Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-181/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası “X4 İsı ve xxx ” ŞTİ Cavabdeh2 MMC-yə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, 22.05.2019 iddiaçı “X4 İsı ve xxx ” ŞTİ-nin nümayəndəsi Cavabdeh1ğadur qızının, onun vəkili X2, cavabdeh Cavabdeh2 MMC-nin vəkili Vəkil2 iştirakı ilə iddiaçı “X4 İsı ve xxx ” ŞTİ-nin Cavabdeh2 MMC-yə qarşı müqavilə üzrə borcun və maddi ziyanın ödənilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının 2-2(103)-818/2018 nömrəli, 06 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 22 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, Cavabdeh2 MMC (Alıcı) ilə (bundan sonra - cavabdeh) “X4 İsı ve xxx ” ŞTİ (Satıcı) (bundan sonra - iddiaçı) arasında 01.04.2015-ci il tarixli illik müqavilə bağlanmasına istinad etməklə, iddiaçı sifariş əsasında almış olduğu malların dəyərini və dəymiş ziyanın ödənilməsini cavabdehdən tələb etmişdir. Həmin müqavilədən görünür ki, Satıçı Alıcı tərəfindən sifariş edilən malları təmin etməyi, Alıcı isə öz növbəsində sifariş edilən malların dəyərin müqaviləyə əsasən vaxtl ı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi məbləği 500.000 avrodur. Satıcı bu müqavilə üzrə öhdəliklərini həmin müqavilə ilə müəyyən edilmiş tarixlərdə yerinə yetirmədiyi təqdirdə Alıcı müddət qoymadan müqaviləni poza bilər. Belə olduğu halda, Alıcı hər cür itkilərə görə Satıcıdan təzminat tələb edə bilər. Müqavilədə göstərilmiş bütün öhdəliklər müqavilə tərəfdarları tərəfindən yerinə yetirilmədiyi və tərəflərin bir-birindən tələbi qalmadığı təqdirdə müqavilə özlüyündən nəticələnmiş olur. İddiaçı 22.02.2018-ci il tarixdə borcun ödənilməsinə dair cavabdehə pretenziya məktubu göndərərək 293.186,72 avro təşkil edən borc məbləğinin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Sonradan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.04.2015-ci il tarixli müqaviləyə əsasən ödənilməli qalıq borc 293.186,72 avro və bu günə qədər iddiaçıya dəymiş maddi ziyan 300.000 avro pulun iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01.04.2015-ci il tarixində 500.000 avro dəyərində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı alıcı - cavabdeh tərəfindən sifariş verilən malları təmin etməyi, cavabdeh isə öz növbəsində sifariş verilən malların dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bunu nəzərə alaraq iddiaçı müxtəlif vaxtlarda cavabdehin sifarişi əsasında onu tələb olunan mallarla təmin etmişdir. Lakin alıcı t ərəfindən verilmiş malların dəyəri tam ödənilməmiş, 293.186,72 avro qalıq borc yaranmışdır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə öhdəliyinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilsə də heç bir nəticəsi olmamışdır. Halbuki, satılan malların alınması ilə bağlı mail və mesajlar mövcuddur və hətta avadanlıqların təhvil-təslimini şahidlər də təsdiq edə bilərlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-389/2018 nömrəli, 13 iyun 2018ci il tarixli qətnaməsi ilə (hakim: E.M.Mustafayev) iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.04.2015-ci il tarixli müqaviləyə əsasən ödənilməli qalıq borc 293.186,72 avro və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Biri nci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01.05.2015-ci il tarixində 500.000 avro dəyərində müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı sifariş verilən malları cavabdehə çatdırsa da, cavabdeh təhvil verilmiş malların dəyərindən 293.186,72 avro (iki yüz doxsan üç min yüz səksən altı avro, 72 sent) qalıq hissəsini ödəməmişdir. Məhkəmənin həmin qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)-818/2018 nömrəli 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və M.A.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-389/2018 nömrəli, 13 iyun 2018-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş “iddiaçı ilə cavabdeh arasında bağlanmış 01.04.2015-ci il tarixli müqaviləyə əsasən ödənilməli qalıq borc 293.186,72 avro və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, müqavilə cavabdeh tərəfindən imzalanmadığından bu müqavilə onun iradə ifadəsi ilə bağlanmış hesab oluna bilməz və cavabdeh üçün hər hansı öhdəlik yaratmır. Ona görə də iddiaçı həmin müqaviləyə istinad etməklə cavabdehdən pul tələb etməkdə haqlı deyil. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin olunması nı xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış və işə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında 01.04.2015-ci il tarixində 500.000 avro dəyərində müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “X4 İsı ve xxx ” ŞTİ alıcı tərəfindən sifariş verilən malları təmin etməyi öz öhdəliyinə götürmüşdür. Cavabdeh2 MMC isə öz növbəsində sifariş verilən malların dəyərini müqaviləyə əsasən vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bunu nəzərə alaraq iddiaçı müxtəlif vaxtlarda cavabdehin sifarişi əsasında onu tələb olunan mallar ilə təmin etmişdir. Lakin alıcı tərəfindən verilmiş mala görə yaranan 293.186,72 avro borc ödənilməmişidir. İddiaçı t ərəfindən cavabdehə dəfələrlə öhdəliyinin icra edilməsi ilə bağlı xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Satılan malların alınması ilə bağlı mail və mesajlar vardır, hətta avadanlıqların təhvil-təslimini şahidlər də təsdiq edə bilərlər. İddiaçı dəfələrlə cavabdehin hüquqi ünvanına xəbərdarlıq göndərmiş və şəxsən şirkət tərəfindən görüşlər təşkil edilmiş, cavabdeh borclu olduğunu etiraf etsə də lakin heç bir nəticəsi olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(103)818/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsinın ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili kassasiya şikayətin ə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının mövqeyi aşağıdakılardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessu al qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzimləyir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apelyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəflər arasında alqı-satqı münasibətlərinin mövcud olmasının əsası kimi 01.04.2015-ci tarixli illik müqaviləyə istinad edərək müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, həmin müqavilənin əsli və notarial qaydada təsdiq edilmiş tərcümə si iş materiallarının İ cildinin 201-204-cü vərəqələrinə əlavə edilmişdir. Müqavilədən görünür ki, müqavilə “X4 İsı ve xxx ” ŞTİ tərəfindən xxx adlı şəxs tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmiş, lakin Cavabdeh2 MMC-yə ayrılmış qrafa boş qalmış, cavabdeh tərəfindən imzalanmamış və cavabdeh MMC-nin möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 -ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varla nma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 331-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.( 331.1) Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.( 331.2) Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. (331.3) Qanunun mənasından göründüyü kimi, qanunverici yazılı formada bağlanmış müqavilənin əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanması tələbini birmənalı olaraq nəzərdə tutmuşdur. İddiaçının tələbinin əsası kimi istinad etdiyi 01.04.2015-ci il tarixli müqavilə isə müqavilənin hər iki kontragenti tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə cavabdeh tərəfindən imzalanmadığından, bu müqavilə onun iradə ifadəsi ilə bağlanmış hesab oluna bilməz və cavabdeh üçün hər hansı öhdəlik yaratmır. Müqavilənin məzmununda “ödə nişin müəyyən edilməsi” bölməsində həmçinin müəyyən edilmişdir ki, bu müqaviləni hər iki tərəf imzaladıqdan sonra alıcı müqavilədə müəyyən edilən şərtlərlə satıcıya göndərəcəkdir. Göründüyü kimi, müqavilə üzrə ödənişin, müqaviləni hər iki tərəf imzaladıqdan sonra edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirməsi, malların cavabdeh “xxxx” MMC-yə göndərilməsi, malların cavabdeh tərəfindən qəbul edilməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı bununla bağlı proforma- invoyslar, gömrük bəyannamələri və yük daşıma qaimələri təqdim etmişdir və həmin sənədlər iş materiallarında mövcuddur. İddiaçının təqdim etdiyi proforma - invoyslarda iddiaçı tərəfindən malların adı, çeşidi, çəkisi, dəyəri və s. barədə məlumatlar təsbit olunmuşd ur və bu sənəd iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmiş və təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarında olan yük daşıma qaimələri (uluslararası hamule sənədləri) satıcı - iddiaçı tərəfindən malların yük daşıyıcısı “X1 Tic. LTD” ŞTİ-yə təhvil verildiyini təsdiq edir. Bu sənədlər malların cavabdehə çatdırıldığını sübut edən mötəbər sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin proforma-invoysların, yük daşıma qaimələrinin heç birində malların cavabdeh tərəfindən təhvil alınmasına dair qeyd aparılmamış və yaxud da təhvil - təslim müstəqil qaydada sənədin tərtibi yolu ilə aktlaşdırılmamışdır. Digər tərəfdən, cavabdeh sözügedən malları sifariş etmədiklərini və həmçinin, təhvil almadıqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci madd əsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1 -ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq ed ilməli olan işin hallarə başqa sübutlarla təsdiq edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının tələbinin əsası kimi istinad etdiyi gömrük bəyannamələrinə münasibətdə qeyd edir ki, yük gömrük bəyannamələri gömrük bəyannaməçisinin təqdim etdiyi sənədlər əsasında: müqavilələr, hesab-faktura (invoys) və bank-ödəniş sənədləri (əgər ödəniş aparılıbsa) və ya hesab-proformu, həmçinin malın dəyərini təsdiq edən başqa ödəniş və ya mühasibat sənədləri əsasında tərtib olunur. Həmin yük gömrük bəyannamələri Azərbaycan Respublikasının ərazisinə gətirilən malların dövlət sərhədindən keçdiyini təsdiq edən sənədlərdir, onlar malların cavabdehə təhvil verildiyi qənaətinə gəlmək üçün əsas hesab edilə bilməz. “Azərbaycan Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və ş ərtləri haqqında” Əsasnaməsinin 2.4-cü bəndinə əsasən, deklarant gömrük dəyər üzrə bəyan edilmiş məlumatı təsdiq etmək üçün gömrük dəyəri haqqında bəyannamə ilə yanaşı aşağıdakı sənədləri təqdim etməlidir: malı gətirən hüquqi və fiziki şəxsin təsis sənədləri; müqavilə (kontrakt) və ona əlavə olunan razılaşma sənədləri (əgər onlar nəzərdə tutulmuşsa); hesab-faktura (invoys) və bank-ödəniş sənədləri (əgər ödəniş aparılıbsa) və ya hesab-proformu, həmçinin malın dəyərini təsdiq edən başqa ödəniş və ya mühasibat sənədləri; nəqliyyat və sığorta sənədləri (əgər göndəriş şərtində nəzərdə tutulubsa); yükləmə-boşaltma üçün hesab və ya nəqliyyat xərci üzrə rəsmi təsdiq edilmiş kalkulyasiya (hesab-faktura nəqliyyat xərci daxil edilməyibsə); göndərən tərəfdən gömrük bəyannaməsi (əgər varsa); qablaşdırm a vərəqələri; idxalı müəyyən edilmiş qaydada lisenziya əsasında həyata keçirilən mallar üçün lisenziya; malın mənşə ölkəsi haqqında sertifikat, keyfiyyət sertifikatı, təhlükəsizlik sertifikatı. Göründüyü kimi, iddiaçı məhkəməyə nəinki tərəflər arasında öhdəliyin yaranmasını təsdiq edən müqavilə təqdim etməmiş, həmçinin malların müqavilə əsasında cavabdehə təhvil verdiyini təsdiq edən, yuxarıda istinad edilən Əsasnamədə nəzərdə tutulan sənədləri də təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəl i hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırki işdə isə iddiaçı öz iddiasının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessu al Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı “X4 İsı ve Soğutma San. Dış.Tic.LTD” ŞTİ tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-818/2018 nömrəli 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-2(102)-181/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-181/2019
22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver