Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-169/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in cavabdeh “xxxx” MMC-ə qarşı dəymiş zərərin və əldən çıxmış faydanın tutulması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun, İddiaçı MMC-in vəkili xxxx oğlunun, Cavabdeh “xxxx” MMC-in vəkili Vəkil1 iştirakı ilə, Cavabdeh “xxxx” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiya sının 2020-ci il 17 noyabr tarixli, 2-2(103)-467/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı MMC ilə xxxx oğlu (bundan sonra-xxx ) arasında 2014-cü il **** tarixli ***** saylı daxili lizinq müqaviləsi (bundan sonra-Müqavilə) bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən xxx ə 36 ay müddətinə qiyməti 31.500 manat təşkil edən 1 ədəd “****” sedan markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili lizinqə verilmişdir.
2. Həmin Müqavilənin 3-cü bəndinə müvafiq olaraq müqavilə imzalanma tarixində qüvvəyə minir və ona bu müqavilə ilə müəyyən edilmiş hallarda xitam edilməsi halları istisna olmaqla burada nəzərdə tutulmuş tərəflərin öhdəliklərinə tam şəkildə icra edilməsi anında xitam verilir.
3. Həmin Müqavilən in 3.1-ci bəndinə görə, zərərə qarşı kompensasiyaya dair müddəalar bu müqavilə qüvvədən düşdükdən sonra da öz qüvvəsini saxlayır.
4. Müqavilənin 3.2-ci bəndinə uyğun olaraq lizinq müddəti transfer tarixində başlayaraq bitmə tarixində sona çatmaqla 36 ay təşkil edir.
5. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, bu müqavilə ilə nəzərdə tutulmuş müddəalarla lizinqə daha əvvəl xitam edilməsi halı istisna olmaqla lizinq obyekti lizinq alana lizinq müddətinə verilir.
6. Müqavilənin 13.1-ci bəndinə müvafiq olaraq lizinq obyekti zərər çəkdikdə və ya məhv olduqda lizinq alan lizinq verənə bu barədə (hər bir halda bu cür zərər və ya yararsız hala düşmə halından 5 gün ərzində) qismən itki və ya tam itki haqqında bildiriş təqdim etməlidir.
7. Qeyd olunan Müqavilənin 18.1-ci maddəsinə görə, tam itkinin baş verməsi və lizinq alan tərəfindən burada nəzərdə tutulmuş bütün ödənişlərin həyata keçirilməsi və bütün öhdəliklərin yerinə yetirilməsindən sonra müqaviləyə xitam verilir.
8. Lizinq verən – İddiaçı MMC ilə zamin – xxx arasında bağlanmış “Zaminlik müqaviləsi”nə əsasən zamin, lizinq verən və lizinq alan xxx arasında bağlanılmış Müqavilə üzrə lizinq alanın öhdəliklərinin tamamilə icrası üçün bu Müqavilədə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə lizinq verən qarşısında məsuliyyət daşıyır. 9. 2015-ci il *** *** tarixində, təxminən saat 22:30 radələrində Bakı şəhəri, ***** küçəsində **-TN-*** qeydiyyat nişanlı “*****” markalı avtomobil ara məsafəsini düzgün saxlamadığından lizinq alanın idarə etdiyi “*****” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, zərbənin təsirind ən lizinq obyekti avtomobilin arxa hissəsi əzilmişdir.
10. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar **-TN-*** qeydiyyat nişanlı “*****” markalı avtomobilin sürücüsü olmuşdur.
11. Hadisədən sonra “******” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-ə məxsus servis mərkəzinin ərazisində yerləşdirilmişdir.
12. Lakin 2015-ci il ***** tarixində ünvan 1 ünvanda yerləşən “xxxx” MMC-in ərazisində olarkən həmin avtomobildə yanğın hadisəsi baş vermiş və nəticədə avtomobil yanaraq, tam yararsız hala düşmüşdür.
13. Bununla bağlı “xxxx” MMC tərəfindən 2015-ci il ***** tarixli qüsur aktı tərtib edilmişdir.
14. Baş vermiş yanğın hadisəsi ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsində müvafiq araşdırılma aparılmış və həmin İdarənin Polis Ş öbəsinin müstəntiqi X.Şükürovun 2015-ci il 17 avqust tarixli qərarı ilə cinayət işinin bağlanması rədd olunmuşdur.
15. Həmin araşdırılma zamanı Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2015-ci il 23 iyun tarixli 11091 saylı məhkəmə yanğın-texniki ekspertizası rəyi verilmiş və həmin rəyə əsasən müəyyən olunmuşdur ki, “******” markalı ***** dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş yanğının mənbəyi avtomobilin yük bölməsinin sol əzilmiş küncündə nöqtəvi sahədən başlamış və münbit hava mübadiləsi şəraitində yanar materialların səthi ilə genişlənərək avtomobilin yük bölməsinə və salonuna keçmiş, avtomobilin arxa sol tərəfdə yerləşən elektrik qurğularının elektrik naqillərində yaranmış qəza halı (avtomobildə baş vermiş avtoqəza nəticəsində naqillərin izolyasiya qatının pozulması ilə qısa qapanma) nəticəsində əmələ gəlməsi üçün xarakterik olan lokal formalı damar ərimələrin əlamətləri vardır, avtomobildə baş vermiş yanğına səbəb, elektrik naqillərində yaranmış qəza halı (qısa qapanma) olmuşdur.
16. Baş vermiş yanğın hadisəsi ilə bağlı “xxxx” MMC-in sığorta üzrə mütəxəssisi xxxxx oğlu tərəfindən Azərbaycan Respublikası FHN-in 3-cü Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru xxxxə verdiyi izahatın kserosurətindən görünür ki, o, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir üçün servisin ərazisinə gətirildiyini, avtomobilə üzdən baxış keçirildiyini, avtomobilin sahibinə sığorta şirkətinin razılığı ilə təmirə başlanacağı barədə məlumat verdiyini, avtomobilin sahibindən açarların aldığını, avtomobilə baxış keçirdikdən sonra akkumulyatorun ayırmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı MMC cavabdeh “xxxx” MMC-ə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, iddiaçı MMC-ə dəymiş real zərərə görə 31.500 manat, əldən çıxmış faydaya görə 3.470 manat olmaqla, cəmi 34.970 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehxxxxMMC-in hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtomobil təmir üçün servisə yerləşdirildiyindən qeyd olunan hadisəyə cavabdehlik məhz “xxxx” MMC-də olmuşdur. Avtomobil avtoservisə yerləşdirildikdən sonra “xxxx” MMC-in mütəxəssisləri servisə verilən əmlakın təhlükəsizliyini təmin etməli, naqillərini, akkumulyatorunu ayırmalı və sair lazımi işləri görmə li olduqları halda bu təhlükəsizlik tədbirlərini görməmişlər. Bütün bu işlərin görülməməsi nəticəsində bu cür zərər baş vermişdir. Podratçı “xxxx” MMC ona saxlanca və təmirə verilən bütün avtomobillərə görə onların məhv olması və ya zədələnməsi və ya oğurlanması və s. digər risklər üzrə sifarişçilər qarşısında qanunvericiliklə cavabdehdir. Həmçinin işçilərinin (servis mütəxəssislərinin) hərəkət və ya hərəkətsizliyinə görə də “xxxx” MMC subyektiv məsuliyyəti daşıyır. Beləliklə, “******” markalı avtomobilin məhv olması ilə iddiaçı əmlakından məhrum olmuş və ona 31.500 manat məbləğində real zərər dəymişdir. Bundan başqa lizinq obyekti olan avtomobil tamamilə məhv olduğundan ***** saylı daxili lizinq müqaviləsinin tələblərinə müvafiq olaraq həmin müqaviləyə vaxtından daha əvvəl xitam verilmiş, bu barədə lizinq alana müvafiq bildiriş göndərilmiş və o, həmin bildirişi qəbzə imza etməklə qəbul etmişdir. ***** saylı daxili lizinq müqaviləsinin 2 saylı Əlavəsinə əsasən lizinq alan lizinq mükafat məbləği (dəyişən haqq) üzrə 8.073 manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti məhv olanadək lizinq alan bu məbləğdən 4.603 manat ödəniş etmiş, lizinq obyekti məhv olduğundan tərəflər arasındakı müqaviləyə xitam verilmiş və iddiaçı ödənilməmiş mükafat məbləği olan 3.470 manat məbləğdən məhrum olmuşdur. Nəticə olaraq avtomobilin məhv olması nəticəsində iddiaçıya ümumilikdə 34.970 manat maddi zərər dəymişdir. 19. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli 2-2(82)17/2019 saylı qətnaməsi ilə iddia rədd olunmuş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (h akim X.İmanov).
20. Məhkəmə hesab etmişdir ki, iddiaçı yanğın hadisəsinin 2015-ci il 6 mart tarixində ünvan 1 ünvanda yerləşən “xxxx” MMC-in ərazisində baş verdiyini iddia etsə də, bu halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Hazırki iş üzrə, iddiaçıya məxsus, lizinq obyekti olan “******” markalı ***** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yanaraq yararsız hala düşməsi işin mübahisəsiz halı hesab edildiyi halda, vurulmuş zərərə görə “xxxx” MMC-in hüquqa zidd davranışı, habelə vurulmuş zərər faktı arasında səbəbli əlaqəsi və təqsiri iş materialları ilə müəyyən edilmir.
21. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88, 119.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
22. Həmin qətnamədən İddiaçı MMC 2019-cu il 24 sentyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 noyabr tarixli 2-2(103)-793/2019 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli, 2-2(82)-17/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən –H.Həmidov, hakimlər – E.Nağıyeva və V.Baxışova).
24. Apellyasiya i nstansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına əsaslandırmış, onun gəldiyi nəticələrlə razılaşmışdır (bax yuxarıda §§ 20-21).
25. İddiaçı MMC həmin qətnamədən 2020-ci il 13 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 23 iyun tarixli, 2-2(102)-135/2020 saylı qərarı ilə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 noyabr tarixli qətnaməsi ləğv ol unmuş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən–A.Hüseynov, hakimlər – S.Hüseynova və B.Məmmədli).
27. Məhkəmə hesab etmişdir ki, bu iş üzrə eyni tərəflər arasında, onların iştirak etdikləri başqa bir mübahisə olmuş və həmin iş üzrə müvafiq məhkəmə instansiyalarının 3 qərarı qəbul edilmişdir. Lakin qeyd olunan məhkəmə qərarlarında müəyyən olunmuş hal kimi, açıq-aydın göstərilmişdir ki, lizinq obyekti olan avtomobil “xxxx” MMC-in ərazisində yanaraq məhv olmuşdur. Eyni zamanda bu faktın mövcudluğu işin materiallarında olan, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib olunmuş 2015-ci il 6 mart tarixli “Baxış keçirilməsi haqqında Protokol” da, 2015-ci il 12 mart tarixli “Yanğın haqqında akt” da və məhkəməyanğın texniki ekspertizanının 11091 saylı 2015-c i il 23 iyun tarixli rəyində öz əksini tapmışdır (bax i.v. 83-102). Həmçinin apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi məhkəmə qərarlarında müəyyən olunmuşdur ki, lizinq obyekti olan avtomobil “xxxx” ASC tərəfindən sığortalanmış və ödənilməli olan Kasko sığorta ödənişi 18.500 manat müəyyən edilmişdir. İddiaçıxxxxkassasiya şikayətində qeyd olunanlara görə, yolnəqliyyat hadisəsi zamanı qəzaya uğramış lizinq obyekti olan avtomobil evakuator vasitəsilə cavabdeh MMC-in qapalı olan ərazisinə gətirilmiş və təmir üçün orada saxlanca verilmişdir. İddiaçı ASC bu dəlillərini yanğın hadisəsi ilə bağlı aparılan araşdırma zamanı cavabdeh MMC-in işçisi – sığorta üzrə mütəxəssisi xxx adlı şəxsdən alınmış izahatındakı məlumatla əsaslandırır. Belə ki, həmin şəxs izahatında bildirmişdir ki, sözüge dən avtomobilin açarlarını sahibindən almış, avtomobilə baxış keçirdikdən sonra onun akkumulyatorunu açmamışdır. Qətnamədə qeyd ediləndərdən fərqli olaraq istinad olunan Mülki Məcəllənin 1096.2-ci maddəsinin məzmununa görə, delikt nəticəsində zərərin vurulması üçün səbəb təkcə təqsirli şəxsin aktiv hərəkətləri deyil, həm də onun hərəkətsizliyi də ola bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə aparılmış araşdırma ciddi və dolğun araşdırma olmamışdır, bu səbəbdən işin yenidən araşdırılmasına ehtiyac yaranmışdır.
28. Məhkəmə qərarında öz qənaətini MPM-in 14.2, 77.1, 82.3, 217, 220.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
29. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli e-2-2(103)-467/2020 saylı qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-17/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2019-cu il 27 iyun tarixli qətnaməsi ləğv olunmuş, iddia təmin edilmiş, 31.500 manat zərər və 3.470 manat əldən çıxmış fayda, cəmi 34.970 manat məbləğində pul vəsaiti, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumu cavabdeh “xxxx”xxxxİddiaçı MMC-in hesabına ödənilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və M.Məmmədov).
30. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, MPM-in 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yen idən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 28 fevral tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Bu baxımdan hazırki apellyasiya baxışı üzrə araşdırma və hüquqi dəyərləndirmə də qeyd olunan göstərişlərə uyğun aparılmış və yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.
31. Cavabdeh “xxxx” MMC həmin qətnamədən 2021-ci il 8 fevral tarixində kas sasiya şikayəti verərək qətnamənin tam ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
32. İddiaçı MMC tərəfindən hüquqi şəxslər arasında müqavilənin olmasına dair sübut təqdim edilməmiş və keçən bütün bu müddət ərzində cavabdeh dəfələrlə bildirmişdir ki, İddiaçı MMC ilə “xxxx” MMC arasında müqavilə olmamış və təmir üçün əsas olan adi qüsur aktı belə verilməmişdir.
33. Məkhəmənin bu yanaşması artıq maddi hüquq normalarının tələblərinə və ən əsası Ali Məhkəmənin 2020-ci il 23 iyun tarixli Qərarına ziddir. Çünki birinci növbədə öhdəliklərin əmələ gəlməsi üçün tərəflər arasında müqavilə olmalıdır.
34. Bundan əlavə qeyd olunmalıdır ki, hər iki tərəf hüquqi şəxsdir və hüquqi şəxslər arasında xidmətlərin göstərilməsi üçün (podrat) müqavilələr yalnız yazılı şəkildə bağlanmalıdır.
35. Yuxarıda göstərilən maddi normaların tələblərindən göründüyü kimi müqavilənin bağlanması üçün ən azından tərəflər mühüm şərtləri (işlərin həcmi, muzdun məbləği, icra edilmə müddəti və s.) razılaşdırmalı, yazılı müqavilə tərtib edilməli, müqavilə hər iki MMC tərəfindən imzalanmalı və nəqliyyat vasitəsi icraçı təşkilatda qaldığı üçün təhvil-təslim aktı tərtib olunaraq imzalanmalıdır.
36. Lakin bunların heç biri yoxdur, məhkəmə bu faktları görməzlikdən gələrək, tətbiq etməli olmadığı podrat müqaviləsinə dair Mülki Məcəllənin 771-ci maddəsinin müddəalarını tətbiq edir, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozur.
37. İş təkrarən apellyasiya instans iyası məhkəməsinin icraatında olduğu zaman iddiaçı xxx in müraciəti əsasında toplanmış materialların alınması üçün sorğu ilə Bakı şəhər Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. Sorğuya cavabda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin kargüzarlıq qaydalarına əsasən 3 il müddət keçdiyindən məhv edilmişdir.
38. Məhkəmə məsələdən çıxış yolu kimi, təsdiqini tapmayan izahatı sübut kimi qəbul etməyin yolu olaraq cavabdehin nümayəndəsinin ifadələrinə istinad edərək həqiqətən belə izahatın verildiyini dolayısı ilə etirafı kimi qələmə verməyə çalışmışdır (qətnamə - səh. 4, abz 4).
39. Halbuki, iş materiallarında digər məhkəmənin sorğusu əsasında təqdim olunan həmin yanğın hadisəsinə dair kifayət qədər sənədlər vardır. Həmin sənədlər arasında hərhansı xxxx oğlunun izahatı yoxdur.
40. Maddi hüquq normaların tələbi ilə deyil, məhkəmənin məntiqi ilə hərəkət etsək, belə çıxır ki, istənilən şəxs avtomobilini Bakı şəhərinin istənilən küçəsində saxladığı vaxt hər-hansı hadisə baş verərsə, buna görə məsuliyyəti Bakı şəhər İcra hakimiyyəti daşıyacaqdır və əgər məhkəmədə iddia qaldırılsa, eyni uğurla iddia təmin olunacaqdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
41. İddiaçı MMC-in vəkili xxxx oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-2(103)-467/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
42. Cavabdeh “xxxx” MMC-in və kili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-2(103)-467/2020 saylı qətnaməsinin ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. İş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....”. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödə nilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir....”. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur....”. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini nat urada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qər arı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə
220. Qətnamənin məzmunu... 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları ba rədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər....”. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
46. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və cavabdehin vəkillərinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin 2020-ci il 17 noyabr tarixli, 2-2(103)-467/2020 saylı qətnaməsi qisməncavabdehin iddiaçının xeyrinə 18.500 manat zərərin tutulması hissəsində ləğv edilməli, yeni qətnamə qəbul olunaraq iddia tələbi həmin hissədə təmin olunmamalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
48. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasi ya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.
49. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 17 noyabr tarixli, 2-2(103)-467/2020 saylı qətnamə ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 27 iyun tarixli, 2-2(82)-17/2019 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi, 31.500 manat zərərin və 3.470 manat əldən çıxmış faydanın, cəmi 34.970 manat məbləğində pul vəsaitinin, habelə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumunun cavabdeh “xxxx”xxxxİddiaçı MMC-in hesabına ödənilməsi qənaətinə gələrkən Mülki Məcəllənin 21.2, 385, 386.2, 443.4, 771, 1096.2, 1099.1-ci maddələrinə, MPM-in 82.3, 420-ci maddələrinə əsaslanmış, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki hallarının düzgün araşdırılmamasını, iş üzrə sübutların düzgün qiymətləndirilməməsini və bununla da səhv nəticəyə gəlindiyini göstərmişdir.
50. Ali Məhkəmənin Kommersiya Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 2020-ci il 17 noyabr tarixli, 2-2(103)-467/2020 saylı qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti ilə qismən razılaşır və aşağıdakıları qeyd edir.
51. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində “iddiaçı tərəfindən hüquqi şəxslər arasında müqavilənin ol masına dair sübutun təqdim olunmamasına” dair dəlillə bağlı vurğulayır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Belə ki, iş materiallarından aydın olur ki, 2015-ci il ***** tarixində, təxminən saat 22:30 radəl ərində Bakı şəhəri,***** küçəsində **-TN-*** qeydiyyat nişanlı “*****” markalı avtomobil ara məsafəsini düzgün saxlamadığından lizinq alanın idarə etdiyi “*****” markalı **AB-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, zərbənin təsirindən lizinq obyekti avtomobilin arxa hissəsi əzilmişdir. Hadisədən sonra “******” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-ə məxsus servis mərkəzinin ərazisində yerləşdirilmiş, lakin 2015-ci il ***** tarixində ünvan 1 ünvanda yerləşən “xxxx” MMC-in ərazisində olarkən həmin avtomobildə yanğın hadisəsi baş vermiş və nəticədə avtomobil yanaraq, tam yararsız hala düşmüşdür. Həmin avtomobil məhz təmir üçün “xxxx” MMC-ə məxsus servis mərkəzinin ərazisində yerləşdirilmiş, Hətta cavabdehin nümayəndəsi apellyasiya i nstansiyası məhkəməsində izahat verərkən bildirmişdir ki, “biz müştəri məmnuniyyəti üçün avtomobili müvəqqəti “xxxx” MMC-in ərazisinə qəbul etmişik”. Bundan başqa, baş vermiş yanğın hadisəsi ilə bağlı “xxxx” MMC-in sığorta üzrə mütəxəssisi xxxxx oğlu tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin üçüncü Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru xxxxə verdiyi izahatın kserosurətindən görünür ki, o, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir üçün servisin ərazisinə gətirildiyini, avtomobilə üzdən baxış keçirildiyini, avtomobilin sahibinə sığorta şirkətinin razılığı ilə təmirə başlanacağı barədə məlumat verdiyini, avtomobilin sahibindən açarları aldığını, avtomobilə baxış keçirdikdən sonra akkumulyatoru ayırmadığını bildirmişdir. Tərəflər arasında podrat müqavil əsinin bağlanılmaması və qüsur aktının tərtib olunmaması, “*****” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” MMC-ə məxsus servis mərkəzinə yerləşdirilməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh kassasiya şikayətinin dəlilində podrat müqaviləsinin bağlanılmaması və qüsur aktının tərtib olunmaması kimi hallara istinad etsə də məhkəmə kollegiyası vurğulayır ki, “******” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-ə məxsus servis mərkəzinin ərazisində yerləşdirilməsi iş materiallarında olan sənədlərlə müəyyən olunsa da, avtomobilin çıxarılması ilə bağlı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır.
52. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinə əlavədə İddiaçı MMC “xxxx” MMC-dən 34.970 manat vəsaitdən başqa əlavə olaraq 18.500 manat vəsaiti də əldə etməsi” dəlilini əsaslı hesab edərək vurğulayır ki, lizinq obyekti olan “******” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC ilə sığorta şirkəti “xxxx” ASC arasında bağlanmış sığorta müqaviləsinə əsasən 2017-ci il **** tarixinə kimi kompleks (kasko) sığortalanmışdır. Bundan başqa iş materiallarında olan “xxxx”xxxx İddiaçı MMC-yə ***** 2017-ci il tarixli **** saylı məktubun kserosurətindən görünür ki, bu ASC məhkəmə qərarı ilə müflis elan edilib, yuxarıda göstərilən sığorta hadisəsi ilə bağlı İddiaçı MMC-in 18500 manat məbləğində kreditor tələbi qeydə alınıb və müvafiq məhkəməyə təqdim ediləcək kreditorların tələblərinin reyestrinə daxil edilib. Bu tələb isə “Sığorta fəaliyyəti haqqında ” Azərbaycan Respublikası Qanununun 119-cu ma ddəsinə əsasən 3-cü növbədədir. Buradan belə nəticəyə gəlmək olar ki, apellyasiya instansiyası məhkəməsi həmin halı nəzərə almamışdır. Məhkəmə kollegiyası belə olan təqdirdə hesab edir ki, İddiaçı MMC 18.500 manat sığorta ödənişini “xxxx” ASCdən alacağı üçün qeyd olunan məbləğ 34.970 manat məbləğindən çıxılmalıdır (34.970 manat - 18.500 manat = 16.470 manat).
53. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
54. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-2(103)467/2020 saylı qətnaməsi qismən-cavabdehin iddiaçının xeyrinə 18.500 manat zərərin tutulması hissəsində ləğv olunmalı, yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin olunmamalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 noyabr tarixli, 2-2(103)-467/2020 saylı qətnaməsi qismən – cavabdehin iddiaçının xeyrinə 18.500 manat zərərin tutulması hissəsində ləğv edilsin. Yeni qətnamə qəbul olunaraq iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın.