Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-166/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı-nin cavabdeh XXXa qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-166/19 Bakı şəhəri 01 may 2019-cu il 01.05.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, İddiaçı-nin və vəkili Vəkil2 iştirakları ilə, cavabdeh XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 2-2(103)-890/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı cavabdehlər XX Xa və XXXa qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 2015-ci il tarixli müqavilə üzrə yaranmış 11.160,0 manat əsas borcun, həmin müqavilə üzrə gecikdirilmiş hər günə görə 0,1 faiz olmaqla 01 aprel 2017-ci il tarixə hesablanmış 6.283,08 manat məbləğində dəbbə pulunun, 04 aprel 2016-cı il tarixli müqavilə üzrə yaranmış 3.145 manat məbləğdə əsas borc, həmin müqavilə üzrə gecikdirilmiş hər günə görə həmin məbləğin 0,1 faizolmaqla 04 aprel 2017-ci il tarixə hesablanmış 1433,25 manat məbləğində dəbbə pulunun, həmçinin hüquqi xidmətə görə ödənilmiş 600 manat vəsaitin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdi m edərək cavabdeh XXXdan 14 oktyabr 2015-ci il tarixli müqavilə üzrə yaranmış 11.160,0 manat əsas borcun, həmin müqavilə üzrə gecikdirilmiş hər günə görə 0,1 faiz olmaqla 01 aprel 2017-ci il tarixə hesablanmış 6.283,08 manat məbləğində dəbbə pulunun, hüquqi xidmətə görə ödənilmiş 300 manat vəsaitin və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2-1(81)625/2017 saylı qərardadı ilə (hakim Aida Hüseyn) iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 24 yanvar 2018-ci il tarixli, 28430 saylı rəy təqdim olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 201 8-ci il tarixli, 2-2(81)58/2018 saylı qərardadı ilə (hakim Aida Hüseyn) iddia baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv olunması və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2-2(81)58/2018 saylı qərardadı ilə (hakim Aida Hüseyn) iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 06 iyun 2018-ci il tarixli, 2-2(103)-343/18 saylı qərardadı ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Həmid Həmidov) iddiaçının şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunaraq iş sonra kı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2-2(81)58/2018 saylı qətnaməsi ilə (hakim Aida Hüseyn) iddia tələbi qismən təmin edilmiş, 3874,82 manat əsas borc üzrə, 600 manat cərimə borcu, 300 manat hüquqi yardıma görə və 10 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə, cəmi 4784,82 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 2-2(103)-890/2018 saylı qətnaməsi ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilməmi ş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İşdə olan, iddiaçı (təchizatçı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli, 14/10/2015-01 saylı müqaviləyə görə, təchizatçı müqavilənin şərtlərinə uyğun qaydada malları alıcıya təhvil verməyi, alıcı isə malları qəbul etməyi və ödəməyi öhdəsinə götürür. Malların çeşidi və qiyməti tərəflərlə razılaşdırılır və müqavilənin ayrılmaz hissəsi olan Spesifikasiyada (Əlavə № 1) göstərilir. Müqavilənin: 3.7-ci bəndinə əsasə, yük qaiməsində alıcının imzası və möhürü (ştampı) ilə təsdiqlənmiş malların alıcı tərəfindən qəbul tarixi təchizat tarixi hesab olunur; 4.1-ci bəndinə görə, malların qəbulu alıcı və ya onun səlahiyyətləndirilmiş şəxsi tərəfindən bu müqavilədə göstərilmiş və ya tərəflərlə razılaşdırılmış sifarişdə göstərilmiş ünvanda həyata keçirilir; 7.1-ci bəndinə əsasən, əlavə dəyər vergisi (ƏDV) də daxil olmaqla Malların qiyməti Azərbaycan manatı (AZN) ilə hesablanır və cari Spesifikasiyada göstərilir; 7.3-cü bəndinə görə, Mallar Alıcı tərəfindən alındıqdan sonra beş gündən gec olmayaraq Təchizatçı Azərbaycan Respublikasının qüvvədə olan vergi qanunvericiliyinə uyğun hesab-fakturanı təqdim etdikdə, malların ödənişi mallar alıcı tərəfindən qəbul olunduqdan sonra 7 təqvim günü ərzində pul vəsaitlərinin təchizatçının hesablaşma hesabına köçürülməsi yolu ilə həyata keçirilir. Hesablaşma forması - ödəniş tapşırıqları; 8.3-cü bə ndinə əsasən, əvvəllər təchiz olunmuş mallarla bağlı vaxtı keçmiş borclar olarsa, təçhizatçının borclar və cərimələr ödənilənədək Sifariş qəbulunu və Malların Alıcıya daşınmasını dayandırmaq hüququ var. 08 yanvar 2016-cı il tarixli, 117001 saylı qaimə-fakturaya əsasən 960,69 manat; 11 yanvar 2016-cı il tarixli, 117006 saylı qaimə-fakturaya görə 286,78 manat; 11 yanvar 2016cı il tarixli, 117002 saylı qaimə-fakturaya əsasən 538,31 manat; 22 fevral 2016-cı il tarixli, 117009 saylı qaimə-fakturaya görə 280,72 manat; 22 fevral 2016-cı il tarixli, 117006 saylı qaimə-fakturaya əsasən 473,65 manat və 22 fevral 2016-cı il tarixli, 117008 saylı qaiməfakturaya əsasən 1.334,67 manat dəyərində malın təhvil aldım qrafalarında üzərində VÖEN əks olunan Cavabdeh1 möhürü vurulmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 08 iyun 2017-ci il tarixli, **********835400 saylı məktubunda qeyd olunur ki, XXXun (VÖEN **********) müvafiq ərizələrinə əsasən AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 1058, 110a və 110b saylı bina; AZ1072, ÜnvanX1, ÜnvanX2, ÜnvanX3 ünvanlarda yerləşən təsərrüfat subyektləri (obyektləri) “Super Market №1” adı ilə İcarəçi qismində qeydiyyata alınmış, lakin sonradan onun tərəfindən təqdim edilmiş ərizələrə əsasən həmin təsərrüfat subyektləri (obyektləri) müvafiq olaraq 09 iyun 2016-cı il, 25 avqust 2016-cı il və 13 iyul 2016-cı il tarixlərdən qeydiyyatdan çıxarılmışdır. “xxxx” (Azərbaycan) tərəfindən iddiaçıya ünvanlanan 29 avqust 2017-ci il tarixli məktuba görə, sonuncunun adına bankda mövcud olan AZ52KABA******************** nömrəli AZN h esablaşma hesabına cavabdeh tərəfindən 07 yanvar 2016-cı il tarixdə 895.55 manat; 29 fevral 2016-cı il tarixdə 915,48 manat; 17 iyun 2016-cı il tarixdə 852,62 manat və 24 iyun 2016-cı il tarixdə 416,01 manat olmaqla, ümumilikdə 3.079,66 manat ödəniş mədaxil edilmişdir. “xxxx” KB ASC tərəfindən iddiaçıya ünvanlanan 11 sentyabr 2017-ci il tarixli 996 nömrəli məktuba əsasən, sonuncunun X2 filialında mövcud olan AZ51UBAZ**********0060AZN001 saylı cari hesabına cavabdeh tərəfindən 15 fevral 2016cı il tarixdə 780 AZN, 24 iyun 2016-cı il tarixdə 500 AZN ödəniş daxil edilmişdir. İddiaçının “xxxx” (Azərbaycan) QSC-də olan bank hesabından çıxarışlarına görə, cavabdeh tərəfindən 01 mart 2016-cı il tarixdə 915,48 AZN, 28 iyun 2016-cı il tarixdə 416,01 AZN, 07 yanvar 2016-cı il tarixdə 895,55 AZN və 17 iyun 2016-cı il tarixdə 852,62 AZN ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2018-ci il tarixli, 28430 saylı ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, Cavabdeh1 adına olan 14 oktyabr 2015-ci il tarixli, 01 saylı müqavilənin 2, 3, 5, 7, 10-cu səhifələrində “Alıcı” qrafasındakı imzalar və müqaviləyə 5 ədəd əlavələrdə “Alıcı” qrafasındakı imzalar; iş materiallarının 1-ci cildində olan Cavabdeh1na məxsus VÖEN möhürü vurulmuş 117009, 177006, 117008 saylı qaimə-fakturaların kötüklərində Cavabdeh1 yazılarının qarşısında möhür əksi üzərindəki imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh1 adına olan 14 oktyabr 2015-ci il tarixli, 01 saylı müqavilənin 1, 9-cu səhifə lərində “Alıcı” qrafasındakı imzalar Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. “xxxx” MMC-nin “xxxx” ASC-də olan hesabından çıxarışdan görünür ki, 02 mart 2017-ci il tarixdə iddiaçı tərəfindən “xxxx” MMC-yə 07-2017 saylı hesab faktura üzrə 600 AZN ödəniş həyata keçirilmişdir. Bununla da, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilir ki, tərəflər arasında 14 oktyabr 2015-ci il tarixli, 14 oktyabr 2015-01 saylı Təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı malları cavabdehə təhvil verməyi, cavabdeh isə malları təhvil alıb ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı cavabdehə 26.766,13 manat dəyərində müxtəlif çeşidli mallar təhvil verildiyini, bu malların 11.384,80 manat dəyərində hissəsinin iddiaçı tərəfindən geri alındığını, 4.220,84 manat məbləğdə vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənildiyini, 11.160 manat məbləğində vəsaitin isə iddiaçıya bu günə qədər ödənilmədiyini bildirmiş və həmin borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. 07 mart 2018-ci il tarixdə birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh 3 qaimədəki imzanın ona məxsus olduğunu bildirmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi ekspert rəyində müəyyən edilən halları təkzib edən və həmin hallara zidd olan sübutlar müəyyən olunmadığından ekspert rəyini mötəbər sübut kimi qəbul etmiş və 117009, 117006 və 117008 saylı qaimə-fakturaların kötüklərində olan imzaların cavabdeh tərəfindən icra olunması səbəbindən, həmin qaimə-fakturalar üzrə 2.089,04 manat borcun tutulmasını əsaslı hesab etmişdir. Bundan başqa, 08 yanvar 2016-cı il tarixli, 117001 saylı; 11 yanvar 2016-cı il tarixli, 117006 və 117002 saylı qaimə-fakturalarda cavabdehin imzası olmasa belə, ona məxsus VÖEN-in əks olunduğu möhürlər mövcud olduğundan iddia tələbi həmin qaimə-fakturalar üzrə verilmiş malların dəyəri olan 1.785,78 manat məbləğin tutulması hissəsində də əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin, birinci instansiya məhkəməsinin iddia tələbi ilə yüksək məbləğlə göstərilən cərimə 600 manat həddədək azaltmaqda haqlı olması qənaətinə gəlmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 425.1, 442, 445.2.1, 467, 567, 600.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılm ası üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, məhkəmə onun tərəfindən iddiaçı müəssisəyə edilmiş ödənişləri və qaimə-fakturaları əsas götürməklə qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, həmin qaimə-fakturalarda cavabdehin imzası olmamış və onun iddiçıya borcu qalmamışdır. Cavabdeh hesab edir ki, iddiaçıya borcunun olduğu halda qaimə-fakturalar əsasında üzləşmə aktı tərtib edilməli və həmin üzləşmə aktı tərəflərin imzaları ilə təsdiqlənməli idi. İddiaçı isə, belə bir üzləşmə aktını məhkəməyə təqdm edə bilməmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1, 570.1, 570.1.2-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və i zahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış, həmin müqavilədə nəzərdə tutulmuş öhdəlikləri iddiaçı icra etmiş, lakin cavabdeh onları qismən icra etmədiyindən iddiaçı qarşısında onun məsuliyyəti yaranmışdır. Bu mövqeyi mübahisələndirən cavabdehin kassasiya şikayətində bildirdiyi dəlil mahiyyət üzrə müqavilə münasibətlərinin tərəfi ndən icra olunduğu və borcunun olmadığı ilə əlaqədardır. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. İşin hallarına görə tərəflər arasında alqı-satqı münasibətləri müqavilə əsasında yaranmışdır. Azərbaycan Respubliaksı Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; - 570.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır:570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; - 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddələrin tələblərindən göründüyü kimi, alqı-satqı müqaviləsinin mahiyyətinə uyğun olaraq, satıçı əşyanı alıcıya veməyə borcludur. Əşyanın alıcıya vemək vəzifəsi müqavilədə nəzərdə tutulmuş qaydaya uyğun olaraq həyata keçirilə bilər ki, həmin qayda üzrə satıcının əşyanı alıcıya vermək vəzifəsiəşyanın alıcının göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş hesab olunur. Alınmış mallara görə ödənişlər əşyanın təhvil almazdan əvvəl, təhvil aldıqdan sonra və yaxud müqavilədə nəzərdə tutulmuş qayda üzrə aparılmalıdır. Maddələrin tələblərinə uyğun olaraq tərəflər arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli müqavilənin: - 3.1-ci bəndinə əsasən, tərəflər arasında imzalanmış Əlavə müqavilədə göstərildiyi hal istisna olmaqla, təchizatçı tərəflər arasında razılaşdırılmış sifarişlərə uyğun olaraq öz nəqliyyat vasitəsindən istifadə etməklə malları çatdırmalıdır; - 4.1-ci bəndinə əsasən, malların qəbulu alıcı və ya onun səlahiyyətləndirilmiş şəxsi tərəfindən bu müqavilədə göstərilmiş və ya tərəflərlə razılaşdırılmış sifarişdə göstərilmiş ünvanda həyata keçirilir. Apellyasiya məhkəməsi qanunvericiliyin tələblərinə və istinad edilmiş müqavilə şərtinə əsaslanmaqla müəyyən etmişdir ki, satıcının malların verilməsi vəzifəsi cavabdehin adına qeydiyyata alınan təsəttüfat obyektlərində həyata keçirilmişdir və malların təhvil verilib - təhvil alınması faktı qaimə-fakturalarla əsasən sübuta yetirilmişdir. İşin müəyyən edilmiş hallarına görə, tutulması qət edilmiş məbləğlərin cəmisini qaimə-fakturalarda əks olunmuş məbləğlər təşkil etmişdir. İdiaçı tərəfindən cavabdehin adına ünvanlanmış üç qaimə-fakturaların kötüyündə olan imzaların cavabdehə məxsusluğu, digər qaimə-fakturalarda isə “Malın təhvil aldım” qrafalarında üzərində VÖEN əks olunan cavabdehin möhürünün vurulması ekspert rəyi ilə müəyyən edilmişdir. “Qaimə-faktura” öz mahiyyətinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər arasında maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyə n olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli, 118 saylı qərarı ilə təsdiq edilmiş «Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları»nın: - 1.4-ci bəndinə əsasən, ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir; - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən təşkilatların və fərdi s ahibkarların iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının 22 dekabr 2005-ci il tarixli qərarı ilə “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun tərtib olunmuş ciddi hesabat blankları”nın forma və rekvizitləri” təsdiq edilmişdir və 4 saylı əlavə kimi “Qaiməfaktura”ların foma və rekvizitləri əks olunmuşdur. Həmin rekvizitlərə görə, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərə dair məlumatların, qiymətlilərin adı və ölçüləri və s., habelə qiymətlilərin məbləği, təhvil verən və təhvil al anın soyadlarınən və imzaların göstərilməsi zəruri olmuşdur. Maddələrin tələblərinə uyğun olaraq apellyasiya məhkəməsi təqdim edilmiş qaiməfakturaları tərəflər arasında alqı-satıq müqaviləsinin icrası sübuta yetirən sənəd kimi qəbul etmişdir. Cavabdeh apellyasiya məhkəməsinin istinad etdiyi qaimə-fakturaların onun tərəfindən imzalanmadığını, həmin qaimə-fakturalara əsasən üzləşmə aktlarının tərtib edilməli olduğu barədə bildirsə də, mübahisələdirdiyi məsələlərin hüquqi əsaslarını göstərməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi faktiki hallar üzrə hüquqi qiymətləndirmənin aparılması qeyri-mümkündür. Əks halda məhkəmə kollegiyası tərəfindən bildirilmiş dəlil üzrə öz təşəbbüsü ilə hüquqi əsaslandırmanın aparılması Azərbaycan Respublikası MPM-nin 9-cu m addəsində müəyyən olunmuş “Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi” prinsipinə və kassasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən həmin mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuş hesab edilməlidir. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin xatırlatmasını zəruri hesab edir. Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apel lyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlil üzrə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir, həmin dəlil istər maddi, istərsə də prosessual hüquq normasının tətbiqi baxımından da hər hansı bir qaydada əsaslandırılmamışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qə bul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 dekabr 2018-ci il tarixli, 2-2(103)-890/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-166/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-166/2019
01.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver