Məhkəmə qərarları › İş №2-2(102)-190/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-190/2019

22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-190/2019 22.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Hüseynova Zəmilə Əli qızının katibliyi, İddiaçının vəkili Alıyev Cavid Barat oğlunun, Cavabdehin nümayəndəsi x3, Cavabdehin vəkili Rüstəmov Taleh Bəxtiyar oğlunun iştirakları ilə, İddiaçı x1-nin cavabdeh x2-yə qarşı “pul tələbinə” dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 noyabr tarixli 22(103)-526/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən onun xeyrinə 2016-cı il 9 mart tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2018-ci il 30 yanvar tarixinədək banka 50.352,74 manat əsas, 4.237,74 manat faiz, 813.86 manat gecikdirməyə görə cərimə, cəmi 55.404,34 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulmasını, cavabdehə müvəqqəti sahiblik və istifadəsinə verilmiş Xaçmaz rayonu, Çinartala kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən qeyriyaşayış binasının boşaldılaraq iddiaçıya qaytarılmasını və 2016-cı il 9 mart tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam veri lməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 2016-cı il 9 mart tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2018-ci il 5 iyun tarixinədək banka 12.877,72 manat əsas, 5.985,85 manat faiz, 1.745,08 manat gecikdirməyə görə cərimə, cəmi 20.608,65 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulmasını, cavabdehə müvəqqəti sahiblik və istifadəsinə verilmiş Xaçmaz rayonu, Çinartala kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının boşaldılaraq iddiaçıya qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2016-cı il 9 mart tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, illik 10%-lə 60 ay müddətinə, 60.562 manat məbləğində olan Xaçmaz rayonu, Çinartala kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası cavabdehə lizinqə verilmişdir. Lizinq müqaviləsinin 1.4-cü bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.4cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 3.5-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə i llik 0.1 %-lə cərimə ödəyir. Cavabdeh sonuncu dəfə 2017-ci il 27 mart tarixdə əsas borcdan 786.96 manat və faiz borcdan 525.67 manat ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Lizinq müqaviləsinin 6.3-cü bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1-ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 6.3-cü bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək y olu ilə qaytarmalı və ya tələbi aldıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 7481.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 iyun tarixli 2-2(81)-575/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 2016-cı il 9 mart tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə l izinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 2018-ci il 5 iyun tarixinədək banka 12.877,72 manat əsas, 5.985,85 manat faiz, 200 manat gecikdirməyə görə cərimə, cəmi 19.063,57 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdehə müvəqqəti sahiblik və istifadəsinə verilmiş Xaçmaz rayonu, Çinartala kəndində 0,14 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası boşaldılaraq iddiaçıya qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçıya lizinq ödənişini həyata keçirmək öhdəliyi tərəflər arasında bağlanmış 2016-cı il 9 mart tarixli daxili maliyyə lizinqi müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya Lizinq Mü qaviləsi və MM-in müvafiq normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 noyabr tarixli 2-2(103)-526/2018 nömrəli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir. O, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlill əri: Kassasiya şikayətinin dəlillərinə görə, iş materiallarında olan 2016-cı il 4 aprel tarixli hesab çıxarışına əsasən tərəflər arasında kredit münasibətləri yaranmadan bankın cari hesabına 60.562 manat məbləğində pul köçürülmüş və həmin məbləğ bankdan məxaric olunmadan tam məbləğdə lizinq müqaviləsinin ödənişinə silinmişdir. Lizinq müqaviləsi üzrə öhdəlik yerinə yetirilmişdir. Tərəflər arasında kredit müqaviləsi 2016-cı il 9 aprel tarixində mövcud olmuş və mütəmadi olaraq Bank hər ay 1.286,75 manat məbləğində cavabdehdən ödənişi qəbul etmişdir. Göründüyü kimi, qeyd edilənlər nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, tərəflər arasında yaranan münasibətlər lizinq münasibətindən irəli gəlir, yoxsa kredit münasibətlərindən ir əli gələn tələblərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş s übutlarla əsaslandırılır. Apellyasiya instansiya məhkəməsi göstərilən normaların tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırıcı hissə: Şikayət qətnamənin ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. MPM-in 365-ci maddəsinə əsasən, apellyasiya icraatına XLİ fəslin və həmin Məcəllənin müddəaları tətbiq olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci maddəsinin müddəalarına əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1). Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, “iddiaçı Bank tərəfindən verilmiş 2016-cı il 1 yanvar - 2016-cı il 3 noyabr tarix aralıqlı hesabdan çıxarışa görə, Bank 2016-cı il 4 aprel tarixdə cavabdeh ilə kredit müqaviləsi bağlamadan onun cari hesabına 60.562 manat məbləğində pul köçürmüşdür. Həmin məbləğ bankdan məxaric olunmadan tam məbləğdə lizinq müqaviləsinin ödənişinə silinmişdir. Bu da o deməkdir ki, lizinq müqaviləsi üzrə öhdəlik tam yerinə yetirilmişdir. Lizinq müqaviləsinin 17-ci maddəsinin tələblərinə əsasən Lizinqalan tərəfindən vaxtından əvvəl ödəniş aparılması ilk lizinq haqqının ödənişindən 1 (bir) il keçdikdə mümkündür. Belə ki, 2016-cı il 9 mart tarixində bağlanmış lizinq müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə görə ilk ödəniş 2016-cı il 9 aprel tarixində aparılmalı olduğu halda, ilk ödəniş əməliyyatı yerinə yetirilmədən 2016-cı il 4 aprel tarixdə Lizinqverən vaxtından əvvəl ödənişi tam - 60.565 manat məbləği qəbul etmişdir... Eyni zamanda bank kredit müqaviləsi bağlamadan kredit verərək cavabdehə süni şəkildə borc yaratmışdır.”. Ap ellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlili ilə bağlı qeyd etmişdir ki, “cavabdeh tərəfindən 2016-cı il 9 mart tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 2016-cı il 4 aprel tarixdən sonra lizinq haqqı üzrə ödənişlər aparmışdır. Lizinq müqaviləsi üzrə öhdəlik tam yerinə yetirildiyi halda, ödənişlərin aparılmasının səbəblərinə cavabdeh tərəfindən aydınlıq gətirilməmişdir.”. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlillərinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti MPM-in 217.3-cü maddəsinin tələblərini təmin etmir. Belə ki, əgər apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlili ilə razılaşmadığına baxmayaraq, onun əsaslandığı 2016-cı il 1 yanvar - 2016-cı il 3 noyabr tarix aralıqlı hesabdan çıxarışdakı məlumatlara istinadla “cavabdeh tərəfindən 2016-cı il 9 mart tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə 2016-cı il 4 aprel tarixdən sonra lizinq haqqı üzrə ödənişlər aparıldığını” qeyd edirsə, buradan, həmin çıxarışdakı məlumatların mötəbərliyini qəbul edirsə, bu halda, həmin çıxarışda əks olunan əməliyyatlara, o cümlədən, cavabdehin qeyd etdiyi 60.562 manat məbləğində pulun tam olaraq köçürülməsinin məqsədinə, həmin məbləğdə ödənişin icra olunduğu vaxtdan sonrakı vəziyyətə, habelə iddia olunan əmlakın təyinatı, lizinqə verilməsinin məqsədi nəzərə alınmaqla tərəflər arasındakı qarşılıqlı münasibətlərin xarakterinə özü aydınlıq gətirməli idi. Məhkəmə cavabdehin irəli sürdüyü dəlillərin (o cümlədən, tərəflər arasında, əslində kredit münasibətlərinin olduğuna dair dəlillərin) araşdırılmasından imtina etməli deyil. Bu, həm də tərəflərin qanun v ə məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (MPM-in 8-ci maddəsi). Bundan başqa, işə əlavə olunmuş ödəniş sənədlərinin (iş v. 19-23) hazırkı mübahisəyə, yaxud iddiaçının istinad etdiyi müqaviləyə aidiyyəti də aydın deyil. Həmin sənədlər, onların işə əlavə edildiyinə baxmayaraq, məhkəmə araşdırmasının predmeti olmayıb, onlara MPM-in 80 və 88-ci maddələrinə əsasən münasibət bildirilməyib. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması və yuxarıda qeyd edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Qətnamə yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə çıxarıldığından və iş həmin normaların tələblərinin təmin olunması üçün yeni apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 20 noyabr tarixli 2-2(103)-526/2018 nömrəli qətnaməsi ləğv edilir. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar