Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-182/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-182/2020 Bakı şəhəri xx xxxx 2020-ci il 16.06.2020 Açar sözlər: podrat müqaviləsi üzrə borcun tutulması, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhrəm Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclasının katibi Könül Həbibovanın, İddiaçı MMC-nin vəkili Vəkil iştirakları ilə, Cavabdeh MMC-nin direktoru xxxx tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2 (103)-426/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 179.752,47 manat, pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 8987,62 manat olmaqla, ümumilikdə 188.740,09 manat vəsaitin və 30 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, iddiaçı və cavabdeh tərəflər arasında xx xxxx 2017-ci il tarixli və xx xxxxx 2018-ci il tarixli saylı müqavilələr bağlanmış, müqavilələrə əsasən iddiaçı taxtabənd quraşdırma işlərini görməyi, cavabdeh isə müqavilələrin 1 sa ylı əlavələrinə uyğun olaraq xidmət haqqlarını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və hesab-fakturalara əlavə edilmiş həftəlik və aylıq vaxt cədvəlləri və avadanlıqların icarəsinə dair hesabatlar təsdiqlənmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh hesab-fakturalar üzrə müəyyən edilmiş 236.596,14 manat məbləğin yalnız 56.843,67 manat hissəsini ödəmişdir. İddiaçı tərəfindən cavabdehə pretenziya göndərilməklə borcun 179.752,47 manat hissəsinin ödənilməsi tələb edilsə də, cavabdeh tərəfindən həmin məbləğ ödənilməmişdir. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq gecikdirilmiş məbləğə görə 5% miqdarında faiz də hesablanaraq cavabdehdən tutulmalıdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim et məmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(82)-181/2019 saylı qətnaməsi ilə (hakim Rüstəm Kərimli) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilələr üzrə podratçı kimi öz üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məhkəməyə üzləşmə aktlarını, qarşı tərəfin etirafedici hərəkətlərini təsdiq edən sənədləri və hər-hansı digər tutarlı sübut və dəlil təqdim edə bilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-426/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vüsalə Baxışova, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən – cavabdehdən iddiaçının xeyrinə podrat müqavilələri üzrə 179.752,47 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğin tutulması hissəsində təmin edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsı Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli, xxx saylı və xx xxxxx 2018-ci il tarixli, xxx saylı müqavilələrə əsasən iddiaçı cavabdehə taxtabənd quraşdırma işlərini görməyi, bunun müqabilində isə cavabdeh müqavilələrin 1 saylı əlavəsinə uyğun olaraq xidmət haqqını iddiaçıy a ödəməyi öhdələrinə götürmüşdürlər. Həmin müqavilələr üzrə yaranmış 179.752,47 manat borcun ödənilməsi barədə xx xxxxxxx 2018-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərilmiş, pretenziya məktubu həmin tarixdə cavabdehə çatdırılsa da cavab daxil olmamışdır. İddiaçı müqavilə üzrə öhdəliklərin onun tərəfindən icra edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə ingilis dilində tərtib edilmiş, tərcümə edilmiş nüsxələri məhkəməyə təqdim etməmiş, yalnız cavabdeh tərəfin möhürü ilə təsdiq edilməmiş sənədləri, cədvəllər və ingilis dilində hesabfakturaları təqdim etmişdir. Bu sənədlər məhkəmə tərəfindən iddiaçının dəlillərini təsdiq edən mötəbər sübut kimi qəbul edilmədiyindən iddia məhkəmə tərəfindən rədd edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən məhkəməyə sübut qismində tərəflərin xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktı təqdim edilmişdir. Üzləşmə aktı cavabdeh tərəfin baş mühasibi və direktorunun imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Aktı təsdiq etməklə cavabdeh xx xxxx 2017-ci il tarixli, ASTSC002/2017 saylı və xx xxxxx 2018-ci il tarixli ASTSC001/2017 saylı müqavilələrə əsasən həmin tarixə iddiaçıya 2017-ci il iyun – 2018-ci il dövrü üzrə təqdim edilmiş hesab fakturalar üzrə ƏDV daxil 212.243,41 manat borcu olduğunu etiraf etmişdir. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi hesab etmişdir ki, xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktında qeyd edilmiş borc məbləği ingilis dilində tərtib edilmiş “Confirmation” adlı sənəddə də öz əksini tapdığından, həmin sənəd cavabdeh tərəfindən tərəflər arasında bağlanm ış podrat müqavilələri üzrə icra edilmiş işlərə görə ödənilməli olan borc məbləğinin etirafı kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzləşmə aktında qeyd edilmiş borc məbləğinin ödənilməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ingilis dilində olan hesab-fakturaların cavabdehə hansı tarixdə təqdim edildiyi barədə sübutlar mövcud olmadığından cavabdehin hər bir faktura üzrə tələb edilən borcları ödəmək öhdəliyinin hansı tarixdən yaranmasını və gecikmə günlərinin sayını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən, iddia tələbi faiz borcunun tutulması hissəsində əsaslı olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1, 385.1, 386.1, 445.7, prosessual hüquq normlar kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 372.1, 372.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən cavabdeh kassasiya şikayəti verərək, onun ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, tərəflər arasında podrat müqavilələri bağlansa da, işlək mexanizm olmamış və iddiaçı tərəfindən qaimə fakturalar göndərilməmiş, əvvəlki direktor tərəfindən imzalanmış üzləşmə aktı isə qanunsuz və əsassız olmuş, məhkəmə cavabdehin apellyasiya şikayətində məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair tələbini təmin etməmişdir. Başqa bir dəlillə cavabdeh bildirmişdir ki, apellyasiya məhkəməsi işə baxarkən çəkişmə prinsipini pozmuş və cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmamışdır. Dəlillərin hü quqi əsası kimi iddiaçı prosessual hüquq normaları kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 88, 175, 9, 217, 388,389-cu maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Cavabdeh kassasiya şikayətində çəkişmə prinsipinin pozulduğunu onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi cavabdehin nümayəndəsini məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırmamışdır. Azərbaycan Respublikası MPM-nin: - 418.4-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa; - 138.2.-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, - 135.1-ci maddəsinə əsasən, (…) bu Məcəllənin 134-cü maddəsində (134.1.4. məhkəmə bildirişi) sadalanan məhkəmə sənədləri «Poçt haqqında» Azərbaycan Respubl ikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; - 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; - 188.2-ci maddəsinə əsasən, işə baxılması təxirə salındıqda, proses iştirakçılarını çağırmaq və ya sübutlar tələb etmək üçün zəruri olan vaxt nəzərə alınmaqla, məhkəmə iclasının yeni günü təyin edilərək, gəlmiş şəxslərə imzalatmaqla, bu barədə xəbər verilir. Gəlməmiş və işdə iştirak etməyə yeni cəlb edilmi ş şəxslərə yeni məhkəmə iclasının vaxtı və yeri haqqında müəyyən olunmuş qaydada xəbər verilir; - 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddələrinin tələblərindən göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxsin iştirakı olmadan işə baxılması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi vasitəsilə xəbərdar edilirlər ki, hüquqi şəxsə ünvanlanmış belə bildiriş müvafiq vəzif əli şəxsə qəbzə imza etdirilməklə verilməlidir və həmin qəbz məhkəməyə qaytarılmalıdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Eyni zamanda, işə baxılması təxirə salındıqda, məhkəmə iclası gününün təyin edilməsi barədə gəlmiş şəxslərə imzalatmaqla xəbər verilməlidir. Dəlil yoxlanılarkən məhkəmə kollegiyası müəyyən etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən xx xxxxxx 2019-cu il tarixə təyin edilmiş məhkəmə iclası barədə cavabdehin hüquqi ünvanına məhkəmə bildirişi göndərilmişdir. Əmək müqaviləsi bildirişinə əsasən, cavabdeh müəssisədə “hüquqşünas” vəzifəsində çalışan və cavabdehin direktoru tərəfindən imzalanaraq müəssisənin möhürü ilə təsdiq edilmiş etibarnamə ilə səlahiyyət verilmiş Vəkil2 x x xxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclasının xx xxxxxx 2019-cu il tarixə təxirə salınması barədə xəbərdar edilmə barədə qəbzə imza etmiş, habelə xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclasında da iştirak etməklə məhkəmə prosesində izahat vermişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bildirdiyi dəlil əsassızdır və həmin dəlil üzrə apellyasiya məhkəməsinin qətnaməsi ləğv oluna bilməz. Kassasiya şikayətinin digər dəlili ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətində öz əksini tapmış məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tə ləbi təmin olunmadığından, həmin qətnamədən apellyasiya şikayəti iddiaçı tərəfindən verildiyindən və cavabdehin məhkəmə iclaslarında iştirak edən nümayəndəsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair məhkəməyə yazılı və ya şifahi vəsatət verilmədiyindən kassasiya şikayətinin göstərilən dəlili anlaşılan deyildir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, xx xxxxxx 2019-cu il tarixli üzləşmə aktında qeyd edilmiş borc məbləği ingilis dilində tərtib edilmiş “Confirmation” adlı sənəddə də öz əksini tapdığından, həmin sənəd cavabdeh tərəfindən tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə icra edilmiş işlərə görə ödənilməli olan borc məbləğinin etirafı kimi qiymətləndirilməlidir. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, müəssisənin əvvəlki direktoru tə rəfindən imzalanmış üzləşmə aktı isə qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. İlk olaraq məhkəmə kollegiyası bildirir ki, cavabdeh tərəfindən göstərilən dəlilin hüquqi əsası yalnız mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsi ilə bağlı tələbləri ilə əlaqələndirildiyindən, onun qiymətləndirilməsi də mülki prosessual qanunvericiliyin həmin tələblərinə uyğun aparılmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 372.2-ci maddəsinə əsasən, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı ol mayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; - 388-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Prosessual normaların tələblərindən aydın olduğu kimi, hər bir tərəf istinad etdiyi halları sübut etməlidir, lakin işə birinci instansiya məhkəməsində baxılan zaman təqdim olunmamış sübutların apellyasiya baxışı zamanı təqdim olunmasına yalnız tərəfdən asılı olmayan səbəbdən mümkün olmadığı sübuta yetirilməlidir. Apellyasiya məhkməsi yeni sübutları tədqiq etməklə işin nəticəsinə təsir edən yeni faktiki halları müəyyən edə bilər. Apellyasiya məhkəməsinə yeni sübutl arın təqdim edilməsi və onlara əsasən yeni faktların müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikaı Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir: işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür; yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən i stənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər; yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə, onlar qəbul oluna bilməzlər; apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin.” İstinad olunan hüquqi əsaslar üzrə apellyasiya məhkəməsinin qərarı yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya məhkəməsi maddənin tələblərinə uyğun olaraq iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli “Üzləşmə akınının” birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbə bini belə izah etmişdir ki, aktın tərtib edildiyi tarix kimi xx xxxxxx 2019-ci il qeyd edilsə də, cavabdehə təsdiq edilməsi üçün təqdim edilmiş akt iş üzrə qətnamə qəbul edildikdən sonra onlara qaytarılmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qeyd etdiyi səbəbin üzürlü olduğu nəticəsinə gəldiyi ilə razılaşdığını, bunun əksinin cavabdh tərəfindən yalnız onu imza etmiş şəxsin müəssisənin əvvəlki rəhbəri olduğu əsası ilə mübahisələndirdiyini qeyd edir. Halbuki, müəssisənin qanuni təmsilçisinin dəyişməsi həmin müəssisə tərəfindən üzərinə götürdüyü öhdəliklərinin etibarsız hesab olunması üçün hüquqi əsas kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində cavabdeh həmçinin bildirmişdir ki, apellyasiya məhkəməsi qətnaməni qəbul edərkən ciddi şəkildə həm də maddi hüquq normalarını pozm uşdur. Lakin kassasiya şikayətinin dəlilləri yalnız mülki prosessual qanunvericiliyin tələbləri ilə əsaslandırılmışdır ki, onlar üzrə yuxarıda verilmiş qaydada qiymətləndirmə aparılmış, apellyasiya məhkəməsi tərəfindən isə hansı maddi hüquq normalarının pozulması kassasiya şikayətində bildirilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi dəlil üzrə hüquqi qiymətləndirmənin aparılması qeyri-mümkündür. Əks halda məhkəmə kollegiyası tərəfindən bildirilmiş dəlil üzrə öz təşəbbüsü ilə hüquqi əsaslandırmanın aparılması Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində müəyyən olunmuş “Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi” prinsipinə və kassasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən həmin mü lki prosessual qanunvericiliyin tələblərinə zidd olmuş hesab edilməlidir. Məsələyə münasibətdə məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə edilmiş aşağıdakı hüquqi mövqeyinin xatırlatmasını zəruri hesab edir. “Ümumiyyətlə, Mülki Prosessual Məcəllədə işlərə məhkəmə orqanlarında baxılmasının iki qaydası fərqləndirilir: 1) iddianın əsasını təşkil edən faktlar üzrə işlərə baxılması, 2) maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılması. Bu Məcəllənin normalarının təhlilindən aydın olur ki, birinci və apellyasiya instansiyası məhkəmələri faktlar üzrə işə baxdığı halda, kassasiya və əlavə kassasiya qaydasında isə yalnız hüquqi məsələlər üzrə işlərə baxılır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin vəzifəsinin ancaq bundan ibarət olması Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan, yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmama sına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşdırır. “ Qeyd edilmiş hüquqi əsasla məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərdiyi dəlil üzrə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanla ra əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC-nin direktoru xxxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-2(103)-426/2019 saylı qətnaməsidəyişiklik edilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-182/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-182/2020
16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver