Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-179/2019 15.05.2019 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin İnzibati-İqtisadiKollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, X8 Texnologiya Nazirliyinin X3 qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-179/19 Bakı şəhəri 15 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı “xxxx” MMC-nin şirkətinin qanuni təmsilçisi İddiaçı2 və vəkili X2in, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, X8 Texnologiya Nazirliyinin X2 nümayəndələri Nümayəndə1 və Nümayəndə2 vəkilsiz iştirakları ilə, iddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2-2(105)97/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, X8 Texnologiya Nazirliyinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə cavabdehdən 2.369.992 manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbinin real maddi ziyandan və əldən çıxmış faydadan ibarət olduğunu, real məbləğ dedikdə 2016-cı il yanvar, fevral və mart aylarında real fəaliyyət göstərdiyi üçün və 2016-cı ilin qalan 9 ayı üçün itirdiyi gəlirin cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək - 2016-cı ilin birinci rübü üçün faktiki görülmüş işlər üzrə cavabdehin ona ödəməli olduğu 512.248 manat vəsaitin; - cavabdehin təqsiri ucbatından 2016-cı ildə fəaliyyət göstərə bilməməsi səbəbindən itirilmiş gəlir (əldən çıxmış fayda) olaraq 2.060.599 manat vəsaitin; - başqasının pul vəsaitlərini qanunsuz olaraq özündə saxlayıb ondan faydalanmaya görə illik 15% dərəcəsində olmaqla 309.128 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.(iş.v96) Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2018-ci il tarixli, 2-2(81)749/ 2018 saylı qətnaməsi ilə (hakim İlham Əhmədov) iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2-2(105)-97/2019 saylı qətnaməsi ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 14 mart 2013-cü il tarixli, 19/13 tarixli müqavilədən görünür ki, X4 ilə “xxxx” MMC arasında “Sellülar (mobi l) nömrə daşınması üzrə X5 yaradılması və istismarına dair birgə fəaliyyət” haqqında müqavilə imzalanmışdır. Müqavilənin: - 1.1-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası ərazisində ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində xüsusi razılıq (lisenziya) əsasında sellülar (mobil) xidmətlər göstərən telekommunikasiya operatorları arasında sellülar (mobil) nömrə daşınmasının həyata keçirilməsi üçün MHM və İddiaçı1 tərəfindən SNDMBS-in qurulması, bu sistem üzrə məlumatlar mübadiləsinin təşkili və tətbiqindən ibarətdir. - 3.2-ci bəndinə əsasən, operatorlar tərəfindən ödənilən xidmət haqqı MHM-in hesabına daxil olduqdan sonra, MHM tərəfindən hər rüb üzrə göstərilmiş xidmətlərə görə NP Systemə çatacaq məbləğin bu müqavilənin 3.1-ci bəndində göstərilən nisbətdə bölgüsü aparılır və tərəflər arasında aktla təsdiqlənir. İddiaçı1 tərəfindən MHM-ə həmin məbləğə hesab təqdim edilir və rüb başa çatdıqdan sonra 15 iş günü ərzində MHM tərəfindən həmin vəsait İddiaçı1-in hesabına köçürülür; - 4.1.4-cü bəndinə əsasən, SND xidmətlərini yerinə yetirmək üçün bütün lazımi məlumatları, o cümlədən hazırkı müqavilənin qüvvədə olduğu müddət ərzində hər rübün sonunda mobil operatorların aktiv sellülar (mobil) nömrə sayını göstərən məlumatı İddiaçı1ə təqdim edir; - 4.2.12-ci bəndinə əsasən, hər ayın sonu daşınmış nömrələrin sayı barədə məlumatları MHM-ə təqdim edir. MHM tərəfindən İddiaçı1 MMC-yə ünvanlanan 15 sentyabr 2015-ci il tarixli, MMHŞ 1926 nömrəli məktubda qeyd edilir ki, mobil operatorlar arasında bağlanmış “Sellular (mobil) nömrə daşınması üzrə mərkəzi baza sistemi xidmətlər inə dair” müqaviləyə əsasən 2015-ci ilin İİ rübü üzrə VLR-da olan aktiv (M2M, data, test və rouminq SİM-ləri istisna olmaqla) nömrə sayı aşağıda göstərilən saydadır. 1. “xxxx” MMC tərəfindən daxil olmuş məktuba əsasən – ******* ədəd, 2. “xxxx” MMC tərəfindən daxil olmuş məktuba əsasən – ******* ədəd, “xxxx” MMC tərəfindən daxil olmuş məktuba əsasən – ******* ədəd. X4 tərəfindən İddiaçı1 MMC-yə ünvanlanan 28 mart 2016-cı il tarixli, MMHŞ 640 nömrəli məktubda qeyd edilir ki, mobil operatorlar arasında bağlanmış “Sellular (mobil) nömrə daşınması üzrə mərkəzi baza sistemi xidmətlərinə dair” müqaviləyə əsasən 2015-ci ilin İV rübü üzrə VLR-da olan aktiv (M2M, data, test və rouminq SİM-ləri istisna olmaqla) nömrə sayı aşağıda göstərilən saydadır. 1. “xxxx” MMC tərəfindən daxil olmuş məktuba əsasə n – ******* ədəd, 2. “xxxx” MMC tərəfindən daxil olmuş məktuba əsasən – ******* ədəd, “xxxx” MMC tərəfindən daxil olmuş məktuba əsasən–1904297 ədəd. Tərəflər arasında hesablaşma görülmüş işlərin təhvil-təsliminə dair akt təsdiq edildikdən sonra aparılmışdır. Belə ki, 01 aprel 2016-cı il tarixli sellülar (mobil) nömrə daşınması, 2015-ci ili dördüncü rübü üzrə görülmüş işlərin təhvil-təslim aktına əsasən, X2 direktoru Elnar Əsədov, İddiaçı1 MMC-nin prezidenti İddiaçı2 aktı tərtib edərək imzaları ilə təsdiq edirlər ki, 14 mart 2013-cü il tarixli müqaviləni və MHM-dən daxil olmuş 28 mart 2016-cı il tarixli MUHŞ-640 saylı məktubunu əsas tutaraq, tərəflər razılaşır ki, 2015-ci ilin dördüncü rüb hesablaşma dövrü üçün operatorların şəbəkəsində VLR-da olan aktiv sellülar (mobil) (M2M, data, test və rominq SİM-ləri istisna olmaqla) nömrə sayı 6.304.588 ədəddir. Dördüncü rüb hesablaşma dövrü kimi, 2015-ci ilin oktyabr, noyabr və dekabr ayları nəzərdə tutulur. Tərəflər razılaşır ki, cədvəldə göstərilmiş işlər 2015-ci ilin dördüncü rübü (oktyabr, noyabr və dekabr ayları) üçün təhvil verilib, təslim alınmış sayılır və 14 mart 2013-cü il tarixli müqavilənin 2.1.2, 3.1 və 3.2 bəndlərində nəzərdə tutulmuş bölgüdən sonra hesablaşma aşağıdakı kimi aparılır: SNDMBS-in təşkili–cəmi məbləği 315.229,40 manat, nömrə daşınması üzrə xidmətlər–197.018,38 manat, İV rüb üçün hesablaşmalar – 512.247,78 manat. X4 tərəfindən Məhkəməyə təqdim edilən arayışda qeyd edilir ki, sellülar (mobil) nömrə daşınması üzrə mərkəzi baza sistemində istifadə edilən aşağıdakı avadanlıqlar Nəqliyyat, X8 Texnologiyalar Nazi rliyinin X2 balansındadır:
1. HP Proliant DL360G7 (server) – 1 ədəd,
2. Cisco 3560v2 poe48 port (swich) – 1 ədəd, 3.Cisco 2960 24 port (swich) – 1 ədəd. X4 tərəfindən Məhkəməyə təqdim edilən arayışda qeyd edilir ki, sellülar (mobil) nömrə daşınması üzrə mərkəzi baza sistemində istifadə edilən aşağıdakı avadanlıqlar Nəqliyyat, X8 Texnologiyalar Nazirliyinin X2 balansındadır:
1. HP Proliant DL360G7 (server) – 1 ədəd,
2. Cisco 3560v2 poe48 port (swich) – 1 ədəd, 3.Cisco 2960 24 port (swich) – 1 ədəd. “xxxx” MMC tərəfindən Azərbaycab Respublikası X8 Texnologiyalar Nazirliyinə ünvanlanan 11 iyul 2016-cı il tarixli, M-147 nömrəli məktubda qeyd edilir ki, 2016-cı ilin noyabr, dekabr, yanvar və fevral aylarında X4 tərəfindən “xxxx” MMC-yə ödəniş edilmədiyinə görə işçiləri öz hesablarına məzuniyy ətə göndəriblər. Fəaliyyət göstərdikləri ofisin icarə haqqını, kommunal xərclərini artıq 3 aydır ödəyə bilmirlər. Vergi ödəmələrini həyata keçirə bilmədiklərinə görə Vergilər Nazirliyi tərəfindən dəfələrlə yüksək məbləğdə cərimələrə məruz qalıblar. Bu da öz növbəsində operatorlar arasında böyük narazılığa səbəb olacaq. Qeyd edilənləri nəzərə alaraq “xxxx” MMC-də yaranmış çətinlikləri aradan qaldırmaq üçün X8 Texnologiyalar Nazirliyinin nəzdində olan X2 rəhbərliyinə “xxxx” MMCyə müəyən miqdarda vəsaitin ödənilməsinə göstəriş verilməsi xahiş edilir. Azərbaycan Respublikasının X8 Texnologiyalar Nazirliyi tərəfindən “xxxx” MMC-yə ünvanlanan 19 fevral 2016-cı il tarixli, 2-09/1957 nörməli məktubda qeyd edilir ki, 11 fevral 2016-cı il tarixli, 0806 nömrəli məktubla əlaqədar qeyd edilir ki, sellü lar (mobil) nömrə daşınması ilə əlaqədar X8 Texnoogiyalar Nazirliyinə ünvanlanan müraciətin müvafiq qaydada baxılması və aidiyyəti tədbirlərin görülməsi üçün MHM göndərildiyi bildirilir. X4 tərəfindən “xxxx” MMC-yə göndərilən İH548 saylı, 12 mart 2016-cı il tarixli məktubda qeyd edilir ki, X4 ilə “xxxx” MMC arasında imzalanmış sellülar (mobil) nömrə daşınması üzrə X5 yaradılması və istismarına dair birgə fəaliyyət haqqında 14 mart 2013cü il tarixli, 19/13 saylı müqavilə ilə “xxxx” MMC-nin öz üzərinə götürdüyü öhdəliklər çərçivəsində son 3 ayda göstərdiyi xidmətlər MHM-i qane etməmişdir. Nəticədə MHM göstərilmiş xidmətlərindən keyfiyyətindən tam narazıdır. Yuxarıda qeyd olunanlara əsasən, tərəflərindən “xxxx” MMC ilə bağlanmış müqaviləyə 2015-ci ilin borclarına dair son hesablaşma aparıldıq dan sonra xitam veriləcəkdir. Eyni zamanda bildirilir ki, “xxxx” MMCyə cair il üçün hər hansı vəsait ödənilməyəcək. X4 tərəfindən “xxxx” MMC-yə göndərilən İH709 saylı, 04 aprel 2016-cı il tarixli məktubda qeyd edilir ki, 14 mart 2013-cü il tarixli, 19/13 saylı müqaviləyə 2015-ci ilin borclarına dair tərəflərindən 04 aprel 2016-cı il tarixdə son hesablaşma aparıldıqdan sonra xitam verilmişdir. Eyni zamanda, bildirilir ki, aparılmış son hesablaşmadan sonra MHM-nin “xxxx” MMC qarşısında müqavilə üzrə yerinə yetirilməmiş hər hansı öhdəliyi qalmamışdır və “xxxx” MMC-yə cair il üçün hər hansı vəsait ödənilməyəcək. X4 tərəfindən “xxxx” MMC-yə ünvanlanan 01 iyul 2016-cı il atrixli, İH 137 nömrəli məktubda qeyd edilir ki, MHM ilə “xxxx” MMC arasında imzalanmış sellülar (mobil) nömrə daşınması üzrə X5 yaradılması və istismarına dair birgə fəaliyyət haqqında 14 mart 2013cü il tarixli, 19/13 saylı müqaviləyə “xxxx” MMC-nin göstərdiyi xidmətlərin MHM-i qane etməməsi səbəbindən 2015-ci ilin borclarına dair son hesablaşma aparıldıqdan sonra xitam verilməsi barədə 12 mart 2016-cı il tarixli İH-548 saylı məktubla xəbərdarlıq edilmiş, 2015-ci ilin borclarına dair tərəflərindən 04 aprel 2016-cı il tarixli İH-709 saylı məktubla xitam verilmişdir. Eyni zamanda qeyd edilir ki, cari ilin yanvar ayından etibarən “xxxx” MMC sellülar (mobil) nömrə daşınması üzrə mərkəzi baza sistemi ilə əlaqədar heç bir iş görməmişdir. Qeyd olunanlarla əlaqədar olaraq 2016-cı ilin birinci rübü üçün mobil operatorların aktiv sellülar (mobil) nömrə sayı barədə məlumatların “xxxx” MMC-yə təqdim edilməsi məcburi hesab e dilmir. “xxxx” MMC-nin rəhbəri İddiaçı2 tərəfindən Azərbaycan Respublikası X8 Texnologiyalar Nazirliyinə ünvanlanan 01 fevral 2017-ci il tarixli ərizədə qeyd edilir ki, X2 direktoru Elnar Əsədov barəsində edilən şikayətlə əlaqədar olaraq bildirilir ki, aralarında olan anlaşılmazlıq və fikir ayrılığı aradan qalxmış, E.Əsədov və X1rşı hər hansı bir pul və ya digər xarakterli tələb, iddia və şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınması xahiş edilir. “xxxx” MMC-nin rəhbəri İddiaçı2 tərəfindən Azərbaycan Respublikasının X8 Texnologiyalar Nazirliyinə ünvanlanan 02 fevral 2017-ci il tarixli, F-0631 nömrəli ərizədə qeyd edilir ki, X2 direktoru Elnar Əsədov barəsində Nazirliyiə edilən şikayətlə əlaqədar bildirilir ki, aralarında olan anlaşılmazlıq və fikir ayrılığı aradan qalxmış, E.Əsədov v ə X1rşı hər hansı bir pul və ya digər xarakterli tələb, iddia və şikayəti yoxdur. “xxxx” MMC-nin rəhbəri İddiaçı2 tərəfindən Azərbaycan Respublikasının X8 Texnologiyalar Nazirliyinə ünvanlanan 06 fevral 2017-ci il tarixli, 09/2007746 nömrəli ərizədə qeyd edilir ki, X2 direktoru Elnar Əsədov barəsində Nazirliyə edilən şikayətlə əlaqədar bildirilir ki, aralarında olan anlaşılmazlıq və fikir ayrılığı aradan qalxmış, E.Əsədov və X1rşı hər hansı bir pul və ya digər xarakterli tələb, iddia və şikayəti yoxdur. “xxxx” MMC tərəfindən X3 göndərilən pretenziya məktubunda qeyd edilir ki, X4 tərəfindən müqavilə şərtlərinin kobud surətdə pozulması nəticəsində “xxxx” MMC-nə külli miqdarda maddi ziyan vurulmuşdur. Maddi ziyanın (itirilmiş gəlir) məbləği hesablanaraq nəzərə alınmalıdır ki, tərəflər arasınd a tərtib edilmiş 01 sentyabr 2015-ci il tarixli X6 müəyyən olunur ki, “xxxx” MMC-nin 2015-ci il tarixli X6 görünür ki, “xxxx” MMC-nin 2015-ci ilin İ rübü üçün gəliri – 507 446 manat, 28 sentyabr 2015-ci il atrixli X7 görə İİ rüb üçün 533 404 manat, 05 may 2016-cı il tarixli X7 görə İİİ rüb üçün 507,52 manat və 01 aprel 2016-cı il tarixli X7 görə İV rüb üçün 512,247 manat təşkil etmişdir. Ümumi hesabda “xxxx” MMC-nin 2015-ci ildə 2.060.599 manat gəlir əldə etmişdir. Həmin məbləğ (2 060 599 manat) cavabdehin təqsiri üzündən itirilmiş gəlir kimi analogiya üzrə 2016-cı il üçün hesablanmalı və cavabdehdən tutulmalıdır. Həmin məbləğin 2.369.992 manatın Cəmiyyətin hesabına ödənilməsini, əks təqdirdə eyni tələblə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. Azərbaycan Respublikası Nəqliyyat, X8 T exnologiyalar Nazirliyi tərəfindən Məhkəməyə təqdim edilən 08 avqust 2018-ci il tarixli, 108-1-2/1149-18 nömrəli arayışda qeyd edilir ki, 2016-cı ilin birinci rübü İddiaçı1 MMC tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada icra olunmadığı və xidmət göstərilmədiyi üçün görülmüş işlərə dair təhvil-təslim aktı tərtib edilməmiş və sonuncuya həmin rüb üzrə vəsait ödənilməmişdir. Nömrə daşınması xidmətinə görə 2016-cı ilin birinci rübü ərzində X3 həmin rüb üzrə vəsait daxil olmamışdır. İddiaçı1 MMC-yə 2016-cı ilin aprel ayında ödənilmiş vəsait 2015-ci ilin 4-cü rübünə aid xidmət haqqı olmuşdur. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, cavabdeh 14 mart 2013-cü il tarixli, 19/13 saylı müqavilə üzrə iddiaçı tərəfindən 2016-cı ilin birinci rübünə dair xidmə tin göstərildiyini inkar etdiyindən, iddiaçı isə 2016-cı ilin birinci rübü üzrə göstərilmiş xidmət üçün cavabdeh tərəfindən 512.248 manat vəsaitin ödənilmədiyini iddia etdiyindən, qanunvericiliyin tələbləri baxımından xidmətin göstərilməsini sübut etmək yükü iddiaçının üzərində düşmüşdür. Lakin, iddiaçı 2016-cı ilin birinci rübü üçün faktiki görülmüş işlər üçün olan borc məbləğinin yaranmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, bununla da xidmətin göstərilməsi nəticəsində cavabdehin 512.248 manat həddində borc məbləğinin ödəmək öhdəliyinin əmələ gəldiyini sübut edə bilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə hər ayın sonu daşınmaz nömrələrin sayı barədə məlumatların cavabdehə təqdim edilməsini iddiaçının öhdəliklərinə aid etsə də, iddiaçı 2016-cı ilin birinci rübü üçün fa ktiki görülmüş işlər barədə məlumatların cavabdehə təqdim edilməsi barədə sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, 2016-ci ilin birinci rübünün hesablaşma dövrü üçün operatorların şəbəkəsində VLR-da olan aktiv sellülar (mobil) (M2M, data, test və rominq SİM-ləri istisna olmaqla) nömrə sayına dair təhvil-təslim aktı da təsdiq edilməmişdir. Bundan başqa bildirilmişdir ki, iddiaçı əldən çıxmış faydanı tələb etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş halların mövcudluğunu sübut etməli olduğu halda, iddiaçı əldən çıxmış faydanı müəyyənləşdirərkən onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı illik 15 faiz dərəcəsində olan 309.128 manatın ödənilməsi tələbini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439 və 445-ci maddələri ilə əsaslandırmağa çalışmış, lakin birinci instansiya məhkəməsi 445-ci maddənin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsasların olmadığına dair düzgün nəticəyə gəlmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 390.1, 449.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə, ona tərəflərdən birinin müqavilənin nəzərdə tutulan xitam verilmə tarixindən ən azı bir ay əvvəl bu barədə yazılı formada müraciəti əsasında xitam verilməsini nəzərdə tutmuş, müqavilənin xitam verilmə tarixinin 14 mart 2016-cı il olmasına baxmayaraq, cavabdeh müqavilənin tələblərini pozaraq iddiçıya müqaviləyə xitam verilməsinə dair bildirişi 04 aprel 2016-cı il tarixdə göndərmişdir. İddiaçı hesab edir ki, cavabdeh müqaviləyə xitam verilməsinə dair xəbərdarlığın edilməsi üçün müqavilədə nəzərdə tutulmuş müddəti ötürdüyündüən müqavilə növbəti müddət üçün başlanmış hesab olunmalıdır. Bundan başqa müqavilənin 04 aprel 2016-cı il tarixədək davam etməsinin və tərəflərin həmin tarixədək birgə fəaliyyət göstərməsinin cavabdeh və onun yuxarı orqanı olan Nəqliyyat, X8 Texnologiyalar Nazirliyi tərəfindən etiraf edilməsinə baxmayaraq, cavabdeh həmin dövr, yəni 2016-cı ilin birinci rübü üçün əldə edilmiş gəlirdən iddiaçının payını ödəməkdən də imtina etmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin 04 aprel 2016-cı il tarixli məktubunun tarixini öz qərarında göstərməmiş, habelə həmin tarixədək əldə edilmiş gəlirin hesabatının verilməsini də cavabdehdən tələb etməmiş, tam əksinə iddiaçıdan həmin müddətdə fəaliyyət göstərdiyini təsdiq edən sübutları tələb etmişdir. İddiaçı qeyd etmişdir ki, müqavilənin tələblərinə əsasən, müəssisə öz avadanlıqlarını cavabdehin istifadəsinə vermiş və cavabdeh tərəfindən həmin avadanlıqların istismarı nəticəsində əldə olunan gəlirlərin tərəflər arasında bərabər olaraq bölüşdürülməsi nəzərdə tutulmuşdur. Həmin gəlirlərin əldə olunmasının əsasını həmçinin, operatorların şəbəkələrində istifadə etdikləri aktiv sellülar (mobil) nömrə sayına görə ödənilən xidmət haqqı təşkil etmişdir. Bununla bağlı bütün hesabatların cavabdeh tərəfindən aparılmasına baxmayaraq, məhkəmə qərəzli şəkildə 2016-cı ilin birinci rübü üzrə hesabatları iddiaçıdan tələb etmişdir. Bundan başqa, məhkəmə iddiaçının direktoru tərəfindən cavabdehin yuxarı orqanına ünvanlanmış ərizədə cavabdehin direktoru barəsində edilən şikayətlə bağlı aralarında olan anlaşılmazlığın və fikir ayrılığının aradan qalxdığının və cavabdehin direktoruna qarşı hər hansı pul və digər tələblərin olmadığının göstərilməsinə istinad etmişdir. İddiaçı hesab edir ki, məhkəmənin göstərilən istinadı da əsassız olmuşdur. Belə ki, iddiaçı tərəfindən deyil “xxxx” MMC tərəfindən müqavilə üzrə tərəf olmayan şəxsə ünvanlanmış, habelə ərizədə göndərənin rekvizitləri əks olunmamışdır. Bu səbəbdən, həmin ərizə iddiaçı üçün heç bir hüquqi nəticə yarada bilməzdi. İddiaçı hesab edir ki, hətta göstərilən ərizənin mövcudluğunun ehtimal olunduğu halda belə, bu iddiaçının məhkəmə qarşısında iddia qaldırmaq kimi konstitusion hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddələsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. M əhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsasl arını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçı 2016-cı ilin birinci rübü üzrə görülmüş işlər üçün borcun yaranmasını sübuta yetirə bilməmişdir. Bu mövqeyi mübahisələndirən iddiaçı kassasiya şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə nəticəsində əldə olunan gəlirlərin əsasını, operatorların şəbəkələrində istifadə etdikləri aktiv selüllar (mobil) nömrə sayına görə ödənilən xidmət haqqı təşkil etmiş və bununla bağlı bütün hesabatlar cavabdeh tərəfindən aparılmışdır. Bu səbəbdən, məhkəmənin həmin hesabatları iddiaçıdan tələb etməsi əsassız olmuşdur. Məhkəmə kollegiyası iddiaçının dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. İşin hallarına görə tərəflər arasındakı münasibətlər 14 mart 2013-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə əsasında yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara uyğun gəlməlidir. Maddələrin tələblərindən göründüyü kimi, fiziki və hüquqi şəxslər məzmununu müəyyənləşdirməklə azad surətdə müqavilələr bağlaya bilərlər və həmin müqavilə onun bağlandığı vaxt qüvvədə olan hüquq normaları ilə müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan qaydalara uyğun gəlməlidir. Maddələrin tələb lərinə uyğun olaraq tərəflər arasında bağlanmış 14 mart 2013-cü il tarixli müqavilənin: - 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində xüsusi razılıq (lisenziya) əsasında sellülar (mobil) xidmətlər göstərən telekommunikasiya operatorları arasında sellülar (mobil) nömrə daşınmasının həyata keçirilməsi üçün MHM və İddiaçı1 tərəfindən SNDMBS-in qurulması, bu sistem üzrə məlumatlar mübadiləsinin təşkili və tətbiqindən ibarətdir. - 4.1.4-cü bəndinə əsasən, SND xidmətlərini yerinə yetirmək üçün bütün lazımi məlumatları, o cümlədən hazırkı müqavilənin qüvvədə olduğu müddət ərzində hər rübün sonunda mobil operatorların aktiv sellülar (mobil) nömrə sayını göstərən məlumatı İddiaçı1ə təqdim edir; - 4.2.12-ci bəndinə əsasən, hər ayın sonu daşınmış nömrələrin sayı barədə məlumatları MHM-ə təqdim edir. Müqavilənin göstərilən bəndlərindən aydın olduğu kimi, onun məzmunu Azərbaycan Respublikası ərazisində ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində xüsusi razılıq əsasında selüllar xidmətlər göstərən telekommunikasiya operatorları arasında selüllar nömrə daşınmasının həyata keçirilməsi və məlumatlar mübadiləsinin təşkili və tətbiqindən ibarət olmuşdur. Xidmətlərin yerinə yetirilməsi üçün bütün zəruri məlumatların, o cümlədən müqavilənin qüvvədə olduğu müddət ərzində hər rübün sonunda mobil operatorların aktiv selüllar nömrə sayını göstərən məlumatların iddiaçıya təqdim edilməsi cavabdehin, hər ayın sonu daşınmış nömrələrin sayı barədə məlumatların cavabdehə təqdim olunması isə iddiaçının öhdəliyi kimi nəzərdə tutulm uşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddənin tələbindən aydın olduğu kimi, məhkəmə icraatının iştirakçısı olaraq iddiaçı öz iddia tələbinin əsaslandığı hallarla bağlı sübutları məhkəməyə təqdim etməli idi. Lakin, işdən göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə daşınmış nömrələrin sayı barədə məlumatların təqdim edilməsini iddiaçının öhdəliyi olaraq müəyyən etmiş, iddiaçı isə 2016-cı ilin birinci rübü üzrə cavabdehə xidmət göstərilməsinə və bunun nəticəsində borcun yaranmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nətic ə düzgün olmuşdur. Kassasiya şikayətinin digər bir dəlili ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə görə müqaviləyə onun xitam tarixindən əvvəl xitam verilməsi üçün tərəflər bir-birini müqavilənin xitam tarixindən ən azı bir ay əvvəl xəbərdar etməli idi. Buna baxmayaraq, cavabdeh müqavilənin göstərilən tələbini pozaraq iddiaçıya xəbərdarlıq məktubunu 04 aprel 2016-cı il tarixdə göndərmiş, bununla da müqaviləyə xitam verilməsi üçün onda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası iddiaçının şikayətinin göstərilən dəlili ilə də razılaşmayaraq aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; Maddələrin tələblərindən aydın olduğu kimi müqavilə, tərəflərin qarşılıqlı razılaşması ilə və ya tərəflərdən biri müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər hallarda müqavilə tərəflərindən birinin tələbi ilə ləğv edilə bilər. Tərəflər arasında bağlanmış 14 mart 2013-cü il tarixli müqavilənin: - 6.1.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri müqavilənin şərtlərinin və öhdəliklərinin 3 ay ərzində davamlı və əsassız olaraq pozulmasına yol verdikdə, digər tərəfin yazılı xəbərdarlıqlarına və tələblərinə baxmayaraq onları aradan qaldırmadıqda, və ya tərəflərdən birinin müqavilənin nəzərdə tutulan xitam verilmə tarixindən ən azı 1 ay əvvəl bu barədə yazılı formada müraciəti əsasında müqaviləyə tam və ya qismən xitam verilə bilər; - 6.2-ci bəndinə əsasən, müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda, həmin tarixədək görülmüş işlər üzrə ödənişlər tərəflər arasında görülmüş öhdəliklərə əsasən aparılır. Aydın olduğu kimi tərəflər arasında bağlanmış müqavilə, ona vaxtında əvvəl xitam verilməsinin aşağıdakı iki əsasını müəyyən etmişdir: - tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərinin davamlı olaraq 3 ay ərzində pozulmasına yol verdikdə və digər tərəfin xəbərdarlıqlara baxmayaraq yol verilmiş pozuntular aradan qaldır ılmadıqda; - tərəflərdən birinin müqavilənin nəzərdə tutulan xitam verilmə tarixindən ən azı 1 ay əvvəl bu barədə yazılı formada müraciəti əsasında. İddiaçı cavabdeh tərəfindən müqavilənin tələblərinin pozulması əsası kimi ona müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müqavilədə nəzərdə tutulmuş xitam tarixindən bir ay əvvəl xəbər verilmədiyini göstərmişdir. Halbuki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən cavabdeh tərəfindən iddiaçıya göndərilən İH548 saylı, 12 mart 2016-cı il tarixli məktubda tərəflər arasında imzalanmış sellülar (mobil) nömrə daşınması üzrə X5 yaradılması və istismarına dair birgə fəaliyyət haqqında 14 mart 2013-cü il tarixli, 19/13 saylı müqavilə ilə iddiaçının öz üzərinə götürdüyü öhdəliklər çərçivəsində son 3 ayda göstərdiyi xidmətlərin cavabdehi qane etmədiyi və cavabdehin göstərilmiş xidmətlərin keyfiyyətindən tam narazı olduğu göstərilmiş, iddiaçı müqaviləyə 2015-ci ilin borclarına dair son hesablaşma aparıldıqdan sonra xitam veriləcəyi barədə xəbərdar edilmişdir. Göründüyü kimi, cavabdeh müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair onda nəzərdə tutulmuş göstərişlərə əməl etmiş və bununla bağlı müqavilənin tələblərini pozmamışdır. İddiaçı kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddianın təmin edilməməsinin əsası olaraq onun tərəfindən cavabdehin yuxarı orqanına ünvanlanmış, cavabdehin direktoru barəsində edilmiş şikayətlə bağlı aralarında olan anlaşmazlığın və fikir ayrılığının aradan qalxmasına dair ərizəyə istinad etmiş, bununla da iddiaçının məhkəmə qarşısında iddia qa ldırma kimi konstitusion hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsi ilə mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə aid olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iddiaçının göstərilən dəlili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülki qanunvericiliklə nəzərdə tutulmuş məhkəmə müdafiəsinin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinin 24 may 2018-ci il tarixli, 2-2(81)749/2018 saylı qərardadı ilə onun cavabdehə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və mübahisəyə mahiyyəti üzrə baxılaraq müvafiq qərarlar qəbul olunmuşdur. Bu səbəbdən iddiaçının məhkəmə qarşısında iddia qaldırmaq kimi konstitusion hüququnun pozulmasına dair kassasiya şikayətinin dəlili də əsassız olmuşdur. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin də xatırlatmasını zəruri hesab edir. Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlil üzrə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir, həmin dəlil istər maddi, istərsə də prosessual hüquq normasının tətbiqi baxımından da hər hansı bir qaydada əsaslandırılmamışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: iddiaçı “xxxx” MMC-nin qanuni təmsilçisi İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 yanvar 2019-cu il ta rixli, 2-2(105)-97/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova