Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-189/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” MMC-nin cavabdeh XXXa qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-189/19 Bakı şəhəri 07 avqust 2019-cu il 07.08.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı “xxxx” MMC-nin vəkili XXXun, cavabdeh XXXun və vəkili Vəkil iştirakları ilə, cavabdeh XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabar 2018-ci il tarixli, 2-2(103)-797/2018 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı “xxxx” MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh XXXa (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.353,59 pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2-2(81)592/2018 saylı qətnaməsi ilə (hakim Hüseyn Məhəmmədov) iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2-2(103)-797/2018 saylı qətnaməsi ilə (sədrlik edən hakim Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehdən iddiaçı “xxxx” MMC-nin xeyrinə 15.353,59 manat məbləğində pul və ödənilmiş 45 manat dövlət rüsumu tutulması qət edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsı Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı və cavabdeh arasında 05 fevral 2018-ci il tarixli “Görülmüş işləri hesabatı, üzləşdirilməsi və ödəniləcək məbləğlərin müəyyən olunması” barədə müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndində göstərilmişdir ki, tərəflər razılığa gəlir və qəbul edirlər ki, 29 mart 2016 – 05 ok tyabr 2016-cı il tarixləri aralığında alıcı tərəfindən satıcıdan adı, miqdarı, vahidinin qiyməti və cəmi qiyməti cədvəldə göstərilmiş 28.504,29 AZN məbləğində mal-materiallar alınmışdır; Müqavilənin 3-cü bəndinə əsasən satıcı bəyan edir ki, alıcı tərəfindən bu Müqavilənin 1-ci bəndindəki cədvəldə göstərilmiş mallar həmin cədvəldə göstərilmiş miqdarda və qiymətdə Alıcıya satılmış, Alıcı tərəfindən isə 13.040 AZN məbləğində ödəniş edilmişdir. Müqavilə tarixinə Alıcının Satıcıya 15.353,59 AZN məbləğində ödənilməmiş borcu vardır; Müqavilənin 4-cü bəndinə görə alıcı isə öz növbəsində bəyan edir ki, bu müqavilənin 1-ci bəndindəki cədvəldə göstərilmiş malların həminr cədvəldə göstərilmiş miqdarda və qiymətdə almış, əvəzində isə həmin cədvəldə göstərilmiş və ödənilməli olan cəmi məbləğdən müxtəl if vaxtlarda Sərxan və Aysul adlı şəxslərə 28.504,29 manat satıcıya ödəmişdir. Hazırki tarixə alıcının satıcıya ödənilməmiş borcu yoxdur; Müqavilənin 5-ci bəndində qeyd olunur ki, tərəflər qəbul edirlər ki, bu Müqavilənin 3cü bəndində qeyd olunmuş 15.353,59 AZN məbləğində qalıq borc məsələsi açıq, mübahisəli olaraq qalır və Tərəflər həmin borcun ödənilməsi ilə bağlı hər-hansı razılığa gələ bilmirlər. Cavabdeh tərəfindən 29 mart 2016-cı ildən 05 oktyabr 2016-cı ilədək cəmi 28504,29 manat dəyərindən mal-materialların alınması, dəyərindən 13040 manatının ödənilməsi işin mübahisələndirilməyən halıdır. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, 05 fevral 2018-ci il tarixli müqaviləni imzalamaqla cavabdeh iddiaçı tərəfindən ona cəmi 28.504,29 AZN məbləğind ə mal-material satıldığını qəbul etdiyindən, verilmiş malmaterialın dəyərinin tamamilə ödənilməsini sübut etmək vəzifəsi də onun üzərinə düşür. Lakin iddia olunan 15.353,59 manat borcun cavabdeh tərəfindən ödənilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi prosessual hüquq normlar kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, maddi hüquq normaları kimi 442, 448, 567, 598-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayəti Sonuncu qətnamədəncavabdeh kassasiya şikayəti verərək,onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş etmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qərarda müqavilə kimi qiymət verilən sənəd mülki qanunvericiliyin əqdin etibarlı olmasını şərtləndirən ümumi prinsipləri ilə uyğunl uq təşkil etmir. Müqavilə adlandırılsa da, əslində iclas protokolu xarakteri daşıyan bu sənədin bəndləri bir-birinə ziddiyyət təşkil edir və tərəflər heç bir bənddə ortaq fikrə gəlməmişdirlər. Məhkəmə yalnız “müqavilədə”dəki hərfi mənaya istinad edərək cavabdehin borclu olduğu qənaətinə gəlmişdir. Digər əsas kimi bildirilmişdir ki, iddiaçının sübut kimi təqdim etdiyi dəyərinin ödənilmədiyinə istinad etdiyi satış qəbzləri ksero surət olduğundan prosessual qanunveriliyin tələblərinin pozunusu kimi qiymətləndirilməlidir. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 337.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddələrinə istinad olunmuşdur. Tə r ə f l ə r i n iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kass asiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdişdir ki, tərəflər arasında müqavilə imzalanmaqla cavabdeh iddiaçı tərəfindən ona cəmi 28.504,29 manat məbləğində malmaterial satıldığını qəbul etmiş, verilmiş mal-materialın dəyərinin 15.353,59 manat olan hissədə borcunun ödənilməsini təsdiq edən hər hansı sübutu cavabdeh təqdim etmədiyindən, iddiaçının tələbi əsaslı olmuşdur. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, tərəflər arasında imzalanmış sənəd mülki q anunvericiliyin əqdin etibarlı olmasını şərtləndirən ümumi prinsipləri ilə uyğunluq təşkil etmir, sənədin bəndləri bir-birinə ziddir və tərəflər heç bir bənddə ortaq fikrə gəlməmişdirlər. Məhkəmə yalnız “müqavilədə”dəki hərfi mənaya istinad edərək cavabdehin borclu olduğu qənaətinə gəlmiş, halbuki mülki qanunvericiliyinin tələbləri pozulmaqla bağlanmış əqs etibarsız hesab olunmalıdır. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Cavabdehin kassasiya şikayətində bildirmiş dəlillin mahiyyəti ona dəlalət edir ki, cavabdeh apellyasiya məhkəməsinin istinad etdiyi müqavilənin məzmunu baxımından mülki qanunveriliyin tələblərinə uyğun olmadığı əsası ilə onun etibarsız olduğuna əsaslanmışdır. Mülki Məcəlləsinin: - 329-cu maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur; - 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; - 567-ci maddəyə əsasən, a lğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddələrin məzmunundan göründüyü kimi, əqdin növü olan müqavilələr şifahi və ya sadə yazılı formada da bağlanıla bilərlər. Müqavilənin yazılı qaydada bağlanması məcburiliyi yalnız Məcəllədə həmin növ müqavilə üçün müəyyən edildiyi təqdirdə həmin müqavilə etibarlı hesab edilməlidir. Alqı-satqı müqavilələrə münasibətdə onların mütləq qaydada yazılı formada bağlanması müəyyən edilməmişdir. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə tərəflər arasında ilk olaraq şifahi bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Cavabdeh belə münasibətlərin yaranmasını inkar etməmişdir. İd diaçı üzərinə götürdüyü öhdəlikləri, yəni müəyyən edilmiş əşyaları çeşid və miqdarda, habelə dəyəri müəyyən edilməklə alıcının mülkiyyətinə verdiyinə əsaslanmışdır. Verilmiş əşyaların çeşid, miqdar və dəyəri barədə tərəflər şifahi alqı-satqı müqaviləsi bağlandıqdan sonra yazılı qaydada tərtib edilmiş 05 fevral 2018-ci il tarixli müqavilədə əks etdirmişdirlər. Həmin müqaviləyə münasibətdə məhkəmə kollegiyası aşağıdakı qaydada hüquqi qiymətini verilməsini zəruri hesab edir. Mülki Məcəllənin: - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.4-ci maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmu ş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir; - 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddələrin tələblərindən göründüyü kimi, mülki qanunvericlik müqavilə azadlığı prinsipi əsasında fiziki və hüquqi şəxslərə müqavilələr bağlamaq və onların məzmununu müəyyənləşdirmək hüququnu vermişdir. O cümlədən, mülki dövriyyənin iştirakşıları mülki qanunveriliklə nəzərdə tutulmayan müqavilələr i də o şərtlə bağlaya bilərlər ki, həmin müqavilə göstərilən qanunveriliyin tələblərinə zidd olmasın. Bundan başqa, mülki qanunverilikdə həmçinin qarışıq müqavilələrin də bağlanması mümkünlüyü əks olunmuşdur. Müqavilə şərtləri tərəflərin istəyi ilə razılaşdırılsa da, lakin mülki qanunveriliyin tələblərinə zidd olmamalıdır. Müqavilənin şərtlərinə münasibətdə isə Mülki Məcəllənin: - 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; - 417-ci maddəsinə əsasən, müqavilənin st andart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsi ilə müəyyənləşdirilir. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Bu maddələrinin məzmununu görə isə, müqavilənin bağlanmış sayılması üçün iki şərtə əməl edilməlidir: tərəflər müqavilənin bütün mühüm şərtləri üzrə razılağa gəlməlidir və müqavilənin müəyyən edilmiş formasına riayət olunmalıdır. Müqavilənin standart şərtləri dəfələrlə istifadə edilməsi üçün nəzərdə t utulan müqavilə tərəflərindən birinin digərinə təqdim etdiyi şərtlərdir. Lakin standart şərtlər nəzərə alınmadan da müqavilənin fərqli, müfəssəl şərtləri də müəyyələşdirilə bilər. Sonuncular isə standart şərtlərə nisbətən üstünlük hüququna malikdirlər. Tərəflər arasında bağlanmış 05 fevral 2018-ci il tarixli müqavilə “Görülmüş işlərin hesabatı, üzləşdirilməsi və ödəniləcək məbləğlərin müəyyən edilməsi barədə” müqavilə kimi adlandırılmış və müqavilə şərtləri alqı-satqı və borcun etirafı müqaviləsinin ünsürlərini ehtiva etməklə, həmin müqavilələrə dair standart şərtlərdən fərqli şərtləri nəzərdə tutmuşdur. `Belə ki, müqavilənin 1, 2, 5-9-cu bəndləri tərəflərin razılağa gəlməsini ifadə etmişdir. Yəni tərəflər müvafiq əşyalarln alqı-satqısının həyata keçirdiyini və onun dəyərinin ümumilikdə 28.504,29 manat təşkil etdiyini razılaşdırmışdırlar. Lakin müqavilənin 3 və 4-cü bəndlərindən göründüyü kimi, tərəflərin razılaşması ondan ibarətdir ki, ödənilməli olan borc məbləği ilə bağlı tərəflər arasında fiki ayrılığı mövcud olmuşdur. İstinad edilən şərtlər isə müqavilənin müfəssəl müəyyənləşdirilən şərtləri kimi qəbul edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, bağlanmış müqavilənin etibarsız hesab olunması üçün əsaslar mövcud deyildir, çünki həmin müqavilə mülki qanunveriliyin tələblərinə uyğun bağlanmış əqddir. Məsələyə qiymət verərkən məhkəmə kollegiyası həmçinin Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin də bildirilməsini zəruri hesab edir. Belə ki, həmin qərarda göstərilmişdir ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən; məzmundan; formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavil ə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi qanunveriliyin tələblərinə uyğun olaraq istinad edilən müqavilənin tərəflərin iradə ifadəsini əks etdirən razılaşma kimi qəbul etməklə, həmin müqavilə şərtlərinə əsasən alqı-satqının həyata keçirdiyinə, alınmış mal-materiaların dəyərinin ümumi məbləğinin 28.504,29 manat təşkil etdiyinə, ondan 13.040 manat məbləğinin cavabdeh tərəfindən ödənildiyinə, tərəflər arasında mübahisəli məbləğin 15.353,59 manat təşkil etdiyinə düzgün olaraq əsaslanmışdır. Beləliklə, apellyasiya məhkəməsi həmin müqaviləyə istinadla cavabdehin iddiaçıya borcun olduğu faktını müəyyən etməmiş və bu hissədə cavabdehin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. Habelə, məhkəmə kollegiysaı göstərilmiş müqavilədə əks olunmuş razılaşmış şərtləri tərəflərin iradə ifadəsini əks etdirən fakt kimi qəbul etməklə cavabdehin o dəlilini də əlavə olraq qiymətləndirilməsini zəruri hesab etmir ki, iddiaçı tərəfindən satılmış mallara dair təqdim edilmiş sənədlər prosessual qanunveriliyin tələblərinə uyğun olaraq sübut kimi qəbul edilməməli idi. İşin hallarından göründüyü kimi, apellyasiya məhkəməsi həmin sənədləri sübut kimi qiymətləndirməmişdir. Alqı-satqı münasibətlərindən irəli gələn öhdəliklərin mübahisəli məbləğ çərçivəsində icra edilməməsinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. İşin halların görə, cavabdeh mal-materiaların dəyərinin ümumi məbləğinin 28.504,29 manat təşkil etdiyini qəbul etsə də, lakin onun 15.353,59 manat dəyirinin ödənilməsinə dair sübutları təqdim etməmiş və bu hissədə apellyasiya məhkəməsinin prosessual qanunveriliyin tələblərinə istinadını məhkəmə kollegiyası düzgün hesab edir. Belə ki, iqtisadi mübahisə üzrə məhkəmə icraatı tərəflərin bərabərlik prinsipini əks etdirməklə, hər bir tərəfin üzərinə onun irəli sürdüyü dəlillərinin özü tərəfindən sübut edilməsini ehtiva edir. Azərbaycan Respu blikası MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2); hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1); məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (80); qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (81). Prosessual qanunvericiliyin göstərilmiş müddəaların mənasından bəlli olur ki, əgər tərəf hər hansı bir tələbini irəli sürürsə, bunun sübutu kimi yazılı sənədə istinad etm ək olduğu halda, həmin sənədin etibarlılığı öz təsdiqini tapmalı və mübahisə doğurmamalıdır. Məhkəmə yalnız o sübutları qəbul edə bilər ki, həmin sübut müəyyən faktı təsdiq etsin. İşin hər hansı bir faktı yalnız qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidirsə, digər vasitələrlə həmin fakt sübuta yetirilə bilməz. İşin halını müəyyən edən sübuta isə müvafiq hüquq normaya əsasən qiymət verilməlidir. Bu tələblərə əsaslanmaqla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən alınmış mallara görə qanunveriliklə nəzərdə tutulmuş qaydada ödənişlərin aparılmasını (çek, qəbz, ödəniş tapşırığı, kassa-mədaxil orderi və s.) təsdiq edən sənədlər təqdim edilmədiyindən, onun tərəfindən sübutetmə yükü ilə bağlı vəzifəsi icra edilməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyas ı yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qətnamənin ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: cavabdeh XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 11 dekabar 2018-ci il tarixli, 2-2(103)-797/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-189/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-189/2019
07.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver