Məhkəmə qərarları › İş №2-2(102)-178/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-178/2019

22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-178/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-178/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, 22.05.2019 Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının vəkili Vəkil2, cavabdehin Vəkil1 iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)480/2018 saylı qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun cari dövr ərzində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin verdiyi xxx tarixli, № ***** saylı, ****** nömrəli Lisenziya əsasında Avtomobil Nəqliyyatı ilə ölkədaxili yük daşımalarını həyata keçirdiyini, fəaliyyət göstərilən müddət ərzində əməkdaşlıq edilən əsas şirkətlərdən birinin də məhz hazırkı iş üzrə Cavabdeh MMC olduğunu, cavabdehlə uzun müddət normal iqtisadi əməkdaşlıq olsa da, son dövrlər məlum olmayan səbəblərdən qarşı tərəfin müqavilə öhdəliklərini yerinə yetirmədiyini və görülən işlərə, göstərilən xidmətlərə görə ödəməl i olduğu pul vəsaitini ödəməkdən yayındığını, Cavabdeh MMC ilə aralarında bağlanmış xxx 2014-cü il tarixli müqaviləyə əsasən MMC-nin Cavabdeh MMC-nin sifarişi əsasında sahibliyində olan texnikalarla Muğanlı - Yevlax yolunda torpaq işlərini yerinə yetirməyi Cavabdeh MMC isə bunun müqabilində pul vəsaitini ödəməyi öz öhdələrinə götürdüklərini, bundan əlavə, Cavabdeh MMC ilə aralarında bağlanan xxx 2014-cü il tarixli müqaviləyə əsasən Bakı Şamaxı - Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi çərçivəsində İddiaçı MMC Cavabdeh MMC-nin sifarişi əsasında sahibliyində olan yük maşınları ilə yol inşaatında istifadə olunacaq inşaat materiallarını daşıyıb boşaltmağı, Cavabdeh MMC isə bunun müqabilində pul vəsaitini ödəməyi öz öhdələrinə götürdüklərini, həmçinin aralarında bağlanmış xxx 2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC mülkiyyətində olan özüboşaldan, 20 ton və daha artıq yük götürmə qabiliyyəti olan yük maşınlarını istifadəyə tam yararlı vəziyyətdə Cavabdeh MMC-yə icarəyə verməyi, Cavabdeh MMC isə bunun müqabilində pul vəsaitini ödəməyi öz öhdələrinə götürdüklərini, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xxx 2014-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC-nin Cavabdeh MMC-nin sifarişi əsasında sahibliyində olan yük maşınları və texnikalarla hər növ mal materialların daşınması işlərini yerinə yetirməyi, Cavabdeh MMC isə bunun müqabilində pul vəsaitini ödəməyi öz öhdələrinə götürdüklərini, müqavilələr üzrə həyata keçirilən bütün bu fəaliyyətin MMC tərəfindən tam şəkildə yerinə yetirildiyini, bu müqavilələr üzrə Cavabdeh MMC-nin MMC-yə 903.644,0 0 manat borcu yarandığını, bu barədə cavabdeh MMC-yə xxx 2016-cı il tarixli, 04/16 saylı pretenziya məktubunun tərtib edildiyini və məktub dəfələrlə qarşı tərəfin ünvanına göndərilsə də, qarşı tərəf məktubu qəbul etməkdən imtina etdiyini, sonuncu dəfə həmin məktub xxx 2016-cı il tarixdə kuryer xidməti vasitəsi ilə Cavabdeh MMC-nin ünvanına göndərilsə də, onların pretenziya məktubunun olduğu zərfi qəbul etmədiklərini, cavabdehin ödəniş məqsədi ilə heç bir addım atmadığını, hal-hazırda cavabdehin hərəkətləri nəticəsində MMC-nin dövlət büdcəsinə əlavə borcu yarandığını, bunun da MMC üçün əlavə maddi zərər olduğunu bildirərək, müqavilə öhdəlikləri üzrə ödənilməmiş 216.675,11 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması nı xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli, 2-2(81)-234/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 216.675,11 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilmişdir(hakim – A.Ə.Hüseyn). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-480/2018 saylı qətnaməsi ilə (sədrlik edən S.S.Seyidova, hakimlər V.M.Məmmədov və İ.B.Əhmədov) Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, ekspertiza xərci - 288,25 manat Cavabdeh MMC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı tərəfındən məhkəməyə "Cavabdeh" MMC tərəfındən möhürlə təsdiqlənməmiş xxx2014-xxx2014 dövrü əhatə edən aralıq ödəmə sertifıkatı təqdim edilmiş, məhkəmədə həmin sertifıkatda olan imzaların eləcədə digər sertifikatlarda olan imza və möhürlə bağlı məhkəmə-texniki ekspertizasının təyin edilməsi xahiş oluns a da, vəsatəti təmin edilməmiş, məhkəmə xxx2014-xxx2014 dövrü əhatə edən aralıq ödəmə sertifikatı digər sertifikatlar kimi möhürlə təsdiq olunmasa belə, iş materiallarında olan digər sübutlarla İddiaçı MMC tərəfındən işlərin görülməsi qənaətinə gəlmiş, xxx2014xxx2014 dövrü əhatə edən aralıq ödəmə sertifikatı ***** saylı müqavilə üzrə tərtib edilmiş, müqavilənin predmeti yük maşınlarının icarəsidir, belə olan halda "Cavabdeh" MMC ilə İddiaçı MMC arasında bağlanmış xxx 2014-cü il tarixli, ***** saylı yük maşınların icarəsi barədə müqavilə üzrə hər hansı bir işin görülməsi absurdur, belə ki, həmin müqavilə üzrə yük avtomobillərinin icarəsi nəzərdə tutulduğundan, həmin avtomobillərlə İddiaçı MMC tərəfındən “Cavabdeh" MMC-yə işlərin görülməsi (daşınma xidmətlərin aparılması və s) qeyri mümkündü r. Cavabdehin Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin fa ktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil2, cavabdehin Vəkil1 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-480/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti tə min edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xxx 2014-cü il tarixli müqaviləyə görə “Sifarişçi” adlanacaq Cavabdeh MMC ilə İddiaçı MMC arasında Sifarişçi ilə X1 arasında xxx 2010-cu il tarixli X2 subpodrat müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq imzalanmış müqavilənin 1.1-ci maddəsinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında sahibliyində olan texnikalarla Muğanlı-Yevlax yolunda bu müqavilənin 2-ci maddəsində göstərilən torpaq işlərini yerinə yetirməyi, Sifarişçi isə bu xidməti qəbul edib, dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür, həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətin vahid qiyməti aşağıdakı kimi müəyyən olunur:

1. Yararsız materialın qazılm ası, lokal qazma işləri daxil olmaqla qazıntı işləri, bitki örtüyünün götürülməsi və onun 2 km məsafəyə qədər daşınıb saxlanması – vahid qiyməti 3.5 AZN (ölçü vahidi m3);

2. Yol materialının kəsilib götürülməsi üzrə qazıntı işləri və yol yatağının dolğusu. Yol yatağı yamacının pilləvari qazıntısı və ya mövcud çiyinin qazılması və eyni material ilə dolğusu, yol yatağında istifadə üçün 5 km məsafəyə qədər daşınıb saxlanması – vahid qiyməti 4.5 AZN (ölçü vahidi m3);

3. Hər növ materialın 10 km-ə qədər məsafədən daşınaraq təmin edilməsi, sərilməsi və yol yatağının kipləşdirilməsi – vahid qiyməti 6,5 AZN (ölçü vahidi m3), həmin müqavilənin 2.4-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlər hər ay yerinə yetirilmiş işlərə görə İcraçı tərəfindən təqdim olunmuş hesabfaktura və faktiki yerinə yetiril miş işləri təsdiq edən sənədlər əsasında 20 (iyirmi) gün ərzində köçürmə yolu ilə həyata keçirilir, xxx 2014-cü il tarixli, ****** saylı müqaviləyə görə “Sifarişçi” adlanacaq Cavabdeh MMC ilə İddiaçı MMC arasında Sifarişçi ilə “xxxx” ASC arasında xxx 2011-ci il tarixli “Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi, (km 15-45)” layihəsi üzrə baş podrat müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq imzalanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa genişləndirilməsi, (km 15-45)” layihəsi çərçivəsində icraçı sifarişçinin sifarişi əsasında sahibliyində olan yük maşınları ilə, yol inşaatında istifadə olunacaq inşaat materialını (bundan sonra “yük” adlandırılacaqdır) bu müqavilənin 3.1-ci madd əsində göstərilmiş şəkildə sifarişçinin göstərdiyi yerə daşıyıb boşaltmağı; sifarişçi isə bu xidməti qəbul edib onun dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür, müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə göstərilən daşıma xidmətinin qiyməti aşağıdakı kimi müəyyən olunur:

1. Pirsaat çayı ərazisində və ya həmin əraziyə yaxın karxanadan sifarişçinin tələb etdiyi materialın tələb olunan yerə daşınması– vahid qiyməti 0,08 AZN (ölçü vahidi ton x km);

2. Siyəzəndə Gilgilçay ərazisində və ya həmin əraziyə yaxın karxanadan sifarişçinin tələb etdiyi materialın tələb olunan yerə daşınması – vahid qiyməti 0,075 AZN (ölçü vahidi ton x km), müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş hər ay üçün icraçı tərəfindən təqdim olunmuş hesab-faktura və faktiki yerinə yetirilm iş işləri təsdiq edən sənədlər əsasında 30 (otuz) gün ərzində həyata keçiriləcəkdir. İddiaçı MMC (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında imzalanmış “Yük maşınlarının icarəsi barədə” xxx 2014-cü il tarixli ****** saylı müqaviləyə görə “İcarəyə verən” mülkiyyətində olan özü boşaldan, 20 ton və daha artıq yük götürmə qabiliyyəti olan yük maşınlarını (bundan sonra “avtomobil” adlanacaq) istifadəyə tam yararlı vəziyyətdə “İcarəçi”yə verir, “İcarəçi” isə öz növbəsində “İcarəyə verən”ə icarə haqqı ödəyir, avtomobili müqavilə şərtlərinə uyğun şəkildə istismar edir və icarə müddəti qurtarandan sonra avtomobili “İcarəyə verən”ə geri qaytarır, həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarəyə verilən avtomobillərin ƏDV xaric aylıq icarə haqqı 4500 (dörd min beş yüz) manat, günlük icarə haqqı 158,45 (yüz əlli səkkiz manat 45 qəpik) manat, saatlıq icarə haqqı isə 15,85 (on beş manat 85 qəpik) manat müəyyən olunur, 4.5-ci bəndə əsasən bu müqavilə üzrə yaranacaq ƏDV qanunvericiliyə uyğun olaraq ödəniləcəkdir, 4.6cı bəndə əsasən ödənişlər hər ay üçün növbəti ayın ilk 30 (otuz) günü ərzində ödəniləcəkdir, xxx 2014-cü il tarixli ****** saylı müqaviləyə görə “Sifarişçi” adlanacaq Cavabdeh MMC ilə İddiaçı MMC arasında Sifariçi ilə X1 şirkəti arasında xxx 2010-cu il tarixli “Muğanlı-Yevlax Yolunun reabilitasiyası üçün müəyyən dizayn və tikinti işlərinin yerinə yetirilməsi” subpodrat müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müqavilə imzalanmış, müqavilənin 1.1-ci maddəsinə əsasən İcraçı Sifarişçinin sifarişi əsasında sahib liyində olan yük maşınları və texnikalarla hər növ mal-materialların daşınması işlərini yerinə yetirməyi, sifarişçi isə bu xidməti qəbul edib, dəyərini bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürür, həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətin vahid qiyməti aşağıdakı kimi müəyyən olunur:

1. Sifarişçinin təyin etdiyi istənilən yerdən hər növ-mal-materialların 6.5 km məsafəyə qədər daşınması – vahid qiyməti 1.20 AZN (ölçü vahidi ton);

2. Girdimançayda yerləşən daşqırıcılardan qum-çınqıl materialının Türyançayda yerləşən Ağdaş asfalt zavoduna daşınması – vahid qiyməti 0.075 AZN (ölçü vahidi ton x km), həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlər hər ay yerinə yetirilmiş işlərə görə İcraçı tərəfindən təqdim olunmuş hesab- faktura və faktiki yerinə yetirilmiş işləri təsdiq edən sənədlər əsasında 15 (on beş) gün ərzində köçürmə yolu ilə həyata keçirilir. İş materialları ilə həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış “Aralıq ödəniş sertifikatları”na görə “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4)” layihəsi ilə bağlı 14-AİS-106 saylı müqaviləyə əsasən xxx2014 xxx2014-cü il tarixlər üzrə 1 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 147.520,12 manat, “Bakı-Rusiya Federasiyası Sərhəddi Avtomobil yolu” layihəsi ilə bağlı 14-AİS-106 saylı müqaviləyə əsasən xxx2014-xxx2014-cü il tarixlər üzrə 1 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 47.303,66 manat, “Bakı-Rusiya Federasiyası Sərhəddi Avtomobil yolu” layihəsi ilə bağlı 14-AİS-106 saylı müqaviləyə əs asən xxx2014xxx2014-cü il tarixlər üzrə 2 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 132.749,41 manat, “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4)” layihəsi ilə bağlı ***** saylı müqaviləyə əsasən xxx2014-xxx2014-cü il tarixlər üzrə 2 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 274.494,24 manat, “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4)” layihəsi ilə bağlı **** saylı müqaviləyə əsasən xxx2014-xxx2014-cü il tarixlər üzrə 3 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 337.279,08 manat, “BakıRusiya-Federasiyası Sərhəddi Avtomobil yolu” layihəsi ilə bağlı ****** saylı müqaviləyə əsasən xxx.2014-xxx2014-cü il tarixlər üzrə 3 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 134.619,12 manat, “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4)” layihəsi i lə bağlı ****** saylı müqaviləyə əsasən xxx2014-xxx2014-cü il tarixlər üzrə 4 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 163.877,72 manat, “Bakı-Rusiya Federasiyası Sərhəddi Avtomobil yolu” layihəsi ilə bağlı ****** saylı müqaviləyə əsasən xxx2014xxx2014-cü il tarixlər üzrə 4 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 132.375.47 manat, “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4)” layihəsi ilə bağlı ******* saylı müqaviləyə əsasən xxx2014-xxx2014-cü il tarixlər üzrə 5 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 12.318,24 manat, “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4)” layihəsi ilə bağlı ***** saylı müqaviləyə əsasən xxx2014-xxx2014-cü il tarixlər üzrə 5 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 314.288,12 manat, “Muğanlı-Yevlax avtom obil yolunun bərpası (M4)” layihəsi ilə bağlı ****** saylı müqaviləyə əsasən xxx2014-xxx2014-cü il tarixlər üzrə 6 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 318.205,94 manat və “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4)” layihəsi ilə bağlı ******** saylı müqaviləyə əsasən xxx2014-xxx2014-cü il tarixlər üzrə 7 saylı aralıq ödəmə sertifikatına əsasən ay üzrə ödəniş 246.427,78 manat nəzərdə tutulmuş, “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4)” layihəsi ilə bağlı ******* saylı müqaviləyə əsasən 8 nömrəli “Aralıq ödəmə Sertifikatı”na görə xxx2014-cü il tarixdən xxxx2014-cü il tarixə olan dövr üçün Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməli məbləğ 183.622,97 manat, 18% ƏDV – 33.052,13 manat daxil olmaqla, cəmi 216.675,11 manat təşkil edir, xxx2014-cü il tarixli xxx/ 2014 saylı akta görə “Muğanlı-Yevlax avtomobil yolunun bərpası M4” layihəsində **** saylı müqaviləyə əsasən icarə olaraq material daşınması edən İddiaçı MMC-yə məxsus **-JS-*** dövlət nömrə nişanlı yük maşını 11.11.14 tarixində Girdiman asfalt zavodundan 14.65 ton miqdarda asfaltı tikinti sahəsinə apararkən qəzaya uğradığından asfalt materialı yararsız hala düşmüş, asfaltın dəyəri 1.172 AZN (bir min bir yüz yetmiş iki manat) İddiaçı MMC üçün hazırlanacaq aralıq ödəmə sertifikatından kəsinti olunacaqdır, 27.08.2014-cü il tarixli akta görə “MuğanlıYevlax avtomobil yolunun bərpası M4” layihəsində **** saylı müqaviləyə əsasən icarə olaraq material daşınması edən İddiaçı MMC-yə məxsus **-JS-*** dövlət nömrə nişanlı yük maşını 27.08.14 tarixində Girdiman asfalt zavodundan 21.30 ton miqdarda asfa ltı tikinti sahəsinə apararkən qəzaya uğradığından asfalt materialı yararsız hala düşmüş, asfaltın dəyəri 1.704 AZN (bir min yeddi yüz dörd manat) İddiaçı MMC üçün hazırlanacaq aralıq ödəmə sertifikatından kəsinti olunacaqdır, kəsintilər icmalı/tutulmalar cədvəlinə görə 01.08.2014-31.08.2014 tarixləri üzrə kəsintinin miqdarı 1.704 AZN, 01.11.2014-30.11.2014 tarixləri üzrə kəsintinin miqdarı 1.172 AZN olmaqla, ümumi kəsintinin miqdarı 2.876 AZN təşkil edir, kredit haqqında bildirişlərə görə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin bank hesabına **** saylı xxx2014-cü il tarixli müqaviləyə əsasən 02.06.2014-cü il tarixində 35475.15 manat, xxx2014-cü il tarixdə 300.000 manat, xxx2014-cü il tarixdə 200.000 manat, xxxx2014-cü il tarixdə 300.000 manat, 14-AİS-126 saylı və 14-AİS-062 saylı müqavilə lərə əsasən xxx2014-cü il tarixdə 758.955.07 manat, ****** saylı müqaviləyə əsasən 25.08.2014-cü il tarixində 350.000 manat, ****** saylı xxx2014-cü il tarixli müqaviləyə əsasən xxxx2014-cü il tarixində 350.000 manat, ****** saylı müqaviləyə əsasən xxxxx2014-cü il tarixində 370.243 manat, **** saylı xxx2014-cü il tarixli müqaviləyə əsasən xxxxx2014-cü il tarixində 200.000 manat, xxxxxx2015-ci il tarixində 177941.43 manat, xxxxx2015-ci il tarixində 200.000 manat, ******* saylı xxx2014-cü il tarixli müqaviləyə əsasən xxx 2014-cü il tarixində 175.176.22 manat, *****saylı müqaviləyə əsasən xxx2014-cü il tarixində 61.643.64 manat, ****** saylı müqaviləyə əsasən xxx2014cü il tarixində 226.188.55 manat, ***** saylı müqaviləyə əsasən xxx2014-cü il tarixində 593.220.33 manat, ***** saylı müqaviləyə əsasən xxx.2014-cü il tarixində 504.971.98 manat, ****** saylı müqaviləyə əsasən xxx.2014-cü il tarixində 296.610.17 manat, ***** saylı müqaviləyə əsasən xxx2014-cü il tarixində 350.000 manat, ****** saylı müqaviləyə əsasən xxx2014-cü il tarixində 345.121.72 manat, ****** saylı müqaviləyə əsasən xxx2014-cü il tarixində 165.104.9 manat məbləğində pul vəsaiti köçürülmüş, iddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xxx2017-cı il tarixli pretenziya məktubu göndərilərək, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xxx 2014-cü il, xxx 2014-cü il, xxx 2014-cü il və xxx 2014-cü il tarixli müqavilələrə əsasən, ümumilikdə 216.675,11 manat borcunun yarandığı bildirilməklə, cavabdehdən borcun 5 (beş) gün ərzində İddiaçı MMCyə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya Məhkəməsi iş materialları nı araşdıraraq o nəticəyə gəlmişdir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xxx2016-cı il tarixli, 2-2(81)-258/2016 saylı qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı müqavilə üzrə yaranmış öhdəliyin icra edilməsi barədə iddiası təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən iddiaçı “xxxx” MMC-nin xeyrinə müqavilələrdən irəli gələn öhdəliklər üzrə cəmi 429.918,68 manat pul tutulmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx2016-cı il tarixli, 2-2(103)-297/2016 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmış, məhkəmə sənədlərin texniki ekspertizasının xxx2018-ci il tarixli, 25728 nömrəli rəyinə əsasən “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4) layihəsində və ***** *nömrəli müqavilə üzrə 8 nömrəli aralıq ödəmə sertifikatında (i/v 28-33) olan möhür əksi texniki üsuldan istifadə etməklə yox, birbaşa relyef klişe vasitəsilə vurulmuş, həmin sənədlərin İddiaçı MMC yazıları olan hissədəki imzalar texniki vasitələrlə yox, birbaşa qələmlə icra olunmuşdurlar, təqdim edilmiş sənədlərin Cavabdeh MMC, “X1” yazıları, 31 və 32-ci vərəqlərdəki imzalar birbaşa icra olunmayıb, elektrofotoqrafik üsula çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitə ilə əks olunmuş, cavabdeh iş materiallarında olan sertifikatlarda olan möhürün əslinin şübhəli olmasını bildirdiyindən, iş üzrə məhkəmə sənədlərin texniki ekspertizası təyin edilmiş ekspert rəyində cavabdehin dəlilləri təsdiq edilməmiş, ekspertizanın rəyi ilə cavabdehin mübahisələndirdiyi sənədlərdəki möhürlərin əksi texnik i üsuldan istifadə etməklə yox, birbaşa relyef klişe vasitəsilə vurulması təsdiq olunur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştir akçıları arasında müqavilə olmalıdır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı əşyaları haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduqları yerdən təyinat yerinə daşımağı (yola salmağı), yola salan və ya yükü alan isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmələr tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış müqavilələrə əsasən iddiaçı tərəfindən “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4) layihəsi çərçivəsində Cavabdeh MMC-yə yük maşınları icarəyə verilmiş, həmçinin iddiaçı tərəfindən yük daşınması həyata keçirilmiş, İddiaçı MMC öz üzərinə düşən öhdəliklərini yerinə yetirdiyi halda, bütün ödəniş sertifikatları üzrə ödəniş olsa da, yalnız sonuncu, “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4) layihəsi çərçivəsində ****** saylı müqavilə üzrə xxx2014xxx2014-cü il tarixlərdə görülmüş işlərin dəyəri olan 216.675,11 manat pulun ödənilməsi təmin edilməmişdir. Cavabdehin həmin aralıq ödəniş sertifikatında imzaların skan edilmiş variantda olduğu, digər sənədlərdə imza eyni olsa da, möhür olmadığı ilə bağlı dəlillərini qiymətləndirərək məhkəmə həmçinin düzgün olaraq qeyd etmişdir ki, iş materiallarına iddiaçı tərəfindən təqdim olunmuş 216.675, 11 AZN dəyərində işin görülməsini təsdiq edən, “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4) layihəsi çərçivəsində ****** saylı müqavilə üzrə xxx2014-xxx2014-cü il dövrü əhatə edən “Aralıq ödəmə sertifikatı” digər “Aralıq ödəniş sertifikat”larında olduğu kimi Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmasa da, işdəki digər sübutlar həmin işlərin məh z İddiaçı MMC tərəfindən görüldüyünü təsdiq edir. Belə ki, həmin layihə ilə bağlı işlərin görülməsi zamanı “xxxx” MMC-yə məxsus yük maşınlarından istifadə edilmiş, müvafiq ödənişin olmaması səbəbindən də “xxxx” MMC-nin iddiaçıya qarşı iddiası təmin olunmuşdur. “xxxx” MMC tərəfindən məhkəməyə göndərilmiş xxx2018-ci il tarixli məktuba əlavə edilmiş siyahıda istifadə olunan yük maşınlarının dövlət qeydiyyat nömrələri ilə sertifikatlara, o cümlədən 8 nömrəli “Aralıq ödəmə sürtifikatı”na əlavə olunmuş, iddiaçıya məxsus maşınların iş cədvəlində olan yük maşınlarının qeydiyyat nömrələri ilə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsaslanaraq da işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin buna dair dəlillərinə tənqidi yanaşır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası MM-nin 404.1 və 404.2-ci maddələrinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xxx2016-cı il tarixli qətnaməsi ilə İddiaçı MMCdən “xxxx” MMC-nin xeyrinə 429.918,68 manat pulun tutulduğunu, sənədlərin texniki ekspertizasının xxx2018-ci il tarixli, 25728 nömrəli rəyinə əsasən “Muğanlı-Yevlax avtomobil yolunun bərpası (M4) layihəsində və ***** nömrəli müqavilə üzrə 8 nömrəli aralıq ödəmə sertifikatında (i/v 28-33) olan möhür əksinin texniki üsuldan istifadə etməklə yox, birbaşa relyef klişe vasitəsilə vurulduğunu, həmin sənədlərin İddiaçı MMC yazıları olan hissədəki imzaların texniki vasitələrlə yox, birbaşa qələmlə icra olunduqlarını, ekspertizanın rəyi ilə cavabdehin mübahisələndirdiyi sənədlərdəki möhürlərin əksinin texniki üsuldan istif adə etməklə yox, birbaşa relyef klişe vasitəsilə vurulmasının təsdiq olunduğunu, həmçinin ekspert rəyinin məhkəmə üçün məcburi olmadığını, işdəki digər sübutlarla yanaşı qiymətləndirilməli olduğunu, bu müddət ərzində tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı və hazırkı işdə müəyyən edilmiş qaydada müvafiq işgüzar adətlərin formalaşdığını nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılark ən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-480/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: MPM-nin 417, 419-cu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-480/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən Hakimlər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar