Məhkəmə qərarları › İş №2-2(102)-187/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-187/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-187/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Alqı-satqı müqaviləsi, alınmış əşyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı “İddiaçı” Şirkətinin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 dekabr tarixli 2-2(103)-119/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmi ş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Alıcı” Cavabdeh MMC “satıcı” Çin Xalq Respublikasının hüquqi şəxsi olan “İddiaçı” Şirkəti olmaqla tərəflər arasında 2019-cu il 25 sentyabr tarixli 101/19/SA nömrəli alqı-satqı müqaviləsinə görə, təchiz ediləcək malların miqdarı, təchiz edilməsi müddəti və şərtləri, qiyməti və ödəniş şərtləri Satınalma Sifarişində (müqavilənin mətnində SS) göstəriləcək, ödəniş ABŞ dolları ilə həyata keçiriləcəkdir.

2. Müqavilənin: - 2.2-ci bəndinə əsasən, SS-də göstərilmiş malların qiyməti heç bir halda dəyişdirilə bilməz. - 2.3-cü bəndinə əsasən, başqa qayda tərəflərlə razılaşdırılmayıbsa, təchiz edilmiş malların dəyəri satıcı tərəfindən təqdim edilmiş hesab əsasında 60 gün ərzində satıcının bank hesabına ödənilir. - 7.2-ci bəndi nə əsasən, alıcının ilk istifadə tarixindən 12 ay ərzində, amma çatdırılma tarixindən 18 aydan gec olmayaraq satıcıya malların keyfiyyətinə dair iddia təqdim etmək hüququ vardır. - 9.2-ci bəndinə əsasən, əgər tərəflər razılığa gələ bilməzlərsə, mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının məhkəmələrində həll olunacaq.

3. Cavabdeh tərəfindən 2019-cu il 8 dekabr tarixli ********** nömrəli satınalma sifarişinə (purchase order) əsasən 1.559.250 ABŞ dolları, 2020-ci il 1 may tarixli ********** nömrəli satınalma sifarişinə əsasən 1.653.750 ABŞ dolları olan kimyəvi barit məhsulu “İddiaçı” Şirkətinə sifariş verilmişdir. Satınalma sifarişlərinə əsasən MSDS uyğunluq sertifikatı olan malın (barium sulfat) 1.500 kq çəkisi olan 1 kisənin qiym əti 472,50 dollar təşkil etmişdir. 2020-ci il 31 mart tarixli ********** nömrəli satınalma sifarişinə əsasən 72.800 ABŞ dolları məbləğində tibbi maska, tibbi eynəklər, tibbi qoruyucu geyimlər olmuşdur.

4. Malların göndərildiyini təsdiq edən gömrük sənədlərinə əsasən cavabdehin sifarişi əsasında 2020-ci ilin mart-avqust aylarında idxal edilmiş malların invoys dəyəri 3.260.393 ABŞ dolları təşkil etmişdir. Gömrük sənədlərinə əsasən idxal olunan KB-3 markalı barium sulfat məhsulu QOST 4682-84 standartına uyğun olmuş, məhsul 1,5 tonluq kisələrdə idxal edilmişdir. İşin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən göndərilmiş bütün mallar qəbul edilmiş, bu barədə hesab fakturalar cavabdehə göndərilsə də, malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instans iya məhkəməsindəki icraat 5. “İddiaçı” Şirkəti (bundan sonra – “iddiaçı”) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən (bundan sonra – “cavabdeh”) 3.260.393 ABŞ dolları məbləğində pulun, həmin pulun ödənilməsinin 2022-ci il 27 iyul tarixinə qədər olan müddətə gecikdirilməsinə görə 275.570,20 ABŞ dolları məbləğində faizin və 2022-ci il 27 iyul tarixindən hesablanmaqla 3.260.393 ABŞ dolları məbləğinin tam şəkildə ödənilməsi tarixinədək olan hər təqvim günü üçün 446,63 ABŞ dolları məbləğində faizin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına (bax §§ 1-3) istinad etməklə iddia tələbini belə əsaslandırmışdır ki, bəyannamələrin “təqdim olunmuş sənədlər” başlıqlı 44-cü qrafasında malların gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim etdiyi sənədlərin siyahısı göstərilmişdir. Həmin bölmədə görünür ki, mallar “101/19/SA saylı 2019-ci il 25 sentyabr tarixli” müqaviləyə əsasən göndərilmişdir. Həmçinin, 44-cü qrafasında 3001 kodu altında cavabdehin satınalma sifarişinin nömrəsi və tarixi, həmçinin 8001 kodu altında iddiaçının cavabdehə təqdim etmiş olduğu hesab-fakturanın (invoysun) nömrəsi və tarixi göstərilmişdir. Beləliklə, gömrük bəyannamələri ilə sübut olunmuşdur ki, cavabdeh 2019-cu il 25 sentyabr tarixli 101/19/SA saylı alqı-satqı müqaviləsi əsasında iddiaçıdan invoys dəyəri toplam 3.260.393 ABŞ dollar olan mal qəbul etmişdir. Lakin cavabdeh aldığı malın dəyəri kimi 3.260.393 ABŞ dolları məbləğində vəsaiti iddiaçıya ödəməmişdir. Bundan əlavə, bəyannamələr ilə sübut olunmuşdur ki, iddiaçı cavabdehə mallara dair bütün tələb edilən sənədləri, o cümlədən mallar üzrə hesab-faktura (invoys) təqdim etmişdir, çünki bəyannamələrdə həmin hesab-fakturaya (invoys) istinad edilir və iddiaçı tərəfindən hər hansı sənəd təqdim edilməmiş olsaydı, malların gömrük rəsmiləşdirilməsi baş tutmazdı. 2022-ci il 27 iyul tarixinədək ödənişin həyata keçirilməsi 617 gün olduğundan illik 5 faizlə 275.570,20 ABŞ dolları (3.260.393 ABŞ dolları - 617 gün 5%/365 gün/100) faiz məbləği cavabdehdən tutulmalıdır. Pulun gecikdirilməsi 2022-ci il 27 iyul tarixindən sonra da davam etdiyindən hər gecikdirilmiş gün üçün 446,63 ABŞ dolları cavabdehdən tutulmalıdır. Mübahisənin danışıqlar yolu ilə həlli heç bir nəticə verməmişdir. İddiaçı tərəf indən cavabdehə göndərilən pretenziya məktubu cavabdeh tərəfindən cavablandırılmamış və pretenziya məktubunda göstərilən məbləğ ödənilməmişdir.

7. Cavabdehin iddia tələbinə etirazı bundan ibarət olmuşdur ki, hazırda iddia qaldıran iddiaçının onlarla müqavilə bağlamış şirkət olması mötəbər sübutlarla təsdiq olunmamışdır. İddiaçı tərəfindən daha əvvəl cavabdehə qarşı qaldırılmış iddia, subyektiv hüququ olmadığı üçün rədd edilmişdir. Hazırda nümayəndəyə məhkəmədə təmsil olunmaq üçün verilmiş etibarnamə eyni şəxslərin adlarına verilmiş və hər iki iş üzrə eyni şəxs nümayəndə olmuşdur. e-2-2(113)-2601/2021 nömrəli kommersiya işi üzrə məhkəmədə təmsil olunmaq üçün etibarnamə verən və iddiaçının direktoru Li Jiqai hazırda iddiaçı kimi iştirak edən iddiaçının təsisçilərindən biridir. Onun təsisçi o lması məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunmuşdur. Odur ki, qeyd edilənləri və iddiaçının subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsi məqsədilə, hazırkı iş üzrə 2022-ci il 29 avqust tarixli ərizəyə əlavə edilmiş iddiaçının adından Bakı Kommersiya Məhkəməsinə ünvanlanmış 2022-ci il 10 avqust tarixli möhür əksi olan sənəddəki dairəvi və içində ingilis hərfləri ilə “İddiaçı” yazılan möhür e-2-2(113)-2601/2021 nömrəli kommersiya işinə əlavə edilmiş, iddiaçının direktoru tərəfindən Nümayəndə1 və digərlərinə verilən etibarnamədəki eyni şəkildə dairəvi olan və içində ingilis hərfləri ilə “İddiaçı” yazılan möhürlə eyni möhür olub-olmaması barədə rəy verilməsi üçün “sənədlərin texniki” ekspertizası keçirilməlidir.

8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 5 sentyabr tarixli e-2 -2(113)-2413/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 3.260.393 ABŞ dolları əsas borc, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 275.570,20 ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına olan rəsmi məzənnəsinə uyğun olaraq) iddiaçının xeyrinə tutulması qət edilmişdir (hakim – A. Əliyeva).

9. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müqavilədə nəzərdə tutulmuş malların təhvil verilməsi işin mübahisəsiz halıdır. Belə ki, müxtəlif tarixlərdə tərtib edilmiş gömrük bəyannamələrinə əsasən, iddiaçı tərəfindən cavabdehə məhsullar göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək, m üqavilədə nəzərdə tutulmuş malları cavabdehə təhvil vermiş, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq təhvil verilmiş mallar üzrə borcunu ödəməmişdir. Belə olan halda məhkəmə cavabdehin iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab etmişdir ki, iddiaçı müqavilə üzrə ödənilmiş pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

10. Cavabdeh iddia tələbinə qarşı etirazını iddiaçının iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olmaması ilə əsaslandırmışdır. Məhkəmə həmin eitraza münasibətdə qeyd etmişdir ki, cavabdeh bunu məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş iddia ərizəsi və tərəflər arasında imzalanmış müqavilə eyni müəssisə tərəfindən imzalanmış və möhürlənmişdir. Belə olan halda, cavabdehin etirazı əsassızdır. Bununla bağlı olaraq iddia tələbinin əsas borc hissəsində əsaslı olması iş materialları ilə təsdiqini tapdığından təmin edilməlidir.

11. Eyni zamanda, iddia tələbi 275.570,20 ABŞ dolları məbləğində faizin ödənilməsi hissəsində də təmin edilməlidir.

12. Məhkəmə iddiaçının 2022-ci il 27 iyul tarixindən hesablanmaqla 3.260.393 ABŞ dolları məbləğinin tam şəkildə ödənilməsi tarixinədək olan hər təqvim günü üçün 446,63 ABŞ dolları məbləğində ödənişi tələb etməsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı iddia tələbini qeyd olunan hissədə 2022-ci il 27 iyul tarixindən sonrakı dövr üçün cavabdeh tərəfindən hər gecikdirilmiş gün üzrə ödənilməli olan faiz məbl əği ilə əsaslandırmışdır. Lakin borcun hansı tarixə hesablanması qeyri-dəqiq olduğu üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 385.1, 425.2, 442, 445.1, 445.7, 567 və 587.2.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının müvafiq qərardadı ilə təyin olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 20 aprel tarixli 5/76 №-li ekspert rəyinə (məhkəmə-texniki ekspertizasının rəyi) əsasən, tədqiqata təqdim edilmiş 2019-cu il 25 sentyabr tarixli 101/19/SA nömrəli müqavilənin surətinin sonuncu vərəqindəki “X5” qrafalarda olan möhür əkslərinin təqdim edilmiş iş materiallarındakı 2022-ci il 10 avqust tarixli məktubda, invoys sənədlərində olan “İddiaçı” məzmunlu möhür əksləri ilə eynilik təşkil edib-edilməməsi barədə təsdiqedici və ya inkaredici nəticəyə gəlmək mümkün olmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının müvafiq qərardadı ilə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 25 oktyabr tarixli 9/7739 saylı rəyində (məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi) QO ST 4682-84 standartına uyğun təbii barium sulfat məhsulunun (chemical barite) 2019-cu ildə dünya bazarında olan bazar dəyərinin 155 ABŞ dolları olduğu qeyd edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 dekabr tarixli 2-2(103)-119/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, cavabdehin apellyasiya şikayətində iddiaçının müqavilə tərəfi olan hüquqi şəxs olmaması və hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə dəlillərə münasibətdə qeyd et mişdir ki, iddianın cavabdehlə bağlanmış 2019-cu il 25 sentyabr tarixli alqı-satqı müqaviləsinin tərəfi olan iddiaçı tərəfindən qaldırıldığı işdəki sübutlarla təsdiq edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin mətnində iddiaçını eyniləşdirməyə imkan verən iki məlumat qeyd edilmişdir: şirkətin təsis edildiyi ölkənin adı (Çin Xalq Respublikası) və şirkətin olduğu ünvan (Şanxay şəhəri, Jiading rayonu, Bao yolu, N 4229, 4-cü mərtəbə, otaq J). İddiaçının iş materiallarına əlavə edilmiş nizamnaməsində onun Çin Xalq Respublikasının qanunvericiliyə uyğun yaradıldığı və hüquqi ünvanının Şanxay şəhəri, Jiading rayonu, Baoban rd, N 4229, 4-cü mərtəbə, otaq J olduğu qeyd olunur. İddia ərizəsini iddiaçının adından imzalamış vəkil olan nümayəndəyə 2021-ci il 10 dekabr tarixində verilm iş və Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən leqallaşdırılmış etibarnamədə həmin etibarnamənin hüquqi ünvanı Şanxay şəhəri, Jiading rayonu, Baoban rd, N 4229, 4-cü mərtəbə, otaq J olan iddiaçı tərəfindən verildiyi qeyd edilmişdir.

19. Müqaviləyə iddiaçı tərəfindən vurulmuş möhür əksi ilə nümayəndəyə verilmiş etibarnamədəki möhür əksinin eyni olmamasına iddiaçı tərəfindən məhkəməyə 2022-ci il 10 avqust tarixli izahedici məktub göndərilmiş, məktubda qeyd edilmişdir ki, iddiaçının iki ədəd korporativ möhürü var: içərisində beşguşəli ulduz rəsmi olan və şirkətin Çin dilində adı yazılmış qırmızı rəngli dairəvi korporativ möhür, şirkətin adının ingilis dilində yazıldığı göy rəngli dairəvi möhür. Məktubda qeyd edilmişdir ki, iddiaçı bir qayda olaraq Çin dilində yazılar olan qırmızı rəngli möhürdən dövlət orqanları tərəfindən təsdiq edilməli olan və ya Çindən olan tərəfdaşlarla imzalanmalı olan sənədlərin təsdiqi üçün (həmin şəxslər möhürün içindəki yazını anlaya bilsinlər deyə) istifadə edir. Üzərində ingilis dilində yazılar olan möhürdən isə Çindən olmayan tərəfdaşlarla sənədlərin təsdiq edilməsi üçün istifadə edilir. Hər iki möhürün əksi qeyd edilən məktuba vurulmuşdur. Qeyd edilən məktub və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş invoysların üzərinə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindəki göy rəngli möhürün vurulması belə qənaətə gəlməyə əsas vermişdir ki, hər iki möhür həqiqətən iddiaçının sahibliyindədir.

20. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatəti əsasında iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-ci il 25 sentyabr tarixli müqavilənin sonuncu vərəqinə vurulmuş, üzərində “İddiaçı” yazısı olan möhür əksi ilə iş materiallarının 3-cü cildinin 1132-ci vərəqlərindəki invoys sənədlərinin və 2-ci cildin 210-cu vərəqinə əlavə edilmiş 2022-ci il 10 avqust tarixli məktubun üzərindəki möhür əksi ilə eyni olub-olmadığının müəyyənləşdirilməsi üçün sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 5/76 saylı rəyində qeyd edilmişdir ki, 2019-cu il 25 sentyabr tarixli müqavilənin əsli iş materiallarında olmadığından və əslinin ekspertizaya təqdim edilməsi barədə ekspert tərəfindən vəsatət verildiyi halda, sənədin əsli nə iddiaçı, nə də cavabdeh tərəfindən təqdim edildiyindən məhkəmə tərəfindən qoyulm uş sualın cavablandırılması mümkün olmamışdır.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında iddiaçının cavabdehlə 2019-cu il 25 sentyabr tarixli müqavilə tərəfi Çin Xalq Respublikasının hüquqi şəxsi iş üzrə iddiaçı tərəfindən qaldırılması barədə mötəbər sübutlar (hüquqi şəxsin nizamnaməsi, hüquqi şəxsin qeydiyyat bildirişi, nümayəndəyə verilmiş və leqallaşdırılmış etibarnamə, müqavilənin təsdiq edildiyi möhürlə təsdiq edilmiş sübutlar) olduğu halda cavabdeh tərəf bunun əksini təsdiq edən hər hansı sübut təqdim etmədiyindən iddiaçının subyektiv hüququ olmadığına dair apellyasiya şikayətinin dəlili əsassızdır.

22. Cavabdehin apellyasiya şikayətində dəlil olaraq qeyd etmədiyi, işə apellyasiya qaydasında baxılarkən nümayəndəsi və vəkili tərəfindən şifahi və yazılı olaraq verdi yi izahatlarda irəli sürdüyü mülahizələrlə bağlı məhkəmə qeyd etmişdir ki, MPM-in 361-ci maddəsinə əsasən apellyasiya şikayəti vermiş şəxsin dəlilləri apellyasiya şikayətində öz əksini tapmalı və apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində irəli sürülmüş dəlillər üzrə (şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməsinin yoxlanılması istisna olmaqla) araşdırma aparmalıdır. Prosessual qanunvericilikdə apellyasiya şikayətində öz əksini tapmamış dəlillərə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulmasa da, məhkəmə mübahisənin obyektiv və hərtərəfli araşdırılması prinsipini rəhbər tutaraq cavabdeh tərəfindən iddiaya etiraz olaraq irəli sürülmüş bütün dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab e dir.

23. Cavabdeh apellyasiya instansiyası mərhələsində iddia tələbinin aşağıdakı əsaslarla rədd edilməli olduğunu göstərmişdir: - Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən cavabdehin əvvəlki baş direktoru Ramin İsayev iddiaçı ilə qanunsuz razılaşmaya girərək barium sulfat məhsulunu daha aşağı qiymətlə əldə etmək imkanı olduğu halda iddiaçıdan şişirdilmiş yuxarı qiymətlə - 1 tonu 297 ABŞ dolları olmaqla əldə edilmişdir. Keçmiş baş direktorun həyata keçirdiyi biznes əməliyyatlarının araşdırılması üçün audit yoxlaması aparılmış, “PwC İL” şirkəti tərəfindən hazırlanmış audit hesabatına əsasən direktorun bir sıra şirkətlərdən yüksək qiymətlərlə mal alınması barədə müqavilələr imzaladığı müəyyən edilmişdir. - İddiaçıdan alınmış məhsulun lazımı keyfiyyətdə olmaması mütəxəssis rəyi əs asında müəyyən edilmişdir. Məhkəməyə bu barədə Halliburton tərəfindən tərtib edilmiş barit məhsulunun laboratoriya analizinin nəticələrini əks etdirən 2021-ci il 8 iyun tarixli hesabat təqdim edilmişdir. Bu hesabata əsasən, laborator analiz üçün təqdim olunmuş 1-ci lot üzrə “Barit 4.1” məhsulu 1-ci cədvəlin 4-cü sətrində yer alan keyfiyyət göstəricisi üzrə X4 tərəfindən müəyyən edilmiş standartlara uyğun deyil. İkinci lot üzrə təqdim edilmiş “Barit” məhsulu 2-ci cədvəlin 2-ci sətrində yer alan keyfiyyət göstəricisi üzrə APİ tərəfindən müəyyən edilmiş standarta uyğun deyil. "xxxx" Şirkəti tərəfindən 2020-ci il 1 iyul tarixdə tərtib edilmiş və cavabdehə təqdim edilmiş “Məhsulun uyğunsuzluğu barədə məruzə” adlı 004 saylı Hesabatda qeyd edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış məhs ul hesabatın mətnində qeyd edilmiş səbəblərə görə qüsurludur.

24. Məhkəmə yuxarıda göstərilən sübutlar ilə bağlı iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında etirazı ilə razılaşaraq hesab etmişdir ki, satılmış məhsulun keyfiyyətsizliyi ilə bağlı cavabdehin hər hansı mötəbər sübutla təsdiq edilməyən mülahizələri iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının mövqeyinə görə, cavabdeh tərəfindən təqdim edilən sübutlar birinci instansiya məhkəməsində təqdim edilmədiyindən hazırkı mərhələdə qəbul edilə bilməz. Bundan əlavə, satılmış barium sulfat məhsulunun APİ və X4 tərəfindən müəyyən edilmiş standartlara uyğun məhsul olması barədə tələb nə müqavilədə, nə də satınalma sifarişində qeyd edildiyindən, bu standartlara uyğun olmaması məhsulun keyfiyyətsiz olması kimi qiymətləndi rilə bilməz. Məhsul QOST standartına uyğun olmuş və həmin standarta uyğunluğu barədə sertifikat təqdim edilmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının bu mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, satılmış məhsulun keyfiyyətsizliyi ilə bağlı cavabdehin hər hansı mötəbər sübutla təsdiq edilməyən mülahizələri iddianın rədd edilməsi üçün əsas ola bilməz.

26. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində alıcının ilk istifadə tarixindən 12 ay ərzində, amma çatdırılma tarixindən 18 aydan gec olmayaraq satıcıya malların keyfiyyətinə dair iddia təqdim etmək hüququ olduğu nəzərdə tutulduğundan, cavabdeh tərəfindən isə iddiaçıya bu müddətlər ərzində satılmış malın keyfiyyətsiz olması ilə bağlı hər hansı pretenziya irəli sürülmədiyindən məhkəmə hesab etmişdir ki, apellyasiya in stansiyası mərhələsində satılmış malın keyfiyyəti ilə bağlı pretenziya irəli sürülməsi, o cümlədən alqı-satqı müqaviləsini ləğv etmədən və qüsurlu hesab etdiyi malı satıcıya geri qaytarmadan bu əsasla cavabdehin ödənişdən imtina etməsi əsassız olmuşdur.

27. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış malların 72.800 ABŞ dolları məbləğində hissəsi (2020-ci il 31 mart tarixli ********** nömrəli satınalma sifarişinə əsasən) tibbi maska, tibbi eynəklər, tibbi qoruyucu geyimlər olduğu və həmin malların keyfiyyətinə və qiymətinə cavabdehin hər hansı etirazı olmadığı halda qeyd edilən malların da dəyəri ödənilməmişdir.

28. Cavabdehin vəsatəti əsasında apellyasiya instansiyası mərhələsində iddiaçı tərəfindən satılmış barium sulfat məhsulunun orta bazar qiymətinin m üəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023-cü il 25 oktyabr tarixli 9/7739 saylı rəyində QOST 4682-84 standartına uyğun təbii barium sulfat məhsulunun (chemical barite) 2019-cu ildə dünya bazarında olan bazar dəyərinin 155 ABŞ dolları olduğu qeyd edilmişdir. Rəyin məzmununda qeyd edilən qiymətin iş materiallarının -ci cildinin 118-119-u vərəqlərinə əlavə edilmiş “Mining Technolojy KZ” şirkətinin (Qazaxıstan Respublikası) 2020-ci il 4 may tarixli məktubuna və internet saytlarında olan barium sulfat məhsulu satan digər Qazaxıstan şirkətlərinin qiymətlərinə istinad etmişdir. Məhkəmə hesab etmişdir ki, ekspert qarşısında dünya bazarında olan qiymətlər əsas götürülməklə barium sulfat məhsulunun orta bazar dəyərinin müəyyənləşdirilməsi barədə sual qoyulduğu halda, rəydə yalnız Qazaxıstan Respublikasındakı qiymətlərə istinad edildiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

29. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin MM-in 339.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla etibarsız müqavilə olduğuna dair cavabdeh tərəfindən irəli sürülmüş mülahizələr məhkəmə tərəfindən əsassız hesab edilmişdir. Hazırkı halda cavabdeh qarşı tərəfə müqavilənin etibarsız olduğuna dair iradə ifadəsi bildirməmiş, yalnız apellyasiya instansiyası mərhələsində nümayəndəsi bu barədə mülahizə təqdim etmişdir.

30. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi halı əsaslı dəlillərlə təsdiq edilmədiyi təqdi rdə hüquqi şəxsin əvvəlki direktorunun fəaliyyəti dövründə bağlanmış müqavilələrdəki qiymətlərin həmin malın orta bazar dəyərindən artıq olması alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilməz. Hazırkı iş materiallarında iddiaçı ilə əvvəlki direktor arasında qanunsuz razılaşma olması barədə hər hansı mötəbər sübut mövcud deyildir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, mübahisələndirilən müqavilə üzrə satılmış malların dəyəri direktor R.İsayevin fəaliyyəti dövründə də iddiaçıya ödənilməmişdir.

31. Cavabdeh sonuncu məhkəmə iclasında əvvəlki direktor Ramin İsayevin fəaliyyəti zamanı yol verdiyi pozuntularla əlaqədar onun barəsində cavabdehin ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 308.2-ci maddələri ilə ci nayət işi qaldırıldığından iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, məhkəmə iş üzrə icraatın dayandırılması əsası kimi qanunda nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olmadığından vəsatəti əsassız hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, əvvəlki direktor Ramin İsayevin fəaliyyətinin cavabdehin mənafeyinə uyğun olmaması və nəticədə hüquqi şəxsə ziyan dəyməsi cavabdehə əvvəlki direktora qarşı ziyanın ödənilməsi üçün iddia qaldırmaq hüququ versə də, əqdin etibarsızlığını şərtləndirən əsasların mövcudluğu təsdiq edilmədiyi halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini MM-nin 337.2, 339.1, 354.2, 390.1, 398.1 və 587-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n Plenumunun “Azərbaycan Respublikası MM-in 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarına; MPM-nin 361 və 119.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

33. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. MM-in 587.5-ci maddəsi üzrə – MM-in 587.5-ci maddəsi yanlış olaraq işin hallarına tətbiq edilmişdir, tətbiq edilməli olan MM-in 337.5-ci maddəsinə isə toxunulmamışdır. MM-in 587.5-ci maddəsi etibarlı əqdlərin bağlanıldığı hallarda müqavilə predmeti olan malların keyfiyyəti ilə bağlı yaranmış mübahisələrin həllinə xidmət edir. Cavabdeh 2019-cu il 25 sentyabr tarixli alqı-satqı müqaviləsini mübahisələndirərkən etibarsızlığın əsası kimi keçmiş baş direktorun pis niyyətlə hərəkət etməsini göstərmişdir, indiki halda qiymətlərin şişirdilməsi və məhsulun keyfiyyətinin aşağı olması isə keçmiş baş direktorun pis niyyətlə hərəkət etməsinin təzahürü olaraq ortaya çıxmışdır. Odur ki, məhkəmənin əqdin etibarlılığı mübahisələndirildiyi halda mübahisəyə MM-in 587.5-ci maddəsini tətbiq etməsi hüquqi baxımdan yanlışdır. Mülki qanunvericilik əqdin mübahisələndirilməsini müqavilə ilə müəyyən edilmiş keyfiyyət göstəricilərinin mübahisələndirilməsi müddətləri ilə əlaqələndirmir. Müqavilədə keyfiyyətlə bağlı etirazların bildirilməsi üçün hansı müddətin nəzərdə tutulmasından asılı olmayaraq, əqdin etibarsızlığı məsələsi qaldırılarkən etibars ızlıq üçün əsas olan halların bilindiyi və ya bilinməli olduğu vaxt əsas götürülməlidir.

35. MM-in 354.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-in 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarı üzrə – Apellyasiya məhkəməsi iş üzrə müddətlərin hesablanması baxımından əhəmiyyətli olan hallara ümumiyyətlə toxunmamış, bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumunun şərhini xeyli məhdudlaşdıraraq, yanlış şəkildə təfsir etmişdir. Məhkəmə birinci növbədə cavabdeh ilə iddiaçı arasında bağlanmış 2019-cu il 25 sentyabr tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas verən hal dedikdə nəyin nəzərdə tutulduğunu, daha sonra isə bu halın cavabdehə nə zaman m əlum olduğunu aydınlaşdırmalı idi. Bununla bağlı iş materiallarında cavabdeh tərəfindən təqdim olunmuş xüsusi əhəmiyyət daşıyan kifayət qədər dəlillər və izahatlar mövcuddur. Həmin izahatlara görə, alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas verən hal dedikdə cavabdehin 2008-2020-ci illər ərzində baş direktoru vəzifəsini icra etmiş Ramin İsayevin bir sıra müqavilələr üzrə qarşı tərəflə pis niyyətlə razılığa gəlməsi halı nəzərdə tutulur: 1) Sözügedən hal cavabdehə keçmiş Baş Direktor vəzifəsindən getdikdən sonra onun xidməti seyfindən bir sıra müqavilələr üzrə tərəf olan şirkətlərə məxsus möhürlərin aşkar edilməsi və bu möhürlərlə həmin tərəflərlə bağlanmış müqavilələrdəki möhür əkslərinin uyğun gəlməsinə dair mütəxəssis rəyinin əldə olunması nəticəsində təsdiqini tapmışdır. 2) Bunu n nəticəsində bir sıra məhkəmə mübahisələri üzrə cavabdehin əleyhinə çıxmış yekun məhkəmə qərarlarına (daha dəqiq desək, "xxxx" Firması və "xxxx" QSC şirkətləri ilə olan məhkəmə mübahisələri üzrə) yeni açılmış hallar üzrə yenidən baxılması üçün cavabdeh tərəfindən Ali Məhkəmənin Plenumuna müraciət edilmişdir. Bu müraciətin nəticəsi olaraq 2022-ci il 19 dekabr tarixində qəbul edilmiş Ali Məhkəmənin Plenumunun 13-2(102)-2/2022 və 13-2(102)-3/2022 saylı qərardadlarında qeyd olunmuşdur: “... Belə olan halda qarşı tərəfin möhürünün cavabdehin direktorunda olması, iddianın əsasını təşkil etmiş müqavilələrin həmin möhürlə vurulmasına dair mütəxəssis rəyinin, aktın və ekspert arayışının olmasından ibarət hallar, işə baxılan zaman istinad edilən müqavilələr üzrə tərəflərin müəyyən etdiyi qiymətləri n reallığa uyğun olmaması ilə bağlı dəlillərin mövcudluğu baxımından bu müqavilələrin bağlanması zamanı cavabdehin qanuni təmsilçisi olmuş şəxslə iddiaçı arasında işlərin, xidmətlərin onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alınmasından ibarət pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanması qənaətinə gəlməyə imkan verən hallara aiddir”. 3) "xxxx" Firması və "xxxx" QSC şirkətlərinə qarşı olan məhkəmə mübahisələri üzrə yuxarıda bəhs olunan hadisələrdən sonra cavabdehin indiki rəhbərliyində keçmiş Baş Direktorun şirkətin vəsaitlərini mənimsəmək məqsədilə müxtəlif mexanizmlər quraraq, pis niyyətlə digər şirkətlərlə də sövdələşmələrə daxil olmasına dair əsaslı şübhələr yaranmışdır. Bu şübhələrin araşdırılması üçün iddiaçı da daxil olmaqla, bir sıra şirkətlərlə bağ lanmış müqavilələr üzrə qiymətlərin şişirdilib-şişirdilmədiyinə dair ixtisaslaşmış maliyyə və audit şirkəti olan PwC şirkətinə müraciət edilmiş və müvafiq Araşdırma Hesabatı əldə edilmişdir. Beləliklə, 2019-cu il 25 sentyabr tarixli alğı-satqı müqaviləsi üzrə də məbləğlərin şişirdilməsi müəyyən edilmişdir. 4) İndi isə cavabdehin hazırkı mübahisə çərçivəsində bu məsələni nə zaman qaldırdığına diqqət yetirək. “Elektron Məhkəmə Sistemi”ndən də göründüyü kimi, 2023-cü il 11 yanvar tarixində cavabdehin nümayəndəsi və vəkili tərəfindən “yeni açılmış hallar, habelə iş üzrə hərtərəfli araşdırma aparılmaması ilə bağlı olaraq iş üzrə qətnamənin ləğv edilməsi, ekspertizalar keçirilməsi və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsi barədə” vəsatət yüklənmişdir. 5) Həmin vəsatət in məzmununda Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərardadlarına istinad edilərək bir neçə dəfə vurğulanır ki, “... X2 Hesabatında göstərilən şirkətlərlə imzaladığı müqavilələr Cavabdehə zərər yetirmək və Ramin İsayevin şəxsən varlanması məqsədi ilə razılaşdırılmış pis niyyətli sövdələşmələr olmuşdur. “İddiaçı” şirkəti ilə cavabdeh arasında imzalanmış müqavilə də bu cür pis niyyətli sövdələşmələrdən biri olaraq, Cavabdehin sabiq direktoru Ramin İsayev tərəfindən ona zərər yetirən sövdələşmə ilə nəticələnmişdir.” (Vəsatətin 2-ci səhifəsi, 1 və 2-ci abzaslar). Həmçinin vəsatətdə ətraflı şəkildə indiki müqavilənin etibarsız sayılması ilə bağlı izah verilərək qeyd olunmuşdur ki, MM-in 354.2-ci maddəsi ilə nəzərdə tutulmuş “bildiyi və ya bilməli olduğu gün” ifadəsi araşdırma və ya t əcrübə yolu ilə təsdiqini tapmış məlumatları ehtiva edir. Yəni hər hansı məlumat yalnız müvafiq olaraq araşdırma yolu ilə yoxlanıldıqdan sonra biliyə çevrilə bilir. Analoji surətdə, Ramin İsayev tərəfindən cavabdehin maraqlarına zərər vurulması və şəxsən varlanması məqsədi ilə bazar dəyərindən yüksək qiymətlərlə müqavilələr imzalaması barədə məlumatların təsdiqini tapdığı gün PwC şirkəti tərəfindən Araşdırma Hesabatının (bundan sonra “Araşdırma Hesabatı”) cavabdehə təqdim edilməsi günü, yəni 2022-ci il 27 dekabr hesab edilməlidir. Nəzərə alınmalı daha bir amil ondan ibarətdir ki, cavabdeh iddiaçı ilə müqavilənin etibarsızlığı barədə məsələ qaldırsaydı belə, bu hal cavabdeh tərəfindən sübut edilə bilməzdi. 6) Belə olan təqdirdə, 2022-ci il 27 dekabr tarixində Araşdırma Hesabatı əldə edildik dən sonra 2023-cü il 11 yanvar tarixində müvafiq əqdin etibarsızlığı ilə bağlı məsələnin qaldırılması tam anlaşılandır və burada MM-in 354.2-ci maddəsi ilə müəyyən edilmiş müddətin pozulmasından söhbət gedə bilməz. 7) Məhkəmənin “cavabdeh qarşı tərəfə müqavilənin etibarsız olduğuna dair iradə ifadəsi bildirməmişdir, yalnız apellyasiya instansiyası mərhələsində nümayəndəsi bu barədə mülahizə təqdim etmişdir” qənaəti isə Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarı baxımından tamamilə yanlışdır. Belə ki, həmin Qərarda xüsusi olaraq vurğulanmışdır ki, “Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər.” 8) Məhkəmə, apellyasiya instansiyası mərhələsində cavabdehin nümayəndəsi tərəfindən etibarsızlıqla bağlı mülahizənin təqdim edilməsini heç bir izah vermədən Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarında göstərilən “istənilən forma” ifadəsinin dairəsindən çıxarmışdır. Halbuki bu Qərarın məqsədi və mahiyyəti müqavilənin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin hansı formada bildirilməsindən asılı olmayaraq, onun məhkəmə tərəfindən nəzərə alınmalı olmasıdır. İndiki halda isə Bakı Apellyasiya Məhkəməsi bu məqsədi inkar edərək, cavabdeh tərəfindən iradə ifadəsinin bu formada deyil, başqa hansısa formada (forma barədə də heç bir qeyd göstərmədən) açıqlanmalı olduğunu bildirir. 9) Beləliklə, Bakı Apellyasiya Məhkəməsi həm MM-in 339.1, 354.2-ci maddələrini, həm də Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarını yanlış şəkildə təfsir edərək, səhv nəticəyə gəlmişdir.

36. MM-in 339.1-ci maddəsi üzrə – Məhkəmə cavabdehin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi halının əsaslı dəlillərlə təsdiq edilmədiyini vurğulamışdır. Bununla apellyasiya məhkəməsi iş üzrə toplanılmış sübutları görməzdən gəlmiş, bəzi sübutları isə qanunsuz və əsassız şəkildə sübut qismində qiymətləndirməkdən boyun qaçırmışdır. 1) Subyektiv hüququn olmamasına dair: iddiaçı adında şirkət tərəfindən cavabdehə qarşı 2019-cu il 25 sentyabr tarixli 101/19/SA nömrəli müqavilə üzrə pul tələbi barədə Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış və həmin məhkəmənin 2021-ci il 5 noyabr tarixli e-2-2(113)2601/2021 nömrəli qətn aməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin iş üzrə qarşı tərəf apellyasiya şikayəti verməmiş və məhkəmənin qətnaməsi ilə razılaşmışdır. Həmin iş üzrə iddiaçı olmuş iddiaçının nümayəndəsi Nümayəndə1dur və etibarnamə eyni şəxslərə eyni qaydada və səlahiyyətlərdə verilmişdir. 2019-cu il 25 sentyabr tarixli 101/19/SA nömrəli müqavilə tərəfi olan iddiaçının möhürü ilə hazırkı iş üzrə iddiaçının möhürləri fərqli dillərdə və fərqli şəkillərdədir. Məhkəmənin istinad etdiyi iddiaçının məhkəməyə ünvanladığı 2022-ci il 10 avqust tarixli möhür əks olunan məktubu mötəbər hesab edilə bilməz. Ona görə ki, həmin vaxta qədər təqdim edilən bütün sənədlərdəki möhürlər (etibarnamə və digər sənədlərdəki) qırmızı və müqavilədə olmayan möhürlərdir. Bütün bunlar bir daha təsdiq etmişdir ki, hazırda iddiaçı ola n şirkət ya digər möhürə malik başqa şirkətdir, ya da daha əvvəl iddia qaldırmış və iddia tələbi rədd edilmiş eyni adlı şirkətidir. 2) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-2/2022 və 13-2(102)-3/2022 saylı Qərardadları: Bu qərardadlarla cavabdehin keçmiş Baş Direktorunun bir sıra şirkətlərlə pis niyyətlə razılığa girərək bazar qiymətlərindən dəfələrlə yüksək qiymətlərə müqavilə imzaladığı təsbit edilmişdir. Bakı Apellyasiya Məhkəməsi bu halı da nəzərə almamışdır. 3) PwC şirkəti tərəfindən hazırlanmış 2022-ci il 27 dekabr tarixli Araşdırma Hesabatı: Dünyanın dörd ən böyük və mötəbər audit şirkətlərindən biri olan PwC şirkəti tərəfindən cavabdehin keçmiş Baş Direktorunun həyata keçirmiş olduğu biznes əməliyyatlarının auditinin aparılması nəticəsində təsbit edilmişdi r ki, cavabdehin keçmiş Baş Direktoru iddiaçı da daxil olmaqla, bir sıra şirkətlərdən bazar qiymətlərindən dəfələrlə yüksək qiymətlərlə mallar və xidmətlər satın alınması barədə müqavilələr imzalamışdır. Araşdırma Hesabatından aydın olur ki, satın alınan malların və xidmətlərin alış dəyəri 5.418.908 AZN olmuşdur ki, eyni mal və xidmətlərin müqayisəli bazar dəyəri 2.789.687 AZN təşkil edirdi. Beləliklə, alış dəyəri ilə müqayisəli dəyər arasındakı fərq 2.629.221 AZN təşkil edir və bu “İddiaçı” şirkəti ilə razılaşma üzrə qiymətlərin 2 qat şişirdildiyinin göstəricisidir. 4) Satınalma/tender prosedurlarına riayət edilməməsi: iddiaçı ilə satınalma əməliyyatları həyata keçirilərkən cavabdehin keçmiş Baş Direktoru tərəfindən həmin vaxt qüvvədə olan satınalma/tender prosedurlarına əməl edilməmişdir. Belə ki, həmin prosedura görə, iddiaçıdan mal satın alınması əməliyyatları üzrə satınalma sifarişləri yalnız iddiaçı qiymətləndirmədən keçirildikdən və təsdiq edilmiş təchizatçılar siyahısına daxil edildikdən sonra kotirovka sorğusu və ya tender proseduru vasitəsilə təchizatçı qismində seçilə bilərdi. Yalnız bundan sonra iddiaçıya satınalma sifarişi verilə bilərdi. Lakin iddiaçıya satınalma sifarişlərinin verilməsinə əsas ola bilən hər hansı qiymətləndirmə proseduru tətbiq edilməmiş və o, təsdiq edilmiş təchizatçılar siyahısına salınmamışdır. Belə olan halda aydın olur ki, keçmiş Baş Direktor tərəfindən iddiaçı ilə müqavilə imzalanması və satınalma sifarişlərinin təsdiqi və satınalma əməliyyatlarının keçirilməsi cavabdehin daxili proseduruna zidd qaydada həyata keçirilmişdir. Keçmiş Baş Direktor tərəfindən təsdiq edilmiş Satınalma Proseduru (İOİSP-064) iş materiallarında mövcuddur. 5) 2023-cü il 18 sentyabr tarixli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınma barədə Qərar: Cavabdeh ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Qərarda qeyd olunmuşdur ki, Cavabdeh MMC-nin 07 iyul 2023-cü il tarixli müraciətinə (şikayətinə) əsasən 17 iyul 2023-cü il tarixdə X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir.” 6) Ekspert rəyi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 25 oktyabr tarixli /7739 saylı rəyində QOST 4682-84 standartına uyğun təbii barium sulfat məhsulunun (chemical barite) 1 tonunun 2019-cu ildə dünya bazarında olan bazar də yərinin 155 ABŞ dolları/263 AZN olduğu qeyd edilmişdir. İş materiallarında olan sifariş orderləri və gömrük bəyannamələrindən isə görünür ki, iddiaçı tərəfindən QOST 4682-84 standartına uyğun 1 ton təbii Barium Sulfat məhsulu cavabdehə 297 ABŞ dolları/505 AZN qarşılığında satılmışdır (1 kisə 1,5 ton olmaqla, dəyəri 445 ABŞ dolları/757 AZN idi, belə olduqda 1 ton=297 ABŞ dolları/505 AZN edir). Yəni iddiaçı tərəfindən təchiz edilmiş barit məhsulunun qiyməti bazar qiymətindən 2 dəfə artıq olmuşdur.

37. MPM-nin 361.4-cü maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi həmin maddənin tələblərini pozaraq, apellyasiya instansiyası məhkəməsində cavabdeh tərəfindən təqdim edilmiş sübutlara istinad edilməsini əsassız hesab etmişdir. İş üzrə böyük əhəmiyyət daşıyan bir sıra dəlillərin cavabdeh tərəfindən ap ellyasiya şikayəti təqdim edildikdən sonra verilməsinə müəyyən səbəblər olmuşdur. Bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə iş üzrə bəzi halların xronoloji ardıcıllığına toxunmalıyıq: 1) cavabdeh tərəfindən apellyasiya şikayətinin təqdim edilməsi – 2022-ci il 24 oktyabr; 2) PwC şirkəti tərəfindən 2019-cu il 25 sentyabr tarixli alğı-satqı müqaviləsi üzrə məbləğlərin şişirdilməsinə dair Araşdırma Hesabatının təqdim edilməsi - 2022-ci il 27 dekabr; 3) cavabdeh tərəfindən yeni açılmış hallar, habelə, iş üzrə hərtərəfli araşdırma aparılmaması ilə bağlı olaraq qətnamənin ləğv edilməsi, ekspertizalar keçirilməsi və əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsi barədə vəsatətin təqdim edilməsi – 2023-cü il 11 yanvar. Göründüyü kimi, cavabdeh keçmiş Baş Direktorun pis niyy ətlə hərəkət etməsinə dair məsələni buna dair ilkin dəlillər toplanıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin qarşısında qaldırmışdır. Bu məsələnin daha öncə apellyasiya şikayəti verilərkən qaldırılması cavabdeh tərəfindən faktiki olaraq dəlillərə deyil, sırf öz şübhələrinə əsasən və MPM-in 77-ci maddəsinin tələblərini pozaraq ittiham irəli sürməsi kimi qiymətləndiriləcəkdi. Bu səbəbdən cavabdeh keçmiş Baş Direktor Ramin İsayevin vəzifədə olduğu dövrdə həyata keçirmiş olduğu biznes əməliyyatlarının auditi aparıldıqdan sonra bu məsələni məhkəmə qarşısında qaldırmışdır. Buna dair kifayət qədər ətraflı əsaslandırma isə 2023cü il 11 yanvar tarixli vəsatətin məzmununda əks olunmuşdur. Həmin vəsatət iş üzrə bir sıra məsələləri və yeni tələbləri əhatə edir və mahiyyət etibarilə apellyasiya şika yətinə əlavə kimi dəyərləndirilməlidir. Cavabdeh isə bu dəlilləri apellyasiya şikayəti verilərkən deyil, bir müddət sonra əldə etdiyi üçün mülki prosessual qanunvericiliyin göstərilən norması baxımından bu dəlillərin sonradan təqdim edilməsi mümkün sayılmalıdır. Bu maddə Bakı Apellyasiya Məhkəməsinin indiki formada şərhi ilə məhdudlaşdırılarsa, bu, prosessual hüquqların böyük həcmdə məhdudlaşdırılmasına və iş üzrə obyektiv araşdırmanın aparılmasının mümkünsüzləşməsinə gətirib çıxara bilər.

38. MPM-in 88-ci maddəsi üzrə - Bakı Apellyasiya Məhkəməsi qətnamənin 30-cu paraqrafında qeyd edir ki, “... Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7739 saylı rəyində QOST 4682-84 standartına uyğun təbii barium sulfat məhsulunun (chemical barit e) 2019-cu ildə dünya bazarında olan bazar dəyərinin 155 ABŞ dolları olduğu qeyd edilmişdir. Rəyin məzmununda qeyd edilən qiymətin iş materiallarının -ci cildinin 118-119-u vərəqlərinə əlavə edilmiş “Mining Technolojy KZ” şirkətinin (Qazaxıstan Respublikası) xx.xx.2020-ci il tarixli məktubuna və internet saytlarında olan barium sulfat məhsulu satan digər Qazaxıstan şirkətlərinin qiymətlərinə istinad etmişdir. Məhkəmə hesab edir ki, ekspert qarşısında dünya bazarında olan qiymətlər əsas götürülməklə barium sulfat məhsulunun orta bazar dəyərinin müəyyənləşdirilməsi barədə sual qoyulduğu halda rəydə yalnız Qazaxıstan Respublikasındakı qiymətlərə istinad edildiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz.”. İlk olaraq qeyd edilməlidir ki, ekspert tərəfindən dünya bazarında kimyəvi barit mə hsullarının bazar qiymətinin təhlil edilməsi qeyri-mümkündür. Bu həm lüzumsuz olaraq araşdırmanın həcminin artmasına, həm də iş üzrə heç bir əhəmiyyət daşımayacaq məhsul qiymətlərinin müəyyən edilməsinə gətirib çıxarır. Digər tərəfdən, cavabdeh tərəfindən idxal edilən barit məhsullarının Qazaxıstandan gətirildiyini nəzərə alsaq, ekspertin məhz Qazaxıstandan idxal edilmiş barit məhsullarının bazar qiymətini müəyyən etməsi tam məntiqli və ədalətlidir. Belə olduğu halda, məhkəmənin məsələyə qeyri-obyektiv yanaşması anlaşılan deyil. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq, ekspert rəyinə obyektiv, qərəzsiz, hərtərəfli baxmamış və rəyi düzgün qiymətləndirməmişdir. Üstəlik ekspertin rəyini qüsurlu hesab etdiyi halda, Bakı Apellyasiya Məhkəməsi MPM-in 102 -ci maddəsi ilə müəyyən edilmiş imkanlarından istifadə edərək, təkrar və ya əlavə ekspertiza təyin etməli ikən, bu məsələnin araşdırılmasına laqeyd yanaşmışdır. Bu isə məhkəmənin qabaqcadan qərəzli mövqedə olduğuna dəlalət edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək onu belə əsaslandırılmışdır ki, kassasiya şikayətinə görə, cavabdehin əsas arqumenti ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsi tərəflər arasında pis niyyətlə razılaşmanın nəticəsində imzalandığından bu müqavilə etibarsızdır. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir, çünki cavabdeh müqavilənin mübahisələndirilməsi barədə iddiaçıya heç bir iradə ifadəsi bildirməmişdir. Cavabdeh alqı- satqı müqaviləsinin guya et ibarsız olması barədə məsələni ilk dəfə apellyasiya məhkəməsinə təqdim etdiyi mülahizədə ifadə etmişdir. Məhkəməyə təqdim edilən mülahizə aydındır ki, tərəfə deyil, məhkəməyə ünvanlanır. Yəni cavabdeh etibarsızlıq ilə bağlı məsələni tərəfə deyil, birbaşa məhkəməyə təqdim etmişdir. Belə olan halda cavabdeh məhkəmədə həmin müqaviləni mübahisələndirə bilməz.

40. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir, çünki cavabdeh müqavilənin etibarsız hesab edilməsi üçün 1 illik kəsici müddəti ötürmüşdür. İş materiallarına görə, cavabdeh alqı-satqı müqaviləsi üzrə 2019-cu il 8 dekabr tarixində 1.559.250 ABŞ dolları məbləğində, 2020-ci il 31 mart tarixində 72.800 ABŞ dolları məbləğində, 1.653.750 ABŞ dolları məbləğində mal sifarişləri vermişdir. Həmçinin 3.260.393 ABŞ dolları məbləğində olan sifariş edilmiş mallar cavabdeh tərəfindən 2020-ci ilin mart-avqust aylarında gömrük rəsmiləşdirilməsindən keçirilməklə qəbul edilmişdir. İddiaçı əldə etdiyi kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa görə, cavabdehdə direktorlar şurası mövcuddur. Direktorlar şurasının iclasları hər il 31 martadək (birinci iclas), 30 iyunadək (ikinci iclas), 31 sentyabradək (üçüncü iclas) və 31 dekabr tarixinədək (dördüncü iclas) keçirilməlidir. Bu o deməkdir ki, cavabdehin direktorlar şurası lazımi şəkildə Baş Direktorun fəaliyyətinə nəzarəti həyata keçirməklə artıq ən tezi 2020-ci il 30 iyun tarixinədək (malların son sifarişinin edildiyi aydan sonrakı gələn ilk iclasın son tarixi) və geci isə 2020-ci il 31 sentyabr tarixinədək (malların son sifarişinin edildiy i aydan sonrakı gələn iki iclasın son tarixi) qiyməti 3 milyon ABŞ dollarından artıq olan alqı-satqı müqaviləsi ilə bağlı bütün tələb edilən bilgiləri əldə edə bilərdi və etməli idi.

41. Cavabdeh bildirmişdir ki, alqı-satqı müqaviləsinin etibarsızlığına əsas verən halı 2022-ci il 27 dekabr tarixində PwC şirkətinin “Araşdırma Hesabatını” aldıqdan sonra bilmişdir. Cavabdehin "Araşdırma Hesabatı" adlandırdığı sənəd əslində heç bir araşdırma hesabatı deyildir. Həmin sənəddə PwC şirkəti özü belə etiraf etmişdir ki, o, əslində hər hansı bazar araşdırması aparmamış və müstəsna olaraq cavabdehin ona təqdim etdiyi məlumatlar əsasında həmin hesabatı hazırlayıbdır və cavabdehin ona təqdim etdiyi məlumatların düzgünlüyünü yoxlamamışdır. Belə ki, "Araşdırma Hesabatının" 9-cu səhifəsində yer almış 4.7-c i bəndində PwC şirkəti özü aydın göstərmişdir ki, məhsulun 1 tonu üçün qiymətin 263 manat olmasını onun özü deyil, cavabdeh müəyyən etmişdir. Eyni ilə, "Araşdırma Hesabatının" 13-cü səhifəsində 5.1-ci bəndinə görə, "İcra etdiyimiz işlər şirkət (yəni cavabdeh) tərəfindən təqdim olunan məlumatlara əsaslanır. PwC təqdim olunan məlumatların düzgünlüyünü, etibarlığını və tamlığını müəyyən etməmişdir". Göründüyü kimi, araşdırmanı aparmış PwC hazırkı işdə birbaşa marağı olan cavabdeh tərəfindən təqdim edilmiş məlumatlara əsaslanmışdır, həmin məlumatların düzgünlüyünü yoxlamamışdır və özü müstəqil araşdırma aparmamışdır. Cavabdeh məhkəmə işinin onun xeyrinə həll edilməsində birbaşa maraqlı olan şəxsdir və PwC şirkətinə yalnız cavabdehin xeyrinə olan məlumatlar natamam şəkildə təqdim edilmişdir, Pw C şirkəti də həmin məlumatların doğruluğunu yoxlamadan, müstəqil araşdırma aparmadan əsassız və mötəbərliyi şübhəli olan həmin hesabatı hazırlamışdır.

42. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir, çünki cavabdeh müqaviləni öz hərəkətləri ilə təsdiq etmiş və bununla müqaviləni mübahisələndirmək hüququnu itirmişdir. İş materiallarına görə, cavabdeh hazırda mübahisələndirməyə cəhd etdiyi alqı-satqı müqaviləsi üzrə (a) mallar sifariş vermişdir və (b) həmin malları gömrük rəsmiləşdirilməsindən keçirərək qəbul etmişdir və malları qəbul etmə tarixindən artıq 3 ilə yaxın müddət keçmişdir. Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malların sifariş edilməsi, sonradan onların qəbul edilməsi və 3 ilə yaxın müddət ərzində müqavilənin etibarsızlığı ilə bağl ı heç bir iradə ifadəsi bildirməməsi, cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin təsdiq edilməsi kimi başa düşülməlidir.

43. Tərəflər arasında pis niyyətlə heç bir razılaşma olmamışdır. Alqı-satqı müqaviləsində olan malların qiymətləri cavabdehin digər təchizatçılar ilə bağladığı müqavilələrin qiymətinə oxşar və bəzi hallarda isə dəfələrlə aşağı olmuşdur. İş materiallarına əlavə edilmiş satınalma sifarişlərinə əsasən, alqı-satqı müqaviləsi üzrə ümumi qiyməti 3.213.000 ABŞ dollarında "kimyəvi barit" adlı məhsul sifariş edilmişdir. Satınalma sifarişlərinə görə həmin məhsulun 1 tonu üçün 297 ABŞ dolları və 315 ABŞ dolları ödənilməli idi. Belə ki, iş materiallarında olan 2019-cu il 8 dekabr tarixli satınalma sifarişində 1.5 tonluq kisənin qiyməti 445.40 ABŞ dollar götsərilmişdir və deməli, bir ton barıtın qiyməti 297 ABŞ dollarıdır (445.40: 1.5 = 297). Digər 2020-ci il 1 may tarixli satınalma sifarişində 1.5 tonluq kisənin qiyməti 472.50 ABŞ dollardır və deməli, bir ton baritın qiyməti 315 ABŞ dollardır (472.50: 1.5 = 315). Cavabdeh "kimyəvi barit" adlı məhsulu digər təchizatçılardan təqribən eyni qiymətə, bəzi hallarda isə 2 dəfədən baha qiymətə alırdı. Belə ki, cavabdeh ilə "X7" şirkəti arasında imzalanmış müqaviləyə əsasən "barit" məhsulunun 1 tonu üçün 591.68 ABŞ dollarına ödəməyə razılaşmışdır. Bax: cavabdehin "X7" şirkəti ilə imzaladığı NO-CN-0815-1684 nömrəli 2015-ci il 17 avqust tarixli alqı-satqı müqaviləsinə əlavə edilmiş 1 saylı qoşma. Halbuki iddiaçının təqdim etdiyi baritin 1 tonunun qiyməti 297 və 315 ABŞ dolları olmuşdur.

44. Cavabdeh ilə digər təchizatçı ş irkət olan "Hallibörton Eureyja Limited" şirkəti ilə imzalanmış müqavilələrə əsasən "barit" məhsulunun 1 tonu üçün 273 ABŞ dolları ödəməyə razılaşmışdır. Adıçəkilən müqavilədə 1.5 ton üçün 410 ABŞ dolları göstərilmişdir və deməli 1 ton üçün 273 ABŞ dolları təşkil etmişdir. Adıçəkilən müqavilədə 1.5 ton üçün 410 ABŞ dolları göstərilmişdir və deməli 1 ton üçün 273 ABŞ dolları təşkil etmişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsində olan qiymətlər cavabdehin digər şirkətlər ilə müqavilələrdə olan qiymətlərə uyğun və bəzən də dəfələrlə aşağı olmuşdur.

45. PwC audit şirkətinin 2022-ci il 27 dekabr tarixli araşdırma hesabatı iddiaçıya münasibətdə olan hissədə əsassızdır. “Araşdırma Hesabatı”nda "barit" adlı məhsulun 1 tonunun dəyərinin 263 manat (yəni təqribən 155 ABŞ dolları) olması qəbul edil miş və belə nəticəyə gəlinmişdir ki, tərəflər alqı-satqı müqaviləsinə həmin məhsulun dəyərini təqribən 2 dəfə artıq qeyd etmişlər. Həmin hesabatı diqqətlə nəzərdən keçirdikdə hesabatda qeyd edilən məbləğin tamamilə əsassız olması müəyyən edilmişdir. Belə ki, həmin hesabata görə, "barit" məhsulunun 1 tonunun 263 manat olması Qazaxıstanda yerləşən “Mining Technology” LLP şirkətindən alınan qiymət təklifi əsasında müəyyən edilmişdir. Hansı səbəbdən malın bazar dəyərinin müəyyən edilməsi üçün Azərbaycan bazarında olan qiymətlər deyil, Qazaxıstan bazarında olan qiymətlər araşdırılır? Axı Azərbaycanda həmin məhsulu digər şirkətlər də təqdim edirdilər. Misal üçün, cavabdeh Azərbaycanda həmin məhsulu digər satıcılardan 1 tonu üçün 273 ABŞ dolları və digər halda isə 591 ABŞ dollarına almışdır. Azər baycan bazarını araşdırmaq audit şirkətinə sərf etməyibdir, çünki belə araşdırma tamamilə fərqli nəticələrə səbəb olardı. Həmçinin “Araşdırma Hesabatı”nda göstərilmiş 1 ton üçün 263 manatın Azərbaycana çatdırılma şərti ilə olubolmaması məlum deyil və ödənişin hansı şərtlərlə olacağı (məsələn, avans, mal təqdim ediləndən sonra və sair) təqdirdə tətbiq ediləcəyi də məlum deyildir. Əgər hətta Qazaxıstan bazarı araşdırılırsa, hansı səbəbə görə Qazaxıstan bazarı tam araşdırılmayıb və müxtəlif şirkətlərin qiymət təklifləri müqayisə edilməyibdir. Misal üçün, əvvəlki məhkəmə mübahisələrində əldə edilən qiymət təklifinə görə Qazaxıstanda baritin 1 tonu 230 - 343 ABŞ dolları arasında dəyişir. Odur ki, Azərbaycana çatdırılma şərti ilə və ödəniş şərtlərindən (avans, sonra ödəmə) asılı olaraq qiymətlər məhsulun 1 tonu üçün 230-343 ABŞ dolları arasındadır. Ən mühüm məsələ isə PwC şirkəti özü belə etiraf etmişdir ki, o əslində hər hansı bir bazar araşdırması aparmamış və müstəsna olaraq cavabdehin ona təqdim etdiyi məlumatlar əsasında bu “Araşdırma Hesabatı”nı hazırlayıbdır və cavabdehin ona təqdim etdiyi məlumatların düzgünlüyünü yoxlamamışdır.

46. Müqavilə üzrə malların faktiki qəbul edilməsindən 3 ildən çox müddət keçdikdən sonra həmin müqavilənin guya etibarsız olduğunu bildirməklə cavabdeh hüquqlarından sui-istifadə etmiş və vicdanlılıq prinsipinə zidd hərəkət etmişdir. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrinə görə, cavabdeh hazırda mübahisələndirməyə cəhd etdiyi alqı-satqı müqaviləsi üzrə malları gömrük rəsmiləşdirilməsindən keçirməklə faktiki olaraq qəbul etmişdir və malların qəbul edilməsindən artıq 3 ildən çox müddət keçmişdir. Bundan əlavə, malların qəbul edilməsindən 3 ildən çox müddətin keçməsinə baxmayaraq cavabdeh alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş müddətdə malların qiymətini hələ də iddiaçıya ödəməmişdir. Nə malları sifariş edərkən, nə malları faktiki olaraq qəbul edərkən, nə də malları qəbul etdikdən sonra cavabdeh malların qiymətinin yuxarı olması və ya müqavilənin etibarsız olması barədə heç bir iradə ifadəsi bildirməmişdir. Belə bir iddianı cavabdeh yalnız iddiaçı müqavilə üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdikdən sonra qaldırmışdır. Cavabdeh alqı-satqı müqaviləsi üzrə sifariş etdiyi malları qəbul etməsinə baxmayaraq onların dəyərini ödəməməklə müqavilə üzrə öz vəzifələrini kobudcasına pozmuşdur. Öz vəzifələrin i kobudcasına pozmuş olmasına baxmayaraq cavabdeh hazırda həmin müqavilənin etibarsızlığını iddia etmişdir. Kassasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

48. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

49. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

6. Mülki qanunvericiliyin prinsipləri... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər....” “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsin də mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.[195]...” “Maddə

339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağ a məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər....” “Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkə tdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir....” “Maddə

425. Öhdəli klərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə n əticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”...” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanı n verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin:... 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;... 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-in 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli qərarında göstərilmişdir ki: “... bu müddət kəsici müddət olmaqla müddətin axımı tərəfin öz hüququnun pozulduğunu bildiyi vaxtdan başlayır....”

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir s übutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

154. İddia ərizəsinə etiraz etmə və ya mülahizə təqdim etmə 154.1. İşdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

53. Cavabdeh hesab edir ki, mübahisəli müqavilə cavabdehin nümayəndəsinin qarşı tərəflə pis niyyətlə razılığa gəlməklə bağlandığından etibarsızdır.

54. Bu məqsədlə cavabdehin istinad etdiyi əsas dəlillərdən biri iddiaçının subyektiv hüququnun olmamasıdır. Belə ki, iddiaçı adında şirkət tərəfindən cavabdehə qarşı 2019-cu il 25 sentyabr tarixli müqavilə üzrə pul tələbi barədə qaldırılmış iddia üzrə Bakı Kommersiya Məhkəməsində 2021-ci il 5 noyabr tarixli qətnamə ilə iddia tələbi rədd edilmiş, qarşı tərəf apellyasiya şikayəti verməmiş və məhkəmənin qətnaməsi ilə razılaşmışdır. Həmin iş üzrə iddiaçı olmuş i ddiaçının nümayəndəsi Nümayəndə1dur və etibarnamə eyni şəxslərə eyni qaydada və səlahiyyətlərdə verilmişdir. Həmin müqavilə tərəfi olan iddiaçının möhürü ilə hazırkı iş üzrə iddiaçının möhürləri fərqli dillərdə və fərqli şəkillərdədir. Məhkəmənin istinad etdiyi iddiaçının məhkəməyə ünvanladığı 2022-ci il 10 avqust tarixli möhür əks olunan məktubu mötəbər hesab edilə bilməz. Ona görə ki, həmin vaxta qədər təqdim edilən bütün sənədlərdəki möhürlər (etibarnamə va digər sənədlərdəki) qırmızı və müqavilədə olmayan möhürlərdir. Bütün bunlar bir daha təsdiq etmişdir ki, hazırda iddiaçı olan şirkət ya digər möhürə malik başqa şirkətdir, ya da daha əvvəl iddia qaldırmış va iddia tələbi rədd edilmiş eyni adlı şirkətdir.

55. Məhkəmə kollegiyası hesab edir ki, kassator iddiaçının məhkəməyə ünvanladığı 2022-ci il 10 avqust tarixli məktuba qədər təqdim edilən bütün sənədlərdəki möhürlərin qırmızı və müqavilədə olmayan möhürlər olması barədə yalnız ümumi xarakterli ifadələrlə kifayətlənmiş, konkret iş materiallarına istinad etməmişdir. Digər tərəfdən, mübahisələndirilən qətnamədə göstərilmişdir ki, hər iki möhürün əksi qeyd edilən məktuba vurulmuşdur. Qeyd edilən məktub və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş invoysların üzərinə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindəki göy rəngli möhürün vurulması belə qənaətə gəlməyə əsas verir ki, hər iki möhür həqiqətən iddiaçının sahibliyindədir. Kassator məhkəmənin həmin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir və məhkəmə kollegiyası da bu mövqe ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

56. Kassasiya şikayəti nin digər dəlilinə görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-2/2022 və 13-2(102)-3/2022 saylı Qərardadları ilə cavabdehin keçmiş Baş Direktorunun bir sıra şirkətlərlə pis niyyətlə razılığa girərək bazar qiymətlərindən dəfərlərlə yüksək qiymətlərə müqavilə imzaladığı təsbit edilmiş, apellyasiya məhkəməsi bu halı da nəzərə almamışdır.

57. Halbuki cavabdehin istinad etdiyi və iş materiallarında olan həmin qərardadlarda (V cild, i/v 134-156) hazırkı iş üzrə iddiaçının deyil, digər şirkətlərin adları göstərilmişdir. Bundan başqa, həmin qərardadların “Plenumun hüquqi məsələlərlə bağlı mövqeyi” hissəsində qeyd olunmuşdur ki, “Belə olan halda qarşı tərəfin möhürünün cavabdehin direktorunda olması, iddianın əsasını təşkil etmiş müqavilələrin həmin möhürlə vurulmasına dair mütəxəssis rəyinin, aktın və ekspert arayışının olmasından ibarət hallar, işə baxılan zaman istinad edilən müqavilələr üzrə tərəflərin müəyyən etdiyi qiymətlərin reallığa uyğun olmaması ilə bağlı dəlillərin mövcudluğu baxımından bu müqavilələrin bağlanması zamanı cavabdehin qanuni təmsilçisi olmuş Ramin İsayevlə iddiaçı arasında işlərin, xidmətlərin onların real dəyərindən əhəmiyyətli dərəcədə yuxarı qiymətə satın alınmasından ibarət pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanması qənaətinə gəlməyə imkan verən hallara aiddir.”

58. Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun qərardadlarında tərəflərin pis niyyətlə razılığa gəlməsini ehtimal etməyə əsas verən hal kimi, qarşı tərəfin möhürünün cavabdehin keçmiş direktorunda olması və mübahisəli müqavilələrə həmin möhürün vurulması müəyyə n edilmiş və bu hallar qiymətlərin reallığa uyğun olmaması baxımından dəlillərin mövcudluğu ilə əlaqələndirilmişdir.

59. Hazırkı halda isə iddiaçının möhürünün cavabdehin keçmiş direktorunda olması və mübahisəli müqavilələrə həmin möhürün vurulması nə sözügedən qərardadlarda, nə də hazırkı işə baxmış məhkəmələrin qətnamələrində müəyyən edilmişdir.

60. Müqavilə qiymətlərinin dəfələrlə yüksək olmasına dair dəlilə gəldikdə isə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq və MM-in 390.1-ci maddəsində (bax § 49) nəzərdə tutulmuş müqavilə azadlığı prinsipinə və MM-in 398.1-ci (bax § 49), eləcə də 6.2-ci maddələrinə (bax § 49) istinad edərək hesab edir ki, satış qiymətlərinin yüksəkliyi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün müstəqil əsas ola bilməz və müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilməlidir. Hazırkı iş materiallarında isə iddiaçı ilə əvvəlki direktor arasında qanunsuz razılaşma olması barədə hər hansı mötəbər sübut mövcud deyil. Həmçinin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində haqlı olaraq göstərmişdir ki, mübahisələndirilən müqavilə üzrə satılmış malların dəyəri keçmiş direktorun fəaliyyəti dövründə də iddiaçıya ödənilməmişdir.

61. O da nəzərə alınmalıdır ki, mübahisəli müqavilənin predmetini təşkil edən malların dəyəri üçün dövlət tərəfindən qəbul edilən müvafiq hüquqi aktlarla müəyyən edilmiş icbari qiymətlər (tariflər) mövcud deyildir. Bu baxımdan, tərəflər müqavilə qiymətlərini sərbəst şəkildə razılaşdırmaqla hər hansı hüquq pozuntusuna yol verməmişlər. Bununla əlaqədar məhkəmənin müəyyən edilmiş qiymətlərlə bağlı müqavilə azadlığı prinsipinə istinad etməsi hüquqazidd olmamışdır.

62. Məhkəmə kollegiyasının mövqeyinə görə, satınalma/tender prosedurlarına riayət edilməməsinə dair dəlil də mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarından aydın olur ki, həmin prosedurlar cavabdehin daxili sənədləri ilə müəyyən edilmişdir. Bu səbəbdən də onların iddiaçı üçün hər hansı imperativ hüquqi qüvvəsi yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi bununla bağlı da hər hansı yanlış nətricəyə gəlməmişdir.

63. Mübahisələndirilən qətnamədə o da tamamilə doğru vurğulanmışdır ki, əvvəlki direktorun fəaliyyətinin cavabdehin mənafeyinə uyğun olmaması və nəticədə hüquqi şəxsə ziyan dəyməsi cavabdehə əvvəlki direkt ora qarşı ziyanın ödənilməsi üçün iddia qaldırmaq hüququ versə də, əqdin etibarsızlığını şərtləndirən əsasların mövcudluğu təsdiq edilmədiyi halda tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün əsas ola bilməz.

64. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin satılmış malların keyfiyyətsizliyinə dair dəlillərlə bağlı MM-in 587.5-ci maddəsinə istinad etməsi əsaslı olmuşdur. Çünki həmin maddə (bax § 49) məhz etibarlı alqı-satqı müqavilələrinə aiddir. Baxılan işdə də mübahisəli alqı-satqı müqaviləsinin etibarsızlığı, yuxarıda qeyd olunduğu kimi, işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Bu baxımdan, sözügedən müqavilənin etibarsız olduğunu iddia edən cavabdehin MM-in 587.5-ci maddəsinin t ətbiqi üçün əsasların mövcud olmamasına dair mövqeyi əsassızdır.

65. Eyni zamanda, məhkəmə kollegiyası mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün əsasların mövcud olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdığından, iddiaçının müqavilənin etibarsız hesab edilməsi barədə müraciət edilməsi üçün qanunla müəyyən edilmiş kəsici müddəti ötürmədiyinə dair dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.

66. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88 -ci maddəsinin (bax § 51) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 51) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 dekabr 2-2(103)-119/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 6 dekabr 22(103)-119/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar