Məhkəmə qərarları › İş №2-2(102)-164/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-164/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-164/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qaz istehlakına görə borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili cavabdeh “MMC”-nin vəkili 3-cü şəxs ASC-nin nümayəndəsinin iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdehə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 noyabr tarixli 2-2(105)-132/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısına dair” bağlanmış 2012-cı il 5 yanvar tarixli ***-**-** nömrəli Müqaviləyə görə, “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra – “İB”) tərəfindən ünvan 1-də yerləşən Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “3-cü şəxs”) təbii qazla təmin olunur və istehlak olunan təbii qazın hesabatı ROK-407 tipli qaz sayğacı vasitəsi ilə aparılır.

2. İB 2018-ci il 17 may tarixli pretenziya məktubu ilə istehlakç ını xəbərdar etmiş, yaranmış borcun 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə qaz təchizatı dayandırılmaqla, müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və yaranmış borcdan əlavə məhkəmə xərclərinin tələb ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İB 2018-ci il 30 iyul tarixində iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək və məhkəmə baxışı zamanı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, “X1” Firmasından (bundan sonra – “Firma”) təbii qazdan istifadəyə görə yaranmış 102.559,63 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi yuxarıda §§ 1-2-də göstə rilən hallara, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.3-cü maddələrinə, “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 iyun tarixli 356 saylı Fərmanına istinad etməklə əsaslandırılmışdır.

5. Daha sonra İB 2018-ci il 5 noyabr tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin həcmini azaltmış və Firmadan təbii qazdan istifadəyə görə yaranmış 42.615,88 manat borcun tutularaq İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə prosesi zamanı iddia ərizəsi üzrə cavabdeh qismində göstər ilmiş Firma əsl cavabdeh olan “MMC" (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmiş, eyni zamanda, ASC müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuş, bundan sonra məhkəmə icraatı bu subyektlərin iştirakı ilə davam etdirilmişdir.

7. Məhkəmə prosesi zamanı cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, ASC-nin 4.177.947 ədəd (99.8479%) səhminin mülkiyyətçisi olan Firmanın təsisçisinin 2017-ci il 28 fevral tarixli qərarına əsasən onun ayrılma yolu ilə yenidən təşkil olunması haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında Firmanın hüquq və öhdəliklərinin hüquqi varisləri olan “X2” və “X3” təsis edilmiş, bölünmə balansı, təhvil aktı tərtib edilmişdir. Bölünmə balansı və təhvil aktina əsasən ASC-nin 4.177.947 ədəd (99,8479%) ədəd adi, sənədsiz, adlı səhmi X3-ün mülkiyyətinə keçmişdir. 2017-ci il 30 oktyabr tarixində X3-ün adı dəyişilərək MMC olmuş və bu dəyişiklik dövlət qeydiyyatına alınmışdır. İB borcu heç bir əsaslandırma aparmadan hesablamışdır.

8. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirərək mövqeyini 3-cü şəxsin istehlak etdiyi təbii qaza görə vaxtlı-vaxtında ödənişlər aparması və borcunun olmaması ilə əsaslandırmışdır.

9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 may tarixli 2-2(085)-29/2019 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki və məhkəmə maliyyə-mühasibatlıq ekspertizası olmaqla, kompleks məhkəmə ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) cavabdehə məxsus obyektə quraşdırılmış təbii qazdan istifadənin sərfiyyatını ölç ən sayğacın göstəricilərinin 2017-ci ilin avqust ayından əvvəlki göstəricilərinin müəyyən edilməsi mümkündürmü?; 2) Bu sayğacın göstəriciləri müəyyən edildiyi halda, həmin göstəricilərə əsasən yaranmış borc, ödənilmiş ödənişlər çıxıldıqdan sonra 2018-cu il 1 oktyabr tarixinə nə qədər təşkil edir?

10. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 2020-ci il 13 yanvar tarixli 26865 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 2018-ci il 1 oktyabr tarixinə qədər ödənişlər çıxıldıqdan sonra abonentə istifadə olunmuş qazın sərfiyyatı ilə bağlı olmayan təxminən 42.616 manat məbləğində artıq borc hesablanmışdır (rəydə həmin nəticə istehlak edilən təbii qazla əlaqədar tərtib edilmiş maliyyə-hesabat sənədlərdəki fərqlərlə əsaslandırılmışdır).

11. İş üzrə keçirilmiş məhkəmə-mühasiba tlıq ekspertizasının 2020-ci il 25 fevral tarixli 26874 nömrəli rəyində bildirilmişdir ki, abonent saldosu cədvəlində abonentin təbii qazdan istifadəyə görə 42.615,88 manat məbləğində borc qalığının mövcud olduğu göstərilmişdir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. Abonent saldosu cədvəlində və hesab fakturalarda abonentə təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli 2-2(119)-4/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri İB-nin özünə aid edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatl arının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaiti İB-dən dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – Z.S).

13. Məhkəmə hesab etmişdir ki, İB tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş maliyyə-hesabat sənədlərində olan fərqlərə görə ekspertiza rəyləri ilə cavabdehdən tələb olunan 42.615,88 manat məbləğində borc öz təsdiqini tapmamışdır. İB həmin borcun əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbini heç bir hissədə sübut edə bilməmişdir.

14. Məhkəmə bu qənaətini MPM-nin 14.2, 53, 77.1, 77.2, 88, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. İB həmin qətnamədən 2020-ci il 28 oktyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 24 noyabr tarixli 22(105)-132/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 28 sentyabr tarixli e-2-2(119)-4/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, İB tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir (sədrlik edən – Z.M, hakimlər – F.M və E.Ə).

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmış, öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına istinad edərək əsaslandırmışdır (bax yuxarıda §§ 13-14).

18. İB-nin nümayəndəsi həm in qətnamədən 2021-ci il 12 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri 19. 2018-ci il 5 noyabr tarixində İB-nın nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək iddia tələbinin həcmi 42.615,88 manat məbləğinə azaldılarkən, bu borc məbləği 2018-ci il oktyabr tarixində saldoda öz əksini tapmışdır. Belə ki, 2018-ci il sentyabr tarixində ayın sonuna olan borc məbləği (149.070,27 manat) 2018-ci il oktyabr tarixində ayın əvvəlinə borc kimi keçirilmişdir. 2018-ci il oktyabr tarixində də cavabdeh 106.454,39 manat məbləğində ödəniş etmişdir. Beləliklə, 149.070,27 - 106.454,39 = 42.615,88 manat.

20. Abonent saldosunda 2018-ci il oktyabr ayının sonunda 198.348,68 manat borc göstərilmişdir. Belə ki, həmin ayda cavabdeh 778.664 m3 təbii qaz (0,20 manatdan hesablanmaqla 155.732,80 manat) istehlak etmişdir. Həmin ayda qalan borc məbləği (42.615, 88 manat) ilə faktiki istehlak edilmiş qazın sərfinə görə yaranmış borc məbləğini (155.732, 80 manat) topladıqda həmin ayın sonuna ümumi qalıq borcu 198.348,68 manat (42.615, 88 + 155.732, 80) təşkil etmişdir. Nəzərə alınsa ki iddia verilərkən 2018-ci il oktyabr tarixində faktiki istehlak edilmiş 778.664 m3 təbii qazın sərfinə görə yaranmış borc məbləği (155.732, 80 manat) istisna olmaqla yalnız 2018-ci il oktyabr tarixində ödənilməmiş qalan 42.615, 88 manat borc tələb edilmişdir, həmin borc da abonent saldosunda rəqəmsal hesablamalarla təsbit olunur.

21. Bu borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edib işin gedişatını əsassız yerə uzatmaq gərək deyildir. Aparılmış ekspertiza tədqiqatı da qanunsuz və əsassızdır.

22. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci, MPM-nin 88, 217-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 4 saylı qərarının 2.2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Cavabdeh və 3-cü şəxs kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən İB-nin vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu b ildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

25. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. ASC-nin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün onun izahatı dinlənilmədi. İİ.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndiri lməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

30. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

53. İddianın dəyişdirilməsi İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə mü əyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

31. İş materiallarını, kassasiya şikayətlərinin dəlillərini hərtərəfli tam və obyektiv surətdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 noyabr tarixli 2-2(105)-132/2020 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

32. Beləki məhkəmə kollegiyası hazırkı işdə ekspertiza rəylərinin mötəbər sübut kimi qəbul edilə bilməyəcəyinə dair kassatorun dəlili (bax yuxarıda § 21) ilə razılaş ır.

33. İşin materiallarından görünür ki, məhkəmə ekspertiza qarşısında sayğacın 2017-ci ilin avqust ayından əvvəlki göstəricilərinin müəyyən edilməsinin mümkün olub-olmamasına, 2018-ci ilin 1 oktyabr tarixinə olan borcun həcminə dair suallar qoymuş, iddia ərizəsinin verildiyi 2018-ci il 30 iyul tarixinə münasibətdə isə belə sual qoymamışdır. Halbuki sual qoyulmuş müddətlər, dövrlər hazırkı iddianın predmetinə daxil deyildir.

34. Bundan başqa, 2020-ci il 13 yanvar tarixli 26865 saylı ekspert rəyinin tədqiqat və nəticə hissələrində borcun məbləği dəqiq deyil, təxmini rəqəmlə ifadə olunmuşdur.

35. Həmçinin rəydə borcun, istifadə olunmuş qazın sərfiyyatı ilə bağlı olmadığı bildirilsə də, konkret olaraq nəyə aid olması göstərilməmiş, 42.616,98 manat borcun olmadığı rəydə qəti şəkildə qeyd ed ilməmişdir. 36. 2020-ci il 25 fevral tarixli 26874 saylı daha bir ekspert rəyinin tədqiqat hissəsində göstərilmişdir ki, ekspert tərəfindən abonentin borc qalığı abonentin saldosu cədvəlində və hesab fakturalarda göstərilən borc qalığının yalnız sayğac göstəricilərinə uyğunluğu müəyyən edilir.

37. Son rəyin nəticə hissəsində isə bildirlmişdir ki, sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. İB tərəfindən məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində və hesab fakturalarda cavabdehə təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir.

38. Son rəyin nəticə hissəsinin sonunda “borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir” yazılması ilə ekspertin nə demək istəməsi, ümumiyyətlə rəyin tədqiqat və nəticə hissələrində qeyd olunanlarla əvvəlki rəyin inkar olunub-olunmaması, hansı məsələlərə aydınlıq gətirilməsi, hansı məqamların konkretləşdirilməsi aydın deyildir.

39. Bundan başqa, ekspert rəyində işin materiallarına əlavə olunmuş abonent saldolarında mübahisə predmeti olan dövrlər üzrə mövcud olan bir sıra ziddiyyətlərə münasibət bildirilməmişdir. Halbuki bu məqamlar mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.

40. Belə ki, işin İİ cildi, səh. 285-289-da olan saldodan görünür ki, 2018-ci ilin oktyabr ayı üzrə “Qazın Sərfi m3” qrafasında “778.664” rəqəmi, “Qalıq və Aktlar” qrafasında “155.732,80” rəqəmi, “Ayın Sonuna Borc” qrafasında “198.348,68 ” rəqəmi göstərilmişdir.

41. Halbuki işin İ cildi səh.192-də olan saldoda həmin rəqəmlər müvafiq olaraq “345.935”, “69.187” və “111.802,88” kimi göstərilmişdir.

42. Beləliklə, həmin sənədlər arasındakı fərq qazın sərfi üzrə 432.729 m3 (778.664 – 345.935), qalıq və aktlar üzrə, habelə ayın sonuna borc üzrə 86.545,80 manat (155.732,80 – 69.187 və 198.348,68 – 111.802,88) təşkil edir.

43. Bundan başqa, işin materiallarında (İİ cild, səh. 7) olan Xaçmaz RQİİ-nin Siyəzən XS üzrə rəis müavini Natiq Cəfərov tərəfindən Xaçmaz RQİİ-nin rəisi Xaliq Namazova yazdığı 2018-ci il 2 noyabr tarixli Xidməti yazıdan görünür ki, 2018-ci il 1 sentyabr tarixinə cavabdehin İB-yə 42.615,87 manat borcu vardır, həmin borc 2018-ci ilin fevral ayında ödənməli idi.

44. Həmçinin işin materiallarında (İİ cild, səh. 87- 88) olan Xaçmaz RQİİ-nin rəisi Xaliq Namazovun EMTA-nın Xaçmaz şəhər regional bölməsinin rəisi Xəyyam Aydınova yazdığı 2018-ci il 4 dekabr tarixli məktubun surətindən görünür ki, 2018-ci ilin fevral ayından qalmış 42.615,87 manat borc bu günədək ödənilməmişdir.

45. İşin materiallarında olan abonent saldosundan (İİ cild, səh. 91, 109-111) da görünür ki, 2018-ci ilin fevral ayının əvvəlinə borc 293.679,98 manat olmuş, həmin ay ərzində cavabdeh tərəfindən 251.063 manat ödənilmiş, 42.616,98 manat borc qalmış (293.679,98 – 251.063), bu borc il ərzində davam edən digər aylarda da ödənilməmiş qalmışdır.

46. İşə baxan məhkəmələr isə bu ziddiyyətli məqamları nəzərə almadan həmin ekspert rəylərini mötəbər sübut kimi qəbul etmiş, onlara istinad edərək qərar qəbul etmişlər. Qeyd etmək lazımdır ki, İ B-nin nümayəndəsi təkrar ekspertizanın keçirilməsi ilə bağlı əsaslandırılmış vəsatət versə də (i.m., İİİ cild, səh. 13-14), apellyasiya instansiyası məhkəməsi vəsatəti təmin etməmişdir.

47. Halbuki qeyd olunan məqamlara aydınlıq gətirilmədən mübahisəni tam, hərtərəfli və obyektiv həll etmək qeyri-mümkündür.

48. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən qeyri-mötəbər ekspert rəylərinə istinad etmiş, işdə olan ziddiyyətli məqamları araşdırmamamış, MPM-nin 88 və 217.3-cü maddələrinin tələblərini pozmuş, qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Ona görə də həmin qətnamə qüvvədə saxlanıla bilməz.

49. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda qeyd olunmuş nöqsanları aradan qaldırmalı, iş üzrə düzgün ara şdırma aparmalı, ədalətli və əsaslı qərar qəbul etməlidir.

50. Hazırda işdə qeyd olunan ziddiyyətlər, qeyri-müəyyənliklər mövcud olduğundan məhkəmə kollegiyası kassatorun digər dəlilləri (bax yuxarıda §§ 19-20) ilə bağlı münasibət bildirməyə lüzum görmür.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin olunsun. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 noyabr tarixli 22(105)-132/2020 saylı qətnaməsi ləğv edilsin və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar