Məhkəmə qərarları › İş №2-2(102)-180/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-180/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-180/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-180/20 Bakı şəhəri xx xxxx 2020-ci il 16.06.2020 Açar sözlər: sığorta məbləğinin ödənilməsi ilə bağlı mübahisə; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər.Azər Hüseynov və Bəhrəm Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Könül Həbibovanın, iddiaçı “xxxx” MMC-nin vəkili Vəkil1 iştirakları ilə, cavabdeh “xxxx” ASC-nin idarə heyətinin sədri xxx tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-36/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2017-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortasına dair” AZ********** nömrəli şəhadətnaməyə əsasən 100.000 manat sığorta məbləğinin və xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” 048292 nömrəli şəhadətnaməyə əsasən 225.000 manat sığorta məbləğinin, qətnamənin icra olunduğu günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını x ahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxx 2017-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortasına dair” şəhadətnaməyə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, ünvanX ünvandakı qeyriyaşayış sahəsi 100.000 manat sığorta məbləğində, xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” şəhadətnaməyə əsasən, qeyd olunan ünvandakı daşınar əmlaklar ümumilikdə 225.000 manat sığorta məbləğində sığortalanmışdır. xx xxxx 2018-ci il tarixdə qeyd edilmiş ünvanda olan sahədə yanğın baş vermiş və bu barədə dərhal cavabdeh və dövlət orqanları məlumatlandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılmas ı üçün aparılmalı təmir bərpa işlərinin ümumi dəyəri hazırkı bazar qiymətinə uyğun olaraq 185.791 manat, xx xxxx 2018-ci il tarixli, ekspert rəyinə əsasən isə malların məhv olması nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləği nəzəri hesablama yolu ilə 646.877 manat təşkil etmişdir. Cavabdeh sığortalanmış daşınar və daşınmaz əmlakların dəyərinin ödənilmısindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(81)-1274/2018 saylı qərardadı ilə (hakim Məhəmməd Əkbərov) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən xx xxx 2019-cu il tarixli rəy verilmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(81)-216/2019 s aylı qərardadı ilə (hakim Aytən Orucova) iş üzrə ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən xx xxxx 2019-cu il tarixli rəy verilmişdir. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-2(81)216/2019 saylı qətnaməsi ilə (hakim Aytən Oruczadə) iddia qismən təmin edilmiş, cavabdehdən xx xxxx 2017-ci il tarixli "Daşınmaz əmlakın icbari sığortasına dair" AZ********** nömrəli Şəhadətnaməyə əsasən 99.000 manat sığorta ödənişi və xx xxxx 2017-ci il tarixli "əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair" 048292 nömrəli Şəhadətnaməyə əsasən 220.500 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri 220 manatın 50 manat hissəsi iddiaçıdan, 170 manat hissəsi cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, sığortalanmış daşınmaz əmlaka sığorta nəticəsində dəymiş ziyana görə ödənilməli olan məbləğə münasibətdə - baş vermiş sığorta hadisəsi nəticəsində 100.000 manat məbləğində sığortalanmış obyektə 185791,0 manat ziyan dəydiyindən, sığorta ödənişi sığorta məbləği həddində azadolma məbləği çıxılmaqla 99.000 manat həcmində həyata keçirilməlidir. Sığortalanmış daşınar əmlaka sığorta nəticəsində dəymiş ziyana görə ödənilməli olan məbləğə münasibətdə məhkəmə bildirmişdir ki, istintaq zamanı və məhkəmə baxışı zamanı təyin e dilmiş tikinti-texniki, əmtəəşünaslıq ekspertizaları əsasında verilmiş rəylərə görə yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmirbərpa işlərinin ümumi dəyərinin 185.791 manat, malların məhv olması nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləğinin nəzəri hesablama yolu ilə 646.877,98 manat təşkil etmişdir. Bununla da, “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” Şəhadətnaməsi üzrə 225.000 manatdan şərtsiz azadolma məbləği 4.500 manat çıxılaraq 220.500 manat sığorta ödənişi cavabdehdən tutulmalıdır. Dəbbə pulunun tutulması ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçının sığorta ödənişinin alınması və sığorta ödənişinin verilməsi üçün əsas olan sənədlərin sonuncunun hansı tarixdə cavabdehə daxil olması barədə məlumatlar olmadığından, dəbbə pulunun han sı tarixdən hesablanmalı olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun iddia tələbinin təmin edilmədiyi hissədə ləğv, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Həmin qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək, onun qismən – cavabdehdən xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” 048292 nömrəli şəhadətnaməyə əsasən 220.500 manat sığorta ödənişinin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsini, iddia tələbini ləğv edilmiş hissədə qismən təmin edilməsi və qeyd olunmuş şəhadətnaməyə əsasən 19.436 manat sığorta ödənişinin iddiaçının xeyrinə tutulması barədə yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-36/2020 saylı qətnaməsi ilə (sədrlik edən hakim Afaq Nuriyeva, hakimlər Valeh Ağayev və Cahangir Yusifov) tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsı Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında xx xxxx 2017-cü il tarixli, BA-717857 sayylı “Daşınmaz əmlakın icbari sığortası“ Şəhadətnaməsinə əsasən iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 100.000 manat dəyərində sığortalanmışdır. Sığorta haqqı - 332,15 manat, azado lma məbləği isə 1000 manat təşkil etmişdir. Sığorta müqaviləsinin müddəti xx xxxx 2018-ci il tarixədək müəyyən edilmişdir. Tərəflər arasında xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” Şəhadətnaməsiə əsasən, “xxxx” MMC-yə məxsus daşınar əmlakklar 225000 manat məbləğində “xxxx” ASC-də yanğın hadisəsindən və digər əlavə risklərdən sığorta edilmişdir. Sığorta haqqı 900 manat, azadolma məbləği isə zəlzələ, yanğın, sel və subasma riskləri istisna olmaqla digər risklərə münasibətdə hər bir hadisə üzrə ümumi sığorta məbləğinin 1 %-i, lakin minimum 200 AZN olmaq şərti ilə, zəlzələ, yanğın sel və subasma risklərinə münasibətdə hər bir hadisə üzrə ümumi sığorta məbləğinin 2 %-i, lakin minimum 200 manat təşkil etmişdir. Sığorta müqaviləsinin müddəti xx xxxx 2018-ci il tarixədək müəyyən edilmişdir. Şəhadətnaməyə əlavə edilmiş siyahıya əsasən “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası” şəhadətnaməsi ilə mebel və ticarət avadanlıqları - 30.000 manat dəyərində, ticarət malları -15.000 manat dəyərində, xammal - 45.000 manat dəyərində, digər avadanlıqlar-135.000 manat dəyərində sığorta olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən təqdim olunmuş iddiaçıya məxsus XXX boya istehsalı sahəsində xx xxxx 2018ci il tarixdə baş vermiş yanğınla əlaqədar toplanmış 0055 saylı təhqiqat materialından görünür ki, Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi, mayor Cəmaləddin İdrisov xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesində yerlə şən iddiaçıya məxsus XXX boya istehsalı sahəsində baş vermiş yanğında cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmişdir. İstintaq zamanı aparılmış əməliyyat tədbirləri nəticəsinə müəyyən edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçıya tikinti üzrə 185791 manat, əmtəə üzrə 1.545.485,98 (bir milyon beş yüz qırx beş min dörd yüz səksən beş manat 98 qəpik) manat, cəmi 1.731.276,98 (bir milyon yeddi yüz otuz bir min iki yüz yetmiş altı manat 98 qəpik) manat maddi ziyan dəymişdir. Hadisənin baş verməsinə səbəb istehsalat sahəsinin daxilindəki elektrik qurğularında yaranmış qəza halı olmuşdur. İddiaçı tərəfindən xx xxxxxxxx 2018-ci il tarixli, 37 saylı məktubla X1 Palatasına müraciət edilərək sığorta hadisəsi barədə sığortaçı cav abdehə dərhal məlumat verildiyi, lakin heç bir ödəniş edilmədiyi, sığortaçı “xxxx” ASC tərəfindən sığorta məbləğinin ödənilməsi üçün lazimi tədbirlər görülməsi xahiş edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli, 195 saylı məhkəmə tikintitexnika ekspertizası rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, ünvanx ünvanda yerləşən iddiaçıya məxsus XXX boya istehsal sahəsi təmir olunduğu müəyyən olunmuşdur. Lakin ilkin ekspertizanın məlumatlarına əsasən XXX boya istehsalı sahəsində yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin ümumi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 185.791,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 864 saylı məhkəmə əmtəəşünaslıq ekspe rtizası rəyində qeyd edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə Bakı şəhəri, ünvanx ünvanda yerləşən iddiaçıya məxsus XXX boya istehsalı sahəsində 300 kv.metr sahədə baş vermiş yanğın nəticəsində təqdim edilmiş məlumatlara əsasən 52 adda malların məhv olması nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləği nəzəri hesablama yolu ilə təxminən 646.877,98 manat müəyyən edilmişdir. 18 adda avadanlıqlar barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar “xxxx” ASC-nin sifarişi əsasında qiymətləndirici “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, 1360 saylı rəydə Bakı şəhəri, Binəqədi rayonu, ünvanx-da yerləşən XXX boya zavodunda yanğın nəticəsində dəymiş ziyana görə daşınar əmlakın baz ar qiyməti 2.114.969 manat olduğu qeyd edilmişdir. “xxxx” ASC-nin sifarişi əsasında qiymətləndirici “xxxx” MMC tərəfindən tərtib edilmiş 098 saylı qiymətləndirmə rəyində qeyd edilmişdir ki, obyektin sahəsinin qiymətləndirilməsində müqayisəli yanaşma metodundan istifadə edilmiş, müqayisəli yanaşma metodu əsas götürülərək və hazırki təmir vəziyyəti və bazar riski nəzərə alınaraq binanın və torpaq sahəsinin ümumi bazar dəyəri 2.363.060 manat qiymətləndirilmişdir. Obyekt qiymətləndirilərkən onun yanğın hadisəsi baş vermədən əvvəlki vəziyyəti nəzərə alınmışdır. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunan əsasları öz qətnaməsində təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normaları kimi Azərbay can Respublikası Mülki Məcəlləsinin 883.1, 896.1, 896.2, 925.1, 925.2, 925.3, 925.6, 926.1, 926.3, 933.1.1, 934.1, 934.2, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 20.1, 20.3, 41.1, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10.10-cu, prosessual hüquq normlar kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 119.1, 384.0.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək, onun qismən ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsini və cavabdehdən xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” XXX saylı Şəhadətnaməyə əsasən 19.436 manat, icbari sığorta şəhadətnaməsinə əsasən 10.000 manat sığorta ödənişinin iddiaçının xeyrinə tutulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” şəhadətnamədə qismən sığorta şərti nəzərdə tutulmuşdur. Qismən sığorta halında sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində zərərin əvəzini ödənilir. Qismən sığorta zamanı əmlakın tam və ya qismən məhvi sığorta məbləğinin bütünlüklə ödənilməsini nəzərdə tutmamış, bu səbəbdən sığorta məbləğinin tam ödəmək öhdəliyi sığorta təşkilatın üzərinə qoyula bilməz. Eyni zamanda, yanğın baş vermiş istehsalı sahəsində olan daşınar əmlaklar tam məhv olmamışdır. Bu hal həm məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza rəylərində, həm də sığortaçının sifarişi ilə keçirilmiş qiymətləndirmə rəylərində öz əks ini tapmışdır. Daha bir əsas kimi göstərilmişdir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını hər bir halda sığortaçı müəyyən etdiyindən, apellyasiya məhkəməsinin sığortaçının sifarişi ilə təyin edilmiş qiymətləndirmə rəylərini sübut növü hesab etməməsi qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə almaqla cavabdeh hesab etmişdir ki, xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasına dair” 048292 saylı Şəhadətnaməyə əsasən cavabdehdən ümumilikdə 29.436 manat məbləğində sığorta ödənişi tutula bilər. Dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 896.1, 896.2, 925.1-ci, 925.3, 905, 898.2, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10, “Əmlakın yanğın və digər əlavə risklərin sığortasının” Əsas Qaydalarının 8.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1 və 217.3-cü maddələrinə istinad etmişdir. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını müm kün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin qismən ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənilməlidir. Yanğın baş vermi ş obyektdəki bütün daşınar əmlaklar tam məhv olunduğundan və bu hal məhkəmə ekspert rəyləri ilə sübuta yetirildiyindən, sığorta ödənişi sığorta məbləği həddində şərtsiz azadolma məbləği çıxılmaqla tam ödənilməlidir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, qismən sığorta halında sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində zərərin əvəzi ödənilməlidir. Qismən sığorta zamanı əmlakın tam və ya qismən məhvi sığorta məbləğinin bütünlüklə ödənilməsini nəzərdə tutmamış, bu səbəbdən sığorta məbləğinin tam ödəmək öhdəliyi sığorta təşkilatın üzərinə qoyula bilməz. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin): - 904-cü maddəsinə əsasən, sığorta məbləği s ığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir; - 926-cı maddəyə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddələrin məzmunu belə izah edilir ki, sığortaçı sığortalanmış hallar üzrə yalnız sığorta məbləği həddində öhdəlik daşımalıdır. Sığorta hadisəsi baş verdiyi halda, sığort açı maliyyə kompensasiyası qismində müvafiq sığorta ödənişini həyata keçirməlidir ki, sonuncu könüllü sığorta müqaviləsində müəyyən olunmuş sığorta məbləğində olmalıdır. İşin hallarından göründüyü kimi, tərəflər arasında xx xxxx 2017-ci il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” barədə müqavilə bağlanmış və onun şərtlərinə görə, iddiaçıya məxsus daşınar əmlaklar 225000 manat sığorta məbləğində cavabdehdə yanğın hadisəsindən və digər əlavə risklərdən sığorta edilmişdir. Müqavilənin “Xüsusi şərtlər” hissəsində göstərilmişdir ki, qismən sığorta: əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği səğorta dəyərindən (sığortalanmış əmlakın hadisə baş verdiyi zamandakı dəyəri) az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğin in sığorta dəyərinə olan nisbətində ödəyir. Mülki Məcəllənin: - 896.1-ci maddəsinə əsasən, əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun; - 896.2-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halındasığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyərinə olan nisbətində keçir; - 925.6-cı maddəsinə əsasən, əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. Maddələrin tələblərindən göründüyü kimi, qismən sığorta anlayışı onu ehtiva edir ki, əmlak öz həqiqi dəyərindən daha az məbləğdə sığortalanır və sığorta hadisəsi baş verdikdə, sığorta ödənişini sığortaçı daha az miqdarda, yəni sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir. Bu qaydada sığorta ödənişinin aparılması üçün sığorta müqaviləsində müvafiq bənd göstərilməlidir. Sığorta məbləğinin bütünlüklə ödənilməsini zəruri edən şərt isə - qismən sığortalanmış əmlakın tam məhv olması halı ilə bağlıdır. Bu halda da müqavilədə əks olunmuş əmlakın dəyəri həqiqi dəyər miqdarında deyil, daha az məbləğdə müəyyən edilmiş sığorta məbləğində, lakin bütövlükdə ödənilməlidir. Əmlak isə o halda tam məhv olunmuş hesab edilir ki, əgər onun təmir və ya bərpası üçün tələb olunan xərclərin məbləğinin sığorta məbləğindən çox olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilmiş maddədə müəyyən edilmiş qayda birinci halda sığortalanmış əmlakın qismən məhv edilməsini, ikinci halda isə tam məhv edilməsini nəzərdə tutmuşdur. Bu qaydada maddənin tətbiqi “Əmlakın yanğından və digər əlavə risklərdən sığortasının əsas qaydaları”nın 8.1-ci bəndində (Əmlakın dəyərindən az məbləğdə olan (qismən) sığorta) də aşağıdakı kimi əks ounmuşdur: - sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği, sığortalanmış əmlakın hadisə baş verdiyi zamandakı dəyərindən az olduğu hallarda, əmlak qismən zərərə uğradıqda sığortaçı, başqa bir razılaşma yoxdursa, sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində cavabdehdir. Maddələrin tələbləri işin hallarına münasibətdə tətbiqi o nəticəni yaratmışdır ki, tərəflər arasında bağlanmış qismən sığorta müqaviləsinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 225000 manat sığorta məbləği müəyyən edilərkən, əmlak öz həqiqi dəyərindən daha az məbləğdə qiymətləndirilmişdir. Həmin əmlak qismən məhv olunduğu halda, sığorta ödənişi sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində müəyyən edilməli idi. Lakin əmlak tam məhv olunduğundan, sığorta məbləği azadolma məbləği çıxmaqla tam məbləğdə ödənilməlidir. Əmlakın tam məhv olması nəticəsinə apellyasiya məhkəməsi isə o əsasla gəlmişdir ki, məhkəmə ekspertiza rəyləri ilə əmlakın təmir-bərpa işlərinə çəkilməli olan xərclərin dəyəri sığorta məbləğində çox olmuşdur. Bununla da məhkəmə kolleg iyasının gəldiyi nəticə ondan ibarətdir ki, apellyasiya məhkəməsinin bu hissədə apardığı hüquqi qiymətləndirmə qanunvericiliyin tələblərinə uyğundur. Kassasiya şikayətində cavabdeh əmlakın tam məhv olunmamasını bildirmiş və bu halın həm məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza rəylərində, həm də sığortaçının sifarişi ilə keçirilmiş qiymətləndirmə rəylərində öz əksinin tapdığını bildirmişdir. Cavabdeh hesab etmişdir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını hər bir halda sığortaçı müəyyən etdiyindən, apellyasiya məhkəməsinin sığortaçının sifarişi ilə təyin edilmiş qiymətləndirmə rəylərini sübut növü hesab etməməsi qanunsuz və əsassızdır. Dəlillərin hüquqi əsaslandırılması aparılmamış, lakin ehtimal oluna bilər ki, cavabdeh sübutlaırn qiymətləndirilmsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinin pozulmasına əsaslanmışdır. Məhkəmə kollegiyası şikayətin göstərilən dəlili ilə bağlı aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddələrin tələblərindən aydın olduğu kimi, mübahisələrin məhkəmə baxışı zamanı tərəflərin əsaslandığı halların həqiqiliyini və iş üçün əhəmiyyət kəsb edən digər halların mövcudluğunu müəyyən etmək üçün məhkəmələrin qanunla müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur ki, bu sübutlara həmçinin ekspert rəyləri də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etm ək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. İş üzrə birinci instansiya məhkəməsinin müvafiq qərardadları əsasında məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilmiş, apellyasiya instansiya məhkəməsi keçirilmiş ekspertiza nəticəsində təqdim olunmuş ekspert rəylərini əlaqəli şəkildə şərh etməklə onların işin faktiki halları ilə əlaqəli olması və rəylərdə məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavabların verilməsi nəticəsinə gəlmişdir. Cavabdeh isə mə hkəmə ekspert rəylərinin həqiqətə uyğun olmamasına dair, habelə cavabdehin sifarişi əsasında həyata keçirilmiş qiymətləndirmə rəylərinin sığortalıya təqdim edilməsi, onlar arasında rəylə bağlı razılıq olub-olmaması barədə sübut təqdim edə bilmədiyindən, məhkəmə sonuncu rəyləri mötəbər sübut kimi qəbul etməmişdir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “xxxx” ASC-nin idarə heyətinin sədri xxxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-36/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar