Məhkəmə qərarları › İş №2-2(102)-170/2021

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-170/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-170/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi Nümayəndə1 “xxxx” MMC-yə qarşı iddiasına dair iş üzrə QƏRARDAD (Açar sözlər: məhkəmə aidiyyətinə dair məsələ) GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.03.2021 Kommersiya Kollegiyasının hakimi Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), İnzibati Kollegiyasının hakimi X2 və Mülki Kollegiyasının hakimi X1 ibarət qarışıq tərkibdə, İddiaçı Nümayəndə1 cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh MMC tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən aşağıdakı qərardadı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı Nümayəndə1 cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh MMC-dən iddiaçının xeyrinə gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 27.148 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə icraatına qəbul edilərək xx.xx.2020-ci il tarixində məhkəmə iclası keçirilmişdir. Cavabdeh MMC nümayndəsi A.Abbasov tərəfindən məhkəməyə ərizə verilərək, işin aidiyyəti üzrə ümumi məhkəməyə göndərilməsi haqqında qərardad qəbul edilməsi xahiş olunmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ols a da, tərəflərin hüquqi statusu və subyektiv tərkibi işin ümumi məhkəməyə göndərilməsini zəruri edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim S.Nuriyeva; iş No e-2-2(113)-185/2021) cavabdeh MMC tərəfindən verilmiş vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, işdəki materiallara görə, iddiaçı fərdi sahibkar, cavabdeh MMC isə hüquqi şəxsdir. Tərəflər arasında yaranan münasibət isə alqı-satqı müqaviləsindən irəli gələrək sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda hazırki iş aidiyyət qaydalarına riayət edilməkə icraata qəbul edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh MMC, ondan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadını ləğv edərək, işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilməsini məhkəmə kollegiyasındən xahiş etmişdir etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki iddia ərizəsinə qarşı MMC tərəfindən müqavilənin etbarsızlığı tələbi irəli sürülmüşdür. Hzarda bir icraatda birləşdirilmiş borc tələbi işi həmin müqavilənin etibarsız hesab edilməsi işinin özəyini təşkil edir. Məhz bu xüsusiyyətə görə iş ayrılmalı və mülki mühakimə icraatı qaydasında ümumi məhkəmənin sərəncamına göndərilməlidir. Belə ki, artıq işin mahiyyəti dəyişmiş və iddia tələbi ümumi xarakter daşıdığından məhkəmə işin aidiyyat yzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. Hazırki situasiyadan aydın olur ki, tərəflərdən birinin statusu qeyri-ənənəvidir. Belə ki, iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsiilə əl aqədar olsa da, tərəflərin hüquqi statusu və subyektiv tərkibi işin ümumi məhkəməyə göndərilməsini zəruri edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim S.Nuriyeva; iş No e-2-2(113)-185/2021) Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi,, şikayətin işin materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Hazırki iş üzrə müəyyən edilir ki, işin məhkəmə aidiyyəti ilə bağlı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadından cavabdeh MMC şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin şikayət təmin edilməmiş və yaranmış məhkəmə aidiyyəti məsələsinin həll i üçün iş Ali Məhkəməyə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Bakı Kommersiya Məhkəməsi işi Ali Məhkəməyə göndərərkən, qərardadını onunla əsaslandırmışır ki, iddiaçı fərdi sahibkar statusuna malikdir, cavabdeh MMC hüquqi şəxsdir, aralarında olan mübahisəli münasibətlər isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Hakimlərin Qarışıq Tərkibi Bakı Kommersiya Məhkəməsinin qərardadında gəldjiyi nəticə ilə razılaşır və hesab edir ki, yaranmış mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan (iddiaçı ilə cavabdeh MMC arasında alqı-satqı müqaviləsi münasibətləri mövcuddur, iddiaçı həmin müqailə üzrə MMC-yə verdiyi malın dəyərindən yaranmış borcu tələb edir), habelə iş üzrə tərəflərin subyekti tərkibi də (iddiaçı fərdi sahibkardır, onun ********** No-li VÖEN-i “xxxx”ndə görünür, cavabde MMC də kommersiya hüquqi şəxsdir) kommersiya işinin əlamətləridir. Belə olan halda iş mülki məhkəmə icraatında baxılmalı deyil. Belə ki, Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərk ibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Odur ki, Bakı Kommersiya Məhkəməsi hazırki işə düzgün olaraq kommersiya işi kimi hüquqi qiymət vermiş, iş baxılmağa davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403-1.6-cı maddəsinə əsasən, kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.7-ci maddəsinə müvafiq olaraq kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 403-1.8.2-ci maddəsinə görə, kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Şərh edilənləri və MPM-nin 403-1.6, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İş kommersiya işi olaraq mahiyyəti üzrə baxılmaq üçün Bakı K ommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar