Məhkəmə qərarları › İş №2-2(102)-168/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-168/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-168/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun və əmlaka yetirilmiş zərərin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 noyabr tarixli, 2-2(106)-155/2022 saylı qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. 2020-ci il 1 yanvar tarixli, C20CC031 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsi üçün **-ZC-***, **-KJ-***, **-UO-*** və **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci yarımbəndinə əsasən, nəqliyyat xidmətlinin aylıq ödənişi 4.050 AZN təşkil edir. - 3.1-ci yarımbəndində əsasən, “icraçı” tərəfindən akt əsasında təhvil verilən avtomobilə, “sifarişçi” tərəfindən yoxlanıldıqdan sonra 5 gün ərzində heç bir nasazlıq və şikayət olmasa, təmir üzrə bütün xərclər sifarişçi tərəfindən ödəniləcəkdir. 2. "xxxx" MMC tərəfindən tərtib olunm uş **-ZC-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin 2020-ci il 17 fevral tarixinə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 8.350 manat məbləğ müəyyən edilmişdir. 3. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 2020-ci il 17 fevral tarixli, AZ839 nömrəli müqavilədən görünür ki, tərəflər arasında **-ZC-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin təmiri ilə bağlı müqavilə bağlanmışdır. 4. 2020-ci il 1 mart tarixli, C20CC032 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsi üçün **-KJ-***, **-UO-*** və **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin icarəyə verilməsinə dair müqavilə bağlanmış dır. Həmin müqavilənin: - 2.1-ci yarımbəndinə əsasən, nəqliyyat xidmətlinin aylıq ödənişi 3.250 AZN təşkil edir. - 3.1-ci yarımbəndində əsasən, “icraçı” tərəfindən akt əsasında təhvil verilən avtomobilə, “sifarişçi” tərəfindən yoxlanıldıqdan sonra 5 gün ərzində heç bir nasazlıq və şikayət olmasa, təmir üzrə bütün xərclər sifarişçi tərəfindən ödəniləcəkdir. 5. 2020-ci il 1 avqust tarixli, H20D036 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə göstərilmiş 2020-ci ilin iyun və iyul ayları üçün aylıq xidmət haqqı ümumilikdə 6.500 manat təşkil edir. 6. 2020-ci il 18 avqust tarixli, təhvil-təslim vərəqələrindən görünür ki, iddiaçı **-KJ*** və **-NT-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilləri 2020-ci il 18 avqust tarixində təhvil almışdır. 7. 2020-ci il 19 avqust tarixli, təhvil-təslim vərəqəsindən görünür ki, iddiaçı **-UO-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobili 2020-ci il 19 avqust tarixində təhvil almışdır. 8. "xxxx" MMC tərəfindən tərtib olunmuş **-KJ-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin 2020-ci il 21 avqust tarixinə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 11.105 manat məbləğ müəyyən edilmişdir. 9. "xxxx" MMC tərəfindən tərtib olunmuş **-UO-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin 2020-ci il 21 avqust tarixinə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 7.450 manat məbləğ mü əyyən edilmişdir. 10. "xxxx" MMC tərəfindən tərtib olunmuş **-NT-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin 2020-ci il 21 avqust tarixinə olan texniki baxış vərəqəsindən görünür ki, avtomobilə ilkin baxış keçirilmiş və ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri xərci üçün 9.180 manat məbləğ müəyyən edilmişdir. 11. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 2020-ci il 21 avqust tarixli, AZ843 nömrəli müqavilədən görünür ki, tərəflər arasında **-KJ-***, **-UO-***, **-NT-*** dövlət qeydiyyat nişanlı Toyota Hilux markalı avtomobilin təmiri ilə bağlı müqavilə bağlanmışdır. 12. 2021-ci il 7 mart, 2021-ci il 19 mart, 2021-ci il 23 mart və 2021-ci il 28 mart tarixli təhvil-təslim vərəqələrindən görünür ki, **-ZC-***, **-KJ-***, **-UO-*** və **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillər tam təmir olunmuşdur. 13. 2021-ci il 15 dekabr tarixli, MŞİH-07601 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, Cavabdeh MMC mediasiya sessiyanın tarixi, saatı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin sessiyada iştirak etməmişdir.

14. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 2022-ci il 7 fevral tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən borc, cərimə və dəymiş zərərin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

15. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı 2022-ci il 28 mart tarixində iddia ərizəsi ilə Şirvan Komme rsiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 6.500 manat gecikdirilmiş borcun, 11.700 manat hər gecikdirilmiş gün üçün hesablanmış cərimənin və 28.417 manat dəymiş zərərin, cəmi 46.617 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 1 yanvar tarixli, C20CC031 nömrəli müqavilənin şərtlərinə əsasən, nəqliyyat xidmətlərinin göstərilməsi üçün **-ZC-***, **-KJ-***, **-UO-***, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillər 2020-ci il 1 mart tarixinədək cavabdehə icarəyə verilmişdir. 2020-ci il 1 mart tarixli, C20CC032 nömrəli müqavilənin şərtlərinə əsasən isə nəqliyyat xidmətlərinin göstərilməsi üçün **-KJ-***, **UO-***, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillər 2021-ci il 1 deka br tarixinədək cavabdehə icarəyə verilmişdir. 90-ZC307 dövlət qeydiyyatlı avtomobil 2020-ci ilin mart ayında nasaz vəziyyətdə qüsurla qaytarılmışdır. Həmin avtomobilin işlək və saz vəziyyətə gətirilməsi üçün 3.900+1.517 manat vəsait tələb olunmuşdur. 2020-ci ilin avqust ayında isə yenidən **-KJ-***, 90-UO- 308, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillər qüsurlu, hətta ehtiyat hissələri dəyişdirilərək və nasaz vəziyyətdə ona qaytarılmışdır. Hər üç avtomobil üçün aralarında bağlanmış 2020-ci il 1 mart tarixli müqavilənin şərtlərindən irəli gələn iki aylıq (iyun, iyul) xidmət haqları ödənilməmiş, bu da 6.500 manat təşkil etmişdir. Ödəniş həyata keçirilməsi üçün invoys təqdim etməyinə baxmayaraq ödəniş haqları ödənilməmiş qalmışdır. 2020-ci il 1 mart tarixində bağlanmış müqavilənin 2.6-cı bəndinə əsasən, pul vəsaitləri 15 iş günü ərzində “icraçı”-ya ödənilməyibsə “sifarişçi”-yə hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1 faizini ödəməlidir. Bu isə hazırki dövr üçün 11.700 manat təşkil edir. Həmin müqavilələrin 3.4-cü bəndində nəzərdə tutulmuşdur ki, sifarişçisi nəqliyyat vasitəsinin bütün təmir işlərini öz öhdəsinə götürür. Müqavilə tərəfi nəinki avtomobillərin cari təmirini həyata keçirmiş, hətta avtomobillərin ehtiyat hissələri üzərindən çıxarılmış və yararsız vəziyyətdə evakuator vasitəsi ilə ona qaytarılmışdır. Bundan başqa hər üç avtomobilə, **-KJ-***, **-UO-***, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəymiş zərər 23.000 manat təşkil etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 2020-ci il 1 mart tarixli, C20CC032 nömrəli müqavilə üzrə 6.500 manat iki aylıq icarə haqqı məbləğində gecikdirilmiş borcu və 11.700 manat hər gecikdirilmiş gün üçün hesablanmış cərimə məbləğini, eyni zamanda **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 5.417 manat və **-KJ-***,**-UO-***, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillərə 23.000 manat dəymiş zərəri, cəmi 46.617 manat vəsaitin ödənilməsini qarşı tərəfdən dəfələrlə tələb etmişdir. Müəyyən bir dövr məsələnin yoluna qoyulacağına, borcun və zərərin ödənilməsinə vədlər verilmişdir. Lakin sonradan isə ödəniş etməkdən boyun qaçırılmış, bundan sonra mediasiya təşkilatına müraciət olunmuşdur. Mediasiya prosesində də qarşı tərəf iştirak etməkdən imtina etmişdir. Daha sonra isə onlayn kargüzarlıq vasitəsi ilə cavabdehə pretenziya göndərilmişdir.

17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbayca n Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 14.2.6, 21.1, 21.2, 386.1, 441.4, 442, 443.1, 443.2, 443.7, 449.1, 462.1, 1096.1, 1096.2, 1097-ci maddələrinə istinad olunmuşdur.

18. Şirvan Kommersiya Məhkəməsinin 2022-ci il 4 avqust tarixli, e-2-2(121)618/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 6.500 manat məbləğində icarə haqqı və 585 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.085 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur (hakim – E.Abdullayev).

19. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 2020-ci il 1 yanvar tarixli, C20CC031 nömrəli və 2020-ci il 1 mart tarixli, C20CC032 nömrəli icarə müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilələrə əsasən, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etdiyi halda, cavabdeh həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Belə ki, cavabdeh 2020-ci ilin iyun və iyul ayları üzrə ümumilikdə 6.500 manat məbləğində icarə haqqını iddiaçıya ödəməmiş, iddiaçı ödənilməyən icarə haqqı borcunu tələb etməkdə haqlı olmuşdur. İşin hallarını və iddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını, bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyi baxımından dəbbə pulunun tutulması hissədə iddia qismən təmin olunaraq məbləği 585 manat müəyyən edilməlidir. İcarəyə verilmiş avtomobillərə vurulmuş zərərə görə tələb hüququ MM-in 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keç məsinə görə qüvvədən düşdüyündən, iddia tələbi həmin hissədə təmin edilə bilməz.

20. Məhkəmə gəldiyi nəticəni MM-in 5.3, 14.2.1, 386.1, 390.4, 390.5, 404, 442, 460.1, 462.1, 462.3, 467, 697.4, 700.1, 700.2, 700.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun qismən ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məh kəməsindəki icraat

22. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 noyabr tarixli, 2-2(106)-155/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – T.Kərimov, hakimlər – Z.Zeynalov və T.Heydərov).

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə, hər hansı müqavilə, o cümlədən icarə müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmi n edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Bu baxımdan, kollegiya cərimə məbləğinin azaldılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin müəyyən olunmuş hallarına uyğun olaraq qanuni və əsaslı hesab etmişdir.

24. Apellyasiya şikayətinin dəlillərini icarəyə verilmiş nəqliyyat vasitələrinə yetirilən zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunmaması hissədə tədqiq edən kollegiya göstərmişdir ki, iddiaçı icarəyə vermiş olduğu avtomobillərin qüsurlu vəziyyətdə qaytarıldığını bildirərək təmir olunmaları üçün çəkməli olduğu xərcin zərər kimi cavabdehdən tutulmasın ı xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçının dəvəti əsasında şahid qismində ifadə vermiş X2 ifadəsində avtomobillərin tərəflərindən təmir olunduğunu bildirmişdir. Demək iddiaçı pozulmuş hüquqlarının bərpası üçün çəkməli olduğu xərcləri deyil, artıq çəkmiş olduğu real zərərin ödənilməsini tələb edə bilərdi. Lakin iş materiallarına əsasən, iddiaçı tərəfindən avtomobillərin təmir-bərpası üçün çəkmiş olduğu xərclərə, real zərərə dair hər hansı bir sübut (öd. qəbzi) verilməmişdir.

25. Bunlardan da savayı, qeyd olunan hissədə tələb üzrə maddi hüquq norması kimi Mülki Məcəllənin 697.4-cü maddəsini tətbiq edən birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Həmin normaya əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərər in əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 2 aprel tarixli qərarındakı hüquqi mövqeyə əsasən, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

27. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. 2020-ci il 18 avqust tarixli və 2020-ci il 19 avqu st tarixli təhviltəslim vərəqələrinə əsasən, iddiaçı **-KJ-*** və **-NT-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobillərini 2020-ci il 18 avqust tarixində, **-UO-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilini isə 2020-ci il 19 avqust tarixində təhvil almışdır. Belə olduğu təqdirdə, iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu 2020-ci il 19 avqust tarixində bilmiş, hazırkı iddianı isə 2022-ci il 28 mart tarixində, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 1 il 7 ay sonra qaldırmışdır.

28. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 21.1, 21.2, 385.2, 460.1, 462.1, 465.2, 467, 697.4, “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarına və MPM-in 385.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.

30. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 15 dekabr tarixində iddiaçıya tə qdim olunmuşdur.

31. İddiaçı həmin qətnamədən 2022-ci il 7 fevral tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 462.2-ci maddəsinin tələbi pozulmuşdur. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilələrin 2.6-cı bəndlərinə görə pul vəsaitləri 15 iş günü ərzində “icraçıya” ödənilməyibsə, “sifarişçi” hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 1 faizini ödəməlidir. Buradan da məlum olduğu kimi, müq avilələrdə tərəflər sərbəst şəkildə dəbbə pulunun miqdarını və şərtlərini müəyyənləşdirmişdirlər.

33. MM-in 462.3-cü maddəsinin tələbi pozulmuşdur. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Bundan başqa, məhkəmə dəbbə pulunun miqdarını özü riyazı hesablama aparmaqla, mühasibatlıq ekspertizası təyin etmədən qanunsuz olaraq azaltmışdır. Digər tərəfdən isə məhkəmə iddianın maddi zərərlə bağlı hissəsini də təmin etmədən, birtərəfli qaydada borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə, əmlak mənafelərinə mənfi yöndə təsir edəcək şəkildə qiymətləndirmiş və tələb edilən dəbbə pulunun miqdarını yüksək hesab etmişdir. Halbuki, iddiaçı MM-in 463.1, 464.1, 467-ci maddələri baxımından dəbbə pulunu tam həcmdə tələb et məkdə haqlı olmuşdur.

34. MM-in 463.1-ci maddəsinin tələbi pozulmuşdur. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

35. MM-in 464.1-ci maddəsinin tələbi pozulmuşdur. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.

36. MM-in 467-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

37. MM-in 697.4-ci maddəsinin tələbi pozulmuşdur. Kirayəyə verənin kira yəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. Bu normanı tədbiq edərkən məhkəmə haqlı olmamışdır. Çünki, məhkəmə hazırlıq iclası mərhələsində iddiaçı tərəfindən məhkəməyə təqdim olunan tərəflər arasında müb ahisənin yaranmasının başlanğıc və davam edən mərhələsində zərərin tələb etməsini və cavabdehin zərəri ödəməsinə vədlərini əks etdirən “whatsapp” yazışmalarını, digər sübutları düzgün tədqiq etməmişdir. Həmin yazışmalarda əks olunur ki, cavabdeh uzun müddət vurduğu zərərin ödənilməsinə vədlər verərək sonradan imtina etdikdə, tərəf 2021-ci ilin fevral ayının sonları imtina aldıqdan sonra iddiaçı avqust ayının sonları cavabdehə pretenziya göndərilməklə mediasiya xidmətinə müraciət etmişdir. İkinci növbədə də burada kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsindən deyil, avtomobillərin üzərindən ehtiyyat hissələrinin oğurlanmasından, bunun nəticəsində avtomobillərin yararsız vəziyyətə gətirilməsi və bununla bağlı zərərin əvəzinin ödənilməsi tə ləbi irəli sürülmüşdür.

38. MM-in 1096.1-ci maddəsinin tələbi pozulmuşdur. MM-in 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. MM-in 1096.2-ci maddəsinin tələbi pozulmuşdur. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam tam həcmdə ödənilməlidir.

40. MPM-in 77.1-ci maddəsinin tələbi pozulmuşdur. Hər bir tərəf öz tələbl ərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. MPM-in 416.1-ci maddəsinin tələbi pozulmuşdur. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır, kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. MPM-in 420-ci maddəsinin tələbi pozulmuşdur. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya öz gəldiyi qənaətini yalnız Şirvan Kommersiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən əsaslandıraraq həmin qətnamədəki maddi hüquq normalarını formal olaraq təkrarlamaqla tədbiq etmişdir. Bu da yuxarıda qeyd olunan maddi hüquq normalarına düzgün olmayan ya naşma kimi qəbul edilməlidir. İddiaçı bu nəticəni də yuxarıda göstərilən səbəbdən qanunsuz hesab edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

45. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yoxlanılacaqdır.

46. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yox lanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

47. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mi qdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....” “Maddə

385. Öhdəlik anlayışı... 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.” “Maddə

460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin öd ənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

697. Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələri... 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyiş məsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.” 48. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli Qərarının müva fiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür....” 49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “... Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin h üquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur....”

50. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübu tların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. A Lİ MƏHKƏMƏNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 noyabr tarixli, 2-2(106)-155/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətində mübahisələndirilən hissə ilə əlaqədar gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehlə arasında bağlanmış müqavilənin şərtlərindən irəli gələn, öhdəliklərin va xtında və lazımınca icra edilməməsinə görə hesablanmış dəbbə pulunun tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla belə, hər hansı müqavilə, o cümlədən icarə müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında isə nəzərdə tutulan maliyyə sanksiyasıdır. Buna görə də, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasına səbəb olan dəbbə məbləğinin tənasübsüz surətdə yüksək olması düzgün deyil. Digər tərəfdən, MM-in 467-ci maddəsinin müəyyənləşdirdiyi qayda məhz məhkəmənin dəbbə pulunun azaldılması ilə bağlı maddi hüquq norması kimi diskresion səlahiyyətini nəzərdə tutur. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin cərimə məbləğinin azaldılması his səsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır.

53. Bundan başqa, kassasiya şikayətinin MM-in 697.4-cü maddəsini tətbiq edən apellyasiya instansiyası məhkəməsinin haqlı olmamasına dair dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin sözügedən normanın tətbiq edilməsilə gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur. İlkin olaraq qeyd olunmalıdır ki, həmin normaya əsasən, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müd dəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

54. Belə ki, kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. 2020-ci il 18 avqust tarixli və 2020-ci il 19 avqust tarixli təhviltəslim vərəqələrinə əsasən, iddiaçı **-KJ-*** və **-NT-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobillərini 2020-ci il 18 avqust tarixində, **-UO-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilini isə 2020-ci il 19 avqust tarixində təhvil almışdır. Belə olduğu təqdirdə, iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu 2020-ci il 19 avqust tarixində bilmiş, hazırkı iddianı isə 2022-ci il 28 mart tarixində, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 1 il 7 ay sonra qaldırmışdır. 55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 2 aprel tarixli qərarındakı hüquqi mövqeyə əsasən, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, MM-in 372-384-cü maddələrində nəzərdə tutulan qaydalara əsasən nizamlanmış iddia müddətləri həmin Məcəllənin digər normalarında nizamlanan kəsici müddətlərlə (o cümlədən, MM-in 697.4-cü maddəsi) müqayisədə hüquqi təbiəti və tətbiqi qaydaları baxımından əhəmiyyətli surətdə fərqləndirilmişdir və onların şikayətin bu hissəsi ilə bağlı dəlilinə rəğmən eyniləşdirilməsi MM-də nəzərdə tutulmuş fərqlərin aradan qaldırılmasına gətirib çıxarardı.

56. Sübutları araşdırmaq və qiymətləndirmək sə lahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz.

57. Bundan başqa, iddiaçının kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlıdır. MPM-in 385-ci maddəsinin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır.

58. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 noyabr tarixli, 2 -2(106)-155/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 30 noyabr tarixli, 2-2(106)-155/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar