Məhkəmə qərarları › İş №2-2(102)-181/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-181/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-181/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi müqavilə üzrə dəbbə pulu tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 noyabr tarixli 2-2(103)-919/2 023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialı (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında bağlanmış 2022-ci il 26 aprel tarixli material təchizatı üzrə müqaviləyə əsasən satıcı alıcını əlavə 6-da göstərilən spesifikasiyalara, hazırkı müqavilənin 1, 2, 3 saylı əlavələrində göstərilən miqdar və qiymətlərə əsasən avadanlıqla (bundan sonra mallar) 6.3-cü maddədə göstərilən satıcı ünvanında təmin etməyi, alıcı öz növbəsində hazırkı müqaviləyə əsasən mallara görə ödəniş etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən mallar brend markalı yeni olmalı və satıcı malların keyfiyyət uyğunluğu sertifikatını təqdim etməlidir.

2. Müqavilənin 6.2-ci bəndin ə əsasən mallar Əlavə 4 və Əlavə 5-də göstərilən müddətlərdə alıcının nəqliyyat vasitələrinə göndərilmə və yüklənmə üçün hazır vəziyyətə gətirilməlidir.

3. Müqavilənin 7-ci bəndinə əsasən alıcı müqavilənin dəyərini əlavə 1, 2, 3-də göstərilən malların təslim tarixindən təqdim etdiyi qaiməyə əsas 15 iş günü içərisində bank köçürməsi yolu ilə ödəməlidir. Alıcı mübahisəli hissənin yoxlanılmasını həyata keçirmək üçün satıcı tərəfindən təqdim olunan hər hansı hesab-fakturanın və ya çıxarışın mübahisəli hissəsi üzrə ödənişi tutub saxlamaq hüququna malikdir. Alıcı qaimə-fakturanın bütün və ya bir hissəsi ilə bağlı mübahisə edərsə, alıcı imtinanın səbəblərini yazılı şəkildə qeyd etməklə sözügedən fakturanı satıcıya geri qaytarmalıdır. Satıcı o zaman ya alıcı məmnuniyyəti üçün yenidən işlənmiş qaim ə-fakturanı geri göndərməli, ya da iki ayrı qaimə-faktura göndərməli, biri orijinal fakturanın mübahisəsiz hissəsinə, digəri isə orijinal fakturanın yenidən işlənmiş hissəsinə aid olmalıdır. Bu müqavilənin bağlandığı tarixdən etibarən alıcı 5 iş günü müddətində satıcının bu müqavilə ilə müəyyən edilmiş bank hesabına müqavilənin ümumi dəyərinin 30 faizini ödəməlidir. Müqavilə üzrə bütün ödənişlər AZN (Azərbaycan manatı) ilə həyata keçiriləcək (Müqavilənin 7.1, 7.2, 7.3, 7.4 və 7.5-ci bəndləri).

4. Müqavilənin 14-cü bəndinə əsasən malların təhvil verilməsi 6.2-ci yarımbənddə göstərilən çatdırılma tarixlərindən sonrakı müddətə gecikdirildikdə satıcı tam gecikmə gününə görə alıcıya aşağıdakı müstəsna zərərin əvəzini ödəməlidir: hər gün üçün bu, müqavilə dəyərinin 0,05%-i məbləğində hesablanmal ıdır. Eyni faiz dərəcəsi ödənilməli məbləği vaxtında ödəmədiyi təqdirdə alıcıya da şamil olunur. Bu müqavilənin digər müddəalarında başqa hal nəzərdə tutulmayıbsa, gecikdirilmiş müstəsna zərərin əvəzinin ödənilməsi üçün ümumi məbləğ müqavilə dəyərinin 10%-dən çox ola bilməz (Müqavilənin 14.1 və 14.2-ci bəndləri).

5. Müqaviləyə 2 saylı əlavəyə əsasən 738.600,23 manat, 3 saylı əlavəyə əsasən 30.425,42 manat məbləğində malların təmin edilməsi razılaşdırılmış, 4 və 5 saylı Əlavələrə əsasən isə malların gətirilməsi tarixləri 2022-ci ilin yanvar, aprel-sentyabr, noyabr ayları müəyyən edilmişdir. 6. 2022-ci il 26 may tarixli OD3 saylı ödəniş tapşırığına əsasən cəmi 375.764,41 manat İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filalı tərəfindən Cavabdeh MMCnin hesabına köçürülmüşdür. Ödənişin təyi natı olaraq xx.xx.2022 avans boru malları qeyd edilmişdir. 7. 2022-ci il 26 may tarixli **********1109760 nömrəli köçürmənin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin Azərbaycan Respublikasındakı Filialı ƏDV sub uçot hesabından Cavabdeh MMC-nin hesabına 67.637,59 manat köçürülmüşdür.

8. EBCG seriyalı 346261 nömrəli 2022-ci il 3 oktyabr tarixli elektron qaiməyə əsasən 10.218,80 manat, EBCG seriyalı 345986 nömrəli 2022-ci il 3 oktyabr tarixli elektron qaiməyə əsasən 8.724,23 manat məbləğində mallar İddiaçı MMC-nin Azərbaycan Respulikasındakı Filalı tərəfindən Cavabdeh MMC-yə geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MMC (bundan sonra “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, cavabdehdən 242.505,5 manat məbləğində əsas borc, 6.871 manat məbləğində faiz borcu, 16.490 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 265.866,50 manat məbləğin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış LSM-026/22 nömrəli 2022-ci il 26 aprel tarixli müqaviləyə əsasən 2022-ci il 26 may tarixində cavabdehin hesabına iddiaçı tərəfindən cəmi 443.402,00 manat (ƏDV daxil) məbləğində avans ödənişi həyata keçirilsə də, həmin ödənişlərin müqabilində cavabdeh tərəfindən cəmi 207.477,95 manat məbləğinə mütənasib həcmdə mal təqdim edilmişdir. Həmin malmaterialın ümumilikdə 18.943.13 manat (ƏDV daxil) məbləğinə mütənasib həcmdə olan hissəsi müqavil ə və onun əlavələrində əks olunduğu kimi əvvəlcədən qarşılıqlı şəkildə razılaşdırılmış xüsusiyyətlərə uyğun göndərilmədiyi üçün geri qaytarılmışdır. Nəticədə, müqavilə üzrə edilmiş cəmi 254.867,18 manat məbləğində ödənişin qarşılığında müvafiq mal-materialın təqdim edilməsi ilə bağlı cavabdehə satınalma sifarişi göndərilməsinə, bununla bağlı yazılı və şifahi şəkildə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yalnız 2023-cü il 28 fevral tarixində, yəni müqaviləyə görə malların əslində təqdim edilməli müddət ötürüldükdən sonra cəmi ƏDV daxil 12.361.68 manat məbləğinə mütənasib dəyərdə mal təqdim edilmiş, qalıq 242.505,5 manat (əsas məbləğ: 205.512,71 manat; ƏDV: 36.992,79 manat) qarşılığında malın təqdim edilməsi istiqamətində cavabdeh tərəfindən hər hansı addım atmamışdır.

11. Cavabdeh tə rəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.

12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 10 avqust tarixli e-2-2(113)-2705/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 242.505,5 manat məbləğində əsas borc, 4.041 manat faiz borcu, 7.275 manat məbləğində cərimə borcunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim A.Əliyeva).

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, alqı-satqı müqaviləsinə əsasən qabaqcadan ödəniş məbləğini almış cavabdeh olan satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etməmiş, əşyanın verilməsi ilə bağlı öhdəliyi pozaraq onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşıdığından, müqavilə üzrə alıcı olan iddiaçı əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır.

14. Belə ki, tərəflər arasındakı razılaşmaya uyğun olaraq iddiaçı tərəfindən qabaqcadan 443.402 manat məbləğində ödəniş olmuşdur. Daha sonra isə cavabdeh tərəfindən 207.447,95 manat məbləğində mallar təhvil verilmişdir. İddiaçı həmin təhvil verilmiş mallar üzrə 18.943,13 manat dəyərindəki malları elektron qaimə əsasında geri qaytarmışdır. Eyni zamanda iddiaçıya daha sonrakı tarixdə 12.361,68 manat məbləğində mallar təhvil verilmişdir. 242.505,5 manat məbləğində mallar iddiaçıya təqdim edilməmişdir.

15. Məhkəmə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 599.3-cü maddəsinə əsasən malın dəyəri olaraq qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alıb hesab etmişdir ki, 242.505,5 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan 16.490 manat məbləğində cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 7.275 manat müəyyən edilməlidir. Məhkəmə iddiaçının MM-in 449.1-ci maddəsinə əsasən 6.871 manat pulun tutulması tələbini də qismən əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdehin öhdəliyin icrasını gecikdirməsi nəzərə alınaraq, dörd aylıq gecikməyə görə MM-in 445.7-ci maddəsinə əsasən illik 5 faiz dərəcəsi ilə cav abdehdən 4.041 manat iddiaçının xeyrinə tutulmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.2, 442, 445.7, 449.1, 462.1, 465.1, 467, 559.3, 567, 599.4-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1.1, 175.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2009-cu il 9 iyul tarixli qərarına istinadla əsaslandırmışdır.

18. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 noyabr tarixli 2-2(103)-919/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim R.Qurbanov, hakimlər V.Baxışova və A.Hüseyn).

20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ödənişin gecikdirildiyi müddət üçün ona dəymiş zərərin məbləğini bank uçot dərəcəsinə əsasən hesablamışdır. Bu qayda MM-in 449.1-ci maddəsi ilə tənzimlənir. Lakin həmin maddəyə əsasən iddianın təmin edilməsi üçün iddiaçı sübut etməlidir ki, cavabdeh pul vəsaitini özündə saxlamaqla ondan faydalanmışdır. Bu halı təsdiq edən sübutlar isə təqdim edilməmişdir. Bu baxımdan, iddiaçıya dəymiş zərərin məbləği MM-in 445.7-ci maddəsinə əsasən hesablanmalıdır. Belə ki, iddiaçı daha böyük məbləği t ələb etmək üçün digər əsasları sübut edə bilmədiyindən, gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər.

21. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı 2022-ci il 15 noyabr tarixli pretenziya məktubu 2022-ci il 1 dekabr tarixdə cavabdehə çatdırılmışdır (i/v 21-22). Hazırkı iddia ərizəsi isə 2023-cü il 2 may tarixdə məhkəməyə daxil olmuşdur. Bununla yanaşı, iddiaçı cəmi 4 ay üçün hesablanmış faizlərin tutulması tələbini irəli sürmüşdür. Həmin müddət üçün hesabladıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində iddiaçıya dəymiş zərərin məbləği 4.041 manat təşkil edir (1 il üçün - 242.505,5 x 5% = 12125,25 manat; 1 ay üçün - 12125,25 / 12 = 1010,43 manat; 4 ay üçün - 1010,43 x 4 = 4.041 manat).

22. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə qiymət verərək göstərmişdir ki, cavabdehdən faiz və cərimə borcunun tutulma əsasları həm tərəflər arasında bağlanmış müqavilə şərtlərindən, həm də qanunvericiliyin tələblərindən irəli gəlmişdir. Ödənişlərin hissə-hissə ödənilməsi ilə bağlı tərəflər arasında bağlanmış müqaviləyə hər hansı əlavə və ya dəyişiklik edilməmiş, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsi ilə eyni maddi hüquq normalarına istinad etməklə əsaslandırmışdır.

24. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və işin yenidən apellyasiya baxışına qaytarılmasını xahiş edilmişdir. Kassasiy a şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

25. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, “İnsan Hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 6-cı, MM-in 425-ci maddələrinin tələbləri pozulmuşdur.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 78-ci maddələrinin tələbləri pozulmuşdur- məhkəmə tərəfindən araşdırılmalı olan halların heç biri tam araşdırılmamış, sübut tələb edilməmiş, işin faktiki halları araşdırılmamışdır. Belə ki, tərəflər arasında olan şifahi danışıqlar əsasında cavabdehin ödəmələri gecikmişdir. Məhkəmə tərəfindən müqavilədə nəzərdə tutulmadığı halda cavabdehə əlavə faiz və cərimə tutulması qət edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamış dır. Kassasiya baxışının hədləri

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan faiz və cərimə borcu hissəsində mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə

449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı q ayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəli yin icra edilməməsi üçün cərimə ödənilməsi 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nə zərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi... 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəs ində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 34. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “ kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

35. Cavabdehin kassasiya şikayətində qeyd etdiyi dəlillər apellyasiya şikayətinin əsaslandırılması üçün irəli sürdüyü dəlillərlə eyniyyət təşkil edir.

36. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mövqeyini təkzib edən dəlillərə istinad edilməməsin i nəzərə alaraq, apellyasiya məhkəməsinin eyni məzmunlu dəlillərə mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 20-22-ci bəndləri). Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

37. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən sa xlanılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.

38. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 21 noyabr tarixli 2-2(103)-919/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: K.N.Abiyeva B.M.Məmmədli M.T.Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar