Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-19/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-606/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən v erilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. “Çinar Servis” İKF və "xxxx" MMC arasında imzalanmış 2021-ci il 28 iyul tarixli ** saylı alğı-satqı müqaviləsinə əsasən sifariş olunmuş mal (maye oksigen) yazılı sifarişdən sonra 24 saat ərzində “sifarişçi”yə məxsus olan avadanlıqda “sifarişçi”yə təhvil verilir. Malların texniki şərtləri və spesifikasiyaları müqaviləyə əlavə olunmuş tərəflər arasında “qiymətlərin razılaşdırılması protokolu”nda göstərilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən “sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “malların” icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 1.3-cü bəndə əsasən müqavilə tərəflərin razılığı əsasında 100 ton üçün bağlanmışdır. 2.3-cü bəndə əsasən ödəniş “mallar” təhvil ver ildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir. Ödəmə məbləği köçürmə yolu ilə 20 iş günü ərzində azərbaycan manatı ilə “icraçı”nın bank hesabına köçürülür. 3.1-ci bəndə əsasən bu müqavilə ilə müəyyən edilmiş “mallar”ın “sifariçi”nin mülkiyyətinə vermək üçün tərəzi sənədinə əsasən hər dəfə yol vərəqi və təhviltəslim aktı “sifarişçi” ilə qarşılıqlı təsdiq edilir. 2. 2021-ci il 28 iyul tarixli CS-110/21 saylı müqavilənin qiymətlərin razılaşdırılması protokolunda 1000 ton maye oksigenin 1 m3 üçün qiyməti 250.000 manat razılaşdırılmışdır. 3. 2021-ci il 28-31 iyul tarixləri üzrə ümumilikdə 9.546,2 manat, 2021-ci il 1-31 avqust tarixləri üzrə 104.494,90 manat, 2021-ci il 1-26 oktyabr tarixləri üzrə 92.547,4 manat məbləğində İddiaçı İKF tərəfindən yerinə yetirilmiş işlərin təhvi l-qəbulu ilə bağlı aktlar tərtib edilmiş, həmin aktlar İddiaçı İKF tərəfindən təsdiq edilmişdir.
4. EBBJ seriyalı 629004 nömrəli 2021-ci il 23 sentyabr tarixli elektron qaiməyə əsasən 9.546,2 manat, EBBJ seriyalı 629107 nömrəli 2021-ci il 23 sentyabr tarixli elektron qaiməyə əsasən 104.494,90 manat, EBBL seriyalı 413050 nömrəli 2021-ci il 27 oktyabr tarixli elektron qaiməyə əsasən 139.838,85 manat, EBBL seriyalı 792612 nömrəli 2021-ci il 1 noyabr tarixli elektron qaiməyə əsasən 92.547,4 manat ödənilməsi üçün İddiaçı İKF tərəfindən "xxxx" MMC-yə təqdim edilmiş, elektron qaimədə İddiaçı İKF-yə məxsus möhür qeyd edilmiş, baş mühasib Hüseynov, müəssisə rəhbəri Sadıqov qeyd edilməklə imzalanmışdır.
5. Fövqəladə Hallar Nazirliyi Tibb Xidmətinin Tibb Mərkəzi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2022-ci il 9 iyun tarixli xx/xx-0038 nömrəli cavab məktubunda Tibb Mərkəzinin "xxxx" şirkətinə borcu olmadığı bildirilmişdir.
6. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gərlilər Baş İdarəsi tərəfindən İddiaçı İKF-yə göndərilmiş 2022-ci il 27 dekabr tarixli **********592100 nömrəli cavab məktubuna əsasən, İddiaçı İKF tərəfindən "xxxx" MMC-yə 2021-ci il 23 sentyabr tarixli EBBJ 629004, EBBJ 629007 nömrəli, 2021-ci il 27 oktyabr tarixli EBBL 413050 nömrəli və 2021-ci il 3 noyabr tarixli EBBL 792612 nömrəli e-qaimə fakturalar təqdim edilmişdir. Eyni zamanda uçot baza məlumatlarına əsasən 2022-ci il 27 dekabr tarixinə qeyd olunan e-qaimə fakturaların ləğv edilmədiyi müəyyən edilmişdir. 7. 2021-ci il 4 noyabr tarixli qarşılıqlı borcların üzləşdirmə aktında "xxxx" MMC-nin İddiaçı İKF-yə ümumilikdə 346.427,35 manat məbləğində borcu olduğu qeyd edilmiş, akt birtərəfli qaydada İddiaçı İKF tərəfindən təsdiq edilmişdir.
8. İddiaçı İKF tərəfindən təqdim edilmiş müxtəlif tarixli yol vərəqələrinə görə, müxtəlif həcmlərdə maye oksigen "xxxx" MMC alıcı qeyd edilməklə birincinin anbarından yola salınmışdır. Yol vərəqələri "xxxx" MMC tərəfindən təsdiq edilməmiş, Cəfərov.M.İ adlı şəxsin "xxxx" MMC adına malları qəbul etməsi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı İKF (bundan sonra-“iddiaçı”) cavabdeh "xxxx" MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 346.427,35 manat borcun, məhkəmə xərclərinə görə 637 manat və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 1250 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin § 1-3-də göstərilən halları ilə əsaslandırılaraq göstərilmişdir ki, cavabdeh tərəfindən alınmış mallara görə heç bir ödəniş olunmamış, 2021-ci il 1 dekabr tarixinə alqı-satqı müqaviləsi üzrə 346.427,35 manat borc yaranmışdır.
11. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən məlumatlar həqiqəti əks etdirmir. Tərəflər arasında 2021-ci il 28 iyul tarixində müqavilə bağlanmasına baxmayaraq, cavabdeh tərəfindən qeyd edilən müqavilə əsasında hər hansı material alınmamışdır. Bu səbəbdən hər hansı öhdəliyin yaranmasından söhbət gedə bilməz. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş “mallar” təhvil verildikdən so nra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir. Ödəmə məbləği köçürmə yolu ilə 20 iş günü ərzində azərbaycan manatı ilə “icraçı”nın bank hesabına köçürülür. Əgər iddiaçı həqiqətən də iddia ərizəsində göstərilən malları vermişdirsə, niyə görə 20 gün ərzində pulu tələb etməmişdir. Həqiqətən də 2021-ci il 28 iyul tarixində müqavilə bağlandığı gündən heç bir ödəniş olmamışdırsa, iddiaçı niyə görə əlavə mal vermişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesab fakturadan görünür ki, Cəfərov M adlı şəxs guya həmin malları qəbul etmişdir. Əgər həqiqətən də Cəfərov M. adlı şəxs cavabdehin səlahiyyətli nümayəndəsidirsə, bu barədə şirkətin direktoru tərəfindən etibarnamə verilməli idi. Cəfərov M. adlı şəxsin məhkəmə iclasına dəvət olunaraq şahid qismində dindirilməsi zərurəti yaranmışdır. Digər tərəfdən, 2021-ci il 28 iyul tarixli müqavilənin 1.2-ci bəndinə əsasən “sifarişçi” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında “malların” icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Belə olan halda, iddia ərizəsində göstərilən malların sifarişçi tərəfindən qəbul edilməsi ilə bağlı təsdiqedici sübutlar yoxdur. Eyni zamanda, müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi malları icraçıdan tərəzi sənədinə əsasən yol vərəqi və təhviltəslim aktı əsasında təhvil alır. Göründüyü kimi, malların icraçıdan yol vərəqi və təhvil təslim aktı əsasında təhvil alınması birbaşa sifarişçinin səlahiyyətindədir. “Sifarişçi”nin səlahiyyətli nümayəndəsi həmin malları qəbul etməli idi. Həmçinin, məhkəməyə təqdim edilən qərarlardan da görünür ki, tərəflər arasında eyni məzmunlu məhkəmə mübahisələri olmuşdur. Təqdim edilmiş sənədlərdən və iddiaçı tərəfin təqdim etdiyi qaimələrdən görünür ki, yalnız iddiaçı tərəf qaimələri imzalayaraq möhürlə təsdiq etmiş və cavabdeh tərəfin səlahiyyətli şəxsinin imzası və möhürü həmin sənədlərdə öz əksini tapmamışdır. İddiaçı iddia edir ki, cavabdehə elektron qaimələr göndərmişdir. Həmin qaimələr göndərilən ərəfədə cavabdehin mühasibi olmamışdır. Əlavə olaraq, cavabdehin nazirliklə olan alış-verişinin iddiaçıya aidiyyatı yoxdur. Cavabdeh hər hansı üçtərəfli müqavilə imzalayıb iddiaçıya söz verməmişdir ki, digər tərəfdən pul alınıb təqdim ediləcəkdir. İddiaçı tərəf sübut etməlididir ki, onun tərəfindən mal verilmiş, lakin cavabdeh tərəfindən dəyəri ödənilməmişdir. Tərəflər arasında münasibətləri tənzimləyən yeganə müqavilə 2021-ci il 28 iyul tarixli müqavilədir.
12. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 29 mart tarixli e-2-2(113)-411/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – A.Əliyeva).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən tələb olunan məbləğ üzrə cavabdehə ünvanlanmış elektron qaimələrin ikisi sistem, digər ikisi cavabdehin özü tərəfindən təsdiqlənmişdir.
14. Konstitusiya Məhkəməsinin mövqeyinə görə ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özü-özlüyündə malların təqdim olunmasını birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, ö hdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir ki, bu hal ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimələrlə bağlıdır.
15. İşin hallarından göründüyü kimi, iki elektron qaimə cavabdeh tərəfindən təsdiqlənmişdir. Bununla da cavabdeh iddiaçının ödənişlə bağlı təqdim etdiyi qaiməni təsdiqləyərək, öz iradə ifadəsini əks etdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş “mallar” təhvil verildikdən sonra təqdim olunmuş e-qaimə əsasında müəyyənləşdirilir. Ödəmə məbləği köçürmə yolu ilə 20 iş günü ərzində azərbaycan manatı ilə “icraçı”nın bank hesabına köçürülür. Müqavilənin bu şərtinə əsasən cavabdeh təhvil verilmiş malın təqdim olunmuş e-qaimə əsasında ödənişini həyata keçirməlidir ki, cavabdeh tərəfindən e-qaimənin təsdiqi malın təhvil alınmasının göstəricisi və ödəmə məbləği ilə razılığının ifadəsidir.
16. Tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən “mallar”ın “sifariçi”nin mülkiyyətinə verilməsi üçün tərəzi sənədinə əsasən hər dəfə yol vərəqinin və təhvil-təslim aktının “sifarişçi” ilə qarşılıqlı təsdiq edilməsi müəyyən edilmişdir. Tərəflər arasında işgüzar münasibətlərin hansı qaydada həyata keçirildiyini aydınlaşdırdıqda, təsdiq edilmiş qaimələr üzrə də qarşılıqlı təsdiq edilmiş təhvil-təslim aktının olması öz təsdiqini tapmır. Göründüyü kimi, müqavilədə malların təhvil verilməsinin məhz təhviltəslim aktları əsasında rəsmiləşdirilməsi nəzərdə tutulsa da, tərəflərin işgüzar adətlərində buna əməl edilməməsi, qarşılı qlı münasibətlərinin bu şəkildə olmaması müəyyən edilir. Belə olan halda, cavabdehin müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyi, nəticədə sonuncuya borcunun yaranması iş materialları ilə sübuta yetirildiyindən, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 404.1, 404.2, 425.1, 425.2, 442, 567, 598.1, 600.1, 600.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublika sının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarına istinadla əsaslandırmışdır.
18. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli 2-2(103)-606/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.İmanov və R.Qurbanov).
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq q eyd etmişdir ki, AVİS vergi sistemindən çıxarışdan görünür ki, 2020-ci ilin oktyabr və noyabr aylarında göndərilmiş elektron qaimələr cavabdehin özü tərəfindən təsdiq edilmiş, həmin qaimələrdən daha əvvəl sentyabr ayında göndərilmiş elektron qaimələr sistem tərəfindən təsdiq edilsə də, cavabdeh həmin qaimələri sistemdə gördüyü halda həmin qaimələrin ləğv edilməsi, qaiməsi vurulmuş malların təhvil verilməsi ilə bağlı qarşı tərəfə müraciət etməmişdir.
21. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş yol vərəqələrini mübahisələndirərək, həmin vərəqələri imzalamış sürücü Məhərrəm Cəfərovu tanımadıqlarını bildirsə də, iddiaçının təqdim etdiyi etibarnaməyə əsasən (2-ci cild 4-cü vərəq) müəyyən edilmişdir ki, "xxxx" MMC-nin İdarə Heyətinin sədri Hac ıyev Nizami Babaşah oğlu tərəfindən bu şəxsə iddiaçıdan məhsulların qəbul edilməsi və daşınması üçün 2022-ci il 19 yanvar tarixində etibarnamə verilmişdir. Lakin etibarnamə Hacıyev Nizami Babaşah oğlunun direktor olduğu "xxxx" MMC-nin adından verilmişdir. Bu da belə qənaətə gəlməyə əsas verir ki, malları təhvil almış sürücü M.Cəfərov cavabdehin rəhbər vəzifəli şəxsinin iradə ifadəsinə uyğun hərəkət etmiş səlahiyyətli şəxs olmuşdur. Məhkəmə MM-in 433.1-ci madəsinin tələbini rəhbər tutaraq hesab etmişdir ki, sürücü M.Cəfərova cavabdehin adından malları qəbul etmək səlahiyyəti verən etibarnamə verilməsə də, həmin şəxsin qəbul etdiyi mallarla bağlı göndərilmiş elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilərək hər hansı etiraz bildirilmədiyindən, həmin şəxsin hərəkəti bəyənilmiş və öhdəli yin icrası qəbul edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.
23. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
24. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə dair yazılı izahatı ilə eyniməzmunlu olmaqla (bax yuxarıda bu qərarın 11-ci bəndi), kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ bəndinin, 71-ci maddəsinin, 127-ci maddəsinin İİ bəndinin, MM-in 385.1, 442 və 600.1-ci maddələrinin tə ləblərinin pozulmasına, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2006-cı il 31 may tarixli Qərarı və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 2005-ci il 24 noyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə riayət olunmamasına istinad olunmuşdur. Məhkəmə işin hallarını düzgün araşdırmamış, qətnamədə məhkəmənin əsaslandığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar yalnız cavabdehin lehinə təfs ir edilmişdir. Qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, kassasiya şikayətinin dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etdiyi bildirilmiş, şikayətin dəlillərini faktiki olaraq əsassız olduğu qeyd edilmişdir.
26. Şikayətin əsas dəlilləri işin faktiki hallarının yoxlanması ilə bağlı olmaqla ondan ibarətdir ki, cavabdeh malları təhvil almamış, göndərilmiş elektron qaimələr mühasib olmadığı üçün sistem tərəfindən təsdiq edilmiş, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş yol vərəqələrini imzalamış sürücü Məhərrəm Cəfərovu tan ımırlar. Qeyd edilən dəlillərlə bağlı həm birinci, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırma aparılmışdır Kassasiya baxışının hədləri
27. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istina d etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaql a icra edilməsi) başa düşülür.” “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilmə miş malın qaytarılmasını tələb edə bilər....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ca vabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1- ci maddəsi). 32. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisə yə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, cavabdehə ümumilikdə 346.427,35 manat dəyərində maye oksigenin təhvil verilməsi ilə bağlı elektron qaimə göndərilmişdir. Dövrü olaraq, müxtəlif tarix aralığında cavabdehə göndərilmiş həmin elektron qaimə fakturalarla bağlı sonuncu tərəfindən hər hansı etiraz bildirilməsi və ya ləğvi ilə bağlı müraciət edilməsi barədə mötəbər sübutlar, işə mahiyyəti üzrə baxılarkən təqdim olunmamışdır. Bu baxımdan Kollegiya, kassasiya şikayətinin malların təqdim olunmamasına dair dəlillərini əsassız hesab edir.
34. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı (bax bu qərarın 24-cü bəndi) həmçinin qeyd edir ki, həmin dəlillər eyni zamanda, apellyasiya şikayətinin də dəlili olmuşdur. Kollegiya cavabdehin apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır (bax yuxarıda bu qərarın 20-21-ci bəndləri).
35. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə gəlinən nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti edilməməlidir.
36. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq təmin Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 avqust tarixli, 22(103)-606/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov A.Ə.Abbasov