Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-185/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRARDAD iş № 2-2(102)-185/21 Bakı şəhəri xx xxxx 2021-ci il 30.03.2021 Açar sözlər: məhkəmə aidiyyətinə dair mübahisə üzrə şikayətin mümkünlüyü ilə bağlı Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Sevda Hüseynova iddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-1470/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək müəyyən e t d i m: İddiaçı “xxxx” (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxus “Fiat Doblo” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol nəqliyyat hadisəsi zamanı əzilməsi nəticəsində iddiaçıya dəymiş zərər olaraq 991,20 manat məbləğində vəsaitin, nümayəndəyə göstərdiyi yardıma görə ödənilən 300 manat xərcin və ödənilmiş dövlət rüsumu kimi 30 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, cavabdeh şirkətdə sığortalanmış “BMW” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya məxsus “Fiat Doblo” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətli hərəkət zolağına çıxmaqla maneə edərək hadisə törətmişdir. Dövlət Yol Polis İdarəsinin inspektoru Anar Əliyev tərəfindən “BMW” markarlı avtomobilin sürücüsü Elman Quliyev yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək onun barəsində müvafiq inzibati tənbeh qərarı qəbul edilmiş, hadisəyə dair bütün sənədlər cavabdehə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət olunaraq 991,20 manat dəymiş zərərin ödənilməsi tələb olunsa da, cavabdeh zərərin 350 manat təşkil etməsini əsas gətirmiş və yalnız həmin məbləğin ödənilməsinin mümkün olduğunu bildirmişdir. İddiaçı hesab etmişdir ki, cavabdehin müəyyən etdiyi məbləğ real zərəri əks etdirməmişdir. Daha sonra, cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhər Yasamal rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyil, zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Belə ki, iddia edilən zərərin vurulmasınadək tərəflər arasında hər-hansı mülki münasibətlər, o cümlədən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlər mövcud olmamışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-1470/2021 saylı qərardadı ilə (hakim Emin Əliyev) cavabdehin ərizəsi təmin edilməmişdir. Həmin məhkəmə bildirmişdir ki, hazırki mübahisədə iştirak edən şəxslər subyektiv tərkibinə görə hüquqi şəxslər olduğundan işə adiyyəti üzrə Bakı Kommersiya Məhkməsində baxılmalıdır. Həmin qərardaddan cavabdeh şikayət verərək onun ləğv edilm əsi və işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Yasamal rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, e-2-2(113)-1470/2021 saylı qərardadı ilə (hakim Emin Əliyev) şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə bildirmişdir ki, hazırki iddia tələbinə subyektiv tərkibə, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Gəldiyi nəticəni məhkəmə Azərbaycan Respublikası MPM-nin 24.2, 25.1, 35.2-ci maddələri ilə əsaslandırmışdır. Hüquqi məsələlər Cavabdeh tərəfindən verilmiş məhkəmə aidiyyətinə dair mübahisə üzrə şikayət nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndi rən tələblərə cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): - 403.1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. - 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsivə ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir; - 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin v ə ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir Qanunvericiliyin bu tələblərindən göründüyü kimi, məhkəmə aidiyyətinə dair mübahisə üzrə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalı, vəkilin orderi əlavə olunmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Habelə, nümayəndəyə verilmiş etibarnamədə ona məhkəmə aktından şikayətin verilməsi səlahiyyətinin veril diyi xüsusi olaraq göstərilməlidir. Lakin, iş materiallarında mövcud olan etibarnamədə Vəkil məhkəmə qərarından verilmiş şikayətin imzalanması hüququ verilməmişdir. Həmçinin, şikayətə vəkil tərəfindən tapşırığın yerinə yetirildiyi yer olaraq Ali Məhkəmənin göstərildiyi vəkil orderi əlavə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin: - 403-1.4-ci maddəsinə əsasən, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir; - 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə (...), kassasiya şikayəti geri qaytarılır. - 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutul muş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən (...) qaytarılır. Sadalanmış qanunvericiliyin mənasına görə, kassasiya şikayəti prosessual müddəalarda nəzərdə tutulmuş qaydada tərtib edilib verilməmişsə, şikayət geri qaytarılmalıdır. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə vəkilin orderi əlavə edilməmişsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəmə aidiyyətinə dair mübahisə üzrə şikayət həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 403.1.3, 407408.2.3-cü maddələrinin tələbinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 403.1.3, 4074 08.2.3-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d İ m: Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2(113)-1470/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş məhkəmə aidiyyətinə dair mübahisə üzrə şikayət həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 403.1.3, 407-408.2.3-cü maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün kommersiya işi ilə birlikdə Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi Sevda Hüseynova Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-185/2021
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-185/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver