Məhkəmə qərarları › İş №2-2(102)-177/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-177/2019

19.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-177/2019 19.06.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İlk iddia üzər iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X2. Şti” şirkətinin ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-177/19 Bakı şəhəri 19 iyun 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı “X2 LTD ŞTİ” şirkətinin nümayəndəsivə vəkiliVəkil, Cavabdeh-nin nümayəndəsi və vəkili xxx3 və nümayəndəsi Zülfi Həsənovun iştiraklXXXiddia üzər iddiaçı, qarşılıq lı iddia üzrə cavabdeh “X2. Şti” şirkətinin nümayəndəsi Vəkil və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin direktoru xxx1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-2(103)-666/2018 saylı qətnaməsindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “X2. Şti” şirkəti Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 58.364,04 ABŞ dolları məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, cavabdeh məhkəməyə iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 133.954,5 AZN və 127.786,0 ABŞ dolları məbləğində vəsaitlərin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə q ətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2-2(81)-89/2018 saylı qətnaməsi ilə (hakim Aida Hüseyn) ilk iddia tələbi təmin edilməmişdir. Məhkəmənin qətnaməsi ilə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, 73.101 AZN və 18000 ABŞ dolları və 10 manat ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin qətnamədən həmçinin ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv, ilk iddia tələblərinin tam həcmdə təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-2(103)-666/2018 saylı qətnaməsi ilə (sədrlik edən Mirzə Tağızadə, hakimlər Ülvi Mayılov və Kəmalə Abiyeva) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Hazırki mübahisə tərəflər arasında mövcud olmuş alqı-satqı və podrat müqavilələrindən irəli gəlmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 13 may 2015-ci il tarixli BKSP-028 saylı “Malların alqı-satqısı haqqında” müqav ilənin təsdiq olunmuş surətindən görünür ki, bu müqaviləyə əsasən, satıcı malı alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən satılan malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 müəyyən edilir. 2.4-cü bəndinə əsasən hazırkı müqavilənin predmeti olan mallar, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin adına Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirlik kompleksinin tikintisi çərçivəsində alınır. Tərəflər arasında imzalanmış 13 may 2015-ci il tarixli “Qiymət razılaşdırma protokolu (Əl-1)”nun təsdiq olunmuş surətindən görünür ki, müqavilənin ümumi dəyəri 223.500 ABŞ dolları təşkil edir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış 28 iyul 2015-ci il tarixli (BKSP) 029 saylı müqavilənintəsdiq olunmuş surətindən görünür ki, hazırkı Müqavilə ilə Podratçı, işlə bağlı kifayət qədər məlumatı, təcrübəsi və referansları olan mütəxəssis bir heyət olduğunu bildirərək, Bakı şəhəri, Xətai rayonu 1210-cu məhəllə ünvanında yerləşən Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirlik binası kompleksinin tikintisi çərçivəsində pvc doğrama, aliminium və profil quraşdırılması işlərini bu müqavilənin əlavələrinə, şərtnaməyə və çertyojlarına uyğun olaraq icra edəcəyini öhdəsinə götürür. Hazırkı Müqavilənin əlavələrində qeyd edilən işin detallı texniki xüsusiyyətlərinə, texniki şərtnamələrə, standartlara uyğun və Sifarişçinin təsdiqi ilə yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq tələb olunan dizaynı, işlərin planlanmasını, sığortaların etdirilməsini, sertifikatların alınmasını, materialların alınmasını, materialların istehsalını və icrasını, müqavilənin başlanğıc tarixindən etibarən infrastruktur işlərinin görülməsini, quraşdırma işlərinin, sınaqların və kalibirasiyanın aparılmasını, ölçmələrin və cihazların köklənməsini, avadanlıqların işlədilməsini, sənədləşmənin aparılmasını və istifadəçinin təlimini Podratçı aparmalıdır. 1.3-cü bəndinə əsasən hazırkı Müqavilə, imzalandıqdan sonra qüvvəyə minir və müqavilədə qeyd olunan qarantiya müddətinin sonuna qədər qüvvədədir. Tərəflər arasında imzalanmış 27 iyul 2015-ci il tarixli BKSP-029 saylı müqavilənin “Qiymət razılaşdırma pr otokolu (Əl-1)” təsdiq olunmuş surətindən görünür ki, müqavilənin ümumi dəyəri 74.500 ABŞ dolları təşkil edir. Ödəniş sənədlərinin surətlərindən görünür ki, Cavabdeh tərəfindən “X3.Şti” şirkətinə 13 may 2015-ci il tarixli BKSP-028 saylı alqı-satqı müqaviləsinə əsasən 02 iyul 2015-ci il tarixdə 61.750 ABŞ dolları, 21 may 2015-ci il tarixdə 50.000 ABŞ dolları, 05.0 2015-ci il tarixdə 61.677 ABŞ dolları və 01 dekabr 2015-ci il tarixdə 50.073 ABŞ dolları ödəniş həyata keçirilmişdir. CH ödəmə sənədlərinin surətlərindən görünür ki, ilk iddia tələbi üzrə iddiaçıya 03 oktyabr 2015-ci il tarixdə 610.57 ABŞ dolları (640 AZN), 03 noyabr 2015-ci il tarixdə 587.17 ABŞ dolları (616 AZN), 12 noyabr 2015-ci il tarixdə 600 ABŞ dolları (630 AZN), 24 noyabr 2015-ci il tarixdə 300 ABŞ dolları (315 AZN), 01 d ekabr 2015-ci il tarixdə 20 000 ABŞ dolları (21020 AZN), 01 dekabr 2015-ci il tarixdə 570.78 ABŞ dolları (600 AZN) və 05 yanvar 2016-cı il tarixdə 304.29 ABŞ dolları (475 AZN), 05 yanvar 2016-cı il tarixdə 51.25 ABŞ dolları (80 AZN) ödəniş həyata keçirilmişdir. Tərəflər arasında imzalanmış 13 may 2015-ci il tarixli BKSP-028 saylı və 28 iyul 2015-ci il tarixli BKSP/029 saylı müqavilələrə qiymətlərin razılaşdırılması protokolu (Əlavə1) əlavə edilmiş, həmin əlavələrə əsasən ödənilməli məbləğlər və görülməli işlər razılaşdırılmış, 28 iyul 2015-ci il tarixli müqavilənin 5.3-cü bəndinə əsasən isə müqavilənin icra müddətində işlərin həcmində və layihələrdə Cavabdeh tərəfindən dəyişikliklər edilə biləcəyi, müqavilə qüvvəyə mindikdən sonra Cavabdeh tərəfindən işlərin həcmində edilən dəyişikliklərin bu müqavilə ilə müəyyən edilmiş vahid qiymətlərin əsasında aparılmalı olduğu razılaşdırılmışdır. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən Cavabdeh-yə ünvanlanan 18 oktyabr 2016-cı il tarixli 30-1/370 saylı məktubun təsdiq olunmuş tərcüməsindən görünür ki, Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi binanın istismarı zamanı aşkar olunan qüsurların bu günə qədər aradan qaldırılmadığını bildirmiş və aşağıdakı qüsurların olduğunu sadalamışdır:

1. İnzibati binanın üçüncü mərtəbəsində konfrans zalının şüşə birləşmələri arasında şüşə günbəz su axıdır. Bu problem kardinal həll tələb edir, əvvəlki akt və məktublarda qeyd olunmuşdur. İşlər görülmüşdür, lakin onlar tələb olunan nəticə verməmişdir. Həmçinin, keyfiyyətsiz bərkidilmiş şüşə aşkar olunmuşdur. İnzibati binanın perimetri üzrə üçüncü mərtəbənin iki kabinetində və pilləkən hissəsində, həmçinin səfirin kabinetində fasad divarı tərəfdən ikinci mərtəbədə axıntılar var.

3. Yaşayış evində olan üç paltaryuyan və iki qabyuyan maşın bu günə kimi təmir olunmayıb.

4. İnzibati binanın zalında çatlamış güzgülər dəyişdirilməmişdir.

5. Növbəti dəfə torpaq sularının çəkilməsi üçün dərinlik nasosu yanmışdır.

6. Pis germetizasiya olduğuna görə yağış suyunun içəri daxil olması səbəbindən bina fasadının işıqlanmasının iki işığı yanmışdır. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə Baş podratçı Cavabdeh arasında 30 dekabr 2013-cü ildə imzalanan Səfirliyin binalar kompleksinin tikintisi haqqında müqavilənin 12-ci maddəsinin 3-cü bəndinə müvafiq olaraq təcili ol araq yuxarıda qeyd olunan çatışmazlıqların və qüsurların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə cərimə ödənilməsi ilə bağlı ödəniş sənədlərinin surətlərindən görünür ki, 24 dekabr 2015-ci il tarixdə 3723.20 ABŞ dolları (5800 AZN) və 40300 ABŞ dolları (67301 AZN) ödəniş həyata keçirilmişdir. Qarşılıqlı iddianın 36.600 AZN cərimənin tutulması hissəsinə gəlincə qarşılıqlı iddiaçı iş üzrə iddiaçı tərəflər arasında imzalanmış 28 iyul 2015-ci il tarixli, BKSP/029 saylı müqavilənin 11.2-ci bəndində qeyd edilən mərhələli müddətlərə uyğun işləmədikdə hər bir mərhələ müddətinə riayət olunmaması nəticəsində hər gecikdirilən gün üçün 300 AZN nisbətində gecikmə cəriməsi olar aq 36600 AZN (122x300 AZN) (işlərin təhvil verilməli olduğu 28 sentyabr 2015-ci il tarixdən işin dayandırıldığı 30 yanvar 2016-cı il tarixədək) məbləğin tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddia üzrə iddiaçı da 30 yanvar 2016-cı il tarixə qədər gecikdirilmiş müddətdə işin təhvil veriləcəyini düşündüklərini bildirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmçinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən işlərin təhvil verilməli olduğu 28 sentyabr 2015-ci il tarixdən təhvil verilmədən işin dayandırıldığı 30 yanvar 2016-cı il tarixə qədər 122 gün işin gecikdirilməsinin əvəzi olaraq tərəflər arasında imzalanmış 28 iyul 2015-ci il tarixli müqavilənin 11.2-ci (Cərimələr) bəndinə istinad etmişdir ki, həmin bənddə həmçinin qeyd olunur ki, tamamlama tarixində işləri biti rmədikdə gecikdirilən hər gün üçün Müqavilə dəyərinin 1 %-i (bir faiz) nisbətində gecikmə cəriməsi ödənilməlidir. 28 iyul 2015-ci il tarixli müqavilənin ümumi dəyərinin 74.500 ABŞ dolları olduğu nəzərə alınsa, həmin məbləğin bir faizi 745 ABŞ dolları, 122 gün üçün ödənilməli məbləğ isə 90.890 ABŞ dolları təşkil edir. Apellyasiya şikayətinə əlavədə qarşılıqlı iddia üzrə iddiaçı cərimənin texniki səhv olaraq 90.890 ABŞ olmaqla göstərildiyini, əslində isə müqavilənin ümumi dəyərinin 1 faizi miqdarında, yəni 363.560 ABŞ dolları olmaqla tələb edildiyini bildirmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, ilk iddiaçı borcun qəbul olunmayan hissəsinin əlavə işlərə aid olması, həmin əlavə işlərin tərəflər arasında razılaşdırıldığını və həmin işlər barəd ə cavabdehə yazılı formada bildirdiyini, cavabdehin isə həmin işləri bəyənərək qəbul etdiyini bildirsə də, tələbinin əsaslığına dair hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı əlavə işlərlə bağlı mövqeyini yalnız tərəflər arasında e-mail vasitəsilə aparılmış yazışmalarla əsaslandırmağa çalışmış, apellyasiya məhkəməsi isə mülki prosessual qanunvericiliyin tələbləri baxımından həmin yazışmaları mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı əlavə işlərin həcmi və layihədə dəyişiklik edilməsi, habelə müqavilədə nəzərdə tutulmuş işlərin qəbul olunmasına dair aylıq və ya yekun işlərin qəbul aktını da məhkəməyə təqdim etməmişdir. Bundan başqa bildirilmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi nə kirayə və kommunal xərclərlə bağlı ödədiyi 30 dekabr 2015-ci il tarixdə 5800 AZN və 67301 AZN vəsait qarşılıqlı iddia üzrə cavabdehin işin vaxtında təhvil verilməməsi səbəbindən ödənildiyindən məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin həmin hissədə təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşı tərəfə işin mərhələli şəkildə təhvil verilməsi ilə bağlı xəbərdarlığın edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmadığından, həmçinin ilk iddia üzrə iddiaçı tərəfindən işlərin gecikməli də olsa tamamlanması gözlənildiyindən işin mərhələli şəkildə təhvil verilməsi səbəbindən cərimənin tətbiq edilməsi üçün də əsas mövcud olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddi a üzrə iddiaçı müqavilənin dəyərinin 50 faiz məbləğində avansı 13 may 2015-ci il tarixdə, yəni müqavilə imzalandıqdan 50 təqvim günü sonra ödəmişdir. Bu səbəbdən, gecikdirilmiş cərimə məbləği 122 gün deyil, 72 gün üçün tələb oluna bilərdi. Məhkəmə kollegiyası mülki qanunvericiliyin tələblərinə istinad etməklə qarşılıqlı iddia üzrə iddiaçının 363.560 AZN məbləğində penya tələbini 18.000 ABŞ dolları həddində azaltmışdır. Bundan başqa, qarşılıqlı iddia üzrə cavabdehdən tələb olunan məbləğin 8977,5 AZN kupolun yenidən düzəldilməsinə, 20.000 AZN qüsurların aradan qaldırılması üçün əlavə xərclərə, 11.502 ABŞ dolları işçilik haqqı üçün və 25.394 ABŞ dolları materialların alınması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən qarşılıqlı iddia həmin hissələrdə də təmin edilməməlidir. Mə hkəmə kollegiyası iddia müddətinin tətbiqinə dair ərizənin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunanadək verilməli olduğunu qeyd etməklə ilk iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddiaya iddia müddətinin tətbiqinə dair apellyasiya məhkəməsinə ərizənin təqdim olunmasını istisna etmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsimaddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 375.2, 385.1, 386.1, 389.1, 390.1, 442, 443.1, 448.1, 460.1, 462.3, 467, 752, 753.1, 769, 770, 1115, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1, 89.2-cimaddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçıkassasiya şikayəti verərək onun qarşılıqlı iddianın təmin olunmadığı hissədə ləğv, qarşılıqlı iddianın tam təmin edilməsi və qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı şikayətində bildirmişdir ki, tərəflər arasında mal-materialların təchiz edilməsinə və razılaşdırma protokoluna dair 13 may 2015-ci il tarixli təchizat müqaviləsinin məbləği 223.500 ABŞ dolları, quraşdırma işlərinin aparılmasına və razılaşdırma protokoluna dair 28 iyul 2015-ci il tarixli podrat müqaviləsinin məbləği isə 74.500 ABŞ dolları nəzərdə tutulmuşdur.Qarşılıqlı iddia üzrə cavabdeh “X2 ŞTİ” şirkəti işi başa çatdırmaqla 28 sentyabr 2015-ci il tarixdə təhvil verməli olsa da, işi podrat müqaviləsində nəzərdə tutulmuş mərhələli müddətlərə uyğun olaraq zamanında görməmiş, habelə 30 yanvar 2016-cı il tarixdə işi başa çatdırmadan dayandıraraq iş yerini tərk etmişdir. Ümumilikdə “X3 ŞTİ” şirkətinə ödənilmiş lakin yerinə yetirilməmiş işlərin və materialın dəyəri 36.896 ABŞ dolları təşkil etmişdir. Bundan başqa bildirilmişdir ki, tərəflər arasında imzalanmış podrat müqaviləsinin şərtlərinə görə “X2 ŞTİ” şirkətinin işlərin mərhələli təhvil müddətinə riayət olunmadığına görə 122 günlük gecikdirilən müddət üçün 36.600 AZN, tamamlama tarixində işləri bitirmədiyinə görə isə həmin müddət üçün 363.560 ABŞ dolları cərimə borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı həmçinin qeyd etmişdir ki, işin vaxtında başa çatdırılmaması səbəbindən Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi öz binasına vaxtında köçə bilməmiş bu səbəbdən, müəssisədən 67.301 AZN kira yə haqqı və 5800 AZN kommunal xərclər tutulmuşdur. Habelə, “İddiaçı ŞTİ” şirkəti tərəfindən keyfiyyətsiz görülmüş işlərə görə müəssisə kupolun düzəldilməsi üçün 8977,5 AZN, digər keyfiyyətsiz və qüsurlu işlərə görə isə 20.000 AZN əlavə vəsait sərf etməyə məcbur olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2,88, 106.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən həmçinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh də kassasiya şikayəti verərək onun ləğv, ilk iddia tələblərinin təmin, qarşılıqlı iddia tələblərinin isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətdə bildirilmişdir ki, ilk iddia üzrə cavabdeh tərəflə r arasında bağlanmış 28 iyul 2015-ci il tarixli Podrat müqaviləsi üzrə işlərin həcmi və layihəsində dəyişiklik etmiş və bu dəyişiklikləri həyata keçirməyi ilk iddiaçıya tapşırmışdır. Nəticədə görülməli olan işlərin həcmi artdığından buna müvafiq olaraq istifadə olunan mal-material və işçilik qiymətləri də artmış və nəticədə ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçıya ödənilməmiş 55.584,80 ABŞ dolları borcu qalmışdır. İşlərin həcmi və layihəsində edilmiş dəyişikliklər “Malzeme hakedişi” və “İşçilik hakedişi” adlanan sənədlərlə öz təsdiqini tapdığından ilk iddia üzrə cavabdeh yaranmış borc məbləğini ödəməkdən yayınmaq üçün həmin sənədlərdə dəyişikliklə bağlı nəzərdə tutulmuş məlumatları məhkəmədən gizlətmişdir. Bundan başqa bildirilmişdir ki, əlavə işlərin görülməsi ilə bağlı ilk iddi a üzrə iddiaçı və cavabdeh tərəflər arasında elektron yazışmalar mövcud olmuş, lakin apellyasiya məhkəməsi həmin yazışmaların həqiqiliyinin müəyyən edilməsinin mümkün olmadığına istinad etməklə onları mötəbər sübut kimi qəbul etməkdən qanunsuz olaraq imtina etmiş, habelə əlavə işlərin görülüb-görülmədiyi dəqiqləşdirmək məqsədilə məhkəmə tikinti ekspertizası keçirməmişdir. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddianın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmışdır. Belə ki, qanunvericilik icranın qüsuru barədə tələbin sifarişçi tərəfindən işin qəbul edildiyi tarixdən bir il müddətində irəli sürülə bildiyini müəyyən etmişdir ki, ilk iddia üzrə iddiaçı müqavilə əsasında gördüyü bütün işləri 2016-cı ilin əvvəlində tamamlayaraq təhvil v ermişdir. Göstərilən fakt ilk iddia üzrə iddiaçının cavabdehə ünvanladığı 04 mart 2016-cı il tarixli elektron məktubu və tərəflər arasındakı 17 iyun 2016-cı il tarixli yazışmalarla də öz təsdiqini tapmışdır. Belə ki, həmin yazışmalarda yalnız binanın qübbəsində quraşdırılan şüşə örtük arasından su sızıntılarının olduğu bildirilsə də, qalan ödənişlərin həyata keçiriləcəyi qeyd olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən, sifarişçi məlumatın qüsurlu olduğunu bildiyi halda pretenziya irəli sürmədən onu qəbul edirsə bu qüsurlarla bağlı tələb hüququ yaranmır. Bundan başqa bildirilmişdir ki, tərəflər arasında aparılmış 23 dekabr 2015-ci il tarixli yazışmada işlərin 99 faizinin yekunlaşdırıldığı qeyd olunmuş və ilk iddia üzrə cavabdehdən işlərin təhvil alınması xahiş olunmuşdur. Cavabeh isə i şi təhvil almaq üçün heç bir sənədləşmə aparmamış və buna ehtiyacının olmadığını qeyd etmişdir. Cavabdeh işi faktiki qəbul etməklə qalan muzdu ödəməyi öhdəsinə götürdüyündən qarşılıqlı iddiada işlərin yerinə yetirilməsinin gecikdirilməsi və bunun nəticəsində ona zərər vurulması ilə bağlı istinad olunan dəlillər əsassız olmuşdur. Şikayətdə həmçinin qeyd olunmuşdur ki, ilk iddia üzrə cavabdeh müqavilənin icrası üçün lazım olan vəsaitin ödənilməsində 50 gün gecikməyə yol verdiyindən işlərin yerinə yetirilməsində də ləngimələr olmuşdur. Belə ki, müqavilədə əvvəlcə işlərin başlanması üçün vəsaitin ödənilməsini, daha sonra işlərin ardıcıllıqla görülməsini nəzərdə tutmuşdur. İlk iddia üzrə cavabdehin məbləğlərin ödənilməsində ləngiməyə yol verdiyini etiraf etdiyi halda, işlərin təhvil verilməsind ə iddiaçı tərəfindən ləngiməyə yol verildiyini iddia etməsi də əsassız olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi ilk iddia üzrə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406,441.3, 445.5, 446.4,753.3, 770, 773, 776.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, ilk iddia tələblərinin təmin, qarşılıqlı iddia tələblərinin isə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Habelə, ilk iddia üzrə cavabdehin kassasiya şikayətini qəbul etməyərək, onun təmin olunm amasını xahiş etmişdrlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunmadığı hissədə ləğv, qarşılıqlı iddianın tam təmin edilməsi və qətnamənin digər hissələrdə dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdirlər. Habelə, ilk iddia üzrə iddiaçının kassasiya şikayətini qəbul etməyərək, onun təmin olunmamasını xahiş etmişdrlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsi iddianın qanuni əsaslarını qismən düzgün müəyyən etmiş, digər maddələrin tətbiqində səhvə yol vermiş və zəruri olan işin hallarını müəyyən etməmişdir. İşin hallarına görə tərəflər arasında mövcud olan münasibətərin əsasında Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yeni inzibati binasında işlərin görülməsi üçün lazım olan mal-materialların təchiz edilməsi və quraşdırılma işlərinin aparımasına dair bağlanmış iki müqavilə dayanır: ümumi dəyəri 223.500 ABŞ dolları olan 13 may 2015-ci il tarixli, BKSP-028 saylı “Malların alqı-satqısı haqqında” müqaviləsi və 28 iyul 2015-ci il tarixli (BKSP), 029 saylı podrat müqaviləsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): - 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; - 595.1-ci maddəsinə əsasən, alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dai r satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir; - 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; - 599.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyən ləşdirilmiş müddətdə həyata keçir; - 599.2-ci maddəsinə əsasən, alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddələrin tələblərindən göründüyü kimi, alğı-satqı müqaviləsinin mahiyyətinə uyğun olaraq, satıcı əşyanı alıcıya veməyə borcludur. Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyətvə s. haqqında şərtlərinin pozulmasına dair satıcıya ağlabatan müddətdə bildiriş verilməlidir. Alınmış mallara görə ödənişlər əşyanın təhvil almazdan əvvəl, təhvil aldıqdan sonra və yaxud müqavilədə nəzərdə tutulmuş qayda üzrə aparılmalıdır. Maddələrin tələblərinə uyğun olaraq tərəflər arasında bağlanmış “Malların alqısatqısı haqqında” müqaviləsinin: - 5.3-cü bəndinə əsasən, malın miqdarı, çeşidi, keyfiyyəti barədə müqavilə şərtləri pozulduqda, alıcı, həmin pozuntuların aşkar edildiyi, yaxud, malın xarakterinə və təyinatına görə aşkar edilməli olduğu vaxtdan etibarən 3 ay müddətində bu barədə Satıcıya xəbər verməlidir. Satıcı isə öz növbəsində qüsurlu malı ödənişsiz olaraq yenisi ilə əvəz etməyi öhdəsinə götürür; - 6.2-ci bəndinə əsasən, hazırki müqavilənin dəyəri, bu müqavilənin imzalandığı tarixdən etibarən 10 (on) gün ərzində aşağıdakı qaydada ödəniləcəkdir: müqavilənin imzalandığı an: 50 faiz və müqavilə predmeti olan mallar yüklənən zaman: 50 faiz. 8.2-ci bəndinə əsasən, Alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün Satıcıya vaxtında ödəmədiyi məbləğin 0.01 faizi məbləğində dəbbə pulu ödəyir. Müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasınd a əldə edilmiş razılığa əsasən (müqavilənin 11.1-ci bəndi) mübahisəli məsələləri danışıqlar prosesində tənzimləmək mümkün olmadıqda mübahisələr qanunvericiliklə müəyyən olunmuş formada Türkiyə Respublikası İstanbul şəhərinin səlahiyyətli məhkəmələri tərəfindən həll edilir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli olduğundan, tərəflər arasında alğı-satqı müqaviləsi ilə bağlı məsələlər yalnız podrat müqaviləsi ilə əlaqəli olan hissədə araşdırılmalıdır. Çünki, podrat müqaviləsinin 13.2-ci maddəsinə əsasən, bu müqavilədən irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılıq əldə olunmadı qda, həmin mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında hazırki müqavilənin 11.2-ci bəndinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Bakı şəhərinin müvafiq məhkəməsində həll edilməlidir. İlk iddia üzrə iddiaçı şikayətində bildirmişdir ki, o, iş prosesi zamanı cavabdehin istəyi ilə müxtəlif hissə və aksessuarlardan istifadə etmişdir ki, nəticədə 11650,00 ABŞ dolları məbləğində əlavə xərc çəkmişdir. Qarşılqlı iddia üzrə cavabdeh isə ilk iddia üzrə iddiaçının əlavə hissə və aksessuarlarla bağlı xərc çəkməsini qəbul etməmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirməni aparmışdır. İqtisadi mübahisə üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfi ndən sübut edilməsini ehtiva edir. Azərbaycan Respublikası MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2); hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1); məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (80); qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Prosessual qanunvericiliyin göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər tərəf hər hansı bir tələbini irəli s ürürsə, bunun sübutu kimi yazılı sənədə istinad etdiyi halda, həmin sənədin etibarlılığı öz təsdiqini tapmalı və mübahisə doğurmamalıdır. Məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquq normaya əsasən qiymət verilməlidir. Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən əlavə hissə və aksessuarlarla bağlı çəkdiyi xərcə dair hər hansı bir sübut təqdim etmədiyindən, həmin hissədə onun tələbinin təmin olunmaması qanuni və əsaslı dır. Məhkəmə kollegiyası tərəflər arasında podrat müqaviləsi ilə əlaqədar olaraq yaranmış mübahisəyə münasibətdə aşağıdakıları bildirir: Belə ki, Mülki Məcəllənin: - 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir; - 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. (...) Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; - 753.3-cü maddəsinə əsasən, əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir; - 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bi lər; - 766-cı maddəsinə əsasən, sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər; - 767.1-ci maddəsinə əsasən, əgər podratçı işi öz materialları ilə icra edirsə, keyfiyyətsiz materiallar üçün məsuliyyət daşıyır; - 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Müddəaların mənasına görə, podrat münasibətlərində müvafiq işlərin görülməsi müqabilində sifa rişçi muzd ödəməli, podratçı isə sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Məmulat qüsuru olduğu təqdirdə, sifarişçi əlavə icra tələb edə bilər. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Həmçinin, sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində i şə başlamazdan əvvəl məlumat verməlidir. Apellyasiya məhkəməsi qanunvericiliyin podrat müqaviləsinə dair tələblərinə və istinad edilmiş podrat müqaviləsinin şərtlərinə əsaslanmaqla ilk iddia tələbinə münasibətdə müəyyən etmişdir ki, ilk iddiaçının borcun qəbul olunmayan hissəsinin əlavə işlərə aid olması, həmin əlavə işlərin ilkin iddiaçı ilə əvvəlcədən razılaşdırıldığı, əlavə işlər barədə ilk iddia tələbi üzrə cavabdehə yazılı formada bildirildiyi və ilk iddia tələbi üzrə cavabdehin həmin işləri bəyənərək qəbul etdiyini bildirsə də, tələbinin əsaslılığına dair hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, bununla bağlı yalnız elektron poçt ünvanı ilə aparılan yazışmalar sübut kimi təqdim edilmişdir ki, göstərilən e-mail yazışmalarının sübut növü kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Eyni zamanda, iddiaçı tərəf işlərin həcmində və layihələrdə dəyişiklik edilməsinə dair, eləcə də müqavilədə nəzərdə tutulmuş işlərin qəbul edilməsinə dair aylıq və ya yekun işlərin qəbul aktını da təqdim edə bilməmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış 28 iyul 2015-ci il tarixli, (BKSP) 029 saylı müqavilənin 7.2-ci bəndinə əsasən, podratçı bu müqavilənin predmetini təşkil edən işlər üçün qəti qəbul tarixindən etibarən 2 (iki) il (açıq və gizli qüsurlar da daxil olmaqla) müddətində qüsurlara görə zəmanət verir. Nöqsan və qüsurların aradan qaldırılması üçün sifarişçi tərəfindən podratçıya bu müqavilə dəyərindən əlavə ödənişlər aparılmayacaq. Həmin bənddə həmçinin qeyd olunur ki, podratçı, qüsur və nöqsanları bərpa etməkdən imtina etdiyi təqdirdə sifarişçi və ya sifarişçinin müəyyən edəcəyi üçüncü şəxslər həmin qüsur və nöqsanları podratçının hesabına aradan qaldıra bilər. Belə olduqda, podratçı, sifarişçiyə dəyən hər növ zərərdən, çəkilən xərclərdən və gəlir itkilərindən cavabdehdir və sifarişçinin tələbi ilə ona dəyən zərəri, dərhal kompensasiya etməlidir, əks təqdirdə, sifarişçi həmin xərcləri Podratçının muzdundan və ya hər növ təminatından çıxmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə koll egiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının əlavə işlər üzrə tələbi hər hansı bir mötəbər sübutla təsdiqini tapmadığı üçün ilk iddia tələbi 55584,80 ABŞ dolları məbləğində borcun tutulması hissəsində təmin edilə bilməz. Həmçinin, ilk iddia tələbi əsas borcun tutulması hissəsində əsassız olduğundan, faizlərin tutulması hissəsində də təmin edilə bilməz. Bununla da, məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddiasının əsaslarına görə isə ilk iddia üzrə iddiaçıdan 138678,5 AZN və 127786 ABŞ dollarının tutulmasını xahiş etmişdir ki, həmin məbləğlərin - 36600 AZN hissəsi podrat müqaviləsi üzrə mərhələli müddətlərə riayət edilməməsinə, - 73101 AZN hissəni Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə ödənilən cərimə məbləğinə, - 90890 ABŞ dolları məbləği müqaviləyə əsasən işlərin tamamlanması tarixinə işlərin tamamlanmamasına, - 8 977,5 AZN hissəsini kupolun yenidən düzəldilməsinə, - 20 000 AZN məbləği qüsurların aradan qaldırılması üçün əlavə xərclərə, - 11502 ABŞ dolları işçilik haqqına, - 25394 ABŞ dolları məbləği isə materialların alınmasına aid etmişdir. Qarşılıqlı iddia üzrə tərəflər arasında imzalanmış 28 iyul 2015-ci il tarixli, BKSP/029 saylı müqavilənin 11.2-ci bəndində qeyd edilən mərhələli müddətlərə uyğun işləmədikdə hər bir mərhələ müddətinə riayət olunmaması nəticəsində hər gecikdirilən gün üçün 300 AZN nisbətində gecikmə cəriməsi olaraq 36600 AZN (122x300 AZN) (işlərin təhvil verilməli ol duğu 28 sentyabr 2015-ci il tarixdən işin dayandırıldığı 30 yanvar 2016-cı il tarixədək) məbləğin tutulmasını xahiş etmiş, 30 yanvar 2016-cı il tarixə qədər gecikdirilmiş müddətdə işin təhvil veriləcəyini düşündüklərini bildirmişdir.Lakin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşı tərəfə hər hansı xəbərdarlıq və s. edilməsi ilə bağlı sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mərhələli şəkildə işin təhvil verilməməsi səbəbindən cərimənin tətbiq edilməsi üçün əsas mövcud olmadığından, qarşılıqlı iddia tələbi 36600 AZN cərimənin tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə kolegiyası 73101 manat məbləğində Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə ödənilən cərimə məbləği ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin: - 1 096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; - 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddələrin əlaqəli tələblərinə görə, reqres iddia başqasının vurmuş olduğu ziyanı ödəyən şəxsin, vermiş olduğu ödəniş miqdarında digər şəxsə qarşı tələbidir. Bu zaman ilk olaraq iddia qaldıran şəxs zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olmalıdır. Bunun üçün isə əsas bir halda ümumi olaraq həmin şəxsə mənsub olan hüquqdan (mülkiyyət, istifadə və s.), digər halda isə qanundan irəli gəlməlidir. Eyni zamanda, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə, mübahəsinin həlli üçün ilk növbədə sadalanmış dispozitiv şərtlərin müəyyən olunması zəruridir. Məhkəmə kollegiyası yuxarıda istinad edilmiş prosessual qanunvericiliyin tələblərinə əsaslanmaqla hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ və ona zərərin dəyməsi əlaqəli sübutla öz təsdiqini tapmamışdır. Aşağı instansiya məhkəmələri yalnız iş materialında olan Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıya ünvanlanan 18 oktyabr 2016-cı il tarixli 30-1/370 saylı məktubuna istinad etmişdirlər ki, həmin məktubun təsdiq olunmuş tərcüməsinə görə, Qazaxıstan Respublikasının Azər baycan Respublikasındakı Səfirliyi binanın istismarı zamanı aşkar olunan qüsurların bu günə qədər aradan qaldırılmadığını bildirmiş və məktubda hansı qüsurların aradan qaldırılmalı olduğunu sadalanmışdır. Bu əsasla da apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi ilə razılaşaraq bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə kirayə və kommunal xərclərlə bağlı ödədiyi 30 dekabr 2015ci il tarixdə 5800 manat və 67301 manat ödənişlər qarşılıqlı iddia üzrə cavabdehin işin vaxtında təhvil verilməməsi səbəbindən ödənildiyindən kollegiya həmin hissədə iddianın təmin edilməsi nəticəsi ilə razılaşır. Bununla bağlı aşağı instansiya məhkəmələri Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə cərimə ödənilməsi ilə bağlı ödəniş sənədlərinin surətlərinə istinad etmişdirlər ki, həmin sənədlərə əsasən 24 dekabr 2015-ci il tarixdə 3 723.20 ABŞ dolları (5800 manat) və 40 300 ABŞ dolları (67 301 manat) ödəniş həyata keçirilmişdir. Lakin aşağı instansiya məhkəmələrinin istinad etdiyi “Aral Group”a məxsus 30 dekabr 2015-ci il tarixli CH ödəmə sənədlərinin surətlərindən göründüyü kimi, Fatih İşilak adlı hesabdan BKSP adlı hesaba 5800.00 və 67.301.00 manat məbləğində pul köçürülmüşdür. Həmin ödəmə sənədlərinin “açıklama” adlanan hissələrində “Kazakıstan / Ceza ödəməsi için Ulvi beye ödenen” ifadəsi yazılmışdır. Göründüyü kimi, ödəmə sənədlərində qeyd olunan məbləğlərin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən Qazaxıstan səfirliyinə ödənildiyi öz təsdiqini tapmadığı halda, birinci instansiya və apellyasiya məhkəmələri qətnamələrində qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə cərimə ödənilməsi ilə bağlı ödənişlərin həyata keçirildiyini qeyd etmişdirlər. Habelə, məhəmə kollegiyası bildirir ki, həmin ödəmə sənədləri ilə aydın olmur ki, həmin məbləğlər məhz ilk iddia üzrə iddiaçı tərəfindən vurulmuş ziyana görə ödənilmişdir və ya vurulmuş ziyanın məbləği həqiqətən də 73101 manat təşkil edir. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qiymətləndirən sənəd üzrə işin yeni hallarını nımüəyyən edə bilməz. Lakin onların işdə mövcudluğu apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarına zidd olduğu üçün məhkəmə kollegiyası onların göstə rilən qaydada təhlil edilməsini zəruri hesab etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının reqres iddia hüququ kifayət qədər araşdırılmamışdır. İlk iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının tələb etdiyi 73101 manat məbləğində ziyanın vurulması arasında səbəbli əlaqənin yalnız ödəmə sənədləri əsasında müəyyən etmək mümkün deyildir. İlk iddia üzrə iddiaçıdan tələb edilən müqaviləyə əsasən işlərin tamamlanması tarixinə işlərin tamamlanmamasına görə 90890 ABŞ dolları ilə bağlı məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəni isə qanuni və əsaslı hesab edir. Həmin hissə ilə bağlı qarşılıqlı iddia üzrə iddiaçı tələbini belə əsaslandırır ki, ilk iddia üzrə iddiaçı tərəfindən işləri n təhvil verilməli olduğu 28 sentyabr 2015-ci il tarixdən təhvil verilmədən işin dayandırıldığı 30 yanvar 2016-cı il tarixə qədər 122 gün işin gecikdirilməsinin əvəzi olaraq tərəflər arasında imzalanmış 28 iyul 2015-ci il tarixli müqavilənin 11.2-ci (cərimələr) bəndinə əsasən, tamamlama tarixində işləri bitirmədikdə gecikdirilən hər gün üçün Müqavilə dəyərinin 1 faizi nisbətində gecikmə cəriməsi ödənilməlidir. 28 iyul 2015-ci il tarixli müqavilənin ümumi dəyərinin 74500 ABŞ dolları olduğu nəzərə alınsa həmin məbləğin bir faizi 745 ABŞ dolları, 122 gün üçün ödənilməli məbləğ isə 90890 ABŞ dolları təşkil edir. Apellyasiya şikayətinə əlavədə qarşılıqlı iddiaçı cərimənin texniki səhv olaraq 90890 ABŞ olmaqla göstərildiyini, əslində isə müqavilənin ümumi dəyərinin 1 faizi nisbətində, yəni 363 560 ABŞ dolları olmaqla tələb edildiyini bildirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı cərimə məbləğini 122 günə mütənasib olaraq hesablasa da, onun tərəfindən müqavilənin 6.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyərinin 50 faizi miqdarında ödəməli olduğu avansı 13 may 2015-ci il tarixdə müqavilə imzalandıqdan 50 təqvim günü keçdikdən sonra ödənmişdir. Belə olan halda isə, cərimənin məbləği 72 gün üçün 214560 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin: - 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca ic ra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; - 462.3-cü maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər; - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Sadalanmış normaların məzmununa görə, öhdəliyin icrasını təmin edilməsi üsullarından olan dəbbə pulu öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun miqdarını tərəflər sərbəst müəyyən etsələr də, qanunvericilik mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə kolelgiyası hesab edir ki, 72 gün üçün gecikdirilməyə görə cərimə məbləğinin 214560 ABŞ dolları məbləğinin ilkin tələb olunan 90890 ABŞ dolları cər imə borcuna münasibətdə tənasübsüz surətdə çox olduğundan, həmin məbləğin 18000 ABŞ dolları həddində azaldılaraq tutulması ilə bağlı aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə əsaslıdır. Bundan əlavə, məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçıdan tələb olunan məbləğin 8977,5 manat hissəsini kupolun yenidən düzəldilməsinə, 20 000 AZN qüsurların aradan qaldırılması üçün əlavə xərclərə, 11502 ABŞ dolları işçilik haqqı üçün, 25394 ABŞ dolları məbləği isə materialların alınması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, qarşılıqlı iddia tələbinin həmin hissələrdə təmin edilməməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəni qanuni hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının qarşılıqlı iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməli olması ilə bağlı kasasiya şikayətinin dəlili ilə də razılaşmır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, norma iddia müddətinin tətbiq edilməsi üçün konkret şərt müəyyən edir - məhkəmə qərarı çıxarılanadək ərizənin verilməsi. Lakin ilk iddia üzrə iddiaçı birinci instansiya məhkəməsində qətnamə çıxarılana qədər iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmiş, bu barədə yalnız apellyasiya şikayətində iddia müddətinin ötürüldüyünu qeyd etməklə iddia müddətinin tətbiqi üçün müraciət etmi şdir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə ərizə ilə müraciət edilmədiyi üçün, qarşılıqlı iddiaya münasibətdə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 417.1.3, 418, 386 və 419.2.11-ci maddələrinin tələblərinə əsaslanmaqla hesab edir ki, apellyasiya məhhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbi 73101 manat iddiaçıdan tutuması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməklə, iş yeni məhkəmə baxışına göndərilməlidir. Yeni məhkəmə baxışı zamanı yuxarıda əks olunmuş məsələlər işin halları kimi prosessual qanunvericiliyi tələblərinə əsasən müəyyən edilməli və həmin hallara uyğun olaraq zamana görə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan prosessual və maddi hüquq normalarının tələblərinə qismən uyğun qəbul edilməmişdir və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin qismən ləğv olunması üçün əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlk iddia üzər iddiaçı, qarşılıqlı iddia üzər cavabdeh “X2. Şti” şirkətinin nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İlk iddia üzr ə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin direktoru xxx1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2-2(103)-666/2018 saylı qətnaməsi qismən - qarşılıqlı iddia tələbi 73101 manat qarşılıqlı iddia üzrə cavabdehdən tutuması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilsin və həmin hissədə iş baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar