365 kq polietilen xammalın fiziki şəxs Şahid təhvil verilməsinə dair akt mövcuddur. İddiaçı qalıq 80.000 manat borcun ödənilməsi ilə əlaqədar cavabdehə xx.xx.2017- ci il tarixli 154 saylı pretenziya məktubu ünvanlamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80.000 manat əsas borcun, gecikdirilmiş 755 günə görə 60.400 manat cərimənin, cəmi 140.400 manat pulun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, üzləşmə aktı ilə cavabdeh təsdiq etmişdir ki, x xxxx 2016-cı il tarixə iddiaçıya 170667,15 borcu vardır. Həmin borcun yalnız 90.667,15 manatı xx xxx 2017-ci il tarixdə ödənilmiş, qalıq 80.000 manat borcun ödənilməsi ilə əlaqədar cavabdehə xx.xx.2017-ci il tarixli 154 saylı pretenziya ünvanlanmış, lakin cavabdeh pretenziyaya cavab verməmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 425.1, 430.1, 445.2.1-ci maddələrinə istinad edilmişdir. Cavabdeh hesab edir ki, iddiaçı müəssisənin təsisçisi Şahid 144.365 kq polietilen xammal təhvil verildiyindən iddiaçıya ödənilməli olan hər hansı borc qalmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X2, 2-2(81)-745/2018 saylı iş) xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 80.000 manat borcun, 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X3məruzəçi,X5 və X6, 2-2(103)-45/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4-məruzəçi,X7 və X8, 2-2(102)-233/2019 saylı iş) xx xxx 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (h akimlər X11məruzəçi,X9 və X15, 2-2(103)-570/2019 saylı iş) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilərək cavabdehdən 80.000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissəsində (yoxlanılan hissədə) ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdehdən 80.000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması hissəsində (yoxlanılan hissədə) iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Şikayətdə işin hallar ına və Mülki Məcəllənin 43.1, 52, 87.1, 385.1, 389.1, 390.1, 540cı maddələrinə istinad edilərək qeyd edilmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. İddiaçı da Məhdud Məsuliyyətli Cəmiyyət olduğundan o, təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddələrin, həmçinin MPMin 77.1-ci maddəsinin tələbini nəzərə almadan, həmin Məcəllənin 62.2-ci maddəsinə istinad etməklə iddiaçının təsisçisinin məhkəmə iclasında şahid qismində iştirak etməməsini, qanunsuz olaraq cavabdehin lehinə, i ddiaçının əleyhinə şərh etmişdir. tərəflərin izahatı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. əsaslandıma hissəsi: Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn hüquq və vəzifələr yaranmışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxxx 2014-ci il tarixli, 70 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı cavab dehə polietilen satmağı, cavabdeh isə malı təhvil aldıqdan sonra 10 bank günü ərzində nağd və ya köçürmə yolu ilə aldığı malın dəyərini ödəməyi öhdələrinə götürmüş, tərəflər arasında xx.xx.2016-cı il tarixdə hesablaşmaların qarşılıqlı üzləşdirilməsi aparılmış və üzləşmə aktına əsasən cavabdehin x xxxx 2016-cı il tarixə iddiaçıya 170.667,15 manat borcu müəyyən edilir. Həmin borcun yalnız 90.667,15 manatı xx xxx 2017-ci il tarixdə ödənilmiş, iddiaçı qalıq 80000 manat borcun ödənilməsi ilə əlaqədar cavabdehə xx.xx.2017-ci il tarixli 154 saylı pretenziya ünvanlamışdır. Tərəflər arasında xx.xx.2014-cü il tarixdə polietilen məhsulunun alqı-satqısına dair 70 saylı müqavilə bağlanması, xx.xx.2016-cı il tarixdə “Hesablaşmaların qarşılıqlı üzləşdirilməsi” barədə aktın tərtib edilməsi və həmin tarixə cavabdehin iddiaçıdan aldığı mala görə 170.667,15 manat məbləğində borcunun olduğunu təsdiq etməsi, xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən 170.667,15 manat məbləğində borcdan 90.667,15 manat hissəsinin ödənilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı qalıq 80.000 manat əsas borcla bağlıdır. İddiaçıya görə üzləşmə aktı ilə təsdiq olunan 80.000 manat borc ona ödənilməlidir. Cavabdeh hesab edir ki, iddiaçı müəssisənin təsisçisi Şahid x xxxx 2017-ci il tarixli aktla 144.365 kq polietilen xammal təhvil verdiyindən iddiaçıya borcu qalmamışdır. İş materiallarında olan iddiaçının nizamnaməsinə əsasən, 144.365 kq polietilen xammalın təhvil verilməsi barədə x xxxx 2017-ci il tarixli təhvil-təslim aktını imzalayan və xammalı təhvil alan Şahid iddiaçı müəssisənin təsisçilərindən biridir. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası xx xxx 2019-cu il tarixli qərarında qeyd etmişdir ki, işə baxan apellyasiya instansiya məhkəməsi fiziki şəxs Şahidla cavabdeh müəssisənin hansı hüquq münasibətlərində olmasını aydınlaşdırmadan, təhvil verilən xammalın iddiaçı müəssisəyə və ya fiziki şəxsə məxsus olmasını müəyyən etmədən və həmin şəxsi dindirmədən cavabdehdən mal təhvil almış fiziki şəxsin iddiaçının səlahiyyətli nümayəndəsi olduğuna dair sübutlar olmaması, aktın məzmununda Şahid onun özünə məxsus malın ona təhvil verildiyinin qeyd edilməsi əsası ilə sözügedən aktın tərəflər arasındakı öhdəlik münasibətinə hər hansı aidiyyəti olmaması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi xx xxx 2019-cu i l tarixli qərarda qeyd edilən göstərişləri araşdırmışdır. Vurğulandığı kimi iddiaçının nizamnaməsinə əsasən Şahid iddiaçının təsisçilərindən biridir. Şahid fiziki şəxs olaraq cavabdehlə hər hansı müqavilə münasibətində olması işdə olan hər hansı sübutla təsdiq olunmur. Mülki Məcəllənin 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. İddiaçının təsisçilərindən biri Şahid x xxxx 2017-ci il tarixli təhvil-təslim aktına imza etməklə müqavilənin icrası ilə bağlı üzərinə vəzifə götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının və Şahid məhkəmə iclasında iştirakını təmin etmək üçün onlara məhkəmə bildirişi göndərmiş, məhkəmə bildirişini alsalar da, məhkəmə iclasında işt irak etməmiş, bu səbəbdən apellyasiya məhkəməsi onların məhkəmə iclasına gəlməməsini kassasiya məhkəməsinin göstərişlərinin araşdırılmasından yayınma kimi qiymətləndirmiş, iddiaçının tələb etdiyi 80.000 manat borcun təhvil-təslim aktına əsasən x xxxx 2017-ci il tarixdə iddiaçının nümayəndəsinə 144.365 kq polietilen xammalı təqdim edilməklə mövcud borcun tam qarşılanmasına dair cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmişdir. Mülki Məcəllənin tələblərinə əsasən: öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1-ci maddə); öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə); öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1-ci maddə); əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (448.1-ci maddə); alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567-ci); alqı-sat qı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1-ci maddə). İddiaçı ilə cavabdeh arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsi barədə müqavilə münasibətləri mövcud olmuş, iddiaçının tələb etdiyi kimi cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etməməsi apellyasiya məhkəməsinin araşdırması zamanı sübuta yetməmişdir. Araşdırma zamanı cavabdehin öhdəliyi icra etməməsi, nəticədə iddiaçıya borclu olması təsdiq olunmamışdır. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövq eyini haqlı sayaraq qeyd edir ki, iddiaçının şikayəti əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-570/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar