Məhkəmə qərarları › İş №2-2(102)-172/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-172/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-172/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: borcun ödənilməsi 27.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Hüseynova Sevda Əziz qızı, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı iddiaçının vəkili Cavabdehin vəkilinin iştirakı ilə, İddiaçı cavabdehə qarşı “borcun qaytarılması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli 22(103)-275/2020 sayl ı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarından görünür ki, iddiaçı MMC (bundan sonra – “iddiaçı”) ilə cavabdeh MMC (bundan sonra – “cavabdeh”) arasında aşağıdakı müqavilələr bağlanmışdır: 1.1. 2013-cü il 4 fevral tarixli SS-058 nömrəli malların alğı-satqısı, 1.2. 2013-cü il 5 sentyabr tarixli 292 nömrəli Heydər Əliyev adına İdman Kompleksinin fasadının yenidən qurulması məqsədi ilə layihə tələbinə uyğun metalkonstruksiyanın hazırlanması, 1.3. 2014-cü il 10 yanvar tarixli SS-016/2014 nömrəli malların alğı-satqısı, 1.4. 2014-cü il 6 mart tarixli 01/SS-009 nömrəli malların alğı-satqısı, 1.5. 2014-cü il 6 mart tarixli 02/SS-019 nömrəli malların alğı-satqısı, 1.6. 2014-cü il 13 mart tarixli 12/SS-001 nömrəli malların alğı -satqısı, 1.7. 2014-cü il 17 mart tarixli 17/SS-005 nömrəli malların alğı-satqısı, 1.8. 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli xidmət, 1.9. 2014-cü il 26 iyul 160729/11-1-230 nömrəli malların alğı-satqısı, 1.10. 2014-cü il 21 avqust tarixli 03/SS-015 nömrəli malların alğı-satqısı, 1.11. 2014-cü il 8 dekabr tarixli 141208/11-1-604 nömrəli xidmət, 1.12. 2017-ci il 6 dekabr tarixli 170220/111-124 nömrəli xidmət.

2. İddiaçı cavabdehə müqavilələr üzrə borcun ödənilməsi barədə 2018-ci il 24 may tarixli 01/125 saylı pretenziya məktubu göndərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 2018-ci il 27 iyul tarixində iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh-dən 3.816.712,25 manat məbləğində b orcun və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia §§ 1-2-də göstərilən hallarla əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla ümumi dəyəri 7.512.048,72 manat məbləğində müxtəlif çeşiddə malların satışı həyata keçirilmiş və xidmətlər göstərilmişdir. iddiaçı öz öhdəliklərini vaxtında və lazımi qaydada icra etsə də, cavabdeh aldığı malların dəyərinin ödənilməsi üzrə öhdəliklərini bu günədək tam icra etməmişdir. Belə ki, satılmış mallar iddiaçı tərəfindən cavabdehə qaimə-fakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. Lakin iddiaçı tərəfindən cavabdeh-yə müvafiq ödəniş sənədləri təqdim olunsa da, cavabdeh tərəfindən müqavilələ r üzrə pul vəsaiti ödənilməmişdir. cavabdeh borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günədək həmin borc məbləğini tam şəkildə iddiaçıya qaytarmamış, borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görməmişdir.

5. İddia Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 425.1, 442, 443.1, 445.1, 448.1, 567, 598-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 26.1, 149, 150-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 6. iddiaçı 2018-ci il 24 oktyabr tarixli 01/268 saylı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini məhkəməyə təqdim etmiş və cavabdeh-dan: 6.1. 2013-cü il 4 fevral tarixli SS-058 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 304.712,90 manat, 6.2. 2013-cü il 5 sentyabr tarixli 29 2 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 2.249.545,37 manat, 6.3. 2014-cü il 10 yanvar tarixli 01/SS-16/2014 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 3.558,22 manat, 6.4. 2014-cü il 6 mart tarixli 01/SS-009 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 1.412,28 manat, 6.5. 2014-cü il 6 mart tarixli 02/SS-019 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 738 manat, 6.6. 2014-cü il 17 mart tarixli 17/SS-005 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 4.809,06 manat, 6.7. 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 1.190.410,38 manat, 6.8. 2014-cü il 21 avqust tarixli 03/SS-015 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 25.233,80 manat, 6.9. 2014-cü il 8 dekabr tarixli 141208/11-1-604/08/H nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 1.074,02 manat, 6.10. 2016-cı il 26 iyul tarixli 04/160729/11-1-230 nömrəli alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 33.976,22 manat, 6.11. 2017-ci il 6 dekabr tarixli 170220/11-1-124 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 1.242,00 manat olmaqla, ümumilikdə 3.816.712,25 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir. 8. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 24 oktyabr tarixli 2-2(82)-679/2018 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında hər müqavilə üzrə hansı məbləğdə mal satılm ası, ödəniş aparılması və borc qalmasının müəyyən edilməsinə dair suallar qoyulmuşdur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim edilmiş 2019-cu il 18 sentyabr tarixli 32907 nömrəli rəyində göstərilmişdir ki, cavabdehin iddiaçıya müqavilələr üzrə ödənilməmiş qalan cəmi borcu 804.359,10 manat məbləğində müəyyən olunur, o cümlədən: 9.1. 2013-cü il 4 fevral tarixli SS-058 nömrəli müqavilə üzrə 153.795,30 manat, 9.2. 2013-cü il 5 sentybar tarixli 292 nömrəli müqavilə üzrə 17.671,71 manat, 9.3. 2014-cü il 10 yanvar tarixli SS-016/2014 nömrəli müqavilə üzrə 83.709,46 manat, 9.4. 2014-cü il 6 mart tarixli 01/SS-009 nömrəli müqavilə üzrə 38.312,69 manat, 9.5. 2014-cü il 6 mart tarixli 02/SS-019 nömrəli müqavilə üzrə 2.936,43 manat, 9.6. 2014 -cü il 13 mart tarixli 12/SS-001 nömrəli müqavilə üzrə 34.316,95 manat, 9.7. 2014-cü il 17 mart tarixli 17/SS-005 nömrəli müqavilə üzrə 76.197,86 manat, 9.8. 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli müqavilə üzrə 362.368,46 manat, 9.9. 2014-cü il 8 dekabr tarixli 141208/11-1-604/08/H nömrəli müqavilə üzrə 1.074,02 manat, 9.10. 2016-cı il 26 iyul tarixli 160729/11-1-230 nömrəli müqavilə üzrə 33.976,22 manat, 9.11. 2017-ci il 6 dekabr tarixli 170220/11-1-124 nömrəli müqavilə üzrə 0 manat. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 29 oktyabr tarixli 2-2(82)-69/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 396.344,68 manat məbləğində borcun və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim – R.K).

11. Birinci instasniya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 12. 8 müqavilə (2013-cü il 4 fevral tarixli SS-058 nömrəli, 5 sentybar tarixli 292 nömrəli, 2014-cü il 10 yanvar tarixli SS-016/2014 nömrəli, 6 mart tarixli 01/SS-009 nömrəli, 02/SS-019 nömrəli, 13 mart tarixli 12/SS-001 nömrəli, 17 mart tarixli 17/SS-005 nömrəli və 8 dekabr tarixli 141208/11-1-604/08/H nömrəli müqavilələr) üzrə ödənilməli borc məbləğləri yaransa da, müqavilələr üzrə iddia müddəti buraxılmış sayılır.

13. Hazırkı iş üzrə alınmış ekspert rəyi ilə razılaşmamağa əsas verən hallar müəyyən edilməmişdir. Odur ki, həmin rəy mötəbər sübut kimi qiymə tləndirilir.

14. Digər üç müqaviləyə gəldikdə isə, 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli müqavilə üzrə 362.368,46 manat və 2016-cı il 26 iyul tarixli 160729/11-1-230 nömrəli müqavilə üzrə 33.976,22 manat borcun ödənilməsi ilə bağlı cavabdeh məhkəmə icraatında hər hansı sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. 2017-ci il 6 dekabr tarixli 170220/11-1124 nömrəli müqavilə üzrə isə borcun olmadığı ekspert rəyi ilə müəyyən edilir.

15. Məhkəmə bu qənaətini MM-in 14.1.2, 372.1, 372.2, 373.2, 375.1, 375.2, 385.1, 386.1, 389.1, 389.3, 390.1, 421.2, 421.3, 422.1, 422.2, 422.3, 422.4, 425.1, 430.1, 442, 443.1, 445.1, 448.1, 448.2, 567, 596.1, 597.1, 598.1-ci, MPM-nin 14.2, 76, 77.1, 80, 88, 97.1, 103, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandı rmışdır.

16. İddiaçı həmin qətnamədən 2020-ci il 6 mart tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli 2-2(103)- 275/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-ci il 29 oktyabr tarixli 2-2(82)-69/19 saylı qətnaməsi dəyişdirilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli xidmət müqaviləsi üzrə 362.368,46 manat, 2014-cü il 21 avqust tarixli 03/SS-015 nömrəli alğı-satqı müqaviləsi üzrə 23.991,80 manat, 2016-cı il 26 iyul tarixli 160729/11-1-230 nömrəli alğı-satqı müqaviləsi üzrə 33.976,22 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 3 manat – ümumilikdə, 420.340 manat tutulması qət edilmiş, iddia qalan hissələrində rədd edilmiş, iş üzrə 145 manat ekspertiza xərcindən 15 manatı müvafiq hesaba köçürülməklə cavabdeh-ya, 130 manatı iddiaçı-yə aid edilmişdir (sədrlik edən – C.Y, hakimlər – R.Q və V.B).

18. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.

19. İşin mübahisələndirən halları ondan ibarətdir ki, cavabdeh müqavilələr üzrə iddia müddəti tətbiq olunmasını tələb edir, iddiaçı isə onunla razılaşmayaraq son ödənişlərinin 2017-ci il 7 dekabr tarixində edildiyinə istinadən müddətin keçmədiyini iddia edir, eyni zamanda, iş üzrə keçirilmiş məhkəmə-mühasib atlıq ekspertizasının nəticələri ilə də razılaşmayaraq iddia tələbinin tam təmin edilməməsini əsassız sayır.

20. Apellyasiya araşdırmasında müəyyən olunmuşdur ki, 2014-cü il 21 aprel tarixli 140421/08219 nömrəli xidmət, 21 avqust tarixli 03/SS-015 nömrəli alğı-satqı, 2016-cı il 26 iyul tarixli 04/160729/111-230 nömrəli alğı-satqı, 2017-ci il 6 dekabr tarixli 170220/11-1-124 nömrəli xidmət müqavilələri üzrə iddia müddəti keçməmişdir.

21. Cavabdeh 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli xidmət müqaviləsi üzrə 2014cü ildə həyata keçirdiyi ödənişlərindən sonra borcu etiraf edən hərəkətlər edərək 2015-ci il 30 sentyabr tarixli ödəniş tapşırığı ilə qalıq borcundan 150.000 manat ödəmişdir. Belə olan halda iddianın 2018-ci il 27 iyul tarixində qaldırıldığını nəzərə alsaq 3 illik iddia mü ddəti keçmir. 22. 2014-cü il 21 avqust tarixli 03/SS-015 nömrəli alğı-satqı müqaviləsi üzrə də iddia müddətinin keçməsindən söhbət gedə bilməz. Çünki həmin müqavilə üzrə cavabdeh tərəfindən sonuncu dəfə iddiaçının depozit hesabına 2017-ci il 7 dekabr tarixində 1.242 manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir və bu ödəniş cavabdeh tərəfindən mübahisələndirilmir. 23. 2016-cı il 26 iyul tarixli 04/160729/11-1-230 nömrəli alğı-satqı və 2017-ci il 6 dekabr tarixli 170220/11-1-124 nömrəli xidmət müqavilələrinin isə bağlandığı tarixdən aydındır ki, burada iddia müddətinin keçməsi istisna olunur.

24. Qalan müqavilələr üzrə araşdırma aparıldıqda müəyyən olunmuşdur ki, iddia müddəti keçmişdir. Həmin müqavilələr üzrə malın və xidmətin cavabdeh tərəfindən qəbul olunduğu işin mübahisələndirilməy ən halıdır. Bu müqavilələr üzrə cavabdeh-nin ödənişləri 2015-ci ilə qədər olan dövrə təsadüf edir, 2015-ci il 7 iyul tarixi həddini aşmır.

25. İddiaçı apellyasiya şikayətində həmin müqavilələr üzrə 2013-cü il 13 mart tarixindən başlayaraq ödənişlər həyata keçirildiyini, sonuncu ödənişlərin isə 2017-ci il 7 dekabr tarixində edildiyini mübahisələndirsə də, 2015-2017-ci illərdə borcu etiraf edən belə ödənişlərin mövcudluğu konkret sübutlarla əsaslandırılmır və işdə belə sübutlar mövcud deyil.

26. İddiaçı həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasbatlıq ekspertizasının nəticələrini əsassız saymışdır. Bu dəlilin iddia müddəti buraxılmış müqavilə öhdəliklərinə münasibətdə araşdırılmasına zərurət yoxdur.

27. İddia müddəti keçməmiş müqavilələrə gəldikdə isə məhkəmə kollegiyası tərəfindən aşağıdak ılar müəyyən olunmuşdur.

28. İddiaçının dəqiqləşdirilmiş iddia tələbində, ekspert rəyində qeyd olunan 2014-cü il 13 mart tarixli 12/SS-001 nömrəli müqavilədən yaranan borc tələbi mövcud olmamış, lakin işə baxan birinci instansiya məhkəməsi buna əhəmiyyət verməmiş, həmin müqavilə üzrə araşdırma aparmış, iddianın predmetindən kənar, aidiyyəti olmayan bu müqaviləyə münasibətdə iddia müddəti tətbiq etmiş, bununla da prosessual pozuntuya yol vermişdir.

29. Halbuki dəqiqləşdirilmiş iddia tələbində cavabdeh-nin 2014-cü il 21 avqust tarixli 03/SS-015 nömrəli alğı-satqı müqaviləsindən irəli gələn 25.230,80 manat məbləğində qalıq borcunun ödənilmədiyini iddia edir. Göründüyü kimi, iddia müddəti keçməyən 2014-cü il 21 avqust tarixli 03/SS015 nömrəli alqı-satqı müqaviləsi məhkəmə araşdırmasının, o cüm lədən ekspert tədqiqatının predmetini təşkil etməli olduğu halda, işə baxan birinci instansiya məhkəməsi tərəfindən həmin müqaviləyə münasibət bildirilməmiş, iddiaçı-yə həmin müqavilə öhdəliklərinin icrası ilə bağlı məhkəməyə sübutlar təqdim edilməsi təklif olunmamışdır.

30. Apellyasiya şikayətinin dəlilləri və hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi həmin müqavilə və onun icrası ilə bağlı sənədlərlə (905313, 950785, 950737, 952742, 952752 saylı qaimə fakturalar və s.) müəyyən olunur ki, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdeh-yə 35.733,35 manat məbləğində malların satışı həyata keçirilmiş, həmin məbləğdən 10.499,55 manat ödənilmiş, daha sonra cavabdeh tərəfindən 2017-ci il 7 dekabr tarixində həyata keçirilən 1.242 manat məbləğində ƏDV ödənişi də nəzərə alınmaqla, onun tərəfindən cəmi 11.741,55 (10.499,55+1.242) manat ödənildikdən sonra borcun miqdarı, iddiaçı-nin apellyasiya şikayətində qeyd etdiyi kimi, 25.233,80 manat deyil, 23.991,80 (35.733,35-11.741,55) manat təşkil etmişdir.

31. Digər üç müqavilə üzrə, o cümlədən 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli xidmət müqaviləsi üzrə 362.368,46 manat, 2016-cı il 26 iyul tarixli 160729/11-1-230 nömrəli alqı-satqı müqaviləsi üzrə 33.976,22 manat, 2017-ci il 6 dekabr tarixli 170220/11-1-124 nömrəli xidmət müqaviləsi üzrə 0 manat məbləğində borcun müəyyən olunması işin sübutlarla müəyyən olunan hallarına uyğundur.

32. Belə ki, ekspert rəyindən görünür ki, 2014-cü il 21 aprel tarixli xidmət müqaviləsi üzrə göstərilən 2.127.880 manat dəyərində xidmətin 713.000 manat məbləğində hissəsi ödənildikdən sonra cavabdeh -nın qalıq borcu 1.414.880,40 manat təşkil etmiş, sonradan məhkəmə tərəfindən həmin müqavilə üzrə ləğv edilən ümumilikdə 1.052.511,94 manat (891.959 manat malın dəyəri + 160.552,67 manat ƏDV) məbləğində 643.787 saylı elektron vergi-hesab fakturası ekspertə göndərilmiş və ekspert həmin faktura nəzərə alınmaqla, bu müqavilə üzrə qalıq borcun 362.368,46 manat təşkil etdiyini müəyyən etmiş, bu hal iddiaçı tərəfindən mübahisələndirilməmiş, ləğv edən vergi hesab fakturası işə əlavə olunmuşdur.

33. Həmçinin ekspert tədqiqatı ilə müəyyən olunmuşdur ki, 2016-cı il 26 iyul tarixli müqavilə üzrə ümumi dəyəri 33.976,22 manat dəyərində xidmət göstərilmiş, lakin cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır.

34. Ekspert rəyində 2017-ci il 6 dekabr tarixli müqavilə ilə bağlı müəyyən edilmişdir ki, 8. 142 manat dəyərində göstərilən xidmətin tam dəyəri cavabdeh tərəfindən iddiaçı-yə ödənilmiş, borcu qalmamışdır.

35. Məhkəmə kollegiyası ekspert tədqiqatı ilə gəlinən nəticələrlə razılaşır. Belə ki, ekspert tərəfindən ona təqdim olunan, mübahisələndirilməyən mühasibatlıq sənədləri əsasında hərtərəfli tədqiqat aparılmış, cavabdehin ödənişləri nəzərə alınmaqla yekun nəticəyə gəlinmişdir.

36. İddiaçı apellyasiya şikayətində rəydə gəlinən nətiəcələrlə razılaşmayaraq əlavə məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını zəruri hesab etsə də, konkret olaraq hansı halların araşdırılmasına zərurt olduğunu, ekspert tədqiqatının hansı məqamları və hansı sənədlərlə razılaşmadığını və hansı ödənişlərin nəzərə alınmasının düzgün olmadığını əsaslandırmamışdır.

37. Məhkəmə kollegiyası öz qətnaməsi ni MM-in 372.2, 373.2, 375.2, 377.2, 380.1-ci maddələrinə, MPM-nin 14.1, 52.4, 115.0.1, 184.2, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

38. İddiaçı həmin qətnamədən 2020-ci il 10 may tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

39. İddiaçı tərəfindən 11 alğı-satqı və xidmət müqaviləsindən yaranan borca dair 2018-ci il 24 may tarixində 01/125 saylı pretenziya məktubu göndərilmiş, cavabdeh-nin həmin pretenziya məktubuna 2018-ci il 13 iyun tarixli 36/06 saylı cavabı ilə pretenziya məktubunda göstərilən hallar dolayı yolla qəbul edilmiş və əlavə sənəd lər istənilmişdir. İddia müddətinin keçdiyi qeyd edilən 2013cü il 5 sentyabr tarixli 292 nömrəli xidmət müqaviləsi ilə bağlı da iddiaçı cavabdeh-ya 2017-ci il 14 fevral tarixində 14/103 saylı pretenziya məktubu göndərmiş, qarşı tərəf 2017-ci il 21 fevral tarixli cavab məktubunda araşdırma tələb etmiş, borcunu qismən etiraf etmişdir. Bu məktublarda iddia müddətinin axımının kəsilməsinin iki əsasından biri olan borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. 40. 2013-cü il 5 sentyabr tarixli 292 nömrəli müqavilənin 4.1-ci bəndinə, 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli müqavilənin 9.3-cü bəndinə, 2014-cü il 8 dekabr tarixli 141208/11-1604/08/H nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilələr üzrə borclar ödənilmədiyindən müqavilələr hazırda qüvvədədir. Həmçi nin 2016-cı il 26 iyul tarixli 04/160729/11-1-230 nömrəli alqısatqı müqaviləsinin 6.2-ci bəndinə əsasən, müqavilə ilkin olaraq üç il müddətində tam hüquqi qüvvəyə malikdir. Bundan başqa, 2014-cü il 21 avqust tarixli 03/SS-015 nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən sonuncu ödəniş kimi 2017-ci il 7 dekabr tarixində 1.242 manat ƏDV ödənişi edilmişdir.

41. Apellyasiya instansiya məhkəməsi müqavilələr üzrə cavabdeh tərəfindən 2013-cü il 13 mart tarixindən başlayaraq 2017-ci il 7 dekabr tarixinədək aparılmış ödənişləri cavabdehin iddia müddətinin axımını kəsən hərəkətləri kimi qiymətləndirməmiş, həmçinin bu nəticəsini hər hansı mötəbər dəlillə əsaslandırmamışdır.

42. Ekspert rəyində 2014-cü il 13 mart tarixli 12/SS-001 nömrəli müqavilə də tədqiq edilmişdir. Lakin bu müqaviləy ə münasibət bildirilməsinə dair nə iddia ərizəsində, nə də ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardadında hər hansı fikir bəyan edilmişdir. İddia ərizəsində qeyd olunmuş 2014-cü il 21 avqust tarixli 03/SS-015 nömrəli müqavilə ekspert tədqiqatının predmetini təşkil etməli olduğu halda ümumiyyətlə araşdırılmamış və sözügedən rəydə bu müqaviləyə hər hansı münasibət bildirilməmişdir.

43. Ekspert rəyində göstərilən müqavilələr üzrə qalıq məbləğlər ilə iddiaçı və cavabdeh arasında bağlanmış yuxarıda qeyd olunan müqavilələrə əsasən qalan borc məbləğləri arasında kəskin fərq vardır. Ekspert qərardad üzrə qoyulmuş suallara aydın və tam şəkildə cavab verməmişdir. Belə ki, rəydə 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli müqavilə üzrə 713.000 manat və 2017-ci il 6 dekabr tarixli 170 220/11-1-124 nömrəli müqavilə üzrə isə 8.142 manat ödəniş edildiyi, digər müqavilələr üzrə isə heç bir ödəniş edilmədiyi qeyd olunur. Halbuki cavabdeh tərəfindən 2013-cü il 4 fevral tarixli SS-058 nömrəli müqavilə üzrə 1.060.721,44 manat, 5 sentyabr tarixli 292 nömrəli müqavilə üzrə 2.209.352,21 manat, 2014-cü il tarixli 10 yanvar SS-016/2014 nömrəli müqavilə üzrə 88.557,74 manat, 6 mart tarixli 01/SS-009 nömrəli müqavilə üzrə 38.651,53 manat, 02/SS-019 nömrəli müqavilə üzrə 4.114,75 manat, 17 mart tarixli 17/SS-005 nömrəli müqavilə üzrə 73.100,98 manat, 21 aprel tarixli 140421/08-219 nömrəli müqavilə üzrə 321.351,19 manat, 21 avqust il tarixli 03/SS-015 nömrəli müqavilə üzrə 10.499,55 manat, 2017-ci il 6 dekabr tarixli 170220/11-1-124 nömrəli müqavilə üzrə 6.900 manat ödəniş edilmişdir. Y alnız 2014-cü il 8 dekabr tarixli 141208/11-1-604/08/H nömrəli və 2016-cı il 26 iyul tarixli 04/160729/11-1-230 nömrəli müqavilələr üzrə heç bir ödəniş edilməmişdir.

44. Kassasiya şikayəti MM-in 13, 14.2.1, 377.1, 380.1, 385, 386.1, 390.1, 442, 448.1, MPMnin 88, 101.6, 101.7, 416, 417.1.3, 418.1-ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.1.3cü, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 2007-ci il 5 iyun tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli, “C.Əzimovun şikayəti ü zrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2018-ci il 28 noyabr tarixli qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Sahibkarlıq Fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2003-cü il 25 mart tarixli 10 saylı qərarına istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

45. Tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

46. Məhkəmə iclasında iştirak edən iddiaçınin vəkili kassasiya şikayətini müdafiə etdiyini, apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin əsassız olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmadığını bildirdi. Ona görə də kassasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

47. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı olduğunu, işə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunduğunu bildirdi, kassasiya şikayətinin rədd edilməsini, qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. İİ.KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

48. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

49. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edibetməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hal larına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

51. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

380. İddia müddəti axım ının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.... 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə

422. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərd ə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağland ığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müva fiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəz ini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qab aqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Maddə

596. Alıcının əşyanı qəbul etmək vəzifəsi 596.1. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir....” “Maddə

597. Satılan əşyanın qiyməti 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur....” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....”

52. MPM-nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onl arı xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi... 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir...” “Maddə

102. Əlavə və təkrar ekspertiza... 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.” Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhk əmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.” “Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə

115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;...” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

184. İşin və mübahisənin vəziyyətinin müzakirə edilməsi. İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli... 184.2. Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur...” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər... 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

53. İş materiallarını, kassasiya şikayətlərinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, tərəflərin izah atlarını dinləyərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli 2-2(103)-275/2020 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir.

54. Kassatorun dəlilləri nəticə etibarilə, iş üzrə ekspertiza rəyinin əsassız olmasına və müqavilələr üzrə iddia müddətinin ötürülməməsinə aiddir.

55. Məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyinin əsassız olmamasına dair kassatorun dəlilləri (bax yuxarıda § 42-43) ilə razılaşır.

56. Əvvəla, iş üzrə verilmiş 2019-cu il 18 sentyabr tarixli ekspert rəyində hər bir müqavilə üzrə ayrı-ayrılıqda nəticələr əks etdirilsə də, hər bir müqavilə üzrə ekspertin konkret olaraq hansı qaimə-faktura, ödəniş və digər maliyyə-mühasibatlıq sənədlərinə istinad etməsi qeyd olunmamışdır. Bu səbəbdən də ekspertin hər bir müqavilə üzrə gəldiyi nəticənin konkret olaraq hansı sənədlərdən irəli gəldiyi aydın görünmür.

57. Bundan başqa, ekspert dəqiqləşdirilmiş iddia predmetinə daxil olmayan 2014-cü il 13 mart tarixli 12/SS-001 nömrəli müqavilə üzrə tədqiqat apardığı halda, mübahisə predmeti olan 2014-cü il 21 avqust tarixli 03/SS-015 nömrəli müqavilə üzrə ümumiyyətlə araşdırma aparmamışdır.

58. Həmçinin ekspertizaya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən ekspert əlavə sənədlərin təqdim olunması barədə məhkəməyə vəsatət verməmişdir. Halbuki iddiaçı məhkəməyə cavabdeh-nin iddiaçı-nin hesabına həyata keçirdiyi ödənişləri əks etdirən, ekspertiza tədqiqatının predmeti olmamış bank sənədlərin i təqdim edərək əlavə ekspertizanın təyin edilməsi haqqında rəsmi vəsatət vermiş, lakin vəsatət birinci instansiya məhkəməsi tərəfindən nəinki təmin edilməmiş, məhkəmə iclasının protokolundan görünür ki, hətta ona münasibət belə bildirilməmiş (i.m., İİ cild, səh. 85-112), nəticədə MPM-nin 102.3-cü maddəsinin (bax yuxarıda § 52) tələbləri pozulmuş, buna baxmayaraq qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qalmışdır.

59. Hazırda mövcud ekspert rəyinin nəticələri ilə iddiaçı-nin tələb etdiyi borcun həcmi arasında kəskin fərq yaranmışdır. Ekspertizanin nəticələri qeyri-müəyyən və natamam olduğundan işə baxan məhkəmələrin qəbul etdikləri qətnamələri əsaslandırılmış hesab etmək, mübahisənin düzgün həll edilib-edilməməsi barədə birmənalı nəticəyə gəlmək mümkün deyil dir.

60. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi MPM-nin 88-ci maddəsinin (bax yuxarıda § 52) tələblərini pozaraq ekspert rəyinə düzgün qiymət verməmiş, onu mötəbər sübut kimi qəbul etmiş, nəticədə MPM-nin 217.1-ci maddəsinin (bax yuxarıda § 52) tələbinə uyğun gəlməyən əsaslandırılmamış qətnamə qəbul etmişdir.

61. Məhkəmə kollegiyası müqavilələr üzrə iddia müddətinin ötürülməməsinə dair kassatorun dəlilləri (bax yuxarıda §§ 39-41) ilə bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir.

62. Əvvəla, iddiaçı-nin pretenziya məktublarına cavabdeh-nin göndərdiyi cavab məktublarında öz borcunu etiraf etməsini göstərən hərəkətlər etməsinə dair kassatorun dəlili əsaslı hesab oluna bilməz. Belə ki, kassasiya şikayətində istinad edilən cavab deh-nın etiraf xarakterli məktubları işin materialları ilə müəyyən olunmamışdır.

63. Bundan başqa, kassatorun 2014-cü il 21 aprel tarixli 140421/08-219 nömrəli, 21 avqust tarixli 03/SS-015 nömrəli, 2016-cı il 26 iyul tarixli 04/160729/11-1-230 nömrəli və 2017-ci il 6 dekabr tarixli 170220/11-1-124 nömrəli müqavilələr üzrə iddia müddətinin keçməməsinə dair dəlillərinə münasibətdə qeyd etmək lazımdır ki, apellyasiya instansiya məhkəməsi də öz qətnaməsində bu 4 müqavilə üzrə eyni mövqedən çıxış etdiyindən, eyni zamanda, cavabdeh qətnamədən kassasiya şikayəti vermədiyindən bu məsələ hazırda mübahisə predmeti deyildir, ona görə də məhkəmə kollegiyası bu müqavilələrə dair münasibət bildirməyə lüzum görmür.

64. Bununla belə, yuxarıda qeyd olunduğu kimi, hazırkı iş üzrə verilmiş ekspertiza rəyi qeyrimüəyyən və natamamdır. Belə ki, iddiaçı tərəfindən hansı müqavilə üzrə hansı sənədlərlə nə qədər və hansı tarixlərdə mal verilməsi, xidmət göstərilməsi, habelə bunun müqabilində cavabdeh tərəfindən hansı sənədlərlə nə qədər və hansı tarixlərdə ödənişlər edilməsi həmin rəydən məlum olmur.

65. Həmin məsələlər, o cümlədən hansı müqavilə üzrə cavabdeh tərəfindən hansı sənədlərlə hansı tarixlərdə son ödəniş edilməsi tam aydınlaşandan sonra qalan 7 müqavilə üzrə iddia müddətinin ötürülüb-ötürülməməsinə əsaslandırılmış qiymət vermək mümkün olacaqdır.

66. Həmçinin məhkəmə xidmət müqavilələri (məsələn, kassatorun istinad etdiyi 2013-cü il 5 sentyabr tarixli 292 nömrəli, 2014-cü il 8 dekabr tarixli 141208/11-1-604/08/H nömrəli müqavilələr) üzrə iddia müddətinin ötürülüb-ötürülməməsini məsələsin i həll edərkən həmin müqavilələrin şərtlərini, o cümlədən qüvvədə olma müddətini, işlərin sifarişçi tərəfindən qəbul olunması tarixini də nəzərə almalıdır.

67. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanıla bilməz, buna görə də ləğv edilməlidir.

68. Yeni apellyasiya baxışında məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı-nin tələb etdiyi borcun həcminin mötəbər sübutlar əsasında müəyyənləşdirilməsi istiqamətində tam, hərtərəfli, obyektiv araşdırma aparmalı, həmçinin 4 müqavilə (2014-cü il 21 aprel tarixli 140421/08219 nömrəli, 21 avqust tarixli 03/SS-015 nömrəli, 2016-cı il 26 iyul tarixli 04/160729/11-1-230 nömrəli və 2017-ci il 6 dekabr tarixli 170220/11-1-124 nömrəli müqavilələr) istisna olmaq la, qalan 7 müqavilə üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə qeyd olunan araşdırma nəticəsində hər müqavilə üzrə müəyyən edilən cavabdeh tərəfindən həyata keçirilmiş son ödəniş tarixləri əsasında qiymət verməli, bu zaman müvafiq xidmət müqavilələrinin şərtlərini də nəzərə almalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 20 avqust tarixli 2-2(103)275/2020 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar