Məhkəmə qərarları › İş №2-2(102)-192/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-192/2024

17.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-192/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: icbari sığorta müqaviləsi üzrə sığorta ödənişi tələbi, iddia müddəti, iddia müddətinin axımının başlanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2- 2(103)-1017/2023 nömrəli qətnamə sindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 2018-ci il 11 yanvar tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" MMC-nin mülkiyyətində olan sahəsi 8920,45 kv.m olan obyekt "xxxx" MMC-yə icarəyə verilmişdir.

2. BA seriyalı, 870111 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən, həmin obyekt sığortalı "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi olan İddiaçı tərəfindən 2018-ci il 5 iyun tarixindən 2019-cu il 4 iyun tarixinədək "xxxx" ASC-də sığortalanmış, sığorta məbləği 180.923 manat, sığorta haqqı 500 manat, azadolma məbləği 150 manat məbləğində müəyyən edilmişdir. 3. 2019-cu il 26 mart tarixində sözügedən ünvanda yanğın hadisəsi baş vermiş və həmin tarixdə bu fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “CM”) 225.2-ci maddəsi ilə cinayət işi başlanmış, 2021-ci il 17 mart tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarla "xxxx" MMC-nin direktoru İddiaçı barəsində cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmaması ilə əlaqədar xitam verilmiş, əməllərində cinayət tərkibinin əlamətləri olan şəxslər barəsində cinayət təqibinin davam etdirilməsi qərara alınmışdır.

4. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli 1(007)-11/2022 nömrəli hökmü ilə "xxxx" MMC-də elektrik montyoru işləyən X2 CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında elektrik mont yoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. 5. "xxxx" MMC-nin direktoru İddiaçı "xxxx" ASC-yə 2022-ci il 18 oktyabr tarixli pretenziya məktubu ünvanlayaraq, 180.773 manat həcmində sığorta ödənişinin və sığorta ödənişinin gecişdirilməsinə görə 230.000 manat dəbbə pulunun 5 iş günü müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını göstərmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) "xxxx" ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2022-ci il 3 noyabr tarixində məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180.773 manat sığorta ödənişinin, sığorta ödənişinin gecikdiril məsinə görə 230.000 manat dəbbə pulunun və 701 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla onunla əsaslandırılmışdır ki, sözügedən ünvanda yerləşən sığorta obyekti "xxxx" Ticarət Mərkəzi “Cin Bazarı” adlandırılmış, iddiaçı həmin bazarın faktiki rəhbəri olmaqla idarəçiliyi həyata keçirmiş və oradan faydalanmış, X6 isə həmin ticarət sahəsini idarə edərək iddiaçının göstərişi ilə icarə haqlarını yığmışdır. "xxxx" Ticarət Mərkəzinin 2019-cu il 26 mart tarixində yanması nəticəsində cəmi 384 nəfər icarəçiyə məxsus ümumilikdə 26.511.289 manat dəyərində tikinti, elektrik, yüngül sənaye, təsərrüfat və sair mallardan ibarət əmlak yararsız hala düşmüşdür. Azərbaycan Resp ublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işinin istintaqı aparılan zaman "xxxx" MMC-də fəaliyyət göstərmiş icaraçilərə cəmi 8.422.063 manat, "xxxx" MMC və "xxxx" MMC-də fəaliyyət göstərmiş icarəçilərə cəmi 8.859.888 manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən icarəçilərə cəmi 2.123.726 manat maddi ziyanın dəyməsi müəyyən olunmuşdur. "xxxx" MMC-də fəaliyyət göstərmiş 106 icarəçiyə cəmi 3.394.400 manat, "xxxx" MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi 7.939.800 manat, “Cin Bazarı” adlandırılan ticarət sahəsində fəaliyyət göstərən 130 icarəçiyə qarşılıqlı razılıq əsasında 1.103.500 manat vəsait ödənilmişdir. Bаş vеrmiş hаdisəyə görə "xxxx" MMC-də elektrik montyoru vəzifəsində işləyən X2 CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmə kdə təqsirli bilinərək barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bаş vеrmiş hаdisə zаmаnı "xxxx" Ticarət Mərkəzinə (“Cin Bazarı” adlandırılmış) külli miqdаrdа mаddi ziyаn dəymiş, iddiaçı sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə cavabdehə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuş, lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq, sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmuşdur. Hаlbuki sığortaçı sənədlər daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini verməli, yaxud sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildi riş təqdim etməli idi. Bununla bağlı faydalanan şəxs olaraq iddiaçı sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, lakin ərizəyə rəsmi cavab verilməmişdir. Bundan sonra cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, təklifin 2022-ci il 29 sentyabr tarixində qəbul olunmasına baxmayaraq, təklifə münasibət bildirilməmiş, həmçinin iddiaçı tərəfindən cavabdehin e-poçtuna elektron məhkəmə sistemi vasitəsi ilə pretenziya göndərilmiş, lakin buna da münasibət bildirilməmişdir. Sığortaçı sığorta ödənişini qanunla və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 %-i həcmində dəbbə pulu da ödəməlidir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildir mişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qüvvəyə minmiş 1(007)-11/2022 nömrəli 2022-ci il 13 may tarixli hökmünə əsasən “Cin bazarı” adlanan hissə X6 məxsus olmuş və o, yanğın baş verən zaman Bakı şəhərində olmamışdır. Bundan başqa iddiaçı “Cin bazarı” adlanan daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədləri (dövlət reyestrindən çıxarış, texniki pasport, icarə müqaviləsi və s.) məhkəməyə təqdim etməmiş, o cümlədən məhkəməyə təqdim edilmiş sığorta müqaviləsinin “Cin bazarı” adlanan daşınmaz əmlaka aid olmasına dair hər hansı qeyd və ya sübutlar mövcud deyildir. Odur ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ mövcud olmamışdır.

9. Cavabdeh həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı hadisədən sonra 1 ay müddətində sənədləri tə qdim etmiş, həmin müddətin qurtardığı 2019-cu il 26 aprel tarixindən 7 iş günü ərzində sığorta ödənişi almadığı halda həmin müdətin bitdiyi 2019-cu il 8 may tarixindən 3 il 5 ay 27 gün sonra, yəni 2022-ci il 3 noyabr tarixində məhkəməyə müraciət etməklə, sığorta müqavilələrindən irəli gələn tələblər üzrə 3 illik iddia müddətini ötürmüşdür.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 28 fevral tarixli e-2-2(113)-326/2023 nömrəli qətnaməsi ilə iddia rədd olunmuşdur (hakim - Z.Axundova).

11. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçının müvafiq subyektiv hüquqa malik olmaması barədə mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hü ququnun əsaslandığı mənafedir. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 886.2-ci maddəsinin mənası baxımından hazırkı sığorta obyekti sığorta obyekti ola bilməyən obyektlər siyahısına daxil deyil. Tərəflər arasında icbari sığorta müqaviləsi bağlanmış, iddiaçıya icbari sığorta şəhadətnaməsi verilmiş və sığorta haqqı ödənilmişdir. Ona görə də iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır.

12. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə cavabdehə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddə tində təqdim оlunmuşdur. Lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq, sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmuşdur. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 2022-ci il 3 noyabr tarixində müraciət etmiş, bununla da sözügedən iddia ərizəsi məhkəməyə üç illik iddia müddəti keçdikdən sonra daxil olmuşdur. Məhkəmədə iş üzrə mülki qanunvericilikdə nəzərdə tutulan müddətin axımının dayandırılması və kəsilməsi halları müəyyən edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 884.3, 886.1, 886.2, 886.3, 889.1, 922.1, 922.2, 926.1, 934.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 9.4, 13.1, 18.1, 18.2-ci maddə lərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarına istinadla əsaslandırmışdır.

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2(103)-1017/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən BA seriyalı, 870111 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən sığortalanmış obyektdə 2019-cu il 26 mart tarixində yanğın-sığorta hadisəsi baş vermiş, iddia ərizəsində qeyd edilənlərə əsasən iddiaçı sığorta hadisəsi baş verdikdən bir ay sonra sığorta ödənişi almaq üçün sığorta şirkətinə müraciət edərək, sənədləri təqdim etmiş, sığorta şirkəti MM-in 934.1-ci və “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən 7 iş günündən gec olmayaraq sığorta ödənişi ödəməli olduğu halda, ödəniş həyata keçirilməmişdir. Sığorta ödənişi almayan iddiaçı ən azı 2019-cu ilin may ayında hüququnun pozulduğunu bildiyi halda, hüququnun müdafiəsi üçün 2022-ci ilin oktyabr ayında mediasiya təşkilat ına müraciət etmiş, 2022-ci ilin noyabr ayında isə məhkəmədə iddia qaldırmış, bununla da MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür.

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, MM-in 379-cu maddəsində iddia müddətinin dayandırılması əsasları nəzərdə tutulmuşdur. Hazırkı halda həmin əsaslardan hər hansı biri mövcud olmadığından iddia müddəti dayanmamışdır. İddiaçının hüquqlarının müdafiəsi üçün X1 CM-in 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin yekunlaşmasına zərurət olmadığından iddia müddətinin bağlanğıcının hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasına dair apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

18. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş ü zrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. MM-in 924.2, 933.1.2-ci və “İcbari sığorta haqqında” Qanunun 17.1.4-cü maddələri üzrə - Qanunda nəzərdə tutulmuş qaydada hadisənin baş verməsində təqsirli olan şəxslər barəsində səlahiyyətli orqanın təqdim etdiyi arayış müvafiq sığorta ödənişin ödənilməsi üçün tələb olunan sənədlər siyahısındadır. Lakin hazırkı iş üzrə yanğın baş verən zaman hadisənin kimin təqsiri üzündən baş verməsi aydın olmamışdır. Belə ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən tərtib edilmiş cinayət təqibinə xitam verməsi barədə 2021-ci il 17 mart tarixli qərardan "xxxx" MMC-nin direktoru X3, "xxxx" MMC-nin direktoru olan iddiaçının və “Cin Bazarı” adlanan ticarət sahəsin in idarəçiliyi həyata keçirmiş X4 barəsində CM-in 225ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verildiyi, əlavə olaraq "xxxx" MMC-nin direktoru X3 əməllərində CM-in 178.3.1, 213.2.1, 213.2.2, 308.2,313-cü maddələrinin tərkib əlamətlərinin olmaması ilə əlaqədar cinayət təqibinə xitam verildiyi aydın şəkildə görünür. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli 1(007)-11/2022 nömrəli hökmündən görünür ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs elektrik montyoru vəzifəsində işləyən X2 CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə dövlət və yeri özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə qeyd edilən vaxtda təqdim edilməsinin səbəbi məhz təqsirləndirilən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş cinayət təqibinin aparılması olmuşdur. Yəni ilk öncə təqsirləndirilən şəxslər barəsində qanunla nəzərdə tutulmuş qaydada cinayət işi üzrə icraat aparılmalı, sonra kimin təqsirli olması müəyyən edilməli idi. Çünki sığorta ödənişinin ödənilməsi üçün təqsirli hesab edilən şəxs barəsində səlahiyyətli orqan tərəfindən təqdim edilən arayış olmalıdır. İş üzrə təqsirləndirilən şəxslərin olması onların cinayətin törədilməsində təqsirli olmasına dəlalət etmir. Ona görə də ilk öncə təqsirləndirilən şəxslər barəsində onların təqsirli olduğuna dair məhkəmənin qanuni qüvvəyə minmiş hö kmü olmalı idi və yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən sonra iddiaçı tərəfindən cavabdehə müraciət oluna bilərdi. Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində hökm 2022-ci il tarixində qanuni qüvvəyə mindiyindən iddia müddətinin də başlanğıcı məhz həmin tarixdən hesablanmalıdır. “İcbari sığorta haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Göstərilən sənədlərin sonuncusuna iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökm də daxildir. Qeyd edildiyi kimi yalnız təqsirl əndirilən şəxs barəsində hökm qanuni qüvvəyə mindikdən sonra iddiaçı tərəfindən cavabdehə sığorta ödənişinin ödənilməsi barədə müraciət olunmuşdur. Apellyasiya məhkəməsi isə bu xüsusatlara düzgün hüquqi qiymət verməyərək, nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmiş, qərəzli şəkildə iddia müddətinin ötürüldüyünü əsas gətirərək iddia tələbini təmin etməmişdir.

20. MPM-in 88, 217, 418.1-ci maddələri üzrə - məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, sanki qabaqcadan müəyyən etdiyi qərarı məhkəmə zalında elan etmiş, məhkəmə prosesində bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, bununla da qərəzli qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı münasibət təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2023-ci il 11 may tarixli, 6-1/2-2582/2023 nömrəli izahedici məktubunda mülki məsuliyyətin icbari sığortası hallarından fərqli olaraq əmlak sığortası zamanı daşınmaz əmlakın zədələnməsi (məhv olması) halında sığorta ödənişinin verilməsi üçün hadisənin baş verməsi faktının qanunvericiliyə uyğun olaraq müəyyən edilməsinin yetərli olduğu göstərilmişdir. Göründüyü kimi, təqsirin müəyyən edilməsi yalnız mülki məsuliyyətin icbari sığortası növü üçün nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın sığortası növündə hər hansı bir təqsir və məsuliyyətdən söhbət gedə bilməz. Bu səbəbdən sığorta şirkətləri sığorta hadisəsinin baş verməsi faktına dair müvafiq sənədi əldə etdikdən sonra sığorta ödənişini həyata keçirməlidir. Qeyd olunan izahedici məktubun sübut kimi qəbul olunması və kassasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Kassasiya baxışının hədləri

22. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanıl ması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi... 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tət biq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” Maddə

377. İddia müddətinin başlanması “377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülm əsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.” “Maddə

924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.” “Maddə

933. Sığorta ödənişinin verilməsinin əsasları 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər....” “Maddə

934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bild iriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 25. “İcbari sığortalar haqqında” Azərbaycan müddəalarında nəzərdə tutulmuşdur: Respublikası Qanununun müvafiq “Maddə

13. Sığorta hadisəsi 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır....” “Maddə

17. Sığorta ödənişinin vеri lməsi üçün tələb olunan sənədlər... 17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada);...” “Maddə

18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazıl ı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” “Maddə

21. Sığorta ödənişindən imtinanın əsasları 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir:... 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutul muş hallarda. “Maddə

36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi... 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;...”

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiy mətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər...” “Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin po zulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə kollegiyası hesab edir ki, işə şifahi icraat qaydasında baxılması üçün əsaslar mövcud olmadığına görə cavabdehin vəsatəti təmin edilməməlidir.

28. Kollegiya hazırkı işin əvvəlki instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallarını nəzərə alaraq aşağıda göstərilən əsaslara uyğun olaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş yeni baxış üçün həmin məhkəməyə qaytarılmalıdır.

29. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbinə münasibətdə subyektiv hüquqa malik olmasına, lakin iddia müddətini ötürməsinə dair birinci instansiya mə hkəməsinin yuxarıda göstərilən qətnaməsində gəldiyi nəticə ilə razılaşan cavabdeh tərəfindən qətnamə apellyasiya qaydasında ümumiyyətlə mübahisələndirilmədiyindən hazırkı kassasiya icraatının prosessual həddi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyinin yoxlanması ilə məhdudlaşır.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, 2019-cu il 26 mart tarixində sığorta obyektində yanğın hadisəsi baş vermiş, həmin gün fakt üzrə iddiaçı da daxil olmaqla bir sıra şəxslər barəsində CM-in 225.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İddiaçı hadisədən dərhal sonra qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ərzində sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfində n nə sığorta ödənişi verilmiş, nə də sığorta ödənişinin verilməsindən imtina barədə yazılı əsaslandırılmış bildiriş göndərilmişdir.

31. İstintaq orqanı tərəfindən 2021-ci il 17 mart tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarla iddiaçı barəsində cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmaması ilə əlaqədar xitam verilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli hökmü ilə isə "xxxx" MMC-də elektrik montyoru işləyən X2 CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinmişdir. Bundan sonra iddiaçı sığorta ödənişinin və onun gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi barədə cavabdehə 2022-ci il 18 oktyabr tarixli pretenziya məktubu ünvanlamış, 2022-ci ilin oktyabr ayında mediasiya təşkilatına m üraciət etmiş, 2022-ci ilin 3 noyabr tarixində isə məhkəmədə iddia qaldırmışdır (bax - §1-5).

32. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd etmişdir ki, sığortalı sığorta hadisəsinin baş verməsindən sonra 1 aylıq müddət ərzində sığortaçıya müraciət etdikdən sonra sığorta ödənişi almadığı halda sığorta ödənişinin verilməsi üçün qanunla müəyyən edilmiş 7 iş günü bitdikdən sonra 3 illlik iddia müddəti çərçivəsində məhkəmədə iddia qaldırmalı olsa da, bu müddəti ötürmüşdür.

33. Aşağı instansiya məhkəmələrinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 2019-cu il 26 mart tarixində sığorta hadisəsi baş verdikdən bir ay sonra sığorta ödənişi almaq üçün sığorta şirkətinə müraciət edərək, zəruri sənədləri təqdim etmiş, sığorta şirkə ti MM-in 934.1-ci və “İcbari sığortalar haqqında” Qanunun 18.1-ci maddələrinə əsasən 7 iş günündən gec olmayaraq sığorta ödənişi ödəməli olduğu halda, ödəniş həyata keçirilməmişdir. Sığorta ödənişi almayan iddiaçı ən azı 2019-cu ilin may ayında hüququnun pozulduğunu bildiyi halda, hüququnun müdafiəsi üçün 2022-ci ilin oktyabr ayında mediasiya təşkilatına müraciət etmiş, 2022-ci ilin noyabr ayında isə məhkəmədə iddia qaldırmış, bununla da MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür (bax - §16).

34. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

35. Belə ki, iddia müddətinin ötüb-ötmədiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən i ddia müddətinin axımının başlanması anı dəqiq müəyyən edilməlidir. MM-in iddia müddətinin axımının başlanması anını tənzimləyən 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

36. İcbari sığorta müqavilələri üzrə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi öhdəliyinin icrası müddəti icbari sığorta qanunvericiliyi ilə belə tənzimlənmişdir ki, sığortalı sığorta hadisənin baş verməsindən sonra qanunda nəzərdə tutulmuş zəruri sənədləri əlavə etməklə sığorta ödənişinin verilməsi barədə sığortaçıya müraciət etməli, sənədlərdən sonuncusunun təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayara q sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir (bax - §24-25).

37. Göründüyü kimi, qanunverici həm sığortalı, həm də sığortaçı üçün icrası məcburi olan konkret vəzifələr müəyyən etmiş, baxılan işdə sığortalı (iddiaçı) üzərinə düşən vəzifəni icra edərək, sığorta hadisəsinin baş verməsindən sonra 1 aylıq müddət ərzində zəruri sənədləri əlavə etməklə sığorta ödənişinin verilməsi ilə bağlı sığortaçıya müraciət etmiş, lakin sığortaçının (cavabdeh) özünün də bildirdiyi kimi, sənədləri aldığı gündən 7 iş günü ərzində nə sığorta ödənişi, nə də sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı bildiriş verilmişdir.

38. İddiaçının kassasiya şikay ətinin əsas dəlili bundan ibarətdir ki, sığortaçı tərəfindən ona 7 iş günü müddətində nə sığorta ödənişi, nə də sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı bildiriş verilmiş, aralarındakı şifahi danışıqlar zamanı imtina üçün əsas olubolmadığının müəyyən edilməsi məqsədilə sığortalı (iddiaçı) barəsində başlanmış cinayət işinin yekunlaşmasını gözlədiklərini bildirmişlər. Belə ki, yanğın baş verən zaman hadisənin kimin təqsiri üzündən baş verməsi aydın olmamış, onun barəsində başlanılmış cinayət təqibinə 2021-ci il 17 mart tarixli qərarla xitam verilmiş, "xxxx" MMC-də montyor vəzifəsində işləyən N.Fətullayev isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli hökmü ilə cinayət törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxslər barəsində qanunla nəzərdə tutul muş cinayət təqibi yekunlaşdıqdan sonra hazırkı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir.

39. Qeyd edilən dəlillər iddiaçının həm də apellyasiya şikayətinin dəlillərini təşkil etmiş, birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə razılaşan apellyasiya məhkəməsi işin qanuni həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin dəlilə münasibətdə ümumi formada iddiaçının hüquqlarının müdafiəsi üçün N.Fətullayevin CM-in 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin yekunlaşmasına zərurət olmadığından iddia müddətinin bağlanğıcının hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanmasına dair dəlillərin əsassız olduğunu qeyd etməklə (bax - §17) kifayətlənmiş, lakin məhz hazırkı işin halları baxımından sığortalının (iddiaçının) özü barəsində başlanmış cinayət işinin nəticə sinin gözlənməsi, iddia müddətinin axımının cinayət təqibinə xitam verildiyi tarixdən hesablanmasının mümkünlüyü məsələsinə heç bir hüquqi qiymət verməmiş, bununla da MPM-in 392.2-ci maddəsinin tələblərini pozmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin dəlillərinin ətraflı araşdırılması məqsədilə icbari sığorta qanunvericiliyinin müvafiq normaları işin mübahisə olunmayan halları ilə birlikdə qarşılıqlı şəkildə təhlil olunmalıdır. 41. “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsində qeyd olunub ki, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilmə sindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.

42. Normanın məzmunundan da göründüyü kimi, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi və ya bundan yazılı şəkildə imtina edilməsi üçün nəzərdə tutulmuş müddətin (7 iş günü) axımı təqdim edilməli olan sənədlərdən məhz sonuncusunun verildiyi andan başlanır.

43. Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən təqdim edilməli olan sənədlərin sırasında sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs (şəxslər) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış xüsusi qeyd olunmuşdur.

44. Qanunun 41.1-ci maddəsinin tələbi baxımından 17.1.4 və 36.3.1-ci maddələrinin müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, daşınmaz əmlakın icbari sığortası üzrə nizamlama mütləq şəkildə sığorta hadi səsinin qəsd nəticəsində baş veribverməməsinin aydınlaşdırılmasını şərtləndirir və 17.1.4-cü maddədə nəzərdə tutulmuş arayışın məcburiliyini təsdiqləyir. Ümumiyyətlə, Qanunun 17-ci maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə yanğın da daxil olmaqla baş vermiş bəzi sığorta hadisələri ilə əlaqədar yuxarıda göstərilən arayışa münasibətdə hər hansı istisna nəzərdə tutulmur.

45. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs barədə arayışın təqdim edilməsi üçün isə Azərbaycan Respublikasının Konstitusiyasının və cinayət qanunvericiliyinin təməl prinsiplərinə əsasən, konkret şəxsin həmin hadisədə təqsirli bilinməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır (təqsirsizlik prezumsiyası). Sığorta ödənişinin verilməsindən imtinanın əsasları nəzərdən keçirildikdə qeyd edilən sə nədin tədim edilməsinin (alınmasının) hüquqi əhəmiyyəti daha bariz şəkildə görünür.

46. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 21.1.5 və 36.3.1-ci maddələrinə əsasən, icbari sığorta qanunvericiliyinə əsasən sığorta ödənişindən imtinanın əsaslarından biri sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərdir.

47. Eyni zamanda MM-in 935.1.2-ci maddəsinin tələbinə görə, sığorta ödənişinin verilməsindən imtinanın əsasları sırasına bu Məcəllədə, İXM-də və CM-də nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətm əsi də aid edilmişdir.

48. Hazırkı işin hallarından görünür ki, yanğın hadisəsi ilə əlaqədar 2019-cu il 29 mart tarixində fakt üzrə CM-in 225.2-ci maddəsilə cinayət işi başlanmış, 2021-ci il 17 mart tarixində isə CPM-in 39.1.2-ci maddəsilə iddiaçı barəsində cinayət təqibinə xitam verilmişdir.

49. CM-in 225-ci maddəsində cinayət sayılan əməl məhz ehtiyatsızlıqdan törədilən maddi tərkib kimi nəzərdə tutulsa da, məhkəmə kollegiyası hesab edir ki, fakt üzrə həmin maddə əsasında cinayət təqibinin aparılması son nəticədə təqsirli şəxs(lər)i müəyyənləşdirməyə və cinayət məsuliyyətinə cəlb etməyə yönəlmişdir. Lakin nəzərdən qaçırılmamalıdır ki, həmin maddə üzrə cinayət işinin başlanması təqsirləndirilən şəxsin son nəticədə elə həmin maddə ilə qanuni qüvvəyə minmiş hökm əsasında təqsirli bilinməsin i şərtləndirmir.

50. Belə ki, CPM-in 37-ci maddəsinə əsasən bu cinayət üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. İstintaqın gedişi zamanı bu maddə ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi, yaxud onun əməlinin cinayət qanununda nəzərdə tutulan qəsdən törədilən başqa cinayət əməli kimi tövsif edilməsi də mümkündür. Digər tərəfdən, CM-in 225-ci maddəsi üzrə barəsində cinayət təqibinə xitam verilmiş şəxsin qəsdən törədilmiş inzibati xətaya görə məsuliyyətə cəlb edilməsi də istisna edilə bilməz. Belə olan təqdirdə isə həmin maddə ilə barəsində cinayət təqibi aparılan şəxsin törətdiyi əmələ “İcbari sığortalar haqqında” Qanunun 36.3.1-ci maddəsindəki qayda baxımından istintaq orqanı və ya məhkəmə tərəfindən verilən hüquqi nəticənin gözlənilməsi z ərurətə çevrilir ki, bu da yuxarıda qeyd olunan hüquqi mövqelərə əsasən qanunla yol verilən pozisiyadır.

51. Hazırkı işin halları baxımından bu cür vəziyyət, yəni sığortalı şəxslə CM-in 225.2-ci maddəsi üzrə barəsində cinayət təqibi aparılan şəxs eyni olduğundan mühüm əhəmiyyət kəsb edir.

52. Belə ki, yəni sığortalı barəsində başlanmış cinayət işinin yekunlaşmasını gözləmədən sığorta şirkəti tərəfindən sığorta ödənişi edilərsə (məhkəmə aktı əsasında) və hadisə üzrə başlanmış cinayət işinin gedişində sığortalının (faydalanan şəxsin və ya onların rəhbər işçilərinin) hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər müəyyənləşdirilərsə, bu zaman sığorta ödənişinin edilməsindən imtina üçün əsaslar olduğu halda, sığortalıya əsasız olaraq sığorta ödənişi edilmiş olacaqdı ki, qanunve ricinin hadisənin baş verməsində təqsirli olan şəxs barədə arayışın təqdim edilməsi barədə imperativ qayda qoymaqda əsas məqsədi də məhz bir şəxs barəsində biri digərini inkar edən iki məhkəmə aktının (sığortalıya sığorta ödənişi edilməsi barədə məhkəmə qətnaməsi və sığortalının baş vermiş hadisədə təqsirli bilinməsi barədə məhkəmə hökmü) mövcudluğunun qarşısını almaq və sığortalını bu kimi ziddiyyətli halların yaranmasından və onların nəticələrindən müdafiə etməkdir. Bu cür vəziyyətin qəsdən törədilən inzibati xəta ilə əlaqədar məsuliyyətə cəlb edilmə halında yaranması da istisna edilməməlidir.

53. Digər tərəfdən, sığortaçının (cavabdehin) mövqeyindən belə aydın olur ki, sığortalı barəsində başlanmış cinayət işi üzrə əməl ehtiyatsızlıqla əhatə olunduğundan sığorta ödənişinin verilməsindən imtina üçün əsas olmamış, lakin tərəfindən qanunla müəyyən edilmiş müddətdə sığorta ödənişi verilməmiş, sığortalı (iddiaçı) isə qanunla müəyyən edilmiş müddət ərzində bu halı məhkəmə qaydasında mübahisələndirməmişdir.

54. Qeyd olunanlar əsasında hüquqi baxımdan belə təəssürat yaranır ki, cavabdeh sığorta qanunvericiliyinin tələblərini pozaraq, imtina üçün əsas olmadığı halda nəinki sığorta ödənişi etməmiş, hətta sığorta ödənişi verilməsindən imtina barədə yazılı bildiriş də verməməklə sığortalını hər iksinə məlum olan hala görə (sığortalı barəsində başlanmış cinayət işinin yekunlaşması) suni surətdə gözləmə mövqeyində arxayın saxlamış, iddiaçı tərəfindən sığorta ödənişinin verilməsinə dair tələb irəli sürüldükdə isə iddia müddətinin tətbiqinə dair ərizə vermək hüququndan istifadə etmişdir.

55. Bu isə o deməkdir ki, cavabdeh – sığortaçı hazırda özünün yol verdiyini bildirdiyi qanuna zidd hərəkətə istinad edərək, onun nəticəsində özü barəsində əlverişli hüquqi nəticələr yatarmağa çalışır ki, bu da ilk növbədə mülki hüquq subyektlərinin vicdanlı davranış qaydaları çərçivəsində qiymətləndirilməli olan məsələdir.

56. MM-in 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X. Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

58. MM-in 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilm ir.

59. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır

60. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almamış və cavabdehin hərəkətlərində hüquqdan sui-istifadə faktının olub-olmadığı istiqamətində heç bir qiymətləndirmə aparmamışdır.

61. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, iddia müddətinin axımının başlanması anı müəyyənləşdirilərkən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmamış, bununla da “İcbari sığortalar haqqında” Qanunun 17, 18, 21.1.5 və 36.3.1-ci maddələrinin, həmçinin işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 14.1 və 88-ci maddələrinin tələbləri pozulmuşdur.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

63. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq g ətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

64. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

65. İşə yenidən baxılarkən yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının apellyasiya şikayətinin dəlillərin ə və iddia müddətinin axımının başlanması anına “İcbari sığortalar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla qiymət verilərək, sübutlar yenidən qiymətləndirilməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi təmin edilməlidir.

66. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 13 dekabr tarixli 2-2(103)-1017/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar