Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-19/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-19/21 Bakı şəhəri xx xxxxxx 2021-ci il 09.02.2021 Açar sözlər: sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Azər Hüseynov və Bəhram Məmmədlidən ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin direktoru x1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-16/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhk əmə iclasında baxılmışdır. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) cavabdeh “xxxx” Sığorta Şirkətinə qarşı (bundan sonra mətndə cavabdeh) “xxxx” MMC üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin YBF2018-00046 saylı, xx xxxx 2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyi əsas gətirilərək müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin sığorta müqaviləsi əsasında sığortalanmış yükün xx xxxx 2018-ci il tarixdə itməsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 17.510 avro məbləğində sığorta ödənişinin və sığorta ödənişinin gecikdirilmiş hər gününə görə hesablanmış ümumilikdə 3572 avro dəbbə pulunun, ümumilikdə 21.082 avro məbləğində vəsaitin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan məzənnəsinə uyğun Azərbaycan manatı ilə hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehin YBF2018-00046 saylı xx xxxx 2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilmədiyi əsas gətirilərək müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin sığorta müqaviləsi əsasında sığortalanmış yükün xx xxxx 2018-ci il tarixdə itməsi ilə bağlı baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 17.510 avro həcmində sığorta ödənişinin, sığorta hadisəsi barədə sığortaçıya məlumat verildiyi tarixdən, yəni xx xxx xxx 2018-ci il tarixdən hazırki tarixədək cavabdeh tərəfindən sığorta ödənişinin gecikdirilmiş 294 təqvim gününün hər gününə görə sığorta ödənişi məbləğinin 0,1 faizi (17,51 avro) həcmində hesablanmış 5147,94 avro dəbbə pulunun, mülki iş üzrə vəkil xidmətinə görə ödənilmiş 700 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, müəssisə tərəfindən üçüncü şəxsə məxsus yükün Almaniyanın Hamburq şəhərindən daşınmasının təşkilinə dair sifariş qəbul olunmuş, bununla əlaqədar olaraq isə həmin yük YBF2018-00046 saylı, xx xxxx 2018-ci il tarixli sığorta şəhadətnaməsi əsasında sığortalanmış, sığorta şəhadətnam əsinin şərtlərinə əsasən həmin yükün sığorta təminatı xx xxxx 2018-ci il tarixdən başlanmaqla xx xxxxxx 2018-ci il tarixədək müəyyən edilmiş, sığorta haqqının isə 1 ay müddətində tam şəkildə, köçürmə yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. xx xxxx 2018-ci il tarixdə iddiaçıya həmin yükün itdiyi barədə məlumat verilmiş, iddiaçı isə cavabdehə bununla bağlı məlumat verməklə yükün hərəkəti və itməsinə dair müvafiq sənədləri təqdim etmişdir. Cavabdeh tərəfindən sığorta hadisəsi ilə bağlı hər hansı araşdırma aparılmadan sığorta haqqının ödənilməməsi əsas kimi göstərilməklə müqavilənin ləğv olunduğu bildirilmişdir. Halbuki, vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən müvafiq ödənişin həyata keçirilməsi üçün cavabdeh tərəfindən elektron qaimə-fakturanın təqdim olunması tələb olunsa da, iddiaçının əməkdaşlarının müraciətlərinə baxmayaraq elektron qaimə-faktura təqdim olunmamışdır. İddiaçı hesab etmişdir ki, mübahisəli sığorta müqaviləsi üzrə sığorta haqqının vaxtında ödənilməməsi iddiaçının təqsiri ucbatından baş verməmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, mübahisəli sığorta müqaviləsinin tələblərinə görə müəyyən edilmiş sığorta haqqı müqavilənin imzalandığı tarixdən 1 ay müddətində ödənilmədikdə müqavilə qüvvəyə minməmiş hesab olunur və heç bir hüquqi nəticə yaratmadan ləğv olunur. İddiaçının elektron qaimə-fakturanın verilməməsi səbəbindən ödəniş olunmamasına istinad etməsi əsassız olmuşdur. Belə ki, qaimə-faktura sığorta olunanın tələbinə əsasən verilməli idi, iddiaçı tərəfindən isə qaiməfaktura tələb olunmamışdır. Habelə, tə rəflər arasında 3 il ərzində dəfələrlə sığorta müqavilələri bağlandığından cavabdehin ödəniş hesabı iddiaçıya məlum olmuşdur. Bundan başqa bildirilmişdir ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsi yük sığortasının sirli yox olmasını sığorta ödənişini istisna edən hallardan biri kimi nəzərdə tutulmuşdur. Sığorta predmeti olan elektron avadanlıq da Almaniyanın Hamburq şəhərində aeroport yolunda sirli yox olduğundan bunun cavabdehliyini də iddiaçı daşımalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e2-2(81)595/2019 saylı qətnaməsi ilə (hakim Fərid Mədətli) iddia tələbi qismən, YBF 2018-00046 saylı xx xxxx 2018-ci il tarixli sığorta şəhadətnaməsi üzrə 17510 avro həcmində sığorta ödənişinin, 875,50 avro dəbbə pulu məbləğinin və vəkil xidmətinə görə çəkil miş xərcə görə 700 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir. Dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin 10 manat hissəsi iddiaçıya, 20 manat hissəsi cavabdehə aid edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehdən elektron qaiməfakturanın təqdim olunması dəfələrlə xahiş edilmiş, lakin iddiaçının bu xahişi nəzərə alınmamışdır. Bu isə, cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişinin aparılması üçün müvafiq şəraitin yaradılmaması faktını sübut etməklə, sığorta haqqının vaxtında ödənilməməsinin sığortalının təqsiri kimi qiymətləndirilməsini istisna edir. Məhkəmə hesab etmişdir ki, YBF2018-00046 saylı, xx xxxx 2018-ci il tarixli yük sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ö dənilməsi üçün 1 ay müddətində vaxt müəyyən edilmiş, sığorta hadisəsi baş verən zaman şəhadətnamə qüvvədə olmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericilikdə “sirli yox olma” məfhumu mövcud olmadığından hadisənin məhz mübahisəli sığorta şəhadətnaməsində nəzərdə tutulan “sirli yox olma” ifadəsinin təsiri altına düşüb-düşmədiyinin aydınlaşdırılması üçün əlamətlərin mövcud olması müəyyən edilməmişdir. “İtmə”nin sığorta təminatına daxil olmamasına dair cavabdehin “Sığorta Qaydaları”na istinad etməsi isə həmin qaydaların sığortalı tərəfindən təsdiq edilməməsi səbəbindən məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməmişdir. Bundan başqa bildirilmişdir ki, sığorta növünün “hava yolu ilə” seçilməsi, yükün məhz hava limanından başlayaraq sığortalanması kimi qiymətləndirilməməlidir. Belə ki, sığorta olunan yükün başlanğıc nöqtəsi Almaniya Kolumbustrasse 8 a, 22113 Hamburq ünvanı olaraq müəyyən edilmiş, cavabdeh isə sifarişi qəbul etmişdir. Beynəlxalq yük daşımaları üzrə sığorta sahəsində mövcud işgüzar adətlərə əsasən isə yükün hava yolu ilə daşınması dedikdə daşınmanın ölkəyə ixracı zamanı konkret olaraq nəqliyyat növünün müəyyən edilməsi kimi başa düşülməməlidir. Sığorta hadisəsinin baş verməsi barədə faydalanan şəxs hesab edilən iddiaçı tərəfindən sığorta hadisəsindən xəbər tutulduqdan dərhal sonra sığortaçıya məlumat verildiyindən sığortaçı sığorta hadisəsi üzrə iddianə rədd etmək hüququnu itirmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bak ı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-16/2020 saylı qətnaməsi ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Raqib Qurbanov və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsi Apellyasiya instansiya məhkəməsinin qətnaməsində işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Tərəflər arasında xx xxxx 2018-ci il tarixdə 62,41 azn sığorta haqqı ödənilməsi şərti ilə, xx xxxx 2018 – xx xxxxxx 2018-ci il tarixədək olan 15 gün müddətinə YBF2018-00046 saylı “Yük sığortası” şəhadətnaməsi imzalanmışdır. Sığorta müqaviləsinin (şəhadətnaməsinin) “Sığorta haqqı” bölməsində razılaşdırılan müqavilə şərtində göstərilir ki, “sığorta haqqı tam şəkildə köçürmə yolu ilə ödənilməlidir. Müəyyən edilmiş sığorta haqqı sığorta müqaviləsi imzalandığı tarixdən 1 ay müddətində ödənilmədikdə, qanunvericiliyin tələbinə uyğun olaraq sığorta müqaviləsi qüvvəyə minməmiş hesab olunur və heç bir hüquqi nəticə yaratmadan avtomatik ləğv olunur”. İşin bu hallarına və sübutlara əsaslanmaqla apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçı tərəfindən sığorta müqaviləsində və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulan müddət ərzində sığorta haqqı cavabdehə ödənilməmişdir. Göstərilən hal isə, müqavilənin qüvvəyə minməsini və cavabdehin müqavilə üzrə hər-hansı öhdəliyinin yaranmasını istisna etmişdir. Müqavilədə isə sığortaçının sığortaolunana qaimə-faktura vermə öhdəliyinin olması nəzərdə tutulmamış, sadəcə sığ orta haqqının köçürmə yolu ilə həyata keçirilməsi təsbit olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə mülki qanunvericiliyin müddəaları ilə tənzimləndiyindən iddiaçının cavabdeh tərəfindən ona qaimə-fakturanın göndərilməməsinin vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına istinad etməsi əsaslı olmamışdır. Belə ki, iddiaçı tərəfindən istinad olunan müddəa fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən elektron qaimə-fakturaların verilməsini nəzərdə tutmuş, hazırki halda isə, cavabdeh mal satan, xidmət göstərən təşkilat deyil, sığortaçıdır, tərəflər arasında bağlanmış müqavilə isə xidmət müqaviləsi kimi təfsir oluna bilməz. Gəldiyi nəticəni apellyasiya məhkəməsi maddi hüquq normalar kimi “Norma tiv hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 2.5, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 888.2, 899.1, 899.1.2, 922.1, 903.4, 903.5, 903.6cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi sığorta şəhadətnaməsində sığortaçının qaimə-faktura təqdim etmə öhdəliyinin nəzərdə tutulmadığını qeyd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, mülki qanunvericilik sığorta haqqının məbləği, onun verilməsi qaydası və müddətinin sığorta şəhadətnaməsində mütləq öz əksini tapmalı olduğunu müəyyən etmişdir. Habelə, vergi qanunvericiliyi dövlət hakimiyyə ti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, həmçinin notariuslar tərəfindən xidmətlərin göstərilməsini həyata keçirən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-fakturaların göndərilməsini vergi ödəyicilərinin vəzifəsi kimi təsbit etmişdir. Vergi ödəyicilərinin kommersiya fəaliyyətlərində hesablaşmaların aparılması mexanizmi Mülki Məcəllə ilə deyil, sahəvi qanunvericilik aktı olan Vergi Məcəlləsi ilə tənzimləndiyindən, hazırki mübahisəyə Vergi Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Habelə, vergi qanunvericiliyinin tələblərinə görə sığorta və təkrar sığorta əməliyyatları maliyyə xidmətlər i anlayışına aid edilmişdir. Belə olan halda, sığorta müqaviləsi sığortaçının sığortalıya xidmət göstərməsinə əsas verən müqavilə hesab olunmalıdır. Digər bir dəlillə bildirilmişdir ki, elektron qaimə-fakturanın tələb olunmasına dair iddiaçının cavabdehə ünvanlandığı elektron yazışmaları sübut kimi birinci instansiya məhkəməsinə təqdim olunmuş və məhkəmə tərəfindən qəbul olunmuşdur. Apellyasiya məhkəməsi isə iş materiallarını tam və hərtərəfli araşdırmadan iddiaçı tərəfindən cavabdehə elektron qaimə-fakturanın təqdim olunması tələbinin irəli sürülməsi və cavabdeh tərəfindən bundan imtina olunmasının öz təsdiqini tapmaması nəticəsinə gəlmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən xx xxxxxx 2020-ci il tarixdə elektron imza ilə təsdiqlənmiş və elektron məhkəmə si steminə yerləşdirilmiş ərizə ilə apellyasiya məhkəməsinə müraciət olunaraq xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında onun iştirak edə bilməməsi səbəbindən məhkəmə iclasının təxirə salınması xahiş olunmuş, məhkəmə isə həmin ərizəni nəzərə almadan tərəflərin çəkişmə prinsipinin təmin olunmasına şərait yaratmamışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun s əbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qətnamənin ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qətnamənin mübahisələndirilən hissədə tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır Apellyasiya məhkəməsi hesab etmişdir ki, müqavilədə sığortaçının sığortaolunana qaimə-faktura vermə öhdəliyinin olması nəzərdə tutulmamış, sad əcə sığorta haqqının köçürmə yolu ilə həyata keçirilməsi təsbit olunmuşdur. Hazırkı mübahisə mülki qanunvericiliyin müddəaları ilə tənzimləndiyindən, iddiaçının cavabdeh tərəfindən ona qaimə-fakturanın göndərilməməsinin vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığına istinad etməsi əsaslı olmamışdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, vergi qanunvericiliyi dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, notariuslar tərəfindən xidmətlərin göstərilməsini həyata keçirən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-fakturaların göndərilməsini vergi ödəyicilərinin vəzifəsi kimi təsbit etmişdir. Vergi ödəyicilərinin kommersiya fəaliyyətlərində hesablaşmaların aparılması mexanizmi Mülki Məcəllə ilə deyil, sahəvi qanunvericilik aktı olan Vergi Məcəlləsi ilə tənzimləndiyindən hazırki mübahisəyə Vergi Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmçinin, apellyasiya məhkəməsi iş materiallarını tam və hərtərəfli araşdırmadan iddiaçı tərəfindən cavabdehə elektron qaimə-fakturanın təqdim olunması tələbinin irəli sürülməsi və cavabdeh tərəfindən bundan imtina olunmasının öz təsdiqini tapmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin göstərilən dəlilləri ilə bağlı aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. Sığorta müqaviləsində nəzərdə tutulmasına baxmayaraq sığorta haqqının köçürülməsi üçün sığortaçının Azərbaycan Respublikas ı Vergi Məcəlləsinə uyğun olaraq elektron qaimə-faktura göndərməməsinə dair dəlillə, həmçinin elektron qaimə-fakturaya dair digər dəlillərlə məhkəmə kollegiyası razılaşmır. Əvvəla, tərəflər arasındakı münasibətlər mülki hüquqla tənzimləndiyindən iddiaçının müqaviləyə uyğun olaraq vaxtında sığorta ödənişini həyata keçirməsinə hüquqi baxımdan heç bir maneə olmamışdır. Digər tərəfdən, müqaviləni bağlayarkən iddiaçı müqavilənin məzmunundan xəbərdar olmalı və ən azı onda etiraz doğuran məsələlər, o cümlədən sığorta haqqının ödənilməsi qaydası haqqında qarşı tərəfə məlumat verməli idi. Lakin işin materiallarından belə etirazların, təkliflərin verilməsi görünmür. İkincisi, elektron qaimə-fakturaya dair dəlili gətirərkən kassatorun istinad etdiyi Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinin son reda ksiyası 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunla bu Məcəlləyə daxil edilmişdir. Halbuki hazırkı iş üzrə sığorta müqaviləsi 2018-ci il 27 iyul tarixdə və cəmi 15 gün müddətinə, yəni sözü gedən qanundan üç ay əvvəl imzalanmışdır. Eyni zamanda, həmin sığorta müqaviləsinə görə, müəyyən edilmiş sığorta haqqı sığorta müqaviləsi imzalandığı tarixdən 1 ay müddətində tam şəkildə ödənilməli idi. Əks halda, sığorta müqaviləsi qüvvəyə minməmiş hesab olunur və heç bir hüquqi nəticə yaratmadan avtomatik ləğv olunur. Göründüyü kimi, istər sığorta müqaviləsinin imzalanmasının, istərsə də sığorta haqının ödənilməsinin son vaxtı kassatorun istinad etdiyi qanunun qəbulolunma tarixindən əvvələ təsadüf edir, ona görə də həmin qanunun hazırkı mübahisəyə tətbiq olunması qeyri-mümkündür. Üçüncüsü, üm umiyyətlə, elektron qaimə fakturası Vergi Məcəlləsinin 77-1-ci maddəsi ilə tənzimlənir. Həmin maddə, həmçinin elektron qaimə faktura ilə bağlı ayrı-ayrı məsələləri nəzərdə tutan digər müddəalar Məcəlləyə ilk dəfə Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr 454-VQD nömrəli Qanunu ilə daxil edilmiş, bu qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. İşin materiallarından görünür ki (iş v. 89-90), hazırkı iş üzrə tərəflər arasında 2017ci il yanvarın 1-dən sonra 43 sığorta müqaviləsi bağlanmış, bunlardan yalnız 3-də sığortaçı tərəfindən qaimə-faktura verilmiş, lakin bu, iddiaçının həmin müqavilələr üzrə cavabdehin hesabına sığorta haqlarının keçirilməsinə mane olmamışdır. Qeyd edək ki, heç bir tərəf bu faktı təkzib etməmişdir. Göründüyü kimi, tərəflər arasında illər ərzində formalaşmış işgüzar təcrübədə elektron qaimə fakturasının olmaması tərəflər arasında bağlanmış sığorta müqavilələri üzrə ödəniş üçün heç bir tərəf üçün problem yaratmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qərar qəbul edərkən ciddi maddi və prosessual hüquq pozuntusuna yol verməmiş, mahiyyət etibarilə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə iddiaçının vəkili xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş, müraciətində xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının vəkilinin ərizəsi məhkəmə tərəfindən qəbul olunsa da, ərizəyə heç bir münasibət bildirilməmişdir. Məhkəmə kolleg iyası şikayətin göstərilən dəlili ilə bağlı aşağıdakı qaydada qiymətləndirməsini aparmışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının elektron sistem vasitəsi ilə təqdim etdiyi iclasın üzrlü səbəbdən təxirə salınmasına dair ərizəni və ona əlavə edilmiş təsdiqedici sənədləri nəzərə almamış, işə iddiaçının iştirakı olmadan baxmış, bununla da prosessual pozuntuya yol vermişdir. MPM-nin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Göründüyü kimi, iddiaçının vəkili təxirəsalma barədə ərizə verdiyindən məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən, həmin sənədləri a raşdıraraq gəlməmənin səbəblərini üzrlü hesab etmədiyi təqdirdə iclası bu vəkilin iştirakı olmadan keçirə bilərdi. Lakin məhkəmə buna əməl etmədiyindən istinad olunan maddəni pozmuşdur. Bununla belə, məhkəmə kollegiyası aşağıdakı səbəblərdən hesab edir ki, qeyd olunan prosessual pozuntu qətnamənin ləğvinə səbəb ola bilməz. İddiaçının nümayəndəsi apellyasiya instansiyası məhkəməsində iş üzrə qətnamə qəbul olunmamışdan əvvəl keçirilmiş hər üç iclasda (2019-cu il 8 oktyabr, 5 və 12 noyabr tarixlərində) iştirak etmiş, izahat vermiş, verilən sualları cavablandırmış, özü də suallar vermiş, müvafiq məsələlər barədə münasibətini bildirmişdir. Həmçinin işin materiallarında iddiaçının təqdim etdiyi bütün sənədlər vardır. Həmçinin qətnamənin qəbul olunduğu 2020-ci il 6 avqust tarixli iclasda iddiaçın ın nümayəndəsi olmasa da, bütün proses boyu, mübahisə predmeti olan sığorta müqaviləsi üzrə sığortalı olan üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi iştirak etmiş və öz izahatını vermişdir. Həmin üçüncü şəxs sonuncu iclas zamanı hər hansı əlavə dəlil gətirməmiş, sübut təqdim etməmiş, eləcə də iclasın iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. İddiaçının vəkilinin təxirəsalmaya dair ərizəsində də onun iş üzrə əlavə sübutlar təqdim edəcəyi, dəlillər gətirəcəyi qeyd olunmamış və ərizəyə mahiyyəti üzrə araşdırma predmeti olan hər hansı sənəd əlavə olunmamışdır. MPM-nin 185.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İşin materiallarından görünür ki, hazırkı işdə iddiaçı tərəf iclasın vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmışdır. Belə olan halda MPM-nin 376.2-ci maddəsinə görə, məhkəmə müvafiq prosessual tələblərə əməl etməklə iclası işdə iştirak edən şəxsin və ya onun nümayəndəsinin iştirakı olmadan da davam etdirmək səlahiyyətinə malik idi. MPM-nin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Beləliklə, Ali Məhkəmənin Kommersiya Kollegiyası yuxarıda sadalananlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəf hazırkı iş üzrə malik olduğu bütün sübutları təqdim etd iyindən, yuxarıda qeyd edilən prosessual pozuntu mübahisənin həllinin nəticəsinə təsir etmədiyindən kobud hesab edilə və qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikaı MPM-nin 417.1.1-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin direktoru x1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-16/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar)
Məhkəmə qərarları › İş №2-2(102)-19/2021
Ali Məhkəmə Qərar — İş №2-2(102)-19/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver