Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-164/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi üzrə borc tələbi, avadanlığın qaytarılması, müqavilənin ləğvinə razılıq, iddia tələbindən kənara çıxma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, ilk iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh MMC-yə qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “avadanlıqların geri götürülməsi və avadanlıqların dəyərinin borcdan çıxılması” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli, 2-2(103)-400/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh MMC arasında 2013-cü il 18 yanvar tarixli, 04-LA/13 nömrəli lizinq müqaviləsi (bundan sonra – “Müqavilə”) bağlanmışdır. Həmin müqaviləyə əsasən li zinq verən dəyəri 892.500 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156.000 manat olan bu müqaviləyə 2 nömrəli əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikinə (3 nömrəli Əlavə) uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinq alana lizinqə vermişdir.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan avadanlığın dəyərini ödəniş qrafikində (3 nömrəli Əlavə) göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən texnoloji avadanlığa mülkiyyət hüququ lizinq alan tərəfindən ödənişlər tam yeri nə yetirilənədək lizinq verənə məxsusdur. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. Avadanlıq Zərdab rayonunda quraşdırılmışdır.
3. Müqaviləyə 1 saylı Əlavədən görünür ki, müxtəlif adda texnoloji avadanlıqların texniki təsnifatı müəyyən edilmişdir.
4. Müqaviləyə 2 saylı Əlavədən görünür ki, müxtəlif adda süd emalı avadanlıqalrın texniki təsnifatı müəyyən edilmişdir.
5. Müqaviləyə 3 saylı əlavə olan ödəniş qrafikinə əsasən müəyyən edilir ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 2013-cü ilin 2-ci rübündə 16000 manat, 2013-cü ilin 3-cü və 4-cü rüblərinin hər birində 22.000 manat, 2014-cü ildən 2018-cü ilədək olan dövr ərzində hər rübə görə 30.500 manat, 2019-cu ildə hər rüb 29.800 manat, 2020-ci ildə hər rüb 29.200 manat, 2021-ci ildə hər rüb 28.700 manat, 2022-ci ilin 1-ci rübündə 27.700 manat məbləğində lizinq ödənişləri edilməli idi. 6. 2013-cü il 12 iyul tarixli, 07/12 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC "xxxx" ASC-yə müraciət edərək, MMC-nin südlə təminatının əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olduğunu, südün texnologiyaya müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran və südlü qablara doldurma avtomatlarının və polistrol stəkanlara doldurma avtomatının istehsalatda istifadəsiz qaldığını bildirmiş və həmin aparat ların geriyə götürülməsinə sərəncam verilməsini xahiş etmişdir.
7. Müqaviləyə 2014-cü il 12 may tarixli, D-04-LA/13 saylı razılaşmaya əsasən "xxxx" ASC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilənin ödəniş qrafikinə dəyişiklik edilərək 2014-cü ilin İİ rübündən (iyun ayından) başlayaraq 10 (on) il müddətinə ödəniş aparılması şərtilə yeni ödəniş qrafiki tərtib olunur; Lizinq alan yeni tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında yerinə yetirməyi öhdəsinə götürür. Bu razılaşma müqavilənin tərkib hissəsi hesab olunmaqla imzalandığı gündən qüvvəyə minir. 8. 2014-cü il 12 may tarixli, D-04-LA/13 saylı razılaşmaya əsasən dəyişdirilmiş 3 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 2014cü ilin 2-ci rübündə 3.000 manat, 3-cü rübündə 10.000 manat, 4-cü rübündə 12.000 manat, 2015-ci ilin 1-ci rübündə 12.000 manat, 2-ci rübündə 13.000 manat, 3-cü və 4-cü rüblərin, eləcə də 2016-cı ilin 1-ci və 2-ci rübün hər birində 15.000 manat, 2016-cı ilin 3-cü, 4-cü, 2017-ci ilin 1-ci və 2-ci rübün hər birində 18.000 manat, 2017-ci ilin 3-cü və 4-cü rübündə 21.000 manat, 2018-cü ilin hər 4 rübün hər birində 24.000 manat, 2019-cu ildən 2022-ci ilədək olan dövr ərzində hər rübə görə 43.500 manat, 2019-cu ildə hər rüb 29.800 manat, 2020-ci ildə hər rüb 29.200 manat, 2023-cü ilin 1-ci rübündə 32.500 manat məbləğində lizinq ödənişləri edilməlidir. 9. 2014-cü il 14 aprel tarixli, 47/14 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC "xxxx" ASC-yə müraciət edərək, MMC-nin südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı old uğunu, südün texnoloji prosesə və həcmə müvafiq olaraq emal edilməsində müəyyən problem yarandığını, müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, südlü qablara doldurma avtomatı və polistrol stəkanlara doldurma avtomatı istehsalatda istifadəsiz qaldığını, istehsalatın həcminə müvafiq olaraq tərəflərindən öz hesablarına, yeni texnoloji avadanlıqlar alınaraq quraşdırıldığını və bu yaxın günlərdə zavod işə salınacağını bildirmiş və həmin aparatların geriyə götürülməsinə və yenidən ödəmə qrafikinin tərtib edilməsi zamanı geriyə götürülən aparatların qiymətlərinin nəzərə alınmasına sərəncam verilməsi xahiş edilmişdir. 10. 2015-ci il 24 fevral tarixli, 47/15 nömrəli məktuba əsasən müəyyən edilir ki, Cavabdeh MMC Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək, Cav abdeh MMC-nin "xxxx" ASC-nin texniki və maliyyə dəstəyi ilə gətirilmiş süd zavodu kompleksinin tərəflərindən Zərdab rayon mərkəzində inşa edilmiş binada quraşdırdıqlarını və hal-hazırda 8 çeşiddə sınaq üçün süd məhsulları istehsal etdiklərini, süd zavodunun tam işə salınması məqsədi ilə Cavabdeh MMC tərəfindən, əlavə avadanlıqların alınması üçün daxili imkanlar hesabına, bir milyon manatdan artıq vəsait xərcləndiyini, zavodun sınaq işə salınmasına baxmayaraq müəssisədə olan pasterizasiya və soyutma qurğusunun, habelə plastik qablaşdıran, südlü qablara və polistrol stəkanlara doldurma avtomatlarının istehsalatda istifadəsiz qaldığını və bunların gələcəkdə istifadəsi imkan xaricində olmaqla cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə öz mənfi təsirini göstərməkdə olduğunu bildirərək, əhalinin süd və süd məhsullarına olan ehtiyacının daxili istehsal hesabına ödənilməsində zavodun müəyyən müsbət rol oynamasını, onun maliyyə-təsərrüfat fəaliyyətinin daha da yaxşılaşdırılmasını nəzərə alaraq, həmin aparatların "xxxx" ASC tərəfindən geri götürülməsinə göstəriş verilməsini xahiş etmişdir. 11. 2015-ci il 28 oktyabr tarixli akta əsasən isə müəyyən olunur ki, Zərdab rayonu ərazisində Cavabdeh MMC-yə lizinqə verilmiş bir dəst süd emalı avadanlıqlarına texniki baxış keçirilmiş, avadanlıqlar saz və işlək vəziyyətdədir, sex istismar olunmur. Bağlanmış lizinq müqaviləsinin 5.2, 5.3 və 5.6-cı bəndlərini əsas tutaraq borc öhdəliyi yarandığı səbəbindən istismarının dayandırılmasını təmin etmək məqsədilə 03 noyabr 2015-ci il tarixinədək içərisindəki məhsulların çıxarılması üçün 5 gün vaxt veril miş, ödəniş olmadığı halda 5 gündən sonra avadanlığın istismarının dayandırılaraq geri götürmək üçün məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nin nümayəndəsi xəbərdar edilmişdir. Aktın doğruluğu lizinq verənin texnoloji avadanlıqların lizinqi şöbəsinin müdir əvəzi T.Budaqov, texnika və texnoloji avadanlıqlara texniki xidmət şöbəsinin baş mütəxəssisi F.Ələsgərov, ümumi şöbənin kuryeri F.Ələsgərov və lizinq alanın nümayəndəsi R.Səfərovun imzaları ilə təsdiq edilmişdir. 12. 2019-cu il 10 oktyabr tarixli, ASC/2-115 saylı məktuba əsasən müəyyən edilir ki, "xxxx" ASC "xxxx" MMC-nin 105/18 saylı müraciətinə cavab olaraq avadanlıqların sonuncunun sifarişinə əsasən alındığını, qarşılıqlı razılaşdırılmış və imzalanmış lizinq müqaviləsi əsasında uzunmüddət əvvəl təhvil verildiyini, bu baxımda n avadanlığın bir hissəsinin geri götürülməsinin imkanları xaricində olduğunu bildirmişdir. 13. "xxxx" MMC-nin 29 noyabr 2021-ci il tarixli, QXM-266 nömrəli qiymətləndirmə rəyinə əsasən müəyyən edilir ki, Cavabdeh MMC-yə aid 29 adda avadanlıqların bazar dəyəri 848.000 manat təşkil edir. 14. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Res publikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.
15. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubu ilə təsdiq edilir ki, Cavabdeh MMC-yə lizinq müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. II. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) Cavabdehnə qarşı (bundan sonra – “cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borc və hesablanmış 464.574 manat cərimə borcunun, hüquqi yardımla bağlı öd ənilmiş 350 manat, cəmi 1.113.924 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə südün emalı, təkrar emalı avadanlığı və əlavə avadanlıqları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2021-ci il 6 iyul tarixə müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfi ndən ödənişlər yerinə yetirilməmişdir.
18. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427, 748-1 və 465.2-ci maddələrinə istinad olunmuşdur.
19. Cavabdeh 2021-ci il 27 dekabr tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, tərəflər arasında bağlanmış Müqavilə əsasında verilmiş, lakin istifadə olunmamış avadanlıqların ilk iddiaçıya geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borcdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin bağlanmasından bir müddət sonra cavabdehin südlə təminatı əvvəlcədən nəzərdə tutulmuş miqdardan xeyli aşağı olması səbəbi ilə südün texnologiyaya müvafiq emal edilməsində müəyyən problemlər yaratmışdır və bu səbəbdən də "xxxx" ASC tərəfindən lizinq verilən və quraşdırılmayan bir sıra avadanlıqlar zavodun anbarında istifadəsiz vəziyyətdə qalmışdır və istismar olunmamışdır. Belə ki, cavabdeh tərəfindən qeyd olunan faktlar əsas gətirilərək verilmiş avadanlıqların geriyə götürülməsi ilə bağlı sərəncam verilməsi xahişi ilə "xxxx" ASC-nin idarə heyətinin sədri Əli Bayramova 2012-ci il 12 dekabr, 2013-cü il 12 iyul və 2013-cü il 29 oktyabr tarixində müraciətlər edilmişdir. 2014-cü il 14 aprel tarixində istehsalatın həcminə müvafiq olaraq cavabdeh tərəfindən öz hesablarına yeni texnoloji avadanlıqların quraşdırılması səbəbi ilə avadanlıqların geri götürülməsinə və yeni ödəmə qrafikinin tərtib edilməsi zamanı geri götürülmüş avadanlıqların qiymətlərinin nəzərə alınmasına sərəncam veri lməsi xahişi ilə yenidən "xxxx" ASC-nin idarə heyətinin sədri Əli Bayramova müraciət edilmişdir. Məsələ ilə əlaqədar 2015 və 2018-ci il tarixində cavabdeh tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və "xxxx" ASC-nin İdarə Heyətinin sədri Seymur Mövlayevə müraciətlər olunmuşdur. Beləliklə, cavabdeh tərəfindən dəfələrlə "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər edilmiş, lakin müraciətləri nəticəsiz qalmış və bu günə qədər avadanlıqları geri qaytarmaq mümkün olmamışdır. Həmçinin avadanlıqların istismar və istifadə edilməməsi faktı "xxxx" ASC tərəfindən hər il keçirilmiş inventarizasiya və monitorinq zamanı tərtib edilmiş aktlarla bir daha təsdiq olunmuşdur.
21. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 y anvar tarixli, e-2-2(113)-299/2022 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən müqavilə üzrə 649.000 manat məbləğində əsas borc, 60.000 məbləğində dəbbə pulu, cəmi 709.000 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 və mediasiya xərclərinin əvəzi olaraq 250 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı avadanlıqların geri götürülməsi və avadanlıqların dəyərinin borcdan çıxılması tələbinə dair qa rşılıqlı iddiasının rədd edilməsi, ilk iddianın verilməsinə görə ödənilməli olan 585 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
22. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən ilk iddiaçı cavabdehdən müqavilə üzrə əsas borcun və dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə dəbbə pulunun əsas borca nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu 60.000 manat məbləğində müəyyən etmişdir.
23. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə bildirmişdir ki, cavabdeh qarşılıqlı iddia tələbinin əsası kimi mübahisəli lizinq müqaviləsinə əsasən lizinqə verilən və quraşdırılmayan bir sıra avadanlıqların zavodun anbarında istifadəsiz vəziyyətdə qalmasına və istismar olunmasına istinad etsə də, göstərilən halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Əksinə, avadanlıqların təhvil-təslimi haqqında 2021-ci il 25 dekabr tarixli aktdan görünür ki, lizinq obyekti olan avadanlıqlar sınaqdan keçirilərək tam hazır vəziyyətdə lizinq alana təhvil verilməsi faktı Cavabdeh MMC-nin direktorunun imzası ilə təsdiq edilmişdir.
24. Həmçinin, cavabdeh lizinq obyekti olan avadanlıqlar təhvil verilərkən lizinq verən tərəfindən quraşdırılmamasını iddia etsə də, müqavilənin bağlanmasından keçən 9 il ərzində avadanlıqların quraşdırılması ilə bağlı "xxxx" ASC-yə müraciət etməsi iş materialları ilə müəyy ən edilməmişdir. Bununla yanaşı cavabdeh tərəfindən "xxxx" ASC-yə avadanlıqların geri götürülməsi ilə bağlı ünvanlanmış çoxsaylı müraciətlərin heç birində avadanlıqların geri götürülməsi tələbinə əsas kimi lizinq verən tərəfindən avandanlıqların quraşdırılmamış vəziyyətdə lizinq alana təhvil verilməsinə istinad olunmamışdır. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar da lizinq obyekti olan avadanlıqların lizinq verən tərəfindən quraşdırılmamasına dair qarşılıqlı iddianın dəlillərin əsassızlığına dəlalət edir.
25. Həmçinin, lizinq obyekti olan avadanlıqların bir qisminin cavabdeh tərəfindən istifadə edilməməsi də müəyyən olunmamışdır. Belə ki, göstərilən halı təsdiq etmək üçün cavabdehin məhkəməyə təqdim etdiyi 2015-ci il 28 oktyabr tarixli aktın birinci hissəsində sexin istismar edilməmə si qeyd edilsə də, ikinci hissəsində sexin süd məhsullarından boşaldılması üçün lizinq alana vaxt verildiyi göstərilmişdir. Halbuki, avadanlıqların istismar edilməməsi həmin avadanlıqlarda süd məhsullarının saxlanılmasını istisna edir. Göründüyü kimi sözügedən akt ziddiyyətli olmaqla mübahisəli avandanlıqların lizinq alan tərəfindən istifadə edilməməsi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etməmişdir.
26. Bundan başqa, lizinq alanın lizinq obyekti olan avadanlıqların bir hissəsindən istifadə etməməsi müəyyən olunsa belə, göstərilən hal həmin avadanlıqların lizinq verənə geri qaytarılması üçün əsas hesab edilə bilməzdi. Belə ki, lizinq alanın ona təhvil verilmiş lizinq obyekti olan əmlakdan (həmin obyektdən istifadəyə dair marağının olmaması səbəbindən) istifadə etmədiyi halda həmin əmlakın lizinq verən tərəfindən qaytarılmasını və həmin avadanlıqlara görə lizinq ödənişlərinin tutulmamasını tələb etmək hüququna malik olması nə lizinq haqqında qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır.
27. Hazırkı halda tərəflər arasında lizinq obyekti olan avadanlığın bir hissəsinin geri götürülməsi və ödəniş qrafikinə buna müvafiq olaraq dəyişikliklər edilməsi barədə müqavilə tərəfləri arasında hər hansı razılaşma (müqaviləyə dəyişiklik edilməsi barədə 2014-cü il 12 may tarixli, D-04- LA/13 saylı razılaşma istisna olmaqla) olmamış, eləcə də lizinq verən tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas ola biləcək müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına yol verilməmişdir. Tam əksinə müqavilənin cavabdeh tərəfindən əhəmiy yətli dərəcədə pozulması nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Lakin, cavabdeh hal-hazıradək müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı tələb irəli sürməmişdir. Bundan əlavə lizinq alanın lizinq obyektindən istifadə etməsinə dair marağının olmaması əsası ilə lizinq müqaviləsinin birtərəfli qaydada dəyişdirmək hüququ qanunvericilikdə nəzərdə tutulmamışdır və tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də irəli gəlmir.
28. Məhkəmə həmçinin bildirmişdir ki, qətnamə ilə ilk iddia qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq mediasiya xərcləri tərəflər arasında bölüşdürüldürülərək ilk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, qətnamə ilə ilk iddianın qiymətinin 62 faizinə yaxın hissəsi təmin edildiyindən ilk iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 62 faizi, yəni 835 manat hissəsi də cavabdehə aid edilmişdir.
29. Gəldiyi nəticəni məhkəmə MM-in 6.1.2, 6.1.5, 6.2, 421.1, 421.2, 385.1, 442, 443.1, 448.1, 747.1, 462.1, 467-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1, 121.1, 124.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Qətnamə 2022-ci il 4 fevral tarixdə proses iştirakçılarının şəxsi elektron kabinetlərində yerləşdirilmiş, cavabdeh həmin qətnamədən 2022-ci il 22 fevral tarixdə apellyasiya şikayəti verərək onun ləğv olunması, ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 7 iyun tarixli, 2-2(103)-400/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında lizinq müqaviləsi üzrə lizinqə verilmiş 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların dəyəri ümumi lizinq ödənişlərindən çıxılaraq 2015-ci il 3 noyabr tarixdən etibarən hesablanmadığı halda 2021ci il 6 iyul tarixə ola n əsas və cərimə borcunun nə qədər təşkil etməsi barədə suallar qoyulmuş, ekspert tərəfindən 2022-ci il 11 oktyabr tarixli, 9/4579 saylı rəy tərtib olunaraq ümumi qalıq borc 165.900 manat məbləğində müəyyən edilmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli, 2-2(103)-400/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiada irəli sürülmüş əsas borcun tutulması hissəsində dəyişdirilmiş, dəbbə pulunun tutulması hissəsində və qarşılıqlı iddiaya aid hissədə ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 165.900 manat məbləğində pul vəsaitinin tutulması, ilk iddia tələbinin dəbbə pulunun tutulması hissəsində təmin olunmaması, qarşılıqlı iddia tələbi qismən təmin olunara q 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunmuşdur. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
33. Məhkəmə kollegiyası bildirmişdir ki, MM-in lizinq münasibətlərini tənzimləyən normalarında, habelə tərəflər arasında bağlanmış müqavilədə lizinqə verilmiş əşyanın lizinq alan tərəfindən geri qaytarılması imkanını nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Bununla belə nə mülki qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə bunu qadağan edən hər hansı bir norma da yoxdur. Hazırkı işin halları bundan ibarət olmuşdur ki, cavabdeh "xxxx" ASC-yə müraciət edərək lizinq avadanlıqlarının bir hissəsinin geri götürülməsini xahiş etmişdir. Belə ki, lizinq müqaviləsi bağlandıqdan qısa müddət sonra lizinq alan avadanlıqların bir hissəsinin quraşdırılmadığını və istifadə olunmadığını bildirərək iddiaçıdan dəfələrlə həmin avadanlıqların geri götürülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin məktublar MM-in 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildirişə bərabər sənəd hesab olunur.
34. İddiaçı əvvəlcə həmin məktublara cavab verməsə də, 2015-ci il 28 oktyabr tarixdə həmin avadanlıqlara texniki baxış keçirərək, avadanlıqların saz və işlək vəziyyətdə olunduğunu, sexin istismar olunmadığını aşkarlamış, borc öhdəliyi yaranması səbəbindən istismarının dayandırılmasını təmin etmək məqsədilə 2015-ci il 3 noyabr tarixinədək içərisindəki məhsulların çıxarılması üçün 5 gün vaxt verilmiş, ödəniş olmadığı halda 5 gündən sonra avadanlığın istismarının dayandırılaraq geri götürmək üçün məhkəməyə müraciət olunacağı barədə cavabdehin nümayəndəsini xəbərdar etmişdir. Göründüyü kimi iddiaçı hazırda həmin avadanlıqların geri götürülməsi ilə razılaşmasa da, cavabdehin müqavilənin qeyd olunan avadanlıqlara münasibətdə ləğvinə dair bildirişinə (məktublarına) öz razılığını bildirmiş, bununla bağlı aktiv hərəkətlər edərək 2015-ci il 28 oktyabr tarixdə mübahisəli ərazidə avadanlıqlarına texniki baxış keçirərək, akt tərtib etmiş, həmin aktı sonradan mübahisələndirməmişdir. Həmin aktda qeyd olunan 5 gün müddətində isə cavabdeh tərəfi ndən ödəniş həyata keçirilməmişdir. Bu isə onu deməyə əsas verir ki, lizinq müqaviləsi həmin avadanlıqlara münasibətdə 2015-ci il 3 noyabr tarixdə ləğv edilmiş sayılmalıdır. Əks yanaşma, yəni avadanlıqları qəti şəkildə istəmədiyi və istismar etmədiyi halda (iddiaçı həmin halları aktda təsdiq etmişdir) onlara münasibətdə məcburi qaydada lizinq münasibətlərində qalması və ödənişlərin tutulması müqavilə azadlığı prinsipinə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etmişdir ki, həmin avadanlıqlar lizinq müqaviləsinin bağlandığı 2013-cü il 18 may tarixdə deyil, bundan təxminən 6 və 2 il əvvəl, yəni 2007-ci ilin noyabr və 2011-ci ilin noyabr aylarında alqı-satqı müqavilələri əsasında alınmışdır. Bu fakt, iş materiallarında olan alqı-satqı müqavilələri ilə öz təsdiqini tapır (İ cild, iş.v 197-212).
35. Göründüyü kimi avadanlıqlar məhz cavabdehin sifarişi əsasında xüsusi olaraq onun üçün alınmamış, iddiaçının təklifi əsasında ona lizinqə verilmiş, hətta quraşdırılmamışdır. Bu baxımdan, həmin avadanlıqlar iddiaçıya geri qaytarıldığı təqdirdə belə yenidən üçüncü şəxslərə lizinə verilməsi imkanı istisna olunmur. Beləliklə məhkəmə kollegiyası iddiaçının öz hüquqlarından sui-istifadə edərək avadanlıqların geri götürülməsi əvəzinə onlara görə də lizinq ödənişlərinin tələb olunması qənaətinə gəlmiş və hesab etmişdir ki, avadanlıqlar iddiaçıya qaytarılmalı və onların dəyəri yaranmış borcdan çıxılmalıdır.
36. Məhkəmə kollegiyası əlavə etmişdir ki, borc məbləği tamamilə yeni qaydada, yuxarıda qeyd olunan avadanlıqların dəyəri ümumi lizinq ödənişlərindən çıxılaraq yenidən h esablandığından cavabdeh tərəfindən ödənişlərin nə zamandan etibarən və neçə müddət ərzində gecikdirildiyini müəyyən etmək mümkün deyildir və bu səbəbdən cərimənin tutulması hissəsində ilk iddia rədd edilməlidir.
37. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 5.3, 16.1, 421.1, 421.3, 425.1, 425.2, 462.1, 560.2, 690, 691.4, 747.1, 751-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
38. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 5 dekabr tarixdə proses iştirakçılarının şəxsi elektron kabinetlərində yerləşdirilmiş, ilk iddiaçı ondan 2022-ci il 25 dekabr tarixdə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunaraq müqavilə üzrə 649.000 manat gecikdirilmiş əsas borc və hesablanmış 464.574 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənil miş 350 manat, cəmi 1.113.924 manat pul vəsaitinin cavabdehdən tutularaq ilk iddiaçıya ödənilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. III. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
39. MM-in 14.2.1-ci maddəsinin tələbi pozulmuşdur. Müqaviləyə əsasən lizinq verən dəyəri 892.500 manat olan bu müqavilənin tərkib hissəsi sayılan 1 nömrəli əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156.000 manat olan müqaviləyə 2 nömrəli əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqların dəyəri lizinq ödəniş qrafikinə (3 nömrəli Əlavə) uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülki yyətinə verilməsi şərti ilə 9 il müddətinə lizinq alana lizinqə vermişdir. Həmin müqaviləyə 2014-cü il 12 may tarixli, D-04-LA/13 saylı razılaşmaya əsasən müqavilənin ödəniş qrafikinə dəyişiklik edilərək 2014-cü ilin İİ rübündən (iyun ayından) başlayaraq 10 (on) il müddətinə ödəniş aparılması şərtilə yeni ödəniş qrafiki tərtib olunmuş, lizinq alan yeni tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bu razılaşma müqavilənin tərkib hissəsi hesab olunmaqla imzalandığı gündən qüvvəyə minmişdir.
40. MM-in 421.1, 421.3, 751-ci maddələri düzgün tətbiq olunmamışdır. Məhkəmə haqlı olaraq MM-in lizinq münasibətlərini tənzimləyən 747-751-ci maddələrində, habelə tərəflər arasında bağlanmış müqavilədə lizinqə verilmiş əşyanın lizinq alan tərəfindən geri qa ytarılması imkanını nəzərdə tutan hər hansı müddəanın mövcud olmadığını qeyd etmişdir. Lakin, məhkəmə MM-in 751-ci maddəsinə və əlaqəli olaraq həmin Məcəllənin 421.1 və 421.3-cü maddələrinə düzgün istinad etməyərək, əmlak kirayə müqaviləsinin şərtlərini hazırki mübahisəyə tətbiq etməklə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2015-ci il 3 noyabr tarixdən ləğv edilmiş sayılmalı olduğu qənaətinə gəlmişdir. Birincisi məhkəmə qətnamənin 31-ci bəndində göstərir ki, MM-in kirayə müqaviləsinin ləğvinə dair məsələləri tənzimləyən 690-cımaddəsinə görə əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir (690.1). Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir (690.2). Məhkəmə MM-in 690-cı madəsində müraciət edərk ən, həmin maddənin 689.2-ci maddəsinin məzmunundan irəli gəldiyinə diqqət etməmişdir. MM-in 689.2-ci madəsinə görə "əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər". Anlaşıldığı kimi əmlak kirayə müqaviləsinin ləğvinə dair bildirişin verilməsi yalnız əmlak kirayə müqaviləsində müddət müəyyənləşdirilmədiyi halda mümkündür. Hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış lizinq müqaviləsində müddət müəyyənləşdirilmişdir. Ona görə bu cür müqaviləni MM-in 689.2 və 690-cı maddələrində göstərilən qaydada bildiriş verməklə ləğv etmək olmazdı. İkincisi tərəflər arasında bağlanmış lizinq müqaviləsində MM-in 748.2.9, 748-10, 748-11-ci maddələrinə uyğun olaraq lizinq ödənişlərinin ümumi məbləği və ödəmə qrafikləri müəyyənləşdirilmişdir. Lizinq alan müqavilənin qüvvədə olduğu müddətdə həmin ödənişləri etməyə borclu olmuşdur. Bu hal da sözügedən mübahisəyə əmlak kirayə müqaviləsinin şərtlərini tətbiq etməyi istisna etmişdir. Həmçinin, qətnamənin 42-ci bəndini qalın şriftlə yazılmaqla iddiaçı tərəfindən 2015-ci il 28 oktyabr tarixdə həmin avadanlıqlara texniki baxış keçirilməsinə və həmin aktın iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməməsinə diqqət çəkmək istəmişdir. İlk növbədə, məhkəmənin bu qənaəti səhvən tətbiq olunan MM-in 690-cı maddəsinin məzmunundan irəli gəlmişdir. Bundan əlavə, iddiaçı tərəfindən 2015-ci il 28 oktyabr tarixdə həmin avadanlıqlarına texniki baxış keçirilsə də, həmin dövrdə müqavilənin ləğv edilməsi ilə bağlı hərəkətlərini davam etdirilməməsi, eyni zamanda birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsində qarşılıqlı iddianın qəbul edilməməsi elə təbiət etibarı ilə iddiaçının lizinq müqaviləsinin ləğvinə maraqlı olmamasının, həmin müqavilənin ləğvi ilə razılaşmamasının ən böyük göstəricisi olmuşdur. Məhkəmə qətnamənin 43 və 44-cü bəndlərində MM-in 421.1 və 421.3-cü maddələrinə istinad etmişdir. Həmin maddələrin məzmunundan da göründüyü kimi qanunverici müqavilənin ləğvini tərəflərin razılaşması ilə şərtləndirmişdir. İddiaçı tərəfindən 2015-ci il 28 oktyabr tarixdə həmin avadanlıqlarına texniki baxış keçirsə də, müqavlənin ləğvi üçün aktiv hərəkətlər etməmiş və müqavilənin ləğvinə razılıq verməmişdir. Göründüyü kimi məhkəmə istinad etdiyi normanın "əgər kirayə müqaviləsi ndə müddət müəyyənləşdirilməyibsə" tələbini "gizlətməklə" uzun bir əsaslandırılma aparmış və sonda səhv nəticəyə gələrək tərəflər arasında bağlanılmış müqavilənin 2015-ci il 3 noyabr tarixindən ləğv edilmiş sayılmalı olduğunu bildirmişdir.
41. MM-in 390-cı maddəsinin tələbləri pozulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə lizinq alan lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəyir. Tərəflər bu müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericilikdə nəzərdə tutulan məsuliyyəti daşıyırlar. Tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Lizinq alan ödəniş qrafikinə uyğun ol araq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir (Müqavilənin 2.2.2, 6.3, 7.1, 4.2-ci bəndləri). Göründüyü kimi lizinq alan ödənişləri tam həcmdə və vaxtında ödəməyi öhdəsinə götürmüş və müqavilənin şərtlərini yerinə yetirmədikdə qanunvericilikdə nəzərdə tutulan formada məsuliyyət daşıyacağına razılaşmış, lakin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddia tələbi tərəflər arasında bağlanılmış müqavilənin şərtləri, maliyyə arayışı, cərimə hesablanma qrafiki və s. sənədlərlə tamamilə sübuta yetirilmişdir.
42. MPM-in 218.3-cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün məhkəməd ə qarşı qarşılıqlı iddia qaldıraraq, lizinq müqaviləsi əsasında verilmiş, lakin istifadə olunmamış avadanlıqların ilk iddiaçıya geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borcdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə qarşılıqlı iddia tələbindən kənara çıxaraq faktiki olaraq tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2015-ci il 3 noyabr tarixindən ləğv edilmiş sayılmalı olması barədə qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. IV. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
45. Apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilmişdir və hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinin tələbləri baxımından yoxlanılacaqdır.
46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki hal ların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. V. TƏTBİQ EDİLƏN HÜQUQ
47. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə
16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.... 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərt ləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən ç əkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
560. Hüquqdan sui-istifadənin qadağan edilməsi... 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır....” Maddə
689. Kirayə müddəti 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. 689.2. Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. “Maddə
690. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və m əzmunu 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 690.3. Yaşayış otağını kirayəyə verən bu Məcəllənin 696-cı maddəsinə uyğun etirazvermə imkanını, habelə etirazın verilməsi formasını və müddətini kirayəçiyə vaxtında göstərməlidir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 747-2. Lizinqin obyekti Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır.” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. “Maddə 748-10. Lizinq ödənişləri... 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğu n olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.... 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir....” “Maddə
751. Lizinqə tətbiq edilən digər qaydalar Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin maddələrinə zidd olmayan qaydaları tətbiq edilir.” bu
48. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Məcəllənin 747-750-ci Məcəlləsinin müvafiq “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
124. İşə baxılarkən məhkəmən in çəkdiyi xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.... 124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” VI. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
49. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin fak tiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
51. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
52. Apellyasiya məhkəməsinin qarşılıqlı iddia tələbi ilə bağlı mövqeyi belə olmuşdur ki, MM-in 747-751- ci maddələrində, habelə tərələr arasında bağlınmış müqavilədə lizinqə verilmiş əşyanın lizinq alan tərəfindən geri qaytarılması imkanını nəzərdə tutan hər hansı müddəa mövcud deyildir. Bunun la belə nə mülki qanunvericilikdə, nə də tərəflər arasında bağlanmış müqavilədə bunu qadağan edən hər hansı bir norma yoxdur. Daha sonra MM-in 751-ci maddəsinə istinadən bu Məcəllənin əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmununa dair qaydaları tənzimləyən 690-cı maddəsinə, həmçinin, 691.4, 691.4.1 və 691.4.2-ci maddələrinə əsaslanmaqla cavabdehin istehsalatda istifadəsiz qalmış və sadalanan aparatların(avadanlıqların) geri götürülməsinə dair iddiaçıya ünvanlanmış xx.xx.2013-cü il,xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixli məktublarını göstərərək həmin avadanlıqlara texniki baxış keçirilməklə 28 oktyabr 2015-ci il tarixli akt tərtib olunduğunu və bu akta görə iddiaçının avadanlıqların geri götürülməsinə ödənişin olmayacağı təqdirdə razı olması ilə bağlı öz iradə ifadəsini bildirməsi qənaətinə gəlmişdir.
53. Bu məhkəmə MM-in 421.1 və 421.3-cü maddələrinin tələbləri müqabilində cavabdehin yuxarıda göstərilən məktublarını həmin müqavilənin qeyd edilən avadanlıqlara münasibətdə ləğvinə dair bildirişlər olmasını, cavabdehin 28 oktyabr 2015-ci il tarixli akt tərtib etməklə buna razılığını bildirməsinı, cavabdeh tərəfindən isə həmin akta müəyyənləşdirilmiş 5 gün müddətində ödənişin həyata keçirilməməməsini vurğulamaqla hesab etmişdir ki, lizinq müqaviləsi yuxarıda qeyd olunan avadanlıqlara münasibətdə xx.xx.2015-ci il tarixdən ləğv edilmiş sayılmalıdır. 54.İddiaçı apellyasiya məhkəməsinin mövqeyini bu əsasla mübahisələndirmişdir ki, 2015-ci il 28 oktyabr tarixdə avadanlıqlara texniki baxış keçirilsə də, həmin dövrdə müqavilənin ləğv edilməsi ilə bağlı hərəkətlərini davam etdirməmişdir, bu səbəbdən müqavilənin həmin avadanlıqlara münasibətdə ləğv olunmuş sayılmasına dair mövqe əsaslı olmamışdır.
55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi nəticə doğru olmamış və bununla bağlı aşağıdakıları qeyd edir. 56. 18 yanvar 2013-cü il tarixli lizinq müqaviləsinə görünür ki, lizinq verən dəyəri 882500.00 manat olan və Müqavilənin tərkib hissəsi sayılan 1№ li əlavədə göstərilən məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti və dəyəri 156000, 00 manat olan bu müqaviləyə 2№li əlavədə göstərilən süd emalı zavodunun istifadəyə verilməsi üçün əlavə avadanlıqları 9 il müddətinə lizinq alana lizinqə verir. “Avadanlıqların təhvil-təslimi haqqında” 2012-ci il 25 dekabr tarixli aktdan isə görünür ki, lizinq obyekti olan avadanlıqlar sınaqdan keçirilərək tam hazır vəziyyətdə lizinq alana təhvil verilməsi faktı cavabdehin direktorunun imzası ilə təsdiq olunmuşdur.
57. Cavabdehin iddiaçıya ünvanlandığı yuxarıda göstərilən məktublarda isə 1 ədəd “Məhsuldarlığı 2500 s/ı olan homogenerator 180 atm”, 1 ədəd “Pasterizasiya və soyutma qurğusu”, 1 ədəd “Polistirol stəkanlara doldurma avadanlığı”, 1 ədəd “Südü qablara doldurma avtomatı” və 1 ədəd “Qablaşdırma aparatı” adlı avadanlıqların geriyə götürülməsi xahiş edilmişdir. Həmin avadanlıqlardan 4 ədədi müqavilənin 1№ li əlavəsi kimi müəyyənləşdirilən “Texnoloji avadanlıqların texniki təsnifatı” na əsasən 22 adda avadanlıqdan ibarət olan məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti nin tərkibində, 1 ədəd isə müqavilənin 2№ li əlavəsi kimi müəyyənləşdirilən “Texniki təsnifatı və qiymət cədvəli”ndə göstərilən 7 adda avadanlığın tərkibinə aidir. O da qeyd edilməlidir ki, həm müqavilə, həm də müqaviləyə 1№ li əlavədə göstərilən avadanlıqların məhsuldarlığı 20 ton olan südün emalı və təkrar emalı texnoloji xətti kimi mürəkkəb əmlak təəsüratı yaradır. Belə ki, MM-in 135.9-cu maddəsinə görə əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Bu cür vəziyyətdə isə apellyasiya instansiyası məhkəməsi həmin texnoloji xəttin bir əmlak olub-olmaması nı araşdırmalı cavabdeh tərəfindən geriyə götürülməsi xahiş edilən avadanlıqların texnoloji xəttədən ayrılması mümkünlüyünü, bunun nəticəsində onun tamlığının pozulub-pozulmamasını, texniki və məsuldarlıq parametrlərinə neqativ təsir göstərib- göstərməməsinı qiymətləndirilməli idi.
58. Bundan başqa apellyasiya məhkəməsi §53 də göstərilən qənaətə gələrkən cavabdeh tərəfindən həmçinin ödənişlərin edilmədiyini vurğulamışdır. Lakin iş materiallarında olan kassa-mədaxil order qəbzlərindən görünür ki, aktın tərtib edildiyi 2015-ci il 28 oktyabr tarixindən sonra da texnoloji avadanlıqlarla bağlı cavabdeh tərəfindən lizinq ödənişləri həyata keçirilmişdir (bax 2-ci cild, iş v. 26-27). Digər tərəfdən 2017-2020-ci illərdə də təyinatı və əsası 2013-cü il 13 yanvar tarixli, 04LA/13 nömrəli müqavilə üzr ə olan ödənişlərin edildiyi iş materiallarındakı sənədlərlə təsdiq olunur (bax 2-ci cild, iş v. 2-25). Belə olan təqdirdə, həmin ödənişlərin konkret olaraq geri qaytarılması xahiş olunan avadanlıqları da əhatə edib-etməməsi aydınlaşdırılmadan apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət anlaşılan deyildir.
59. Apellyasiya instansiyası məhkəməsi MM-in yuxarıda göstərildiyi kimi, 690cı maddəsinin göstərişlərinə uyğun olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya ünvanlandığı məktublar müqavilənin ləğvinə dair bildirişə bərabər sənəd hesab olunur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, doğurdan da MM-in 690-cı maddəsində əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişin forması və məzmunu göstərilmişdir. Lakin o da nəzərə alınmalıdır ki, həmin Məcəllənin 689.2-c i maddəsinin göstərişinə əsasən, əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Göründüyü kimi, MM-in 690-cı maddəsinin birbaşa tətbiqi yalnız kirayə müqaviləsində müddətin müəyyənləşdirilmədiyi halda mümkündür. Hazırkı iş üzrə lizinq müqaviləsində isə müddət müəyyənləşdirilmişdir. Belə olan təqdirdə, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-in 689.2-ci maddəsinin tələbinə əhəmiyyət verilməməsi iş üzrə doğru olmayan nəticəyə gəlməyə səbəb olmuşdur.
60. Bundan başqa, məhkəmə kollegiyası onu da vurğulayır ki, məzmunu iki hissədən ibarət olan 2015-ci il 28 oktyabr tarixli aktın özündə də biri-digərilə ziddiyyət təşkil e dən 2 hal göstərilmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətlərin aradan qaldırılmaqla əsl mahiyyətini müəyyənləşdirmədən qətnaməni çıxararkən onu əsas götürmüşdür. Halbuki, bu hal adıçəkilən məhkəmə instansiyasında tam və hərtərəfli araşdırılmalı idi.
61. O da qeyd edilməlidir ki, MM-in 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zə rər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur(MM-in 421.2.- ci maddəsi). Lakin bu normaların tələbləri hazırki mübahisənin həlli zamanı apellyasiya instansiyasi məhkəməsi tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır.
62. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
63. İşdən göründüyü kimi, cavabdeh qarşılıqlı iddia ərizəsində lizinq müqaviləsi əsasında verilmiş, lakin istifadə olunmamış avadanlıqların ilk iddiaçıya geri qaytarılması və həmin avadanlıqların dəyərinin yaranmış borcdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 2015-ci il 3 noyabr tarixindən ləğv edilmiş sayılmalı olması barədə qətnamə qəbul etməklə faktiki olaraq qarşılıqlı iddia tələbindən kənara çıxaraq və MPM-in 218.3-cü maddəsinin tələbini pozmaqla qətnamə qəbul etmişdir.
64. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi həm yuxarıda göstərilən maddi hüquq normalarının tətbiqində səhvə yol verməklə, həm də MPM-in 218.3-cü maddəsinin tələbini pozaraq iddia tələblərindən kənara çıxmaqla qətnamə qəbul etdiyindən o ləğv olunmalı, məhkəmə göstərilən nöqsanları aradan qaldırmaqla, iddia tələbləri çərçivəsində işə tam, hərtərəfli və obyektiv baxaraq əsaslı və qanuni qətnamə qəbul etməlidir.
65. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
66. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
67. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli, 22(103)-400/2022 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
68. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 21 noyabr tarixli, 2-2(103)-400/2022 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.