Məhkəmə qərarları › İş №2-2(102)-175/2019

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-175/2019

02.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-175/2019 02.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının QƏRARDADİ 02 aprel 2019-cu il İş № 2-2(102)-175/2019 Bakı şəhəri Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının hakimi Məmmədov Xəqani Səyyad oğlu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-838/2018 saylı iş üzrə 20 noyabr 2018-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-51/2018 saylı, 21 iyun 2018-ci il tarixli qətnaməsi (hakim - R.L.Kərimli) il ə ilkin iddia tələbi təmin edilmiş ilk iddia üzrə cavabdeh “xxxx” MMC-dən ilk iddia üzrə iddiaçı “xxxx” MMC-nin xeyrinə 23.330,28 manat borc və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-838/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsi (sədrlik edən və məruzəsi hakim – V.M.Ağayev, hakimlər – A.B.Nuriyeva və C.A.Yusifov) ilə ilkin iddia tələbi üzrə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 2-2(81)-51/2018 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə idd iaçı “xxxx” MMC kassasiya şikayəti verərək həmin qətnaməni ləğv edib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 74.2.-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən kassas iya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılır. İş materiallarından müəyyən olunur ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx" MMC-nin adından verilmiş kassasiya şikayətini onun səlahiyyətli nümayəndəsi kimi Nümayəndə1 imzalamışdır. Lakin işin 56-cı və 74-cü vərəqələrində olan etibarnamələrdən görünür ki, kassasiya şikayəti imzalanarkən nümayəndəyə məhkəmə aktından şikayət verilməsi səlahiyyətinin verildiyi etibarnamələrin müddəti bitmişdir. Belə ki, etibarnamələrdə onların 21.08.2018-ci il tarixədək qüvvədə olacağı göstərilib, kassasiya şikayəti isə 25 yanvar 2019-cu il tarixdə imzalanıb. Beləlik lə, kassasiya şikayəti hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Ona görə də, kassasiya şikayəti kassasiya icraatına qəbul edilməməli və şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 408.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-838/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti işlə birlikdə kassasiya icraatına qəbul edilmədən Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar