Məhkəmə qərarları › İş №2-2(102)-180/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-180/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-180/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı iş üzrə Q Ə R A Rİ Açar sözlər: lizinq müqaviləsi üzrə borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2022-ci il 25 noyabr tarixli 22(103)-454/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 2012-ci il 22 fevral tarixli 07-LA/12 nömrəli lizinq müqaviləsinə üzrə 60.000 broyler və 2 dəst inkubator avadanlığının (quraşdırılması ilə birlikdə) 10 il müddətinə lizinq alana verilməsi nəzərdə tutulmuşdur. 2. “2012-ci il 22 fevral tarixli 07-LA/12 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin Ödəniş qrafiki”ndən görünür ki, müqavilə üzrə sonuncu ödəniş 2021-ci ilin sonuncu rübü həyata keçirilməli idi.

3. Hesabdan çıxarışdan (i/v 74) görünür ki, sonuncu ödəniş 2019-cu il 20 avqust tarixində 500 manat məbləğində edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLA Rİ a) Birinci instansiya məhkəməsindəki icraat

4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) 2021-ci il 15 iyul tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2012-ci il 22 fevral tarixli 07-LA/12 nömrəli müqavilə (bundan sonra – “Lizinq Müqaviləsi”) üzrə 257.332 manat gecikdirilmiş borcun, hesablanmış 314.320,06 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 manatın, cəmi 572.152,06 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Lizinq Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabde hin maliyyə arayışının tərtib edildiyi müqavilə üzrə 257.332 manat gecikdirilmiş borc və hesablanmış 314.320,06 manat cərimə borcu yaranmış, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

6. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 465.2, 748-1.12.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə istinad olunmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 1 noyabr tarixli e-2-2(113)-3705/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 257.332 manat əsas borc, 10.000 manat cərimə borcu olmaqla, cəmi 267.332 manatın, hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 300 manatın, dövlət rüsumunun əvəzi olaraq 20 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır (hakim – K.Hüseynov).

8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Lizinq Müqaviləsində nəzərdə tutulmuş 60.000 broyler və 2 dəst inkubator avadanlığı (quraşdırılması ilə birlikdə) 10 il müddətinə lizinq alana verilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qrafikindən görünür ki, müqavilə üzrə sonuncu ödəniş 2021-ci ilin sonuncu rübü həyata keçirilməli idi. Hesabdan çıxarışdan göründüyü kimi, cavabdeh tərəfindən sonuncu ödəniş 2019-cu il 20 avqust tarixində 500 manat məbləğində edilmişdir. Maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təhlilindən görünür ki, cavabdehin 2021-ci il 17 may tarixinə müqavilə üzrə 257.332 manat gecikdirilmiş borcu mövcuddur, belə olan halda əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olmuşdur.

9. Cavabdehin mübahisəli olmayan əsas borcuna münasibətdə 10.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

10. İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 5 Saylı Vəkil Bürosunun hesabına 500 manat məbləğində pul köçürülmüşdür. Göstərilmiş hüquqi yardıma görə 300 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması daha ağlabatandır. Həmçinin iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni MM-in 5.3, 425, 462.1, 467, 747.1, 748-1.12.4-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.2, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Cavabdeh həmin qətnamədən 2021-ci il 22 noyabr tarixində apellyasiya şikayəti, 2021-ci il 25 noyabr tarixində isə ona əlavə verərək qətnamənin qismən ləğv edilməsini və əsas borcun məhkəmə mühasibatlıq ekspertizası keçirilməklə yenidən hesablanmasına dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 dekabr tarixli 2-2(103)-1459/2021 saylı qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (sədrlik edən – R.Qurba nov, hakimlər – V.Məmmədov və V.Baxışova).

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 23 fevral tarixli 2-2(102)122/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, iş cavabdehin apelyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən – İ.Dadaşov, hakimlər – B.Qəribov və B.Məmmədli). b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehin nümayəndəsi 2022-ci il 18 may tarixli məhkəmə iclasında (i/v 157158) vəsatətlə müraciət edərək, məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 18 may tarixli 2-2(103)-454/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq eksper tizası təyin olunmuşdur.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının 2022-ci il 7 iyul tarixli 9/4486 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir, işin materiallarında olan çıxarış (i/v 72-74), "müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafiki”nə əsasən, müqavilə üzrə cavabdehin 2021-ci il 17 may tarixinə “Aqrolizinq" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc - 284.000 manat, cərimə - 346.893,82 manat.

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 noyabr tarixli 2-2(103)-454/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – M.Tağızadə, hakimlər – X.Cəmilova və A.Oruczadə).

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iddia tələbi üzrə əsas borc – 257.332 manat, cərimə isə 314.320,06 manat məbləğində tələb edilir. Ekspert rəyi ilə müəyyən edilmiş məbləğlər iddia tələbində müəyyənləşdirilən məbləğdən artıq olsa da, məhkəmə mübahisə üzrə iddia tələbinin həcmindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçının müqavilə üzrə cavabdehin öhdəliyi olan 257.332 manat əsas borcunun olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bunun əksini sübut edən hər hansı dəlil isə cavabdeh tərəfindən apelyasiya şikayətinə əlavə olunmamış, məhkəməyə təqdim edilməmişdir.

19. Birinci instansiya məhkəməsi haqlı olaraq tələb olunan əsas borc məbləğinə münasibətdə iddiaçının tələbini tam təmin etsə də, cərimə borcunun ağlabatan olmadığı qənaətinə gəlmişdir. Dəbbə pulunun tələb edilməsi hissəsində tələbin qismən təmin edilməsi əsaslı olmuşdur.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 6.2, 14.1, 385.1, 386.1, 425, 462.1, 467-ci, MPM-in 14.2, 77.1, 88, 89.1, 107, 119.2, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 12 dekabr tarixində iddiaçıya məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.

22. Cavabdeh həmin qətnamədən 2023-ci il 10 yanvar tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİL LƏRİ a) Kassasiya şikayətinin dəlilləri

23. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi üzrə - Qətnamədə həqiqətin aşkar edilməsi üçün məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamışdır.

24. MM-in 5.3-cü maddəsi üzrə - İddiaçı tərəfindən prosessual hüquq normalarına, həmçinin müqavilə üzrə müddəalara riayət edilməməsi cavabdehin mübahisələri məhkəmədən kənar həll etmək hüququnu pozmuş olur və bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. 25. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsi üzrə - Mübahisə kommersiya mübahisəsi olsa da, bu tələb iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. 26. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi üzrə - Qanunun qeyd edilən maddəsinə əsasən, məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü ilə, yaxud tərəflərdən birinin müraciəti əsasında onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Lakin məhkəmə şikayətdə qeyd edilməsinə baxmayaraq, bu halla bağlı öz mövqeyini bildirməmişdir.

27. MPM-in 4.6-cı maddəsi üzrə - Məhkəmə öz əsaslandırmasında tərəflərin müqavilədən irəli gələn öhdəlikləri məsələsinə toxunmuş, lakin yalnız cavabdehin öhdəliklərindən bəhs etmişdir. Apellyasiya şikayətində də qeyd edildiyi kimi, iddiaçı tərəfindən qeyd edilən prosessual hüquq normaları pozulmuş və mübahisələrin məhkəməyə qədərki həlli qaydasına əməl edilməmişdir. Lakin bu halla bağlı məhkəmə öz mövqeyini bildirməmişdir.

28. MPM-in 9.1 və 14-cü maddələri üzrə - Məhkəmə tərəfindən işin halları tam, hərtərəfli araşdırmamış və faktl ara əsaslanmamış, apellyasiya şikayətində qeyd edilən məqamlara qətnamədə ümumiyyətlə aydınlıq gətirilməmişdir.

29. MPM-in 14.3-1-ci maddəsi üzrə - İşin halları məhkəmə tərəfindən nəzərə alınmalı idi. Belə olan halda məhkəmə tərəflərə mediasiya vasitəsilə həll təklif edə bilərdi. Lakin məhkəmə bu məsələdə öz mövqeyini bildirməmişdir.

30. Bundan əlavə, müqavilənin 8-ci bəndində də qeyd edilmişdir ki, tərəflər arasında müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqlarının həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət etməlidirlər. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə əməl edilməmişdir. Be lə olan halda, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilmədikdə, ümumiyyətlə, iddia ərizəsinin qəbul edilməsi prosessual hüquq pozuntusudur. Lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə qətnaməsində, ümumiyyətlə, bu məsələ ilə bağlı mövqeyini göstərməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki: “İş materiallarına əlavə edilmiş maliyyə arayışı və hesabdan çıxarışdan görünür ki, cavabdehin 2021ci il 17 may tarixinə müqavilə üzrə 257.332 manat gecikdirilmiş borcu mövcuddur.”. Apellyasiya şikayətində də göstərildiyi kimi, "xxxx" ASC-dən hesabdan çıxarışın təqdim edilməsinin təmin olunması və bu çıxarışla iddiaçı tərəfindən təqdim edilən çıxarışın qarşılıqlı yoxlanılması ilə bağlı birinci instansiya məhkəm əsinə verilən vəsatət heç bir əsas olmadan təmin edilməmişdir. Cavabdeh tərəfindən "xxxx" ASC-yə çıxarışın təqdim edilməsi ilə bağlı sorğu ünvanlansa da, bu məlumatın yalnız məhkəmə qaydasında təqdim oluna biləcəyini bildirmişlər. Belə olan halda, bu, işin aydınlaşdırılmayan və mübahisəli halı kimi qalmaqda davam edir. İş üzrə yalnız iddiaçı tərəfin birtərəfli qaydada verilmiş sübutlar əsasında qərar qəbul etmək və ekspertizanı da yalnız bu məlumatlara əsasən, aparmaq işin obyektivliyini şübhə altına alır. Cavabdeh tərəfindən bütün bu hallar, məhkəmə cavabdehin vəsatətinin rədd edilməsi, "xxxx" ASC-dən hesabdan çıxarışın əldə edilməsinin vacibliyi apellyasiya şikayətində qeyd edilsə də, məhkəmə tərəfindən heç biri nəzərə alınmamış və bununla bağlı qətnamədə hər hansı qeyd göstərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. İddiaçı 2023-cü il 7 aprel tarixində kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh kassasiya şikayətində "xxxx" ASC-dən hesabdan çıxarışın təqdim edilməsinin təmin edilməsi və bu çıxarışla iddiaçı tərəfindən təqdim edilən çıxarışın qarşılıqlı yoxlanılması ilə bağlı birinci instansiya məhkəməsinə verilən vəsatətin heç bir əsas olmadan təmin edilmədiyini, həmçinin iş üzrə yalnız iddiaçı tərəfin birtərəfli qaydada verilmiş sübutlar əsasında qərar qəbul etmək və ekspertizanı da yalnız bu məlumatlara əsasən aparmağın işin obyektivliyini şübhə almasını qeyd etmişdir.

33. İddiaçı qeyd olunanlara etiraz edərək bildirir ki, Bakı Kommersiya Məhkəməsinə təqdim olunmuş maliyyə arayışı və hesabdan çıxarışın müqayisəli təh lili əsasında, əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olması ilə birlikdə, Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 18 may tarixli 2-2(103)-454/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 7 iyul tarixli 9/4486 nömrəli ekspert rəyinin nəticəsi olaraq, iş materiallarında olan çıxarış və müqavilə üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən Lizinq Müqaviləsi üzrə cavabdehin 2021-ci il 17 may tarixinə “Aqrolizinq" ASC-yə olan borcu əsas borc üzrə 284.000 manat, cərimə üzrə 346.893,82 manat müəyyən edilmişdir.

34. MPM-in 4.6-cı maddəsin ə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirakın tələb olunması ilə bağlı bildiririk ki, Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi 2021-ci il 15 iyul tarixində verilmiş və həmin dövrdə mediasiya institutu fəaliyyət göstərmədiyinə, eyni zamanda mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədlərə dair tələblər ilə bağlı qanunvericiliyə dəyişiklik qüvvəyə minmədiyinə buna görə məhkəmələr tərəfindən mediasiya sessiyasında iştiraka dair sənədlər tələb olunmurdu.

35. Belə ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya pros esində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədlərə dair müddəalar əks olunan “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanununun 2.1-ci maddəsinə əsasən, həmin Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Həmçinin Azərbaycan Respublikasının Əmək, Mülki Prosessual, Ailə, Mülki, Vergi, Cinayət-Prosessual, İnzibati Xətalar, İnzibati Prosessual məcəllələrində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “MəhkəməHüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 360-VİQD nömrəli Qanunu isə 2021-ci il 23 iyul ta rixində rəsmi dərc edilmişdir.

36. İddiaçı hesab edir ki, irəli sürülən iddialar əsassız və qanunsuzdur, həmçinin qərarın icra müddətinin əsassız şəkildə uzadılması məqsədi daşımaqdadır. Cavabdeh "xxxx" ASC-yə çıxarışın təqdim edilməsi ilə bağlı sorğu ünvanlanması ilə bağlı vəsatətinin birinci instansiya məhkəməsi tərəfindən təmin edilməməsini qeyd etməyinə baxmayaraq, iddia tələbi üzrə heç bir təkzibedici sübutlar (ödəniş çekləri, qəbz və s.) təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət m ümkün hesab edilmişdir.

38. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikasının aşağıdakıl ar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qa nunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçir ərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdiri ldiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” 41. “Mediasiya haqqında” Azərbaycan müddəalarında aşağıdakılar nəzərdə tutulur: Respublikası Qanununun müvafiq “Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses; 1.0.2. tərəflər – hüquqi və fiziki şəxslər (o cümlədən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər), habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlar;...”

42. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “1.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agen tliyi (bundan sonra – Agentlik) bu Əsasnaməyə uyğun olaraq kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar subsidiyaların verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlər verilməsi, regionların aqrar inkişafına investisiyaların cəlb edilməsi, güzəştli kreditlərin, təminatların verilməsi və innovasiyaların tətbiqi sahəsində fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.”

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “ Sıra №-si İnzibati orqanların adı...8.3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi... ”

44. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır....” “Maddə

107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi... 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlə t rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır....” “Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

45. Hazırkı işdə iddiaçı lizinq müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutularaq iddiaç ıya ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

46. Cavabdeh özünün kassasiya şikayətində hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən mübahisənin mediasiya nizamlamasına dair qanunla müəyyən edilmiş prosedurlara əməl edilməməsini nəzərə almamışdır.

47. Məhkəmə kollegiyası həmin dəlillərlə aşağıdakı səbəblərdən razılaşmır. 48. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 və 1.0.2-ci maddələrində (bax yuxarıda § 41) verilmiş anlayışlara görə, mediasiya – mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses; tərəflər isə – hüquqi və fiziki şəxslər, habelə mediasiya prosesinin tətbiqinə razılıq vermiş inzibati orqanlardır.

49. Həmin anlayışlardan belə məlum olur ki, inzibati orqan o zaman mediasiya prosesinin tərəfinə çevrilir ki, orqanın özü buna razılıq versin. Başqa sözlə, inzibati orqanın mediasiya prosesindən keçməsi istənilən halda könüllü xarakter daşıyır.

50. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndindən (bax yuxarıda § 42) aydın olur ki, hazırkı iş üzrə iddiaçı olan həmin qurum müvafiq sahələrdə fəaliyyət göstərən icra hakimiyyəti orqanıdır.

51. Müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 07-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 8.3-cü bəndinin hazırda qüvvədə redaksiyasında (bax yuxarıda § 43) iddiaçı qurum inzibati orqan kimi verilmişdir.

52. Kassatorun digər dəlili ondan ibarətdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin 8-ci bəndinə də əməl etməmiş, mübahisənin məhkəməyə qədər danışıqlar yolu ilə həllinə səy göstərməmiş, apellyasiya instansiyası məhkəməsi isə bunu nəzərə almamışdır.

53. Halbuki iş materiallarından görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl – 2021-ci il 6 iyul tarixində cavabdehin ünvanına pretenziya məktubu göndərmiş, lakin həmin məktub sözügedən ünvanda qapının bağlı olması, habelə məktubun üzərində qeyd olunmuş mobil telefonun nömrəsinin işləməməsi səbəbindən elə növbət i gün geri qaytarılmış, bu barədə müvafiq poçt qurumu akt da tərtib etmişdir (i/v 10, 58 və 59).

54. Daha sonra kassator qeyd edir ki, Kapital Bank ASC-dən hesabdan çıxarışın təqdim edilməsinin təmin olunması və bu çıxarışla iddiaçı tərəfindən təqdim edilən çıxarışın qarşılıqlı yoxlanılması ilə bağlı birinci instansiya məhkəməsinə verilən vəsatət heç bir əsas olmadan təmin edilməmişdir. Cavabdeh tərəfindən Kapital Bank ASC-yə çıxarışın təqdim edilməsi ilə bağlı sorğu ünvanlansa da, bu məlumatın yalnız məhkəmə qaydasında təqdim oluna biləcəyini bildirmişlər. İş üzrə yalnız iddiaçı tərəfin birtərəfli qaydada verilmiş sübutlar əsasında qərar qəbul etmək və ekspertizanı da yalnız bu məlumatlar əsasında aparmaq işin obyektivliyini şübhə altına alır.

55. Bununla əlaqədar əvvəla, qeyd olunmalıd ır ki, kassator öz şikayətində yalnız ümumi xarakterli mülahizələrlə kifayətlənlənmiş, ekspert rəyində konkret olaraq cavabdeh tərəfindən həyata keçirilmiş hansı ödənişlərin nəzərə alınmadığını, yaxud hansı hesablamaların səhv aparıldığını tutarlı dəlillərlə dəqiqləşdirməmişdir.

56. İkincisi və ən əsası isə, iş materiallarından görünür ki, cavabdeh tərəf ekspert rəyi alındıqdan sonra keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin iclasa gəlməmiş, gəlməmənin üzrlü səbəbləri barədə məlumat verməmiş (i/v 176, 179), eləcə də həmin ekspert rəyinin əsassızlığı barədə mülahizələrini yazılı qaydada məhkəməyə təqdim etməmişdir.

57. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, kassatorun müqavilə üzrə borcun düzgün hesablanmamasına dair dəli lləri MPM-in 407.2-ci maddəsinə (bax yuxarıda § 44) uyğun olaraq, ümumiyyətlə işin faktiki hallarının aydınlaşdırılmamasına dair dəlillər kimi qiymətləndirilməlidir, bu səbəbdən də kassasiya icraatında həmin dəlillərə istinad olunması yolverilməzdir.

58. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 80, 81 və 88-ci maddələrinin (bax yuxarıda § 44) tələblərinə əməl etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 44) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

59. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 noyabr tarixli 2-2(103)-454/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 25 noyabr tarixli 2-2(103)-454/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar