Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-166/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçılar İddiaçı3 və İddiaçı2 MMC-nin cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, iddianın yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı3 və İddiaçı2 MMC-nin cavabdeh ləğv prosesində olan Cavabdeh ASCyə qarşı “pul vəsaitlərinin qaytarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 202 3-cü il 2 fevral tarixli, 2-2(103)-219/2023 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar İddiaçı3 (bundan sonra – “iddiaçı”) və İddiaçı2 (bundan sonra – “MMC”) cavabdeh ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx") qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən MMC-yə məxsus 600.000 manat və iddiaçıya məxsus 60.000 manat pul vəsaitinin tutularaq onlara qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 noyabr tarixli, e-2-2(113)-6929/2022 saylı qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilmi şdir (hakim – Z.Axundova).
3. Həmin qərardaddan iddiaçılar şikayət verərək onun ləğv edilib iddia ərizəsinin icraata qəbul edilməsi və mahiyyəti üzrə baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişlər.
4. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 23 dekabr tarixli, e-2-2(113)-6929/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlərə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli, 2-2(103)-219/2023 saylı qərardadı ilə iddiaçıların şikayəti təmin edilməmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Hüseyn).
6. Həmin qərardaddan iddiaçılar kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia ərizəsin in icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 2-2(103)-219/2023 saylı qərardadı ilə iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
8. Məhkəmə kollegiyası bildirmişdir ki, prosessual qanunvericiliklə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi barədə apellyasiya məhkəmələrinin qərardadlarından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
9. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 402.2, 402.2.1, 402.2.2, 402.2.4, 402.2.5, 408.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Qərardad 2023-cü il 2 fevral tarixdə iddiaçının vəkilinin şəxsi elektron kabinetinə yerləşdirilmiş, iddiaçı ondan 2023-cü il 8 fevral tarixdə kassasiya şikayəti verərək 2023-cü il 25 yanvar və 2023-cü il 2 fevral tarixli qərardadların ləğv olunması, iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
11. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2, 1091.1, 1091.2 və 1092.2-ci, MPM-in 88, 153.3, 153.6-cı maddələrinin tələbləri pozulmuşdur. Cavabdehdən tələb olunan pul məbləğləri ləğv prosesində olan bankın debitor-kreditor borcları ilə bağlı deyildir. Məhkəmənin də qeyd etdiyi kimi bank müflis elan e dildikdən sonra onun rəhbər işçiləri barədə istintaq edilən cinayət işinin istintaqı zamanı iddiaçılara əsassız və qanunsuz olaraq cavabdehin hesabına 660.000 manat pul vəsaiti köçürülmüşdür. Həmin cinayət işi iddiaçılara münasibətdə xitam edilmiş, məhkəmənin qərarı ilə bəraət hökmü çıxarılmış və bu hökm qanunui qüvvəsini almışdır. Banka köçürülmüş həmin pul vəsaitlərinin bankın müflisləşməsi ilə bağlı debitor-kreditor borclara aidiyyəti olmamışdır. Aşağı instansiya məhkəmələri iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edilməsi barədə qərardadında “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Qanunlara istinad edərkən iddiaçıların hesabına əsassız varlanmış bankdan onların pullarını hansı qaydada geri almalarına dair heç bir izah verməmişlər. Aşağı instansiya məhkəm ələri tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, işə baxılarkən MPM-in tələbləri kobud şəkildə pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, iddia tələbinə dair dəlillər araşdırılmadan qiymətləndirilmiş və reallığı əks etdirməyən qərar qəbul olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. I. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
14. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qərardadı b ütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
15. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. II. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Maddə
402. Kassasiya şikayəti vermə hüququ... 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsin də nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” III. Ali Məhkəmənin Mövqeyi
12. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
13. Kassasiya şikayətində göstərilmişdir ki, iddiaçılar tərəfindən banka köçürülmüş vəsaitin onun debitor-kreditor b orclarına aidiyyəti olmamış, bank bunun nəticəsində əsassız varlanmış, məhkəmə həmin vəsaitin hansı qaydada geri alına bilinməsinə dair heç bir izah verməmiş, sübutları düzgün qiymətləndirməmiş və MPM-in tələblərini kobud şəkildə pozmuşdur.
14. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin həmin dəlillər əsasında mübahisələndirilməsini əsaslı olmadığını qeyd edir.
15. Belə ki, MPM-lə apellyasiya instansiyası məhkəmələrinin kassasiya şikayəti verilə bilən qərardadlarının çərçivəsi konkret olaraq müəyyən edilmişdir. Bunlara apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi və iş üzrə icraata xitam verilməs i barədə qərardadlar və s. aid edilmiş, lakin prosessual qanunvericiliklə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsi qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
16. MPM-in 408.1.1-ci maddəsinə əsasən isə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
17. Prosessual qanunvericiliyin istinad olunan normalarının məzmunundan göründüyü kimi, apellyasi ya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur və kassasiya şikayətində göstərilən dəlillər isə qərardadın ləğv olunması üçün əsas ola bilməz.
18. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 2 fevral tarixli, 22(103)-219/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.