Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-167/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdeh “Cavabdehi” MMC-nə qarşı iş üzrə QƏRAR (açar sözlər: iş materiallarına cavabdehə təhvil verilmiş mal-qaranın karantində olduğu dövrdə epizootiki vəziyyətlərinin laboratoriya müayinələrinin aparıldığını, tam sağlam olduğunu təsdiq edən hər hansı sübut əlavə olunmamışdır) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Kərimov Fərhad Abdulkərim oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, cavabdehin vəkili Quliyev Elxan Ağalar oğlunun iştirakı, H.Əbilovun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh “Cavabdehi” MMC-nə qarşı lizin q müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-521/2019 saylı qətnaməsindən İddiaçı ASC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ASC cavabdeh “Cavabdehi” MMC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 101.549,42 manat əsas borcun, 98.067,15 manat cərimənin və 30 manat dövlət rüsumunun “Cavabdehi” MMC-dən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli, 226 saylı qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə “Cavabdehi” MMC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 90-LD/13 saylı, xx xxxxxx 2014-cü il tarixli 03-LD/14 saylı və xx xxxx 2014-cü il tarixli, 21LD/14 saylı müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 10 baş “Şarole” və 168 baş “Holştin” friz cinsli damazlıq heyvanları lizinqə götürmüşdür. xx xxxxxxxx 2016-cı il tarixinədək müqavilə üzrə ödənilməli olan 100.251,0 manat məbləğdən cavabdeh tərəfindən cəmi 9.157,18 mana t ödənilmiş və müqavilə üzrə 91.093,82 (doxsan bir min doxsan üç manat 82 qəpik) manat borcu qalmışdır. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin 2.2.2-ci bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi üçün göndərilmiş pretenziya və dəfələrlə edilmiş şifahi xəbərdarlıqlar cavabsız qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə k reditor qarşısında məsuliyyət daşıyır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(81)-580/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir ( hakim - A.Hüseyn). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)-764/2018 saylı qətnaməsi ilə (sədrlik edən V.M.Ağayev, hakimlər A.B.Nuriyeva və C.A.Yusifov) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2-2(102)-171/2019 saylı qərarı ilə (sədrlik edən A.S.Hüseynov, hakimlər R.S.Nəbizadə və X.S.Məmmədov) İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-521/2019 saylı qətnaməsi ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtiadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin e dilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.2.12-ci bəndinə əsasən lizinq alan damazlıq heyvanlara zərər dəydiyi, o cümlədən sağlamlığında nasazlıq yarandığı ən geci 12 saat ərzində Lizinq verənə məlumat verir, cavabdeh 12 saat ərzində məlumat verməli olduğu halda 1 və ya 1.5 il sonra məlumat vermiş, bu isə öz növbəsində sığorta ödənişlərinin həyata keçirilməsindən Sığorta Şirkəti tərəfindən imtinaya səbəb olmuş, bu barədə lizinq alan tərəfindən İddiaçı ASC-yə 1 və ya 1.5 il sonra məlumat verilməsinə baxmayaraq, Cəmiyyət tərəfindən sığorta şirkətinə müraciət olunmuş və heyvanların tələf olmasının baş verməsi səbəblərinin və təfsilatının yerində araşdırılması mümkün olmadığından, müvafiq qaydada rədd cavabı verilmişdir. Buna baxmayaraq, sığorta şirkəti damazlıq heyvanların tələf olma səbəblərini araşdırmış və heyvanlarda olan xəstəliklərin yaranma səbəblərinin qeyri-qənaətbəxş qidalanma, zoogigiyenik şərtlərin ciddi pozuntusu, xəstəliklərə qarşı vaxtında profilaktik tədbirlərin aparılmaması, lizinq alanın təsərrüfatsızlığı və s. kimi səbəblər göstərilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 2.2.3-cü bəndinə əsasən damazlıq heyvanların təyinatı üzrə istifadə olunmasını, onlara qulluğun aparılmasını, zoobaytar xidmətlərinin vaxtlıvaxtında həyata keçirilməsi üçün 3 gündən gec olmayaraq müva fiq ərazi üzrə baytarlıq orqanında qeydiyyata alınaraq müqavilə bağlanmasını, saxlandığı yeri (tövləni) zoobaytar tələblərə tam cavab verməsini, yem bazası ilə təmin edilməsini, qorunub saxlanmasını öhdəsinə götürür. Lakin, cavabdeh tərəf məhkəməyə müqaviləyə riayət etməsinə dair, yəni heyvanlara lazımi qulluğun aparılmasını, zoobaytar xidmətlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün 3 gündən gec olmayaraq müvafiq ərazi üzrə baytarlıq orqanında qeydiyyata alınaraq müqavilə bağlanmasını, saxlandığı yerin (tövləni) zoobaytar tələblərə tam cavab verməsini, yem bazası ilə təmin edilməsini, qorunub saxlanmasına dair heç bir sübut təqdim etməmişdir. Halbuki, həmin heyvanlar cavabdehə tam sağlam vəziyyətdə və onun özünün iştirakı ilə təhvil verilmişdir. "İddiaçı” ASC lizinq obyekti olan dama zlıq heyvanları sağlam vəziyyətdə bütün sənədlərlə birlikdə Lizinq alana verilməsini təmin edilməklə müqavilə şərtlərinə tam əməl etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları pozulmuşdur. Tərəflərin izahatları Cavabdehin vəkili Vəkil oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştira k edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı ASC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətlə ndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil oğlunun izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-521/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC (Lizinq verən) ilə “Cavabdehi” MMC (Lizinq alan) arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixdə 90LD/13 saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqaviləyə əsasən Lizinq verən 10 baş “Şarole” cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verir, müqavilənin 1.2-ci maddəsinə əsasən Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 8.576,59 (səkkiz min beş yüz yetmiş altı manat 59 qəpik) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan 8576,59 (səkkiz min beş yüz yetmiş altı manat 59 qəpik) manat məbləği ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür, müqavilənin 2.1.1-ci bəndinə əsasən Lizinq verən bu müqavil ədə göstərilən damazlıq heyvanları sağlam vəziyyətdə bütün sənədlərlə birlikdə Lizinq alana təhvil verilməsini təmin edir, 2.1.2-ci bəndinə əsasən Lizinq verən damazlıq heyvanların sığortalanmış vəziyyətdə Lizinq alana verilməsini təmin edir, 2.1.5-ci bəndinə əsasən Lizinq alanın lizinqlə bağlı maliyyə sənədləri və damazlıq heyvanların vəziyyəti, saxlanma şəraiti ilə maneəsiz tanış olur və onlara baxış keçirir, 3.1ci bəndinə əsasən bu müqaviləyə görə lizinqə verilən damazlıq heyvanlar üzərində müstəsna mülkiyyət hüququ onun dəyəri Lizinq alan tərəfindən tam ödənilənədək Lizinq verənə məxsusdur, 3.8-ci bəndinə əsasən Lizinq alan Lizinqə verənin tələbi ilə istifadə etdiyi damazlıq heyvanların vəziyyəti barədə istənilən vaxtda məlumat verməlidir, İddiaçı ASC (Lizinq verən) ilə “Cavabdehi” MMC (Lizinq alan) arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03-LD/14 saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqaviləyə əsasən Lizinq verən 66 baş “Holştin-friz” cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verir, müqavilənin 1.2-ci maddəsinə əsasən Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 39.539,87 (otuz doqquz min beş yüz otuz doqquz manat, 87qəpik) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan 36.857,69 (otuz altı min səkkiz yüz əlli yeddi manat, 69 qəpik) manat məbləği ödəniş qrafikində göstərilən qaydada və mü ddətdə ödəməyi öhdəsinə götürür, İddiaçı ASC (“Lizinq verən”) ilə Cavabdeh (“Lizinq alan”) arasında bağlanmış xx xxxx 2014-cü il tarixli, 21-LD/14 saylı “Dövlət vəsaiti hesabına idxal olunmuş İddiaçı ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə” müqaviləyə əsasən Lizinq verən 102 baş “Holştin-friz” cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 (üç) ilə lizinqə verir, müqavilənin 1.2-ci maddəsinə əsasən Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 54.440.45 (əlli dörd min dörd yüz qırx manat, 45 qəpik) manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan 65.272.32 (altmış beş min iki yüz yetmiş iki mana t, 72 qəpik) manat məbləği və ödənilməli olan 600.00 (altı yüz) manat üstəlik xərcləri, cəmi 65.872.32 (altmış beş min səkkiz yüz yetmiş iki manat 32 qəpik) isə ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür, İddiaçı ASC “Cavabdehi” MMC-yə ünvanladığı xx xxxx 2014-cü il tarixli pretenziya məktubunda iddiaçı cavabdeh “Cavabdehi” MMC-dən xx.xx.2014-cü il tarixədək yaranmış 8.414,0 manat məbləğində borcun tez bir zamanda İddiaçı ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin, müqavilənin 5.5-ci bəndinə uyğun hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək, damazlıq heyvanların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağını bildirmiş, İddiaçı ASC-nin “Cavabdehi ” MMC-yə ünvanlanmış xx xxxxx 2016-cı il tarixli pretenziya məktubunda iddiaçı “Cavabdehi” MMC-dən xx.xx.2016-cı il tarixədək yaranmış 70.209.00 manat məbləğində borcun tez bir zamanda İddiaçı ASC-yə ödənilməsini xahiş etmiş, əks halda tələb olunan məbləğin, müqavilənin 5.5-ci bəndinə uyğun hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi və müqavilənin ləğv edilərək, damazlıq heyvanların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağını bildirmişdir. İddiaçı ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə xx xxxxxx 2014cü il tarixli akta əsasən İddiaçı ASC-nin 68/ü nömrəli xx xxxxxx 2014-cü il tarixli əmri əsasında 66 baş “Holstin-friz” cinsli damazlıq heyvanları tam sağlam və boğaz halda heç bir qüsuru olmadan təhvil qəbul etdilər, mal-qaranın nəqliyyat vasitələrinə mindirilməsi, aparılması, avtomaşından düşürülməsi zamanı bütün təhlükəsizlik qaydalarına riayət edilməsi məsuliyyəti alıcının üzərinə düşməsi tam şəkildə təlimatlandırılır və təhvil verilir, İddiaçı ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə xx xxxxxx 2013-cü il tarixli Akta görə İddiaçı ASC-nin 1811/ü nömrəli xx xxxxxx 2013-cü il tarixli əmri əsasında 10 baş “Şarole” cinsli damazlıq heyvanları tam sağlam və boğaz halda heç bir qüsuru olmadan təhvil qəbul etdilər, mal-qaranın nəqliyyat vasitələrinə mindirilməsi, aparılması, avtomaşından düşürülməsi zamanı bütün təhlükəsizlik qaydalarına riayət edilməsi məsuliyyəti alıcının üzərinə düşməsi tam şəkildə təlimatlandırılır və təhvil verilir, İddiaçı ASC-yə məxsus damazlıq heyvanların təh vil-qəbulu barədə xx xxxx 2014-cü il tarixli akta görə İddiaçı ASC-nin 408/ü nömrəli xx xxxx 2014-cü il tarixli əmri əsasında 102 baş Holstin-friz cinsli damazlıq heyvanları tam sağlam və boğaz halda heç bir qüsuru olmadan təhvil qəbul etdilər, mal-qaranın nəqliyyat vasitələrinə mindirilməsi, aparılması, avtomaşından düşürülməsi zamanı bütün təhlükəsizlik qaydalarına riayət edilməsi məsuliyyəti alıcının üzərinə düşməsi tam şəkildə təlimatlandırılır və təhvil verilir, İddiaçı ASC-nin maliyyə arayışına görə “Cavabdehi” MMC ilə İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 90-LD/13, xx xxxxxx 2014-cü il tarixli 03-LD/14, xx xxxx 2014-cü il tarixli 21-LD/14 saylı müqaviləyə əsasən lizinqə götürülmüş ümumi dəyəri 213.263,51 manat olan cəmi 178 baş damazlıq heyvan üçün həmin şəxs C əmiyyətin hesabına 102.556, manat ilkin ödəniş edilmiş, “Cavabdehi” MMC-nin xx xxxx 2018-ci il tarixinə olan borcu 101.549,42 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 98.067,15 manat təşkil edir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, cavabdehə lizinqə verilmiş heyvanların ölkəyə yeni gətirilməsi, cavabdehə yeni təhvil verilməsi səbəbindən, karantində 1 ay müddətində saxlanmaqla epizootiki vəziyyətləri laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra yuxarıda qeyd olunan təhvil-qəbul aktlarına əsasən cavabdehə təhvil verilməli idi, lakin «Cins damazlıq mal-qaranın Təhvil- Qəbulu» barədə xx xxxxxxx 2013-cü il, xx xxxxxx 2014-cü il tarixli aktlarla Gəncə Rayonlararası Təchizat Bazasına yerləşdirilmiş mal-qara, karant in müddətlərinə əməl olunmadan, epizootiki vəziyyətləri laboratoriya müayinələri aparılmadan, artıq xx xxxxxx 2013-cü ildə və xx xxxxxx 2014-cü ildə akt əsasında cavabdehə təhvil verilmiş, işin materiallarına qeyd olunan aktlar əsasında cavabdehə təhvil verilmiş mal-qaranın karantində olduğu dövrdə epizootiki vəziyyətlərinin laboratoriya müayinələrinin aparıldığını, tam sağlam olduğunu təsdiq edən hər hansı sübut əlavə olunmamış, tərəflər arasında lizinq münasibətləri üzrə qanunvericiliyin tələblərinə ilkin olaraq iddiaçı tərəfindən əməl olunmamış, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Respublika Baytarlıq Laboratoriyasının 024 saylı, xx xxxxxx 2014cü il tarixli ekspertiza rəyinə görə müayinə nəticəsində 172 (bir yüz yetmiş iki) baş ir i buynuzlu heyvanın qan nümunəsində aparılan virusoloji müayinələr zamanı “xlamidioz” və “şmallenberq” xəstəliyinə qarşı anticisimlər aşkar edildiyi qeyd olunmuş, Baytarlıq İdarəsi tərəfindən X3 ünvanlanmış xx xxxxxx 2014-cü il tarixli məktubunda heyvandarlıq təsərrüfatında xəstəliyin təlimatına uyğun olaraq təcili baytarlıq-sanitariya (dezinfeksiya), müalicə tədbirlərinin aparılmasının təmin edilməsi tapşırılmış, lizinq müqavilələrinin 2.1 və 2.1.1-ci bəndinin tələbinə iddiaçı tərəfindən əməl edilməsi barədə işə hər hansı sübut əlavə edilməmiş, belə ki, İddiaçı ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə Akların təsdiq olunmuş surətlərində damazlıq heyvanların tam sağlam və boğaz halda heç bir qüsuru olmadan təhvil qəbul edildiyi qeyd olunsa da, iddiaçı lizinqə verilmiş heyvan ların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədlərini (hər hansı sertifikat, şəhadətnamə, arayış, baytarlıq (baytarlıqsanitariya) rəyi, müayinə aktı və s.) məhkəməyə təqdim etməmişdir. Apellyasiya Məhkəməsi həmçinin hesab etmişdir ki, sahibkar tərəfindən xx xxx 2014-cü il tarixində 2 (iki) baş düyənin öldüyü və xeyli sayda düyənin xəstə olduğu barədə «xxxx» ASC-yə telefonla məlumat verilmiş, həmçinin «xxxxa» ASC-nin iddiaçıya ünvanlanmış xx xxxxxx 2015-ci il tarixli məktubuna görə İddiaçı» ASC xx xxxxxxx 2015-ci il tarixli, ASC/2-2224 saylı məktubla «xxxxa» ASC-yə müraciət edərək, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən «Cavabdehi» MMC-yə lizinqə verilmiş cins damazlıq düyələrdən 60 başın (50 baş “holştin-friz” və 10 ba ş “şarole”) tələf olduğu barədə məlumat verilmiş və sığorta ödənişinin aparılması üçün lazımi tədbirlərin həyata keçirilməsi xahiş edilmiş, iddiaçı tərəfindən təqdim edilmiş, istinad olunan yazışmalarla, cavabdeh tərəfindən heyvanların xəstəliyi və tələfi barədə vaxtında sığorta təşkilatına və Lizinq verənə müvafiq məlumatlar verilmiş, hər iki tərəfin möhürü ilə təsdiq edilmiş «Lizinqə verilmiş cins damazlıq heyvanların İnventarizasiyası»na dair xx xxxxxx 2016-cı il tarixli aktla iddiaçı, cavabdeh tərəfindən lizinqə götürülmüş damazlıq heyvanların 75-nin, xx xxxxxx 2016-cı il tarixli aktla isə 86-nın tələf olduğunu təsdiq etmiş, cavabdeh tərəfindən damazlıq heyvanların tələf olmasına səbəb olacaq, saxlanılma şəraitinin pozulması ilə bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsi, eləcə də müqavilənin 5.2-ci bəndi ilə müəyyən edilmiş tədbirlərin görülməsi də işin materiallarından müəyyən edilməmiş, həmçinin iddiaçının sığorta şirkəti - «xxxxa» ASC ilə bağladığı xx xxxxx 2013-cü il, xx xxxxxx 2013-cü il və xx xxxx 2014-cü il tarixli müqavilələrə əsasən sığorta ödənişinin aparılmasından imtinanın iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsinə və iddiaçının hər hansı təqsirinin olmamasına dair sübutlar təqdim edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.8-ci maddəsinə əsasən ərazini xaricdən keçə biləcək xəstəliklərdən qorumaq məqsədilə başqa ölkələrdən gətirilən heyvanların sağlamlığını müəyyənləşd irmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə onları təcrid olunmuş halda saxlamaq; 19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək; 19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 19 saylı qərarı ilə təsdiq olunmuş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması qaydaları”nın 2.9-cu bəndinə əsasən heyvanların yoluxucu xəstəliklərdən mühafizəsini təmin etmək məqsədilə yeni qəbul edilən heyvanlar iri heyvandarlıq təsərrüfatlarında təcrid edilmiş halda karantində, vətəndaşlara məxsus olan kiçik təsərrüfatlarda isə ayrı bir yerdə 1 ay müddətində saxlanmaqla epizootiki vəziyyətləri laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra ümumi heyvanlar qrupuna daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 749.1-ci maddəsinə əsasən kirayə müqaviləsinin qaydalarına uyğun olaraq lizinq verən əmlak ı göndərməyi gecikdirməyə və ya göndərməməyə, habelə qüsurlu əmlak göndərməyə görə lizinq alan qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış müqavilələrin 2.1.5-ci bəndinə əsasən Lizinq verən Lizinq alanın lizinqlə bağlı maliyyə sənədləri və damazlıq heyvanların vəziyyəti, saxlanılma şəraiti ilə maneəsiz tanış olur və onlara baxış keçirir, 5.1-ci bəndinə əsasən lizinq alan tərəfindən aşağıdakı hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin pozulması halları hesab edilir; damazlıq heyvanların saxlandığı yerin (tövlənin) zoobaytar tələblərə cavab verməməsi, damazlıq heyvanların lazımi yemlənməsinin təmin edilməməsi, damazlıq heyvanlara qulluğun aparılmaması. Müqavilənin 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda Lizinq verən Lizinq alanı yazılı surətdə xəb ərdar etməklə, damazlıq heyvanları və onun yerləşdiyi tövləni (tikilini) kommunikasiyası ilə birlikdə saz vəziyyətdə təhvil götürür, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin ödənilməsini tələb edir. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehə lizinqə verilmiş heyvanların ölkəyə yeni gətirilməsi, cavabdehə yeni təhvil verilməsi səbəbindən, karantində 1 ay müddətində saxlanmaqla epizootiki vəziyyətləri laboratoriya müayinələri ilə aydınlaşdırıldıqdan sonra yuxarıda qeyd olunan təhvil-qəbul aktlarına əsasən cavabdehə təhvil verilməli olduğu halda, Gəncə Rayonlararası Təchizat Bazasına yerləşdirilmiş mal-qaranın, karantin müdd ətlərinə əməl olunmadan, epizootiki vəziyyətləri laboratoriya müayinələri aparılmadan, artıq xx xxxxxx 2013-cü ildə və xx xxxxxx 2014-cü ildə akt əsasında cavabdehə təhvil verildiyini, iş materiallarında isə cavabdehə təhvil verilmiş mal-qaranın karantində olduğu dövrdə epizootiki vəziyyətlərinin laboratoriya müayinələrinin aparıldığını, tam sağlam olduğunu təsdiq edən hər hansı sübutun olmadığını, tərəflər arasında lizinq münasibətləri üzrə qanunvericiliyin tələblərinə ilkin olaraq iddiaçı tərəfindən əməl olunmadığını, Respublika Baytarlıq Laboratoriyasının xx xxxxxx 2014-cü il tarixli ekspertiza rəyinə əsasən müayinə nəticəsində 172 baş iri buynuzlu heyvanın qan nümunəsində aparılan virusoloji müayinələr zamanı xlamidioz və şmallenberq xəstəliyinə qarşı anticisimlərin aşkar edildiyini, l izinq müqavilələrinin 2.1 və 2.1.1-ci maddələrinə uyğun olaraqsa Lizinq verənin (iddiaçı) bu müqavilədə göstərilən damazlıq heyvanları sağlam vəziyyətdə bütün sənədlərlə Lizinq alana verilməsini təmin etməli olduğunu, İddiaçı ASC-yə məxsus damazlıq heyvanların təhvil-qəbulu barədə Akların təsdiq olunmuş surətlərində damazlıq heyvanların tam sağlam və boğaz halda heç bir qüsuru olmadan təhvil qəbul edildiyi qeyd olunsa da, iddiaçının lizinqə verilmiş heyvanların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədlərini (hər hansı sertifikat, şəhadətnamə, arayış, baytarlıq (baytarlıq-sanitariya) rəyi, müayinə aktı və s.) məhkəməyə təqdim etmədiyini əzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)521/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-521/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-167/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-167/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver