Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-186/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, əldən çıxmış fayda, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi (Mülki Məcəllə, maddə 445.7) və pul öhdəliyinin icra edilməməsinə görə məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 dekabr t arixli 2-2(103)-1108/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" (Azərbaycan) ASC-nin istehsalı olan sementi (Optimal, Special, Sprint, Unikal və İnşaatçı) alıcıya satmağı və alıcının pərakəndə satış məntəqələrinə çatdırmağı, alıcı isə öz növbəsində hazırkı müqavilədə göstərilən müddət və şərtlər əsasında məhsulun dəyərini ödəməyi və məhsulu qəbul etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən satıcı çatdırmalı olan məhsulun miqdarını gündəlik planlaşdırılmasına, həmçinin məhsulun satıcının pərakəndə satış məntəqələrinə daşınmasına gö rə məsuliyyət daşıyır.
2. DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin 2024-cü il 30 iyul tarixli qərarı ilə cavabdehin qanuni təmsilçisinin ərizəsi əsasında 79.089,35 manat dəyərində sement məhsulu ələ keçirməkdə şübhəli bilinən X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2024-cü il 7 avqust tarixli 4(009)420/2024 nömrəli qərarına əsasən məhkəməyə daxil olmuş vəsatət və təqdimata əsasən X5 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə özünü iddiaçının səlahiyyətli nümayəndəsinə cavabdehin nümayəndəsi kimi təqdim etməklə iddiaçıdan sifariş edəcəyi s ement məhsullarını cavabdehin İmişli rayon layihəsinə çatdıracağı adı ilə 2021-ci ilin sonlarından 2022-ci ilin ortalarınadək olan dövr ərzində hissə-hissə olmaqla iddiaçının "xxxx" şirkəti vasitəsi ilə İmişli rayonuna 79.089,35 manat dəyərində sement məhsulu göndərməsinə nail olmuş və həmin sement məhsullarını İmişli rayonunda qəbul edərək rayon sakinləri X4 və X1 dəyərindən aşağı sataraq iddiaçıya 79.089,35 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. 2024-cü il 7 avqust tarixində X3 CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş və həmin tarixdə də sonuncuya CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmənin adıçəkilən qərarı əsasında onun barəsində 3 ay 23 gün müddətinə, yəni 30 noyabr 2024-cü il tar ixinədək həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 94.169.24 manat əsas borcun, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Qərarına əsasən əldən çıxmış fayda olaraq borcun əsas borc mənbləğinin 5 faizi olan 4.708 manatın, 5.000 manat əldən çıxmış faydanın, 400 manat mediasiya və 500 manat vəkilə ödənilmiş haqqın ümumilikdə 104.777.24 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqviləsinə görə, cavabdehin iddia çıya 94.169.24 manat borcu qalmışdır. İş üzrə müqavilə 2022-ci il 31 dekabr tarixədək qüvvədə olsada cavabdeh ötən bir il ərzində borcunu iddiaçıya qaytarmamaqla ona ziayan vurmuşdur.
6. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, tərəflər arasında mövcud olan alqısatqı müqaviləsi üzrə cavabdehə təhvil verilmiş malların dəyəri ödənilmişdir. Hazırda tələb edilən mallar cavabdehin mülkiyyətinə daxil olmadığı üçün dəyəri onlardan tələb edilə bilməz. Belə ki, göstərilən malları cavabdehin əvvəllər işçisi olmuş Mayıl Hacıyev adlı şəxs cavabdehin nümayəndəsi kimi özünü adlandırmış, sifariş edərək qəbul etmiş (iddiaçı bu barədə məlumatlı olmamışdır), malları dəyərindən aşağı qiymətə üçüncü şəxslərə satmış, bununla da onlara deyil, iddiaçıya ziyan vurmuşdur. İddiaçı həmin malların dəyərini onla rdan deyil, Mayıl Hacıyevdən tələb etməlidir. Cavabdehin elektron qaimələrə etiraz etməməsinin səbəbi faktiki fəaliyyət göstərməməsidir. Əlavə olaraq bildirdi ki, mallar müqavilə müddəti ərzində daim eyni ünvana çatdırılmışdır. Müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı iddiaçıya təklif göndərilməmişdir.
7. Məhkəmə qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 4 sentyabr tarixli 9/4568 nömrəli ekspert rəyinə görə iş materiallarına və təqdim olunmuş sənədlərə (elektron qaimələr, bank çıxarışı) əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələr üzrə borcun məbləği 45.135,98 (ƏDV-siz) manat müəyyən olunmuşdur. Tədqiqatla həmin borc məbl əğinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarına görə hesablanmış (illik 5%) faiz borcunun məbləği isə 3.922,70 manat müəyyən olunmuşdur. Təqdim edilmiş iş materiallarında iddiaçı ilə "xxxx" (Azərbaycan) ASC arasında tərtib edilmiş yuk nəqliyyat qaimələri (cild 1, iş vərəqə 69-104; cild 2, iş vərəqə 29-35) üzrə isə alıcıya təhvil verilmiş malların iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin 2-ci bəndində qeyd edilmiş qiymətlərlə ƏDV-siz ümumi dəyərinin (qiyməti) 221.452,29 manat məbləğində, ƏDV-nin 39.861,41 manat olması müəyyən edilmişdir. Bundan başqa qeyd edilmişdir ki, iş materiallarına (hesabdan çıxarış və s.) görə, alınmış mallar üzrə 170.472,17 manat məbləğində (144.437,31 manat məbləğində əsas borc üzrə, 26.03 4,86 manat məbləğində ƏDV üzrə) ödəniş aparılmışdır. Göstərilənlər nəzərə alındıqda cavabdehin iddiaçıya olan ümumi borcu 90.841,53 manat (221.452,29+39.861,41-144.437,41+26.034,86) təşkil etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 24 sentyabr tarixli e-2-2(113)1161/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 90.841,53 manat əsas borc, 3.922,70 manat faiz borcu, 400 manat mediasiya xərci, 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 95.664,23 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi, aparılmış ekspertiza tədqiqatı ilə bağlı yaranmış 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim – Ü.Həsənova).
9. Məhkəmə araşdırması zamanı müəyyə n edilmişdir ki, iddia ərizəsi 3 hisssədən ibarətdir: İ. 94.169,24 manat əsas borcun tutulması; İİ. əsas borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 4.708 manat vəsaitin tutulması; İİİ. 5.000 manat əldən çıxmış faydanın ödənilməsi.
10. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehə ümumilikdə 261.313,70 manat məbləğində (ƏDV daxil olmaqla) mal (sement məhsulları) təhvil verilmiş, həmin məhsulların dəyərinin bir qismi (144.437,31 manat əsas borc, 26034,86 manat ƏDV) ödənilmiş, qalıq borc olan 90.841,53 manat ödənilməmişdir.
11. İş üzrə təhvil aktlarına görə göstərilən mallar (sement məhsulları) iddiaçı tərəfindən "xxxx" Azərbaycan ASC-dən alınmış, iddiaçının göstərişi ilə alınmış mallar cavabdehin ü nvanına - bütün aktlar üzrə İmişli rayonuna (2021-2022-ci illər ərzində) çatdırılmışdır. Göstərilən halı məhkəmənin rəsmi sorğusuna cavab olaraq "xxxx" Azərbaycan ASC-də təsdiq etmişdir.
12. Cavabdehin ünvanına çatdırılmış mallar üzrə iddiaçı tərəfindən ona elektron qaimələr təqdim edilmiş, qaimələr üzrə 144.437,31 manat əsas borc, 26.034,86 manat ƏDV ödənilmişdir.
13. Məhkəmə cavabdehin etirazını (bax §6) əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı həmin malları tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə (artıq dəyəri ödənilmiş əvvəlki partiya mallar kimi) cavabdehin ünvanına təhvil vermiş, cavabdehin ünvanına çatdırılmış malların sonradan cavabdehin işçisi olmuş Mayıl Hacıyev adlı şəxs tərəfindən digər şəxslərə satmaqla cavabdehə zərər vurmasından məlumatsız olmuşdur.
14. Cav abdeh tərəfindən məhkəməyə iddiaçının göstərilən haldan məlumatlı olmaqla malları Mayıl Hacıyev adlı şəxsə təhvil verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddiaçının göstərilən haldan məlumatı olmadığını təsdiq etmişdir. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərə görə M.Hacıyev adlı şəxs barəsində cinayət işi məhz cavabdehin müraciəti əsasında başlanmışdır.
15. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi elektron qaimələrə etiraz verilməmiş, 2022-ci il 31 dekabr tarixədək qüvvəsi olan müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı təklif göndərilməmişdir.
16. İddiaçı hazırda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə yaranmış qalıq borcu cavabdehdən təl əb etməkdə haqlı olmuşdur. İddia ərizəsində qalıq borcun məbləği 94.169,24 manat göstərilsə də, məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulacaq borc ekspert rəyinə (bax §7) uyğun müəyyən edilməlidir.
17. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının həmin tələbi əsaslıdır. Bununla yanaşı, iddiaçı borcun məbləğinin 4.708 manat olmasını iddia etsə də, ekspert rəyinə (bax §7) görə, tədqiqatla həmin borc məbləğinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum Qərarına görə hesablanmış (illik 5%) faiz borcunun məbləği 3.922,70 manat müəyyən olunmuşdur. Odur ki, cavabdehdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun müəyyən edilməlidir.
18. Məhkəmə qanunvericiliyə istinad edərək hesab et mişdir ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Həmçinin qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
19. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə əsassız hesab edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21. 1, 21.2, 386.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 1096 və 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “MM-in 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 78.1, 119.1 və 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə təmin edilməm əsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1108/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı, cavabdehin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd etmişdir ki, maddi hüquq normalarına əsasən cavabdeh öz işçisinin hərəkətləri üçün məsuliyyət daşıyır və işçinin hərəkətləri borclunun hərəkətləri hesab edilir. Ona görə məhkəmə hesab etmişdir ki, cavabdehin m üqavilə üzrə üzərinə götürdüyü öhdəlikdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Cavabdehin öz işçisinə reqress qaydada iddia irəli sürməsi qanunvericiliyə əsasən mümkündür.
24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 443.9, 445.2, 445.7, 448.1, 448.3, 448.4, 567, 568.1, 579.1 600.4 və 1114.1-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 77.1, 107, 119.1 və 124.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, işin isə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. MM-in 385.1-ci maddəs i üzrə - Mayıl Hacıyev adlı şəxs dələduzluq edərək iddiaçıya maddi ziyan vurmuşdur ki, onun barəsində cinayət işi başlanmışdır. İstintaqla müəyyən edilmişdir ki, Mayıl Hacıyev adlı şəxs özünü cavabdehin işçisi kimi təqdim edərək təxminən 79.000 manat məbləğində sement məhsullarını etibardan sui-istifadə edərək ələ keçirmiş və başqa şəxslərə dəyərindən ucuz qiymətə satmışdır. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin (bundan sonra – “DİN”) 2024-cü il 20 aprel tarixli məktubu təqdim edilmiş və iclasın təxirə salınması xahiş olunmuşdur. Lakin hakimin məzuniyyətə getməsi ilə əlaqədar iclas təxirə salınmamışdır. Məhkəmə iclasının təxirə keçirilməməsi nəticəsi ilə, cavabdeh qeyd etmişdir ki, komm ersiya mübahisəsi tam, hərtərəfli və obyektiv araşdırılmamışdır.
27. MPM-in 217.1-ci maddəsi üzrə - Kassator qeyd etmişdir ki, kommersiya mübahisəsi tam, hərtərəfli və obyektiv araşdırılmalı, sonradan başlanmış cinayət işinin həlledici materiallarının yoxlanılması və hüquqi qiymət verilməsi üçün qətnamə ləğv edilməli, kommersiya mübahisəsi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
29. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
30. Kassasiya instansiyası məhkəməsi tərəfi ndən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin m əzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.... 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıda kı hallar borclunun icranı gecikdirməsi sayılır:... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin poz ulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mad də
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir....” “Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır....”
32. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqey i
33. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
35. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
36. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə cavabdehə ümumilikdə 261.313,70 manat məbləğində (ƏDV daxil olmaqla) mal (sement məhsulları) təhvil verilmiş, çatdırılmış mallar üzrə iddiaçı tərəfindən ona elektron qaimələr təqdim edilmiş və həmin məhsulların dəyərinin bir qismi (144.437,31 manat əsas borc, 26.034,86 manat ƏDV) ödənilmiş, qalıq borc olan 90.841,53 manat ödənilməmişdir. Materiallarda olan təhvil aktlarından görünür ki, göstərilən mallar iddiaçı tərəfindən "xxxx" Azərbaycan ASC-dən alınmış, iddiaçının göstərişi ilə alınmış mallar cavabdehin ünvanına - bütün aktlar üzrə İmişli rayonuna (2021-2022-ci illər ərzində) çatdırılmışdır.
37. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı həmin malları tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə (artıq dəyəri ödənilmiş əvvəlki partiya mallar kimi) cavabdehin ünvanına təhvil vermiş, cavabdehin ünvanına çatdırılmış malların sonradan cavabdehin işçisi olmuş Mayıl Hacıyev adlı şəxs tərəfindən digər şəxslərə satmaqla cavabdehə zərər vurmasından m əlumatsız olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının göstərilən haldan məlumatlı olmaqla malları Mayıl Hacıyev adlı şəxsə təhvil verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
38. Bununla yanaşı məhkəmə kollegiyası onu da bildirməyi zəruri hesab edir ki, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarının 3.3-cü bəndinə görə 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaiməfaktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzə liş üçün qaytarıla və ya təsdiqlənə bilər. Həmin Qərarın 3.4-cü bəndinə əsasən isə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
39. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh elektron qaimələri 5 gün ərzində mübahisələndirməmiş, həmin qaimələr də proqram təminatı tərəfindən təsdiq olunmuşdur. Halbuki müqavilə üzrə alınmış mallar cavabdehə çatmış olmasaydı, o zaman cavabdeh həmin elektron qaimələri də mübahi sələndirməli idi.
40. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdehin kassasiya şikayətində göstərdiyi dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kol legiyasının 2024-cü il 5 dekabr tarixli 2-2(103)-1108/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.