Məhkəmə qərarları › İş №2-2(102)-17/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-17/2024

16.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-17/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Cavabdeh3 qarşı və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRAR Açar sözlər: ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi, bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK -ya, Cavabdeh2 və Cavabdeh3 qarşı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X6 eyni cavabdehlərə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X13 Qeydiyyatı İdarəsi) ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi, bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 24 avqust tarixli 2-2(103)-642/2023 nömrəli qətnaməsindən İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X14 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Cavabdeh1 MTK - kooperativ üzvlərinin mənzilə olan tələbatının ödənilməsi məq sədi ilə təsisçilərinin ümumi yığıncağının 2002-ci il 15 iyul tarixli 1 nömrəli protokolu və 2002-ci il 22 iyul tarixli təsis müqaviləsi əsasında təsis olunmuşdur. Təsisçiləri Cavabdeh3, Cavabdeh5, X7 və X6 hər birinin 3.000.000 manat, Əliyev X25, X11, İddiaçı, X3, X4, X5 və X2 isə hər birinin 1.000.000 manat nizamnamə kapitalında payı olmuşdur. MTK-nın qanuni təmsilçisi Cavabdeh3 təyin edilmişdir.

2. Cavabdeh1 MTK-nın 2010-cu il 11 noyabr tarixində təsdiq edilmiş ikinci redaksiyafda Nizamnaməsində təsisçilərin nizamnamə kapitalında mayalarının miqdarı belə müəyyən olunmuşdur: Cavabdeh4 2.200 manat, Cavabdeh5 600 manat, X14 600 manat, İddiaçı 200 manat. MTK-nın qanuni təmsilçisi Cavabdeh4 təyin edilmişdir.

3. Cavabdeh1 MTK-nın 2014-cü il 13 avqust tarixində təsdiq edilmiş üçüncü redaksiyad a Nizamnaməsinin müvafiq bəndlərində aşağıdakılar göstərilmişdir: - MTK istehlak kooperativi olmaqla kooperativin məqsədləri üçün binanın tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılır. Kooperativ binanın tikintisi başa çatdıqdan və binada (binalarda) mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mülki Məcəllə, Mənzil Məcəlləsi, qüvvədə olan digər qanunlar və bu nizamnamə ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir (1.2-ci bənd). - Kooperativin ilkin pay fondu hər biri 1 manat olmaqla 3.800 paydan ibarətdir. Pay fondunda kooperativ üzvlərinin mütləq pay haqları - Cavabdeh5 1.700, X8 1.100, X14 600, İddiaçı 200 və Cavabdeh6 200 pay şəklində müəyyən olunmuşdur (4.4-cü bənd). MTK-nın qanuni təmsilçisi Cavabdeh5 təyin edilmişdir. - Kooperativ üzləri arasında mənzil bölüşdürmək, pay haqqının, evin saxlanılması, istismarı və əsaslı təmiri üçün haqqın miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aiddir. Kooperativin ümumi yığıncağı üzvlərin yaxud onların nümayəndələrinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Səlahiyyətli ümumi yığıncaq özünün müstəsna səlahiyyətinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə, digər qərarları isə sadə səs çoxluğu ilə qəbul edir (7-ci bənd).

4. Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının 2019-cu il 17 iyul tarixli pr otokolunda MTK-nın ləğv edilməsi, Cavabdeh5 kooperativin sədri vəzifəsindən azad olunması, Cavabdeh6 təsviyyəçi təyin edilməsi və ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin həvalə olunması, kooperativin ləğvi ilə bağlı 10 gün müddətində elan verilməsi, kooperativin ləğvetmə prosesində olmasının qeydiyyata alınması üçün X13 Qeydiyyatı İdarəsinə müraciət edilməsi qərara alınmışdır. Protokol Cavabdeh5, X8, Cavabdeh6, İddiaçı və X6 adından imzalanmış və möhürlə təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – iddiaçı və ya “İddiaçı”) cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra müvafiq olaraq – “MTK”, “Cavabdeh2” və “Cavabdeh3”) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, MTK-nın üzvlərinin ümumi yığıncağının 2019-cu il 17 iyul tarixli protokolunun etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bölüşdürülmüş mənfəətdən 3.500.000 manat ödənilməmiş payın əvəzinin müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 2019-cu il 17 iyul tarixində kooperativin üzvlərinin ümumi yığıncağında MTK-nın ləğv olunması qərara alınmış, Cavabdeh6 təsviyəçi təyin edilmişdir. İddiaçı MTK-ya faktiki rəhbərlik edən və əslində əvvəldən kooperativin faktiki sahibi olan Cavabdeh2, eyni zamanda onun qardaşları olan Cavabdeh5 və x2a dəfələrlə müraciət etmiş, MTK-nın fəaliyyətindən əldə etdikləri qazancdan payının ayrılıb verilməsi xahiş etmişdir. Lakin bununla ba ğlı müsbət cavab verilməmişdir. 2019-cu il 26 noyabr tarixində MTK-nın təsis sənədləri və onlarda edilmiş sonrakı dəyişikliklərlə bağlı məlumat verilməsi üçün X13 Qeydiyyatı İdarəsinə müraciət etmiş, İdarə tərəfindən təqdim olunmuş təsis sənədləri ilə tanış olduqda aşkar edilmişdir ki, kooperativin qanuni təmsilçisi tərəfindən təqdim olunmuş 2019-cu il 17 iyul tarixli protokolda saxtakarlıq halına yol verilmişdir. Belə ki, həmin protokolda iddiaçının adının qarşısındakı imza başqa şəxs tərəfindən icra edilmiş, həmin tarixdə əslində ümumi yığıncaq keçirilmədiyi halda, sözügedən tarixə ümumi yığıncağın saxta protokolu tərtib olunmuş, iddiaçı protokolu imzalamaqdan imtina etdikdə isə özləri imza etməklə saxta protokolu qeydiyyat orqanına vermişlər. Sözügedən protokol əsasında MTK hazırda ləğv prosesindədir. Kooperativin 17 il müddətində uğurla həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəətindən 6% iddiaçının payına düşsə də, həmin pay bu günədək ödənilməmişdir. Cavabdeh2 MTK-nın təsisçisi olmasa da, kooperativin fəaliyyətinə bütün illər ərzində faktiki rəhbərlik etmiş və mənfəətinə dair sərəncamı da yalnız o vermişdir. Mənfəətin iddiaçının payına düşən hissəsi hər dəfə cavabdehlər tərəfindən götürüldüyündən, mənfəətdən onun payına düşən hissənin əvəzində 3.500.000 manat alınaraq ona ödənilməlidir.

7. Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 (bundan sonra – müstəqil tələb irəli sürən üçüncü şəxs və ya “x2”) eyni cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu il 17 iyul tarixli protokol un etibarsız hesab edilməsi, MTK-nın inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada yaşayış sahələrinə görə 13.392.000 manat, qeyri-yaşayış sahəsinə görə 15.160.000 manat olmaqla, cəmi 28.552.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Müstəqil tələb onunla əsaslandırılmışdır ki, kooperativin bütün fəaliyyətinə faktiki rəhbərliyi Cavabdeh2 həyata keçirmiş, lakin o, nə kooperativin təsisçilərinin tərkibində, nə də qanuni təmsilçisi olmuşdur. 2019-cu il 27 dekabr tarixində X13 Qeydiyyatı İdarəsinə müraciəti nəticəsində əldə olunan təsis sənədlərinin surətləri ilə tanış olarkən müəyyən etmişdir ki, hər hansı formada məlumat v erilmədən təsisçilərindən biri olduğu MTK-nın ləğv prosesinə başlanılmış, bununla bağlı X13 Qeydiyyatı İdarəsinə qanuni təmsilçisi tərəfindən təqdim edilmiş 2019-cu il 17 iyul tarixli protokolda isə imza saxtalaşdırılmışdır. Belə ki, protokolda adının qarşısında edilmiş imzalar onun tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən icra olunmuşdur. MTK tərəfindən 2 ədəd çoxmərtəbəli yaşayış binası inşa edilmiş, onun payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin verilməmiş hissələri başqa şəxslərə satılmış, satışdan əldə olunmuş vəsait də müvafiq olaraq kooperativ tərəfindən əldə edilmişdir. Kooperativin nizamnamə kapitalında 16 % paya malik olduğu nəzərə alındıqda müəyyən etmək olar ki, çoxmərtəbəli binalardakı onun payına düşən 14.400 m2 yaşayış sahəsindən verilməmiş 13.392 m2 sah ə, 3200 m2 qeyri-yaşayış sahəsindən isə 3032 m2 sahə MTK tərəfindən başqa şəxslərə satılmış, satışdan əldə edilmiş vəsait isə ödənilməmişdir.

9. Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddia bir neçə cavabdehə qarşı verildikdə, iddia ərizəsində onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırkı iş üzrə iddia ərizələrinin hər birində iki tələb – protokolun etibarsız sayılması və pul tələbləri irəli sürülmüşdür ki, bunlardan birinci tələbin ona ümumiyyətlə aidiyyəti yoxdur, çünki, həmin protokolun tərtib olunduğu vaxt (2019-cu il 17 iyul) MTK-nın sədri Cavabdeh5 olmuş və iddiaçı öz iddia ərizəsində həmin protokolun Cavabdeh5 digər üzvlərlə birlikdə onun əvəzinə imza etməklə saxtalaşdırıldığını göstərmişdir. İkinci tələbin isə konkret hansı fakt və sübutlara istinadən ona qarşı yönəlməsi aydın deyil. Belə ki, MTK-nın təsis sənədlərindən görünür ki, Cavabdeh2 kooperativ təsis olunan gündən indiyədək nə hər hansı məbləğdə pay sahibi (kooperativin üzvü), nə qanuni təmsilçi olmuş, nə də bu müddətdə MTK-nın ali idarəetmə və icra orqanlarında təmsil olunmamışdır.

10. Digər Cavabdeh3 nümayəndəsi məhkəməyə izahatında hər iki iddia tələbinə etiraz edərək bildirmişdir ki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq hər bir tərəf istinad etdiyi halları sübuta yetirməlidir. Bu baxımdan, iddiaçılar əvvəlcə MTK-da tikinti işlərinin aparılması nəticəsində əldə edilmiş mənfəətin həcmini müəyyən etməli, daha sonra həmin mənfəətin digər cavabdehlər arasında bölüşdürülməsi faktını sübut etməli idilər. Yalnız bundan sonra məhkəməyə müraciət edə bilərdilər. Digər tərəfdən, iş materiallarından məlum olur ki, MTK-da binaların tikintisi 2002-2006-cı illərdə aparılmışdır. Prosessual baxımdan qarşı tərəf kooperativin nizamnaməsinə və mülki qanunvericiliyə uyğun olaraq ilk növbədə MTK-ya müraciət etməli idi. Bundan başqa, tərəflərin qeyd etdiyi kimi, 2002-2006-cı ildə bu məsələ öz təsdiqini tapmış və məhkəməyə müraciət edilməsi üçün 10 il müddət ötürülmüşdür.

11. Üçüncü cavabdeh MTK-nın nümayəndəsi məhkəməyə izahatında qeyd etmişdir ki, 2019-cu il 17 iyul tarixli protokoldakı imza iddiaçının imzası deyil. Belə ki, imza saxta deyil, lakin sonradan məlum olanlara görə, Cavabdeh5 demişdir ki, nə qədər ki, faktiki rəhbər Tofiq adlı şəxsdir, onun göstərişi əsasında icra edilmiş, iddiaçı imzalamışdır.

12. Məhkəmə sorğusuna cavab olaraq B akı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2020-ci il 24 iyul tarixli məktubunda qeyd edilmişdir ki, uçot baza məlumatlarına görə, MTK tərəfindən təqdim olunmuş 2006-cı il 1 yanvar tarixindən 2008-ci il 30 iyun tarixinədək əlavə dəyər vergi bəyannamələrinə əsasən dövriyyəsi 140.025,53 manat, sadələşdirilmiş vergi bəyannamələrinə görə isə 2008-ci il 1 iyul tarixindən 2019-cu il 30 sentyabr tarixinədək dövriyyəsi 970.463,19 manat təşkil etmişdir. 2006-cı il 1 yanvar tarixinədək uçot məlumatlarına əsasən, dövriyyənin müəyyən edilməsi mümkün olmamışdır. MTK tərəfindən 2002-ci il 25 iyul tarixindən 2020-ci il 23 iyul tarixinədək dövlət büdcəsinə 192.611,68 manat vergi ödənilmişdir.

13. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə üzrə “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş 2021 -ci il 30 aprel tarixli 097/20 nömrəli hesabatda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış kompleksində 2002-2005-ci illər üzrə mənzilin 1 m2 950 ABŞ dolları, qeyri yaşayış sahəsinin 1 m2 1900 ABŞ dolları, qarajın 1 m2 700 ABŞ dolları, müvafiq olaraq 2006-2010-cu illər üzrə 1200 manat, 3.000 manat, 1.000 manat, 2011-2015-ci illər üzrə 1800 manat, 4500 manat, 1700 manat, 2016-2020-ci illər üzrə 2100 manat, 6000 manat, 2500 manat, 2021-ci il aprel ayı üzrə 2200 manat, 6300 manat, 2700 manat təşkil edir.

14. Məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş, 2022-ci il 24 yanvar tarixli 4/1745 nömrəli məktubla ekspertizanın aparılmasından imtina edilmişdir.

15. Məhkəmə tərəfindən təyin edi lmiş kompleks məhkəmə tikinti-texniki və mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 4 noyabr tarixli 10/3264-9/3683 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: - MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksində qarajlar da daxil olmaqla yaşayış və qeyri-yaşayış sahələrinin hər birinin ümumi sahəsi - zirzəmi mərtəbəsində qarajların sayı 1.530 m2, qeyri-yaşayış sahəsi 1-ci bina üzrə 713,9 m2, ikinci bina üzrə 607 m2, 3-cü bina üzrə 680 m2, 3 blok üzrə ümumi yararlı sahə 2.000,9 m2; 1-ci bina üzrə mansard mərtəbə də daxil olmaqla yaşayış sahəsi 13.614 m2; ikinci bina üzrə 11.242,5 m2, üçüncü bina üzrə 11.617 m2, mənzillərin sahəsi 36.473,5 m2 müəyyən edilmişdir. - MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin yaşayış sahələrinin, qeyri-yaşayış sahələrinin və qarajların satışından əldə edilmiş xalis mənfəətin məbləği və həmin mənfəətdən 2002-ci il 25 fevral tarixindən 2010-cu il 21 oktyabr tarixinədək, 2010-cu il 21 oktyabr tarixindən 2014-cü il 13 avqust tarixinədək və 2014-cü il 13 avqust tarixindən hazırkı vaxtadək olan dövrlərdə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxsin hər birinin bu kooperativdəki pay haqları nəzərə alınmaqla hər birinə düşən dividendin məbləğini hesablamaq mümkün olmamışdır.

16. Bakı Kommersiya Məhkəməsinin təyin etdiyi və "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 28 sentyabr tarixli audit hesabatında qeyd edilmişdir ki, həmin MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəyində göstərilənlərə əsasən, MTK tərəfindən inşa edilmiş 5 girişli, 256 mənzilli, 18; 16; 16; + mansard mərtəbəli 3 ədəd binanın tikintisinə çəkilən xərclərin ümumi miqdarı yuvarlaqla 14.992.446 manat müəyyənləşdirilir. MTK tərəfindən inşa edilmiş 5 girişli, 256 mənzilli, 18; 16; 16; + mansard mərtəbəli 3 ədəd bina üzrə ümumi yaşayış sahəsi 14.977+15.262+16.725 olmaqla, cəmi 46.964,5 m2, zirzəminin ümumi sahəsi 6.176,5 m2, texniki mərtəbənin ümumi sahəsi 3.014 m2 olmaqla, ümumilikdə 56.155,0 m2 göstərilmişdir. 17. "xxxx" MMC tərəfindən 2022-ci il 31 oktyabr tarixli yeni hesabatda qeyd edilmişdir ki, 2022-ci il 28 sentyabr tarixli audit hesabatının 11-14-cü vərəqələrində təsisçilərin pay bölgüsü yazılmışdır. X13 Qeydiyyatı İdarəsi sənədi tam vermədiyi üçün dividend hesablanmasında səhvə yol verilmişdir. Hazırd a payçıların dividend haqqı (2021ci ilə) yenidən hesablanmışdır. Hesabatın digər səhvlərində hər-hansı və heç bir dəyişiklik olmamışdır. Hesabatda qeyd edilmişdir ki: - 2002-2005-ci illər üzrə 37.333.162,04 manat sərbəst mənfəət 2002-ci il 25 iyul tarixli dövlət çıxarışına əsasən X8 16.385.135,90 manat, Cavabdeh6 2.983.747,96 manat, İddiaçı 2.983.747,96 manat, A.Hüseynov 8.939.920,38 manat, Cavabdeh5 25.325.056,28 manat; - 2006-2010-cu illər üzrə 56.617.608,51 manat sərbəst mənfəət 13 iyun 2021 tarixli dövlət çıxarışına əsasən X8 16.389.099,13 manat, Cavabdeh6 2.979.784,73 manat, İddiaçı 2.979.784,73 manat, A.Hüseynov 8.939.920,38 manat, Cavabdeh5 25.329.019,52 manat; - 2011-2015-ci illər üzrə 92.215.586,86 manat sərbəst mənfəət 2021-ci il 13 iyun tarixli dövlət çıxarışına əsasən X8 26.693.645,93 manat, Cavabdeh6 4.853.306,34 manat, İddiaçı 4.853.306,34 manat, A.Hüseynov 14.560.841,16 manat, Cavabdeh5 41.254.487,09 manat; - 2016-2020-ci illər üzrə 115.404.303,51 manat sərbəst mənfəət 2021-ci il 13 iyun tarixli dövlət çıxarışına əsasən X8 33.406.083,74 manat, Cavabdeh6 6.073.728,49 manat, İddiaçı 6.073.728,49 manat, A.Hüseynov 18.222.339,52 manat, Cavabdeh5 51.628.423,27 manat; - 2016-2020-ci illər üzrə 115.404.303,51 manat sərbəst mənfəət 2021-ci il 13 iyun tarixli dövlət çıxarışına əsasən X8 33.406.083,74 manat, Cavabdeh6 6.073.728,49 manat, İddiaçı 6.073.728,49 manat, A.Hüseynov 18.222.339,52 manat, Cavabdeh5 51.628.423,27 manat, 2021-ci ilin iyun ayına kimi 2021-ci il 13 iyun tarixli **********613700 nömrəli dövlət çıxarışına əsasən MTK-nın təsisçiləri aşağıda qeyd edilə n paylara malik olduğu üçün müəyyən olunan 121.841.283 manat sərbəst mənfəət təsisçilərə aşağıda yazılmış faiz nisbətində hesablanmalıdır: A.Hüseynov 54.443.558,9 manat, Cavabdeh5 54.443.558,9 manat, İddiaçı 6.412.506,72 manat, X15 - 64.575.88 manat, X9 32.287.94 manat, X8 32.287.94 manat. - Yuxarıda qeyd olunan (beş dövr üzrə) illər və müəyyən olunmuş qiymətlər üzrə orta bazar qiymətləri müəyyən edilmək məqsədilə yaşayış, qeyri-yaşayış və texniki sahə üzrə ümumi illəri nəzərə almaqla orta qiymətlə aşağıdakı nəticə müəyyən olunur. Yaşayış sahəsi üzrə cəmi 1415,24 manat, qeyri-yaşayış sahəsi üzrə cəmi 4327,09 manat, texniki sahələr üzrə cəmi 1.415,24 manat. Yaşayış sahələri üzrə cəmi 46.964,5 m2 x1.415,25=66.466.038,98 manat.

18. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 27 fevral tarixli 2 -2(113)-33/2023 nömrəli qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur (hakim A.Əliyeva).

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs x2 2019-cu il 17 iyul tarixli protokolu mübahisələndirmişlər. Mübahisələndirilən protokolda iddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs, Cavabdeh5, Cavabdeh6 və Elkin Hüseynovun adları qeyd edilmişdir. Bu baxımdan, iddiaçı və üçüncü şəxsin ümumi yığıncaqda iştirak etməməsi həmin protokolun etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, kooperativin ümumi yığıncağı üzvlərin yaxud onların nümayəndələrinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Bu baxımdan, sözügedən protokol etibarlıdır.

20. Pul tələblərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən ü çüncü şəxs iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir.

21. MTK-nın 2014-cü il 13 avqust tarixində təsdiq edilmiş Nizamnaməsinə əsasən, kooperativ üzləri arasında mənzil bölüşdürmək, pay haqqının, evin saxlanılması, istismarı və əsaslı təmiri üçün haqqın miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmişdir (7-ci bənd). İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh3 tərəfindən onların Nizamnamədə nəzərdə tutulmuş hüquqlarının pozulmasını, eləcə də cavabdeh tərəfindən həmin məbləğlərin mənimsənildiyini sübut edə bilməmişlər. Digər tərəfdən, 2023-cü il 16 yanvar tarixli məhkəmə iclasında həm iddiaçı, həm də üçüncü şəxs tələb olunan məbləğin nəyin əsasında hesablanması barədə məhkəmənin sualına ümumi olaraq iş üzrə keçirilmiş əmlakın qiym ətləndirilməsinin nəticələrinə uyğun istədiklərini, həmin məbləğlərin məhkəməyə müraciət edərkən özlərinin təxmini hesablamaları əsasında verildiyini qeyd etmiş, tələblərində göstərilən məbləğlərin hansı hesablamalar əsasında üzə çıxarıldığını, həmçinin bölüşdürülmüş mənfəətdən düşən payı tələb etsələr də, ümumi yığıncaqda mənfəətin bölüşdürülməsi, MTK-nın xalis mənfəətinin məbləğinin nə qədər olması barədə məhkəməyə sübut təqdim etməmişlər.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra- “MM”) 46, 49-1.1.1, 109.1, 109.4, 109.10, 109-1.3, 109-2.1, 109-4.1, 1102.1, 111.1, 111.5, 111.7, 113.1, 324.1, 324.2, 337.1, 352-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.1, 109.5, 111.1, 113.1-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə sinin (bundan sonra – “MPM”) 76.1, 76.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, onun iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Müstəqil tələb irəli sürən üçüncü şəxs də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, onun iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 24 avqust tarixli 2-2(103)-642/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-Cavabdeh2 qarşı iddia tələblərinin rədd edildiyi hissədə ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin cavabdehə münasibətdə hər iki iddia rədd olunmuş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və A.Oruczadə).

26. Apellyasiya instansiyası məhkəməsi MTK-ya qarşı iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, həm iddiaçı, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs kooperativin təsisçiləridir. Hər ikisinin MTK-ya qarşı yönəlmiş iddia tələbi 2019-cu il 17 iyul tarixli protokolun etibarsız hesab edilməsi ilə bağlıdır. 2019-cu il 17 iyul tarixində keçirilmiş ümumi yığıncağın protokolunun əslini ekspertiza tədqiqatına təqdim etmək öhdəliyi MTKnın üzərinə düşdüyü halda sübutun əsli təqdim edilmədiyindən, MPM-in 97.5-ci maddəsinin tələbinə əsasən, sözügedən protokoldakı imzaların iddiaçıya və üçüncü şəxsə aid olm adığı MTK tərəfindən qəbul olunmuş hesab edilməlidir.

27. Bundan əlavə, təsisçilərdən Cavabdeh6 nümayəndəsi birinci instansiya məhkəməsində 2020-ci il 29 oktyabr tarixli məhkəmə iclasında suala cavab olaraq bildirmişdir ki, iddiaçı 2019-cu il 17 iyul tarixində MTK-nın ümumi yığıncağının iclasında iştirak etməmişdir.

28. Bununla belə, məhkəmə MTK-ya qarşı iddiaların rədd edildiyi hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Belə ki, kooperativin beş təsisçisi olduğundan, təsisçilərdən üçünün yığıncaqda iştirak etdiyi müəyyən edildiyindən MM-in 111.7-ci maddəsinə və hüquqi şəxsin Nizamnaməsinə əsasən üzvlərin yarıdan çoxunun iştirak etdiyi nəzərə alınaraq ümumi yığıncaq səlahiyyətli olmuşdur. Kooperativin Nizamnaməsinin 7.2-ci bəndinə əsasən, səlahiyyətli ümumi yığıncaq özünün müstəsna səlahiyyətinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə, digər qərarları isə sadə səs çoxluğu ilə qəbul edir. Bu zaman hüquqi şəxsin bütün təsisçilərinin deyil, yalnız ümumi yığıncaqda iştirak edən təsisçilərin səsləri nəzərdə tutulur. Məhkəmə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, ümumi yığıncaqda iştirak etmiş təsisçilər ümumi yığıncağın müstəsna səlahiyyətinə aid məsələ ilə bağlı qəbul olunmuş hüquqi şəxsin ləğv edilməsi barədə qərarın lehinə yekdilliklə səs verdiyindən iddiaçının və üçüncü şəxsin həmin qərarın qəbul olunmasında iştirak etməməsi, qərar qəbul edilərkən iradə ifadələrinin olmaması mübahisələndirilən qərarın etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

29. Məhkəmə Cavabdeh3 qarşı yönəlmiş iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, MTK təsis edilərkən Cavabdeh3 təsisçilərdən biri olmuş, 2002-2010-cu illərdə kooperativə sədrlik etmişdir. 2010-cu ildə MTK-nın yeni nizamnaməsi təsdiq edilərkən Cavabdeh3 kooperativ üzvləri sırasında olmamışdır. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iş materiallarının əlavə edilmiş məktubundan (cild 1, v. 18) görünür ki, Cavabdeh3 adına dövlət reyestrində daşınmaz əmlak mövcud deyil.

30. Hazırkı halda iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlak payı (müvafiq olaraq 200 manat və 600 manat) mütləq pay haqqı olduğundan (hüquqi şəxsin nizamnaməsinə əsasən) MM-in 109.7-109.9-cu maddələrinə əsasən, kooperativin ümumi yığıncağının qərarı əsasında onlara kooperativ mənfəətindən kooperativ ödənişi (əsas kooperativ ödənişi) ödənilə bilərdi. Kooperativin ə ldə etdiyi mənfəətin üzvlər arasında bölüşdürülüb-bölüşdürülməməsi, üzvlərə kooperativ ödənişi və ya dividend ödənilibödənilməməsi ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olduğundan bu barədə ümumi yığıncağın qərarları olmadan hüquqi şəxsə rəhbərlik etmiş Cavabdeh3 iddiaçıya və üçüncü şəxsə hər hansı vəsait ödəmək səlahiyyəti olmamışdır. Məhkəmə araşdırması zamanı MTK-nın ümumi yığıncağı tərəfindən mənfəətin üzvlər arasında bölüşdürüldüyü, mütləq əmlak payı ödəmiş hər hansı üzvə kooperativ ödənişinin ödənildiyi, o cümlədən Cavabdeh3 hüquqi şəxsə rəhbərlik etdiyi dövrdə bu ödənişləri mənimsədiyi təsdiq edilməmişdir.

31. Həmçinin, işdə olan sübutlar əsasında MTK-nın illik mənfəətinin vergi orqanına təqdim olunmuş hesabatlarda göstərilmiş məbləğlərdən artıq olduğunu, gəlirin gizlədildiyin i müəyyən etmək mümkün olmamışdır. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iş üzrə ekspertiza təyin edilsə də, binaların tikintisinə xərclənmiş vəsaiti təsdiq edən müvafiq sənədlər olmadığından MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin yaşayış sahələrinin, qeyri-yaşayış sahələrinin və qarajların satışından əldə olunmuş xalis mənfəətin məbləğini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, hüquqi şəxsə rəhbərlik etdiyi dövrdə Cavabdeh3 tərəfindən hüquqi şəxsin əmlakının və ya gəlirinin mənimsənildiyi mötəbər sübutlarla təsdiq olunmadığından qətnamə ona qarşı iddiaların rədd edildiyi hissədə də qanuni və əsaslı olmuşdur.

32. Bununla belə, məhkəmə apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsinin MPM-in 217.1-ci maddəsinin tələbini pozar aq Cavabdeh2 qarşı hissədə iş üzrə gəldiyi nəticəni əsaslandırmaması ilə bağlı dəlili ilə razılaşmışdır.

33. Cavabdeh2 MTK-nın təsisçisi olmamış, hüquqi şəxsin hər hansı orqanında rəhbər vəzifə tutmamışdır. Onun iddia tələbindəki MTK-nın əmlakını və əldə etdiyi gəliri qanunsuz ələ keçirdiyi ilə bağlı hallar mötəbər sübutlarla təsdiq edilmədiyindən ona qarşı irəli sürülmüş iddialar əsassız olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2019-cu il 27 dekabr tarixli məktubunda (cild 1, v. 18) Cavabdeh2 MTK-nın inşa etdiyi binalardan əldə etdiyi əmlaklar qeyd edilmişdir. Xidmət tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 MTK-dan əldə etdiyi əmlakları MTK ilə payçı qismində bağladığı müqavilələr əsasında əldə etmiş, həmin əm laklara görə pay haqqının ödənilməsi ilə bağlı kooperativ tərəfindən maliyyə arayışları təqdim edilmişdir (cild 3).

34. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs həmin müqavilələrdə əmlakların dəyərinin həqiqi dəyərindən az göstərildiyinin, bazar dəyərinin qat-qat yüksək olduğunun işdəki audit rəyi ilə təsdiq olunduğunu iddia etsələr də, bu mülahizələr tələblərin təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 MTKdan əldə etdiyi əmlakları qanuni əsaslarla-müqavilə əsasında əldə etdiyi və həmin əmlakların dəyərinin ödənilməsi barədə kooperativ tərəfindən maliyyə arayışları olduğu müəyyən edildiyindən bu sənədlərin saxta olduğunu, əslində hüquqi şəxsə hər hansı vəsait ödənilmədiyini sübut etmək yükü iddia edən tərəfin üzərinə düşdüyü halda, bu barəd ə sübutlar təqdim olunmamışdır. Hüquqi şəxsin payçılarla bağladığı müqavilələr, həmin müqavilələrdəki qiymət hüquqi şəxsin özü və ya təsisçilər tərəfindən mübahisələndirilməmiş, Cavabdeh2 barəsində iddia edilən faktlarla bağlı onun barəsində cinayət işi qaldırılması üçün iddiaçı və üçüncü şəxs tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. Cavabdeh2 tərəfindən MTK-nın qanunsuz ələ keçirildiyini təsdiq edən mötəbər sübut olmadığından hər iki tələb ona qarşı hissədə də rədd edilməlidir.

35. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddiasının təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

36. Müstəqil tələb irəli sürən üçüncü şəxs də kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiasının təmin edilməsi barədə yeni qərar qəbul olu nmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri

37. MM-in 47.2, 111.2, 111.3.4, 111.3.5, 111.5 və 111.7-ci maddələrinin tələbləri pozulmuşdur-2019-cu il 17 iyul tarixli protokoldan görünür ki, kooperativin 5 üzvündən üçü həmin protokolu imzalamış, digər ikisinin imzaları isə saxtalaşdırılmışdır. Kooperativin sədri Cavabdeh5 iki üzvün imzasını saxtalaşdırdığını etiraf etmişdir. Kooperativin beş üzvündən ikisinin imzasının saxtalaşdırıldığı ümumi yığıncaqda müstəsna səlahiyyətlərə aid qərarlar qəbul edilə bilməz. Bunun üçün kooperativin 5 üzvündən ən azı 4-ü ümumi yığıncaqda və səsvermədə iştirak etməlidir. Ümumi yığıncaq qanunvericiliklə müəyyən olunmuş qaydada çağırılmadığından, başqa sözlə sadəcə protokol tərtib e dilərək, digərlərinin imzaları saxtalaşdırılaraq imzalandığından, həmin protokol bütövlükdə etibarsız hesab olunmalıdır. Digər tərəfdən, kooperativin mənfəət bölgüsü barədə ümumi yığıncaq keçirilməmiş, iddiaçı və üçüncü şəxs təsisçi olsalar da, mənfəət bölgüsü həyata keçirilməli ümumi yığıncaqda iştirak etməmiş, mənfəət bölgüsü, yəni bununla bağlı mühasibat balansının təsdiqi kimi müstəsna səlahiyyətə aid məsələ 2/3 səs çoxluğu ilə qəbul olunmamış və müzakirə edilməmişdir.

38. MM-in 109-4.1.2, 109-4.1.3, 109-4.1.5, 109-4.1.6, 109.7, 109.9, 110-2.1 və 110.5-ci maddələrinin tələbləri pozulmuşdur- cavabdehlər tərəfindən iddiaçının hüquqlarının pozulmasına, kooperativin fəaliyyət göstərdiyi bütün müddət ərzində onun idarəetmədən, mənfəətinin bölüşdürülməsindən və digər ödənişlərinin alınmasınd an kənar saxlanılmasına hüquqi qiymət verilməmiş, çoxsaylı mötəbər sübutlarla kooperativə məxsus on milyonlarla manat dəyərində əmlakın iddiaçının payına düşən hissəsinin dəyərinin alınıb-alınmaması müəyyən edilməmiş, iddiaçının iştirakı olmadan, kooperativin ümumi yığıncağının müstəsna səlahiyyətlərinin ələ keçirilməsi yolu ilə həyata keçirilmiş mənfəətdən pay bölgüsü nəticəsində itirdiyi dividentin miqdarının müəyyən olunması ilə əlaqədar təqdim olunmuş sübutlar qiymətləndirilməmiş, onun təsisçi olaraq hüququna əsaslanan bölünmüş mənfəətdən ələ keçirilmiş divident ilə əlaqədar məsələyə ümumiyyətlə toxunulmamışdır.

39. MM-in 110-2.1-ci və Mənzil Məcəlləsinin 113.1-ci maddələrinin tələbi pozulmuşdur-belə ki, işdə olan sübutlar, o cümlədən auditor hesabatı, qiymətləndirmə rəyləri, habelə ekspert rəyi ilə sübut olunur ki, kooperativə məxsus 3 ədəd çoxmərtəbəli yaşayış binası inşa edilmiş, həmin binaların yaşayış və qeyri-yaşayış sahələri əvəzli olaraq özgəninkiləşdirilmiş, 100.000.000 manat civarında bir məbləğ kooperativin kassasına və ya hesabına mədaxil edilməli olduğu halda, həmin vəsait rəsmi olaraq kooperativin kassasına və hesabına mədaxil olunmamış, kooperativin səlahiyyətli vəzifəli şəxsləri, habelə iddiaçı, üçüncü şəxsin nümayəndəsi, Cavabdeh5 və Cavabdeh4 nümayəndələrinin bildirdiklərinə görə kooperativə faktiki rəhbərliyi həyata keçirmiş Cavabdeh2 tərəfindən ələ keçirilmiş, lakin aşağı instansiya məhkəmələri həmin halları nəzərə almamışdır.

40. MPM-in 14, 76, 77, 88 və 217-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə iddiaçıların təqdim etdikləri sübutlardan (D ƏDRX-dən sorğular əsasında əldə edilmiş sübutlar, izahatlar) istifadə etməmiş, habelə məhkəmə iclasında tədqiq olunmuş sübutlar (auditor hesabatı, qiymətləndirmə rəyi və.s) əsasında qətnaməsini əsaslandırmamışdır. Məhkəmə sübutların bir qismini qətnamədə sadalamaqla kifayətlənmiş, lakin onlara hüquqi qiymət verməmiş, bir çox sübutlara isə ümumiyyətlə istinad etməmiş, MTK-ya məxsus 3 yaşayış binasının yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş vəsaitin harada olmasına, kimlər tərəfindən mənimsənildiyinə hüquqi qiymət verməmişdir.

41. MPM-in 78.2-ci maddəsinin tələbi pozulmuşdur- iddiaçının Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat Baş İdarəsindən ********* nömrəli cinayət işi üzrə MTK-nın fəaliyyəti ilə bağlı dindirilmiş kooperativin təsisçiləri dindirmə protokolların ın surətlərinin tələb edilməsi barədə vəsatəti məhkəmə tərəfindən təmin olunmamışdır. Göstərilən ifadələr nümayəndələr tərəfindən deyil, təsisçilərin özləri tərəfindən verilmiş və mənfəət bölgüsünün keçirilib-keçirilməməsi barədə məlumatları ehtiva etmişdir. Kooperativin təsisçisi və baş mühasibi olmuş Cəmilə Məmmədovanın ifadəsi xüsusilə əhəmiyyət kəsb etmişdir. Çünki, o ifadəsində mühasibat balansının kooperativ üzvlərinin ümumi yığıncağında təsdiq edilmədiyini, mənfəət bölgüsü barədə qərarın Cavabdeh2 və Cavabdeh3 tərəfindən qəbul olunduğunu bildirmişdir.

42. MTK iddiaçıya mənfəətin bölüşdürülməsi barədə məlumatları verməmiş, məhkəmənin istinad etdiyi Cavabdeh2 nümayəndəsi tərəfindən təqdim edilən MTK-da 2004 və 2006-cı illərdə aparılmış səyyar vergi yoxlamasının aktlarından isə görünür ki, sənədlər üzrə mənfəət reallığı əks etdirmir, gəlir və xərclərin azaldılması müşahidə olunur. MTK tərəfindən binaların tikintisi ilə bağlı 14.992.446,1 manat xərc, yaşayış və qeyriyaşayış sahələrinin satışından 2002-2005-ci illərdə 56.473.737,26 manat gəlir, 37.333.162,04 manat xalis mənfəət, 2006-2010-cu illərdə 77.900.900 manat gəlir, 56.617.608,51 manat xalis mənfəət əldə edilmişdir. Müvafiq olaraq iddiaçının MTK-nın nizamnamə payında olan 200 payı 2002-2005-ci illərdə 2.196.068,36 manat, 2006-2010cu illərdə isə 3.330.447,56 manat təşkil edir (auditorun rəyi). b) Müstəqil tələb irəli sürən üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

43. MM-in 49-1.1.1, 109-4.1.2, 109-4,1.3, 109-4.1.5, 109-4.1.6, 110-2.1, 111.5, 111.7, 324.1, 324.2, 337.1, 352-ci və Mənzil Məcəlləsinin 113.1-ci mad dələrinin tələbləri pozulmuşdur-pozuntunun nədən ibarət olması bu qərarın 37-39-cu bəndlərində göstərilənlərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, beş üzvünün iştirak etdiyi ümumi yığıncağın kooperativin ləğv olunması ilə bağlı qərar qəbul etməsi üçün iştirak edən 5 üzvdən 4-nün bu qərarın qəbul olunması üçün lehinə səs verməsi zəruridir. Belə ki, 6 iştirakçısı olan ümumi yığıncaqda üçdə iki səs çoxluğu 4 nəfər səs verərsə yaranmış olar. 5 iştirakçısı olan ümumi yığıncaqda isə 3 nəfərin səsi üçdə iki səs çoxluğunu yaratmır. Yəni, 5 iştirakçısı olan ümumi yığıncaqda üçdə iki səs çoxluğu hər bir halda 4 nəfərdən az olsa da, 3 nəfərdən çox olmalıdır (5: 3 = 1,666; 1,666 x 2 = 3,332).

44. MPM-in 19.1.2, 19.1.7, 21.3 və 22.3-cü maddələrinin tələbləri pozulmuşdurbirinci instansi ya məhkəməsi tərəfindən son dövrdə müvəqqəti müdafiə tədbiri ilə bağlı qəbul edilmiş iki ayrı-ayrı qərardaddan verilən şikayətlərə də, yəni 16(103)-172/2023 və 22(103)-500/2023 nömrəli işlərə eyni tərkibdə baxılmış və şikayətlər əsaslı olmalarına baxmayaraq təmin edilməmişdir. MTK-nın kassasında və ya bank hesabında olmalı olan vəsaitin yoxa çıxmış olduğu bir vəziyyətdə buna məsul olan şəxslərin adlarına əsas etibarı ilə elə həmin dövrlərdə qeydə alınmış dəyəri milyonlarla manat təşkil edən əmlakların üzərinə iddianı təmin etmə tədbiri qismində qoyulmuş məhdudiyyətin, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş əsassız qətnamənin hələ qanuni qüvvəsini almamasına baxmayaraq ləğv olunması, müvəqqəti təminat tədbirinə dair başqa bir ərizənin isə təmin edilməməsi qanunsuz olmuşdur. 4

5. Kassator həm qərardadlardan, həm də qətnamədən verilmiş apellyasiya şikayətinin eyni məhkəmə tərkibinin icraatına verilməsini də doğru hesab etmir. Məhkəmə kollegiyası bütün məhkəmə tərkibinə etiraza dair ərizəni baxılmamış saxlamışdır. Etirazın əsaslarına dair sübutlar göstərilmişdir. Ərizədə göstərilənləri təsdiq edəcək sübut məhkəmə iclasının audio-video yazısı idi ki, o da məhkəmənin özündə idi. Məhkəmə kollegiyası etiraz ərizəsini, ona ərizənin verildiyi məhkəmə iclasının audio-video yazısını əlavə etməklə, apellyasiya instansiyası məhkəməsinin sədrinə təqdim etməli idi. Odur ki, MPM-in 22.3-cü maddəsinin tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulmuşdur.

46. MPM-in 14, 76, 77, 88, 97.5, 217.1 və 220.4-cü maddələrinin tələbləri pozulmuşdur-pozuntunun nədən ibarət olm ası bu qərarın 40-41-ci bəndlərində göstərilənlərlə əsaslandırılmışdır.

47. Məhkəmələr iddiaların pul tələbi ilə bağlı hissəsinə münasibətdə qeyd etmişlər ki, MTK-nın xalis mənfəətinin məbləğinin nə qədər olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmələr nəzərə almamışlar ki, kooperativ tərəfindən inşa edilmiş hər üç binaların bütün yaşayış və qeyri-yaşayış sahələri, qarajlar da daxil olmaqla satılmış, lakin satışdan əldə olunmuş on milyonlarla manat vəsait MTK-nın kassasına mədaxil edilməmiş, bank hesabına köçürülməmişdir. 3 çoxmərtəbəli binanın inşa edilməsinə çəkilmiş xərclərin illik 24.000 manat, həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə olunmuş gəlirin isə 17.000 manat civarında olması ağlabatan deyildir.

48. Məhkəmə iclasında şahid qismində dind irilmiş X1 ifadəsindən də göründüyü kimi, 3 mənzil şahidin adına formal olaraq rəsmiləşdirilərək mülkiyyətinə keçirilmiş, sonradan başqa-başqa şəxslərə satılmışdır. Həmin mənzillər başqa-başqa şəxslərə real olaraq satılarkən isə satışdan əldə olunmuş külli miqdarda pul vəsaiti 2002-2010-cu illərdə MTK-nın fəaliyyətinə rəhbərlik edən həmin şəxslər tərəfindən ələ keçirilmişdir.

49. Bu hərəkətlər əksər yaşayış və qeyri-yaşayış sahələrinin satışı zamanı təkrar olunmuşdur. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna 2022-ci il 23 dekabr tarixli **********45 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh2 və yaxınlarının adına bir neçə mənzil və qeyriyaşayış sahəsi sənədləşdirilmişdir. Qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin real baz ar dəyəri milyon manatlarla ölçülsə də, sənədlərdən, o cümlədən 2006-cı il 28 fevral tarixli səyyar vergi yoxlaması aktının surətindən həmin əmlakların özgəninkiləşdirilməsindən əldə edilməli olan vəsaitin MTK-nın kassasına mədaxil edilməsi, yaxud bank hesabına köçürülməsi görünmür. Satışdan əldə olunan gəlirin hara xərclənmiş olması ilə bağlı MTK-nın 2002-2010-cu illərdə rəhbəri olmuş Cavabdeh3 birbaşa məsuliyyət daşıyır. Məhkəmə iclaslarında Cavabdeh5 və Cavabdeh4 nümayəndələri verdikləri izahatlarında kooperativin fəaliyyətinə faktiki rəhbərliyi Cavabdeh2 həyata keçirdiyini bildirmişlər. Əks halda Cavabdeh2 və onun yaxınlarının adlarına sənədləşdirilmiş yaşayış və qeyri-yaşayış sahələrinin real dəyəri MTK-ya ödənilmiş olardı.

50. MTK tərəfindən inşa edilmiş 3 binanın ümumi sahəsinin, ya şayış və qeyriyaşayış sahələrinin qarajlar daxil olmaqla nə qədər olduğu 2022-ci il 4 noyabr tarixli ekspertiza rəyindən də görünür. Binaların yaşayış və qeyri-yaşayış sahələrinin hər m2-nin illər üzrə real bazar dəyəri işdə olan “X10 Mərkəzi” MMC tərəfindən verilmiş Qiymətləndirmə rəyi və "xxxx" MMC tərəfindən verilmiş 2022-ci il 31 oktyabr tarixli auditor hesabatında göstərilmişdir. Sübutlardan müəyyən olunur ki, binaların tikintisindən, yaşayış və qeyri-yaşayış sahələrinin satışından əldə edilmiş on milyonlarla manat məbləğində xalis gəlir nə kooperativin kassasına mədaxil edilmiş, nə də bank hesabına köçürülmüşdür. Bütün bu sübutlara baxmayaraq, aşağı instansiya məhkəmələrinin həmin iddia tələblərini rədd etmələri əsassızdır. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

51. Ka ssasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

52. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüq uq

54. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

109. Kooperativlər haqqında əsas müddəalar 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. 10 9.3. Kooperativin ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və yalnız mütləq pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak etmək və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla səs hüququna malik olmayan fiziki və (və ya) hüquqi şəxsdir. 109.4. Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq və əlavə ola bilər. 109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişl ərini almaq hüququ verən əmlak payıdır. 109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ verən paydır. 109.7. Üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Kooperativ üzvünün kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq hüququ vardır. 109.8. Kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) üzvlərin mütləq əmlak pay haqqına, kooperativdə şəxsi əməyinə və digər növ fəaliyyətinə mütənasib surətdə onlara ödənilən kooperativ mənfəətinin bir hissə sidir. 109.9. Dividend (əlavə kooperativ ödənişləri) yalnız səs hüququna malik olan üzvlərə onların əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 109.10. Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında; kooperat ivin düşdüyü zərərin ödənilməsi qaydası haqqında şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir....” “Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri 109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır:... 109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, kooperativin orqanlarını seçmək və onlara seçilmək; 109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq;... 109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 109-4.1.6. kooperativ ləğv edildikdə kr editorlarla hesablaşmalardan sonra əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və güzəştlərdən istifadə etmək; 109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.” “Maddə 110-2. Kooperativin mənfəəti və onun bölüşdürülməsi 110-2.1. Kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş digər məqsədlərə və (və ya) kooperativ ödənişlərinin və dividendlərin ödənilməsinə yönəldilir....” “Madd ə

111. Kooperativdə idarəetmə 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz.... 111.3. Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər..... 111.5. Ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır.... 111.7. Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir....” “Maddə

113. Kooperativin yenidən təşkili və ləğvi 113.1. Kooperativ onun üzvlərinin ümumi yığıncağının qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər....”

55. Azərbaycan Respublikasının Mülki müddəalarında aş ağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” ya Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 57. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyəti nin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

58. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, cavabdeh MTK 2002-ci ildə təsis edilmiş, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs (kassatorlar) MTK-nın təsisçilərindən olmuş, kooperativin üzvlərinin tərkibi və onların nizamnamə kapitalındakı paylarının miqdarı barədə Nizamnaməyə bir neçə dəfə dəyişiklik edilmiş, sonuncu-2014-cü il 13 avqust tarixində təsdiq edilmiş 3 redaksiyada Nizamnamədə kooperativin kassatorlar da daxil olmaqla 5 üzvü olduğu göstərilmişdir.

59. Kooperativin üzvlərinin ümumi yığıncağının 2019-cu il 17 iyul tarixli protokolu ilə MTK-nın ləğv edilməsi qərara alınmış, protokol 5 üzvün (iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs də daxil olmaqla) hər birinin adından imzalanmış və möhürlə təsdiq edilmişdir.

60. Hazırda iddiaçı və və müstəqil tələb irəli sürən üçüncü şəxs ümumi yığıncaqda iştirak etmədiklərini və imzalarının saxtalaşdırıldığını bildirərək, qeyd olunan protokolun etibarsız hesab edilməsini və MTK-nın təsis edildiyi vaxtdan hal-hazıradək bölüşdürülmüş mənfəətdən onların payına uyğun ödənilmə miş hissənin verilməsini tələb edirlər.

61. Məhkəmə kollegiyası birinci iddia tələbinə aid hissədə kassasiya şikayətlərinin dəlillərinə münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hüquqi şəxs olaraq kooperativin ümumi yığıncağının qərarının hüquqi müstəvidə etibarlı hala gəlməsi üçün hər zaman bütün üzvlərin müsbət iradə ifadələrinin olması tələb edilmir. Qanunla, o cümlədən hazırkı işdə olduğu kimi hüquqi şəxsin nizamnaməsi isə fərqli qaydalar müəyyən edilə bilər.

62. Mülki qanunvericiliyə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək ümumi yığıncağın müstəsna səlahiyyətlərindən biridir. Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır (bax bu qərarın 54-cü bəndi).

63. MTK-nın Nizamnaməsinin 7.2-ci bəndinə əsasən səlahiyyətli ümumi yığıncaq özünün müstəsna səlahiyyətinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə, digər qərarları isə sadə səs çoxluğu ilə qəbul edir (bax bu qərarın 3-cü bəndi).

64. Göründüyü kimi, ümumi yığıncaq kooperativ üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Özünün müstəsna səlahiyyətinə aid olan qərarları üçdə iki səs çoxluğu ilə qəbul edir və bu zaman hüquqi şəxsin bütün üzvlərinin deyil, yalnız ümumi yığıncaqda iştirak edən üzvlərin səsləri nəzərdə tutulur. Bu o deməkdir ki, tərəflər arasındakı hazırkı mübahisə üzrə ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olan koopera tivin ləğvi haqqında qərar qəbul edə bilməsi üçün kooperativin 5 üzvündən 3-nün iştirak etməsi və onların yekdilliklə bu qərarın leyhinə səs verməsi yetərlidir.

65. Bu baxımından apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, kooperativin ümumi yığıncaqda iştirak etmiş üzvləri qəbul olunmuş hüquqi şəxsin ləğv edilməsi barədə qərarın lehinə yekdilliklə səs verdiyindən iddiaçının və üçüncü şəxsin həmin qərarın qəbul olunmasında iştirak etməməsi, qərar qəbul edilərkən iradə ifadələrinin olmaması (imzaları saxtalaşdırılmış olsa belə) mübahisələndirilən qərarın etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

66. Məhkəmə kollegiyası bu hissədə kassasiya şikayətlərinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, mübahisələndirilən protokolda kooperativin üzvləri kimi i ddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin imzalarının saxtalaşdırılması (bu fakt apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş və cavabdehlər tərəfindən mübahisələndirilməmişdir) prosessual qənaət prinsipi baxımından iddianın həllinə təsir edən hal deyil. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, ümumi yığıncağın hüquqi şəxsin ləğvi barədə qərar qəbul edə bilməsi üçün 5 üzvdən 3-nin leyhinə səs verməsi kifayət etdiyi halda, digər 2 üzvün ümumiyyətlə ümumi yığıncaqda iştirak etməməsi və iştirak etdikləri halda iradə ifadələrinin fərqli olması heç bir halda qərarın nəticəsinin dəyişməsinə səbəb olmur.

67. Məhkəmə kollegiyası ikinci, yəni kooperativin təsis edildiyi vaxtdan (2002-ci il) hal-hazıradək bölüşdürülmüş xalis mənfəətdən payların verilməsi tələbinə münasibətdə isə qeyd edir ki, kooperativin Nizamnaməsinin 7-ci bəndinə əsasən, kooperativin əldə etdiyi mənfəətin üzvlər arasında bölüşdürülüb-bölüşdürülməməsi, üzvlərə kooperativ ödənişi və ya dividend ödənilib-ödənilməməsi də ümumi yığıncağın müstəsna səlahiyyətinə aid məsələdir (bax bu qərarın 3-cü bəndi).

68. Belə olan halda, müvafiq dövrlərdə hüquqi şəxsə rəhbərlik etmiş şəxslərin (qanuni təmsilçilərin), konkret olaraq iddia tələbinin yönəldiyi MTK-nın ilk direktoru Cavabdeh3 ümumi yığıncağın buna dair qərar(lar)ı olmadan iddiaçıya və üçüncü şəxsə hər hansı vəsait ödəmək səlahiyyəti olmamışdır.

69. Apellyasiya instansiyası məhkəməsi kassatorların apellyasiya şikayətində də irəli sürülmüş eyni dəlillərinə belə münasibət göstərmişdir ki, məhkəmə araşdırması zamanı MTK-nın ümumi yığıncağı tərəfindən mənfəət in üzvlər arasında bölüşdürüldüyü, mütləq əmlak payı ödəmiş hər hansı üzvə kooperativ ödənişinin ödənildiyi, o cümlədən Cavabdeh3 hüquqi şəxsə rəhbərlik etdiyi dövrdə bu ödənişləri mənimsədiyi təsdiq edilməmişdir. O cümlədən, işdə olan sübutlar əsasında MTK-nın illik mənfəətinin vergi orqanına təqdim olunmuş hesabatlarda göstərilmiş məbləğlərdən artıq olduğunu, gəlirin gizlədildiyini müəyyən etmək mümkün olmamışdır. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iş üzrə ekspertiza təyin edilsə də, binaların tikintisinə xərclənmiş vəsaiti təsdiq edən müvafiq sənədlər olmadığından MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin yaşayış sahələrinin, qeyri-yaşayış sahələrinin və qarajların satışından əldə olunmuş xalis mənfəətin məbləğini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən, hüquqi şəxsə rəhbərlik etdiyi dövrdə Cavabdeh3 tərəfindən hüquqi şəxsin əmlakının və ya gəlirinin mənimsənildiyi mötəbər sübutlarla təsdiq olunmadığından qətnamə ona qarşı iddiaların rədd edildiyi hissədə də qanuni və əsaslı olmuşdur.

70. Məhkəmə kollegiyası bu hissədə də məhkəmənin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

71. Kassasiya şikayətlərinin ikinci tələblə bağlı digər dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə ba ğlı olmaqla hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir (MPM, maddə 407).

72. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin Cavabdeh2 aid hissədə dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, kassatorlar həmin şəxsin MTK-nın təsis edildiyi vaxtdan etibarən MTK-ya faktiki rəhbərlik etdiyini, kooperativin mənfəətini mənimsədiyini, MTK-nın inşa etdiyi binalardan özünün və yaxınların adına yaşayış və qeyri-yaşayış sahələri əldə etdiyini, bunun qarşılığında kooperativ hesabına heç bir məbləğ ödəmədiyini, həmin müqavilələrdə əmlakların dəyərinin həqiqi dəyərindən az göstərildiyini bildirsələr də, işin faktiki hallarını araşdıran məhkəmələrə bununla bağlı mötəbər sübutlar təqdim etməmişlər. Buna görə də, həmin dəlillər mülahizə xarakterli olma qla qətnamənin ləğvi üçün əsas təşkil etmir.

73. Apellyasiya məhkəməsi iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin oxşar dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 MTK-dan əldə etdiyi əmlakları qanuni əsaslarla - müqavilə əsasında əldə etdiyi və həmin əmlakların dəyərinin ödənilməsi barədə kooperativ tərəfindən maliyyə arayışları olduğu müəyyən edildiyindən bu sənədlərin saxta olduğunu, əslində hüquqi şəxsə hər hansı vəsait ödənilmədiyini sübut etmək yükü iddia edən tərəfin üzərinə düşdüyü halda, bu barədə sübutlar təqdim olunmamışdır. Hüquqi şəxsin payçılarla bağladığı müqavilələr, həmin müqavilələrdəki qiymət hüquqi şəxsin özü və ya təsisçilər tərəfindən mübahisələndirilməmiş, Cavabdeh2 barəsində iddia edilən faktlarla bağlı onun barəsində cinayət işi qaldırılması üçü n iddiaçı və üçüncü şəxs tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. Cavabdeh2 tərəfindən MTK-nın qanunsuz ələ keçirildiyini təsdiq edən mötəbər sübut olmadığından hər iki tələb ona qarşı hissədə də rədd edilməlidir.

74. İşə kassasiya qaydasında baxan məhkəmə bu mövqe ilə də razılaşır və yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayətlərinin də lilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

75. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X14 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2023-cü il 24 avqust tarixli 2-2(103)-642/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli A.Q.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar