Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-176/2019 07.05.2019 ALİ MƏHKƏMƏ İş 2-2(102)-176/2019 Azərbaycan Respublikası adından QƏRAR 7 may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Dadaşov Elvin Etibar oğlunun katibliyi, Cavabdeh İB-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin (bundan sonra iddiaçı) Cavabdeh İB-yə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər “xxxx” MMC və “xxxx” MMC, bundan sonra üçüncü şəxslər) pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-1003/18 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsin dən cavabdehin verdiyi kassasiya şikayətinə baxaraq müəyyən etdi: işin halları: 22 sentyabr 2016-cı il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 4.323 manat zərər ödənişi kimi X5 ödənilmişdir. 2 iyun 2017-cı il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 6.000 manat zərər ödənişi kimi X5 ödənilmişdir. İddiaçı tərəfindən verilmiş Yumuxov İsmayıl oğluna daşınar əmlaka görə dəymiş zərərin hesabatı haqqında məlumata əsasən dəyən zərərin ümumi məbləği 6.400 manat qeyd edilmişdir. İddiaçı tərəfindən verilmiş şəhadətnaməyə əsasən X5 məxsus tikinti tresti, məişət və xırdavat malları 40.000 manat dəyərində sığorta olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 iyun 2016-cı il tarixli qərara əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin baş müstəntiqi, mayor X3, icraatında olan materialı nəzərdən keçirib, 19 fevral 2016-cı il tarixdə saat 23 radələrində Zaqatala rayonu Danaçı kəndində yerləşən, X5 məxsus tikilidə yanğınla müşayiət olunan partlayış baş vermiş, nəticədə həmin vaxt orada olan İsmayıl Yumuxov və qohumu X1 yanıq xəsarətləri almış, əmlaka maddi ziyan dəymişdir...Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2016-cı il tarixli rəyinə əsasən müəyyən olunur ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən, X5 məxsus tikilidə partlayış nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 4.423 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2016-cı il tarixli rəyinə əsasən müəyyən olunur ki, partlayışın mənbəyi, iki mərtəbəli tikilinin birinci mərtəbəsində, üzbəüz durduqda sol tərəfdə yerləşən təsərrüfat malları satışı dükanında olmuşdur və həmin sahədən yanaşı yerləşən sağ və sol tərəflərdə yerləşən dükan kimi istifadə edilən sahələrə, eləcə də qismən ikinci mərtəbədə yerləşən otaqlara yayılmışdır. Partlayışın səbəbi, partlayış baş vermiş iki mərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən təsərrüfat mallarının satışı dükanına, yerin altı ilə tikilinin qarşısından keçən 110 mm və 315 mm-lik yeraltı plastik qaz borularından 110 mm-lik olan borunun üçlük hissəsinin qaynaq yerin də əmələ gəlmiş sızıntı yerindən təbii qazın sızması olmuşdur. Baş vermiş hadisədə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 1.9.1 bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.19, 2.62, 9.30 bəndlərinin və “Qazdan istifadə qaydaları”nın 3.1-3.1.3, 3.1.7 bəndlərinin tələbləri pozulmuşdur. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 1.9.1 bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 2.62 bəndlərinin tələbləri cavabdehin sifarişinə əsasən 2011-ci ilin dekabr ayından başlayaraq Zaqatala rayonu, Danaçı kəndinin qazlaşdırılması işlərini aparmış “xxxx” MMC-nin məsul şəxsləri tərəfindən pozulmuşdur. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 1.9.1 bəndlərinin, “Qaz təsərrü fatında təhlükəsizlik qaydaları”nın 1.19, 2.62 bəndlərinin tələbləri 2011-13-cü illərdə Zaqatala rayonu, Danaçı kəndində qazlaşdırma işləri aparmış “xxxx” MMC-dən, 2013-cü ilin iyul ayında istismara qəbul etmiş cavabdeh tərəfindən yaradılmış komissiyada iştirak etmiş məsul şəxslər tərəfindən pozulmuşdur. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 1.9, 1.9.1 bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.19, 9.30 bəndlərinin və “Qazdan istifadə qaydaları”nın 3.1-3.1.3, 3.1.7 bəndlərinin tələbləri “xxxx” MMC-nin Təmiz Qaz Xidmətinin Zaqatala Regional Layihəsinin mühəndisi X2 tərəfindən, sonuncu dəfə 17 dekabr 2015-ci il tarixdə qaz xətlərinə texniki baxış keçirmiş “xxxx2 MMC-nin Təmiz Qaz Xidmətinin Zaqatala Regional Layihəsinin xətt baxıcıları X15 v ə həmin vəzifədən çalışan X11 tərəfindən pozulmuşdur. Beləliklə, hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekspertiza rəyləri və yoxlama zamanı toplanmış digər sənədlərlə müəyyən olunmuşdur ki, 19 fevral 2016-cı il tarixdə saat 23 radələrində Zaqatala rayonu Danaçı kəndində yerləşən, X5 məxsus tikiliyə yerin altı ilə tikilinin qarşısından keçən 110 mm-lik plastik qaz borusundan təbii qazın sızması səbəbindən yanğınla müşayiət olunan partlayış baş vermiş, həmin vaxt tikilidə olan İ.A.Yumuxov yüngül dərəcəli, X1 dərəcəsi təyin edilməyən xəsarətlər almışlar. Baş vermiş partlayış hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın və “Qazdan istifadə qaydaları”nın tələbləri Zaqatala rayonu, Danaçı k əndinin qazlaşdırılması işlərini aparmış “xxxx” MMC-nin, məsul şəxsləri, 2013-cü ilin iyul ayında həmin xətləri istismara qəbul etmiş cavabdeh tərəfindən yaradılmış komissiyada iştirak etmiş məsul şəxsləri, “xxxx” MMC-nin Təmiz Qaz Xidmətinin Zaqatala Regional Layihəsinin mühəndisi X2, xətt baxıcıları X15 və X11 tərəfindən pozulmuşdur. Lakin yoxlama materiallarından göründüyü kimi hadisə nəticəsində X12 yüngül dərəcəli, X1 dərəcəsi təyin edilməyən xəsarət almış, digər şəxslərin sağlamlığına zərər vurulmamış, İ.A.Yumuxova dəymiş 4.423 manat ziyan ağır nəticə kimi qiymətləndirilmişdir. Zaqatala rayon Danaçı Bələdiyyəsinin sədri A.M.Həlləyev tərəfindən verilmiş məktuba əsasən 19 fevral 2016-cı il tarixdə Zaqatala rayonu Danaçı kəndində, kənd sakini X5 məxsus ticarət obyektinə paylayıcı qaz kə mərindən ticarət obyektinə yeraltı qaz sızması nəticəsində obyektdə güclü partlayış baş vermişdir. Bu hadisə ilə əlaqədar Danaçı bələdiyyəsi üzvlərindən ibarət yaradılmış komissiya hadisə yerində olmuşdur. Partlayış nəticəsində ticarət obyektinə və yaşayış evinə külli miqdarda maddi ziyan dəymişdir. İddiaçı 24 may 2018-ci il tarixdə cavabdehə (üçüncü şəxslərə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş X4 əmlakına dəymiş zərərin əvəzi qismində iddiaçı tərəfindən ödənilmiş daşınar əmlaka görə 6.000 manat, daşınmaz əmlaka görə 4.323 manat, ümumilikdə isə 10.323 manat sığorta ödənişinin və məhkəmə xərcləri üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırı lmışdır ki, qanunvericiliyə uyğun olaraq dəymiş zərərə müvafiq qaydada sığorta ödənişi verildiyindən həmin məbləğ həddində cavabdehə qarşı subroqasiya hüququ yaranmış və bu barədə cavabdehə pretenziya qaydasında ödənişin həyata keçirilməsi ilə əlaqədar sorğu verilmiş, lakin cavabdeh tərəfindən ödənişin verilməsindən imtina olunmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsinə və dəymiş zərərə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş 10.323 manat məbləğin subroqasiya hüququna əsasən məhkəmə qaydasında cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsinə zərurət vardır. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 936, 1096, 1097, 1128-ci maddələrinə, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.3-cü bəndinə istina d olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X9, 2-2(82)-516/2018 saylı iş) 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehdən daşınar əmlaka görə 6.000 manat, daşınmaz əmlaka görə 4.323 manat, ümumilikdə isə 10.323 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X13məruzəçi, X6 və X7, 2-2(103)-1003/18 saylı iş) 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 5 mart 2019-cu il tarixdə kassasiya şika yəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Zaqatala rayonu Danaçı kəndinin qazlaşdırılması işləri “xxxx” MMC tərəfindən aparılmışdır. Daha sonra həmin işlər cavabdeh tərəfindən istismara qəbul edilmişdir. Cavabdeh ilə “xxxx” MMC arasında satınalma müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə məxsus yeraltı və yerüstü qaz xətlərinə, siyirtmələrə, quyulara texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərinin yoxlanılması və sazlanması xidmətlərinin aparılması “xxxx” MMC-yə tapşırılmışdır. Göründüyü kimi, cavabdehə məxsus yeraltı və ye rüstü qaz xətlərinə baxış keçirib mövcud nöqsanlar barəsində cavabdehə məlumat vermək “xxxx” MMC-nin müqavilə öhdəliyi olmuşdur. Mülki Məcəllənin 21.3-cü maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən üçüncü şəxslərin zərərin yaranmasında təqsirli olmaları nəzərə alınmamışdır. Belə ki, mülki iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 iyul 2016-cı il tarixli qərarında istinad edilmiş 31 may 2016-cı il tarixli ekspert rəyində 19 fevral 2016-cı il tarixdə Zaqatala rayonu Danaçı kəndində baş vermiş hadisədə üçüncü şəxslərin və cavabdehin məsul şəxslərinin də təqsirli olması müəyyən edilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbi baxımından delikt məsuliyyətinin yaranması üçün 4 şərtin məcmu halda mövcudluğu tələb olunur:
1. Zərərin mövcudluğu;
2. Zərər vuranın əməlinin qanuna zidd olması;
3. Zərər və qanunazidd əməl arasında səbəbli əlaqə;
4. Zərər vuranın təqsiri. Göründüyü kimi, 19 fevral 2016-cı il tarixdə Zaqatala rayonu Danaçı kəndində yerləşən X5 məxsus tikilidə yanğınla müşayiət olunan partlayış hadisəsi nəticəsində iddiaçı tərəfindən dəymiş zərərə görə ödənilmiş 10.323 manat həddində ödənişi cavabdehdən tutula bilməzdi. Cavabdehi seçmək hüququ iddiaçıya aid olsa da, ən azı işə baxan məhkəmələr tərəfindən iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi, zərərin vurulmasında təqsirli olan şəxslərin təqsirinin dərəcəsi müəyyən edilməli və cavabdehin məsul şəxslərinin əməlləri ilə dəymiş ziyan arasında səbəbli əlaqəni araşdırmaqla vurulmuş ziyanda sonuncuların təqsirinin dərəcəsi müəyyən ed ilməli və bütün bunlardan sonra iddia tələbinin əsaslı olması qənaətinə gəlinməli idi. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X5 məxsus tikinti tresti, məişət və xırdavat malları iddiaçı cəmiyyətdə 40.000 manat dəyərində siğorta olunmuşdur. 19 fevral 2016-cı il tarixdə saat 23 radələrində İ.Yumuxova məxsus binada partlayış baş vermişdir. Partlayışın səbəbi, partlayış baş vermiş iki mərtəbəli tikilinin birinci mərtəbəsində yerləşən təsərrüfat mallarının satışı dükanına, yerin altı ilə tikilinin qarşısından keçən 110 mm və 315 mm-lik yeraltı plastik qaz borularından 110 mm-lik olan borunun üçlük hissəsinin qaynaq yerində əmələ gəlmiş sızıntı yerindən təbii qazın sızması olmuşdur. Baş vermiş hadisədə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01- 2001) 1.2, 1.9, 1.9.1 bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 1.19, 2.62, 9.30 bəndlərinin və “Qazdan istifadə qaydaları”nın 3.1-3.1.3, 3.1.7 bəndlərinin tələbləri pozulmuşdur. İ.Yumuxova dəyən zə rərə görə iddiaçı tərəfindən ona 22 sentyabr 2016-cı il tarixdə 4.323 manat, 2 iyun 2017-ci ildə 6.000 manat ödəmə edilmişdir. İddiaçı hesab edir ki, partlayış cavabdehin təqsirli hərəkəti nəticəsində baş verdiyindən tərəfindən ödənilən sığorta məbləği subroqasiya qaydasında cavabdehdən tutulmalıdır. Sığorta hadisəsinin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsi hadisə ilə bağlı təhqiqat və istintaq orqanlarının topladığı sübutlar, o cümlədən ekspertiza rəyləri ilə sübuta yetmişdir. Cavabdeh hesab edir ki, məhkəmə iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişini, zərərin vurulmasında təqsirli olan şəxslərin təqsirinin dərəcəsini müəyyən etməmiş, cavabdehin məsul şəxslərinin əməli ilə dəymiş ziyan arasında səbəbli əlaqəni araşdırmamış, cavabdehin təqsirinin dərəcəsini müəyyən etməmi şdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İ.Yumuxova məxsus binada partlayışın baş verməsi səbəbi cavabdehə məxsus 110 mm və 315 mm-lik yeraltı plastik qaz borularından 110 mm-lik borunu üçlük hissəsinin qaynaq yerində əmələ gəlmiş sızıntı yerindən təbii qazın sızması olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə qaydaları”nın 3.1.3-cü bəndinə görə qazpaylayıcı (bu işdə cavabdeh) şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (926.1-ci maddə). Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığo rta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.1-ci maddə). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1-ci maddə). “Sığorta haqqında” Qanunun 37.1-ci mad dəsinə əsasən, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İ.Yumuxovun əmlakının iddiaçı tərəfindən sığorta olunması, sığorta hadisəsinin baş verməsi, sığorta hadisəsinə görə iddiaçının sığorta məbləği ödəməsi cavabdeh tərəfindən mübahisə olunmamışdır. İ.Yumuxova dəyən zərərin məbləği, həmin zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində vurulması, cavabdehin təqsirli hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqənin mövcudluğu apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı sübuta yetmişdir. MPM-in 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instans iyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. MPM-in 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. MPM-in 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. MPM-in 386-cı maddəsində qeyd edilir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. A pelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə işdə olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq tətbiq olunan hüquq normalarına müvafiq olaraq qiymət vermişdir. Bəhs edilənlərə əsasən kassasiya şikayəti təmin edilə bilməz. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh İB-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-1003/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbu