Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-188/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 noyabr tarixli 2-2(104)-195/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dondurma saxlamaq üçün anbarın (bundan sonra – “anbar”) geri qaytarılması, bu mümkün olmadıqda isə anbarın ümumi dəyərini təşkil edən 25.000 ABŞ dolları pulun (qətnamə icra olunan tarixə dollar ekvivalentinə uyğun olaraq) və 218 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə zəruri şərait yaradılmışdır. Belə ki, Gəncə şəhəri və ətraf rayonlarda satışın həyata keçirilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondur ma saxlamaq üçün anbar (motor qrupu) müvəqqəti istifadə üçün verilmişdir. Göstərilən əmlakın cavabdehin müvəqqəti istifadəsinə verilməsi faktı 5 aprel 2007-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunur. Həmçinin xx.xx.2018 tarixində üzləşmə aparılmış və nəticədə tərtib olunan üzləşmə aktına əsasən yuxarıda adıçəkilən əmlakın qanunsuz olaraq cavabdehin istifadəsində olduğu müəyyən edilmişdir. Cavabdehlə iddiaçı arasında olan alqı-satqı əməliyyatları artıq 2 ildir ki, dayandırılmışdır. Cavabdehdən dəfələrlə şifahi və yazılı qaydada yuxarıda adıçəkilən əmlakın geri qaytarılması və ya onun dəyərinin ödənilməsi tələb olunsa da, sonuncu əmlakın dəyərini ödəməmiş və əmlakı geri qaytarmamışdır.
3. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, mübahisə edilən əmlakın ona verilməsini sübut edən heç bir sənəd iş materiallarına əlavə edilməyib. Çünki belə bir sənəd yoxdur. Hətta belə bir hal baş versə belə, bu iş üzrə iddia müddəti ötürülmüşdür.
4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Mülki Məcəllənin 384.0.4-ci maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil olunmur.
5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, onu savadsızlı ğından istifadə edərək şirkətə dəvət edib, borca imza atdırıblar. 2007-ci ildə qurğunu götürmüşdür. Lakin onun pulunu 2017-2018-ci illərdə şəxsən ödəmişdir. Şirkətin direktorunun qardaşı Adil Şərifova şəxsən pulu vermişdir. Lakin, bu zaman heç bir sənədləşmə aparılmamışdır. Soyuducuları qaytarmışdır. Pulu verməsi ilə bağlı rəsmi sənəd yoxdur. 2020-ci il və 2022-ci illərdəki üzləşmə aktlarında dondurma saxlamaq üçün motor qrupun adı qeyd edilmir. Pretenziyaya cavab vermişdir ki, onda iddiaçının dondurma aparatı yoxdur. Tam yadında deyil ki, yazılı yoxsa şifahi məlumat vermişdir. 2020 və 2022-ci illərdəki üzləşmə aktlarında imza edilərkən Azər müəllim iştirak etmişdir. Dondurma qrupu həmin aktlarda qeyd edilməyib. O, sənədləri vəkilə vermiş, ona güvənmişdir. 2017-ci ildə 25 min dollar dəyəri ndə pul ödəmişdir. Pulu hissə-hissə ödəmişdir. Axırıncı hissəsini 2018-ci ildə ödədiyi üçün akta qol çəkmişdir. 2020 və 2022-ci illərdəki aktlarda həmin qurğudan söhbət getmir. Məhkəməyə təqdim olunmuş rəhbər E.Şərifovun və mühasibin imzası olan akt saxtadır. Həmin aktda rəhbərlik imza etməyib. O, pulu Adil Şərifova vermişdir. Onlarla arasında heç bir sənədləşmə olmayıb. Onun anbar barəsində heç bir borcu, öhdəliyi yoxdur. 2020 və 2022-ci illərdəki üzləşmə aktlarında anbar qeyd edilmədiyi üçün imza edib, borcu qəbul etmişdir. 39 dondurucunu qaytarmışdır. 27 dondurucunu da deməsinə rəğmən aparmamışlar.
6. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, sübutlar məhkəmə baxışında o halda qəbul edilir ki, sübut əvvəl onlarda olmamışdır. Bu aktlar ona 2 gündür çatıb. Xahiş edir ki, həmin sənədlər məhkəmə tərəfindən qəbul edilsin. Bir də ki üzləşmə aktı hüquqi sənəd deyil. 2018-ci ildəki akt ancaq baş mühasib tərəfindən imzalanıb, rəhbərlik tərəfindən imzalanmayıb. 2020 və 2022-ci illərdəki üzləşmə aktlarını dünən əldə etmişdir, ona görə də xahiş edir ki, aktlar sübut kimi qəbul edilsin. Həm də ki, iddia müddəti ötürülüb. İddia müddəti 10 il götürülsə, iddia müddəti keçdiyi üçün iddia təmin edilməməlidir.
7. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 9 iyul tarixli e-2-2(115)-701/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: Rəşad Məmmədov).
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh iddiaçı şirkətdən dəyəri 25000 dollar olan eni 4 m, uzunlu ğu 11 m, hündürlüyü 2,8 m olan dondurma saxlamaq üçün anbar verilmiş, bu hal və digər borclar barədə məlumatların qeyd olunduğu akt Cavabdeh imzası ilə təsdiq edilmişdir. 9. xx.xx.2018-ci il tarixli üzləşmə aktlndan görünür ki, ümumilikdə iddiaçının Cavabdeh dəyəri 25000 dollar olan dondurma saxlamaq üçün motor qrupu və mübahisəli 5500 manat pulu olduğu hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir. 10. 06.06.2024-cü il tarixli icra sənədindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin e-16(115)-11/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borcu Cavabdeh istifadəsində olan dəyəri 25000 dollar olan eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2,8 m olan dondurma saxlamaq üçün anbarın üzrərinə həbs qoyulmuşdur.
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehə iddiaçı tərəfindən dondurma saxlamaq üçün anbar müvəqqəti istifadə üçün verilmiş, tərəflər arasında olan alqı-satqı əməliyyatları dayandırılmasına rəğmən sözügedən əmlak qanunsuz olaraq cavabdehin istifadəsindədir. Cavabdeh həmin əmlakın dəyərini ödədiyini bildirsə də, bunu təsdiq edən sübütları məhkəməyə təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında ziddiyətli izahat verərək əvvəlcə borcu 2017-ci ildə ödədiyini, daha sonra hissə-hissə 2018-ci ilədək ödədiyini və buna görə də 2018-ci il tarixli üzləşmə aktında imzası olduğunu dediyindən, eyni zamanda ödəniş olunduğunu təsdiq edən sənədi təqdim etmədiyindən sözügedən məbləğdə borcu ödədiyi halı təsdiq olunmamışdır.
12. Məhkəmə, həmçinin iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə hesab etmişdir ki, hazırkı tələb iddia müddətinin şamil edilmədiyi tələ blər sırasındadır.
13. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 152.5, 157.2, 384.0.4-cü, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 noyabr tarixli 2-2(104)-195/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir (hakimlər: Ş.Rzaquliyev – sədrlik edən və məruzəçi, R.Məcidov və L.Sü leymanov).
16. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh 2004-cü ildən 2020-ci ilədək iddiaçının istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmuş, bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dondurma məhsulları, həmçinin dondurmaların saxlanması üçün soyuducular verilmiş, qarşılıqlı fəaliyyətlə bağlı aralarında hər hansı müqavilə bağlanmamış, mal-material qalığı və dondurma məhsullarının ödənilməmiş dəyəri ilə bağlı aralarında yeganə sənəd üzləmə aktları tərtib edilmiş, tərəflər 2020-ci ildə qarşılıqlı fəaliyyəti dayandırdıqdan sonra cavabdehin iddiaçı qarşısında qaytarılmamış mal-material və aldığı dondurma məhsulların dəyərindən ödənilməmiş məbləğ qalmış, ona görə də iddiaçı müvafiq iddia ərizəsi məhkəməyə müraciət etmiş, iddia tələbi Gəncə Kommersiya Məhkəməsi nin xx.xx.2023-cü il tarixli e-2-2(115)-940/2023 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Hazırda isə iddiaçı yenidən iddia ərizəsi ilə müraciət edərək cavabdehdə 25000 ABŞ dolları dəyərində eni 4 m, uzunluğu 11 m, hündürlüyü 2.8, ümumi dəyəri 25000 ABŞ dolları olan dondurma saxlamaq üçün anbarın (motor qrupunun) da qaldığını göstərmişdir. Halbuki dondurma saxlamaq üçün anbarın (motor qrupunun) iddiaçıda qaldığı, daha doğrusu dəyərinin ödənilmədiyi, yəni borc olaraq qaldığı işə əlavə edilmiş iş üzrə hər iki tərin təsdiq etdiyi üzləşmə aktı və işdə olan iddiaçının cavabdehə qarşı iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)940/2023 saylı qətnaməsi ilə inkar olunur.
17. Birinci instansiyanın gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişd ir ki, iş materiallarında olan 2013-2018-ci illərə aid üzləşmə aktında İddiaçı MMC-yə məxsus dəyəri 25000 dollar olan dondurma saxlamaq üçün motor qrupunun olması qeyd edilib, 2020-2022-ci illərə aid üzləşmə aktında isə həmin motor qrupunun cavabdehdə olması göstərilməmiş, o barədə iddiaçının cavabdehə qarşı iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(115)-940/2023 saylı qətnaməsində də qeyd edilməmişdir.
18. Bununla da məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında ticarət münasibətləri şifahi qaydada aparıldığından və cavabdeh dondurma saxlamaq üçün motor qrupunun hissə-hissə 2018-ci ilədək ödədiyini və buna görə də 2018-ci il tarixdən sonrakı üzləşmə aktında motor qrupunun ona verilmişi barədə qeydlərin aparılmaması səbəbindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə səhv nəticəyə gəlmişdir.
19. Məhkəmə mövqeyini MM-in 152.1, 152.5, 157.2-ci, MPM-in 14.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MPM-in 77.1, 88, 380.1, 389-cu maddələri üzrə - cavabdeh birinci instansiya məhkəməsində təqdim etmədiyi sübutları apelyasiya instansiyasında təqdim etmiş, məhkəmə də prosessual pozuntuya yol verərək sübutu iş materiallarına daxil etmişdir. Belə ki, cavabdeh qeyd etmişdir ki, nümayəndə onu aldatmış və xəbərdar olmamış, buna görə də sübutları məhkəməyə təqdim edə bilməmişdir. Lakin cavabdeh özü bütün məhkəmə proseslərində iştirak etmişdir, həmçinin nümayəndəsi dəfələrlə sübut təqdim edəcəkləri bəhanəsi ilə iclasın təxirə salınmasını xahiş etmişdir. Yəni cavabdeh bütün prosesdən xəbərdar idi və sübutu apelyasiya məhkəməsinə təqdim etməsi əsassız və qanunaziddir. Həmçinin, hazırkı mübahisənin predmeti olan motor qrupu (anbar) əvvəlki məhkəmə mübahisəsinin predmeti olmamışdır. Ona görə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-22(115)-940/2023 saylı qətnaməsinə istinad etməsi anlaşılan deyil və qanunvericiliyin tələbinə ziddir. Bundan əlavə, tərəflər öz iddialarını sübuta yetirməlidirlər və bu zaman mübahisə predmetinin dəyərinin ödənilməsinə dair sübut da məhkəməyə təqdim olunmalıdır. Cavabdeh apelya siya instansiyasında bildirmişdir ki, əmlakın dəyərini ödəmişdir, ancaq bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə isə ziddiyyətlərə münasibət bildirməmiş və iş materiallarında mövcud olan sübutları qiymətləndirmədən qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
23. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
407. Müqavilənin bağlanması anı 4 07.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.” “Maddə
408. Oferta 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.” “Maddə
409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər gö stərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.”
25. Azərbaycan Respublikasının Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə
218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Ma ddə
361. Apellyasiya şikayətinin məzmunu 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.” “Maddə
380. Sübutların araşdırılması 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları el an edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əs asları 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir.
27. Belə ki, MPM-in 361.4, 372.2, 380.1-ci maddələrindən müəyyən edilir ki, apellyasiya şikayəti verən şəxs yalnız o halda birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad edə bilər ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi də yalnız o halda yeni sübutları qəbul edə və araşdıra bilər ki, iş də iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. Hazırki işdə isə apellyasiya instansiyası məhkəməsi cavabdehin təqdim etdiyi yeni sübutları qəbul edərək araşdırmış və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmışdır. Lakin MPM-in qeyd olunan maddələrinin tələblərini pozaraq yeni sübutların təqdim edilməsi səbəblərini tərəflərlə müzakirə etməmiş və qətnamədə həmin sübutların qəbul edilməsi səbəblərinə aydınlıq gətirməmişdir.
29. Bundan əlavə, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. MPM-in 218.1-ci maddəsində isə təsbit edilmişdir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
31. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflərin hansı hüquqi münasibətdə olmalarına tam aydınlıq gətirməmişdir.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin 2004-cü ildən 2020-ci ilədək iddiaçının istehsal etdiyi dondurma məhsullarının satışı ilə məşğul olmasını və bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə dondurma məhsulları, həmçinin dondurmaların saxlanması üçün soyuducuların verilməsini müəyyən etsə də, tərəflər arasında olan həmin münasibətlərin hüquqi xarakteri, yəni hansı növ müqavilə münasib ətlərində olmaları üzrə hüquqi dəyərləndirmə aparmamışdır.
33. Halbuki bu məsələ həll olunmadan iş üzrə hansı qanunun tətbiq edilməli olduğunun müəyyən edilməsi mümkün deyildir. Çünki mübahisə predmeti olan soyuducu cavabdehə əvəzsiz istifadə müqaviləsi üzrə verildiyi halda MM-in 36-cı fəslinə aid müddəalar, kirayə və ya icarə müqaviləsi üzrə verildiyi halda MM-in 33-34-cü fəsillərinə aid müddəalar və yaxud başqa növ müqavilə üzrə verildiyi halda MM-in müvafiq müqaviləsinə aid müddəalar tətbiq olunmalıdır. Həmin müddəalar əsasında isə tərəflərin öhdəlikləri, hüquq və vəzifələri müəyyən edilməli və bundan asılı olaraq onların üzərinə düşən sübutemə vəzifəsi müəyyən edilərək tələbin əsaslı olub-olmamasına qiymət verilməlidir.
34. Eyni zamanda, tərəflər arasında olan müqavilə münasibətləri üz rə hüquqi dəyərləndirmə aparılarkən nəzərə alınmalıdır ki, MM-in 407.1, 408.1, 409.1, 409.4-cü maddələrinin tələblərinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Oferta o zaman verilmiş sayılır ki, təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı isə aksept sayılır. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.
35. Bu baxımdan izah edilir ki, qanunvericilikdə müqavilənin formasına dair tələblər olmadıqda və tərəflərin konklyudent hərəkətlərindən onların faktiki müqavilə münasibətlərinə daxil olduğu müəyyən edildikdə qəbul edilməlidir ki, MM-in 408.1, 409.4, 407.1-ci maddələrinə uyğun olaraq oferta verilmiş, oferta aksept edilmiş və müqavilə bağlanmışdır.
36. Yalnız belə hüquqi dəyərləndirmə aparılmaqla qəbul edilmiş məhkəmə qətnaməsi MPM-in 217.1-ci maddəsində müəyyən edildiyi kimi qanuni və əsaslı hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə həmin normanın tələblərinə cavab vermir.
37. Qeyd olunanları nəzərə alaraq və MPM-in 418.3-cü maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edi lməli və iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 16 noyabr tarixli 2-2(104)-195/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın.