Məhkəmə qərarları › İş №2-2(102)-190/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-190/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-190/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 noyabr tarixli 2- 2(104)-234/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Hazırki iş üzrə tərəflər arasındakı mübahisə İddiaçı iddiasına görə, Cavabdeh1 və Cavabdeh2 ona borclu olmaları və borcu qaytarmamalarından irəli gəlmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra birlikdə - “cavabdehlər”, ayrı-ayrılıqda müvafiq olaraq – “Cavabdeh1”, “Cavabdeh2”) qarşı 2022-ci il 30 mart tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 34.455 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatında istifadə olunan avadanlıqların satışı ilə məşğul olur. 2016-cı ildə əmisi oğlu Cavabdeh2 iddiaçıya müraciət edərək, kənd təsərrüfatı avadanlıqları lazım olduğunu bildirmişdir. Cavabdeh2 oğlu Cavabdeh1 ilə birlikdə iddiaçıdan 26.000 manat dəyərində avadanlıqlar götürmüş, lakin cəmi 2.000 manat pul ödəmişlər. Cavabdeh2 iddiaçıya 24.000 manat borclu olması barədə yazılı qəbz vermişdir. Həmin qəbz Cavabdeh2 gəlini tərəfindən yazılmış və Cavabdeh2 tərəfindən imzalanmışdır. Bundan əlavə, cavabdehlər iddiaçıdan ilk dəfə kiloqramı 120 manat olan 47 kq çəkidə (47 kq x 120 AZN = 5.640 AZN), ikinci dəfə isə kiloqramı 100 manat olan 19 kq (19 kq x 100 AZN = 1.900 AZN) soğan toxumu, iki dəfəyə cəmi kiloqramı 5 manat olan 75 kq (75 kq x 5 AZN = 375 AZN) yonca toxumu, soğanın yaşıllaşması üçün 100 manat dəyərində dərman, 1.500 manat dəyərində damcılama üçün boru, 600 kq çəkidə 120 manat dəyərində taxıl (600 kq x 0,20 q = 120 AZN) götürmüşlər. Həmçinin, cavabdehlərin xahişi ilə 6 ay müddətində onların sahəsində dərmanlama işləri aparılmışdır. Cavabdehlər tərəfindən razılaşmaya əsasən, buna görə iddiaçıya 1.300 manat ödənilməli idi. Cavabdehlərin iddiaçıya ümumilikdə 34.935 manat borcu mövcud olmuşdur. Cavabdehlər iddiaçıya 480 manat dəyərində uzunluğu 60 metr olan artezian borusu vermişdir, bu səbəbdən iddiaçı həmin pulu cavabdehlərə borcludur. Buna görə, cavabdehlərdən tələb edilən 34.935 manat borcdan 480 manat pul çıxılaraq, 34.455 manat pul tələb edilmişdir.

4. Cavabdehlərin nümayəndəsi iddia tələbinin əsassız olduğunu, iş üzrə təqdim edilmiş ekspert rəyinə əsasən müvafiq sənədin cavabdeh tərəfindən imzalanmamasının öz təsdiqini tapdığını bildirmişdir.

5. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddianın rədd olunmasını xahiş etmişlər.

6. İşin baxılması üçün aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsindən öncə, apellyasiya məhkəməsinin mülki kollegiyası tərəfindən təyin edilmiş məhkəməxətşünaslıq ekspertizası üzrə tərtib olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 15 dekabr tarixli 4/1688 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş, Cavabdeh2 borc alınması barədə 2016-cı il 6 may tarixli qəbzin kserosurətinin sonunda “Cavabdeh2” yazılarının qarşısındakı imza - Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

7. Gəncə Kommersiya Məhkəməsinin 2023-cü il 5 iyul tarixli 2-2(115)-606/2023 nö mrəli qətnaməsi ilə iddia təmin olunmamış, 125 manat ekspertiza xərcinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesaba ödənilməsi qət edilmişdir (hakim – K.Vəliyev).

8. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyindən (yuxarıda § 6) müəyyən olunanlara görə, cavabdehin borcun etirafını göstərən sənəd kimi iddiaçı tərəfindən təqdim olunmuş qəbzdəki imzanın Cavabdeh2 məxsus olması ekspert rəyi ilə təsdiqini tapmamış, iddiaçı tərəfindən başqa sübut məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı hesab etmişdir ki, tələb üzrə iddia müddətinin ötürülməsi halı mövcuddur. İddiaçı ərizəsində kənd təsərrüfatı avadanlıqlarının 2016-cı ildə, izahatında isə 2015-ci ildə satdığını bildirmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə əriz əsində 2012-ci ildə iddiaçıdan toxum aldığını qeyd etmişdir. Hər iki tərəfin bildirdiklərinə görə, onlar arasında mövcud olmuş müqavilə münasibətləri 2016-cı ildən sonrakı illərdə davam etməmişdir. Tərəflər məhkəməyə yazılı müqavilə və yaxud malların təhvil verilməsini təsdiqləyən yazılı sənəd təqdim etməmişlər. İddiaçının təqdim etdiyi 2016-cı il 6 may tarixli qəbzdəki imzanın isə Cavabdeh2 məxsus olması ekspert rəyi ilə təsdiqini tapmamışdır. Təsdiqini tapmış olduğu təqdirdə belə, tələbin iddia müddətinin ötürülməsi səbəbi ilə əsassızlığını aradan qaldırmır. Belə ki, iddia müddətinin axımı 2016-cı il 6 may tarixində kəsilmiş olduğu halda, iddia müddəti həmin tarixdən yenidən başlayaraq üç il davam edə bilərdi.

10. İddiaçı izahatında bildirmişdir ki, satdığı malların dəyərini 2015-ci ilin payız aylarında cavabdeh satacağı məhsullardan əldə etmiş olduğu gəlir hesabına ödəməli idi. Lakin, həmin il onun təsərrüfatı ziyana uğramışdır. Lakin sonrakı illərdə də pulu ödəməmişdir. İddiaçının bildirdiklərinə görə cavabdehin öhdəliyinin icrası həmin ilin payızında əldə oluna biləcək məhsulların satışından asılı edilmişdir. Məhkəmə bununla bağlı onu qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.5-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Bütün hallarda iddia tələbi 2016-cı ildən sonrakı üç ili əhatə etmiş, iddiaçı isə 2022-ci il 30 mart tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

11. Məhkəmə gəldiyi nəticəni MM-in 329.2, 373.2, 375.2, 380.1, 380.2, 427.2, 427.5, 567 və 600.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 noyabr tarixli 2-2(104)-234/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamışdır (sədrlik edən hakim – R.Mamedov, hakimlər – Ə.Məmmədov və A.Bayramov).

14. Apellyasiya məhkəməsi məhkə mənin bu qərarın 9 və 10-cu bəndlərində göstərilən mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddianın qeyd olunmuş 2 əsasla rədd edilməsi yolverilməzdir. Belə ki, əgər birinci instansiya məhkəməsi iddia edilən borcun olmadığı nəticəsinə gəlirsə, artıq mövcud olmayan borca iddia müddətinin tətbiq edilməsindən söhbət gedə bilməz. Belə olan zaman, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin olunmamalı idi.

15. Bundan başqa, ekspert rəyi (yuxarıda § 6) ilə müəyyən olunanlara görə, 2016-cı il 6 may tarixli qəbzə əsaslanaraq tələb olunan borcun mövcud olması öz təsdiqini tapmadığından və iddiaçı bu barədə birinci instansiya məhkəməsinə borcun mövcud olmasına dair digər sənədlər təqdim etmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, borc mövcud olmadığından iddia həmin əsasa görə rədd olunm alı idi.

16. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut olunan həddə uyğun qismən təmin edə bilər. Bu baxımdan, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassız olmuşdur. İddiaçı tələbində göstərilən halları təsdiqləyə biləcək sübutları məhkəmələrə təqdim etdiyi qəbz ekspert rəyi ilə öz mötəbərliyini itirmişdir. İddia tələbi sübutların yetərsizliyi baxımından əsassız olmuşdur. Çünki iddiaçının qeyd olunan hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, onun iddiasının əs ası yalnız özünün subyektiv mülahizələri ilə məhdudlaşmış, bu isə iddianın təmin olunması üçün yetərsiz olmuşdur.

17. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 389.1, 390.1, 390.2, 390.4, 600.1, 600.2 və 740.1-ci maddələrinə, MPM-in 14.2, 76.1, 76.2, 77.1 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

18. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, onun ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlillər a) Kassasiya şikayətinin dəlillər

19. MM-in 425.1 və 425.2-ci, MPM-in 416, 417.1.4, 417.2 və 418.1-ci maddələri üzrə - İddiaçı iddia ərizəsində əsaslandırdıqlarını (yuxarıda §3) vurğulayaraq qeyd edir ki, məhkəmə işi tam araşdırmamış və yanlış nəticəyə gəlmişdir.

20. Cav abdehlər müddətin keçməsi barədə ərizə vermiş, həmçinin qəbzin onlar tərəfindən imzalanmadığını və borcun olmadığını bildirmişlər. Cavabdehlərin dolayısı ilə müddətin keçməsi barədə ərizələri iddiaçıya borclarının olduğunu təsdiq etsə də, onlar həmin borcu ödəməkdən yayınırlar.

21. Cavabdeh2 tərəfindən imzalanmış qəbzin əslini iddiaçı itirmiş, onu yeni tapmışdır. İddiaçı qəbzin surəti əsasında iş üzrə keçirilmiş ekspertin rəyi ilə razılaşmadığından, qəbzin əsli əsasında təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmasını xahiş edir və yalnız bundan sonra həqiqət üzə çıxa biləcəyini bildirir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdehlər kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin olunmamasını xahiş etmişdir.

23. Etiraz onunla əsaslandırılmışdır ki, i ddiaçı Cavabdeh2 adından saxta qəbz yazaraq, cavabdehin ona 24.000 manat borclu olması barədə qəbz təqdim etmişdir. Lakin ekspert rəyində qəbzdə olan imzanın cavabdehə məxsus olmaması və başqa şəxs tərəfindən imza edilməsi müəyyən olunmuşdur. İddiaçı həmin qəbzin əslini deyil, kserosurətini məhkəməyə təqdim etmiş, qəbzin əslini Vətən müharibəsi zamanı itirdiyini, kassasiya şikayətində isə həmin qəbzin əslini tapdığını bildirmişdir. Lakin qəbzdə olan imza cavabdehə məxsus olmadığı üçün qəbzin əslinin olmasının heç bir əhəmiyyəti yoxdur və ümumiyyətlə belə bir qəbz mövcud olmamışdır. İddiaçı ilə cavabdehlər arasında heç bir toxum və sair məhsulların alqı-satqısı olmamışdır. İddiaçı toxum və digər məhsullara görə kiməsə borclu qalmışdır və öz borcunu gizlətmək üçün cavabdehlərin ona borclu ol maları barədə əsassız iddia qaldırmışdır. Məhkəmə tərəfindən maddi və prosessual hüquq norması pozulmamışdır və məhkəmənin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün əsaslar mövcud deyil. Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.... 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edi lir....” “Maddə

600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur....” “Maddə

740. Borc müqaviləsi üzrə faizlər 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir....” “Maddə

740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (2023-cü il 24 fevral tarixinədək qeyd olunan redaktə ilə qüvvədə olan maddənin mətninin müəyyən edildiyi fəsil həmin tarixdə Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir)”

27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

29. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hall arı yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

30. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin hazırki qərarın § 20-də göstərilən dəlillərinə dair kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə görə cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizə verməsi heç bir halda, dolayısı ilə borcun etirafı kimi qiymətləndirilə bilməz. Çünki MPM-in 52.2-ci maddəsinə görə iddianın tam və ya qismən etiraf edilməsi yalnız cavabdeh tərəfindən verilmiş yazılı ərizə və ya protokolda qeydlə təsdiq oluna bilər. Hazırki işdə isə cavabdeh tərəfindən verilmiş belə ərizə və ya borcun təsdiqinə dair yazılı izahat aşağı instansiya məhkəmələrinə təqdim edilməmişdir. Əksinə, cavabdeh aşağı instansiya məhkəmələrində borcun olmasına dair iddiaçının təqdim etdiyi qəbzin onun tərəfindən imzalanmadığını bildirmişdir.

33. Kassasiya şikayətinin hazırki qərarın § 19, 21-də göstərilən dəlillər də əsassızdır. Belə ki, əvvəla həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

34. İkincisi, “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

35. Həmçinin kollegiya qeyd edir ki, hazırki kassasiya şikayəti təmin olunmadığından ona qarşı verilən etiraza münasibət bildirilməsinə lüzum yoxdur.

36. Beləliklə, məhkəmə kollegiyası y uxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

37. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 23 noyabr tarixl i 2-2(104)-234/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar