Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-69/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı avadanlığın geri qaytarılması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1238/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra-“cavabdeh”) qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 2.689.457,12 avro dəyərində RA 106-6+L+T+T+L ALV2 CX UV çap maşınının təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 25 oktyabr tarixli e-2-2(113)-3200/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, RA 106-6+L+T+T+L ALV2 CX UV çap avadanlığı təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə cavabdehdən alınaraq iddiaçıya verilmişdir (hakim K.Hüseynov).
3. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 11 dekabr tarixli 2-2(103)-1238/2024 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir (sədrlik edən-məruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova, Z.Şirinov).
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı halda iddia tələbinin predmetini “RA 106-6+L+T+T+L ALV2 CX UV” çap maşınının qaytarılması təşkil etdiyindən iddia tələbi qiymətləndirilən iddialara aid edilməklə iddianın q iyməti qaytarılması tələb olunan əmlakın dəyəri ilə müəyyən edilməlidir. Lakin iddiaçı dövlət rüsumunu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödəməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5 və 8.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 112.1.1, 363.1.2 və 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
7. Cavabdeh tərəfindən qərardaddan verilmiş kassasiya şikayətində, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin mümkün hesab edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2 və 8.6 -cı maddələri üzrə-hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda, həmin iddia üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilərkən ödənilmiş rüsumun yarısını deyil, fərqli və cavabdeh üçün aydın olmayan məbləğin ödənilməsini tələb etmək, dövlət rüsumuna dair qanunun qəbul edilərkən nəzərdə tutduğu məqsəd və vəzifələrinə uyğun olmamaqla yanaşı, Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik konstitusion prinsip və normalara zidd davranmaqdır. Məhkəmənin məsələyə bu cür yanaşması və nəticə etibarı ilə qəbul etdiyi məhkəmə aktı(qərardadı) qanunsuz və əsassız olmaqla, hüququn təməl prinsilərindən olan bərabərlik prinsipinin pozulması, qeyd olunan konstitusion normaların, xüsusilə də hə r kəsin məhkəməyə müraciət hüququnun kobud pozulması, qeyri-legitim, gözlənilən nəticəyə mütənasib olmadan, məhdudlaşdırılmasıdır.
9. MPM-nin 112.1.2, 363.1.2, 366.1 və 366.2-ci maddələri üzrə-apellyasiyanın mümkünlüyü yoxlanarkən qeyd edilən prosessual hüquq normalarının tələbləri pozulmuş, düzgün tətbiq edilməmişdir. Barəsində şikayət verilən qərardadın məzmunundan da görünür ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətini yoxlayarkən işə birinci instansiya məhkəməsində baxılan zaman iddianın qiyməti və dövlət rüsumunun ödənişi ilə əlaqədar yol verilən prossesual pozuntuları müəyyən etməyə, habelə öz mülahizəsi ilə geri tələb olunan avadanlığın qiymətini müəyyən etməyə çalışmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil ol mamışdır. Kassasiya baxışının hədləri
11. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
12. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 13. “Dövlət rüsumu haqqı nda” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri... 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda - 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla)... 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə - bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi...”
14. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Proses sual Məcəlləsinin “Maddə
112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;...” müvafiq Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:... 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;...” “Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması... 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar y oxdursa, o, qəbul olunmamış hesab edilə bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 15.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini işin materialı ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.
16. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinin məzmunundan aydın olur ki, apellyasiya və kassasiya şikayətləri verilərkən eyni həcmdə, yəni həmin iş üzrə iddia verilərkən ödənilən dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilir. 17.İşin materiallarından göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti üzrə ödənilən dövlət rüsumunun məbləği, iddia verilərkən ödənilən rüsumun 50 faizi həcmində olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya b axışı zamanı cavabdehin apellyasiya şikayətinin mümkünlüyünə “Dövlət rüsumu haqqında” Qanunun qeyd olunan maddəsinin tələbləri baxımından yenidən qiymət verilməlidir. 18.Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qərardadı prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. 19.Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 11 dekabr tarixli 22(103)-1238/2024 nömrəli qərardadı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.