Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-19/2020 14.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi X2 Hüseynov (sədrlik edən, məruzəçi), hakimlər Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, Vahid Süleyman oğlu Rizvanovun katibliyi, cavabdeh İstehsalat Birliyinin vəkili Vəkil iştirakı ilə, X1 Cavabdehnə qarşı borcun silinməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Kərimli; iş No 2-2(82)-222/2019) iddianın təmin edilməsi; Cavabdeh İB-nin xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli aktına əsasən X3na hesablanmış 11.325,60 manat məbləğində borc silinməsi, iddiaçıdan yeni qaz sayğacına görə alınmış 531 manat, borca görə tutulmuş 100,50 manatın geri qaytarılması və iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İstehsalat Birliyindən tutulub iddiaçıya ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyev və V.Baxışova; iş № 22(103)-472/2019) apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il t arixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Birlik kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Deputat küçəsi 49 saylı evə (otelə) dair cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında iddiaçıdan tələb olunan itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanunsuz olaraq hesablanmış 11.325,60 manat məbləğində borcun iddiaçının adından silinməsinə, həmin otelə dair quraşdırılmış yeni qaz sayğacına görə iddiaçının ödədiyi 531 manat pulun alınaraq iddiaçıya geri qaytarılmasına, borca görə ondan tutulmuş 100,50 manat pulun cavabdeh İstehsalat Birliyindən alınaraq iddiaçıya ödənilməsi nə dair qətnamə qəbul edilməsini xahiş etmişdir etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, məhkəmə kollegiyasından həmin qətnaməni ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsni xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tətbiqi zamanı qanun pozuntusuna yol vermiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. KASSASİYA ŞİKAYƏTİNƏ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlillərinə dair hər hansı yazılı et iraz məhkəmə kollegiyasına təqdim edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış etmiş cavabdeh İstehsalat Birliyinin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsni xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əs asən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı və cavabdeh İstehsalat Birliyi arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğularından istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə” xx xxxx 2017-ci il tarixli ***-**-** nömrəli müqavilənin 1-ci bəndinə əsasən, Cavabdeh İB qazpaylayıcı kimi, hazırkı istehlakçını – iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olar aq paylayıcı cavabdeh İstehsalat Birliyi tərəfindən təqdim edilən hesaba ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə müvafiq olaraq qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək, 2.3.4-cü bəndinə görə, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilat-texniki tədbirləri yerinə yetirmək istehlakçının vəzifələri sırasına daxildir. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir. Həmin müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq istehlakçıya məxsus obyektə 1 ədəd su qızdırıcı, 1 ədəd qaz plitəsi quraşdırılmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli ******* saylı akta görə, iddiaçıya məxsus evə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən, obyektdə quraşdırılan sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi aşkar edilmişdir. Aktda dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb olunmuşdur. Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli hesabatına əsasən, qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 4.3 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış 56.628 m3 qazın dəyərinin ödənilməsi göstərilmişdir. İddiaçıya 11.325,60 manat məbləğində borc hesablanmışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki,qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçının məsuliyyət daşıması nə tərəflər arasında bağlanmış müqavilədə, nə də müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. İstehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə yalnız hüquqi şəxs olduqları halda, sayğacların təchiz edilməsinə, quraşdırılmasına və dəyişdirilməsinə görə isə yalnız sənaye qaz qurğularından istifadə etdikləri halda məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İş üzrə müəyyən edlir ki, iddiaçı ilə qaz paylayıcı arasında bağlanmış qazın alqısatqısı haqqında müqaviləyə əsasən iddiaçının istifadə etdiyi qaz qurğularının ümumi sərfiyyatı saatda 10 kub.m-dən az olduğundan həmin qurğular «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məişət qaz qurğularına aiddir. Bununla yanaşı tərəflər arasında bağlanılmış xx xxxx 2017-ci il tarixli 1132-03-17 nömrəli müqavilədən görünür ki, həmin müqavilədə istehlakçının sayğacın işlək vəziyyətdə saxlanması vəzifəsini daşıması nəzərdə tutulmamışdır. Əksinə müqavilədə qeyd edilmişdir ki, istehlakçı yalnız məişət qaz qurğularından istifadə etdiyi halda həmin müqavilənin sənaye qaz qurğularına aid müddəaları, o cümlədən istehlakçının qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək vəzifəsini nəzərdə tutan 2.3.4-cü yarımbəndi müqavilə tərəflərinə şamil edilmir. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh İB xx xxxx 2018-ci il tarixli ******* saylı aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Cavabdeh İstehsalat Birliyinin müdaxiləni sübut edən sənəd kimi, təqdim etdiyi akt sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi təsdiq edir, bu müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini təsdiq etmir. Həmçinin nəzərə alınmalıdır ki, sayğac iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin arxasında, ondan aralıda yerləşdirildiyi iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də sübuta yetirilir. Bu da öz növbəsində, müdaxilənin yalnız iddia çı tərəfindən edilə biləcəyi ehtimalını istisna edir. Sayğacın belə vəziyyətdə olması iddiaçının iradəsindən, təqsirindən baş vermədiyindən onun dəyişdirilməsinin iddiaçının hesabına yerinə yetirilməli olmaması, eləcə də müvafiq borcun əsassız sayıldığı halda, həmin borca görə alınmış məbləğin geri qaytarılmalı olması barədə 1-ci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab edərək təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla ə laqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçı İstehsalat Birliyininkassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu üçün qəbul edilməməlidir. Bundan başqa qeyd olunmaladır ki, iddiaçı İstehsalat Birliyi tərəfindən yuxarıda qeyd edilən yoxlama aparılarkən bu cür yoxlamaların aparılması üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl olunmamışdır; belə ki, həmin İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılan bu yoxlama müvafiq vahid məlumat reyestrində qeydə alınmamışdır. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında” xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. A zərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88 və 106.1-ci maddələrinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət verməli, həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum o lan faktlar barədə izahatları işdə toplanmış digər sübutlarla yanaşı yoxlanılmaqla qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-2(102)-19/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-19/2020
14.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver