Məhkəmə qərarları › İş №2-2(102)-181/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-181/2020

23.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-181/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏRAR (açar sözlər:qazdan istifadəyə görə hesablanmış məbləğin qismən etibarsız hesab edilməsi və artıq alınmış ödənişlərin geri qaytarılması). GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh İB-nə qarşı “qazdan istifadəyə görə hesablanmış məbləğin qismən etibarsız hesab edilməsi və artıq alınmış ödənişlərin geri qaytarılması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2-2(103)-BAM/2020 saylı qətnaməsindən iddiaçı MMC və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək olan müddət üçün cavabdeh tərəfindən artıq hesablanmış 50.756,79 manat məbləğində vəsaitin hesablanması qaydasının etibarsız hesab edilməsi, artıq hesablanmış 50.756,79 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 50.786,79 manat pulun cavabdehdən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsa slandırılmışdır ki, iddiaçı MMC 02.02.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış, 01.04.2017-ci il tarixdən etibarən isə ünvan1-də faktiki fəaliyyətə başlamışdır. Çörək və un məmulatlarının istehsalı və satışı ilə məşğuldur. 13 mart 2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh arasında bağlanmış ***-**-17 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən G-65 markalı, zavod № 75158533 olan qaz sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılarkən müəssisədə qazla işləyən avadanlıqlar siyahıya alınaraq aktlaşdırılmışdır. İddiaçı tərəfindən 2017-ci ilin aprel ayından 2018-ci il noyabr ayınadək 54.028,61 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Lakin cavabdeh tərəfindən həmin müddət ərzində iki dəfə artıq, yəni 104.785,40 manat məbləğində qaz sərfiyyatı hesablanmışdır. Halbuki istifadəsində olan a vadanlıqlar cavabdehin hesabladığı qədər qaz sərf edə bilməzdi. Cavabdehin hesablamaları ilə razı deyil. Hesab edir ki, qiymətlər cavabdeh tərəfindən şişirdildiyindən hesablanmış borc qismən etibarsız hesab edilərək artıq alınmış vəsait geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş və iddiaçı tərəfindən təsdiqlənmiş arayışdan görünür ki, iddiaçının istifadəsində tunel tipli, dönər tipli çörəkbişirmə sobası və buxar generatoru kimi müasir çörəkbişirmə avadanlıqları var. Həmin avadanlıqlarda qənaət rejiminin mövcudluğu qaz sərfiyyatını minimallaşdırır. Qənaət rejiminin mahiyyəti avadanlığın lazımi temperaturu yığdıqdan sonra qaz sərfiyyatını dayandırmasından ibarətdir. Avadanlıqların saatlıq qaz sərfiyyatı müvafiq olaraq tunel tipli soba - 20-25 m3, dönər tipli çörəkbişirmə sobası - 5-8 m3 və buxar generatoru - 15-18 m3 aralıqlarında dəyişir. Tunel tipli soba ilə buxar generatorunun gün ərzində fasilələrlə 12 saat, buxar generatorunun isə müvafiq olaraq 6 saat işlədiyini nəzərə aldıqda, avadanlıqların aylıq maksimum qaz sərfiyyatı aşağıdakı kimi olar: Tunel tipli sobanın gündəlik qaz sərfiyyatı 300 m3 (25 m3 x 12 saat), gündəlik sərf olunmuş qazın məbləği: 50,82 (300m3x0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği: 1.544,93 (50,82 manat x 30,4) manat, dönər tipli çörəkbişirmə sobasının gündəlik qaz sərfiyyatı 48 m3 (8 m3 x 6 saat), gündəlik sərf olunmuş qazın məbləği: 8,13 (48m3x0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği: 247,15 (8,13 manat x 30,4) manat, buxar generatorunun gündəlik qaz sərfiyyatı 216 m3 (18 m3 x 12 saat), gündəlik sərf olunmuş qazın məbləği: 36,59 (216 m3 x 0,1694) manat, aylıq sərf olunmuş qazın məbləği: 1.112,35 (36,59 manat x 30,4) manat, aylıq sərf olunmuş qazın maksimal məbləği 2.904,43 (1544,93+247,15+1112,35) manat. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən göndərilən, iddiaya əlavə olunmuş hesab-fakturalarda tələb olunan aylıq sərf olunmuş qazın məbləğləri, yuxarıda göstərilən qaydada hesablanmış qaz qurğularının maksimal aylıq sərfiyyatını dəfələrlə üstələmişdir. Qeyd olunan uyğunsuzluqların daha dərindən nəzərdən keçirilməsi üçün iddiaçı MMC-nin “Qaz sərfiyyatı haqqında açıqlama” iddiaya əlavə olunur. Həmin sənəddən göründüyü kimi, məbləğlər arasındakı fərq 2017-ci ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək olan dövrdə 50.756,79 manat təşkil edir. İddiaçı iddia ərizəsində həmçinin göstərmişdir ki, 17 i yul 2017-ci il tarixli məktubla cavabdehə müraciət etmiş və məktubunda 2017-ci ilin iyun ayı üçün sərf edilmiş qazın həmin ilin aprel və may aylarındakı göstəriciləri dəfələrlə üstələdiyini və bu problemin cavabdehin yerli idarəsinin mütəxəssisləri tərəfindən sayğacın filterinin təmizlənməsindən sonra baş verdiyini əsas göstərərək həmin qaz sayğacının tənzimlənməsini xahiş etmişdir. 20 iyul 2018-ci il tarixdə iddiaçı cavabdehə məlumat ünvanlayaraq müəssisənin fəaliyyət göstərdiyi təxminən bir il ərzində qaz təchizatı ilə bağlı montaj olunmuş tənzimləmə qurğuları və sayğacın iki dəfə sıradan çıxdığını, bunun səbəbinin qaz təzyiqinin stabil olmaması və qazın çirkli olması olduğunu cavabdehin nəzərinə çatdırmış və göstərilənlərə əsasən müəssisəyə qazın qanunvericilikdəki standartlara uyğun ve rilməsini xahiş etmişdir. Bununla yanaşı, 20 iyul 2018-ci il tarixdə cavabdehə istifadəsində olan G-65 markalı, zavod № 75158533 olan qaz sayğacı qaz sərfiyyatını düzgün hesablamadığı üçün həmin sayğacın növbədənkənar dövlət yoxlamasının keçirilməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab məktubunda cavabdeh sayğacın yoxlanıldığını və heç bir qüsur aşkarlanmadığını bildirmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərkən onların nümayəndəsinin iştirakı təmin edilməmiş və sayğacın vəziyyəti ilə bağlı akt tərtib edilməmişdir. Cavabdehin cavab məktubunu aldıqdan sonra iddiaçı 01.08.2018-ci il tarixdə saat 17:00 radələrində sayğaca baxış keçirmiş, baxış nəticəsində sayğacın plombunun cavabdehin əməkdaşları tərəfindən açılması və sayğacın işləməməsi aşkar lanmış, bununla bağlı cavabdehin nümayəndəsinə telefon vasitəsilə məlumat verilmiş və sayğacın fotoşəkilləri çəkilmişdir. Növbəti gün yəni, 02 avqust 2018-ci il tarixdə iddiaçı tərəfindən sayğaca təkrar baxış keçirilmiş və sayğacın yenə də işləməməsi aşkarlanmışdır. Bundan sonra iddiaçı həmin sayğacın dövlət yoxlamasından keçirilməsi və ya yenisi ilə əvəz edilməsi ilə bağlı yenidən cavabdehə müraciət etmişdir. Sayğacın işləməməsi ilə bağlı çoxsaylı müraciətlərdən sonra 05 oktyabr 2018-ci il tarixdə sayğac çıxarılaraq laboratoriyaya göndərilmişdir və müəssisə müvəqqəti sayğacla təmin olunmuşdur. 29.10.2018-ci il tarixdə sayğacın istismara yararsız (təmirə ehtiyacı var) olması barədə qüsur aktı tərtib olunmuşdur. Müəssisəyə yeni sayğacın alınması və montaj edilməsi ilə bağlı müraciət olunm uşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-383/2019 saylı 10.09.2019-cu il tarixli qətnaməsi ilə (hakim: L.ə) iddiaçı MMC-nin Cavabdehə qarşı qazdan istifadəyə görə hesablanmış məbləğin qismən etibarsız hesab edilməsi və artıq alınmış ödənişlərin geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-24/2019 saylı 15.01.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: A.N, hakimlər V.A, C.Y) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, e-2-2(82)-383/2019 saylı qətnaməsindən iddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Komm ersiya Kollegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı MMC və onun vəkili tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələləri Tənzimləmə Agentliyi məktubuna istinad etməklə, ekspertiza mərkəzi tərəfindən verilmiş rəyi öz mülahizəsinə uyğun şərh edərək şübhə altına almışdır. Belə ki, ekspert rəyində birbaşa göstərilmişdir ki, iddiaçı MMC-yə məxsus çörək və un məmulatları istehsal edən qeyri-yaşayış sahəsində quraşdırılmış hesablaşma qaz sa yğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstəricisi ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Məhkəmə öz qərarında Energetika Nazirliyinin Enerji Məsələləri Tənzimləmə Agentliyi məktubuna istinad edərək qeyd etmişdir ki, sayğacın mexaniki və Vmt göstəriciləri arasında fərq olmadığı təqdirdə bu sayğacın qüsurlu işləməsinə dəlalət etmir. Lakin məhkəmə ekspert rəyini nəzərə almayaraq sayğacın Vbt (elektron) və mexaniki göstəriciləri arasında böyük miqdarda (iki dəfəyə yaxın) fərqin olmasına aydınlıq gətirməmişdir. Nəzərə alsaq ki, ödəniş Vbt əsasında həyata keçirilib, ekspert rəyinə əsasən qüsurlu olduğu müəyyənləşdirilən Vbt gösəricisi əsa ssız yerə artıq ödəniş etməyimizə səbəb olmuşdur. Bundan başqa, məhkəmə qətnaməsində göstərmişdir ki: 1.2018-ci ilin avqust, sentyabr və oktyabr ayının birinci 5 günü üçün hesablanmış borca gəldikdə 09.10.2018-ci il tarixli qüsur aktına əsasən qaz sayğacının işləməməsi müəyyən edildiyindən 2018-ci ilin avqust, sentyabr ayı və oktyabr ayının birinci 5 günü üçün qaz sərfıyyatı 2018-ci ilin iyul ayının sərfıyyatına əsasən avqust və sentyabr ayı üçün 7.362,20 manat məbləğində, oktyabr ayının birinci 5 günü üçün 889,60 manat məbləğində hesablanmışdır. 2.Göründüyü kimi müəssisədə quraşdırılmış qaz sayğacının 2017-ci ilin aprelindən - 2018-ci ilin noyabrınadək müddətdə davamlı olaraq qüsurla işləməsi iş materiallarında olan sənədlərlə təkzib edilir. İş materiallarına əlavə olunmuş, sayğacın qaz sərfiyyatının düzgün hesablamaması səbəbindən növbədənkənar dövlət yoxlamasının keçirilməsi üçün Cavabdehə ünvanlanmış 20 iyul 2018-ci il tarixli, 02 avqust 2018-ci il tarixli müraciətlərimizə baxmayaraq və sayğacın qüsurla işləməsi barədə Q-066943 saylı, 29 oktyabr 2019-cu il tarixli qüsur aktı aktının olmasına baxmayaraq cavabdeh növbəti ayların ödənişini qüsurlu sayğacın (iyul 2018-ci il) göstəriciləri əsasında aparılmış və bununla belə məhkəmə qeyd olunan dəlillərə diqqət yetirməmişdir. Tərəflərin izahatları İddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini və apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu bildirdi. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilm əsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinin dəlillərini, iş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2-2(103)-BAM/2019 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və iş materiallarından görünür ki, qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arası nda bağlanmış 13 mart 2017-ci il tarixli, ***-**-17 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı (cavabdeh) tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.1-ci bəndinə uyğun olaraq qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Müqavilənin 4.3-cü bəndinə əsasən iddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə 1 ədəd PQ-4, 2 ədəd kombi, 1 ədəd şirniyyat sobası, 1 ədəd çörək bişirən soba, 1 ədəd buxar qazanı quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istisma ra qəbulu haqqında” xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, iddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğac qaz xəttindən açılmış, filtri və içərisi yuyulub təmizlənmişdir, normal işləyir. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 11.10.2017-ci il tarixli, SS29/1640-166-1 saylı aktdan görünür ki, iddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G65 markalı, 75158533 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı xx.xx.2017-ci il tarixdə xətdən çıxarılmış, 09.10.2017-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, rotorlar balansdan çıxıb, bu halda mexaniki hissədən keçən qaz həcmi qeydə alınmır. 26.01.2018-ci il tarixli, Q-005598 saylı qüsur aktından görünür ki, G-35 markalı, 75158533 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, 1 dəst rotorun deformasiyaya uğradığı, 1 dəst yastığın ağır fırlandığı qeyd edilmişdir. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 07.04.2018-ci il tarixli, SS29/1640-1021 saylı aktdan görünür ki, iddiaçı MMC-nin qaz xətti üzərində quraşdırılmış G65 markalı, 75158533 nömrəli rotor tipli “ELSTER” qaz sayğacı 23.04.2018-ci il tarixdə xətdən çıxarılmış, 02.05.2018-ci il tarixdə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında texniki baxış keçirilmiş və yoxlamanın nəticəsi olaraq xətalar normaya uyğun olması müəyyən edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23.04. 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, iddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə qaz xəttində müvəqqəti quraşdırılmış qaz sayğacı qaz xəttindən açıldıqdan sonra öz yerinə quraşdırılmış, sayğac yoxlanılmış, təhvil verilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 23.04.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, iddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış 75158533 saylı qaz sayğacı dövlət yoxlamasına aparılması üçün çıxarılmış, yerinə müvəqqəti sayğac quraşdırılmışdır. İddiaçı MMC-nin direktoru tərəfindən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Z-ya ünvanlanmış 02.08.2018-ci il tarixli, Cavabdeh İB-nin Baş direktoru Ə-yə ünvanlanmış 23.08.2018-ci il tarixli, “Cava bdeh İB-nin baş direktorunun satış və istismar üzrə müavini R-ya ünvanlanmış 20.07.2018-ci il tarixli ərizələrdən görünür ki, iddiaçı MMC istifadəsində olan qaz sayğacında nasazlıq olduğundan sayğacın növbədənkənar dövlət yoxlamasından keçirilməsini xahiş etmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 05.10.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, iddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinə quraşdırılmış 75158533 saylı qaz sayğacı növbədənkənar dövlət yoxlamasına aparılmış, əvəzinə 75018644 saylı müvəqqəti sayğac quraşdırılmışdır. 29.10.2018-ci il tarixli 006943 saylı qüsur aktından görünür ki, G-35 markalı, 75158533 zavod nömrəli qaz sayğacına baxış keçirilmiş, rotorun deformasiyaya uğradığı, yastığın sıradan çıxdığı müəyyən e dilmişdir. Qaz sayğaclarının texniki vəziyyəti haqqında” 002447 saylı 05.11.2018-ci il tarixli bildirişdən görünür ki, müəssisənin qaz xətti üzərində quraşdırılmış qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmiş və sayğacın istismara yararsız olması barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinin tələblərinə əsasən yeni qaz sayğacının alınaraq quraşdırılması və ya mövcud sayğacın təmir edilməsi 15 gün ərzində MMC tərəfindən təmin edilməlidir. Yeni tipli qaz sayğaclarının alınması və sənaye tipli qaz sayğaclarının təmiri ilə əlaqədar müqavilənin bağlanması üçün Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinə müraciət edilməsi xahiş edilmişd ir. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 31.08.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin iyun ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin avqust ayı üçün 36811 m3 qaz sərfiyyatına görə 7.362,20 manat borc hesablanmışdır. “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 30.09.2018-ci il ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin avqust ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin sentyabr ayı üçün 36811 m3 qaz sərfiyyatına görə 7.362,20 manat borc hesablanmışdır. Qaz sayğacının olmadığı və ya işləmədi yi müddətdə qazın hesablanması haqqında" 05.10.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 2018-ci ilin oktyabr ayının sərfiyyatına uyğun hesablanmışdır. Belə ki, 2018-ci ilin 01.10.2018-ci il tarixdən 05.10.2018 tarixə kimi 5 gun müddətində 4448 m3 qaz sərfiyyatına görə 889.60 manat borc hesablanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyun 2019-cu il tarixli ekspert rəyindən görünür ki, 04 iyun 2019-cu il tarixdə ekspert və tərəflərin iştirakı ilə iddiaçı MMC-yə məxsus çörək və un məmulatları istehsal edən qeyri-yaşayış sahəsində quraşdırılmış hesablaşma qaz sayğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstərici ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu ( 356.771-179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Konkret olaraq həmin qaz sayğacının hansı qüsurla işləməsi, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) sayğacda sınaq və yoxlamalar aparmaqla müəyyən etmək olar. iddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının saatlıq qaz sərfiyyatını, işləmə rejimini və ayda 30 günün olmasını nəzərə almaqla, həmin qurğuların maksimal aylıq qaz sərfiyyatı: qış ayı üçün 11913 m3 (397.1 m3 x 30 gün=11913 m3), yay ayı üçün 11649 m3 (388.3 m3 x 30 gün=11649 m3) təşkil edir. İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz qurğularının maksimal aylıq qaz sərfiyyatına əsasən 01.04.2017-ci il tarixdən 01.11.2018-ci il tarixədək olan dövr üçün həmin qeyri-yaşayış sahəsində təbii qazın sərfiyyatı 222651 m3 təşkil etməklə, həmin sərfiyyatın dəyəri 44.430,2 (qırx dörd min dörd yüz otuz manat iyirmi qəpik) təşkil edir və MMC tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələləri Tənzimləmə Agentliyi məhkəmənin sorğusuna 29.08.2019-cu il tarixli, AERA-01-17-506/19 saylı cavab məktubunda bildirilmişdir ki, sənaye sektorunda quraşdırılan qaz sayğacları elektron həcm korrektoru ilə təchiz edilməlidir. Elektron hissənin təyinatı boru kəmərində təzyiqi və qazın temperaturunu ölçüb, korreksiya əmsalını hesablayaraq sayğacdan keçən qaz həcminin standart şəraitə gətirilməsidir. Elektron hissənin tablosunda sayğacdan keçən qaz həcmi Vmt kimi, standart şəraitə gətirilmiş qaz həcmi Vbt kimi əks olunur. İs tifadə edilmiş qaz həcminin hesabatı standart şəraitə gətirilmiş qaz həcmi ilə aparılmalıdır. Elektron hissənin tablosunda əks olunan Vbt və Vmt göstəriciləri arasında fərqin olması sayğacın qüsurla işləməsinə dəlalət etmir. Vmt göstərici ilə mexaniki hissənin göstəricisi arasında fərqin olması sayğacın qüsurla işləməsini göstərir. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cavabdehə ünvanladığı 20 aprel 2017-ci il tarixli, **********72 saylı məktubda bildirilmişdir ki, sənaye qaz qurğuları vasitəsi ilə təhvil verilən qaz həcminin hesablanma parametrləri mütəmadi olaraq elektron korrektorlarda qeyd olunur. Ona görə də təhvil verilən və qəbul edilən qazın həcminin hesabatı dövlət reyestrinə düşmüş bütün tip elektron korrektorlu qaz sayğacların da elektron tablonun göstəricilərinə əsasən aparılır. İddiaçı MMC düzgün hesablanmamasını iddia etdiyi qazdan istifadəyə görə haqq 2018-ci ilin avqust, sentyabr və oktyabr ayının birinci beş günü üçün hesablanmış 15614 manat (7362,20+7362,20+889,60) hissəsi istisna olmaqla Cavabdeh İB tərəfindən iddiaçı MMC-nin istifadəsində olmuş qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə görə isə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 2018-ci ilin avqust, sentyabr və oktyabr ayının birinci 5 günü üçün hes ablanmış borca gəldikdə 09.10.2018-ci il tarixli qüsur aktına əsasən qaz sayğacının işləməməsi müəyyən edildiyindən 2018-ci ilin avqust, sentyabr ayı və oktyabr ayının birinci 5 günü üçün üçün qaz sərfiyyatı 2018-ci ilin iyul ayının sərfiyyatına əsasən avqust və sentyabr ayı 7.362,20 manat məbləğində, oktyabr ayının birinci 5 günü üçün 889,60 manat məbləğində hesablanmışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən hesablanması qaydasının etibarsız sayılmasını tələb etdiyi borc məbləğləri “Qazdan istifadə Qaydaları”nda və tərəflər arasında bağlanmış müqavilənin şərtlərində müəyyən edilmiş qaydada hesablanmışdır. İddiaçı qazdan istifadəyə görə 60.355,20 manat məbləğində borcun hesablanması qaydasının etibarsız hesab edilməsi tələbinə dair i ddia tələbini 2017-ci ilin aprel ayından 2018-ci ilin noyabr ayının 1-dək olan dövrdə qaz sayğacının qüsurlu işləməsi və qaz sərfiyyatının olduğundan artıq qeydə alması ilə, 21.596,80 manat borcun hesablanması qaydasının etibarsız hesab edilməsi tələbinə dair iddia tələbini isə təmir olunduqdan sonra 08.11.2019-cu il tarixdə yenidən quraşdırılmış qaz sayğacının (hal-hazırda da həmin qaz sayğacı iddiaçının istifadəsindədir) 02.11.2018-ci il 14.08.2019-cu il tarixləri arasında da qüsurla işləməsi, qaz sərfiyyatını olduğundan artıq qeydə alması ilə əsaslandırmışdır. 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək müddətdə müəssisədə quraşdırılmış qaz sayğacının qüsurlu işləməsi səbəbindən sərfiyyatı düzgün qeydə almaması barədə iddiaçının dəlillərinə münasibətdə apellyasiya qaydasında işə baxan məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin dəlilləri təsdiq etmək üçün istinad etdiyi 26.01.2018-ci il tarixli və 29.10.2018-ci il tarixli qüsur aktları yalnız müəssisədə quraşdırılmış qaz sayğacının qaz xəttindən çıxarılarkən yararsız olması faktını təsdiq etməklə, müəssisədə quraşdırılmış qaz sayğacının 2017-ci ilin aprelindən – 2018-ci ilin noyabrınadək olan bütün müddət ərzində qüsurla işləməsi və eləcə də həmin müddət ərzində qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması, ələxsus sərfiyyatı olduğundan artıq qeydə almasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, əksinə iş materiallarından göründüyü kimi həmin müddət ərzində müəssisədə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə olması cavabdehin nüm ayəndələri tərəfindən dəfələrlə yoxlanılmış, SOCAR-ın İnformasiya texnologiyaları və Rabitə İdarəsinin sayğacın istismara yararlığı haqqında 19.04.2018-ci il tarixli və 07.11.2018-ci il tarixli arayışlarına, “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 07.04.2018-ci il tarixli, SS-29/16401021 saylı aktına əsasən sayğacın istismara yararlı olması müəyyən edilmişdir. Qaz sayğacının qüsurla işləməsi müyyən edildiyi hallarda isə qaz sayğacı xətdən çıxarılmış, yoxlanılması üçün laboratoriyaya göndərilmiş, yerinə müvəqqəti sayğac quraşdırılmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələləri Tənzimləmə Agentliyi məktubunda qaz sayğacının elekton hissəsinin Vbt göstərici ilə Vmt göstəricisi (Vmt göstərici isə mexaniki göstərici ilə eyni olmalıdır) fərqin sayğacın qüsur la işləməsinə dəlalət etmədiyi göstərildiyi halda yuxarıda göstərilən ekspert rəyindən isə görünür ki, ekspert elektron tablonun Vbt göstəricisi (356.771 m3 ) ilə mexaniki göstərici arasında (179.372 m3) fərqin olmasına əsasən sayğacın qüsurla işləməsi nəticəsinə gəlmişdir. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 206.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiya sı eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, həm 2018-ci ilin noyabrınadək iddiaçının istifadəsində olmuş qaz sayğaclarının, həm də hazırda iddiaçının istifadəsində olan qaz sayğacının qüsurla işləməsi ehtimal edilsə belə həmin hal öz-özlüyündə iddiaçıya hesablanmış borcun bir hissəsinin qanunsuz hesab edilməsi üçün əsas vermir. Belə ki, borcun qanunsuz hesab edilməsi üçün qaz sayğacının hansı qüsurla işləməsi, qaz sərfiyyatını olduğundan artıq qeydə alıb-almaması da müəyyən edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həlli ilə bağlı ədalətli və əsaslı qərarın qəbul olunması üçün kassasiya şikayətində qeyd olunmuş dəlillərin araşdırılması zəruridir. Qeyd etmək lazımdır ki, həmin dəlillər apellyasiya şikayətində də göstərilmişdir. Laki n apellyasiya instansiya məhkəməsi onlara aydınlıq gətirməyə müvəffəq olmamışdır. Kassatorun birinci əsas dəlili sayğacın elektron və mexaniki göstəriciləri əsasında böyük (iki dəfəyə yaxın) fərqin olmasının səbəblərinin araşdırlmaması ilə bağlıdır. Ekspert rəyində bununla bağlı qeyd olunmuşdur ki, qaz sayğacına baxış keçirilərkən, həmin sayğacın elektron hissəsinin göstərici ilə mexaniki hissəsinin göstəricisi arasında 2 dəfəyə yaxın fərqin olduğunu (356.771-179.372=177.399) nəzərə aldıqda, həmin qaz sayğacının qüsurla işlədiyini qeyd etmək olar. Göründüyü kimi, ekspert göstəricilər arasındakı fərqin məhz 2 dəfəyə yaxın oluğunu əsas götürməklə sayğacın qüsurla işlədiyi qənaətinə gəlmişdir. Məhkəmə isə həmin məqama lazımi diqqət yetirməmiş, cavabdehin vəsatəti ilə Azərbaycan Respublikasını n Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə göndərdiyi sorğu məktubunda qoyduğu suallarda həmin məsələni nəzərə almamışdır. Belə ki, 15 avqust 2019-cu il tarixli e-2-2(82)-383/2019 saylı sorğu məktubunda sayğacdakı göstəricilər arasındakı fərqlə bağlı aşağıdakı sualı qoymuşdur: “Elektron qaz sayğaclarının tablolarının (elektron və mexaniki) göstəriciləri arasında fərqin olmasının sayğacın qüsurla işləməsinə dəlalət edib-etməməsi”. Göründüyü kimi, sual ümumi şəkildə qoyulduğundan Agentliyin cavab məktubunda da bu məqama (göstəricilər arasında böyük, konkret halda 2 dəfəyə yaxın fərqin olması) aydınlıq gətirilməmişdir. Bunun nəticəsidir ki, sözü gedən göstəricilər arasında fərqin yol verilən maksimum həddinin nə qədər olması birinci instansiya məhkəməsi tərəfindən ara şdırılmamış, məsələ apellyasiya instansiya məhkəməsinin də diqqətindən kənarda qalmışdır. Halbuki həmin suala dəqiq cavab almadan hazırkı mübahisənin həlli istiqamətində birmənalı nəticə çıxarılması qeyri-mümkündür. Şikayətçinin digər əsas dəlili 2018-ci ilin iyul ayında sayğacın qüsurla işləməsi müəyyən olunsa da, həmin ilin avqust, sentyabr ayları və oktyabr ayının ilk beş günü üçün sərfiyyat hesabatının məhz iyul ayındakı sərfiyyata uyğun hesablanması ilə bağlıdır. Bununla bağlı, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə istinadən hesab etmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləğləri bu Qaydalarda və tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə müəyyən edilmiş qaydada hesablanmışdır. Apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İşin hallarından görünür ki, iddiaçı 2018-ci ilin iyul ayında sayğacın qüsurla işlədiyini aşkar etdikdən sonra Cavabdeh İB-nin müvafiq vəzifəli şəxslərinə ünvanlanmış 20.07.2018, 02.08.2018 və 23.08.2018-ci il tarixli ərizələrlə müraciət edərək qaz sayğacında nasazlıq olduğundan sayğacın növbədənkənar dövlət yoxlama sından keçirilməsini xahiş etmişdir. Çoxsaylı müraciətlərə baxmayaraq yalnız 05 oktyabr 2018-ci il tarixdə sayğac çıxarılaraq laboratoriyaya göndərilmişdir və müəssisə müvəqqəti sayğacla təmin olunmuşdur. 29.10.2018-ci il tarixdə sayğacın istismara yararsız olması barədə qüsur aktı tərtib olunmuşdur. “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələblərinin hərfi mənasından görünür ki, sayğac oktyabr ayında çıxarıldığından hesabat sentyabr ayı üçün orta gündəlik sərfiyyata uyğun aparılmalı idi. Lakin hesabat sayğacın yarasız vəziyyətdə olduğunun aşkar edildiyi iyul ayı üzrə aparılmışdır. Halbuki iddiaçının 20 iyul tarixində etdiyi ilk müraciətə cavabdeh tərəfindən vaxtında düzgün reaksiya verilsəydi sayğac həmin ayda çıxarılaraq laboratoriyaya göndərilər və hesabat da iyun ayı üzrə aparı lardı. Məhz cavabdeh tərəfindən istehlakçının müraciətinə laqeyd münasibət göstərilməsi nəticəsində “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl olunmamış, hesabat sayğacın yarasız vəziyyətdə olduğunun aşkar edildiyi iyul ayı üzrə aparılmış, bununla da iddiaçının əsassız hesab etdiyi borc hesablanmışdır. Bununla əlaqədar işə baxan məhkəmələr ədalətin gözlənməsi, düzgün qərarın çıxarılması məqsədilə, iddiaçının çoxsaylı müraciətlərinə cavabdehin gec reaksiya verməsinin, hesabatın 2018-ci ilin iyul deyil, iyun ayı üzrə hesablanmamasının səbəblərini araşdırmalı idilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Qərarın 17-ci bəndinə əsasən, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət vermə lidirlər. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə görə, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın. (§ 30) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunan hüquqi mövqeyə görə, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetiri lməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 09 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları). Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək, qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə qətnamə çıxararkən rəhbər tutduğu qanunla r və normativ hüquqi aktlar göstərilməlidir. Bununla yanaşı, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyri-prakti ki və illuziya halına gətirər. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən apellyasiya şikayətinin dəlillərinin, işdəki sübutların araşdırılması və qiymətləndirilməsində səhvə yol verildiyindən əsaslı hesab oluna bilməz, ona görə də Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2-2(103)-24/2020 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 - 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 15 yanvar 2020-ci il tarixli, 2-2(103)-BAM/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar