Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-171/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in Cavabdeh MMC-ə qarşı dəymiş zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddiaçının şəbəkəsindən qanunsuz çıxarılaraq cavabdehin şəbəkəsinə keçirilmiş müştərilərin yenidən iddiaçının şəbəkəsinə qoşulmalarının təmin edilməsi tələbinə dair iş üzrə QƏRAR İ Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlunun, İddia çı MMC-in nümayəndə və vəkili Vəkil, nümayəndələri Nümayəndə, xxxxx qızının, Cavabdehin vəkili xxxxx oğlunun və nümayəndəsi xxxxx oğlunun iştirakı ilə, İddiaçı MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 noyabr tarixli 2-2(103)-347/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı MMC Cavabdeh MMC-ə tabe olan xxxxx (bundan sonra-TKQ) və xxxxx (bundan sonra-ATS) ilə bağlanmış internet xidmətinin təşkili, istifadə olunan avadanlıqların qorunub saxlanması, kommunal və digər xidmətlərdən istifadə haqqında xidmət müqavilələri əsasında regionlarda internet xidməti göstərir.
2. Qeyd olunan xidmət müqavilələrinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-in tabeliyində olan TKQ və ATS-lərin hər birinə avadanlığın qorunub saxlanması, elektrik enerjisindən aylıq istifadə, hər bir abonentin qoşulması və hər bir abonent üzrə aylıq abunə haqqı üzrə ödəmələr həyata keçirilir.
3. İddiaçının cavabdehə ünvanladığı 2019-cu il ***** tarixli, ***** nömrəli Cavabdeh MMC-in tabeli qurumları tərəfindən internet xidməti göstərdiyi abunəçilərin şəbəkədən qanunsuz çıxarılması, qoşulma hallarına süni maneələrin yaradılması, qoşulmadan əsassız imtina olunması və avadanlıqların qəsdən söndürülməsi barədə müraciəti üzrə Cavabdeh MMC-in 2019-cu il ***** tarixli, ****** saylı cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının ink işafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı”nda qarşıda qoyulan vəzifələrin icrasının təmin olunması məqsədilə "Cavabdeh” MMC-in tabe qurumları olan Abşeron, Sumqayıt, Masallı TKQ və Gəncə TKl-nin xidməti ərazilərində yenidənqurma işləri həyata keçirilir. Bu layihənin icrası zamanı köhnə TDM stansiyalar dəyişdirilərək NGN şəbəkə avadanlıqları ilə əvəzlənir, bütün magistrallarda mövcud mis kabellər çıxarılaraq, əvəzinə FO kabelləri çəkilir, abunəçilərə daha yaxın məsafədə ONU avadanlıqları qoyularaq keyfiyyətli və yüksək sürətli telefon və internet xidmətlərinin göstərilməsi təmin olunur. “İddiaçı" MMC-in adları qeyd edilən telekommunikasiya müəssisələrində olan DSLAM avadanlıqları qoşulmuş mis kabellər istismardan çıxarıldığına və yeni texnologiyaları dəstəkləmədiyindən abunəçilə rinin yenidən İddiaçı MMC avadanlıqlarına qoşulması mümkünsüz olur. Bu səbəbdən əməkdaşlığın davam etdirilməsi məqsədilsə Cavabdeh" MMC tərəfindən 2017-ci il ***** və 2018-ci il ****** tarixlərində İddiaçı MMC-ə məktublar yazılaraq müvafiq təkliflər olunmuş, lakin buna baxmayaraq sonuncu tərəfindən heç bir münasibə bildirməmişdir. Araşdırma zamanı "Cavabdeh'' MMC-in tabeli qurumları tərəfindən İddiaçı MMC-in xidmət göstərdiyi abunəçilərin şəbəkədən qanunsuz çıxarılması, qoşulmalara süni maneələrin yaradılması, qoşulmadan əsassız imtina olunması və avadanlıqların qəsdən söndürülməsi halları müəyyən edilməmişdir. Eyni zamanda İddiaçı MMC-in diqqətinə çatdırırılmışdır ki, "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 32.1.3-cü və 32.2.3-cü bəndlərinə müvafiq olaraq "Cavabd eh" MMC tərəfindən təsdiq edilmiş infrastrukturdan istifadə üzrə tariflər nəzərə alınmaqla hazırlanan yeni xidmət müqavilələri bütün özəl provayderler tərəfindən təsdiq olunduğu halda, "İddiaçı” MMC tərəfindən bugünədək imzalanmamışdır. İddiaçı MMC ilə əvvəllərdə imzalanmış ikitərəfli müqavilənin isə xeyli vaxtdır müddəti bitmişdir. Bundan əlavə bildirilmişdir ki, xidmət və elektrik enerjisi haqlarını vaxtında ödəmədiyindən hal-hazırda İddiaçı MMC-in Cavabdeh MMC-ə 12.300,05 manat borcu yaranmışdır. Sonda bir daha Cavabdeh MMC-ə olan borcun ödənilməsi və yeni xidmət müqaviləsinin bağlanması İddiaçı MMC-ə təklif olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə mürac iət edərək, iddiaçıya dəymiş 5.000.000 manat dəyərində maddi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddiaçının şəbəkəsindən qanunsuz çıxarılaraq cavabdehin şəbəkəsinə keçirilmiş 10.000 müştərinin yenidən iddiaçının şəbəkəsinə qoşulmalarının təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Amerika Telekomunikasiya Şirkətinin Azərbaycandakı filialı olan İddiaçı MMC 20 ilə yaxındır ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq informasiya kommunikasiya texnologiyalarının inkişafı üzrə Bakı şəhəri və regionlarda fəaliyyət göstərir. Şirkət Cavabdeh MMC-ə tabe olan TKQ və ATS ilə bağlanmış xidmət müqavilələri əsasında regionlarda genişzolaqlı internet xidmətləri göstərir. Sözügedən xidmət müqavilələrinə əsasən şi rkət tərəfindən Cavabdeh MMC-in tabeliyində olan TKQ və ATS-lərin hər birinə avadanlığın qorunub saxlanması üzrə aylıq icarə haqqı üzrə 5.90 manat, elektrik enerjisindən aylıq istifadə haqqı üzrə 4.90 manat, hər bir abonentin qoşulması üzrə birdəfəlik ödəniş üzrə 5 manat, hər bir abonent üzrə aylıq abunə haqqı üzrə 2 manat ödəmələr həyata keçirilir. 2015-ci ilin sonlarından etibarən Cavabdeh MMC, İddiaçı MMC-in müştərilərini qanunsuz və əsassız olaraq, İddiaçı MMCdən və müştəridən xəbərsiz şəkildə iddiaçının şəbəkəsindən ayıraraq öz şəbəkəsinə qoşmuş, İddiaçı MMC-in şəbəkəsindən çıxarılan müştərilər etiraz edərək yenidən İddiaçı MMC-ə qoşulmaq istəsələr də onların bu istəyinə məhəl qoyulmamışdır. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-ə qarşı müxtəlif təzyiq mexanizmlərindən istifadə edilməkl ə onun internet provayder kimi fəaliyyət göstərməsinin qarşısı alınmışdır. Cavabdeh MMC tərəfindən iddiaçının və onun müştərilərinə qarşı xidmət müqaviləsi çərçivəsində TKQ və ATS ərazisində yerləşdirilmiş şirkətə məxsus avadanlıqlar söndürülərək iddiaçının müştərilərinin internet xidmətindən istifadəsinin məhdudlaşdırılması, avadanlıqların söndürülməsi haqqında iddiaçı tərəfindən Cavabdeh MMC-ə müraciət olunduqda sonuncunun əməkdaşları problemdən xəbərsiz olduqlarını bildirmiş, bununla belə avadanlıqlara texniki baxış məqsədilə ezam olunan İddiaçı əməkdaşları kobud şəkildə TKQ və ATS ərazisindən uzaqlaşdırılaraq, problemin araşdırılmasına maneənin yaradılması, avadanlıqların söndürülməsi nəticəsində İddiaçı MMC tərəfindən şəbəkəyə nəzarət mümkün olmadığından müştəri məlumatlarının Cavabde h MMC tərəfindən oğurlanması riskinin yaranması, regionlarda mövcud müştərilərin qanunsuz şəkildə və müştərinin iradəsi xaricində Cavabdeh MMC-in şəbəkəsinə keçirilməklə yanaşı, onların etirazına baxmayaraq yenidən İddiaçı MMC-in şəbəkəsinə keçməsinin texniki olaraq mümkünsüz olması, qeyd olunan inhisarçı mövqedən qaynaqlanan, müştərinin iradəsi xaricində, onun seçim etmə hüququnun pozulması, müştərilərin İddiaçı MMC-ə müraciəti əsasında İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə göndərilmiş xidmətə qoşulma sorğularının cavabsız qalması, nəticədə müştərilərin internet xidmətinə qoşulmaqdan məhrum edilməsi nəticəsində həm şirkətə, həm də müştərilərə maddi və mənəvi ziyan vurulmuşdur. Burada əsas məqsəd, potensial müştəriləri İddiaçı MMC-dən narazı salmaq və seçim etmək hüququ əlindən alınmış müş tərilərin məcburi şəkildə Cavabdeh MMC-in şəbəkəsinə keçməsini təmin etmək olmuşdur. Cavabdeh MMC inhisarçı mövqeyindən istifadə edərək hər vəchlə müştəriləri İddiaçı MMC-dən narazı salmağa səy göstərərək, bu məqsədlə müştərilərin telefon xəttinə müdaxilədən belə çəkinməmişdir. Cavabdeh MMC-in əməkdaşları İddiaçı MMC-in mövcud müştərilərinə zəng edərək İddiaçı MMC-in artıq internet fəaliyyəti göstərməməsi haqqında məqsədli şəkildə yalan və qərəzli məlumatlar yaymış, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-ə hər bir qoşulma üzrə 5 manat birdəfəlik və 2 manat aylıq xidmət haqqı ödənilməsinə baxmayaraq, Cavabdeh MMC-in əməkdaşları qoşulmalar üçün əlavə kross kabeli tələb etmişlər. Cavabdeh MMC əhaliyə xidmət üçün ATS ərazisində havalandırma sistemi, enerji sistemi və daxili infrastrukturun stan dartlara cavab vermədiyini əsas gətirərək İddiaçı MMC-dən əsassız ödəmələr tələb etmiş, regionlarda texniki resursların olmaması, enerji sisteminin cavab verməməsi və bu kimi digər bəhanələrlə İddiaçı MMC-in fəaliyyətinin genişləndirilməsinə süni əngəllərin yaraməşdır. Cavabdeh MMC öz mülahizəsinə əsasən, xidmət müqaviləsi çərçivəsində 5.90 manat həcmində nəzərdə tutulmuş “Avadanlığın qorunub-saxlanması” məbləğini birdən-birə 40 dəfəyə yaxın artıraraq, 210 manat təyin etmiş və İddiaçı MMC-ə məhz bu qiymətlə tərtib edilmiş yeni xidmət müqaviləsinin imzalanması üzrə təzyiq göstərmişdir. İddiaçı MMC-ə məxsus avadanlıqların söndürülməsi nəticəsində minlərlə müştəri, onların arasında dövlət müəssisələri, bank, sığorta, turizm və bir sıra digər xidmət sektorunda fəaliyyət göstərən müştərilər olm aqla, internetsiz qalmış və bu onların haqlı narazılığına səbəb olmuşdur. Yuxarıda qeyd edilən səbəblərdən internetsiz qalmış müştərilərə İddiaçı MMC kompensasiya ödəməyə məcbur qalmışdır. İddiaçının texniki mütəxəssisləri tərəfindən avadanlıqlara baxış keçirmək məqsədilə Cavabdeh MMC-ə dəfələrlə yazılı və şifahi müraciətlər etsələr də, Cavabdeh MMC tərəfindən buna qətiyyən icazə verilməmiş, beləliklə iddiaçının mülkiyyət hüquqları pozulmaqla yanaşı, informasiya təhlükəsizliyi üzrə də narahatlıqları yaranmışdır. Xüsusilə Abşeron TKQ tərəfindən ciddi təzyiq və yuxarıda qeyd edilmiş bütün bəndlər üzrə haqsız rəqabətlə üzləşmiş İddiaçı MMC, məhz Abşeron TKQ-nın qanunsuz hərəkətləri ilə bağlı müvafiq məhkəmə orqanında artıq iddia qaldırılmışdır ( Abşeron TKQ hazırki iddianın predmeti deyildir). Cavabdeh MMC-in inhisarçı mövqeyi nəticəsində təkcə Gəncə şəhərində iki min altmış iki və Xaçmaz şəhərindən doqquz yüz iyirmi bir müştəri qanunsuz şəkildə, müştəri və şirkətin xəbəri olmadan Cavabdeh MMC-in şəbəkəsinə köçürülmüşdür. Yuxarıda qeyd olunan süni maneələr nəticəsində bu günə qədər İddiaçı MMC on minə yaxın müştərisini itirmiş, əldən çıxmış faydanı hesablamadan dəymiş zərərin miqdarı beş milyon manat həcmindədir. Qeyd edilən qanunsuzluqlar nəticəsində İddiaçı MMC-in gəlirləri kifayət qədər azalmış, bu səbəbdən, şirkətin digər kontragentlərlə yanaşı, Cavabdeh MMC qarşısında da müəyyən maliyyə öhdəlikləri yaranmışdır. Cavabdeh MMC Xaçmaz TKQ-da 921 İddiaçı MMC-in müştərisini 1 neçə saat ərzində şəbəkədən ayırıb Cavabdeh MMC-ə keçirməsi ilə yanaşı, TKQ rəhbərliyinin özbaşınalığı və qərəzli mövqeyi nəticəsində hətta bu TKQ ərazisində yerləşən İddiaçı MMC-ə məxsus texniki avadanlıqların çıxarılmasına da imkan verilməmiş, bununla da artıq 3 ildən artıqdır, avadanlıqlar qeyri-müəyyən səbəblərdən TKQ ərazisində girov saxlanılmışdır. Beləliklə, cavabdeh öz əməlləri ilə qanunvericilik normalarını kobud surətdə pozmuşdur.
6. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 13 mart tarixli e-2-2(113)-293/2020 saylı qətnaməsi ilə iddia rədd olunmuş, iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim A.Əliyeva).
7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi V. B. Ataşov məhkəməyə ərizə ilə mürac iət edərək, İddiaçı MMC-in iddiasını haqlı hesab etdiyini və dəymiş ziyanın məbləğinin isə məhkəmə tərəfindən müəyyən olunmasını, Cavabdeh MMC-in hazırki iş üzrə mübahisəli hərəkətlərinin digər sahibkarlıq subyektləri barəsində də həyata keçirildiyini qeyd etmişdir.
8. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh MMC tərəfindən müqavilə öhdəliyinin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər (hərəkətsizlik) nəticəsində İddiaçı MMC-ə hər hansı bir zərərin dəyməsi müəyyən olunmamışdır. İddiaçı MMC-in həm iddia ərizəsində, həm də iddiaçının nümayəndələri tərəfindən məhkəmə iclasında bildirilməsinə əsasən tərəflər arasında bağlanmış müqavilə üzrə hal-hazırda İddiaçı MMC-in Cavabdeh MMC qarşısında yerinə yetirilməyən pul öhdəliyi qalmışdır. İddiaçı MMC cava bdeh tərəfindən iddiaçının müştərilərinin oğurlanmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddianın maddi zərərin ödənilməsi tələbinə dair hissəsi rədd edilməlidir.
9. Bundan başqa məhkəmə iddiaçının İddiaçı MMC-in şəbəkəsindən qanunsuz çıxarılaraq Cavabdeh MMC-in şəbəkəsinə keçirilmiş 10.000 müştərinin yenidən iddiaçının şəbəkəsinə qoşulmalarının təmin olunması ilə əlaqədar qeyd etmişdir ki, müştərilərin bu və ya digər provayderin xidmətindən istifadə etməsi onların şəxsi seçimləri olduğu təqdirdə, nə iddiaçı, nə cavabdeh, nə də ki məhkəmə onları hər hansı bir xidmətdən istifadə etmələri üçün müqavilə bağlamasına məcbur edə bilməz.
10. Məhkəmə bu qənaətini Azərbaycan Respubli kası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 389.1, 390.1, 390.3, 443.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 80, 217.3, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
11. Həmin qətnamədən İddiaçı MMC 2020-ci il 19 may tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, dəymiş zərərin iddiaçıya ödənilməsi və itirilmiş müştərilərin yenidən iddiaçının şəbəkəsinə qaytarılması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 noyabr tarixli 2-2(103)-347/2020 saylı qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 13 mart tarixli, 22(113)-293/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən –R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).
13. Apellyasiya instansiyası məhkəməsi qənaəti ondan ibarət olmuşdur ki, iddiaçının istinad etdiyi hallar (cavabdehin inhisarçılıq hərəkətləri, haqsız rəqabət aparması və şəbəkəyə qanunsuz müdaxilə etməsi və s.) cinayət və inzibati xəta xarakterli hallardır və yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya qərarı, o cümlədən antiinhisar siyasətini həya ta keçirən mərkəzi icra hakimiyyəti orqanının qərarı ilə təsdiq oluna bilər, lakin iddiaçının istinad etdiyi hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya qərarı, habelə antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının qərarı mövcud deyildir. MPM-in 81-ci maddəsində isə təsbit olunmuşdur ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin iddiaçı həmin halları təsdiq etmək üçün cavabdehlə apardığı yazışmaları və mənbəyi məlum olmayan sosial şəbəkələrdəki yazışmaları təqdim etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti antiinhisar qanunvericiliyin pozulmasının aradan qaldırılması haqqında 2017-ci il ***** tarixli göstərişi də hazırki mübahisənin həlli baxımından heç bir əhəmiyyət daşımır. Çünki həmin göstəriş hazırda iddiaçının mübahisələndirdiyi hallarla deyil, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 4-cü, 8-ci bəndləri və 16-1-ci maddəsi, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 3-cü bəndi və 10-1-ci maddəsi, yəni müqavilə şərtləri və qiymətlərlə bağlıdır. Bu baxımdan iddiaçının həmin dəlillərə istinad etməsi ümumiyyətlə əsassızdır. Hətta iddiaçının istinad etdiyi hallarla bağlı yuxarıda qeyd olunduğu kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya qərarı, habelə antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqan ının qərarı mövcud olsa belə hazırki iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı 5.000.000 manat dəyərində zərərin mövcud olmasının təsdiqi barədə mötəbər sübutları, yəni iddiaçının bildirdiyi halları təsdiq edən və zərərin hesablanmasını mümkün edən maliyyə sənədlərinı məhkəməyə t əqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
14. Bu məhkəmə daha sonra vurğulamışdır ki, 10.000 müştərinin iddiaçının şəbəkəsindən qanunsuz çıxarılaraq cavabdehin şəbəkəsinə keçirilməsi halları sübut olunmur. Bundan başqa, müştərilərin bu və ya digər provayderin xidmətindən istifadə etməsi onların şəxsi seçimləri olduğu təqdirdə, nə iddiaçı, nə cavabdeh, nə də ki, məhkəmə onları hər hansı bir xidmətdən istifadə etmələri üçün müqavilə bağlanmasına məcbur edə bilməz.
15. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 6.1, 6.1.2, 6.1.5, 21.2, 390.1, 390.3, 1096, 1097-ci maddələrinə, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü, 8-ci bəndləri, 16-1-ci maddəsinə, 18-ci maddəsinin 2-ci bəndinə, “Haqs ız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2, 14-cü maddələrinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 359-cu maddəsinə və MPM-in 77.1 və 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı MMC həmin qətnamədən 2021-ci il 1 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh MMC mülki-hüquqi status baxımından hüquqi şəxs və sərbəst iradə nümayiş etdirən müqavilə tərəfidir. Müqavilə opponentinin digər tərəfə qarşı iddiası həmin hüquqi şəxsin müvafiq vəzifəli şəxsi və ya nümayəndəsi barədə hər hansı məhkəmə hö kmünün, inzibati aktın çıxarılması ilə şərtlənə bilməz. Cavabdeh MMC-in mülki-hüquqi fəaliyyətindən yaranan öhdəlik daşıma qabiliyyəti hüquqi şəxs olaraq ona məxsusdur, lakin bu hal məhkəmə tərəfindən yanlış əsaslandırılmış və ədalətsiz qətnamə çıxarılması ilə nəticələnmişdir.
18. Məhkəmə tərəfindən sübuti əhəmiyyətə malik cavabdeh tərəfindən iddiaçıya müştərilərin sonuncunun şəbəkəsindən çıxarılaraq cavabdehin şəbəkəsinə köçürülməsi ilə bağlı göndərilən, açıq-aşkar müştəri oğurluğunu sübut edən rəsmi məktublar, iddiaçıya şişirdilmiş rəqəmlərlə əsassız təqdim olunmuş hesab fakturalar, tərəflər arasında digər yazışmalar, müştəri narazılıqlarını sübut edən sosial şəbəkə yazışmaları hüquqi qiymətləndirilməmiş, sübut kimi qəbul edilməmiş, əksinə, mənbəyi məlum olmayan sübut olaraq yanaşılmışdı r. İki hüquqi şəxsin və ya müqavilə tərəflərinin öz aralarında olan yazışmaları tərəflərin iradə ifadəsini ortaya qoyan, ehtiva edən sübut olmaqla məhkəmə tərəfindən mötəbərliyi və mənsubiyyəti üzrə yoxlanılmalı olduğu halda, etinasız yanaşılmışdır. Əlavə olaraq, sosial şəbəkələrdəki yazışmaların mənbəyinin məlum olmaması deyərkən məhkəmə mütəxəssis və ya ekspert rəyinə istinad etmir. Ən azından məlumatların həqiqiliyinin yoxlanılması ekspert rəyi ilə müəyyən olunmalı və ya yazışmalar üzərində hər hansı redaktə olub-olmaması ən sadə texnologiyalar ilə yoxlanılmalı olduğu halda, məhkəmə bu halın üzərindən mənbəyi məlum olmayan sübut deməklə keçmişdir. MPM-in 89.1 və 89.2-ci maddələrinin tələblərinə əsasən iki hüquqi şəxsin və ya müqavilə tərəflərin öz aralarında olan yazışmalar yazılı sübut olaraq məhkəmə tərəfindən qiymətləndirilməlidir. Həmçinin sosial şəbəkə üzərindən yazışmaların həqiqiliyinin müəyyən olunmasına dair məhkəmə tərəfindən təşəbbüs belə göstərilməmişdir.
19. İddiaçı MMC tərəfindən təqdim olunmuş arayışda bütün xüsusatlar açıq-aydın göstərilmiş, itirilmiş müştəri sayı, dəymiş ziyan, əldən çıxmış fayda, qaimələr və s. təfsilatı ilə qeyd olunmuş, lakin, məhkəmə tərəfindən bu hala da hüquqi qiymət verilməmişdir. Arayışda və cavabdeh tərəfindən İddiaçı MMC-ə ünvanlanan məktubların, o cümlədən qaimələrdən də ziyanın vurulması faktı sübut olunur. Ziyanın miqdarı isə cavabdehin səlahiyyətli rəhbərlərinin imzası və möhürü ilə tərtib olunmuş sənədlər (hesab faktura, qaimə, rəsmi məktublar ) əsasında hazırlanmış arayışda öz əksini tapır. Həmin arayışa hüquqi qiymət v ermədən, ziyanın vurulmasının müəyyən olunmamasının əsaslandırılması işin hərtərəfli araşdırılmadığını göstərir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
20. İddiaçının vəkili və nümayəndəsi Vəkil, nümayəndələri Nümayəndə, Şabani-Kaşti Sevda Məmmədağa qızı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 noyabr tarixli, 2-2(103)-347/2020 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Cavabdehin vəkili İsayev Emin Ağamməd oğlu və nümayəndəsi Məmmədov Elnur Akif oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Kommer siya Kollegiyasının 2020-ci il 19 noyabr tarixli, 22(103)-347/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
24. Kassasiya instansiyası məhkəməsi tərəfindən i şin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliy i; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi;[4] 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi....”. Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüq uqu pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür....”. Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağ lanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir....”. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxs in şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər....”. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
2. Haqsız rəqabət haqqında qanunvericiliyin icrasına nəzarət edən orqanlar Haqsız rə qabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Maddə
14. Haqsız rəqabətə görə məsuliyyət Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
18. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar.
1. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə — beş min beş yüz manatadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə alınır.
2. Bu Qanunda nəzərdə tutulan şəxslər qanunla nəzərdə tutulmuş inhisarçılıq hərəkətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyırlar. İV. Ali MƏHKƏMƏNİN MÖVQEYİ
25. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
27. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkilinin izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sosial şəbəkələrdəki yazışmalar və hüquqi şəxslərin öz arasındakı yazışmaları ilə bağlı mövqeyinə dair dəlili ilə əlaqədar vurğulayır ki, MPM-in 77.1.-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, məhkəmə qarşısında duran əsas vəzifə işin faktiki halları ilə bağlı olan doğru məlumatlara malik olmaq və işin faktiki hallarını maddi hüquq normasının dəqiq tətbiqini təmin etməkdir. Beləliklə, ədalətli məhkəmə araşdırması yalnız məhkəmə prosesində çəkişmə prinsipini təmin etməklə tərəflər arasında mövcud olmuş müna sibətlərin həqiqi məzmununun müəyyən edilməsinə, onun yalnız həqiqi faktlara söykənməsinə və bununla da qanuni, əsaslı, ədalətli məhkəmə aktının çıxarılmasına yönəlmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, kassasiya şikayətində qeyd olunan dəlil əsassızdır.
29. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində “müqavilə opponentinin digər tərəfə qarşı iddiası həmin hüquqi şəxsin müvafiq vəzifəli şəxsi və ya nümayəndəsi barədə hər hansı məhkəmə hökmünün, inzibati aktın çıxarılması ilə şərtlənə bilməməsi” dəlili ilə bağlı qeyd olunmalıdır ki, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin 2-ci bəndin görə bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri qanunla nəz ərdə tutulmuş inhisarçılıq hərəkətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyəti daşıyırlar. Bundan başqa həmin maddənin digər bəndlərində nəzərdə tutulmuşdur ki, bu Qanunun pozulmasına görə təsərrüfat subyektləri, onların rəhbərləri və müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri aşağıda nəzərdə tutulan məsuliyyəti daşıyırlar. Təsərrüfat subyektləri: müvafiq icra hakimiyyəti orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hər gecikdirilmiş günə görə əlli beş manatadək, lakin iyirmi iki min manatdan çox olmamaq şərti ilə; müvafiq icra hakimiyyəti orqanına bu Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində göstərilmiş məlumatları və sənədləri vermədikdə, yaxud düzgün olmayan məlumatlar verdikdə - beş min beş yüz man atadək maliyyə sanksiyası şəklində cərimə olunurlar. Cərimənin miqdarı müəyyən edilərkən təsərrüfat subyektlərinin iqtisadi vəziyyəti nəzərə alınır. Bu maddənin 1-ci bəndində maliyyə sanksiyası şəklində tutulan cərimələr müvafiq icra hakimiyyəti orqanı bu barədə qərar qəbul etdikdən sonra 30 gün ərzində mübahisəsiz qaydada dövlət büdcəsinə tutulur. Təsərrüfat subyektləri cəriməni vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, müvafiq icra hakimiyyəti orqanı cərimənin, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən həyata keçirilir. Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılma qa ydaları müvafiq icra hakimiyyəti jghorqanı tərəfindən müəyyən edilir (“Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 18ci maddəsinin 1, 2, 3, 4-cü bəndləri). “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Həmin Qanunun 14-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Həmçinin İnzibati Xətalar Məcəlləsinin 359-cu maddəsində təsbit olunm uşdur ki, telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, iddiaçının istinad etdiyi hallar cinayət və inzibati xəta xarakterli hallardır və yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya qərarı, o cümlədən antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının qərarı ilə təsdiq oluna bilər. Lakin iddiaçının istinad etdiyi hallarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya qərarı, habelə antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının qərarı mövcud deyildir. Bundan əlavə, Mülki Məcəllənin 1096.1-ci maddəsinə ə sasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasın a səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həc minin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 14 aprel tarixli Qərarı). Lakin hazırki işdə də bu əsaslar müəyyən olunmur. Çünki İddiaçı MMC 5.000.000 manat dəyərində zərərin mövcud olmasının təsdiqi barədə mötəbər sübutları təqdim etməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəfindən v erilmiş kassasiya şikayətində göstərilən digər dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 noyabr tarixli, 2-2(103)-347/2020 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
31. MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
32. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 19 noyabr tarixli, 2-2(103)-347/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.