Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-167/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası ərizəçi kreditora qarşı iş üzrə QƏRAR Açar sözlər: müflis elan olunma, iflas prosesinə başlanma və əmlak inzibatçısının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, cavabdehin vəkilinin iştirakları ilə, Ərizəçi “müflis elan olunma, iflas prosesinə başlanma və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair kommersiya işi üzrə Ərizəçi tərəfindən Bakı Apely asiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 noyabr tarixli, 2-2(103)-621/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin uçotu haqqında şəhadətnaməyə görə, Ərizəçi (bundan sonra – “ərizəçi”) Bakı şəhəri X3 Departamentində ********** qeydiyyat nömrəsi ilə 14 avqust 2017-ci il tarixdə fərdi sahibkar kimi qeydiyyata alınmışdır.
2. Ərizəçinin aktivləri və öhdəliklərinə dair məlumata görə, onun uzunmüddətli öhdəliklərinin miqdarı 217.941,0 manat təşkil edir.
3. Şəxsi hesab vərəqəyə görə, ərizəçinin (VÖEN: **********) 01.01.2017-01.06.2020-ci il tarixlərdə vergi borcu mövcud deyildir. 4. “X” qəzetinin 2020-ci il 28 iyul tarixli, (07) 124-cü nöm rəsində dərc edilmiş elana əsasən ünvan 1 ünvanında qeydiyyatda olan ərizəçinin müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə müraciət etməsi, məhkəmə baxışının 07.08.2020-ci il tarixə saat 14:30-a təyin edilməsi barədə mətbuat vasitəsi ilə bildirilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi saytında yerləşdirilmiş elanlardan çıxarışa görə, ərizəçinin müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etməsi, məhkəmə baxışının təyin olunması vaxtı barədə məlumat verilmiş, debitor və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi göstərilmişdir. 6. “X1” qəzetinin 2020-ci il 11 avqust tarixli, 156 (6775) nömrəsində dərc edilmiş elana əsasən ünvan 1-də qeydiyyatda olan ərizəçinin müflis elan olunması il ə əlaqədar Bakı Kommersiya Məhkəməsinə müraciət etməsi, məhkəmə baxışının 18.08.2020-ci il tarixə saat 10:30-a təyin edilməsi göstərilmiş, debitor və kreditorlar tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilməsi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
7. Ərizəçi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müflis elan olunması və iflas prosesinə başlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi illər əvvəl pərakəndə şəkildə avtonəqliyyat vasitələrinin satışı ilə məşğul idi. Fəaliyyətinin genişləndirilməsi üçün kredit vəsaitinə ehtiyac olduğundan, 2008-ci ilin yanvar və iyul aylarında manat və xüsusən də ABŞ dollarında bankdan kredit götürmüşdür. Lakin, 2008-20 09-cu illərdə dünyada və Azərbaycanda baş vermiş iqtisadi böhran səbəbindən işlərinin zəifləməsi, satışın ümumiyyətlə olmaması ilə əlaqədar kredit məbləğini vaxtında qaytara bilmədiyindən, kreditor (bundan sonra – “kreditor”) ərizəçini məhkəməyə vermişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2015-ci il 23 yanvar tarixli, 2(001)-765/2015 saylı qətnaməsinə əsasən ərizəçinin hazırda ləğv prosesində olan kreditora 217,940.61 manat və 577,241.89 ABŞ dollar borcu yaranmışdır. Lakin göstərilən borc məbləğlərinin ödənilməsi ilə əlaqədar ərizəçinin hər hansı vəsaiti və ya əmlakının olmadığı üçün həmin borc məbləğlərini ödəmək qabiliyyətində deyildir. Beləliklə, ərizəçi fərdi borclu kimi məhkəmə qaydasında müflis elan edilməli və iflas prosesinə başlanmalıdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2 020-ci il 18 avqust tarixli, e-2-2(113)-1827/2020 saylı qətnaməsi ilə ərizəçinin “müflis elan olunma, iflas prosesinə başlanma və əmlak inzibatçısının təyin edilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir (hakim – İ.Əhmədov).
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin müvafiq normalarında borclunun hansı halda ödəmə qabiliyyətinin olmaması konkret olaraq sadalanmış, borclunun digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsinin müəyyən edilməsi onun ödəmə qabiliyyətinin olmayan sayılması üçün əsas olan hallarından biri kimi nəzərdə tutulmuşdur.
11. Kreditor ilə ərizəçi arasında bağlanmış 21 yanvar 2008-ci il tarixli, ********** saylı və 30 iyul 2008-ci il tarixli, ********** saylı kredit müqavilələri üzrə so nuncu üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etmədiyinə görə tərəflər arasında məhkəmə mübahisəsi mövcud olmuşdur.
12. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 23 yanvar 2015-ci il tarixli, 2(001)-765/2015 saylı qətnaməsinə əsasən 21 yanvar 2008-ci il tarixli, kredit müqaviləsi üzrə ərizəçidən Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə 136.261,73 ABŞ dollar əsas, 67.563,09 ABŞ dollar faiz, 14.115,79 ABŞ dollar cərimə, ümumilikdə isə 217.940,61 ABŞ dollar məbləğində borcun və 30 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə ərizəçi və X1 müştərək qaydada 356.899,21 manat əsas, 187.371,80 manat faiz, 32.970,88 manat cərimə, ümumilikdə isə 577.241,89 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq kreditorun xeyrinə ödənilməsi qət edilmişdir.
13. Ərizəçi həmin qətnamə üzrə əmələ gələn tələbin icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadığını və onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək, müflis elan olunmasını xahiş edir.
14. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə görə, məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.
15. Mülki qanunvericilik məhkəmə qərarına əsasən əməl gələn tələbin otuz il müddətində qüvvədə olmasını nəzərdə tutur. Belə olan halda ərizəçinin kredit müqavilələri üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2015-ci il tarixli məhkəmə qətnaməsinin icrası müddəti bitməmişdir. Eyni zamanda həmin qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam edir, o cümlədən icra şöbəsinin müvafiq qərarı ilə ərizəçinin əmlaklarının axtarışının həyata keçirilməsi qərara alınmışdır.
16. Hazırkı iş üzrə Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən şərt ödənilmədiyindən, yəni ərizəçinin digər kreditorlar qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən, onun ödəmə qabiliyyətinin olmayan sayılması mümkün deyildir.
17. Məhkəmə bu qənaətini «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Müflisləşmə və iflas haqqında qanun”) 1, 3, 10-1, 11-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Ərizəçi həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin ed ilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
19. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 noyabr tarixli 2-2(103)-621/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən) C.A.Yusifov və V.Ə.Baxışova) ərizəçinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 18 avqust tarixli, e-2-2(113)-1827/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ərizəçinin müflis elan olunması üçün hər hansı bir əsas mövcud deyildir. Belə ki, ərizəçi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 yanvar 2015-ci il tarixli 2(001)-765/2015 saylı qətnaməsi üzrə əmələ gələn tələbin icra edilməsi üçün ödəmə qabiliyyətinin olmadı ğını və onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməməsini bildirərək, müflis elan olunmasını xahiş etmişdir. Lakin iş materiallarında həmin qətnamə üzrə icra hərəkətlərinin yekunlaşması və icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə qaytarılması barədə sübutlar yoxdur (bax yuxarıda §§11-12, 15-16).
21. Məhkəmə bu qənaətini “Müflisləşmə və iflas haqqında qanun”un 3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
22. Ərizəçi həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
23. Hazırkı ərizənin məhkəməyə verilməsinə əsas olan qanuni qüvvəsini almış 2015-ci il 23 yanvar tarixli, 2( 001)-765/2015 saylı qətnaməsidir ki, həmin tarixdən etibarən ərizəçi (fərdi borclu) həmin öhdəliyi icra etmək iqtidarında deyildir. Onun həmin məhkəmə qətnaməsi ilə tələb olunan borcun ödənilməsinə maddi imkanları olmadığından, müflisolmaya məruz qalmışdır. Bunu ərizəçi (fərdi borclunun) özü də təsdiq edir. 24. “Öhdəliyin icrası müddəti” dedikdə heç də istinad olunan Mülki Məcəllə deyil, məhz “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarıdır. Həmin Qanunun 8 və 12-ci maddələrinin tələblərinə görə isə icra sənədinin icrası 2 ay müddətində təmin edilməli idi. İcra işi üzrə isə borclunun həmin icra sənədinin icra edilməsi üçün maddi imkanları (pul vəsaitləri və ya daşınar və ya daşınmaz əmlakı) olmadığından, yaranmış ciddi maddi durumla əlaqədar müflisolma ilə məhkəməyə müraciə t etmək zərurəti yaranmışdır. Borclu şəxsin nə bank hesablarında vəsaiti nədə ki, hər hansı əmlakı olmamışdır ki, bank qarşısında olan borcunu bağlaya bilsin.
25. Müflisləşmə işlərində ərizənin təmin edilməsi ilə borclu müəssisəyə əmlak inzibatçısını təyin etməklə məhkəmə onu Qanunla müəyyən edilmiş qaydada müvəkkil edərək iflas prosesini ona həvalə edir. Qanun bununla bağlı əmlak inzibatçısına kifayət qədər geniş səlahiyyətlər verir ki, o borclu fiziki şəxsin ilk öncə sağlamlaşdırılması imkanlarını yoxlasın və bununla bağlı məhkəməyə öz hesabatlarında zəruri məlumatları versin.
26. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88, 106-cı maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassas iya şikayətinə qarşı kreditor etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
28. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
29. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
30. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur.
31. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyas iya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
35. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
551. Öhdəliklərin xitamı üçün müddətlər 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir:.... 551.2.4. məhkəmə qərarına ə sasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir”. 36. “Müflisləşmə və iflas haqqında qanun”un müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: Müflisləşmə - borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır...”. Maddə 3.Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu Borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki: a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklə r üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 (iki) ay ərzində tam icra etməmişdir; b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 (on) ay ərzində tam icra etməmişdir; c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Maddə 10-1.İflas haqqında iş üzrə məhkəmə baxışı İflas haqqında iş üzrə ərizəyə məhkəmə, daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 (bir) ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 (beş) iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir. “Maddə
11. İflas haqqında iş üzrə məhkəmə baxışının prosessual nəticələri
1. İflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qayadada aşağıdakılar barədə müvafiq qərar çıxarır: a) borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə; b) müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzadılması barədə; c) borclunu müflis elan etməkdən imtina barədə”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 noyabr tarixli, 2-2(103)-621/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Ərizəçinin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, ərizəçinin kredit müqavilələri üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2015-ci il tarixli məhkəmə qətnaməsinin Mülki Məcəllənin 551.2.4-cü maddəsi ilə müəyyən edilmiş 30 illik icrası müddəti bitməmişdir. Beləliklə, ərizəçinin digər kreditorlar qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən, onun ödəmə qabiliyyətinin olmamasına istinad edilməsi mümkün deyildir və qeyd edilən hallar da öz növbəsində ərizəçinin kassasiya şikayətində qeyd edilən dəlillərin əsassız olduğunu təsdiq edir.
39. Öhdəliyin icrası müddəti” dedikdə heç də istinad olunan Mülki Məcəllə deyil, məhz “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8 və 12-ci maddələrinin tələblərinə görə isə icra sənədinin icrası 2 ay müddətində təmin edilməli olduğu barədə dəlillə əlaqədar qeyd edilməlidir ki, müxtəlif səbəblərdən icra sənədinin qanunvericiliklə müəyyən edilmiş iki ay müddətində icra olunmaması qətnamə ilə cavabdehin etməli olduğu hərəkətlərin, o cümlədən pul məbləğlərini ödəmək öhdəliklərinin icrasının xitamına səbəb olmur.
40. İddiaçının məhkəmə qətnaməsi üzrə yaranmış öhdəliyi icra etmək iqtidarında olmadığı, həmin qətnamə ilə tələb olunan borcun ödənilməsinə maddi imkanları olmadığı üçün müflisolmaya məruz qalması barədə kasasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlili isə qanuni məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə ərizənin təmin edilməməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası mülki qanunvericiliyin məhkəmə qərarına əsasən əmələ gələn tələbin otuz il müddətində qüvvədə olduğu üçün, ərizəçinin kredit müqavilələri üzrə borcun ödənilməsi ilə bağlı öhdəliyini nəzərdə tutan 2015-ci il tarixli məhkəmə qətnaməsi nin icrası müddətinin bitmədiyini, həmin qətnamənin icra olunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdiyini, o cümlədən icra şöbəsinin müvafiq qərarı ilə ərizəçinin əmlaklarının axtarışının həyata keçirilməsinin qərara alındığını, ərizəçinin digər kreditorlar qarşısında öhdəliklərinin icrası üçün müəyyən olunmuş müddət bitmədiyindən, onun ödəmə qabiliyyətinin olmayan sayılmasının mümkün olmadığını, nəticə etibarı ilə isə hazırkı iş üzrə Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilən şərtin ödənilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
42. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yo l verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 noyabr tarixli, 2-2(103)-621/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
44. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 24 noyabr tarixli, 2-2(103)-621/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.