Məhkəmə qərarları › İş №2-2(102)-18/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-18/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-18/2020 27.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası X9 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx (Azərbaycan)” ASC-yə, “X29” MMC-yə və Bakı şəhəri 3 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRAR Açar sözlər: kredit müqaviləsinin təminatı kimi ipoteka müqaviləsinin etibarsızlığı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, X9 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, cavabdeh “xxxx (Azərbaycan)” ASC-nin vəkili X7 iştirakı ilə, X9 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra iddiaçı) cavabdehlər “xxxx (Azərbaycan)” ASC-yə, “X29” MMC-yə və Bakı şəhəri Cavabdehna (bundan sonra cavabdeh) qarşı (maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) “əqdin etibarsız sayılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-2(103)-487/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: “xxxx (Azərbaycan)” ASC ilə “X29” MMC arasında bağlanmış 11355611-7425 saylı x xxxx 2013-cü il tarixli “Baş kredit razılaşması”na əsasən “xxxx (Azərbaycan)” ASC “X29” MMC-yə x xxxx 2013-cü il tarixdən x xxxx 2023-cü il tarixədək 5.000.000 manat və ya ABŞ dollarına ekvivalent məbləğində kredit xətti vermişdir. Qeyd olunan kredit xəttinin təminatı qismində “Bağlan Group” FZCO şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə 11.44777-G_RAN-80 saylı x xxxx 2013-cü il tarixli “Zaminlik müqaviləsi” və İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0,08568 ha torpaq sahəsində yerləşən 3 nömrəli binanın 1-ci mərtəbəsində 13,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi, 175,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və 84,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi xx xxxx 2013-cü il tarixli 504-NEDVİJ-1379 nömrəli “Daşınmaz əşya ipo teka müqaviləsi” bağlanmış və ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC-nin X2 xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X12”nin 3.2-ci bəndinə əsasən idarə heyətinin üzvləri Bankın müşahidə şurası tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilirlər. Əsasnamənin 4.1-ci bəndinə əsasən müşahidə şurası idarə heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İddiaçı ASC-nin X2 xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X6”nin 2.4.6-cı bəndinə əsasən İdarə heyətinin üzvlərini təyin və azad etməsi Müşahidə Şurasının səlahiyyətinə aid edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Nizamnaməsinə görə: - (6-cı bənd) Səhmdarların sonrakı ümumi yığıncağı bütün səsvermə hüququ olan səhmlərin azı 60 faizinin sahibi olan səhmdarlar iştirak etdikdə səlahiyyətli say ılır; 6.5.17-ci bəndinə əsasən bu bəndin 6.5.2 və 6.5.7 yarımbəndləri ilə X2 müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər həll edilmək üçün bankın müşahidə şurasına həvalə oluna bilər; - (7-ci bənd) X27 fəaliyyəti üzərində nəzarəti həyata keçirir və icra səlahiyyətlərinə malik olmayan orqandır. Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarət olmalıdır; Müşahidə Şurasının üzvləri X10 Yığıncağı tərəfindən səhmdarlardan və ya kənar şəxslərdən 4 ildən çox olmayan müddətə təyin edilən şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. X24 Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir; Müşahidə Şurası qərarlarının qəbul edilməsi üçün iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir; 7.10.6-cı maddəsinə əsasən id arə heyəti üzvlərinin vəzifədən kənarlaşdırmaq, səhmdarların ümumi yığıncağında təsdiq edilənədək onları müvəqqəti olaraq “Banklar haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə cavab verən başqa şəxslərlə əvəz etmək müşahidə şurasının səlahiyyətlərinə aiddir. - (9-cu bənd) X37 icra orqanıdır və onun fəaliyyəti üçün məsuliyyət daşıyır. İdarə Heyəti 7 nəfərdən ibarətdir. İdarə Heyətinin üzvləri X10 Yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilirlər. İddiaçı ASC-nin X1 x xxxx 2013-cü il tarixli iclasının protokolundan görünür ki, Ümumi Yığıncağın həmin tarixli iclasında aşağıdakılar qərara alınmışdır: - “xxxx” MMC-nin “xxxx” ASC-dən 3.000.000 manat məbləğində olan kreditin təminatı olaraq bankın mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 3 ünvanında yerlə şən qeyri-yaşayış sahəsi (ümumi sahəsi 273,7 kv.m) “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsinə razılıq verilsin; - Bu qərarın icrası X28 üzvü Leyla Kərimovaya həvalə edilsin. İddiaçı ASC-nin Müşahidə Şurasının xx xxxxxx 2018-ci l tarixli iclasının protokolundan görünür ki, Müşahidə Şurasının həmin tarixli iclasında aşağıdakılar qərara alınmışdır: - X28 sədr vəzifəsinin müvəqqəti icra edilməsi İdarə Heyətinin üzvü X18 həvalə edilsin; - Bu qərar barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilsin. “xxxx (Azərbaycan)” ASC, “X29” MMC və İddiaçı ASC arasında İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsində istifadədə olan 0,08568 ha torpaq sahəsində yerləşən 3 nömrəli binanın 1-ci mərtəbəsində olan qeyriyaşayış sahəsinin “X29” MMC tərə findən “xxxx (Azərbaycan)” ASC-dən götürdüyü 5.000.000 manat kreditin təminatı kimi sonuncunun xeyrinə yüklü edilməsi barədə x xxxx 2013-cü il tarixli 504-NEDVİJ-1379 nömrəli müqavilə (Daşınmaz əşya ipoteka müqaviləsi) bağlanmışdır. Müqaviləni İddiaçı ASC-nin adından İdarə Heyətinin üzvü kimi X25 bağlamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Bakı şəhəri Cavabdehna və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “əqdin etibarsız sayılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin təminatı kimi “xxxxASC-yə ipoteka qismində təqdim edilmiş Ləğv Prosesində olan İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, S əbail rayonu, S.Vurğun küçəsində istifadədə olan 0,08568 ha torpaq sahəsində yerləşən 3 nömrəli binanın 1-ci mərtəbəsində 13,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi, 84,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və 175,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə “xxxx (Azərbaycan)” ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Bu əsasla, eləcə də aşağıdakı göstərilən digər əsaslara görə həmin ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Eyni zamanda, “X29” MMC-nin “xxxx (Azərbaycan)” ASC-dən yuxarıda göstərilən kreditləri götürməyinin və həmin kreditlərin təminatı kimi bunun müqabilində İddiaçı ASC-nin balansında olan yuxarıda qeyd olunmuş daşınmaz əmlakların ipoteka qismində təqdim edilməsinin İddiaçı ASC-nin maraqları və qanuni mənafeləri baxımından heç bir əhəmiyyəti yoxdur. Qeyd olunan vəziyyət, materiallardan göründüyü kimi, İddiaçı ASC-nin aktivlərinin şəxsi maraqları üçün sui-istifadə edilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydaları”nın 3-cü bəndinə görə banka aidiyyəti olmayan şəxslərlə aparılan əməliyyatlar bank üçün faydalı olmazsa, bu cür əməliyyatlar banka aidiyyəti olan şəxslər və onlar adından hərəkət edən şəxslərlə də aparılmamalıdır. Banka aidiyyəti olan şəxslər və ya onlar adından hərəkət edən şəxslər bankın xidmətlərindən çəkinməli və onlarla banka ziyan gətirə biləcək əməliyyatlar aparılmamalıdır. İddiaçı ASCnin İdarə Heyəti (yuxarıda qeyd edilən ipoteka müqaviləsini imzalayan şəxs) əvvəlcəd ən yuxarıda qeyd edilən ipoteka müqaviləsinin ona maddi ziyandan başqa bir fayda gətirməyəcəyini bilirdi, lakin bankın səhmdarları və onlara aidiyyəti şəxsin təzyiqi altında qeyri-qanuni ipoteka müqaviləsi bağlamaqla bankın külli miqdarda dəyəri olan əmlaklarından təmənnasız olaraq imtina etmişdir. İstinad olunan ipoteka müqavilələrinin ləğv olunmasının ən mühüm əsaslarından biri də İddiaçı ASC-nin adından həmin müqaviləni səlahiyyəti olmayan şəxsin, yəni İdarə Heyətinin üzvü olan X14 imzalaması ilə bağlı olmuşdur. Belə ki, İddiaçı ASC-nin həmin dövrdə qüvvədə olan Nizamnaməsinin 6.5.7-ci bəndinə əsasən X28 üzvlərini təyin və azad etmək, X8 təsdiq etmək Bankın X1 səlahiyyətlərinə daxil idi. Belə ki, mübahisələndirilən müqaviləni imza edən şəxsin bilavasitə X28 sədri vəzifəsinin icraçısı qismində təyin edilməsi Bankın qüvvədə olan Nizamnaməsinə ziddir. Habelə, X14 bankın qanuni təmsilçisi hesab edilməsi və birinci imza hüququna malik olmasına dair heç bir hüquqi sənəd aşkar edilməmişdir. İdarə Heyətinin sədri vəzifəsinin icraçısı olaraq “xxxx (Azərbaycan)” ASC ilə “X29” MMC arasında bağlanmış 113561-1-7425/2 saylı xx xxxxxx 2013-cü il tarixli “Kommersiya kredit müqaviləsi” üzrə 504-NEDVİJ-1379 saylı xx xxxx 2013-cü il tarixli daşınmaz əşya ipoteka müqaviləsi imza etmişdir. Sözügedən ipoteka müqaviləsi üzrə X14 X28 sədri vəzifəsini müvəqqəti icra etməsi haqqında Müşahidə Şurasının MŞ-02-2013 nömrəli xx xxxxxx 2013-cü il tarixli protokolu əsasında təyin edilməsi hesab olunurdu. Belə ki, Bankın qüvvədə olan Nizamnaməsinə əsasən bu səlahiyyət müstəsna olaraq X4 aiddir. Belə ki, həmin Nizamnamənin 5.5.7-ci bəndinə əsasən X28 üzvlərini təyin və azad etmək, X8 təsdiq etmək birbaşa Ümumi Yığıncağın müstəsna səlahiyyətidir. Bu səlahiyyətin Müşahidə Şurasına ötürülməsi ilə bağlı Bankın Nizamnaməsinə əlavə və dəyişiklik edilməmiş və dövlət qeydiyyatına alınmamışdır. Habelə, Müşahidə Şurasının MŞ-02-2013 nömrəli xx xxxxxx 2013-cü il tarixli protokolunun qeyri-qanuni hesab edilməsi üçün bir neçə əsaslar mövcuddur, Müşahidə Şurasının o dövrdə qüvvədə olan tərkibi X11 Dövlət Reyestrindən Çıxarışa müvafiq olaraq X15, X26, X19, X16 və Hayatoğlu Ahmeddən ibarət tərkibdə fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda korporativ idarəetmə standartları”nın 7.6-cə bəndinə əsasən Müşahidə Şurasının üzvləri iclaslarda şəxsən və ya telekommunikasiya vas itələri (video görüntü və ya telefon bağlantısı) ilə iştirak edə bilərlər. iclas protokolunda üzvün telekommunikasiya vasitəsilə iştirak etməsi barədə qeyd olmalı, həmin iclasın video və ya audio yazılışı aparılmalı və dözümlü daşıyıcılarda ən azı üç il müddətində bankda saxlanılmalıdır. Müşahidə Şurasının hər bir üzvü səsvermədə iclasın gündəliyində olan məsələyə münasibətini dəqiq və şərtsiz (lehinə və ya əleyhinə) bildirməklə, protokolu şəxsən imzalamalı və ya imzası qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməklə münasibəti barədə yazılı sənəd təqdim etməlidir. Müşahidə Şurasının hər hansı bir üzvü ardıcıl olaraq üç iclasda şəxsən iştirak etmədikdə Müşahidə Şurasının sədri, yaxud onu əvəz edən şəxs sonuncu iclas tarixindən beş iş günündən gec olmayaraq bu barədə Mərkəzi Banka yazılı məlumat təqdim etməlidir. Qaydaların tələblərinin təmin edilmədiyi habelə onunla təsdiq edilir ki, Müşahidə Şurasının MŞ-02-2013 nömrəli xx xxxxxx 2013-cü il tarixli protokolu Şura üzvlərinin üçünün iştirakı olmadan, protokolda imzaları əks edilmədən yalnız bir şəxsin imzası ilə tərtib edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi X11 Dövlət Reyestrindən Çıxarışa əsasən həmin dövrdə bankın qanuni təmsilçisi əvvəl X38 adlı inzibatçı, daha sonra isə X3 təyin edilmişdir. Həmçinin, mübahisələndirilən ipoteka müqaviləsinin imzalanması üçün bank adından imza edən şəxsin səlahiyyətini təsdiq edən sənədlərin yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, X2 növbədənkənar iclasının ÜY-03-2013 nömrəli xx xxxx 2013-cü il tarixli protokolundan çıxarışdan göründüyü kimi, protokol səhm darların biri tərəfindən imzalanmış və həmin şəxsin X2 sədri qismində seçilməsini təsdiq edən sənəd mövcud olmamışdır və notariat əməliyyatı zamanı notarius tərəfindən tələb edilməmiş və qeyri-qənaətbəxş hesab edilən, o cümlədən protokolun “iştirak edənlər” hissəsində adları qeyd olunan səhmdarların imzası ilə təsdiq edilən protokol mövcud deyildir. Bundan başqa, X2 növbədənkənar iclasının x xxxx 2013-cü il tarixdə çağırılması ilə bağlı Mülki Məcəllənin və Nizamnamənin tələblərinin pozulması müşahidə olunmaqdadır. Bu da, bilavasitə həmin qərarın bankın Nizamnaməsinə zidd olması, habelə Nizamnamənin 6.2 və 6.3-cü bəndlərinin tələblərinin kobud pozulması kimi qiymətləndirilməlidir. İddiaçı ASC-nin Səhmdarlarının Növbədənkənar X5 əsasən “X29” MMC-nin “xxxx (Azərbaycan)” ASC-dən aldığı 3.000.0 00 manat məbləğində olan kreditin təminatı olaraq bankın mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsində istifadədə olan 0,08568 ha torpaq sahəsində yerləşən 3 nömrəli binanın 1-ci mərtəbəsində 13,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi, 175,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi “xxxx (Azərbaycan)” ASC-nin xeyrinə yüklü edilməsinə dair protokolda səhmdarların səs çoxluğu yoxdur. Belə ki, həmin protokolda ən azı 51% lehinə olmalı olan səs çoxluğunun yalnız 12,06 % səs çoxluğu öz səsini imza ilə təsdiqləmişdir. Bu fakt “Banklar haqqında” Qanunun və İddiaçı ASC-nin qüvvədə olmuş nizamnaməsinin tələblərinə ziddir. Bu fakt İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 3 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 13,1 kv.m, 175,8 kv.m və 84,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahələri ilə bağlı bağlanmış x xxxx 2013-cü il tarixli 504-NEDVİJ-1379 nömrəli “daşınmaz əşya ipoteka müqaviləsi”nin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması daşınmaz əşya ipoteka müqaviləsinin etibarsız olmasını təsdiq edən hüquqi əsasdır. Belə ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 19-cu bəndinə əsasən əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır, Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Lakin bu notariat əməliyyatının aparılması, o cümlədən bankın əmlakının ipoteka ilə yüklü edilməsi zamanı səlahiyyətin notarius tərəfindən yoxlanılması, bankın m ülkiyyəti üzərində səlahiyyəti olmayan şəxs tərəfindən sərəncam verilməsi mülkiyyətçinin hüquqlarını məhdudlaşdıraraq, gələcəkdə həmin hüquqdan məhrum edilməsi ilə nəticələnən əqdin bağlanmasına şərait yaratmışdır. Odur ki, səlahiyyəti olmayan şəxsin iştirakı ilə etibarsız əqd bağlanmışdır. Göründüyü kimi, nə Bakı şəhəri Cavabdeh, nə də ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İddiaçı ASCnin adından çıxış edən Leyla Kərimovanın səlahiyyətlərini dəqiqləşdirməmişdir. İddianın maddi hüquqi əsası kimi Mülki Məcəllənin 384.0.4, 354.2, 347.1-ci maddələrinə istinad edilmişdir. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin və “X29” MMC-nin iş üzrə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin in xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə “xxxx” ASC-nin və “X29” MMC-nin cavabdehlər qismində cəlb edilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X20, 2-2(82)-228/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi, 3 ünvanındakı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri Cavabdeh bağlanmış x xxxx 2013-cü il tarixli 504-NEDVİJ-1379 nömrəli “Daşınmaz əşya ipoteka müqaviləsi” etibarsız sayılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının(hakimlər X21məruzəçi, X22 və X17, 2-2(103)-487/2019 saylı iş) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh “xxxx (Azərbaycan) ASC-nin apellyas iya şikayəti qismən, maraqlı şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “X29” MMC-nin “xxxx (Azərbaycan)” ASC-dən krediti götürməyi və həmin kreditlərin təminatı kimi bunun müqabilində İddiaçı ASC-nin balansında olan daşınmaz əmlakın ipoteka qismində təqdim edilməsi İddiaçı ASC-nin maraqlarına və qanuni mənafelərinə xidmət etmir və tərəflərin “İddiaçı" ASC-nin aktivlərini şəxsi maraqlan üçün istifadə edilməsi kimi qiymətləndirilir. Habelə, istinad olunan ipoteka müqavilələrinin ləğv olunmasının ən mühüm əsaslarından biri də “İddiaçı" ASC-nin adından həmin müqaviləni səlahiyyəti olmayan şəxsin, yəni İdarə Heyətinin üzvü olan X14 imzalaması ilə bağlı olmuşdur. Belə ki, İddiaçı ASC-nin həmin dövrdə qüvvədə olan Nizamnaməsinin 6.5.7.-ci-bəndinə əsasən X28 üzvlərini təyin və azad etmək, X8 təsdiq etmək bankın X1 müstəsna səlahiyyətinə daxil idi. Mübahisələndirilən müqaviləni imza edən şəxsin bilavasitə X28 sədri vəzifəsinin icraçısı qismində təyin edilməsi Bankın qüvvədə olan Nizamnaməsinə ziddir. Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması qaydaları”-nın 3. 1-ci bəndinə əsasən banka aidiyyəti olmayan şəxslərlə aparılan əməliyyatlar bank üçün faydalı olmazsa, bu cür əməliyyatlar banka aidiyyəti olan şəxslər və onlar adından hərəkət edən şəxslərlə də aparılmamalıdır. Həmin qaydaların 3.3-cü bəndinə əsasən banka aidiyyəti olan şəxslər və ya onlar adından hərəkət edən şəxslər bankın xidmətlərindən çəkinməli və onlarla banka ziyan gətirə biləcək əməliyyatlar aparılmamalıdır. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 339.1, 349, 405-ci, “Banklar haqqında” Qanunun 32-ci maddəsinə istinad edilmişdir. tərəflərin izahatı: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx (Azərbaycan)” ASC-nin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şika yətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər və maraqlarına toxunan şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. əsaslandırma hissəsi: X9 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Bakı şəhəri Cavabdehna və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh bağlanmış x xxxx 2013-cü il tarixli müqavilənin etibarsız sayılm asını xahiş etmişdir. Sonradan “xxxx (Azərbaycan)” ASC cavabdeh qismində işə cəlb edilmişdir. Hazırkı işdə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, cavabdehlər “xxxx (Azərbaycan)” ASC, “X29” MMC, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsi, Bakı şəhəri Cavabdeh, iddianın predmeti isə x xxxx 2013-cü il tarixli müqavilənin etibarsız sayılması olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli 2(006)-394/2018-ci il tarixli qətnaməsi ilə X23 olan İddiaçı ASC-nin cavabdehlər “xxxx (Azərbaycan)” ASC, “X29” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı x xxxx 2013-cü il tarixli 504- daşınmaz əşya ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlak ın ipotekadan azad edilməsinə dair iddiası təmin edilməmişdir. Bu işdə X23 olan İddiaçı ASC, cavabdehlər “xxxx (Azərbaycan)” ASC, “X29” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi, iddianın predmeti x xxxx 2013-cü il tarixli müqavilənin etibarsız sayılması olmuşdur. Göründüyü kimi, Bakı şəhəri Cavabdeh istisna olmaqla əvvəlki işdə olan iddiaçı və cavabdehlər, habelə iddianın predmeti ilə hazırkı işdə olan iddiaçı, cavabdeh və iddianın predmeti eyni olmuşdur. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsini n şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliy in və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir...Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərə findən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Konstitusiya Məhkəməsi həmçinin qərarında vurğulamışdır ki, Mülki Prosessua l Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edi lən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Yekunda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. X23 olan İddiaçı ASC-nin cavabdehlər “xxxx (Azərbaycan)” ASC, “X29” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İ darəsinə qarşı x xxxx 2013-cü il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qanuni qüvvədə olan xx xxxxxx 2018-ci il tarixli qətnaməsində məhkəmə tərəflərin dəlillərini araşdırıb iddianın əsassız olması nəticəsinə gəlmişdir. X23 olan İddiaçı ASC-nin cavabdehlər “xxxx (Azərbaycan)” ASC, “X29” MMC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırkı işdə də iddiaçı x xxxx 2013-cü il tarixli müqavilənin etibarsız sayılmasını xahiş etmişdir. Cavabdeh istisna olmaqla, hər iki işdə olan iddiaçı və cavabdehlər eyni tərəflər olmaqla, onların iştirakı ilə müqavilənin etibarsızlığı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, qətnamədə əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin v ə (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməz olduğundan iddianın rədd edilməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Bu səbəbdən şikayətin digər dəlillərinin araşdırılmasına zərurət qalmır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hüquq normalarının pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsaslanan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-487/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar