Məhkəmə qərarları › İş №2-2(102)-179/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-179/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-179/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "X"-in Cavabdeh "Y"-ə qarşı iş üzrə QƏRAR açar sözlər: (10 278 manat əsas, 2.681,22 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması) GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı X cavabdeh Y-ə qarşı “10.278 manat əsas, 2.681,22 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 yanvar 2020-ci il tarix li, 2-2(103)-68/2020 saylı qətnaməsindən cavabdeh və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra MMC) Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10.278 manat əsas, 2.681,22 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçıdan aldığı malların dəyərini tam ödəmədiyi üçün 10.978 manat borcu qalmışdır. Bundan əlavə 19.01.2017-ci il tarixdən 13.11.2018-ci il tarixədək müvafiq olaraq 2.681,22 manat faiz borcu yaranmışdır. Odur ki, borcun ödənilməsi təmin edilmədiyindən hazırki iddia irəli sürülmüşdür. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsas borc məbləğindən 700 manat ödəniş edildiyini və cari borcunun 10.278 manat olduğunu bildirmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş,19 yanvar 2017-ci il tarixli üzləşmə aktından görünmüşdür ki, İddiaçının direktoru A və meneceri B ilə cavabdeh sonuncunun sement satışı ilə əlaqədar yaranmış 10.978 manat borcunun olmasını imzaları ilə təsdiq edib. Cavabdeh tərəfindən 19.01.2017-ci il tarixdə yazılıb imzalanmış iltizamdan görünmüşdür ki, o, İddiaçıya olan 10.978 manat borcun 3.000 manatını mart ayının sonuna, qalan hissəsinin isə hər ay 700 manat olmaqla tam ödəyəcəyini bildirmişdir. Beləliklə, İddiaçı ilə Cavabdeh arasındakı razılaşmaya əsasən iddiaçı sement məhsulunu satmağı, cavabdeh isə h əmin məhsulun dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən razılaşma üzrə sement məhsulu cavabdehə təqdim edilsə də, məhsulun haqqı ödənilmədiyindən sonuncunun 10.978 manat borcu yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-768/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 10.278 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (Hakim: Əfqan Ələkbərov). Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-68/2019 saylı 29.01.2020-ci il tarixli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli, 2-2(82)-768/2019 saylı qətnaməsindən(Sədrlik edən: A.N, hakimlər V.A, C.Y) Cavabdeh tərə findən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə 2 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gönərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdeh iclas zalında İddiaçı ilə heç bir münasibətinin olmadığını yalnız fiziki şəxs "V" ilə sement alqı-satqısı olduğunu bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, o, sonuncu dəfə fiziki şəxs kimi 28 mart 2015ci il tarixdə sement almışdır. Həmin vaxt İddiaçı hüququ şəxs kimi mövcud olmamışdır. Odur ki, mövcud olmayan hüquqi şəxsə borclu ola bilməzdi. Sənədlərdən görünür ki, İddiaçı 11 aprel 2016-cı ildə qeydiyyatdan keçmişdir. Lakin sonradan fiziki şəxs "V" ondan xahiş etmişdir ki, Cavabdeh fiziki şəxs kimi ona olan borcunu iddiaçıya olan borc kimi təsdiq etsin. Bundan sonra o, bu sənədlərə qol çəkmişdir. Cavabdeh iddiaçının məhkəməyə təqdim etdiyi müqaviləni yalançı əqd hesab edir, əqdi pərdələmək məqsədi daşıdığını güman edir. Həmçinin kassator qeyd edir ki, məhkəmə həmçinin çəkişmə prinsipinə əməl etməmişdir. Eyni zamanda ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabə rliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu pozmuşdur. Belə ki, İddiaçının iş üzrə keçirilən 04.02 2019 tarixində ilk olaraq Nərimanov Rayon Məhkəməsində (sədirlik edən K.Ə) iddia qaldıran İddiaçınin direktoru məhkəmə iclasında iştirak etməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 29.05.2019-cu ildə (sədirlik edən R.Q) keçirilən iclasında da V iştirak etməmişdir. 2 saylı Bakı İnzibati - İqtisad Məhkəməsinin 30.09.2019-cu ildə (sədirlik edən Ə.Ə) keçirilən iclasında da V iştirak etməmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən 15 yanvar 2020-ci il tarixdə vəsatət verilərək iddiaçının iştirakı ilə araşdırmanın aparılmasını xahiş etsədə məhkəmə vəsatəti əsasız olaraq rədd etmişdir. Kassasiya şikayətinə etiraz İddiaçı kassasiya şikayə tinə aşağıda qeyd edilənlərə əsaslanaraq əsassız hesab etdiyi üçün etiraz etmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Mülki işə əlavə edilmiş və mötəbər sübutlar hesab edilən 19.01.2017-ci il tarixli üzləşmə aktında cavabdeh iddiaçıya, yəni İddiaçıya 10.978 manat borcu olmasını imzasıyla təsdiq etmişdir. Üzləşmə aktı iddiaçı tərəfindən, MMC-nin direktoru və meneceri tərəfindən im zalarla təsdiq edilmiş və MMC-nin möhürü ilə təsdiqlənmişdir. Həmin tarixdə cavabdeh ödənişin təmin edilməsinə dair yazdığı iltizamda iddiaçıya, yəni İddiaçıya 10.978 manat borcu olmasını etiraf etmiş, həmin borc məbləğindən 2017-ci ilin mart ayının sonuna kimi 3.000 manat, sonra isə qalan məbləği hər ay 700 manat olmaqla tam ödənilməsini təmin edəcəyinə dair öhdəlik götürmüşdür. İltizam cavabdehin özü tərəfindən yazılmış və imzasıyla təsdiq edilmişdir. Qeyd edilən xüsusatlar birinci və apellyasiya instansiya məhkəmələrində cavabdeh tərəfindən etiraf edilmişdir. Kassasiya şikayətində cavabdeh tərəfindən iddiaçıya borcunun olmaması barədə və apellyasiya məhkəməsinin qətnaməsinin ədalətsiz olması barədə göstərilənlərin heç bir hüquqi əsası yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Sürmeli Almaniyaya qarşı" qərarında göstərilir ki, dövlətlər öz məhkəmə sistemlərini elə təşkil etməlidirlər ki, məhkəmələr hər kəsin mülki hüquq və vəzifələri ilə bağlı mübahisələr üzrə ağlabatan müddət ərzində yekun qərar qəbul etsinlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Konstitusiyanın 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarında göstərilmişdir ki, hakimlər öz funksiyalarını ağlabatan müddətlərdə, işlərə hərtərəfli və sübutların əsasında baxaraq, hər kəsin ədalətli məhkəmə araşdırma sı hüququnu təmin etməlidir. Ona görə də, iddiaçı yuxarıda qeyd edilənlər əsasında apellyasiya məhkəməsinin çıxardığı qətnaməni qanuni və ədalətli hesab etdiyi üçün kassasiya şikayətinin əsassız olduğuna görə ona etiraz etmiş və apellyasiya məhkəməsinin qətnaməsinin qüvvədə qalmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçının vəkili izahatında kassasiya şikayətini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən heç bir maddi və prosessual hüquq normasının pozuntusuna yol verilmədiyini bildirdi. Ona görə də məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Cavabdeh Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək m əhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılma sı kimi qiymətləndirilməməlidir. İş materiallarını, kassasiya şikayətinin dəlillərini hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 22(103)-BAM/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarından görünür ki, İddiaçının direktoru V və meneceri E ilə Cavabdeh sonuncunun sement satışı ilə əlaqədar yaranmış 10.978 manat borcunun olmasını imzaları ilə təsdiq etmişlər. Cavabdeh tərəfindən 19.01.2017-ci il tarixdə yazılıb imzalanmış iltizamdan görünür ki, o, İddiaçı-nə olan 10.978 manat borcun 3.000 manatını mart ayının sonuna, qalan hissəsini isə hər ay 700 manat olmaqla tam ödəyəcəyini bildirmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasındakı razılaşmaya əsasən iddiaçı sement məhsulunu satmağı, cavabdeh isə həmin məhsulun dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən razılaşma üzrə sement məhsulu cavabdehə təqdim edilsə də, məhsulun haqqı ödənilmədiyindən sonuncunun 10.278 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vard ır Həmin məcəllnənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ü çün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərini haqlı olaraq qəbul etməmişdir. İş materiallarında olan İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, İddiaçı (VÖEN **********) 11.04.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış və onun qanuni təmsilçisi V-dir. Cavabdeh İddiaçının direktoru V-yə 10.978 manat borcun olduğunu, bu borc məbləğini bu ilin mart ayının sonuna 3.000 manat, sonra isə qalan məbləği isə hər ay 700 manat olmaqla tam ödənilməsinin təmin edilməsi barədə 19.01.2017-ci il tarixdə iltizam vermişdir. Göründüyü kimi, iltizamda yalnız bir tərəfin Cavabdeh - iradəsi ifadə olunmuşdur, bu da birtərəfli əqd hesab olunur. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh həmin iltizamda olan imzanın ona məxsus olduğunu, həmin əqdi bağlamağa məcbur olunmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin məcəllənin 324.3-ci maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin məcəllənin 326-cı maddəsinə görə, birtərəfli əq d onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər. Həmin məcəllənin 327-ci maddəsinə əsasən, birtərəfli əqdlərə öhdəliklər və ya müqavilələr haqqında ümumi müddəalar müvafiq surətdə o halda tətbiq edilir ki, bu Məcəlləyə əqdin birtərəfli xarakterinə və mahiyyətinə zidd gəlməsin. Birtərəfli əqd bütün əqdlər kimi hüquqi nəticəyə - mülki hüquq və vəzifələrinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam verilməsinə səbəb olur. Bu cür əqd vəzifəni yalnız onu bağlanmış şəxs üçün yaradır, birtərəfli əqd onu bağlayan şəxs üçün mülki hüquqlar yaratmır. Mülki hüquqları bu əqd yalnız onun ünvanlandığı şəxslər üçün əmələ gətirir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası o nu da qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində Vaqif Rəhimovun təqdim etdiyi sənədlərlə əqdi pərdələmək məqsədi daşıdığını göstərsə də, həmin əqdi məhkəmə qaydasında mübahisələndirməmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti əsassızdır qətnamənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüq uq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya qaydasında işə baxan məhkəmə kollegiyası kassasiya şikayətində göstərilmiş dəlillərlə razılaşmır və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Cavabdehin İddiaçı ilə heç bir münasibətinin olmaması, yalnız fiziki şəxs V-dan sement alması, sonuncu dəfə fiziki şəxs kimi 28 mart 2015-ci il tarixdə sement alması, həmin vaxt mövcud olmayan İddiaçı-yə borclu ola bilməməsi, fiziki şəxs V-nın cavab dehdən ona olan borcunu “N" MMC-yə olan borc kimi təsdiq etməsini xahiş etməsi, bundan sonra cavabdehin bu sənədlərə qol çəkməsinə dair kassasiya şikayətində göstərdiyi dəlillər məhkəmə araşdırması zamanı öz əsasını tapmamışdır. Belə ki, qeyd olunan halları təsdiq edən hər hansı mötəbər sübut işin materiallarında yoxdur. Cavabdeh məhkəməyə özünün istinad etdiyi halları təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Halbuki işdə olan sənədlərdən (üzləşdirmə aktı, iltizam) cavabdehin özünün İddiaçıya olan borcunu etiraf etdiyi aydın şəkildə görünür. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilənin yalançı olması, əqdi pərdələmək məqsədi daşıması dəlili də əsaslı hesab oluna bilməz. Belə ki, cavabdeh həmin əqdi məhkəmə qaydasında mübahisələndirməmişdir. Bundan başqa, cavabdeh iddiaçının məhkəmə iclaslarında iştirak etməməsi nəticəsində onun hüquqlarının, çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinin necə pozduğunu əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarı nı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, “Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur.” Həmçinin Mülki Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, bu Məcəllənin 8.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyaz ların verilməsindən imtina oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan Qərarında tərəflərin prosessual hüquq bərabərliyinə münasibətdə də Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ifadə olunmuşdur. Bu Qərarda təsbit olunmuşdur ki, “Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçiril məsinə şərait yaradır.” İşin hallarından görünür ki, iddiaçı öz iddiasını əsaslandırdığı halları təsdiq edən dəlilləri, sübutları müəyyən olunmuş qaydada məhkəməyə və cavabdehə təqdim etmiş, cavabdehin də həmin dəlillərə, sübutlara qarşı öz mövqeyini formalaşdırmağa və müdafiə etməyə bütün prosessual imkanları olmuşdur. Cavabdehin bütün məhkəmə iclaslarında iştirakı təmin olunmuş və o, öz prosessual hüquqlarından öz mülahizələrinə uyğun sərbəst şəkildə istifadə etmişdir. Bir sözlə, iddiaçının məhkəmə iclaslarında iştirak etməməsinin cavabdehə münasibətdə çəkimə və tərəflərin prosessual hüquq bərabərliyi prinsiplərinin təmin olunmasına heç bir maneçiliyi, mənfi təsiri olmamışdır. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxış ının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Bununla əlaqədar istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəmələri iddiaçının iştirakı olmadan işə baxmaqda haqlı olmuşlar. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası kassasiya şikayətinin bütün dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etiraz larının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 yanvar 2020-ci il tarixli, 2-2(103)-68/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 29 yanvar 2020-ci il tarixli q ətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar