Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-179/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), müqavilə üzrə dəbbə pulu tələbi, alqı-satqı müqaviləsi, satıcının əşyanı vermək vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 noyabr tarixli 2-2(103)-894/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında imzalanmış 2022-ci il 9 iyun tarixli URL-013/20220609 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya qiymətin razılaşma protokolunda göstərilən malları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilənin 3.3.3-cü yarımbəndinə əsasən satıcı müqaviləni pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, çatışmayan miqdarda əşyanın verilməsini tələb etmək, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək alıcının hüququdur. 4.1-ci bəndə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən tam ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür. 2. 2022-ci il 9 iyun tarixli URL-013/20220609 saylı alqı-satqı müqaviləsinə əlavə 1-ə əsasən 9.028,5 manat, ümumilikdə isə ƏDV daxil 10.653,63 manat ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. 3. 2022-ci il 10 iyun tarixli **********182223 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən Cavabdeh MMC-nin hesabına 1.625,13 manat ƏDV məbləği köçürülmüşdür. 4. 2022-ci il 10 iyun tarixli 377104/00034 nömrəli ödəniş tapşırığına əsasən 9.028,5 manat İddiaçı MMC-nin bank hesabından Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra mətndə «iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə «cavabdeh») qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, cavabdehdən 9.028,50 (doqquz min iyirmi səkkiz manat 50 qəpik) manat əsas, həmin məbləğə hesablanmış 1625,13 (bir min altı yüz iyirmi beş manat 13 qəpik) manat ƏDV, cəmi 10653,63 (on min altı yüzəlli üç manat, 63 qəpik) manat, alqı-satqı müqaviləsinin 4.3-cü maddəsinə əsasən borcla bərabər hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında 191,76 manat cərimə, mənəvi zərərə görə 20.000 (iyirmi min) manat, maddi ziyana görə 10.000 (on min) manat, hüquqi xidmətə görə ödənilmiş 600 (altı yüz) manat, ödənilmiş 200 (iki yüz) manat mediasiya rüsumu, həmçinin 30 manat məhkəmə rüsumu tutulalaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini əsaslandıraraq göstərmişdir ki, müqaviləyə əsasən, satılacaq məhsulların dəyə ri 9028,50 manat əsas vəsait xx.xx.2022-ci il tarixli 377104/00034 saylı ödəniş tapşırığına və həmin məbləğə hesablanmış 1625,13 manat ƏDV xx.xx.2022-ci il tarixli **********182223 saylı bildirişə əsasən, cəmi 10653,63 (on min altı yüz əlli üç manat, 63 qəpik) manat pul vəsaiti cavabdehin bank hesabına ödənilmişdir. Lakin həmin müqavilənin 4.1-ci maddəsinə əsasən malların dəyəri tam ödənilsə də, sifariş verilmiş mallar 3 gün müddətində alıcıya təhvil verilməmiş və hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.01%-i miqdarında cərimə borcunun yaranmasına səbəb olmuşdur.
7. Cavabdeh iddia tələbinə etiraz edərək göstərmişdir ki, seriya EBBY № 000228 10 iyun 2022 tarixli elektron qaiməyə əsasən 09 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mallar iddiaçıya təqdim edilmiş, qaimə qüvvədədir, ləğv olunmamış və çox guman ki, vergidə də əvəzləşdirilmişdir. Belə olan halda həmin elektron qaimənin qüvvədə olmasına baxmayaraq iddiaçı əsassız olaraq cavabdehə qarşı iddia ərizəsi vermişdir, çünki qaimə ilə malların alınması təsdiq edilir. Cavabdeh tərəfindən iddiaçıya borc yoxdur və iddiaçı heç bir əsası olmayan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 iyul tarixli e-2-2(113)-1872/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 9.028,50 manat əsas, həmin məbləğə hesablanmış 1.625,13 manat ƏDV olmaqla, cəmi 10.653,63 manat, 191,76 manat cərimə məbləğinin, ödənilmiş 200 manat mediasiya rüsumunun, 12,54 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin e dilməməsi qət edilmişdir (hakim A.Əliyeva).
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, cavabdehin müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməməsi, nəticədə sonuncuya borcunun yaranması işin materialları ilə sübuta yetirildiyindən, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
10. Məhkəmə cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd etmişdir ki, təhvil veriləcək malların qabaqcadan ödənilməsi tərəflər arasında müqavilə şərti ilə razılaşdırılmış haldır. Həmin şərtə uyğun olaraq müqavilə tərtib edildiyi tarixdən bir sonrakı gün iddiaçı tərəfindən lazımi ödəniş olmuş, lakin mallar təhvil verilməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi hər iki tərəfin möhür ü ilə təsdiqlənmiş alınacaq malların siyahısından əlcək və elektoratın da təhvil verildiyini qeyd etsə də, həmin malların təhvil verilməsini təsdiq edən hal kimi elektron qaimədən başqa hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf isə qeyd edilən malların ona ümumiyyətlə təhvil verilmədiyini bildirmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, işin hallarından cavabdeh tərəfindən malların alıcı olan iddiaçıya çatdırılmasının yubadılması öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının iddia tələbi dəbbə pulunun tələb edilməsi hissəsində əsaslı olduğundan, 191,76 manat cərimə məbləği cavabdehdən tutulmalıdır.
12. İddiaçı eyni zamanda iddia tələbində mənəvi zərərə görə 20.000 manat, maddi ziyana görə 10.000 manat ödənilməsini də tələb etmişdir. Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumunun 2002-ci il 31 may tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarlarına istinadən, iddiaçının fiziki şəxs yox, hüquqi şəxs olmasını nəzərə alaraq, iddia tələbini mənəvi zərərin ödənilməsi hissəsində rədd etmiş, maddi zərərin vurulmasına münasibətdə isə qeyd etmişdir ki, iddiaçı ona maddi zərərin vurulduğunu sübuta yetirə bilməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 21.1, 21.2, 385.1, 425.2, 442, 462.1, 467, 567, 600.1, 600.4 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1.1 və 175.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 noyabr tarixli 2-2(103)-894/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).
16. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının həddində iddianı əsaslı hesab etmiş, g östərmişdir ki, iddia tələblərinin qanuni əsasını MM-nin 599.3-cü maddəsi təşkil edir. Hazırki işdə də həmin maddənin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması, eləcə də alıcı (iddiaçı) tərəfindən 9.028,5 manat, ümumilikdə isə (ƏDV daxil) 10.653,63 manat məbləğində əşyaların dəyərinin əvvəlcədən satıcının (cavabdehin) bank hesabına ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir.
17. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə malları alıcıya təhvil verməmişdir. Çünki cavabdeh malları təqdim etməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və MPM-nin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Cavabdehin istinad etdiyi 00228 saylı 10 iyun 2022-ci il tarixli elektron qaim ə isə bunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən tam ödəniş həyata keçirildikdən 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür.
18. Göründüyü kimi təhvil veriləcək malların qabaqcadan ödənilməsi tərəflər arasında müqavilə şərti ilə razılaşdırılmış haldır. Həmin şərtə uyğun olaraq da 000228 saylı 10 iyun 2022-ci il tarixli elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ödəniş olmuşdur. Ona görə də, həmin qaimə ilə hər hansı malın təhvil verilməsi təsdiq olunmur.
19. Bundan əlavə, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının audiovideo yazısından müəyyən edilir ki, cavabdehin nümayəndəsi malların təhvil vermədiyini etiraf e tmiş və müqavilədə göstərilən bütün malların təhvil verilməsi üçün müəyyən müddətin verilməsi ilə bağlı sədrlik edənin təklifinə razılıq vermişdir.
20. Göründüyü kimi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə alıcı malların dəyərini satıcıya ödəmiş, satıcı isə həmin əşyaları alıcıya təhvil vermək vəzifəsini vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı MM-nin 599.3-cü maddəsində təsbit edilmiş hüququndan istifadə edərək təhvil verilməmiş mallara görə ödədiyi 9.028,5 manat, ümumilikdə isə (ƏDV daxil) 10.653,63 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
21. Həmçinin məhkəmə hesab etmişdir ki, dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqa vilənin 4.3-cü bəndinə əsasən razılaşdırılmışdır ki, malın təhvil verilməsinin və “alıcı”ya çatdırılmasının gecikdirilməsi halında “satıcı” “alıcı”ya hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 01%-i miqdarında cərimə ödəməlidir.
22. MM-nin 462.1-ci maddəsinin tələblərini, işin hallarını, o cümlədən tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğu nəzərə alaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı 191,76 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə iddianı tam təmin etmişdir.
23. Apellyasiya şikayətinin məhkəmə tərəfindən cavabdehin istinad etdiyi hallara lazımi hüquqi qiymət verilməməsi, cavabdeh tərəfindən sübutların təqdim edilməsinə şərait yaradılmaması və işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması barədə dəlillərinə münasibətdə məhkəməninr qiymətləndirməsi ondan ibarət olmuşdur ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin həm hazırlıq, həm də məhkəmə baxış iclaslarında iştirak etmiş və izahatlar vermişdir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi malların təhvil vermədiyini etiraf etmişdir. MPM-nin 106.3-cü maddəsinə görə isə belə olan halda iddiaçı tərəf həmin faktı sübut etmə vəzifəsindən azaddır. Həmçinin, MM-nin 567-ci maddəsinin dispozisiya şərtinə görə malların təhvil verilməsi halını sübut etmək vəzifəsi satıcıya (cavabdehə) aiddir.
24. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə n əticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlilləri isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 462.1, 567, 599.3-cü və MPM-in 77.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
26. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
27. MM-in 462.1, 567, 599.3-cü maddələrinin tələ bləri pozulmuşdur- məhkəmə nəzərə almamışdır ki, EBBY seriyalı 000228 nömrəli 2022-ci il 10 iyun tarixli elektron qaiməyə əsasən 2022-ci il 9 iyun tarixli alqı-satqı müqaviləsi üzrə mallar iddiaçıya təqdim edilmiş və qaimə qüvvədədir, ləğv olunmamış və vergi orqanlarına verilmiş hesabatlarda müvafiq ƏDV məbləği əvəzləşdirilmişdir. İddia tələbi əsassızdır, çünki qaimə ilə malların alınması təsdiq edilir. Eyni zamanda həmin məbləğ çərçivəsində digər mallar da qarşı tərəfə verilmişdir ki, həmin mallar tərəflər arasındakı razılaşmada nəzərdə tutulmuş mallar olmamışdır. Həmin malların təhvil verilməsi ilə bağlı akt tərtib edilməmiş, lakin qarşı tərəfə bununla bağlı elektron qaimə göndərilmişdir ki, hazırda da həmin qaimə qüvvədədir.
28. MM-in 425.1, 1091.1 və 1091.2-ci maddələrinin tələbləri po zulmuşdur-iddiaçı cavabdehdən artıq pul tələb etməklə əsassız varlanmaq istəyir, bu isə qanunla yolverilməzdir.
29. MPM-in 14.2, 77.1, 88, 185, 217-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə bir sıra sübutlara qərəzli qiymət vermiş, cavabdeh tərəfindən təqdim edilmiş subutlara lazımi hüquqi qiymət verilməməsi apellyasiya instansiyası məhkəməsinin düzgün olmayan qətnamə qəbul etməsi ilə nəticələnmişdir. Məhkəmə cavabdehə qarşı iddia tələblərini təmin edərkən konkret qanunun normasına yox, formal mülahizələrə əsaslanmışdır. Bundan başqa, hər iki instansiya məhkəməsi tərəfindən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə proseslərində iştirakının təmin edilməsi üçün tədbir görülməmiş, iş tezliklə yekunlaşdırılaraq qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
32. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhd əliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). 36. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
37. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
38. Belə ki, cavabdehin iddia tələbinə dair etirazının, apellyasiya şikayətinin və hazırki kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı əsas dəlili ondan ibarətdir ki, tərəflər arasında 09 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mallar, seriya EBBY № 000228 10 iyun 2022 tarixli elektron qaiməyə əsasən iddiaçıya təqdim edilmiş, qaimə qüvvədədir, ləğv olunmamışdır.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin dəlillə bağlı qiymətləndirməsi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdehin müqavilə üzrə malların iddiaçıya təqdim edilməsinə dair mövqeyi, onun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə təkzib edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclasının audiovideo yazısından müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi malların təhvil vermədiyini etiraf etmiş və müqavilədə göstərilən bütün malların təhvil verilməsi üçün müəyyən müddətin verilməsi ilə bağlı sədrlik edənin təklifinə razılıq vermişdir.
40. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən, satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən tam ödəniş həyata keçirildikdən sonra 3 təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür.
41. Nəzərə alınmalıdır ki, elektron qaimə-faktura elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir.
42. İlkin uçot sənədi olan elektron qaimə fakturaların kommersiya mübahisələrinin həlli zamanı sübuti əhəmiyyəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli «HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarında göstərilmişdir ki, «... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsin i birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir».
43. Göründüyü kimi, yalnız malın təqdim edilməsinə dair elektron qaimənin mövcudluğu cavabdehin dəlillərinin əsaslı olması barədə qənaətə gəlmək üçün yetərli deyildir. Tərəflər müqavilədə malın satıcı tərəfindən alıcıya təhvil verilməsini şərtləşmişlər. MPM-nin 14.2 və 77.1-ci maddəsinin tələbləri baxımından alqı-satqı müqaviləsinə əsasən malların təhvil verildiyini sübut etmək vəzifəsi cavabdehin üzərindədir. Lakin işə baxan məhkəmələr tərəfindən belə təhvil-təslimin olmadığı mü əyyən edilmişdir.
44. Məhkəmə kollegiyası şikayətin dəlilinə qiymət verərkən həmçinin nəzərə alır ki, tərəflər qarşılıqlı münasibətlərində yaranmış praktikaya, işgüzar adətlərə, öhdəliklərin icrasının rəsmiləşdirilməsi başqa üsuluna da istinad etməmiş, bununla bağlı zəruri sübutları işə mahiyyəti üzrə baxılarkən təqdim etməmişlər.
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə malların iddiaçıya təqdim olunmaması səbəbindən, həmin mallara görə ödənilmiş pulun geri qaytarılması tələbinin təmini barədə nəticəsi mübahisəli hüquq münasibətinə tətbiq etdiyi maddi hüquq normaları ilə yanaşı, MPM-nin 106.3-cü maddəsinin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli qərarında ifadə olunmuş hüquq i mövqeyə də uyğun olmuşdur. Kollegiya hesab edir ki, baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14, 77.1, 80, 88, 217-ci maddələrinin tələblərinə əməl edilmiş, işdəki sübutlar ətraflı araşdırılmış, prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
46. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 noyabr tarixli 22(103)-894/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q üvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli Ə.G.Nurməmmədov