Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-17/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-2(102)-17/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il 08.01.2020 Açar sözlər: kassasiya şikayətinin əsaslandırılmaması səbəbindən mümkün sayılmaması; dövlət rüsumunun ödənilməməsi Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Kollegiyasının hakimi Sevda Hüseynova, İddiaçı ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iqtisadi iş üzrə iddiaçının idarə heyətinin sədri xxx2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-6 09/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı ASC (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus “X1” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa dəymiş 25.300 manat ziyan məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-2(81)469/2019 saylı qətnaməsi ilə (hakim Fərid Mədətli) iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-609/19 saylı qətnaməs i ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Bayramova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməmiş, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) - 407.4-cü maddəsinə əsasən, kassasiya şikayətinə dövlət rüsum unun ödənilməsini sübut edən sənəd əlavə olunur; - 408.1.3-cü maddəsinə əsasən, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: - 8.1.2-ci maddəsinə əsasən, iddianın qiyməti 500 manatdan çox olduqda, iddia ərizələrinə görə dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilir; - 8.4.1-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi dövlət büdcəsinə ödənilir. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi, iddianın qiyməti 500 manatdan artıq olan iddia ərizələri üzrə məhkəmə qətnaməsindən kassasiya şikayəti verilən zaman 15 manat dövlət rüsumu ödəni lməli və rüsumun ödənilməsini sübut edən sənəd şikayətə əlavə edilməlidir. Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə isə, şikayət geri qaytarılır. Hazırki halda, dövlət rüsumunun ödənilməsini sübut edən sənəd iddiaçının kassasiya şikayətinə əlavə edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində işin faktiki halları sadalanmış, lakin apellyasiya məhkəməsi tərəfindən maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmiş, yəni hüquqi əsaslandırma aparılmamışdır. Azərbaycan Respublikası MPM-nin: - 407.1.4-cü maddəsinə əsasən, kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir; - 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə (...), kassasiya şikayəti geri qaytarılır. - 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən (...) qaytarılır. Sadalanmış qanunvericiliyin mənasına görə, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməsində tətbiq edilmiş maddi və yaxud prosessual hüquq normalarının düzgün olmamasının nədən ibarət olması kassasiya şikayətində göstərilməlidir. Bu isə onu ehtiva edir ki, apellyasiya məhkəməsinin tətbiq etdiyi müddəalar tətbiq edilməli olan müddəalar deyildir və onlara münasibətdə hansı maddi və ya prosessual hüquq normaların tətbiq edilməsi kassasiya şikayətində əsaslandı rılmalıdır. Yaxud apellyasiya məhkəməsi tərəfindən tətbiq edilmiş maddi və prosessual hüquq normalar müvafiq hallara düzgün təfsir edilməyərək tətbiq edilmişdir və bu halda həmin normaların hansı qaydada tətbiq edilməli olduğu kassasiya şikayətində göstərilməlidir. Qanunvericiliyin göstərilmiş müddəaları iddiaçının təqdim etdiyi kassasiya şikayətinə münasibətdə yoxlanılarkən müəyyən edilmişdir ki, kassasiya şikayətində apellyasiya məhkəməsinin gəldiyi nəticənin maddi hüquq əsası kimi göstərilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884.3, 884.4, 884.5 və 884.6-cı maddələrinin tətbiqi ilə bağlı hər hansı bir hüquqi əsas barədə bildirilməmişdir. İddiaçı kassasiya şikayətində yalnız işin faktiki hallarını sadalamaqla kifayətlənmiş, lakin öz mövqeyini maddi və prosessual qanunveri ciliyin hər hansı bir müddəası ilə əsaslandırmamışdır. Belə olan halda kassasiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinin qətnaməsinin hansı qaydada yoxlanılması qeyri-müəyyəndir, çünki kassasiya instansiyasında işə baxılmanın hədlərini müəyyən edən Azərbaycan Respublikası MPMnin 416-cı maddəsində nəzərdə tutulmuşdur ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iqtisadi işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan R espublikası MPM-nin 407-408.1.3 və 408.2-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-609/2019 saylı qətnaməsindən İddiaçı ASC-nin idarə heyətinin sədri xxx2 tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iqtisadi işlə birlikdə apellyasiya məhkəməsinə qaytarılsın. “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-17/2020
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-17/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver