Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-168/2020 20.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası iddiaçı İddiaçı firmasının Cavabdeh MMC-yəqarşı iş üzrə QƏRAR açar sözlər: (inzibati xəta haqqında TYP-139775 saylı protokola görə xx xxxxxx 2018-cı il tarixində baş vermiş yol nəqliyyat hadisəsində cavabdehin mülkiyyətində olan avtobusun sürücüsü X4 təqsirli bilinərək cərimə edilmişdir.) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, N.Əhmədovun katibliyi ilə, iddiaçı İddiaçı firmasının Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-874/2019 saylı qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı firması Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 21.100 manat təmir xərcləri, 5.000 manat icarə haqqı və 5.000 manat mənəvi zərərin, cəmi 31.100 manat pul vəsaitinin Firmanın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində saat 19:00-da Cavabdeh MMC-yə məxsus “X10” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin s ürücüsü X4 tərəfindən Lermantov küçəsi ilə hərəkət edərkən manevr qaydasını pozmuş sol zolağdan sağ zolağa yerdəyişmə edərkən təhlükəsizliyi təmin etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilərək yolun kənarında dayanmış İddiaçı Firmasına məxsus “Mercedes Benz S 500” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq külli miqdarda ziyan vurmuşdur. Qeyd olunan inzibati xəta ilə yol nəqliyyat hadisəsi arasında əlaqənin olması ərazidə olan kamera görüntüləri və Bakı şəhər DYPİ-si tərəfindən tərtib edilmiş yol nəqliyyat hadisəsi sxemi və “X10” markalı **-TH*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 izahatı ilə təsdiq olunur. Yol nəqliyyat hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh MMC-yə məxsus “X8” markalı **TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 təqsiri İnzibati tənbeh haqqında xx.xx.2018ci il tarixli TYP 139775 nömrəli qərarla, eyni zamanda, Bakı şəhər DYPİ-si tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təffərüatları barədə” arayışla da tanınmış, xx.xx.2018-ci il tarixli qərar qanuni qüvvəyə minmişdir. “xxxx” Sığorta Şirkəti ASC-nin əməkdaşı hadisə yerində iştirak edərək İddiaçı firmasına məxsus “Mercedes Benz S 500” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə müvafiq baxış keçirilmiş və 5.000 (beş min manat) AZN sığorta ödənişi İddiaçı Firmasına ödənilmiş, Firmaya məxsus a vtomobilin təmir işləri 26.110 manat pul vəsaitinə başa gəlmiş, bu işlər Avtoservis “XİDMƏT-2” kiçik müəssisəsi tərəfindən aparılmış, yolnəqliyyatı hadisəsi ilə əlaqədar avtomobil xx.xx.2018-ci il tarixinədək təmir olduğu müddəti ərzində tərəflərindən icarəyə götürülmüş digər nəqliyyat vasitəsinin xidmətindən istifadə olunmuş, həmin avtomobilin istifadəsinə görə iddiaçı tərəfindən 5.000 manat icarə haqqı ödənilmiş, ona görə də əmlakdan məhrum olduğu müddətdə icarə müqaviləsi əsasında istifadə etdiyi və 5.000 manat icarə haqqı ödədiyi pul vəsaiti də cavabdehdən tutulmalıdır, yol-nəqliyyatı hadisəsi nəticəsində müəssisə rəhbəri və sürücü X6 mənəvi sarsıntı keçirmiş və bu səbəbdən 5.000 manat mənəvi zərər Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. “xxxx” Sığorta Şirkəti ASC tərəfindən 5.000 manat sığorta ödənişi İddiaçı Firmasına ödənildiyi üçün dəymiş zərərin miqdarı 31.110 manat təşkil etmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə Cavabdeh MMC-yə xx.xx.2018-ci il tarixli pretenziya məktubu göndərilmiş və bundan sonra cavabdehlə vurulmuş zərərin ödənilməsi ilə bağlı müvafiq danışıqlar aparılmış və ödənişin könüllü sürətdə həyata keçirilməsinə dair ilkin razılıq əldə edilsə də, sonradan cavabdeh vurulmuş zərərin ödəniməsindən boyun qaçırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-82/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 14.550 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 20 manatı tutularaq İddiaçı firmasının xeyrinə ödənilmiş, qalan hissəd ə iddia tələbi təmin edilməmiş, aparılmış ekspertiza ilə bağlı 120,00 manat ekspertiza xərci müştərək qaydada tərəflərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə ödənilmişdir (hakim – F.İ.Mədətli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-874/2019 saylı qətnaməsi ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) Cavabdeh” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, müvafiq nəqliyyat vasitəsinə o qədər də zərər dəyməmiş, “xxxx” Sığorta Şirkəti ASC tərəfindən iddiaçı firmaya məxsus avtomobilə müvafiq baxış keçirilmiş və 5000 manat sığorta ödənişi ödənilmiş, İddiaçı firmasına məxsus “xxx” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir işləri 26.110 manat pul vəsaitinə başa gəlmiş, həmçinin “İsuzu CitiBus” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun marşrut xəttində istifadə edilməsi üçün “xxxx” MMC-yə icarəyə verilməsi, sürücüyə etibar naməni isə Cavabdeh MMC tərəfindən verilməsi, sürücünün “xxxx” MMC-nin işçisi olmadığına dair sübutlar məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə bu arqumenti əsaslı hesab etməmiş, sürücü tərəfindən avtonəqliyyat vasitəsinin etibarnamə əsasında idarəedilməsi halı nəzərə alınmamışdır. Tərəflərin izahatları İddiaçı İddiaçı firması və Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı firması və Cavabde h MMC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsin in işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-874/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxsinin Dövlət Qeydiyyatı haqqında şəhadətnaməyə əsasən İddiaçı firması (VÖEN: **********) xx.xx.1995-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış, 337730 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasə n xxx **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun sahibi Cavabdeh MMC-dir, “xxxx” KM-nin 00024 nömrəli xx.xx.2018-ci il tarixli qüsur aktına əsasən xxx markalı, 2013-cü il buraxılışlı, **-AB-*** dövlət qeydiyyat nömrəli avtomobilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən məbləğ 26.110 manat təşkil edir, Azərbaycan Respublikası DİN Bakı şəhəri X13 İdarəsinin ***-**** nömrəli, xx.xx.2018-ci il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ına əsasən xx xxxxxx 2018-ci ildə “İsuzu Citibus” markalı, **TH-*** dövlət qeydiyyat nömrəli avtobusla xxx markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmasında təqsiri olan şəxs avtobusun sürücüsü hesab edilmiş, “İsuzu Citibus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh MMC-nə məxsus olmuş, sürücü X4 olmuş, Bakı şəhər Baş Polis İdarəsinin X12 idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında TYP-139775 saylı protokola görə xx xxxxxx 2018-cı il tarixində X4 idarə etdiyi “İsuzu Citibus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusla Lermontov küçəsində hərəkət edərkən yol hərəkəti qaydasını pozaraq, sol zolaqdan sağa yerdəyişmə edərkən təhlükəsizliyi təmin etməmiş və yolun kənarında dayanmış xxx markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, “İnzibati tənbeh vermə haqqında” TYP-139775 nömrəli qərarla X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta nı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmiş, "İddiaçı" firmasının xx.xx.2018-ci il tarixli cavabdehə ünvanlanmış pretenziya məktubunda İddiaçı firmasına məxsus “Mercedes Benz S 500” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə 21.110 manat pul vəsaitinin 10 gün ərzində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, xx xxxxxx 2018-ci il tarixində Cavabdeh MMC-nin mülkiyyətində olan “İsuzu CitiBus” markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusla yol nəqliyyat hadisəsi zamanı İddiaçı firmasına məxsus xxx markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəyməsi faktı iş material larındakı sənədlər və fotoşəkillərlə sübut olunmuş, yol nəqliyyat hadisəsi törədilmiş xxx markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus Cavabdeh MMC-nin mülkiyyətindədir, avtobusu idarə edən və yol nəqliyyat hadisəsini törətmiş sürücüyə etibarnamə cavabdeh MMC tərəfindən verilmiş, cavabdeh avtobusun “xxxx” MMC-yə icarəyə verildiyini iddia etsə də, bununla bağlı icarə müqaviləsi, icarə haqqının ödənilməsinə dair ödəniş qəbzləri və s. sənədləri məhkəməyə təqdim etməmiş, yol nəqliyyat hadisəsini törədən şəxs cavabdehin işçisi olmuş, onun verdiyi etibarnamə əsasında avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, 10205 nömrəli, xx xxxx 2019-cu il tarixli ekspert rəyinə görə nəzəri hesablama yolu ilə, “xxxx” Kiçik Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes Benz S500” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 19550,00 manat müəyyən edilmiş, o cümlədən: dəyişilməli hissələrin qiyməti-12.733 manat; təmir-bərpa işlərinin qiyməti-2.200 manat təşkil etdiyi, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14.933,00 manat müəyyən edilmiş, xx.xx.2018-ci tarixli qüsur aktına görə də həmin avtomobilin aktda sadalanan avtohissələri dəyişdirildiyindən, rəyin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 14.933,00 manat müəyyən edilməsi işin halları ilə uyğunluq təşkil etmədiyindən, məhkəmə rəyin “Mercedes Benz S500” markalı 10-AB007 dövlət qeydiyyat nişanlı av tomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 19.550,00 manat müəyyən edildiyi hissəsini əsas götürməklə haqlı olmuş, cavabdeh apellyasiya şikayətində həmin nəqliyyat vasitəsinə dəymiş zərərin az olduğunu bildirsə də, buna dair hər hansı mötəbər sübutla çıxış etməmiş, sığorta hadisəsi nəticəsində isə “xxxx Sığorta Şirkəti” ASC tərəfindən iddiaçıya 5.000 manat sığorta ödənişi ödənilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkən in qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 1114.1-ci maddəsinə görə də başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, xxx markalı **-TH*** dövlət qeydiyyat nişanlı avtobusun marşrut xəttində istifadə edilməsi üç ün “xxxx” MMCyə icarəyə verilməsi, sürücüyə etibarnamənin isə Cavabdeh MMC tərəfindən verilməsi, sürücünün “xxxx” MMC-nin işçisi olmadığına dair sübutlar məhkəməyə təqdim olunmasına baxmayaraq, məhkəmə bu arqumenti əsaslı hesab etməmiş, sürücü tərəfindən avtonəqliyyat vasitəsinin etibarnamə əsasında idarəedilməsi halı nəzərə alınmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, cavabdeh işə baxmış məhkəmələrə avtobusun “xxxx” MMC-yə icarəyə verilməsinə dair yazılı icarə müqaviləsi, icarə haqqının ödənilməsinə dair ödəniş qəbzləri və s. sənədləri, avtomobili idarə etmiş sürücü N.Çərkəzovun həqiqətən onun işçisi olmadığına dair hər hansı mötəbər sübut təqdim etməmiş, sonuncuya verilmiş etibarnamə Mülki Məcəllənin 1108.1-ci maddəsi anlamında nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarn amə kimi, sürücü N.Çərkəzov isə avtobusa qanuni əsasla sahiblik edən fiziki şəxs olaraq qiymətləndirilə bilməz. Beləliklə, məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş materialları ilə Cavabdeh MMC-nin mülkiyyətində olan xxx **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusla törədilmiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı firmasına məxsus xxx markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilə cavabdehin sürücüsünün təqsiri üzündən ziyan dəyməsi faktının sübut olunduğunu, cavabdeh avtobusun “xxxx” MMC-yə icarəyə verildiyini iddia etsə də, bununla bağlı icarə müqaviləsi, icarə haqqının ödənilməsinə dair ödəniş qəbzləri və s. sənədləri məhkəməyə təqdim etmədiyini, həmç inin xx xxxx 2019-cu il tarixli ekspert rəyinə görə nəzəri hesablama yolu ilə, xxx markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 19.550,00 manat müəyyən edildiyini, xx.xx.2018-ci tarixli qüsur aktına görə də həmin avtomobilin aktda sadalanan avtohissələri dəyişdirildiyindən, xx xxxx 2019-cu il tarixli ekspert rəyinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 14.933,00 manat müəyyən edilməsi işin halları ilə uyğunluq təşkil etmədiyindən, məhkəmənin rəyin “Mercedes Benz S500” markalı 10-AB007 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 19.550,00 manat müəyyən edildiyi hissəsini əsas götürməkdə haqlı olduğunu, cavabdeh apellyasiya şikayətində həmin nəqliyyat vasitəsinə dəym iş zərərin az olduğunu bildirsə də, buna dair hər hansı mötəbər sübutla çıxış etmədiyini, sığorta hadisəsi nəticəsində “xxxx Sığorta Şirkəti” ASC tərəfindən isə iddiaçıya 5.000 manat sığorta ödənişinin ödənildiyini nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kass asiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)874/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-874/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-168/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-168/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver