Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-165/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası «xxxx” MMC-nin Cavabdeh X3 qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: müqavilədən irəli gələn borcun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), X6, X5 ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, cavabdeh Kompaniyanın nümayəndəsi Nümayəndə və vəkili X7 iştirakı ilə, İddiaçı«xxxx” MMC-nin Cavabdeh X1rşı müqavilədən irəli gələn borcun ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2 -2(103)-869/2019 saylı qətnaməsindən iddiaçı«xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.«xxxx” MMC ilə Cavabdeh X4 arasında xx xxxx 2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır ki, həmin müqaviləyə əsasən, satıcı MMC alıcı Kompaniyaya 2012-ci buraxılış ili olan Şkoda “Superb” markalı, TMBAB 43T6C9029675 şassi nömrəli, tünd bənövşəyi metal rəngli və dəfəri 31.000 manat qiymətləndirilmiş avtomobili verməli, əvəzində alıcı Kompaniya satıcı MMC-yə avtomobilin qeyd olunan dəyəri miqdarında reklam xidməti göstərməli idi.
2. İddiaçı MMC-nin iddia ərizəsinə görə, cavabdeh Kompaniya aralarında müqavilənin bağlanmasında 6 il keçməsinə baxmayaraq öz öhdəliklərini yerinə yeti rməmişdir. Bununla bağlı dəfələrlə cavabdeh Kompaniyaya müvafiq məzmunlu məktublar göndərilsə də, nəticəsi olmamışdır.
3. Bu baxımdan qeyd edilən maşının geri qaytarılması zərurəti yaranmışdır.
4. Bundan başqa cavabdeh Kompaniya avtomobildən istifadə etdiyi hər gün üçün istifadə haqqı ödəməlidir. Belə ki, Kompaniya avtomobili xx xxxx 2013-cü il tarixdən istifadə edir və bu günə qədər öhdəliklərini yerinə yetirməyərək müəssisəyə zərər vurmuşdur.
5. Odur ki, iddiaçı MMC məhkəməyə müraciət etmək qərarına gəlmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
6. İddiaçı MMC qeyd edilənlərə və Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2, 427.4, 442.443,443.2, 21-ci maddələrinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı«xxxx” MMC Cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx” MMC ilə Cavabdeh X4 arasında xx xxxx 2013-cü ildə maşın alqı-satqısına dair bağlanmış müqavilənin ləğv edilməsi, müqavilə predmetini təşkil edən 2012-ci il buraxılışlı Şkoda “Superb” markalı, TMBAB 43T6C9029675 şassi nömrəli, **-PN-*** dövlət qeydiyyat nişanlı maşın üçün ödənilməli olan 31.000,00 manat və 30,0 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh X2 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Eyni zamanda cavabdeh Kompaniya ərizə ilə məhkəməyə m üraciət edərək, iddiaçı MMC iddia müddətini ötürdüyü üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir etmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-955/2019 saylı, xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. 10. 1-ci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı MMC ilə cavabdeh Kompaniya arasında bağlanmış xx xxxx 2013-cü il tarixli müqavilədə onun n predmeti Şkoda “Superb” markalı, TMBAB 43T6C9029675 şassi nömrəli, tünd bənövşəyi metal rəngli maşının cavabdeh Kompaniyaya verilməsi müqabilində həmin Kompaniya tərəfindən 31.000 manat dəyərində reklamların ATV kanalı, 106 FM və 106.3 FM radiodalğalarında reklamlarını verməyi öhdəsinə götürmüşdür. Müqavilədə icra müddəti qeyd e dilmədiyindən Azərbayan Respublikası Mülki Məcəlləsinin 377.3-cü maddəsi hazırkı münasibətlərə tətbiq edilməklə qeyd olunmalıdır ki, 2012-ci il buraxılışlı Şkoda “Superb” markalı, TMBAB 43T6C9029675 şassi nömrəli, **-PN-*** dövlət qeydiyyat nişanlı maşın iddiaçı MMC tərəfindən xx xxxx 2013-cü il tarixdə cavabdeh Kompaniyanın adına rəsmiləşdirildiyindən, MMC-nin öhdəliyi icra etmək tələbini irəli sürmək hüququ həmin andan yaranmış hesab edilməlidir.
11. İddiaçı MMC-nin nümayəndəsinin məhkəmə iclasında izahatından da müəyyən edilmişdir ki, həmin MMC ilə cavabdeh Kompaniya arasında bağlanmış xx xxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinin icrasının cavabdeh Kompaniya tərəfindən qısa zamanda icra edəcəyini gözləmişdir. Göründüyü kimi iddiaçı MMC məhkəməyə sözügedən müqavilənin icrasını c avabdeh Kompaniya tərəfindən qısa müddətdə yerinə yetiriləcəyini gözləmiş olsa da, müqavilənin cavabdeh Kompaniya tərəfindən icra edilmədiyi təqirdə onun icrasını tələb etməsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı Kompaniya tərəfindən qanunvericilikdə müəyyən edilmiş iddia müddəti buraxılmışdır ki, bu da iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə əsasdır.
12. İddiaçı “xxxx” MMC apellasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və cavabdehKompaniyadan 31.000 manat və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-869/2019 saylı xx.xx.2019-cu il tarixli qətna məsi ilə iddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi;.1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, müqavilə azadlığı iki tərəf arasındakı mülki hüququ münasibətləri tənzimləyən əsas prinsiplərdəndir. Mülki hüquq münasibətlərinin həyata keçirilməsi iradə sərbəstliyinə əsaslanır, yəni mülki hüququ münasibətlərinin fərqləndirici xüsusiyyəti odur ki, burada hüquq münasibətlərindən istifadə edən şəxslər müstəqildirlər və şərtləri özləri müəyyən edirlər. Müqavilələr bu baxımdan iradə ifadəsinin həyata keçirilməsində müstəsna rola malikdirlər. Tərəflər mülki hüquq münasibətlərinə daxil olarkən mülki hüquq qanunvericilik tərəflərə geniş hərəkət imkanı verməklə həm də bu hərəkətlərin əsasında qarşılaşılacaq nəticələri də əvvəlcədən görmək vəzifəsini tərəflərin üzərinə qoyur. Bu baxımdan müqavilə tərəfləri iradələrini ifadə edərkən daxil olduqları hüquq münasibətlərin nəticəsini dərk edə bilirlər yaxud dərk etməlidirlər. Yalnız bundan sonra qeyd edilən müqaviləni imzalayırlar yaxud müqavilənin digər tərəfi müqavilənin bu şəkildə bağlandığını düşünür.
15. Hazırkı müqavilə üzrə yaranan mübahisə xarakter etibarilə qarışıq müqavilə tiplidir. İddiaçı MMC ilə cavabdeh Kompaniya arasında bağlanmış müqavilənin predmetini “Şkoda Superb” markalı, TMBAB 43T6C9029675 şassi nömrəli, tünd bənövşəyi metal rəngli maşının cavabdeh Kompaniyaya verilməsi müqabilində cavabdeh Kompaniya tərəfindən 31.000 manat dəyərində reklamı n ATV kanalı, 106 FM və 106.3 FM radiodalğalarında verməyi öhdəsinə götürməsi təşkil edir. Göründüyü kimi, alqı-satqı müqaviləsinin əlamətləri ilə yanaşı, xidmət müqaviləsinin ünsürlərini özündə cəmləşdirməkdədir. Odur ki, satıcı malı verməyi, alıcı isə bunun müqabilində öhdəliyini reklam xidmətlərinin göstərilməsi formasında icra edir.
16. Beləliklə, müqavilə üzrə münasibətlər xidmət göstərilməsi nəticəsində öhdəliyin yaranmasını təşkil edir. Müqavilədə icra müddəti qeyd edilmədiyindən 2012-ci il buraxılışlı Şkoda “Superb” markalı, TMBAB 43T6C9029675 şassi nömrəli, 10 PN-806 dövlət qeydiyyat nişanlı maşın iddiaçı MMC tərəfindən xx xxxx 2013-cü il tarixdə cavabdeh Kompaniyanın adına rəsmiləşdirildiyindən, iddiaçının öhdəliyi icra etmək tələbini irəli sürmək hüququ həmin andan yaranmış hesa b edilməlidir. İddiaçı MMC-nin cavabdeh Kompaniyadan reklam xidməti göstərməsi ilə bağlı öhdəliyin icrasını tələb etməsi müddətinin axımının onun satdığı avtomobilin cavabdeh Kompaniyanın adına qeydiyyata alındığı müddətdən başlandığı qəbul edilərsə, o zaman, iddiaçı MMC-nin tələbetmə müddətinin axımı xx xxxx 2016-cı il tarixdə bitmişdir.
17. Lakin iddiaçı MMC cavabdeh Kompaniyadan öhdəliyin icrasını həmin müddətdən də 3 il keçdikdən sonra tələb etmiş etmişdir, bununla da, iddia müddətini ötürmüşdür.
18. İddiaçı MMC müqavilə qüvvədə olduğundan iddia müddətinin tətbiq edilməsi ilə razılaşmasa da, onun bu mövqeyi əsassızdır. Belə ki, müqavilənin hər hansı müddətə bağlanması ilə bağlı məzmununda heç bir müddəa yoxdur, müqavilə tərəflərin qarşılıqlı olaraq öhdəliklərini yerinə yetirməsi ilə şərtləşdirilmişdir. İşin materialları ilə müəyyən olunur ki, iddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi hazırkı işin mübahisəsiz halı olmaqla onun qarşı tərəfdən öz öhdəliklərinin icrasını tələbetmə hüququ da ən geci xx xxxx 2013-cü il tarixdən başlayaraq yaranmışdır və iddiaçı MMC xx xxxx 2016-cı ilə kimi iddia qaldıra bilərdi.
19. Məhkəmənin qətnaməsi iddiaçı MMC-yə xx.xx.2019-cu iltarixdə təqdim edilmişdir.
20. İddiaçı “xxxx” MMC kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri 21 Tərəflər arasında arasında bağlanmış müqaviləninin müddəaları onlar üçün əsas dır. Həmin müqavilənin 2.3-cü maddəsində “müqavilə avtonəqliyyat vasitəsinin tam dəyərinin 100% olmaqla nəğd ya da köçürmə yolu ilə ödənənədək qüvvədədir” müddəası öz əksini tapmışdır. Həmin müddəadan o görünür ki, bağlanmış müqaviləyə əsasən müqavilə hələ də qüvvədədir. Müqavilənini məzmunundan o anlaşılır ki, müqavilə üzrə reklam çarxlarının yayımlanmasını həyata keçirilməsi ilə bağlı cavabdeh Kompaniya iddiaçı MMC-yə məlumat verməliydi. Çünki, reklam çarxları cavabdeh Kompaniyanın fərqli yayım orqanlarında icra edilirdi və bununla bağlı MMC-nin reklam çarxlarının yayımlandığına nəzarət edə bilmək imkanı yox idi: qeyd edilən reklam çarxlarının hansı saatlarda, hansı orqanlarda yayımlanacağı cavabdeh Kompaniya tərəfindən müəyyən edilirdi və bununla bağlı işin nəticəsini Kompaniya MMC-yə t əqdim etməli idi.
22. Bu baxımdan alqı-satqı müqaviləsinin 2.3-cü maddəsində görülən xidmətlərin hesabatının verilməsi öhdəliyi cavabdeh Kompaniyanın üzərinə qoyulmuşdur. Reklam çarxlarinin yayımlanması ilə bağlı konkret vaxt müəyyən edilmədiyi üçün MMC reklam çarxlarının yayımlanmasını uzun müddət gözləmişdi. Çünki, qeyd edilən şəraitdə reklam çarxlarının nə zaman yayımlanması müddət keçsə də, MMC-nin mənafeyinə uyğun olmuşdur.
23. Bu baxımdan avtomaşının cavabdeh Kompaniyanın adına rəsmiləşdirildiyi gündən iddia müddətinin başlanması mülahizəsi əsassızdır. Çünki, yuxarıda da qeyd edildiyi kimi müqavilənin qüvvəsi vaxt ilə deyil cavabdeh Kompaniyanın reklam çarxlarının yayımlanmasının bitdiyini göstərən məlumatların verilməsi ilə, yəni hərəkətlə müəyyən edilmişdir. Ona görə, 3 il iddia mü ddətinin tətbiq edilməsi əsassızdır.
24. Burada önəmli olan qeyd edilən reklam çarxlarının yayımlanmasının iddiaçı MMC üçün maraqlı olması faktıdır. Belə ki, reklam çarxlarinin yayımlanması 5 ildən çox müddətə MMC-nin mənafeyinə uyğun olmuşdur. Yalnız bu gün şirkət özgəninkiləşdirilmə prosesində olduğu üçün qeyd edilən maraq öz dəyərini itirmişdir. Bu baxımdan müqavilə üzrə qarşı tərəfin öhdəliyini yerinə yetirmədiyi müəyyən olunduğundan maşının dəyəri tələb edilir.
25. Cavabdeh Kompaniya məhkəmə prosesində qeyd edilən reklam çarxlarını müvafiq yayım kanallarında yayımladıqlarını bildirsə də, 5 il keçdiyi üçün sənədlərin məhv edilmişdir kimi gülünc bir əsas irəli sürmüşdür. Ancaq buna baxmayaraq guya, həmin günə aid olan reklam çarxını özündə əks etdirən diski məhkəməyə təqdim etmişdir. Bu onu göstərir ki, əslində, cavabdeh Kompaniyada müqaviləyə əsasən özünün üzərinə qoyulmuş öhdəlikləri həyata keçirməsi ilə bağlı məlumatların qarşı tərəfə verməli olduğunu və yalnız ondan sonra öhdəliklərin icrasının bitdiyinin müəyyən edilə biləcəyini bilir. Ancaq məhkəmə bu yanaşmaya diqqət ayırmayaraq əsassız şəkildə iddia müddəti tətbiq etmiş və iddiaçı MMC-nin hüquqlarını pozmuşdur.
26. Bundan başqa, cavabdeh Kompaniya mübahisə predmeti olan avtomobilin rəsmiləşdirildiyini bildirmişdir. Bu zaman iddiaçı MMC-nin nümayəndəsinin rəsmiləşdirməyə əsas olmuş sənədin nə olduğu sualını Kompaniyaya ünvanlamış, ancaq sonuncu buna dəqiq cavab verməmişdir. Bununla bağlı MMC-nin nümayəndəsi məhkəmə icası zamanı vəsatət vermiş və mübahisə predmeti olan avtomobilin cavabdeh Kompaniyanın adına rəsmil əşdirməsi üçün əsas olan sənədlərin Azərbaycan Respublikası Baş Dövlət X9 tələb edilməsini xahiş etmişdir. Ancaq apellyasiya instansiyası məhkəməsi vəsatəti təmin etməyərək iş üçün önəm kəsb edən əsas sübutların əldə edilməsindən imtina etmişdir. Halbuki, vəsatətdə tələb edilən səənədlər əldə edilsəydi, apellyasiya instansiyası məhkəməsi daha fərqli qərar qəbul edə bilərdi. Qeyd edilən rəsmiləşdirmə üçün əsas olmuş sənəd iddiaçı MMC ilə cavabdeh Kompaniya arasında bağlanmış xx xxxx 2013-cü il tarixli müqavilə deyil, çünki həmin müqavilə üzrə öhdəlik qarşı tərəfdən tam yerinə yetirilməmişdi. Odur ki, vəsatət təmin edilsəydi qətnamə daha ədalətli qəbul edilərdi və iddia təmin edilərdi. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri 27.Kassasiya şikayətlərinə qarşı tərəflər etiraz təqd im etməmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Cavabdeh Kompaniyanın nümayəndəsi Nümayəndə və vəkili E.Hacıyev kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər.
29. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı MMC məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iddiaçı MMC-yə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra ed ilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
31. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 32 Həmin Məcəllənin 375.1-ci maddəsinə müvafiq olaraq hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
33. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
34. Həmin Məcəllənin 377.1-ci maddəsinə uyğun olaraq id dia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
35. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
36. Həmin Məcəllənin 427.5-ci maddəsinə müvafiq olaraq əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.
37. Azərbaycan Rеspublikası Kоnsti tusiya Məhkəməsinin «Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh еdilməsinə dair» 27 dеkabr 2001-ci il tariхli Qərarına əsasən, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, о, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, оnları öz hüquqlarını vaхtında müdafiə еtməyə məcbur еdir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək еdir, ikinci, iddia müddəti institutumülki hüquq münasibətlərində qеyri-müəyyənliyin, qеyri-sabitliyin aradan qaldırılmasına хidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərində çох vaхt ötmüş mötəbərliyinin yохlanılması çətin və ya qеyri-mümkün оlan sübutlara istinad еtməsini aradan qaldıraraq ədalət mühakiməsi оrqanlarına mübahisələri оbyеktiv əsaslarla həll еtmək imkanı yaradır.
38. Həmin Məhkəmənin «R.S alamоvun şikayəti ilə əlaqədar Azərbaycan Rеspublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kоllеgiyasının xx.xx.2007-ci il tariхli qərarının Azərbaycan Rеspublikasının Kоnstitusiyasına və Qanunlarına uyğunluğunun yохlanılmasına dair» xx.xx.2007-ci il tariхli Qərarına görə, iddia müddətləri mübahisələrin həlli baхımından mülki qanunvеriciliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. İş üzrə iddiaçı MMC apellyasiya məhkəməsini n qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. İlk öncə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçı MMC tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman iddia müddətini ötürmüş olduğu barədə gəldiyi nəticə düzgündür. Belə ki, işin mübahisəsiz halı on dan ibarətdir ki, iddiaçı MMC müqavilə üzrə öz öhdəliklərini onun predmeti olan avtomobili tərəflər arasında müqavilənin bağlandığı xx xxxx 2013-cü il tarixdə cavabdeh Kompaniyaya təhvil verməklə icra etmiş və buna görə də, məhkəmə vasitəsi ilə qarşı tərəfdən avtomobilin dəyərinin tələb etməsi hüququnu 3 illik iddia müddətinin sona çatdığı xx xxxx 2016-cı il tarixdə itirmişdir (bax hazırki qərarın 30-38-ci bəndlərinə).
43. İddiaçı MMC məhkəmə işi ilə bağlı yazılarında, o cümlədən kassasiya şikayətində tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli müqavilənin 2.3-cü bəndinə istinad edərək müqavilənin qarşı tərəfin öz öhdəliklərinin, yəni reklam xidmətinin icra edilməsi anınadək qüvvədə olmasını göstərmişdir.
44. Halbuki, işin materiallarında olan müqavilənin əslində (qeyd edilən bə ndndə) qarşı tərəfin, yəni cavabdeh Kompaniyanın avtomobilin dəyərinin 100% nağd və ya köçürmə yolu ilə ödənilməsi öhdəliyi müəyyən edilmişdir. Belə olan halda məhkəmədə avtomobilin dəyərinin ödənilməsi tələbinin qaldırılması iddia müddəti ilə məhdudlaşır.
45. İddiaçı MMC kassasiya şikayətində cavabdeh Kompaniya tərəfindən reklam üzrə xidmətlərin həyata keçirilməsinin 6 il gözləməsini müqavilədə onun son müddətinin müəyyən edilməməsi ilə izah etmişdir, lakin reklamın mahiyyətinə nəzər salsaq görərik ki, müasir dövrdə hər hansı bir əmtə növünün, xüsusən də müəyyən buraxılış ili olan avtomobili uzun illər reklam edilməsi səmərəsiz bir fəaliyyətdir. 46. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-c maddəsinə əsasən,reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtə lif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat.
47. Həlbəttə ki, hazırki halda buraxılış ili 2012-ci il olan avtomobil iddiaçı MMC-nin iddia ilə məhkəməyə müraciət etdiyi 2019-cu ildə artıq köhnə model olduğundan, onun reklamı da faydalı ola bilməzdi.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair iddiaçı MMC-nin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir.
49. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ «xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 22(103)-869/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.