Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-175/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı1 Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə İddiaçı1 Cavabdeh1nə qarşı pul tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 2-2(104)-175/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı1 MMC-nin (bu ndan sonra-“iddiaçı”) nizamnaməsinin surətindən görünür ki, QSZ 2016-cı il 27 sentyabr tarixində adının dəyişdirilməsi ilə əlaqədar olaraq "xxxx" MMC (bundan sonra - “HGC”) adlandırılmışdır. 2. 2018-ci il 3 yanvar tarixli “Malların satışı üzrə distribüter hüquqların verilməsinə dair” HGC GD 002/2018 nömrəli müqavilənin (bundan sonra -“HGC GD 002/2018 nömrəli müqavilə”) surətindən görünür ki, istehsalçı HGC (iddiaçı) özünün istehsal etdiyi və müqavilənin ayrılmış tərkib hissəsi olan Əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu distribüterə verməyi, distribüter Cavabdeh1 MMC (bundan sonra-“cavabdeh”) isə istehsalçının istehsal etdiyi malların satışını (bu malların ticarət nişanı və markasını tətbiq etməklə) təşkil etməyi və istehsalçıdan təchiz edilən malların müqavilənin müvafi q şərtlərinə əsasən ödənişini istehsalçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. 3. 2018-ci il 5 yanvar tarixli, İP/HGC/31-16-16 saylı qarşılıqlı üzləşmə aktında cavabdehin "xxxx" MMC-yə 273.332 manat borcunun olması öz əksini tapmışdır.
4. Aşağıdakı elektron qaimələrdən görünür ki, iddiaçı cavabdehə aşağıdakı məbləğdə malları təhvil vermişdir: EAAN 253040 seriya və nömrəli elektron qaimənin üzrə - 62.016 manat EAAO 780433 seriya və nömrəli elektron qaimənin üzrə - 145.354 manat EAAN 252898 seriya və nömrəli elektron qaimə üzrə - 55.332 manat EAAM 448275 seriya və nömrəli elektron qaimə üzrə - 29.134 manat EAAM 448272 seriya və nömrəli elektron qaimə üzrə - 49.976 manat EAAL 897043 seriya və nömrəli elektron qaimə üzrə - 1.760 manat EAAL 885108 seriya və nömrəli elektron qaimə üzrə - 327 6 manat EAAL 885061 seriya və nömrəli elektron qaimə üzrə - 3276 manat EAAL 685621 seriya və nömrəli elektron qaimə üzrə - 27.364 manat EAAL 685601 seriya və nömrəli elektron qaimə üzrə - 144.555,75 manat 5. 2021-ci il 20 aprel tarixli, 04-1 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya ümumilikdə 467. 289,28 manat borcu qeyd edilmişdir.
6. İddiaçının cavabdehə ünvanlandığı 2020-ci il 20 iyul tarixli, 405 nömrəli məktubundan görünür ki, iddiaçı cavabdehdən 467.289,28 manat məbləğində pulun 3 gün ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edərək, ödənilməli pul vəsaitinin, ondan faydalanmağa görə faizlərin, ödənişin gecikdirilməsinə görə hesablanmış cərimənin, o cümlədən məhkəmə xərclərinin tutulmasını xahiş edəcəklərini bildirmişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 2020-ci il 14 avqust tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 467.289,28 manat qalıq borcun, həmin borcun gecikdirilməsinə görə illik 5 faizin, yəni 37.381,84 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 504.701,12 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında ”HGC GD 002/2018 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə görə istehsalçı özünün istehsal etdiyi və müqavilənin ayrılmış tərkib hissəsi olan Əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu distribüterə verməyi, distribüter isə istehsalçının ist ehsal etdiyi malların satışını (bu malların ticarət nişanı və markasını tətbiq etməklə) təşkil etməyi və istehsalçıdan təchiz edilən malların müqavilənin müvafiq şərtlərinə əsasən ödənişini istehsalçının hesabına ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirərək öz istehsalı olan müvafiq malları satmaq məqsədilə cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq ödəniş edilməmişdir.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 445.1, 445.7, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad edilmişdir.
10. Gəncə Kommersiya Məhkəməsinin 2021-ci il 16 may tarixli e-2-2(1 15)-43/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 193.956,48 manat əsas borc, 9.697,82 manat faiz borcu olmaqla, ümumilikdə 203.654,30 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur (hakim – K.Vəliyev).
11. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı borcunu 2018-ci il 3 yanvar tarixli müqaviləyə əsasən tələb edir. İddia tələbinin hüquqi əsasını həmin müqavilə təşkil edir. Müqavilə 2018-ci il 31 dekabr tarixə qədər qüvvədə olmuşdur. Tərəflər arasında bağlanmış 2018-ci il 5 yanvar tarixli, 01/089 nömrəli üzləşmə aktından görünür ki, 2017ci il 31 dekabr tarixinə cavabdehin iddiaçıya 273.332,80 manat borcu olmuşdur. Beləliklə, cavabdehin iddiaçı qarşısında iki pul öhdəliyi olmuşdur. Onlardan biri 2017-ci il 31 dekabr tarixinə qədər, digəri isə 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə yaranmışdır.
12. Bir neçə öhdəlik olduqda hər bir öhdəlik ayrı-ayrılıqda müstəqil qaydada icra olunmalıdır. Ödənilən vəsaitin hansı öhdəliyə aid olması konkret şəkildə bəlli olmalıdır. Borclunun kreditor qarşısında iki və ya daha artıq öhdəliyi olduqda köçürülən pul vəsaitinin hansı öhdəliyə aid edilməsi üzrə seçim hüququ borcluya məxsusdur. Kreditor borcludan əldə etdiyi pul vəsaitlərini öz istəyinə uyğun qaydada öhdəliklər üzrə bölüşdürməyə haqlı deyildir. Cavabdehin etirazından göründüyü kimi o, öhdəliklərdən biri üzrə, yəni 2018-ci il tarixli müqavilədən irəli gələn borcundan ödənişlər etmişdir.
13. Cavabdehin iddiaçıya ödəmiş olduğu 273.332.80 manat vəsait 2018-ci il 3 yanvar tarixli müqaviləyə aid ödənilməsinə baxmayaraq, kreditor tərəfindən 2017-ci il 31 dekabr tarixə qədər olan borca aid edilmişdir. Nəticədə cavabdehin borcu 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə həmin məbləğ həcmində artmışdır. Həmin məbləğ iddia tələbində göstərilən 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə ödənilmiş olduğundan iddiaçı cavabdehdən 193.956,48 manat əsas borc, onun illik 5 faizi olaraq 9.697,82 manat faiz borcu olmaqla, ümumilikdə 203.654,30 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.
14. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 448.2, 567, 598.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 106.1, 216.1, 217, 218.1, 218.3-cü maddələrinə isti nad etməklə əsaslandırmışdır.
15. İddiaçı 2021-ci il 17 iyun tarixində apellyasiya şikayəti verərək həmin qətnaməninqismən, yəni iddianın rədd edilməsi hissəsində ləğv olunması və iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 3 noyabr tarixli 22(104)-175/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilmişdir (sədrlik edən – A.Hüseynzadə, hakimlər – L.Süleymanov və Ş.Rzaquliyev).
17. Apellyasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarə t olmuşdur ki, işə baxan birinci instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında iki müqavilə üzrə pul öhdəliyinin olduğunu, onlardan birinin 2017-ci il 31 dekabr tarixinə qədər, digərinin isə 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə yarandığını, tərəflər arasında bağlanmış 2018-ci il 5 yanvar tarixli, 01/089 nömrəli üzləşmə aktına əsasən 2017-ci il 31 dekabr tarixinə cavabdehin iddiaçıya 273.332.80 manat məbləğində öhdəliyinin olduğunu, cavabdeh tərəfindən ödənilmiş 273.332.80 manat məbləğində vəsaitin 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə ödənilməsinə baxmayaraq, kreditor tərəfindən 2017-ci il 31 dekabr tarixinə qədər olan borca aid edildiyini, nəticədə də cavabdehin borcunun 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə borcu həmin məbləğ həcmində artığını müəyyən edib, cavabdehdən 193.956,48 manat əsas borcun və buna müvafiq olaraq da, illik beş faizi olmaqla 9.697,82 manat faizin tutulmalı olması qənaətinə gəlmişdir.
18. Birinci instansiya məhkəməsi mübahisə üzrə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, prosessual hüquq normasının tələbini pozmuş və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bu da əsassız qətnamənin çıxarılmasına səbəb olmuşdur.
19. Birinci instansiya məhkəməsi mübahisəyə MM-in 434-cü maddəsini tətbiq etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
20. İddiaçının tələbi altenativ öhdəlikdən irəli gəlməmişdir. Belə ki, qanun mənasından görünüdüyü kimi (bax § 38) alternativ öhdəlikdə borclunun seçim imkanı olur ki, seçilmiş öhdəliyin icra edilməsi digər öhdəliyin icra olunmasını istisna edir. Ha zırkı iş üzrə isə cavabdehin iddiaçı qarşısında 2017-ci il 28 aprel tarixli və 2018-ci il 3 yanvar tarixli müqavilələrdən irəli gələn müxtəlif öhdəlikləri olmuşdur ki, 2017-ci il 28 aprel tarixli müqavilə üzrə öhdəliyin icra edilməsi və ya əksinə olaraq 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə öhdəliyin icra edilməsi borclunu digər müqavilə üzrə öhdəliyinin icra olunmasını istisna etməməkdədir.
21. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ödənilmiş 273.332,80 manat məbləğində vəsaitin 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə ödənilməsinə baxmayaraq, kreditor tərəfindən 2017-ci il 31 dekabr tarixinə qədar olan borca aid edildiyini yalnız cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsində göstərilənlərə əsasən müəyyən etmişdir. Hərçənd ki, birinci instansiya məhkəməsi çıxarılacaq qətnam əsinin əsaslılığı üçün qeyd edilən faktın təsdiq edilməsi ilə bağlı cavabdehin etirazının əsası kimi istinad etdiyi qeyd olunan faktı təsdiq edən müvafiq ödəniş tapşırıqlarının məhkəməyə təqdim edilməsini təklif etməklə, mühüm əhəmiyyət kəsb edən həmin halı, qeyd edilən hal müəyyən edildiyi halda isə iddiaçıdan iddia tələbinin əsasını dəyişibdəyişməməsini aydınlaşdırmalı idi. Məhkəmənin bu vəzifəsi MPM-in 14-cü maddəsinin tələbindən irəli gəlmişdir.
22. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin iş materiallarında olan məhkəmə iclas protokollarında qeyd edilən prosesin həyata keçirilm əməsi müəyyən edilməkdədir. Buna görə də iddiaçı iddiasının tam təmin olunması üçün apellyasiya şikayətində həmçinin iddiasının əsasını da dəyişərək, şikayətində qeyd etmişdir ki, cavabdehin 2017-ci il üzrə borcu olduğu üçün onun eyni zamanda iki borcu - xüsusən də gecikmiş borcu ödəmək öhdəliyi qüvvədə idi və ödəmək onun vəzifəsi idi. Məhkəmə isə əsassız olaraq, 2017-ci il üzrə qalıq borcun ödənilməsi vəzifəsinin məcburiyyətinə qiymət verməyərək, yalnız 2018-ci il üzrə yaranmış öhdəliklər üzrə ödəmə hüququnu əsas götürmüşdür. İddiaçının iddiasının hüquqi əsasını dəyişməsi isə prosessual qanunvericiliklə yolverilən olmuşdur.
23. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi ödəniş tapşırıqlarından biri istisna olmaqla edilmiş ödənişlərin həqiqətən də 2018-ci il 3 yanvar tarixli müqaviləyə görə edilməsi öz əksini tapmışdır. Lakin iddiaçının tələbi mahiyyət etibarı ilə cavabdehin ona olan ümumi, yəni 467.289,28 manatlıq borcu ilə əlaqədar olmuşdur ki, iddiaçı, cavabdeh tərəfindən ümumilikdə 2018-ci il ərzində 1.616.004,31 manatlıq edilmiş ödənişin bir hissəsini üzləşmə aktı ilə təsdiq olunan, 2017-ci il 31 dekabr tarixinədək mövcud olmuş 273.332,80 manatlıq borc məbləğinə silməsinə əsaslanaraq, iddia ərizəsində borcun 2018-ci il müqaviləsi üzrə tələb etdiyini göstərmişdir.
24. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, 01/089 nömrəli üzləşmə aktı tərtib edilmiş və həmin üzləşmə aktına əsasən 2017-ci il 31 dekabr tarixinə RS-in QSZ-yə 273.332.80 manat məbləğində öhdəliyinin olması təsdiq olunmuşdur. Bundan sonra tərəflər arasında 2018-ci il 3 yanvar tarixdə y eni alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 1.809.960,79 manatlıq mal satılmış və cavabdeh tərəfindən ümumilikdə 2018-ci il ərzində 1.616.004,31 manat ödəniş edilmişdir ki, nəticədə cavabdehin iddiaçıya 2017-ci il tarixli müqavilə üzrə 273.332.80 manat, 2018-ci il tarixli müqavilə üzrə isə 193.956,48 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 467.289,28 manat borcu yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası əsaslı olmaqla, tam təmin edilməli olmuşdur.
25. Cavabdeh iddiadan kənar müqavilələr üzrə tərəflər arasında qarşılıqlı əvəzləşmələr və ödənişlər apanlaraq öhdəliklərin bağlandığını iddia etsə də, 2018-ci il ərzində 2017-ci il tarixli müqavilə üzrə yaranmış borcla bağlı hər hansı bir ödəniş sənədini v ə ya əvəzləşmənin aparılmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hərçənd ki, cavabdeh də iddiaçıya qarşı qaldırdığı pul tələbinə dair iddia ərizəsində iddiaçının borcun qarşılıqlı əvəzləşməsindən imtina etdiyini göstərmişdir.
26. Cavabdeh tərəfindən pul öhdəliyinin icrası gecikdirilmişdir ki, iddiaçı haqlı olaraq MM-in 445.7-ci maddəsinə əsasən cavabdehdən 37.381,84 manat faiz məbləği tələb etmişdir.
27. Məhkəmə öz qətnaməsini MM-in 434, 445.7, 567, 598.2, 598.4, MPM-in 14.2, 77.1, 217.3, 218.1, 384.0.3, 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
28. Qətnamə 2021-ci il 16 noyabr tarixində tərəflərə göndərilmişdir.
29. Cavabdeh 2022-ci il 5 yanvar tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yen i qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Kassator qeyd edir ki, məhkəmə iş materialları ilə demək olar ki, tanış olmadan sözü gedən qətnaməsini çıxarmışdır. Belə ki, iddiaçı tərəf öz iddiasındakı ümumi pul tələbini 2018-ci il 3 yanvar tarixli müqavilə ilə əsaslandırmışdır. Həmçinin, məhkəmə 2018-ci il 31 dekabr tarixədək həmin pulun ödənilməsinin gecikdirilməsini də qeyd etmişdir. Lakin məhkəmə iddia predmetində olan müqaviləni tam olaraq araşdırmamışdır, ona görə ki, iş materiallarında cavabdeh tərəfindən təqdim olunmuş 2017-ci il 28 aprel (N HGC GD 002/17) tarixə qədər iddiaçıya olan borc 273.332,80 manat olmuşdur. 2017-ci ilin müqaviləsi iddiaçı tərəfindən verilmiş iddianın predmeti ola bilməzdi. Çünki, iddiaçı tərəf ancaq 2018-ci ilin müqaviləsindən şikayət verdiyi halda məhkəmə qanunsuz və əsassız olaraq iddia predmetindən lüzumsuz kənara çıxmışdır və buna heç bir əsas göstərməmişdir.
31. Buradan o qənaətə gəlmək olar ki, məhkəmə qərəzli şəkildə və ya qanunvericliyin tələblərini bilmədən və ya öyrənmədən bu kobud pozuntuya yol verərək bizim hüquqlarımızı birbaşa pozmaqla yalnız iddiaçının müdafiəsində durmuşdur. Belə ki, cavabdeh tərəf 2017-ci il 28 aprel tarixli müqavilə üzrə 273.332,80 manat borcun olması barədə sənədi təqdim etmişdir, və tərəflər arasında 2016-2017-2018-ci illərdə bir neçə müqavilə və ona əlavələr imzalanıb. Tərəflər arasında 2016-2017-ci illər üzrə imzalanmış müqavilələr üzrə qarşılıqlı əvəzləşmələr aparılmışdır. Məhkəmədə bu müqavilələr üzrə iddia sürülməd iyindən cavabdeh bununla bağlı məhkəmə araşdırılmasına da hər hansı bir sənəd təqdim etməmişdir. Əgər qarşı tərəfin belə bir iddiası olsa idi, o məhkəmədə öncə pretenziya qaydasında mübahisənin həlli üçün ən azından qanunvericliliyə uyğun şəkildə pretenziyada qeyd edərdi.
32. Həmçinin, həmin borcun 2018-ci il tarixli müqaviləyə aid olmaması barədə akt və müqavilə ilə sübutlar təqdim etmişdir. Amma Apellyasiya Məhkəməsi MPM-nin 88-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin maddənin mənasına əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Cavabdeh tərəf 2018-ci il tarixə aid olan qaimə faktural arı və ödənilmiş pulların ödəniş tapşırıqları məhkəməyə təqdim etmişdir. Amma məhkəmə bunlara hüquqi qiymət verməmişdir və 2017-ci ilin müqaviləsində olan pul məbləğinin iddiaçı tərəfindən mübahisələndirmədiyi halda, tələbdən qanunsuz kənara çıxmaqla sözü gedən mübahisəli qətnaməsini çıxarmışdır.
34. Kassator kassasiya şikayətini MPM-in 4.1, 14.2, 77.1, 106.1, 217, 218.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instans iyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
38. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzər də tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
434. Alternativ öhdəlik 434.1. Bir neçə öhdəlikdən biri (alternativ öhdəlik) icra edilməli olduqda seçmək hüququ, əgər müqavilədən, bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, borcluya mənsubdur. Seçmək hüququ kreditora mənsubdursa, borclu ona ağlabatan müddət təyin edərək öhdəliyi seçməsini tələb edə bilər. Kreditor öhdəliyi vaxtında seçməzsə, həmin müddət keçdikdən sonra seçmək hüququ borcluya keçir. 434.2. Əgər borclunun icra edilməli iki hərəkətin birindən imtina etməyə ixtiyarı çatırsa, digər hərəkəti icra etmək öhdəliyi qüvvədə qalır. 434.3. Alternativ öhdəliyin seçilməsi bunun digər tərəfə bəyan edilməsi və ya icranın həyata keçirilməsi vasitəsilə yerinə yetirilir. Seçilmiş öhdəlik əzəldən icra edilməli öhdəlik sayılır. 434.4. Bu Məcəllənin 434.1, 434.2 və 434.3-cü maddələrinin qaydaları seçim predmetinin icra edilməli ikidən çox öhdəlikdən ibarət olduğu hallarda da tətbiq edilir. “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə
448. Öhdəliklərin icra edilməmə si üçün borclunun məsuliyyəti... 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcə llənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər....”
40. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli o lan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə
216. Qətnamənin çıxarılması 216.1. İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İV. A Lİ MƏHKƏMƏNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 29-32) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları, həmçinin prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual pozuntulara yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cavabdehin iddiaçı qarşısında iki müqavilə üzrə pul öhdəliyinin olduğunu, onlardan birinin 2017-ci il 31 dekabr tarixinə qədər, digərinin isə 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə yarandığını, tərəflər arasında bağlanmış 20 18-ci il 5 yanvar tarixli, 01/089 nömrəli üzləşmə aktına əsasən 2017-ci il 31 dekabr tarixinə cavabdehin iddiaçıya 273.332.80 manat məbləğində öhdəliyinin olduğunu, cavabdeh tərəfindən ödənilmiş 273.332.80 manat məbləğində vəsaitin 2018-ci il 3 yanvar tarixli müqavilə üzrə ödənilməsinə baxmayaraq, kreditor tərəfindən 2017-ci il 31 dekabr tarixinə qədər olan borca aid edilmişdir.
43. Məhkəmə tərkibi hesab edir ki, 01/089 nömrəli üzləşmə aktı tərtib edilmiş və həmin üzləşmə aktına əsasən 2017-ci il 31 dekabr tarixinə RS-in QSZ-yə 273.332.80 manat məbləğində öhdəliyinin olması təsdiq olunmuşdur. Bundan sonra tərəflər arasında 2018-ci il 3 yanvar tarixdə yeni alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 1.809.960,79 manatlıq mal satılmış və cavabdeh tərəf indən ümumilikdə 2018-ci il ərzində 1.616.004,31 manat ödəniş edilmişdir ki, nəticədə cavabdehin iddiaçıya 2017-ci il tarixli müqavilə üzrə 273.332.80 manat, 2018-ci il tarixli müqavilə üzrə isə 193.956,48 manat olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 467.289,28 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunda da cavabdehdən 467.289,28 manat borcun ödənilməsi tələb olunmuşdur.
44. İddiaçının tələbi mahiyyət etibarı ilə cavabdehin ona olan ümumi, yəni 467.289,28 manatlıq borcu ilə əlaqədar olmuşdur ki, iddiaçı, cavabdeh tərəfindən ümumilikdə 2018-ci il ərzində 1.616.004,31 manatlıq edilmiş ödənişin bir hissəsini üzləşmə aktı ilə təsdiq olunan, 2017-ci il 31 dekabr tarixinədək mövcud olmuş 273.332,80 manatlıq borc məbləğinə silməsinə əsaslanaraq, iddi a ərizəsində borcun 2018-ci il müqaviləsi üzrə tələb etdiyini göstərmişdir.
45. Kassasiya şikayətinin digər dəlillərində ümumi xarakterli ifadələrlə kifayətlənmiş, hansı pozuntulara yol verildiyi konkret olaraq göstərilməmişdir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-də işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır.
47. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş m əsələlərə cavab verilməsi ilə məhdudlaşdırır.
49. Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası kassasiya şikayətinin istər maddi, istərsə də prosessual hüquq normasının tətbiqi baxımından da hər hansı bir qaydada əsaslandırılmamış dəlil üzrə hüquqi qiymətləndirmənin aparılması qeyri-mümkün olduğunu qeyd edir.
50. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, qəbul etdiyi qətnamənin ləğv edilməsinə səbəb olan hər hansı hüquq pozuntusuna yol verməmişdir.
51. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC-nin kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-c i il 3 noyabr tarixli 22(104)-175/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir